Forum 2012

V. XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar

İşçi bölmələr:
  • Virtual reallıq və cəmiyyətin inkişafı
  • Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu
  • Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri

          

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

V. XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar

“XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” adlı dəyirmi masanın xülasəsi İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” mövzusunda “dəyirmi masa” 5 oktyabr 2012-ci il tarixində “Hyatt Regency” otelinin Quba zalında keçirildi. Dəyirmi masa aşağıdakı üç işçi bölmədən ibarət olmuşdur:  Virtual reallıq və cəmiyyətin inkişafı  Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu  Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri Dəyirmi masa Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun ümumi moderatorluğu ilə həyata keçirildi. Dəyirmi masada 120 nəfər, o cümlədən dünyanın 20 ölkəsini təmsil edən 40 xarici qonaq və əsasən BDU-nun professormüəllim heyətindən ibarət olan 80 nəfər Azərbaycan vətəndaşı iştirak etmişdir. Dəyirmi masanın proqramına uyğun olaraq birinci bölmədə əsas moderator kimi ABŞ- ın Stenford Universitetinin Fizika Departamentinin professoru, Nobel mükafatı laureatı Robert B. Laflin, onun köməkçiləri kimi Qırğızıstan Hökuməti yanında Qırğızıstan Dövlət Hüquq Akademiyasının rektoru Kanat Kerzbekoviç Kerzbekov və Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Kazımzadə Aydın Həsən oğlu nəzərdə tutulmuşdur. İkinci bölmədə əsas moderator Bakı Dövlət Universitetinin rektoru, akademik Məhərrəmov Abel Məmmədəli oğlu, onun köməkçiləri isə Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden Mamut (Rumıniya) nəzərdə tutulmuşdur. Üçüncü bölmədə əsas moderator Rusiya İEA-nın akademiki, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Şərqşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Aleksey Aleksandroviç Maslov, onun köməkçiləri isə Gürcüstan Milli Elmlər Akademiyası, ictimai elmlər şöbəsinin akademik katibi, akademik Roin Viktoroviç Metreveli və Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Əliyeva İradə Nurəddin qızı nəzərdə tutulmuşdur. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov dəyirmi masanı giriş sözü ilə açaraq qonaqları və iclas iştirakçılarını salamladı və beynəlxalq tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, artıq ikinci dəfədir ki, Azərbaycan bu cür mötəbər tədbirə ev sahibliyi edir. Keçənilki Forumdan fərqli olaraq bugünkü tədbirdə daha çox – 2 dünyanın 70 ölkəsindən 700-yə qədər qonaq iştirak edir. Bu göstərici tədbirə verilən önəmi sübut edir. “Dəyirmi masa”da işçi bölmələrdə maraqlı məsələlər müzakirə olunacaq, humanitar siyasətin əhəmiyyəti, gələcəyi barədə diskussiyalar aparılacaqdır. Abel Məhərrəmov mövzunun əhəmiyyətini vurğulayaraq bildirdi ki, bəşəriyyət son hədəf olaraq qlobal vətəndaş cəmiyyəti yaratmaq istəyir və buna belə Forumlar təkan verir. Artıq dünyanın aparıcı dövlətlərinin əksəriyyəti bu istiqamətdə strategiyasını müəyyənləşdirmişdir. Prinsip isə ondan ibarətdir ki, hər bir ölkə daxildə islahatlar aparmaqla yanaşı, qlobal dünya haqqında düşünməlidir. Sonra Dəyirmi masa Nobel mükafatı laureatı, ABŞ-ın Stanford Universitetinin professoru Robert Laflinin moderatorluğu ilə “Virtual reallıq və cəmiyyətin inkişafı” mövzusunda işçi bölmədə işini davam etdirdi. Bu bölmədə müxtəlif mövzularda çıxışlar dinlənilmişdir. Çıxış edənlər belə bir mötəbər tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlıq etmişlər. R.Laflin demişdir ki, bu gün insanlar arasında olan çox çevik ünsiyyət müəyyən problemlər yaradacaqdır. Ona görə də biz qloballaşan dünyada yeni imkanlar tapıb bu problemlərin həllinə çalışmalıyıq. Müzakirə olunan məsələ də çox aktualdır və ümid edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumunda biz bu və digər suallara cavab tapacağıq. Sonra o, “Karbohidrogen enerjisinin gələcəyi” mövzusunda qısa məruzə ilə çıxış etdi. Yaponiya xarici işlər nazirinin sabiq müavini Akiko Yamanaka “XXI əsrdə insan təhlükəsizliyinin perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. O demişdir ki, XX əsrdə soyuq müharibə başa çatandan sonra təhlükəsizlik məsələsi forma və mahiyyətini dəyişmişdir. Son zamanlar baş verən hadisələr, təbii fəlakətlər bizi bu məsələlərə daha ciddi yanaşmağa, metod və metodologiyanı dəyişməyə vadar edir. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bu tədbirin keçirilməsini yüksək qiymətləndirirəm. Bu, həm də Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi önəmin göstəricisidir. Azərbaycan bu gün təkcə regionda deyil, bütün dünyada sülhə və təhlükəsizliyə böyük töhfələr verir. Gənc, müstəqil bir dövlətin Əfqanıstanda, Kosovoda, İraqda sülhyaratma əməliyyatlarında iştirak etməsi çox böyük məsələdir. Azərbaycan təbii ehtiyatların qorunmasında, beynəlxalq əməkdaşlıq, ərzaq təhlükəsizliyi, alternativ enerji sahəsində çox böyük rol oynayır. Hesab edirəm ki, bu tədbirdə çıxış edənlər, eləcə də bizim digər dostlarımız Azərbaycana dəstək verməliyik. 3 Daha sonra Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun təkamül epistemologiyası sektorunun müdiri, fəlsəfə elmləri doktoru Yelena Knyazeva “Mürəkkəblik nəzəriyyəsi əsasında qlobal meyillərin strateji görünüşü”, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru Aleksandr Çumakov “Qloballaşma: reallıq və dünyanın inkişaf perspektivləri”, Rusiyanın Geoiqtisadiyyat və Qlobalistika İctimai Elmlər Akademiyasının prezidenti, iqtisadiyyat elmləri doktoru Ernest Koçetov “Dünyanın dərkinin qlobal metodologiyasında humanitar sıçrayış (“faza keçidi” və onun metodoloji və nəzəri dərki)”, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov “Virtual reallıq məkanı transformasiya məkanı kimi”, BDUnun professoru Fikrət Əfəndiyev “Virtual reallıq və informasiya cəmiyyəti” mövzularında məruzələrlə çıxış etmişlər. Çıxışlarda qloballaşma proseslərinin cəmiyyətə təsiri, eyni zamanda, qloballaşmanın yaratdığı problemlərin həllində səylərin birləşdirilməsi ilə bağlı təkliflər səslənmişdir. BDU-nun rektoru Abel Məhərrəmovun moderatorluğu ilə keçən ikinci işçi bölmədə “Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu” məsələsi müzakirə olunmuşdur. Rektor “Virtual təhsil: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda çıxış edərək bildirmişdir ki, müasir gənclik virtual informasiyaya, auditoriyaya daha çox maraq göstərir. Bugünkü müzakirələrdə biz yaşlı nəsillə gənc nəslin düşüncə tərzindəki fərqləri aydınlaşdırmalı, gənclər üçün daha doğru olan yolu müəyyən etməliyik. Fondazione Salvemini beynəlxalq təhsil proqramının Cenevrə şöbəsinin müdiri Roberto Bonininin “Beynəlxalq tələbə mobilliyi və qloballaşan dünyada universal ali təhsil”, Pakistan Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdiri Məhəmməd Xanın “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Vasilyeviç Quberski “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, BDU-nun hesablama-riyaziyyat kafedrasının müdiri Qalina Mehdiyevanın “Qloballaşma şəraitində cəmiyyətin inkişafında gənclərin rolu və onların inkişafında elektron təhsilin rolu”, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, rumıniyalı professor Eden Mamutun “Kütləvi açıq onlayn kurslar virtual təhsildə yeni yanaşma kimi”, AMEA-nın müxbir üzvü, BDU-nun faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadənin “Müasir dünyada əxlaqi dəyərlərin və əqidənin virtual sivilizasiyası. Azərbaycan: keçmişi, indisi və gələcəyi”, BDU-nun beynəlxalq ümumi hüquq kafedrasının müdiri Rüstəm Məmmədovun “Qlobal hüquq qaydası universitetdən başlayır” mövzularında məruzələri maraqla 4 qarşılanmışdır. Məruzələrdə vurğulanmışdır ki, müasir dünyada insanların düşüncə tərzi auditoriya ilə virtual universitet arasındakı münasibətlərə uyğun olaraq dəyişir. Azərbaycan dövləti, hökuməti və buna müvafiq olaraq gəncliyi də bu proseslərdən nəinki kənar qalmamış, eyni zamanda, onların fəal iştirakçısına çevrilmişdir. “Dəyirmi masa”nın üçüncü işçi bölməsində Rusiya İctimai Elmlər Akademiyasının akademiki, Milli Tədqiqat Universitetinin şərqşünaslıq şöbəsinin müdiri Aleksey Maslov moderatorluq etmişdir. Bölmə iclası “Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri” mövzusuna həsr olunmuşdur. İclasda Gürcüstan Milli Elmlər Akademiyasının ictimai elmlər şöbəsinin akademik katibi Roin Metreveli “Qloballaşmanın perspektivləri və Qafqaz regionu”, Bolqarıstan Elmlər Akademiyasının vitse-prezidenti, professor Svetlana Emilova Kujumdziyeva “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar (Bolqarıstan Elmlər Akademiyasında kilsə musiqisinin tədqiqi əsasında)”, Qazaxıstanın “Nur Otan” Milli Demokrat Partiyasının təhlil, proqnoz və sosial təşəbbüslər mərkəzinin rəhbəri Kazbek Kazkenov “XXI əsr: çağırışlar, yoxlamalar, istiqamətlər”, Rusiya Federasiyasının Rəssamlıq Akademiyasının akademiki Yuri Borev “Qloballaşma və incəsənət”, Macarıstanın Dünya İqtisadiyyatı İnstitutunun professoru Andras İnotai “Qloballaşma və onun siyasətə, iqtisadiyyata və cəmiyyətə təsiri”, T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun direktoru, professor Valeri Kopeyka “Distant təhsil Ukraynada ağıllı cəmiyyətin formalaşması amili kimi”, BDU-nun professoru Şahlar Əsgərov “Dayanıqlı insan inkişafı”, BDU-nun kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov “Varislik gələcək nəsillərin inkişafını müəyyənləşdirən amillərdən biri kimi”, AMEA-nın müxbir üzvü, BDU-nun psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev “Tranzitar cəmiyyətdə nəsillərarası münasibətlər”, Fransanın Nitsa Universitetinin iqtisadiyyat üzrə professoru Jan Pol Kişah “ Qloballaşma proseslərinə tarixi baxış” və İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti adından Emili Naffa “Yeni liberal qloballaşmanın xarakteristikaları” mövzusunda məruzələr etmişlər. Qeyd edək ki, son iki çıxış proqramdan kənar olaraq məruzəçilərin öz arzuları ilə həyata keçirilmişdir. Çıxışlarda regional problemlərin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gənc nəslin inkişafına, qloballaşma proseslərinə mənfi təsiri pislənmiş və bu cür təcavüzlərə son qoyulması tələb olunmuşdur. 5 İclasda, həmçinin T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru,akademik Leonid Vasilyeviç Quberski, İordaniya-Azərbaycan Cəmiyyəti adından xanım Emili Nofa və başqaları çıxış edərək, belə bir mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan dövlətinin başçısına, dəyirmi masanın təşkilinə görə BDU-nun rektoruna və əməkdaşlarına minnətdarlıq etmişlər. İclasın sonunda Forumun Bəyannamə layihəsi müzakirə edilmişdir və dəyirmi masa iştirakçıları yekdilliklə Bəyannamə layihəsinin əsas kimi qəbul edilməsinə tərəfdar olduqlarını bildirmişlər. Forum çərçivəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmov Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflini, Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi, Nobel mükafatı laureatı Corc Fitzgerhald Smutu və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturu qəbul edib. Universitet haqqında məşhur alimlərə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Nanotexnologiya və innovasiyalardan də danışan rektor, azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb. Nobel mükafatı laureatları Laflin Robert Betts, Corc Fitzgerhald Smut və Markus Rudolf Artur fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab veriblər. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alimlər, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət veriblər. Alimlər tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də veriblər. BDU-nun rektoru, akademik Abel Məhərrəmov həmçinin Yaponiyanın sabiq Xarici İşlər Vitse-Naziri və Nümayəndələr Palatasının keçmiş üzvü, hal-hazırda Çiba Ticarət Universitetindəki Elmlər Akademiyasının professoru, Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunda tədqiqat üzrə məsləhətçi, Vilton Parkda baş məsləhətçi və Yaponiyanın Xarici İşlər Nazirliyində Beynəlxalq Sülh Əməkdaşlığı üzrə Məsləhət Qrupunun üzvü Akiko Yamanakanı qəbul edib. Rektor öncə qonağa universitet haqqında məlumat verib. BDUnun beynəlxalq əlaqələrindən, Yaponiya Universitetləri ilə əməkdaşlığından, həmçinin sədri olduğu Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən bəhs edib. Prezident İlham Əliyevin Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyini 6 deyən Abel Məhərrəmov əlaqələrdə təhsil siyasətinin xüsusi yer tutduğunu bildirib. Bu siyasətin həm Qərbə, həm də Şərqə inteqrasiya olduğunu deyən rektor 2000-ci ildən BDUda yapon dilinin tədris edildiyini və universiteti bu ixtisas üzrə 70-dən çox məzunun bitirdiyini diqqətə çatdırıb. Abel Məhərrəmov həmçinin Yaponiyada elmin, texnologiyanın sürətlə inkişaf etdiyini vurğulayıb və Bakı Dövlət Universiteti olaraq Yaponiya elminə böyük önəm verdiklərini deyib. Akiko Yamanaka da öz növbəsində Azərbaycan-Yaponiya münasibətlərinin inkişafından razılıq ifadə edib, əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını bildirib. Görüşdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe də iştirak edib.

Video 1
Video 2
Video 3
Video 4
Video 5
Video 6
Video 7