Forum 2011

İnkişafın iqtisadi modelinin humanitar aspektləri

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

İnkişafın iqtisadi modelinin humanitar aspektləri

Şəmsəddin Hacıyev - ADİU-nun rektoru, professor

Hörmətli Forum iştirakçıları, xanımlar və cənablar!

İcazə verin Bakı Beynəlxalq Humanitar Forumunun növbəti iclasını açıq elan edim. Bu gün V bölmənin iclasıdır. İqtisadi inkişaf modellərinin huma­ni­tar aspektləri mövzusunda üç dəyirmi masa keçirəcəyik. Mən istərdim ki, forumun işinə başlamazdan əvvəl dəyirmi masaların bəzi prosedurlarını və reqlamentini nəzərinizə çatdırım. Hər bir dəyirmi masa üçün 1 saat yarım vaxt ayrılır. Moderatorlar dəyirmi masanın müzakirələrini istədikləri formatda apara bilərlər. Birinci Dəyirmi masadan sonra qısa fasilə kofe-breek, ikinci dəyirmi masadan sonra isə nahar fasiləsi olacaq. III dəyirmi masanın işinə saat 4 tamamda başlamağı planlaşdırırıq. Müzakirələr başa çatdıqdan sonra Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsini müzakirə edib, ona münasibət bildirməliyik. Bəyannamə sizlərə paylanılıb. Və axşam saat 6-da bütün qonaqlarımızı Yaxt Klubda şam yeməyinə dəvət edirik. Həmçinin mən böyük məmnuniyyətlə xarici qonaqlarımızı Azərbaycan Dövlət İqtisad Universiteti ilə də qısa tanışlığa dəvət edirəm. Xahiş edirəm, bu deyilənlərlə bağlı hər hansı bir məsələ yaranarsa, fərdi qaydada müraciət edə biləsiniz.

İndi isə icazə verin, birinci dəyirmi masanın həm mövzusunu, həm də iştirakçılarını Sizə təqdim edim. Dəyirmi masanın mövzusu «İqtisadiyyatın bəşəri siması» adlanır. I dəyirmi masanın moderatoru Mau Vladimir Aleksandroviç – Rusiya Federasiyası Prezidenti Yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının rektoru (Rusiya Federasiyası).

Dəyirmi masanın iqtirakçıları təqdim olunur:

Mən xahiş edərdim dəyirmi masanın iştirakçıları öz yerlərini tutsunlar. Amma bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm ki, bizim bölməmizin iştirakçıları arasında bir qonağımız da var, xanım Dora Bakayanes – Yunanıstanın sabiq Xarici işlər naziri və o, dəyirmi masamızın ilk iclasında proqramdan kənar çixiş etmək və forumla bağlı öz fikirlərini bizlərlə bölüşmək arzusunu bildirib. Əminəm ki, ona söz veriləcək. Bununla mən hələlik missiyamı başa vururam.

  Beynəlxalq muğam mərkəzində seksiyanın Bakı beynəlxalq humanitar forumu çərçivəsində keçirilən “İqtisadi inkişaf modellərinin humanitar aspektləri” adlı iclasında “İqtisadiyyatın bəşəri siması” həsr edilmiş birinci bölmənin moderatoru olan Rusiya Federasiyasının Prezidenti yanında Xalq təsərrüfatı  və dövlət xidməti Akademiyasının rektoru Vladimir May  iştirakçıları salamlıyacaq

Vladimir May 

 Əziz dostlar! Hər şeydən əvvəl, mən bu forumun təşkilatçılarına təşəkkür etmək və sadə moderatorar vəzifəsinin icrasına başlamaq istərdim.

“İqtisadiyyatın bəşəri siması” mövzusunun özünün  birmənalı tərcüməsi yoxdur. İqtisadiyyat elminin nə olduqu haqda sonsuz müzakirələr var. Deyirlər ki, iqtisadiyyat –  iqtisadçılar nə ilə məşğurl olurlarsa odur. Şərqdə ilk iqtisadçılar həkimlər idilər. İqtisadçıların ikinci nəsli var – bu filosoflar, hüquqşünaslardır. Bəs iqtisadiyyat nədir? Robins deyib, sosial elmlərdən fərqli olaraq iqtisadiyyat dəyərlərlə deyil, müəyyən edilmiş faktlarla məşğul olur,  Mən düşünürəm ki, bu gün biz özümüz üçün bu sualı (məsələni) müzakirə edə biləcəyik:, iqtisadiyyat texniki, yoxsa daha çox sosial elmdir?! Hər dövrə məxsus iqtisadi inkişaf prinsipləri  var. Bugünkü dünyada iqtisadi proseslər bir çox amillərdən asılıdır, hətta iqtisadçılar özləri də qabaqcadan bunu proqnoz­laşdırmaqda çətinlik çəkirlər.

Ceyms Mirrlis

İqtisadi inkişaf modellərinin humanitar aspektləri

Çox sağ olun, təşəkkür edirəm. Ekspert qrupuna,  məni iştirak etmək üçün dəvət edən təşkilatçılara təşəkkür edirəm. Mən iki bəyənilmiş modellə bağlı danışmaq istərdim. Mən əlimdən gələni edəcəm. Çox güman ki, moderatordan soruşmalıyam. Siz,  mənə danışmaq üçün nə qədər vaxt verirsiniz?

 Yaxşı, biz artıq gündəlikdə nəzərdə tutulan vaxtdan kənara çıxmışıq. Bəlkə, on və ya on beş dəqiqə. Hətta mənim birinci çıxış edən üzv olmağıma baxmayaraq.

Birincisi, mən namizədlərin iqtisadiyyatın mənəvi elm olmasını, nə üçün dediklərini bilirəm, çünki bu belədir. Kembricdə də Mayl Şou müstəqil elmi müs­tə­qil fəlsəfə ilə əlaqələndirməyi bacardı. Elm fəlsəfəyə əsaslanır. Bu elmi praktiki elm adlandırmaq səhvdir. Bunlara biz çox abstrakt məfhumlar kimi deyil, tam konkret vərdişlər kimi baxmalıyıq. Və mən qərara gəldim ki, iqtisadi inkişaf modellərini ölkələrin öz iqtisadi inkişaf yollarında etdikləri tərzdə şərh edim. Çox güman ki, ölkələrin öz iqtisadi inkişaf yollarını  eyni yollarla getmədikləri müba­hi­səli məsələdir. Mən xüsusilə Çinin iqtisadi inkişaf modeli ilə bağlı danışmaq istər­dim. Və çox təfərrüatlı və müstəsna olaraq, Çin 1978-ci il islahatlar dövründə qərara aldı ki, sənayeləşməyə doğru inkişaf etmək lazımdır. Bir sözlə, onlar Pekin barbarizmini özünə cəlb edəcək inkişaf modelini icra etməyə hazırlaşırdılar.  Eyni zamanda, çox böyük həcmdə investisiyalar və sənaye gücləri bir arada. Əlbəttə, bu o demək idi ki, bunun ardınca ixracda inkişaf olacaqdı, xarici ticarətdə sürətli inkişaf özünü göstərəcəkdi. Mənim fikrimcə, müzakirənin böyük hissəsi bu məsə­lə­lərlə bağlı olmuşdur. Onlar azad bazarlar təqdim etməyə, müəyyən halda tədricən özəl biznesə icazə verməyə hazırlaşırdılar. Onlar həm də iqtisadiyyatın, gücün formalaşdırılmasının təfərrüatlı hazırlanmış, tədqiq edilən inkişaf infrastrukturunu da tətbiq etməyə hazırlaşırdılar. Beləliklə, insanlarla bunun heç bir əlaqəsinin olmaması fikri, insanları düşündürən məhz bütün bu terminologiyadır. Bu, bir qədər təəccüblüdür. Xeyir. Çin geri nəzər salsa və desə ki, iqtisadi inkişafın çox mühüm bir insan aspektini nəzərə alsan, xüsusilə ölkədə müəyyən səviyyədə olan yoxsulluq səviyyəsinə nəzər salsan, bu sahədə yetərincə artım müşahidə olunur. Standart ölçü budur. Bundan kifayət qədər məlumatlıyıq. Sizə xatırladım, günə orta hesabla əlavə işlərdən 1.25 dollar qazanan əhalinin bir hissəsini düşünün və bu da əmlak qiymətlərini aşağı salır. Bu da özünü ildə 500 ABŞ dolları ilə əks etdirir. Banklardan birinin web-saytında göstərilən rəqəmlərə əsasən, burada təkcə Çindən söhbət getmir. Bu, 1970-1980-ci illər üçün yoxsulluq həddindən aşağıda olan yuxarıda qeyd edilənin 85%-idir. 2005-ci ildə, az-çox etibarlı rəqəmlərə inansaq, əmlak həmin səviyyədən 15% aşağı düşmüşdür. Bir addım üçün bu çox nəhəng irəliləyiş kimi görünür. Mənə maraqlı olan budur ki, Qazaxıstan da oxşar təcrübələrlə üzləşib. Bəlkə də təsadüfən yüksək əmlak gəlirləri gündə iki dollar olmaqla sabitləşdi. Və mənə elə gəlir ki, bu eyni səbəbdən olmuşdur. Və indi mənə bu sualla bağlı daha ətraflı danışmağa icazə verin:

Çinin etdiyi düz idimi?

Düşünürəm ki, planlaşdırıldığından, bu çox yaxşı idi. Amma ortaya çıxan sual daha nələrin edilməsidir. Çünki, sənayeləşdirməyə doğru getmə yoxsul cəmiy­yə­tin yaşam standartının həqiqi mənada nəzərə ala biləcək tam doğru yol deyil. Əgər siz sənayeləşdirməyə nəzər salsanız, ideya budur ki, bu iqtisadi modeldir, kifayət qədər sürətli proses olduğundan bu istehsalı iqtisadiyyatın sənaye hissəsinə aid edir. Ölkələr üçün zamanın on faizi şəbəkələri qloballaşdırmaq çox məqsədə­uy­ğun­dur. Əgər bu ÜDM-ni tam öz ehtiyatları hesabına saxlamağa imkan verirsə, Çin sürətlə buna nail olmuşdur. Lakin məsələ aşağı maaşla işləyən insanların necə hərəkət etməsidir? İlkin olaraq, siz iqtisadiyyatın aşağı formalarında yaşayan insan­larla bir qədər soyuq olmalısınız. Xüsusilə, kənd təsərrüfatı və yoxsul fəhlələr üçün yerli xidmətlərdə. Və siz şəhərlərə gətirilə bilərsiniz, şəhərlərə gedək …. Lakin, oralarda nə baş verir. Çünki bura Çindir.  Sürətli artımdan nəticələnən kifa­yət qədər əhalinin olduğu bütün uğurla inkişaf etməkdə olan ölkələr üçün bu xarak­te­rik mənzərədir. Və bu hərəkat Çində bir il üçün şəhər əhalisinin təxminən 4%-ini təşkil edir. Beləliklə, bu bəlkə də böyük həcmli köç deyil və digər kifayət qədər böyük ölkələr üçün də. Hansı ölkələr ki, yaşam standartının aşağı olduğu kənd yerlərindən əhalini şəhərə daşıyır. Şəhərdə maaş almaq Çin üçün bu, çox yaxşı olacaq. Bu, kənd ərazilərində olan orta gəlirin üç qat artığıdır. Və sonra bu iqtisadi tərəqqi dövrü üçün davamlı rəqəmlərin saxlanması deməkdir. Və artım yoxsulluqla mübarizədə işlədilən bahalı vasitələri saxlayacaq. Və siz düz deyirsiniz, biz sizin gəlirinizi artırmağa hazırlaşırıq. Və biz həm də bunu edirik. Siz ev məsələsinə bir hissə torpaq işlətməyə hazırlaşırsınız, əslində kənd yerlərində bu kifayət qədər baha başa gəlir. Standart yaşam şərtlərində bu, o qədər də çox artıtırılmamılıdır. Siz maaşların səviyyəsində iqtisadiyyatı qiymətləndirin, çünki standart yaşam şərtləri təkcə …. İbarət deyil, siz xərcləyə bilərsiniz və sonra siz vergi ödənişi ilə maaşı almış olursunuz. Bu həm də zərurəti asanlaşdırır.

Mən bu inkişaf siyasətinin Çində göstərdiyi rəqəmlərlə bağlı çox ətraflı tədqiqat aparmağa çalışdım. Əlbəttə, sənayeləşdirmənin də öz töhfələri olur… Deyə bilərik ki, kənd yerlərindən şəhərlərə köçən əhalinin sayı kifayət qədər çoxdur. Yaşam standartları çox qalxmışdır və çox az şəhər ərazisi və ya onların ekstremal forması təsdiq edilib. Məni təəccübləndirən bir məqam da o oldu ki, mən belə müəyyən etdim ki, birinin kredit alması aşkarlığın azalmasında böyük hissə kənd təsərrüfatının artımı ilə ölçülür.  İndi Çində bunu çoxunu hiss edəcəksiniz. Bu Azər­baycanda çox yüksəkdir. Aqrar təsərrüfatın ümumi həcmi təqdirəlayiqdir. Lakin bu iqtisadiyyatın ümumi dərəcəsindən çox aşağı idi, təxmini desək, standart 8-9%-lə müqayisədə iqtisadiyyatın formalaşdığı dövrdə isə 5% idi. Bu çox əhə­miy­yət­li töhfədir. Nə üçün? Çünki şəhər yerlərində əhalinin gəlirləri artdı. Və valyu­ta­lar aşağı idi, çünki istehsal prosesi daha aşağıda gedirdi və onlar bunu satırdılar. Və əsas məsələ maddə arasındakı əlaqədir, hansı ki, abstrakt pul anlayışıdır və istehsalçı xəttin yetərincə ərzağı var zəruri lazım olanı əldə etmək imkanına malikdir, amillərin insan baxışından yanaşılmasıdır. Və bu da buna əsaslanır. Bu kömək etmir.  Çünki Çin yoxsulluğu azaldacaq dərəcədən də artıq ərzaq istehsal edirdi. Ona görə ki, onlar fermerlərə daha çox xeyir verirdilər. Əlbəttə, kənd yerlərində iqtisadi çaxnaşmalar zəif şəkildə normalaşır və bu, həmçinin, müvəqqəti xidmət və yerli istehsal sahələrində də müşahidə olunur.

Azərbaycandan da bəzi nümunələr gətirim. Azərbaycan kənd təsərrüfatı sahəsində böyük irəliləyiş əldə edib. Lakin bu irəliləyiş iqtisadiyyatın ümumi inki­şa­fından daha ləng getmişdir. Çünki Azərbaycan və Çinin normaları bir-birindən fərqlənir. Azərbaycan neftinə görə inkişaf etməkdədir. Mənim fikrimcə, bu, absurd olsa da, neftin yoxsulluğun azalmasına səbəb olması da yəqin ki, həqiqətdir. Mən aydın şəkildə bütün bu qaldırılmış məsələlər üzərində düşündüm, daha çox şey edilməli idi. İqtisadi inkişaf daha çox kənd yerlərindəmi olmalıdır? Çin nümu­nə­sin­də, bir qədər loru dildə desək, Çin hökuməti çinlilər üçün çox şey etmişdir, əhalinin yaşayış standartlarını yaxşılaşdırmış, onların gəlirlərini artırmışdır.  Lakin onlar gübrələməyi əvəz etdilər. Çində gübrələrin sayında əhəmiyyətli artım var, onda sənaye hissələrində istifadə olunan digər kimyəvi maddələri də yaxşıca inkişaf etdirmək olar. Dotasiyalar da yaxşı idi. Güman ki, bunun dəqiq effektli olacağı nəzərdə tutulmuşdu.

Mənim burada rastlaşdığım suallardan biri iqtisadi inkişaf modellərinin həqiqətən də tələsik qiymətləndirmə olub-olmaması məsələsidir. Bu, insan cəhdləri üçün daha uğurlu ola bilərdi. Belə desək, yoxsulların müəyyən yaşam standartları. Və mən əminliklə deyirəm ki, bu, həmişə şikayətlərlə olacaq. Hamının ehtiyacı var, lakin bu, artımda iştirakı ilə özünü göstərir və sənaye gəlirləri və aqrar təsərrüfat arasındakı fərqlər bir çox inkişaf etməkdə olan ölkələrdə ümumi torpaqların yaranması ilə nəticələnir. Bu Amerika üçün deyil. İnkişaf etməkdə olan ölkələrin hamısında bu baş verən haldır. ..

Təşəkkür edirəm!

Yevgeni Qriqoriyeviç Yasin - alı iqtisadiyyat məktəbinin elmi rəhbəri

Mən sosialist iqtisadiyyatından, bazar iqtisadiyyatına keçidi yaşamış ölkə­lə­rin bütün vətəndaşlarını narahat edən suala əlavələr etmək istərdim. Siyasi sınaqların bu prosesini həyata keçirmiş ölkələr xalqı daha yaxşı həyata  gətirib çıxarmağı, rifahın səviyyəsin daha da yüksəltməyi, onların daha azad olmasını düşünmüşdü. O vaxtdan 20 il keçdi. İndi, biz bir zamanlar Sovet İttifaqında yaşa­mış insanlarla rastlaşarkən, çoxları  bazar iqtisadiyyatında sürətli müvəffəqiy­yət­lərə gətirib çıxarmalı olacaq “şok terapiyasını”tənqid edirlər. Böyük nailiyyətlər əldə edılməmişdi. Mən təbii sərvətlərdən istəfadə etmək imkanına malik olan Azərbaycanı və Türkmənistanı istisna edirəm. Bu amil hökumətin qəbul etdiyi səylərdən daha az asılıdır. Biz   amillərin əhəmiyyətli olacağı və pozitiv nəticələrə gətirib çıxaacağı barədə fikirləşməliyik. Mən məsələ ilə bağlı düşüncələrimlə bölüşmək istəyirəm. Dünyaya bir gədər  başqa cür  baxmaq lazımdır, mədəniyyət baxımından – bu sosial əməkdaşlığı sərvətləndirən sosial normalardır .

 Daha çox konkret olaraq – insan sivilizasiyasının tarixi – mədəni əlaqələrin daha da genişləndirilməsi və artırılmasıdır. Hal-hazırda biz bir neçə  üstünlüyə malik  sivilizasiyalar dünyasında yaşayırıq. İndi multimədəniyyətşunasliq haqqında danışmaq dəbdədir:bütün mədəniyyətlər bərabərdir. Mən bununla yalnız siyasi düzgünlük nöqteyi-nəzərindən razılaşacağam. Lakin insan siması iqtisadiyyat nöqteyi-nəzərindən ən sonda o bizə “ağız büzür”. Hal-hazırda biz qloballaşma şəraitində qərb mədəniyyətinin üstünlüyünü qeyd etməliyik. Biz diqqətimizi bun­la­ra yönəltməliyik: 1)şəxssiz münasibətlərin  yüksək səviyyəsinə; 2) bir sıra xoşa­gəl­məz hallar yaradan rəqabət. Digər tərəfdən, kapitalizm şəraitində biz qeyri-adi mad­di inkişaf müşahidə edirik. Bütün bəşəriyyət rəqabət sayəsində baş verən müs­tə­qillik hiss etdi. Rəqabət innovasiyaya real tələbat yaradır. Bütün xalqlar ağıllı  və ixtiraçıdır. Sağlam rəqabət bərabər şərtlərlər əsasında olmalıdır. Mən yalnız iqtisadi rəqabəti deyil, həmdə maddi rifahın artımına və intellektual inkişafın yüksəldilməsinə yönəldilmiş  siyasi rəqabəti də nəzərdə tuturam. Bu fövqəl əhəmiyyətlidir. Mən o hal­da iqtisadi və siyasi rəqabətın tərəfdarıyam ki, iqtisadi rəqabətə madiyyatın ax­ta­rıl­ması deyil, məhsuldarlığa yönəldilmiş sağlam xarakter verən siyasi rəqabət olsun.

Robert Skidelski

İqtisadi inkişaf sivil cəmiyyətin ilkin şərtidir, yoxsa  sivil cəmiyyət iqtisadi inkişafın?

Mübahisəli mövzudur, bəziləri deyir ki iqtisadi çiçəklənmə yaxşı hökumət­siz də olur, digərləri isə iqtisadi çiçəklənmə olmadan belə yaxşı hökumətə sahib olmağın mümkün olduğunu iddia edirlər. Mən bu terminləri ikimənalı işlədirəm, iqtisadi çiçəklənmə dedikdə mən iqtisadi inkişafı, yaxşı hökumət dedikdə isə təşkilatlar toplusu, müştərək etibarlı demokratiya, azadlıq, siyasi sərbəstlik, qanunçuluq və s. nəzərdə tuturam. Lakin bu zaman sual yaranır: hansı daha öndə gedir? Tərəqqinin əldə edilməsi üçün yaxşı hökumətin olması vacibdir, yoxsa hökumət özü iqtisadi tərəqqinin müəyyən ilkin mərhələsinin müəyyən formada nəticəsidir?

Əslində ağıllı insan dərk edir ki, iki qarşılıqlı əlaqədə daha mürəkkəb yollar mövcuddur, amma bu məqamda iki müxtəlif dahinin görmək istədiyi nəticələri nəzərdən keçirməklə müzakirəyə son qoymaq faydalı ola bilər. Lakin, iqtisadi tərəqqidən bəhs edən məşhur “ Qərbin Yüksəlişi ” adlı kitabda Duqlas Ru və Tomas   mübahisə edirlər ki, iqtisadi tərəqqiyə çatmaq üçün institusional parametrlərdə dəyişikliklərin edilməsinə ehtiyac var. Və xüsusilə də fərdi və sosial normaların geri qayıtması güman olunur və bu və ya digərinin baş verməsi üçün qeyd edilən elementlər tətbiq edilir. İqtisadiyyat  hər ikisi, həm suverenlik və həm də ənənəyə qarşı qanuna müvafiq olaraq qorunan, xüsusilə  müəyyən edilən mülkiyyət hüquqları kimi yaxşı  qurulmalıdır. Həmçinin bildirirlər ki, bu kitab hökumətlərin üzləşdiyi amillərin araşdırılmasıdır və bunu ilk dəfə həyata keçirən ölkə kimi  İngiltərəni misal gətirmək olar və İspaniya isə bazar iqtisadiyyatının inkişafını təmin etmək üçün idarəedici təşkilatlarını yeniləndirmək cəhdi alınmayan ölkə nümunəsidir və iqtisadiyyat tarixdə bu,  böyük, ən azından iki, üç yüz illik  müvəffəqiyyətsizlikdir.

Və burada ən yaxın iki məqam olmalıdır: birincisi,  yaxşı hökumətin yerli olması vacib deyil, bu kənardan da gələ bilər və bu da inkişafın göstəricisi kimi plüralizm baxımından bir əsasdır. İkincisi, bazar iqtisadiyyatının sonrakı inkişafı siyasi plüralizmi tələb etdiyindən, bazar təşkilatlarını könüllü olaraq qəbul etməyə hazır olan idarəçiləri irəli çəkmək üçün güman ki, müəyyən mənada təzyiqin olması tələb olunur və bu da müəyyən mənada plüralizmi nəzərdə tutur və siyasi plüralizm demokratiya demək deyil. Bu, demokratiya deyil, yoxsa plüralizm demokratiya tələb etmir?

Demokratiya və insan hüquqları ilə bağlı mübahisələr sonrakı mərhələyə daxil olur. Və demokratiya və iqtisadi inkişaf arasında da heç bir əlaqə yoxdur, yal­nız bir istisna hal var ki, bir dəfə Amerikada qəhrəmanlar bunu həyata keçir­miş­dilər. Yaxşı, bəs onda yaxşı hökumətin iqtisadi inkişafın nəticəsində yaranması ilə bağlı mübahisələrə nə deyək? Bu nəzər nöqtəsi nadir hallarda sadə formada özünü göstərir, etibarlı hökumət iqtisadi inkişafın başlanması üçün qayda-qanun, təh­lü­kə­siz ticarətin icrası üçün ən azından kifayət qədər effektli olmalıdır.  Bu başlanğıc orta və ticarətçi sinfin yüksəlişinə səbəb olur və iqtisadiyyatın bundan sonrakı inkişafı siyasi imtiyazlar əldə etməklə məcburi olaraq bu orta sinifdən asılı olur, həm suverenlik, həm də bu nöqteyi-nəzərdən belə nəticəyə gəlmək olar ki, liberal siyasi sistem iqtisadi inkişaf səbəbindən deyil, onun nəticəsi kimi özünü göstərir. Və mən demək istərdim ki, bu marksist əsaslı super struktur arqumentidir və burada istehsalda maddi şərtləri mən siyasi inkişaf kimi dəyərləndirirəm.

İndi mən bildirmək istəyirəm ki, bu iki mövqenin inkişafın necə olması ilə bağlı əldə etdikləri nəticələr var. Əgər birinci düzgündürsə, onda yenidən qurulmuş multi-liberal təşkilatların tam mənada təyin etdiyi yerli qurum dünyada iqtisadi inkişaf üçün zəruri şərtdirmi? Əgər digər tərəfdən biz liberal təşkilatların iqtisadi inkişaf baxımından yanaşdıqlarına inansaq, onda diktaturalı, lakin kiçik hökumətin müəyyən hissəsinin saxlanması sonrakı mərhələdə paradoksal olaraq siyasi inkişafın yeganə mümkün yoludur. Bu mübahisədə tam formalaşmamış demok­ra­ti­ya­nın olması orta sinfi müəyyən etmək  məqsədi daşıyan populist siyasət baxımın­dan inkişafın əleyhinə ola bilər.

Bununla da tarixə nəzər salmağa ehtiyacım var. Tarix nümunələrlə dolu­dur. Mənim fikrimcə, bu, ümumi qanundur. Və mənim fikrimcə İngiltərə birin­ci mövqeyə nümunə kimi hesab edilə bilər. Burada hələ 17-ci əsrin əvvəllərində kiçik hökumət, siyasi təşkilatlar qurulmuşdu və bunun ardınca iqtisadi artım gəlir ki, bu da tədricən artım prosesinin sonunun siyasi demokratiyaya doğru aparmasına gətirib çıxarır, halbuki İspaniyada bu, digər hədəflərə istiqamətlənir. Burada haki­miyyətin formalaşdırması heç zaman tələb olunmayan digər təşkilat­­la­rın bazasında yaradılmış pre-market (qabaqcadan sövdələşən) siyasi təşkilatları olmamışdır, ölkənin heç bir zaman ənənəvi əmlak hüquqları ilə  əlaqələndirmə meyilləri olma­dı­ğından, ölkənin iqtisadiyyatı iki yüz il ərzində yalnız ölkədaxili olmaqla məh­dud­lan­mışdır.

Və bu gün Botsvana Fil Sümüyü sahili kimi İngiltərə ölkəsində kons­ti­tu­siya modeli versiyasını qoya bilər, İspaniyanın müasir versiyası Latın Amer­i­ka­sı­nın Kosta Rika və Qvatemala kimi ölkələri ilə eyni cür müqayisə edilə bilər. Lakin digər tərəfdən sizin əlinizdə Almaniya, Yaponiya və Çin kimi ölkələrin nümunələri var. Və Almaniya və Yaponiya adambaşına düşən gəlirdə sürətli artımla bağlı təc­rü­bələrə malikdir. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində liberal siyasi təş­ki­latlar olmadığından əslində bazar və siyasi sistem müəyyən mənada geriləmişdi.

Hər iki ölkədə onlar çox, çox uğurlu olmuşdular. Və siz deyə bilməzsiniz ki, bu cür avtoritar siyasi sistem sonda tam liberal iqtisadi və siyasi təşkilatların super inkişafına gətirib çıxarmayacaq, çünki onlar hər iki Dünya Müharibəsində məğlubiyyətlərindən sonra bununla qarşılaşmamışdılar. Siz deyə bilərsiniz ki, həmin sistem dözümlü sistem deyildi, çünki təzyiqə məruz qalmış siyasətin və azad bazarların olduğu sistem gərginliyin yaramasına səbəb olur ki, bunun da nəticəsi müəyyən mənada müharibənin ortaya çıxması ilə özünü göstərir.

Bu mübahisə mövzusu ola bilər, lakin bunun Çin üçün münasib və səciyyəvi olduğunu demək tam qeyri-mümkün olsa da, bu belədir. Çünki Çin başqa bir nümunədir, bu ölkə çox təzyiqə məruz qalan siyasi sistemə malikdir. Ölkə çox sürətli artımı yaşamaqdadır. Və sual budur: bu diktatura  sistemdə orta sinfin tərəqqisi azad siyasi sistemlə nəticələnəcəkmi? İnstitusional dəyişiklik iqtisadi inkişafı davamlı edəcək.  Düşünürəm ki, bu cavabını heç zaman verə bilməyəcəyi­miz bir sualdır. Mən çox çətin materiallara toxundum, mən həqiqətən də bu terminlərin tam mənasını tapa bildim, amma düşünürəm ki, bu gün dominant ənənəvi fikir budur ki, biz tam olaraq iqtisadi inkişafa çatmaq üçün bizə yaxşı idarəetmə lazımdır və yaxşı idarəetmə üçün təşkilatlar sektorunda üstün olanı seçməlisən. BMT ola bilər.

Hər halda, əsasən siz təşkilat sektorunda idarəçilik edirsiniz və sonrada onlar iqtisadi artım əldə edirlər. Mənim fikrimcə bu səhvdir. Buna əsaslanan təcrid edilmiş siyasət səhvdir. Onda düzgün siyasət nədir, çünki mənim fikrimcə zorla ələ keçirilmiş hakimiyyət canlı deyil, onlar kiçik sinfin olduğu iqtisadi artım yarada bilər ki, bu da nizam-intizamlı sistemi təmin edə bilərdi. Bu sadəcə olaraq universal qanuna zidd olmaqla yanaşı, ikinci məsələyə də qarşıdır. Amma bu məni maraqlandırmır.

 Təşəkkür edirəm!

Dora Bokayanis

Yunanıstandakı iqtisadi böhranın sosial-iqtisadi aspektləri

Xanımlar və cənablar, sabahınız xeyir! Və güman edirəm ki, mən bu stolun ətrafında yeganə xanım-üzvəm.

Beləliklə, icazə verin bir az Yunanıstan təcrübəsi haqqında danışım. Yəqin ki, sizin hamınız xəbərləri izləyirsiniz. Mən xəbərlərdə olmağı heç də istəməzdim, ancaq mən bilirəm ki, keçən il dünyanın bütün xəbərləri Yunanıstan haqqında xəbərlərlə dolu idi. Lord Skedetelsky kifayət qədər nəzakətli davranaraq Yunanıs­tan haqqında deyil İspaniya haqqında danışdı. Lakin,  bu gün faktiki olaraq mənim ölkəm dünya və əsasən bizim Avropa partnyorumuz qarşısında bir çox problem qaldırdığı halda başqa heç bir məsələ haqqında danışa bilmirəm.

 Belə ki, icazə verin düşünüm və deyim ki, coğrafi baxımdan çox əlverişli və üstün mövqedə yerləşən, son 10  il müddətində ümumi daxili məhsulun miq­da­rı­nın orta hesabının artdığı, adamların yaxşı yaşadığı, hətta mən deyərdim ki, çox yaxşı yaşadığı, dünyanın hər yerinə odun daşıyan, dünyada ikinci, Avropa İttifa­qın­da isə birinci yerdə olan ən böyük dəniz donanmasına malik olan bir ölkədə nə istənilən kimi getmədi.

Beləliklə, icazə verin Lord Skedelskinin yaxşı idarəetmə (hakimiyyət) haqqında danışdığını sadəcə olaraq bir as davam  edim. Mən bu siyasi sistemin üzvü­yəm, ancaq mən boynuma almalıyam ki, Yunan siyasi sistemi tamamilə zəifdir. Və biz tamamilə deyirik, çünki bilirsiniz ki, bir razılaşma var ki, Yuna­nıs­tan demokratiya yolu ilə gedir. Lakin, biz demokratiya ilə birgə demokratizmi, populizmi də həmçinin kəşf etdik. Və burada, daha dəqiqi – bu istənilən kimi getmədi. Çünki illər boyu formalaşmış bu siyasi sistem məhv olur (iflasa uğruyur), biz daha çox istehsal edirik, adamlara daha çox məhsul verməliyik.

Amma, digər tərəfdən isə biz maliyyələşdirmə sahəsində tək idik, çünki, biz pul vəsaitindən asılı idik. Belə ki, biz imkanlarımızın icazə verdiyindən daha yuxarı şəraitdə yaşayırdıq. Və bu doğru deyildi. Əlbəttə ki, bu beynəlxalq böhran idi. Bu artıq ifrat vəziyyət idi, gərgin vəziyyət idi. Və vəziyyət ifrat hala çatdığı üçün  biz də indi bütün dünyada adamlar üçün ən çətin vəziyyətlərdən birindəyik.

Çünki Yunanıstan oyanmışdı və anlamışdı ki, o, son 30 ildə yaşadığı səviyyədən ən azı 30% aşağı səviyyədə yaşamaq məcburiyyətindədir. Bu isə olduqca çətindir.

Beləliklə, əgər Yunanıstan təcrübəsindən öyrənəcəyiniz iki dərs varsa, onlardan biri – bəli yaxşı hakimiyyətdir (idarəetmədir). Bəli, sizin yaxşı idarə­et­mə­yə ehtiyacınız var və belə olduğu halda demokratiya böyük müvəffəqiyyətlər qaza­na bilər. Çünki, ilk dəfə olaraq biz anladıq ki, demokratiyada müəyyən sərhədlər var. Və sərhədlər ondan ibarətdir ki, əgər sizin  davam edə biləcək məsuliyyətli siya­sətçiləriniz yoxdursa, onda deyək ki, digər siyasətçilər var,  amma siz populist olmağa çalışırsınız, siz səslər əldə edirsiniz, əlbəttə ki, bundan sonra yaxşı rəqəmlər əldə etmirsiniz.

İkincisi isə, sizin haqqında düşünmək istədiyinizdir. Yəqin ki, burada  – bu stolun ətrafında daha çox professorlar  və akademiklər toplanıb. Bu demokratik sis­tem­də nə deməkdir? Bu nə  edir? Mən indi yalnız ölkədən deyil, Avropa İttifaqı kimi daha böyük ittifaqlardan, birləşmələrdən danışıram. Bu ittifaqlar böyük bazar­lar­la, bir gecədə, bəzən  də bir dəqiqədə heç kəsdən soruşmadan çox tez qərar­lar verə bilən bazarlarla üzləşir. Digər tərəfdən isə sizin bu barədə danışan, bunu müzakirə edən idarələriniz var ki, dəfələrlə görüşlər keçirir, kütləvi infor­ma­siya vasitələrinə məlumat verən və bizim içində yaşadığımız kompleks bir sistem möv­cuddur. Hansı ki, sizi həmişə bazarlar qarşısında arzu edilməz (əlveriş­siz, mənfi) vəziyyətdə qoyur. Burda siyasət ilk dəfə olaraq uduzur. (dayağını, zəminini itirir). Çünki, siyasət bazarlara üstün gələ bilmir, qalib gələ bilmir və bu bizim üçün – Avropa İttifaqı üçün əsas məsələlərdən biridir. Bu, sonralar sizin üçün – Azər­bay­can üçün də belə olacaq. Amma, bu prinsipial məsələlərdən biridir ki, bilmirəm buna kimsə də cavab tapıbmı, amma mən  buna hələ də cavab tapmamışam. Bütün dünyadakı vəziyyəti başa düşmək – bu yaxınlaşan günlərdə Birləşmiş Ştatlar və Avropa İttifaqı üçün əsas məsələlərdən biridir. Bizə gəldikdə isə, biz bəlkə də iki və ya daha nəfərik ki, Avropanın ümumi daxili məhsulu haqqında danışırıq, amma Yunanıstan Avropa İttifaqında idarələrini (təşkilatlarını) yenidən nəzərdən keçirə bilən bir region ola bilər.

Belə ki, bizim qərarlar vermək üçün digər yollarımız  var. Beləliklə, qərar­lar tez verilə bilər.   Belə ki, biz ən azı siyasətin bazarları öz tərəfinə çəkə biləcəyi ümi­dini saxlayırıq.

Çox təşəkkür edirəm!

Desai Padma

Müasir iqtisadi inkişaf modellərinin humanitar aspektlərinə dair məsələlər

Çox təşəkkür edirəm. Məni bu gözəl şəhər Bakıya dəvət etdiyiniz üçün ilk səfərimdir. Mən öz şəxsi qeydlərimdən başlamaq istərdim, çünki onların bu müza­ki­rəyə aidiyyəti var. Mən Hindistanda, ingilis dilində düşünən və arzu edən bir əyalət şəhərində böyümüşəm. Və Hindistanda dillər haqqında düşünəndə bilməli­siniz ki, burada 15 əsas dil, yüzlərlə dialektlər və geniş çeşiddə mədəniyyət, adət-ənənələr var. Bu vəziyyəti necə təsvir etmək olar? Bəlkə, mənim buraya gəldiyim mədəni forum… və sonra mən Amerikaya gedirəm, Kolumbiya Universitetində dərs verirəm və mən öz ofisimə piyada gedərkən, yalnız piyada gedərkən o qədər müxtəlif üzlər (simalar) görürəm: çinli, rus, əlbəttə ki afro-amerikalı. Burada o qədər dillər var ki, və mən özümdən soruşuram ki, Amerikadakı bu vəziyyəti necə təsvir edə bilərəm. O halda ki, burada o qədər çox müxtəlifliklər var ki, və yenə də mədəni-humanitar Forumda, burda mənim yaşadığım dünyanın qarışığı var və mən burada artıq 50 ildir ki yaşayıram və işləyirəm.

Bu mənim şəxsi müşahidəmdir. Ancaq, mənim qəbul etdiyim ölkə mənim öz Amerikamdır. Orada qəbul edilməniz üçün siz daha çox nə edə bilərsiniz, bunu mən müzakirə etmək istəmirəm.

Ancaq, mən öz tarixi inkişafıma qayıdıram, 1950-ci illərdə Nerunun başçılığı altında Hindistanda başlayan əsas (bünövrə)  moduldan danışmaq istəyi­rəm. 1947-ci ildə Hindistan Müstəqillik əldə edəndən sonrakı dövr. Və sonra Çinin inkişaf edən modeli ilə bir neçə müqayisə edəcəm.

Beləcə, bundan sonra əgər hər iki ölkədə qeyd edilən əsas (bünövrə) mo­del­ləri müəyyən əsas konsepsiyalar haqqında düşünsək, mən Çinlə bağlı söhbətimi 1970-ci illərdə başlayan dövrlə əlaqələndirərək danışacam.

Hər iki ölkə arasında olan müxtəlifliklər haqqında soruşsanız, birincisi, xüsusi olaraq 1980-ci illərdə formalaşmağa başlayan, 1990-cı illərdə tam olaraq formalaşan Çindəki əsas (bünövrə) modeli mənim fikrimcə ixraca əsaslanan əsas (bünövrə) modeli oldu. İxracın sürətli yolu iqtisadiyyatın əsasını möhkəmləndirdi, halbuki Hindistan modeli ilk gündən etibarən Hindistanda, Hindistan iqtisadiy­yat­çıları bunu idxal əvəzləyici modeli adlandırmışdılar.

Başqa sözlə, biz Hindistan istehsalçı mərkəzi yaratdıq, harada ki, xaricdən idxal etməyə adət etmişdilər. Beləcə, mən bəzi rəqəmləri paylamışam, buradakı təqdimatımızda göstərilmək üçün deyil, lakin əgər siz il ərzində ixracın sayı və ÜDM-nin artımına nəzər salsanız, Çində min yeddi ixrac sayı və ÜDM-nin artımı 35% olmuşdur. Halbuki Hindistanda bu, 13%-dir. Beləliklə, bu səbəbdən əsas (bünövrə) modelin inkişaf strategiyasında böyük fərq özünü göstərir. Və sonrakı məsələlərə buradakı müzakirədə toxunulmuşdur, hər iki ölkə arasında əsas fərq ondan ibarətdir ki, Nerunun başçılığı altında olan Hindistanda əsas (bünövrə) model az-çox xüsusi liberal model olmuşdur. Belə ki, əgər siz Hindistana getsəniz və əgər siz Hindistan haqqında oxusanız çox zaman əyalətlərdə, şəhərlərdə seçkilər keçirildiyini görərsiniz. Keçən 60 ildə bu seçkilərin keçirilmə faizi daha yuxarı qalxmışdır, cəmiyyət o qədər çox seçkidə iştirak etmişdir ki, bu inanılmazdır. Bu­ra­da həmişə hansısa seçkilər keçilir, hər hansı insanlar bunu həyata keçirir. Və mə­nim Harvarddakı sabiq müəllimim Hindistanı dünyanın ən nəhəng fəaliyyətdə olan enerjisi kimi təsvir etmişdi. O müəyyən formada olanda enerjidir, lakin o işləyir. Beləliklə, həmin model, əlbəttə ki, əvvəldən də istinad edildiyi kimi Çin mo­de­lin­dən çox fərqli olmuşdur və humanitar modeldir. Lakin əgər siz fərqli cəhətlərə nəzər salsanız, strategiya budur: ixracata yardım – sistem idi, əsas (bünövrə) mo­de­lin əvəzlənməsi idi, avtoritar model isə  əsası liberallıq olan modeldir.

Nəticələr, istəklər – bu iki modelin humanitar və ya rifah aspektləri nədir. Və yenə də mən burada göstərə bilmədiyim bir neçə cədvəl paylaşmışam, lakin bizim məqsədimiz yalnız bir neçə rəqəmə diqqət yetirməkdir.

Çin bütün sosial göstəricilər üzrə Hindistanı qabaqlayır. Əgər siz, məsələn, körpə ölümünə nəzər salsanız, Hindistanda hər min doğulan uşaqdan 48-i dünya­sı­nı dəyişir. Bu rəqəmlər min ona (1010) bərabərdir, halbuki Çində bu rəqəm 60-a bərabərdir. Əgər qadınların savadlılığının göstəricilərinə nəzər salsaq, yenə də Çin Hindistandan çox öndə gedir. Bizim razılığa əsasən Çində bu rəqəm 91 olduğu halda, Hindistanda bu rəqəm 2009-cu il üçün 51-ə bərabərdir.

Əgər siz yoxsulluq səviyyəsinə nəzər salsanız, hər iki ölkə müəyyən yox­sul­luq səviyyəsindən aşağı olan insanların sayını müəyyənləşdirmişdir, Çində 2004-cü ildə yoxsulluq dərəcəsində olan insanların artımı yalnız  3%  təşkil etdiyi halda, Hindistanda yoxsulluq dərəcəsində olan əhalinin artım sayı 8% təşkil edir.  Elə bu günlərdə Birləşmiş Ştatlarda 46 milyon insan müəyyən edilmiş yoxsulluq dərə­cəsindən aşağıda yaşayır. Və bu çox böyük rəqəmdir. Amma mən yenə də başqa məqam haqda düşünürəm.

Lakin yenidən Çin-Hindistan müqayisəsinə geri dönsək, iki model nəticə etibarilə humanitar aspektləri, rifahı nəzərə alır – Çində əsas fikir budur ki, əsas (bünövrə) modeli sosial göstəricidir.

Mən sizə bu inkişaf prosesində texnologiyanın rolundan danışmaq istər­dim. Hindistanla bağlı çox danışmaq olar. Bu adamı çox ruhlandırır. Məsələn, dünya­da ən ucuz maşın  istehsal edən şirkət tərəfindən yeddi min dollara istehsal edi­lir, halbuki həmin maşınla müqayisədə hindistanlı ailə motorollerdən istifadə edir. Ata – uşağın biri qabaqda, digərini isə arxada oturan ana dizləri üzərində sax­la­maqla motorolleri idarə edir və bu aclıq çəkməyin bir yoludur, hətta yağışda belə və yeməkdə də…

Beləcə, mən maşın quraşdıra bilərəm. Və o, bunu etdi. Hindistan şirkəti ən ucuz, sadə kompyuter yaratdı ki, qiyməti təxminən 35 dollardır. Milyonlarla hin­dl­i­lər var ki, hazırda mobil telefonlardan istifadə edir və orada böyük sayda tədqiqat yolları var, məsələn, cənub hissədə ümumi rifahı yaxşılaşdırmaqla… Balıqçı, yarı geyimli balıq tutmaq üçün öz kiçik qayığı ilə okeana çıxır və tutduğu balığı ilə geri qayıdır. balıqdan qazancı haradan götürsün, sahilin bu tayındamı, o tayındamı. O, mobil telefondan istifadə edir və qiymət də qalxır. Mən tutduğum balıq ehtiyatımı hara gətirə bilərəm.. Beləcə inkişaf etmiş texnologiya yenə də Hindistanda 3-4 şey üçün öz işini görür.

Yekun olaraq, mən Şərqdən olan həmkarım Yasinin etdiyi inandırma cəhd­lə­ri barədə düşünmək istərdim ixracı artıran model  Azərbaycanda və Rusi­ya­da verdiyim cədvəllərdən sonuncusu onların hər ikisi Rusiya və Azər­bay­can­da ekstra-təbii resursların ixracı  bir qədər də gücləndi. Və əgər siz cədvələ baxsanız. Çox bö­yük könüllülük  müşahidə edə bilərsiniz. Neftin ixracında məsələn, 2007-ci il üçün Azərbaycanda ixracın səviyyəsi 63%  təşkil edirsə, 2008-ci ildə bu ölkə ixracatının 24%-ni təşkil edir. Bir ilə ixracatdan əldə edilən qazancdır. Müəyyən illər üçün bu, o qədər mənfi haldır ki, bu, eynilə Rusiyaya da  aiddir. Beləliklə, bu zaman əsas sual əsas (bünövrə) modeli ixracın təbii resurslardan nə cür asılı qoyduğunu və qeyri-stabillik yaratdığını təhlil edir. Əsas model siyasəti formalaş­dı­ran bəzi şəxslər üçün yarayır. Belə ki yox.  Beləliklə, mənim yekun fikrim odur ki,  institusional çərçivənin müəyyən növü kimi birbaşa ödəmələr  dominant və özəl müəssisələr arasında əlaqə yaradır ki, bu da təbii resursların daha çox saxlanmasına gətirib çıxarır. Bəs bu nə cür rəqabətli bazarın yaranmasına səbəb olur? Resurslara əsaslanan böyük müəssisə  ölkədə yaxın əlaqə Nəhayət, Azər­bay­can, Rusiya və oxşar situasiyalarda necə davranılmalı, bunu necə inkişaf etdirməli, bunu Qərb tərzində, bazara əsaslanan müqayisəli modelə necə çevirmək olar və sonda mən sitat gətirməklə sözümü bitirmək istəyirəm, Todelski deyir, 20-ci əsrin böyük islahatçıları ilə bağlı Payniye görə  …Qərb sivilaziyaysı kimi, üç amil əsasında – deməli bunun elmi əsası vardır, bu qanuna əsaslanan sistemdir, və sonda burada dinlə bağlı məqamlar var. Beləliklə, bu üç amil, müəyyən institusional çərçivəni formalaşdırır və hələ də bu bazarların inkişaf etdiyi yerlərdə bəziləri üçün problem yaradır. …Yaranan bazar iqtisadiyyatı, Rusiya və Azərbaycandan yaranan bu qədər istedad, təhsilin yüksək səviyyəsi, zəngin ehtiyatlar, bütün bu faktlar illər sonra Rusiya və bu ölkə üçün həmin nəticələrin özünü göstərəcəyini düşünməyə imkan vermirmi?

Təşəkkür edirəm.

Nazim İmanov – professor

 Salam əziz dostlar və həmkarlar. Mən bu gün belə qərarlaşmışam ki, çox yeməyin zərərindən, yəni toxluğun fəsadların­dan danışım. Mən bu mövzuya keçməzdən əvvəl Azərbaycanda müşahidə etdi­yim bir şeyi, bir mənzərəni Sizlə bölüşmək istərdim. Bizdə, bir qayda olaraq, müəllimlər tələbələrdən, tələbələr də müəllimlərdən gileylidilər.  Tələbələr yaxşı oxumur, müəllimlər isə  yaxşı öyrətmirlər. Bunların hər ikisi həkimlərdən gi­ley­­lidirlər ki, onlar yaxşı müalicə etmirlər. Həm də üçü bir yerdə, polisdən gileylidirlər. Bunların dördü və nəhayət, hamısı bir yerdə iqtisadçılardan gileylidirlər ki, bu dövlətin dirçəldilməsi üçün yaxşı ehtiyatlar fikirləşə bil­mirlər. Amma bizim gileylərimizin təməlində bir yanlışlıq var və o yanlışlıq bu­dur ki, həkimimiz nədirsə müəllimimiz də odur, müəllimimiz nədirsə jur­na­lis­timiz də odur, jurnalistimiz nədirsə tələbəmiz də odur, tələbəmiz nə­dir­sə şagirdimiz də odur. Çünki millətlərin inkişaf qanunlarından biri də budur ki, ictimai həyatı müəyyənləşdirən sahələr bir-birindən ayrılıb müxtəlif tərəflərə gedə bilməz. Bunlar bir ortaq inkişaf xəttinin üstündə rəqs eləyən funksiyalara bənzəyir. Onların hər biri istər elm, istər təhsil, istərsə də iqtisadiyyat bəzi hallarda qabağa gedə bilər, lakin ucala bilməz. Bu halda ictimai həyatın digər sahələrini özünün arxasınca çəkə bilər. Bəzi hallarda çəkisi ağır gələndə, geridə qalan qabağa gedənlərin və digər sahələrin inkişafının qarşısını ala bilir. Amma bunlar bir-birindən heç vaxt ayrıla bilmir. Din, elm, maarif, səhiyyə, iqtisadi artım – bunlar hamısı ictimai həyatın bir-birindən ayrılmaz, biz bəzən bunu sözgəlişi deyirik, gerçək mənada, ayrılmaz komponentləridir, ayrılmaz tərkib hissələridir.

Müxtəlif dövlətlərdə, müxtəlif millətlərdə bu ictimai sahələrin müxtəlifliyi qabağa çıxır. Məsələn, nazillik dövrü başlayanda, yəni Qurani-Kərim nazil olmağa başlayanda peyğəmbərə (əleyhüssəllama), o zamanlar ərəblərdən dünyada cahil millət yox idi: qız uşağını öldürən, çoxərlilik, çoxarvadlılıq, dünyada onlardan cahilini təsəvvür etmək mümkün deyildi. Amma İslam yaranandan sonra ərəblərdə dövlət quruldu, millət quruldu və sonra İslam Şərqinin qızıl dövrü başlandı. IX əsrdən etibarən, dünyanın ən böyük kəşfləri, ən böyük elmləri, ən gözəl incəsənəti Şərq aləmində yarandı, o cümlədən, bizim bölgədə də yarandı və biz o vaxt bir intibah dövrü yaşadıq. Din o qədər mütərəqqi idi və ardınca ictimai həyatın digər sahələrini  arxasınca o qədər sürətlə çəkirdi ki, biz böyük bir intibah dövrü yaşadıq.

Amerikanın inkişafı bir başqa cür olub. Əvvəlcə konstitusiya qəbul olunub, siyasi əxlaq təsbit olunub, ardınca o siyasi azadlıqlar iqtisadiyyata sintez olunub. Müxtəlif ölkələrin təcrübəsi müxtəlif cürdür, amma bizim üçün aktual olan sual budur ki, bəs iqtisadiyyat qabağa düşəndə nə olur? Əgər bir cəmiyyətin inkişafında iqtisadiyyat digər sahələri üstələsə, məsələn, nəyin sayəsində olması vacib deyil, neftinmi, qazınmı, ya başqa bir şeyin bu vacib deyil, iqtisadiyyat qabağa keçibsə, cəmiyyətin inkişafında onda nə baş verir? Bir başqa sözlə, iqtisadi cəmiyyətdə iqtisadi toxluq əmələ gəlirsə, onda cəmiyyətdə nə baş verir? Əlbəttə, bir şeyi nəzərdə tutmaq lazımdır ki, toxluq və gombulluq müxtəlif şeylərdir. Gombul adam ac ola bilər, arıq adam da tox ola bilər. İqtisadiyyat belədir. Böyük iqtisadiyyat da ac ola bilər və kiçik iqtisa­diy­yat­lar da. Bizimki nisbətən kiçik iqtisadiyyatdır, məlum olduğu kimi, biz, hal-hazırda adambaşına ümumdaxili məhsula görə dünyada yüzüncü yeri tuturuq. Yaxud da kiçik bir iqtisadiyyat, amma çox sürətlə artan iqtisadiyyat.

2003-2010-cü illərdə Azərbaycanda adambaşına ümumdaxili məhsul, pu­lun alıcılıq qabiliyyəti nəzərə alınmaqla, 2326 dollardan 10063 dollara qall­xıb. Bu inanılmaz bir toxluqdur, inkişafdır və bu iqtisadi inkişaf iqtisadiyyata çox bö­yük resurslar gətirir. Mən bilirəm ki, bunun çox aşkar üstünlükləri var. Bi­rin­ci təbii ki, xalqın rifahı yaxşılaşır, ölkəyə gələn pulun bir qismi əhalinin ara­sın­da istər-istəməz bu və ya digər şəkildə paylaşır, dövlət də bunu istəyir, de­məli, maddi-rifah halı da yüksəlir. İkinci, ölkə daxilində və ölkə xaricində sər­ma­yə yatırmaq imkanı yaranır. Hal-hazırda Azərbaycan da öz daxilində sər­ma­yə yatırmaqla yanaşı xarici dövlətlərə çox böyük sərmayə yatırmaq­da­dır. Mə­sələn, Gürcüstan çox kiçik bir iqtisadiyyatdır və orada Azərbaycan sər­ma­yə­sinin ümumi həcmi, illik yox işlək həcmi 2 milyard yarımın üstündədir. Bun­lar rəsmi rəqəmlərdir. Bu o deməkdir ki, Azərbaycan sərmayəsi Gürcüstan iqti­sadiyyatının artıq özəyini təşkil etməkdədir. Azərbaycan təkcə Gürcüstana deyil, başqa xarici ölkələrə də sərmayə yatıra bilir. İnfrastruktur quruculuğu üçün böyük imkanlar açılır. Siyasi və iqtisadi islahatlar rahatlaşır, çünki əha­li­nin narazılıq potensialını dövlətin söndürmək imkanı yaranır. Ona görə də isla­­hatları aparmaq daha rahat olur. Amma bununla bərabər o iqtisadi artı­mın, o iqtisadi toxluğun bəzi fəsadları da var. Onlardan biri budur ki, icti­mai hə­­yatın digər sahələri – elm, mədəniyyət, səhiyyə, təhsil, din, dini azadlıq­la­rın inki­­şafı iqtisadiyyatın inkişafının arxasınca çatdıra bilmir,  sürətlə inkişaf edə bil­­mir. Bunun ən bariz nümunəsi Bakıda hər gün hər birimizin gördüyü mən­zərədir.

Azərbaycanlılar Bakı küçələrində qiyməti 200 min olan maşın sürəndə onun pəncərəsindən mineral suyun şüşəsini rahat ata bilirlər. O varlılığın qarşısında mədəniyyət gedir, bu onu göstərir ki, mədəniyyət rifahın arxasınca çatdırmır, geri qalır. Bu, təkcə, təbii ki, bəsit nümunədir. Amma ümumən baxanda bizim bu gün əldə etdiyimiz mənzərə bundan ibarətdir. Bu o varlığın ümumi nöqsanıdır. Amma bunun daha konkret fəsadları var. Onlardan biri bu­dur ki, resurslardan heç də bütün hallarda mümkün olan qədər səmərə ilə istifadə olunmur. Tək bizdə deyil, dünyanın bütün ölkələrində belə olur. Biri budur ki, ifrat istehlakçılıq əmələ gəlir cəmiyyətdə. Azərbaycanlılar bir evdə,  üç, dörd, beş, altı, birdən on maşın saxlayırlar. Özləri də bilmirlər Bu Azər­bay­can cəmiy­yətindəki istehlakçılıqdır, əlbəttə, rifah halı yaxşıdır,  varlılıq gözəl­dir. Amma bəzən əgər iqtisadi inkişafın artım sürəti ictimai həyatın digər sahə­lə­rinin artım surətini üstələyirsə, onda bu istehlakçılığa bənzər hadisələr qaçılmaz olur.

Mən təhlil etmişəm ki, 1992, 1998, 2003 və 2010-cu illərdə Azərbaycanda ümumi və adambaşına ümumdaxili məhculun artımı ilə təhsilin, səhiyyənin və insanın inkişafının tənasübü necə olub. Çox təəssüf ki, bu təhlillərin nəticə­lə­rini burada sizə göstərmək imkanım yoxdur. Əvəz müəllim bunu görür, bura­da yanımda oturubdur, buradan çıxarılan nəticələr çox qəribədir. Biz bütün hallarda, insanın inkişafı tarixi bütün hallarda qonşularımızdan, ətraf dövlət­lər­dən iqtisadi inkişafımızın sürətinə, hətta bu günkü səviyyəsinə görə çox qabaqdayıq. Amma iqtisadi inkişafda qabaqda olduğumuza görə o biri, icti­mai həyatın digər sahələrinin inkişaf səviyyələrində trendin altındayıq, yəni bu rifah üçün məntiqli sayıla biləcək din, mədəniyyət, elm, təhsil səviyyəsindən aşağıdır. Onda mən belə fikirləşdim ki, bəlkə bizim bu sahələrə yönəltdiyimiz xərclərlə əldə etdiyimiz nəticələrə baxmaq lazımdır.

Təqribən 30 ölkənin göstəricilərini müqayisə etdik. Məlum oldu ki, çox qəribədir, məsələn, səhiyyəyə yönəldilən xərclərlə əhalinin sağlamlığı arasında birbaşa əlaqə, yəni korrelyasiya yoxdur, yaxud olduqca çox fərq var. Sual çox maraqlıdır – niyə? Mənim, hər halda, gəldiyim qənaət bundan ibarət oldu ki, əhalinin sağlamlığı, təhsil, din və ümumiyyətlə, ictimai həyatın iqtisadiyyatdan fərqli digər sahələri son dərəcə ətalətlidir. Onları yerindən tərpətmək, bir qədər irəli aparmaq həm olduqca böyük resurs, həm də daha uzun vaxt tələb edir. Məsələn, Azərbaycan səhiyyənin inkişafına son illərdə xərclədiyi vəsaiti 5,1 dəfə artırıb. Hal-hazırda Azərbaycan səhiyyəyə adambaşı hesabı ilə qon­şu­la­rın­­dan da, lap dünyanın bir çox ölkələrindən də daha artıq pul xərcləyir. Amma səhiyyəyə xərcləri bu bir il artıranda, o, ikinci il nəticə verə bilmir. On il, on beş il ərzində xərcləri gərək orada saxlayasınız ki, bəlli nəticələr əmələ gəlsin. Yəni, bu sahələrin ətaləti çox yüksəkdir. Amma mənim bu araşdır­ma­larda gəldiyim nəticələrdən biri də budur ki, bu, dövlətin payına düşən görəvdir və dövlət də öz payına düşən görəviləri bacardığı qədər səmərəli və yaxşı şəkildə həyata keçirməyə çalışır. Mənim gördüyüm qədər bizim prob­le­mi­miz cəmiyyətin üzərinə düşən görəvlərin yerinə yetirilməməsidir. Ziyalı­ları­mı­zın, din xadimlərimizin, ictimai təşkilatların, faktiki surətdə bütün cəmiyyət sanki özünü tənzimləmədən kənara çəkir. İcmalar əmələ gəlmir: iş icmaları, tələbə icmaları, müəllim icmaları, peşə icmaları. Bu icmalar öz mənafeləri uğrunda savaşa girmirlər (cəmiyyətdən nələrsə istəmək mənasında). Düşünürəm ki, yaxın illər ərzində əgər Azərbaycan bu fərqi aradan götürmək istəyirsə, tək bir yol, daha doğrusu, əsas yol cəmiyyətin öz üzərinə düşən görəvlərə sahib çıxmasıdır. Təşəkür edirəm. Sağ olun.

Əvəz Bayramov – professor

Hörmətli həmkarlar, hörmətli qonaqlar, adətən, çıxışa başlayanda birinci cümlə problemi ilə qarşılaşırsan. Nə qədər qəribə səslənsə də mən bu problemi son anda həll etdim… Həmkarım, professor Nazim İmanov belə bir ifadə işlətdi ki, iqtisadiyyat qabağa düşəndə nə olur? Sanki belə bir təssürat yarandı ki, iqtisadiyyat sosial varlıqdan tamamilə kənar olan müstəqil bir yaranışdır. Özü istədiyi cür və istədiyi formada hərəkət edə bilən spontan prosesdir. Əslində bilirik ki, iqtisadi varlıq dediyimiz şey sosial varlığın üzvü tərkib hissəsidir. Elə maraqlı nüanslar da məhz buradan qaynaq­lanır… Fikir verin, biz sosial dəyərlərlə bağlı olan hər şeyi iqtisadiləş­dir­mi­şik, hətta demokratiyanı da – iqtisadi demokratiya adlandırırıq. Amma ədalətə iqtisadi ədalət demirik, sosial ədalət deyirik. Aydındır ki, cəmiyyətin birgə yaşa­­yış qaydalarının təməl prinsipləri universal xarakter daşıyan prinsiplərdir. Bəşəriyyətin neolit inqilabından tutmuş bu günə qədər bir ülvi arzusu olub: insan cəmiyyətinin insan kimi yaşayan cəmiyyət halına gətirilməsi. Təəssüf ki, qlobal mənzərə bu niyyətin hələ də həyata keçmədiyini, bu sferada çoxlu sayda böyük problemlərin, fəsadların ortaya çıxdığını göstərir. Məsələn, fikir verin. Avropada bir inəyə gündə ən azı 2 dollar xərc çəkilir. Afrikada, Saxaradan cənubda yerləşən ölkələrdə adambaşına gündəlik heç 15 sent də düşmür. Əgər, biz iqtisadi məntiqdən çıxış etsək, onda gərək sosial olanların hamısını bir qırağa qoyaq və deyək ki, Afrikada insan olmaqdansa, Avropada inək olmaq yaxşıdır. Sosial ədalət terminini iqtisadçılar işlədəndə, adətən, irad tuturlar ki, bu termin etik səciyyəli termindir, mənəviyyatla bağlı olandır və iqtisadçı heç bir halda onu adekvat şəkildə qiymətləndirə bilməz, mahiyyətini aça bilməz. Biz bu fikirlə kökündən razı deyilik. Niyə razı deyilik? Fəlsəfədə sosial ədalətin mahiyyətinə həsr edilmiş beş konsepsiyanın heç biri (nə ingilis utilitarizminə söykənən “demokratik ədalət” konsepsiyası, nə azadlığı mütləqləşdirən “liberal” konsepsiya, nə intellektual fərqlilikdən çıxış edən “elitar”, nə “eqi­li­tar” və s.) sosial ədalətlə bağlı olan problemi tam şəkildə əhatə etmək gücündə deyil­dir. Ən böyük problem yaradan məsələ iqtisadiyyatla bağlı olan məsələdir. Bayaq hörmətli Vladimir Aleksandroviç də dedi ki, iqtisad elmi aksioloji, yoxsa texniki elmdir? Sualın məhz bu cür qoyuluşunun özü prob­le­ma­tik­dir. İqtisad elminin məhz aksioloji elm olduğunun sübuta ehtiyacı yoxdur. Yəni, görünən dağa bələdçi lazım deyildir.

İqtisad elmini primitiv hesabçılığa urcah etmək olmaz, o dəyərlərlə işləyən elm sahəsidir. İqtisadi fakt potensial vəziyyətdən gerçəkliyə transfer etmiş də­yər­dən başqa bir şey deyildir. İqtisadi fakt təbiətşünaslıq elmlərində rast gəlinən faktdan, məsələn, fizikin istifadə etdiyi faktdan fərqli olaraq həm nəzəri, həm də mental “yüklü”dür. Yəni, iqtisadi faktda maddi və mənəvi olanlar inten­sio­nal əlaqədədir, sıx qarşılıqlı bağlılıqdadır. Əgər nəzərə alsaq ki, iqtisadiyyatda səbəbiyyət prinsipi yeganə deyil və eyni zamanda təbiətşünaslıqdan fərqli ola­raq azaddır, ilkin başlanğıcında subyektiv amil dayanır, onda biz sosial əda­ləti normal cəmiyyət quruculuğunun məhəkdaşı kimi görməliyik. Yəni sosial ədalətə kriteriya kimi, meyar kimi baxmaq olmaz. Sosial ədalətin olub-olma­dı­ğını neopozitivistlərin verifikasiya prinsipi ilə yoxlamaq da mümkün deyil. Yəni o, yalan-həqiqət terminləri ilə ifadə edilən bir yaranış deyildir. Sosial ədalət – iqtisadi inkişafın ölçü prosedurudur. Onun olub-olmaması, yaxud hansı dərəcədə qərarlaşması sosial həmrəylik, sosial əməkdaşlıq və milli identiklik oxu üzrə cəmiyyətdə formalaşmış situasiyanın necəliyi ilə məh­dud­la­şır. Əgər belə bir monolit birlik formalaşmayıbsa, onda təbii ki, inkişafın nəinki uzunömürlü, heç qısaömürlüyünə də ümid etmək olmaz və əksinə, əgər, bu dəyərlər cəmiyyətdə yer alırsa, onda sosial ədalətin qərarlaşdığından danışmaq olar. Onun kəmiyyət ifadəsi, konkret rəqəmlərlə ifadə oluna bilən ölçü vahidi yoxdur. Adambaşına düşən gəlirlə, ya bazar tələbatlarının ödənilməsi ilə, ya mövcud imkanlardan istifadə sərhədləri ilə sosial ədaləti müəyənləşdirmək mümkün deyildir. Burada sırf paradoksal situasiya yaranır. Yaxşı yaşayış hələ o demək deyil ki, cəmiyyətdə sosial ədalət qərarlaşıb. Məsələn, belə bir halı təsəvvür etmək olar ki, çox qabiliyyətli bir gənc mühəndis olmaq istəyir, amma təhsil haqlarının ifrat yüksəkliyi ucbatından ali məktəbə qəbul ola bilmir. Gedib çilingər işləyir, peşə məktəbini qurtarır, amma cəmiyyətdə yaşam tərzi yüksəkdir və çilingər kimi də çox yüksək səviyyədə yaşayır. Amma şəxsən bu fərdə münasibətdə sosial ədalətin qərarlaşdığından danışmaq düzgündürmü?! Təbii ki, yox. Əgər nəzərə alsaq ki, insan təkcə maddiyyatla mövcud deyil, təkcə maddiyyatla yaşamır, mənəviyyat və ruhanilik insanın varlığındadır, təbiətindədir, onu oradan çıxarmaq mümkün deyil, ikinci bir tərəfdən, iqtisa­diy­yat strukturca qeyri-iqtisadi sferaların (siyasi, sosial, mədəni) struktu­ru­na izamorfdur, yəni struktur bərabərliyi prinsipi fəaliyyətdədir, onda iqti­sa­diyyatda baş verən struktur dəyişikliyini yalnız emprik səviyyə ilə ölçülən və gerçəkliyin antoloji baxımdan müxtəlif olan səviyyələrinə nəzər yetirilmədən qiymətləndirilən meyarlarla müəyyənləşdirmək yanlışlıqdır. Bu iqtisad elmini tamamilə yanlış yolla aparmağa gətirib çıxarır. Ona görə də, biz təklif edirik ki, iqtisadi nəzəriyyə antalogiyalaşmalıdır. İqtisadi gerçəkliyin real səviyyələri (antoloji baxımdan müxtəlif olan və heç vaxt üst-üstə düşməyən səviyyələri) bütövlükdə nəzərə alınmalıdır. Heç bir şübhə yoxdur ki, iqtisadi prosesin başlan­ğıcında dayanan ideyadır.

İqtisadiyyat əslində ideoloji konstruksiyadır. İstənilən ölkənin milli iqtisadi sisteminin təhlili ilə sübut etmək mümkündür ki, o sistemin bugünkü strukturu həmin dövlətin milli ideyasının strukturuna izomorfdur. Ondan kənarda deyil. Kim (hansı dövlət) müstəqil yaşamaq istəyirsə, bu dünyada müstəqil yaşayır, kim asılı yaşamaq istəyirsə – asılı yaşayır, kim də ağalıq etmək istəyirsə – ağalıq edir. Diqqətinizə görə təşəkkür edirəm.

Vadim Novikov

Mən Elmlər Akademiyasında işləyirəm. Burada sədr xatırlatdı ki, iqtisa­diy­yat – iqtisadçıların nə ilə məşğul olmasıdır. Çoxlu sual yaranır. İqtisadçılar iqtisadi siyasətə cəlb edilmişlər. Elmi metodologiyada pozitivdən normala keçid tələbi praktik tövsiyədir. Hətta əgər faktların tədqiqatıyla məşğul olan iqtisadçıların tezislərini nəzərdə tutsaq, onlar tez – tez mağazalara  gedir və mahiyyət etıbarı ılə  iqtisadi siyasətin işlənib hazırlanmasına və həyata keçirilməsinə cəlb olunurlar. İqtisadçılar üçün bu fəaliyyət əsas fəaliyyətdir. Burada belə bir fikir söylənmişdi ki, ilk iqtisadçılar – həkimlərdir. Həkim, insanlar üzərində ixtisaslaşan həmin zooloq­dur.

Həyatın reallığı – bu, praktik hədəfləri müəyyən edən məşğuliyyətdir. Burada neytral elmdən pozitiv elmə keçid baş verır.

Eyni zamanda, elmı metodologiyada pozitivdən normativə keçid praktik tövsiyədir.

Rəqabət nədir? Rəqabətlə bağlı vəziyyət indi rəqabətin aşağıdakı qaydada həyata keçirildiyi ölkələrdə bir gədər yaxşıdır. Kim əmtəəyə görə daha cox ödənış edirsə, o daha çox əldə edir. Hökumət qiymətləri  tənzinləyir. Rəqabətin digər formalarının əhəmiyyəti artır. Bundan başqa, titulun rəqabəti və malik olmanın rəqabəti vardır. Burada onların öz oyun qaydaları var. Reklamdan da həmçinin rəqabətdə istifadə olunur. Tamamilə aydındır kı, reklam rəqabəti ilə mövcudluqun  arasında olan fərqi aradan götürmək olar. İqtisadi siyasətdə rəqabətə daha cox diqqət ayırmaq lazımdır.

Şahmar Mövsümov (Moderator) Hörmətli qonaqlar, hörmətli forum iştirakçıları, əziz tələbələr. Bugünkü iqtisadi forumun növbəti iclasını davam etdiririk. Çox maraqlı iştirak­çılarımız var. Amma çıxışa başlamazdan öncə bizə cənab Sfordza Ruspoli – İtali­yanın şahzadəsi müraciət etmişdir. Xahiş etdi ki, forum iştirakçılarına müraciət etsin. İcazənizlə ona söz veririk.

Sfordza Ruspoli – İtaliyanın şahzadəsi

Vahid Avropa ideyasının elementləri

Öncədən zəif ingiliscəmə görə üzr istəyirəm. Mən nəinki sizlərə təşəkkür edirəm, həmçinin mən həddən artıq çox arzu edirdim ki, bu problem ətrafında gedən müzakirələrdə iştirak edəm. Həm də tənqidi də olsa öz arzumu bildirmək istərdim. Hər şeydən öncə mən Avropanı Atlantik okeanının şərq hissəsində yer­ləşən güclü, vahid bir qitə kimi görmək arzusundayam. Bildiyiniz kimi Avropa tək, vahid valyuta haqda çox mühim bir iqtisadi siyasət, mühim bir qərar çıxartmışdır. Nəticə etibarilə nəyə görə Avropa belə bir mühim qərar çıxartmışdır sualına mən belə cavab verərdim. Bu məsələdən danışarkən keçən böhranlar, kasıblıq və ədalətsizliyi xüsusilə qeyd etmək istəyərdim. Bu məsələlərdə böhranın üzərində xüsusilə dayanmaq lazımdır. Milyonlarla insan əskinazlardan istifadəni unutmuş və planeti 1948-ci il dekabrın 10-da qəbul olunmuş universal dekla­ra­si­ya­ya əsasən araş­dırmağa başlamışlar. Universal deklarasiya bütün dünyada azadlığın qorunub saxlanılması üçün qəbul olunmuşdu. (1-ci məqaləyə bax). İstəyərdim ki, 25-ci mə­qaləyə də nəzər yetirəsiniz.

2020-ci ilə kimi milyonlarla insan aclıq və yemək çatışmazlığından əziyyət cəkəcək, yarım milyard əhali öz təhlükəsizliyini qoruya bilməyəcək, Afrika föv­qəladə hadisələrlə üzləşəcək. Hər il 20 milyondan çox adam durğunluqdan məhv olub gedir. Bu dünyəvi cinayətdir. Bundan daha mühim bir fakt yoxdur, məncə. Az da olsa buna görə məsuliyyət daşıdığımızı hiss edirik. Hər bir qitə öz yemək ehtiyatını təmin etməlidir. Bu baxımdan bütün zəngin dövlətlər bu məsələ ilə bağlı kasıb ölkələrə yardım etməlidir.

Moderator

Təşəkkür edirəm. İndi isə söz Rusiyadan olan qonağımıza verilir.

Valeri Svetkov – professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyası bazar problemləri institutunun direktor müavini

Təşəkkür. Mən əvvəlcə qonaqpərvərlik və səmimi münasibət üçün kon­qresin təşkilatçılarına təşəkkür etmək istəyirəm və hamınıza işdə müvəf­fə­qiy­yətlər arzu­la­yı­ram ki, daha tez-tez yığışaq. Mən əvvəlki natiqin fərziyyəsini davam etmək və inki­şaf etdirmək istəyərdim.  O bəşəriyyətqarşısında dururanqlobal problemlər haq­qında danışırdı . Bəli, bu gün biz istəsəkdə istəməsəkdə iqtisadiyyatla sıx bağlıyıq. Biz onun şahidiyik ki, bu gün əmək resurslarının kapitalının, bütün ölkələrin və qitələrin sənaye mallarının. yerdəyişməsi olur Amma bu halda bu malların yer­də­yiş­məsinin nizama salmasının qaydası yoxdur. Nəticədə  biz nə əldə edirik? Sənayedən qopardılmış kapitallar dolaşan 2007-ci ilin böhranı və ən çox (əksər hallarda),

2007-ci ilin böhranını, sənayedən qoparılaraq ayrılan, tez-tez yerini dəyişən və əksər hallarda alver məqsədi ilə istifadə edilən kapitallar.  Əvvəlcə ipoteka krediti  bazarında, sonra neft bazarında, indi isə ərzaq bazarında.

Qovuqlar partlayır, böhran, depressiya. Əgər 2007- ci ilə qədər 800 milyon insan müntəzəm olaraq doyunca yeyə bilmirdisə, böhrandan sonra bu rəqəm 1 milyarda çatmışdır.

Qloballaşmanın növbəti təzahürü onunla bağlıdır ki, varlı və kasıb ölkələr arasında növbəti partlayış (uyğunsuzluq) baş verir. Bu gün kasıb ölkələrə müasir yox, köhnəlmiş texnologiyalar gedir. Məqsəd budur: həm sənaye, həm də insani xammal resurslarından istifadə etmək. Bu halda üstünlük qabaqçıl ölkələrdə qalır. Ona görə də yoxsulluq azalmır, əksinə artır. Bu nəyə gətirib çıxarır? Əhalinin az zəngin olan ölkələrdən daha zəngin ölkələrə  kütləvi miqrasiyasına. Bir tərəfdən, bunun nəyi pisdir ki? Əlbəttə bu, irqlərin, millətlərin, mədəniyyətlərin proqressiv qarışmasıdır. Ancaq, digər tərəfdən, etnik  problemlər yaranır. Əgər bu belə davam etsə, dünya məhz  milli zəmində inkişaf edən qlobal gərginliklə qarşılaşacaq.

Ancaq qlobal iqtisadiyyatın bizə diktə etdiyi qlobal problemlərdən başqa elə problemlər də var ki, onlar əvvələr də mövcüd idi, indi isə, mənə belə gəlir ki, kəskinləşir. Burada iş təkcə qloballaşmada deyil.

Məsələn: torpaq ərazisi daha qeyri – bərabar bölüşən əhalinin artımı. Belə ki, keçən əsrdən bəri bəşəriyyət 4 dəfə artmışdır. XX əsrin əvvəlində 1,5 milyon, bu əsrin əvvəlində isə 6,5 milyard olmuşdur.

İkinci problem. Əhalinin sayı və ərzaq istehsalının həcmi arasındakı statistik inkişafın pozulması.

Üçünçü problem. O yalnız onunla bağlı deyil ki, təbii (o cümlədən xammal) resursları tükənməkdədir, həm də onunla bağlıdır ki, onlardan qeyri – bərabər istifadə edilir. İlk növbədə mən torpaq, enerjidaşıyıcılar  kimi resursları nəzərzdə tuturam. Keçən əsrin 50 ili ərzində kənd təsərrüfat əraziləri 20 % azalmışdır. Onlar təbii səbəblərə görə azalmamışdır. Bəli,burada bir çox səbəblər mövcuddur:  şəhərlərin tikilməsi, megapolis qruplarının yaranması.

Çox güman ki, bəşəriyyət bu torpaqlardan daha səmərəli istifadə etmək istəmişdir, ançaq ziyankarlarla mübarizə üçün müxtəlif növ kimyəvi maddələrin  torpağa yeridilməsi ona gətirib çıxarmışdır ki, torpaqlar korlanmışdır. Bununla bağlı şum torpaqlar (yəni kənd təsərrüfat təyinatlı)  torpaqlar azalır. İndi isə suya aidiyyatı olan məsələlərlə bağlı. Hal-hazırda istifadə olunan su ehtiyatları bütöv­lük­də su resurslarının 3 %-ni təşkil edir. Əsrin əvvəlində adambaşına 15000 m, 2006-cı ildə adambaşına 80003m su düşürdü. 2040-cı ilə olan proqnozlara görə isə cəmi 4000 m3 qalacaq. Bundan başqa, hər gün keyfiyyətsiz sudan istifadə nəticəsində dünyada 15 min adam ölür. İndi isə gündən-günə tükənməkdə olan enerji resursları haqqında. Bəzi proqnozlara görə Rusiyada neft hasilatının həcmi daha 20 il uzadıla bilər. Bəs Azərbaycanı nə gözləyir? Bəs neftdən asılı olan digər ölkələlrdə nə olacaq? Bəzi ölkələr  istehsalçı olduqlarından, digərləri isə əksinə ancaq istehlakçı olduqlarından asılıdırlar. Problem ondadır ki, bu gün enerji resurslarının əvəzediciləri yoxdur. Biz sənayeyə böyük ümidlər bəsləyirdik, ancaq o nə kömürü, nə nefti, nə də ki qazı əvəz edə bildi.  O yalnız əlavə oldu. Əlbəttə, dünyada enerji resurslarının digər hasilat növləri də məlumdur, ancaq onların hamısı  böyük  maddi xərclər tələb edir.

Digər problem xammalla bağlıdır. Yenə də burada xammal resurslarının qeyri-bərabər bölünməsi yer alır. Bununla bağlı  istehlakçılar və istehsalçılar arasında qiymətlər, qiymətin əmələ gəlməsi məsələləri, sahibkarlıq və bu xammal resurslarına nəzarət məsələləri üzrə böyük problemlər əmələ gəlir. Bunların sıra­sına bu resursların çatdırılması və emalı problemlərini də əlavə etmək olar. Nəzərə alsaq ki, resurslar artıq mən qeyd etdiyim kimi, zaman keçdikcə tükənir, sadalanan problemlər yalnız artacaq.

Moderator

Təsəkkür edirəm. İndi isə söz bizim qonağımız İordaniya Universitetinin vitse-prezidenti Bəşir Əl-Zubiyə verilir.

İordaniya universitetinin vitse-prezidenti Bəşir  Əl-Zubi

İqtisadi inkişaf və iqtisadi artımın müqayisəli təhlil

Çox təşəkkür edirəm. Hər şeydən əvvəl mən Birləşmiş Avropa Birliyinə gözəl təşkil olunmuş işə görə öz minnətdarlığımı bildirirəm və çox şadam ki, mən bu gün Bakıdayam, burada iştirak edirəm. Humanitar aspekt və iqtisadi inkişaf arasındakı əlaqə barəsində danışmaq istəyirəm. Bildiyiniz kimi, inkişaf etmiş və inkişaf etməmiş ölkələr arasında böyük fərqlər var və təəssüf ki, bir çoxları bu iki termini səhv salır. Belə ki, iqtisadi inkişaf iqtisadiyyat və cəmiyyətin görünməyən siyasi anlamıdır. İqtisadi artım bazar məhsuladarlığının bir hissəsidir. İnqisadi inkişaf gündəlik yaşam standartını və iqtisadi fəaliyyəti spesifik səviyyədə yüksəltmək məq­sədilə bütün cəhdləri və əlaqəni özündə saxlayır. Bu cür cəhdlər insan xeyirxahlığının inkişafını, ətraf mühit infrastrukturunu, cəmiyyətdə mədəniyyəti, təhlükəsizliyi, azadlığı və s. özündə birləşdirir. İqtisadi inkişaf əmlak və xidmət uyğunluğunun üzərində qurulur. Bu həm insanların İEÖ-lərdə yaşama istəklərindən bəhs edir ki, burada, həmçinin, bir arqument daha var- insanlar sülh şəraitində yaşayarkən gəlirlərini daha çox təhsilə və sağlamlığa xərcləyirlər. Faktdır ki, iqtisadi artım və insan inkişafının çox mühim bir iqtisadi əlaqəsi var. Çox vaxt bu əlaqə ÜDM yüksələndə baş verir, buna görə də biz ilk olaraq ölkələrdə iqtisadi inkişafı yüksəltmək üçün ÜDM-u yüksəltməliyik. Ailələrdə iqtisadi inkişafın yüksəlişi ilə, ölkələrdə tələbin qalxması ilə əlaqədar olaraq gəlirlər də artacaq, gəlir də artdıqca xərclər də artır. Bizdə nəyə görə iqtisadi inkişaf var və nəyə görə bizə investisiya qoyuluşu azdır sualına belə cavab verə bilərik ki, gəlir azdır, fəaliyyət aşağıdır. İqtisadi artım həm də əlavə bir resurs yaradır ki, bud a sosial xidmətlərdə istifadə oluna bilər, məsələn içməli su. Sosial xidmətlərə əlavə resurs artımında qeyri-bərabər paylanan gəlirin paylanmasını qeyd etmək olar. Insanın inkişafı və iqtisadi inkişaf arasındakı fərdiliyi qeyd etmək olar. Insan inkişafı və iqtisadi inkişaf arasında əlaqə 3 yolla izah oluna bilər:

1.  Artan məvacib iqtisadi artımın genişlənməsi kimi deyil, gəlirin böyüməsi kimi əlaqələndirilir.

2. Qəbul olunmuşdur ki, sosial gəlirkasıblığın qarşısını almaqdan ötrü gəlirin həcmini artırmaqla alına bilər.

3. Sosial gəlir həmçinin onəmli xidmətlərin inkişafı ilə artırıla bilər. Fərdi ətraf mühit alətlərindən istifadə iqtisadi artımın mühim aspektlərindən biridir.

İş yaratmaq, iqtisadi nəticə, vergi bazalarında artım əsas ölçü alətləri deyil. Ölçü alətlərindən danışarkən əsasən iş yerlərinin açılışı prosesi üzərində  daha çox danışmaq lazımdır. Ancaq bud a hemçinin bir reallıqdır ki, iqtisadi inkişaf yalnız iş yerləri yaratmır, ancaq mövcud prosesi sürətləndirir və onun istifadəsinə start verir. Mütləq insan hüquqlarının, azadlıqlarının və mədəniyyət müəssisələrinin reklamı vacibdir. Müasir özəl müəssisələr ilə dövlət arasındakı əlaqənin mühkəm­lən­diril­mə­si çox da vacib deyil. Təlimatlar və biznes nailliyyətlərdə, artımda, müdafiədə göstərilən qanunvericilik düzəlişləri ilə digər qanunvericilərin qarşılaşdırılması ilə davam etdirilə bilər. Əlavə olaraq, bu prinsiplər sosial həmrəyliyi gücləndirə, ailəni qorumaq üçün olan ümumi təhlukəsizliyi sığortalaya bilər. Kasıblığı azaltmaq üçün bir neçə məsələlər həyata keçirilməlidir:

1.  İstehsal artımı ilə birlikdə hərtərəfli milli sosial təhlukəsizliyin inkişaf etdirilməsi.

2. Yardım təchizatını gücləndirmək və müxtəlif ərazilərdə sosial xidmətlərin inteqrasiyası

3. İqtisadi fəal seqmentlərin inkişafı

İndi isə bir balaca İordaniyada yaratdığımız agentlik barəsində məlumat vermək istəyirəm. biz milli agentliyimizi 10 illik 2006-2015-ci il müddətində yaratmışıq. O, İordaniyanın həyatını birbaşa özündə cəmləşdirən bir təşkilatdır. Çox tez bir zamanda bu təşkilat azadlığın və insan huquqlarının sığortasına çevrildi. Təşkilat insan və iqtisadi resursların inkişafına nail olması üçün yaradılmışdır. Agentlikdə olan bir çox təşəbbüslər inkişaf planını məhdud şəkildə gücləndirir və qarşısına tələblər qoyur. Əlavə olaraq, inkişaf proqramı qrup şəklində insan resurslarını və onların bacarıqlarını inkişafı ilə təchiz olunur.

Moderator

Təşəkkür edirəm. Bu Dəyirmi masanın mövzusu indiki  aparılan intellektual, potensial və iqtisadi inkişafdır. Cənab  çıxışında yaxşı təsvir etdi ki, hansı çağırışlar bizi gözləyir? Çox çətin və ağır bir inkişaf. Eyni zamanda, cənab Bəşir Əl-Zubi çox yaxşı iqtisadi inkişaf haqqında danışdı. İntellektual potensial dedikdə nəyi nəzərdə tuturuq, mən istərdim bundan başlayaq. Və XX əsrə qədər iqtisadçılar inkişafı iqtisadi-inkişafı, istehsal funksiyasının fiziki kapitalını və işçi qüvvəsinin funksiyası kimi qələmə verirdi. XX əsrdə yeni bir faktor əmələ gəldi. Texnoloji faktor və son zamanlar insan kapitali haqqında danışılmağa başlandı ki, insan kapitalı da iqtisadiyyatın inkişafını stimullaşdıran,  ona böyük təsir göstərən faktordur. Amma insan kapitalının nə olduğu bu gün hamı üçün açıq deyil. Və mən istərdim ki, biz insan kapitalının nə olması barəsində Azərbaycan Diplomatik Akademiyasının əməkdaşı Elkin Nurməmmədovdan eşidək. Buyurun Elkin müəllim.

Elkin Nurməmmədov

Təşəkkür edirəm. Hörmətli forum iştirakçılarını salamlayıram. Və beynəlxalq əhəmiyyətli bu tədbirin ölkəmizdə böyük əhəmiyyəti var. Mənim çıxışımın məqsədi birincisi, iqtisadi nəzəriyyədə, xüsusilə mikro­iqti­sa­di və makroiqtisadiyyatda, eyni zamanda, insan kapitalının rolu haqqında bəhs etmək­dir və bundan sonra müəyyən suallar ortaya qoymaqdır. Bildiyiniz kimi, tədqiqatın məncə ən əhəmiyyətli hissəsi düzgün sualı ortaya qoymaqdır. Cavabları tapmaq bəlkə də ikinci məsələdir. İnsan kapitalı, ümumiyyətlə, insanların, ya da ki, işçilərin təhsil, yaxud işdə təlim vasitəsilə müəyyən biliklərin, vərdişlərin, bacarıq­la­rın yığımına deyilir. Niyə insan kapitali?  Çünki insan kapitalı fiziki kapital məf­hu­muna çox yaxındır. Çünki fiziki kapitalı adətən, insanlar investisiya vasitəsilə əldə edirlər. Və fiziki kapitala investisiyanın, sərmayə qoyuluşunun məqsədi əmək qüv­vəsinin məhsuldarlığını artırmaqdır. Yəni eyni əmək qüvvəsi ilə daha çox mal və xidmət istifadəsinə nail olmaqdır. Və insan kapitalı da həmçinin, insan kapi­ta­lına olan investisiya məhsuldarlığını artırmaq rolunu, funksiyasını daşıyır. Mən, ümu­miy­yətlə, 2 tədqiqat baxımına toxunmaq istəyirəm. Mikroiqtisadiyyat və mak­roiqtisadiyyat. Yəni mikroiqtisadiyyat fərd planında, fərd səviyyəsində insanlar niyə təhsilə sərmayə qoyur? İnsanlar niyə təhsilə investisiya qoyur? Və mak­roplanda dövlət cəmiyyətlə təhsilə niyə investisiya qoyur? Və mən də bu cavabı  başdan verim. Məhsuldarlığı artırmaq üçün  makroiqtisadi nəzəriyyə adətən 70-ci illərdə bu məsələyə toxunmağa başladı. Yəni insanların təhsilə qoyduğu investisiya ilə onların gəlirliliyi arasında əlaqəyə baxmağa başladı.  Bilirsiniz ki, çox güclü koleqrasiya var. Yəni insanların təhsilə qoyduğu investisiya ilə gəlirləri arasında çox ciddi koleqrasiya var. Amma koleqrasiya hələ də səbəb-nəticə əlaqəsi demək deyil. Yəni burada toyuq, ya da yumurta məsələsi var. Yəni görəsən, insanlar təhsilə investisiya qoyduğu üçünmü onların gəlirliliyi artır, yoxsa gəlirlər yüksək olduğu üçün insanlar təhsilə investisiya qoyur? Və mak­roplanda dövlət cəmiyyətlə təhsilə niyə investisiya qoyur? Və mən də bu cavabı  başdan verim. Məhsuldarlığı artırmaq üçün  makroiqtisadi nəzəriyyə adətən 70-ci illərdə bu məsələyə toxunmağa başladı. Yəni insanların təhsilə qoyduğu investisiya ilə onların gəlirliliyi arasında əlaqəyə baxmağa başladı.  Bilirsiniz ki, çox güclü koleqrasiya var. Yəni insanların təhsilə qoyduğu investisiya ilə gəlirləri arasında çox ciddi koleqrasiya var. Amma koleqrasiya hələ də səbəb-nəticə əlaqəsi demək deyil. Yəni burada toyuq, ya da yumurta məsələsi var. Yəni görəsən, insanlar təhsilə investisiya qoyduğu üçünmü onların gəlirliliyi artır, yoxsa gəlirlər yüksək olduğu üçün insanlar təhsilə investisiya qoyur. Yəni bu səbəb-nəticə əlaqəsini ayırd etmək, səbəb-nəticə əlaqəsini başa düşmək çox əhəmiyyətli məsələdir və müəyyən tədqiqatlar aparılır. Və tədqiqatlar göstərir ki, orta hesabla təhsildə olan orta müddətə bir il əlavə eləyəndə, yəni tutaq ki, biz məktəb oxuduq, yəni 1 il daha məktəbdə oxumaq, ya da 1 il daha ali təhsilə əlavə etmək orta hesabla gəlirləri 6-10 % arasında artırır. Fərdi gəlirləri, əlbəttə, bu rəqəmlər ölkələr üzrə və vaxtlar üzrə də dəyişə bilər. Amma ümumi bir konsensus var  mikroiqtisadi nəzəriyyədə. Amma müəyyən problemlər də var. Çünki insan kapitalı birincisi nə cür ölçülə bilər? Yəni insan kapitalını hardasa biz götürsək, Statistika Komitəsinə baxaq, onun hesabatlarına baxaq. İnsan kapitalının ölçüsü yoxdur. Yəni insan kapitalının ölçüsü yoxdur. Yəni insan kapitalını ölçmək üçün tədqiqatçılar müəy­yən instru­mentlərdən istifadə edirlər. Və dediyim kimi instrument əsas istifadə olan orta müddətdir.  Düzünü desək, bu əslində, çox ideal bir instrument deyil. Birincisi ona görə ki, bizim təhsildə olduğumuz müddət, bu kəmiyyəti göstərir. Heç də key­fiyyəti göstərməyə bilər. Və ikincisi, dediyim kimi səbəb-nəticə məsələsi var. Yəni insanlar zəiflilik olan yerdə bəlkə də daha çox təhsilə investisiya, sərmayə qoymaq istəyirlər. Üçüncüsü də bəlli bir məfhum var ki, yəni bu o demək deyil ki, məsələn, mənim 10 ilim, 11 ilim məktəbdə keçirsə, mənim gəlirlərim artacaq, bunun səbəbi təhsilin yaxşı olmasıdır. Səbəb odur ki, mənim valideynlərim təhsilə daha çox önəm gəstərir, ya da mənim valideynlərimin təhsil səviyyəsi yüksəkdir və dolayısı ilə onlar da məni motivasiya edirlər, məni yönləndirirlər. Yəni barada incə məsələlər var. Burada başqa bir məsələ var. Təhsilin fərdi olan gəlirliliyi, bir də təhsilin cəmiyyətdə olan gəlirliliyi. Yəni bu belə bir sual doğurur ki, dövlət təhsilə investisiya qoymalıdırmı? Dövlət təhsilə ancaq o vaxt investisiya qoymalıdır ki, təhsilin cəmiyyətdə olan gəlirliliyi, şəxsi olan gəlirliliyindən daha yüksək olsun. Çünki niyə? Çünki şəxsi olan gəlirlilik, əgər cəmiyyətdə olan gəlirliliyi nəzərə al­mırsa, bu təhsilə olan investisiyanın optimal səviyyədə olmasına gətirib çıxarır. Ona görə bazar iqtisadiyyatının işləndiyi bu məqamda dövlət öz rolunu güc­lən­dirməli və təhsilə olan investisiyalarda bu fərqi nəzərə almalıdır. Yəni təhsil, belə bir misal gətirək ki, tutaq kimsə elmlə məşğuldur, yəni bu təhsilə olan investisiyadır və onun ortaya çıxardığı tədqiqatlar faydalı ola bilər. Amma bu ortaya çıxarılan tədqiqat, sadəcə özünə faydalı deyil. Bu cəmiyyətin bilik bazasını genişləndirir. Və bu cəmiyyətin geniş bilik bazasından başqaları da istifadə edə bilər. Və dolayısı ilə bir nəfərin təhsilə qoyduğu sərmayə sadəcə, onun məhsuldarlığını deyil, cəmiyyətdə olan digər əmək qüvvəsinin də məhsuldarlığını artırır. Amma o adamın təhsilə qoyduğu sərmayə, yəni bu şəxsi gəlirlərində öz əksini tapmır və dövlət buna xüsusi yer verməlidir, dövlət buna kömək etməlidir. Əlbəttə, bu sosial gəlirliliklə, şəxsi gəlirlilik arasında olan fərq mikrosəviyyədə tam olaraq ölçülə bilməz. Və ona görə də bu makroiqtisadiyyat makroiqtisadi, yəni döv­lət planında olan tədqiqatlara təkan verir. Şahmar müəllim bəhs elədi. Ənənəvi inkişaf modelləri, iqtisadi artım modelləri daha çox istehsalat funksiyasına, fiziki kapitala, əmək qüvvəsinə və bunların səmərəliliyinə,  yəni texnologiyanın inkişa­fına xidmət edir. Və adətən göstərirlər ki, yəni fiziki kapital ilə bir yerə qədər gəl­mək olar. Yəni uzunmüddətli artımı fiziki kapitala olan investisiya ilə izah etmək olmaz. Yəni tutaq ki, biz Qubada alma yığımı ilə məşğul oluruq və bizim işçi qüvvəmiz var. Alma yığır, bir də kapital var – fiziki kapital. Burada nə ola bilər? Tutaq ki, nərdivan ola bilər. Yəni əgər bizim işçi qüvvəmiz müəyyən qədərdirsə, yəni bəlkə birinci nərdivan məhsuldarlığı artıra bilər, ikincısı nərdivan məhsul­dar­lığı artıra bilər. Amma tutaq ki, 15-ci  nərdivanın o qədər xeyri olmaya bilər. Yəni fiziki kapital azalan fayda qanununa tabedir. Amma insan kapitalı olduqca, bu azalan fayda qanunu artıq uzun müddət işləmir. Yəni insan kapitalının əlavə olub-olmaması istehsalat funksiyasına iqtisadi artımı da izah edir. Bu iqtisadi artım nəzəriyyələri fiziki kapitalın tərifini genişləndirməklə fiziki kapitalı insan kapitalına əlavə edir. Və bu iqtisadi artımı  uzunmüddətli olması ilə izah etmək kifa­yətdir. Ondan sonra bayaq bəhs elədiyim misalda, deməli, cəmiyyətin bilik bazasının genişləndirilməsi, yəni təhsil sadəcə fərdi deyil, ondan başqa cəmiyyətdə olan insanlara da müsbət təsir göstərir. Yəni bu, həm bilik bazasının genişlən­diril­məsi, həm də məsələn, təhsilli insanların, yəni müəyyən sosial funksiyaları yerinə yetirməsi, ya da cinayət səviyyəsinin azalması kimi faydalı ola bilər. Və bu kon­sept ekstremal, yəni yan təsirdir. Yan təsir konsepti, əslində insan kapitalının öyrə­nil­məsinə çox ciddi təkan vermişdir. Amma bu,  makrosəviyyəli nəzəri biliklərdir. Təəssüf ki, yəni nəzəri teoriyada empirik çalışmalara keçirlər. Empirik çalışmalar o qədər də nəzəri nəticələrə təəssüf ki, dəstək  vermir. Və hələ də müəyyən, bir çox debat var. Doğrudan da iqtisadi, doğrudan da təhsilə olan investisiya iqtisadi inki­şa­fa səbəb olurmu, yoxsa yox? Yoxsa cücə yumurta, cücə yumurta məsələsi. Amma mikrosəviyyədə əlbəttə ki, birmənalı cavab. Və mən iki sual ortaya qoymaq istəyirəm. Və o suallara müəyyən cavab verdikdən sonra diskussiyaları davam etdir­mək istəyirəm. Deməli, birinci sual bununla əlaqədardır. Yəni dövlət təhsilə investisiya qoyulmalıdırmı, yoxsa bunu bazaramı buraxmalıdır. Yəni bu resursların paylaşma mexanizmini bazaramı verməlidir, dövlət. Yəni birinci bu suala cavab verməyə çalışdım. Yəni sosial gəlirin əgər şəxsi gəlirdən yüksəkdirsə. Bəli, dövlətin rolu çox böyükdür. Dövlət texnoloji inkişafa səbəb olan insanlara, yəni təhsilə investisiya qoymalıdır. İkinci səbəb də bu daha çox mikrosəviyyəlidir. Yəni bəzi insanlar tutaq ki, gələcəkdə təhsildən daha böyük gəlir əldə edə biləcək, aldıqları təhsildən. Və gəlir indiki xərcləri ödəməyə yetərlidir. Amma indiki zamanda bu insanların bu xərci görməyə imkanı yoxdur. Və burada maliyyə bazarının rolu vacibdir. Əgər maliyyə bazarından borc ala bilsə nə yaxşı. Amma çox vaxt maliyyə bazarları izahı şəkildə işləmir. Yəni son böhran göstərdi ki, bu məqamda dövlətin investisiyası, dövlətin müdaxiləsi çox vacibdir. Tutaq ki, təhsil kreditlərinin misalında olduğu kimi. Amma, əlbəttə, dövlət təhsilə sərmayə qoy­malıdır. Amma dövlət təhsilə sərmayəni kor-koranə qoymamalıdır. Yəni dövlət belə bir Vencil? Kempus təbiri var, biznes ədəbiyyatı var, yəni dövlət bir şirkəti, Vencil? şirkəti kimi hərəkət etməlidir. Və təhsilə qoyulan, təhsilə qoyulan inves­ti­si­yalar arasında fərq qoymalıdır. Yəni səmərəli investisiyalar, daha səmərəsiz inves­tisiyalar. Daha çox səmərəli investisiyalara sərmayə qoyulmalıdır. Amma hansı investisiyalar səmərəlidir? Bunu da son iqtisadi tədqiqatlar göstərir ki, döv­lətin iqtisadi imkanlarından asılıdır. Tutaq ki, Amerika kimi texnoloji prizmanın hüdudundan olan dövlətlər. Orada tədqiqatlar göstərir ki, daha çox ali təhsilə sərmayə qoyulmalıdır. Və bu innivasiyalara səbəb olur. Və bu ölkələr o şəkildə inkişaf edir. Tutaq ki, Amerikada Peyçil? təhsilinə, üst səviyyədə olan təhsilə sərmayə qoymaq. Amerikada tutaq ki, əlavə fizika üzrə elmlər doktoru daha vacibdir, nəinki tutaq ki, peşə məktəbindən  çıxmış bir dülgər. Amma texnoloji inkişafdan geridə olan və daha çox inkişaf etməkdə olan ölkələrdə daha çox insan kapitalı imitasiya yolu ilə iqtisadi inkişafa təsir göstərir.

Yəni misalın innovasiya yoluna, innovasiya dedim. Burada nə isə imitasiya. Yəni Qərbdə olan, inkişaf etmiş ölkələrdə olan müxtəlif texnologiyaların adap­ta­si­ya­sı, necə ki, Koreyanın keçdiyi inkişaf yolu, necə ki, (ingilis dilində) “Asiya pələn­gləri”nin keçdiyi yol, Yaponiya imperatorunun II Dünya müharibəsindən sonra keçdiyi yol. Yəni inkişaf etməkdə olan ölkələr, daha çox  bəlkə ibtidai təhsilə, ya da orta təhsilə sərmayə qoyur. Bu mənim II sualım. Və sonuncu sualı da oxumaq istəyirəm. Sonuncu sualım, əlbəttə təbii resurslarla zəngin olan ölkələrdə təhsilə olan investisiyalar necə qoyulmalıdır? Ona da digər forum iştirakçıları cavab verər. Təşəkkür edirəm.

Moderator

Çox sağ olun. Siz qeyd etdiyiniz əsas və mühüm amil fiziki kapitalın insan kapitalı arasında azalan fayda nisbəti ilə fiziki kapital, əksinə artan, fayda verən insan kapitalıdır.

Ortaya qoyulan bir neçə sual oldu və mən ümid edirəm ki, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Emin Hüseynov bu suallara cavab verəcək. Buyurun.

Emin Hüseynov

Təşəkkür edirəm. Mən də öz adımdan forum iştirakçılarını salamlayıram. Və Dəyirmi masanın, forumun işinə böyük önəm verirəm. Çox maraqlı bir mövzu seçilib bugünkü müzakirə üçün. Mən ilk öncə onu qeyd edim ki, ümumiyyətlə, iqtisadi inkişaf doktorinalarında formalaşma tarixinə baxanda, mərhələlərinə baxanda, biz çox aydın görürük ki, ilk öncə deyək ki, 50-ci, 60-cı illərdə daha çox iqtisadi artım bir məqsəd kimi, ali məqsəd kimi önə çəkilirdisə, sonrakı illərdə müxtəlif  iqtisadi artım öz-özlüyündə yetərli deyil və iqtisadi artımın digər müstəriləri, digər demək aspektləri ön plana çəkilməlidir. Bunlardan məşğulluq, inkluziv addım, insan kapitalı, yoxsulluqla mübarizə və s. Bu arada bundan əvvəlki sessiyada institutların rolundan da danışıldı, bəhs edildi. Bütün bunlar bir daha onu göstərir ki, insanın sosial rifahı, iqtisadi rifahı bu çox müstəqil bir anlayışdır. Və bunu yalnız humanitar terminlərlə ifadə etmək düzgün olmazdı. Və dediyim kimi, inkliziv artımdan, daha geniş aspektləri özündə əks etdirən inkliziv artımdan söhbət gedir. Və mən təşəkkür edirəm öz həmkarım İlkin müəllimə, o, insan kapitalı ilə bağlı kifayət qədər geniş informasiya verdi. Və qoyduğu suallar hesab edirəm ki, kifayət qədər aktualdır. Mən çalışacağam bu sonuncu  suala bir qədər, mümkün qədər imkan daxilində cavab verim. İnsan kapitalı resursla zəngin  olan ölkələrdə onların iqtisadi inkişafında rolundan daşınmaq istəyirəm. Ümumiy­yət­lə, məlumdur ki, Azərbaycan resursla zəngin ölkədir. Bu barədə bir daha qeyd edildi. Resursla zəngin ölkələrdə dövlət siyasəti qarşısında insan kapitalının inkişafı ilə bağlı müəyyən seçimlər, spesifik seçimlər meydana çıxır. Və burada bir ziddiyyət formalaşır, xüsusilə də dövlətin siyasətində. Bir tərəfdən, neft resursları, təbii resurslar daha çox gəlirlilik səviyyəsini təmin etməyə imkan verir, müəyyən dövrdən sonra həmin ölkələrin dünya təcrübəsi göstərir ki, pozitiv təcrübələrə nisbətən daha çox neqativ təcrübələr  var. Yəni bu təbii resurslardan olan gəlirlərin iqtisadi inkişafa stimullaşdırıcı müsbət təsiri daha çoxdur. Mənfi təcrübələrlə əlaqədardır, nəinki müsbət təcübələrlə. Və bu da əsas tələb kimi göstərir ki, təbii resurslarla daha çox rahat gəlirlər əldə olunur. Və o gəlirlər faktiki olaraq iqti­sa­diy­ya­tın digər sahələrində daha yüksək əlavə dəyərlər yaratmaq, daha yüksək iqtisadi aktivliyi təşkil etmək ehtiyacının təxirə salınmasına gətirib çıxarır. Və bu nəticədə ölkədə daha çox konsentrasiya baş verir. Yəni iqtisadi vertifikasiya zəifləyir və konsenturasiya, müəyyən resurs sektorunun konsentrasiyası  artır. Bu isə öz növbəsində digər sektorlarda olan insan kapitalına ehtiyacı aşağı salır. Və o sahəyə olan, insan kapitalının da deməzdim azalmasına, amma ölkənin gəlirlərinin artım səviyyəsindən daha az templə artmasına gətirib çıxarır. Bir tərəfdə belə bir prob­lem yaranır, digər tərəfdən isə həmin ölkədə neftdə, resursla zəngin ölkədə  əgər bu sektor inkişaf edirsə, bu o deməkdir ki, daha çox fiziki kapital formalaşır, daha çox maliyyə kapitalı formalaşır. Və iqtisadi nəzəriyyədən də bəlli olduğu kimi maliyyə kapitalının, fiziki kapitalın artdığı bir iqtisadiyyatda onunla yanaşı insan kapitalına da daha yüksək insan kapitalına da ehtiyac yaranmalıdır. Çünki pulun olması öz-özlüyündə, kifayət deyil. Yüksək texnoloji avadanlığın olması öz-özlüyündə kifayət deyil. Onu işlədə biləcək yüksək insan kapitalı olmalıdır ki, nə isə nəticəsi olsun. Və beləliklə, dövlətin qarşısında bir seçim formalaşır. Bir tərəfdən, belə deyək rahat gəlir var. Digər tərəfdən isə o gəlirin olması əlavə insan kapitalının formalaşmasına zərurət yaradır. Belə bir seçimdə sözsüz ki, dövlət, müxtəlif döv­lət­lər bu sahəyə müxtəlif cür reaksiya verirlər. Qeyd etdiyim kimi dünya təcrü­bə­sin­də  yaxşı təcrübələrin sayı daha azdır, nəinki mənfi təcrübələrin. İndi isə bir qədər insanların seçimlərindən danışaq. Bayaq İlkin müəllim də qeyd etdi. Ümumiyyətlə, hər hansı bir resursla zəngin ölkədə insanların rifah səviyyəsi xeyli artdığı üçün qısa bir müddət ərzində insanlar seçimlərlə qarşılaşırlar, seçimlərlə üzləşirlər. Yəni onlar öz məhsuldar fəaliyyətini hansı istiqamətə qoysunlar. Yəni investisiyanı nəyə qoysunlar? Təhsilə qoysunlar, yoxsa belə deyək, digər alternativ sahəyəmi qoysunlar? Yəni əgər hər hansı bir gənc inkişaf etmək istəyirsə, fikirləşir ki, mənim inkişaf seçimlərim nədən ibarətdir? Mən, belə deyək ki, instituta daxil olum, öz ali təhsilimə investisiya qoyum, buna 5-6, bəzən də  10 il vaxt sərf edim. Nə­ticədə gözəl bir mütəxəssis kimi yetişim və sonda onun bəhrəsini görüm. Və yaxud bu proseslə getmək, belə deyək, çox ağrılı bir prosesdir, çox uzun zaman tələb edir, uzun investisiya tələb edir. Artıq iqtisadiyyat inkişaf edir, artıq gözəl imkanlar var. İndidən mən bir sahibkarlıq fəaliyyətilə məşğul olum. Və təhsildən əldə edəcəyim gələcək gəlirləri indidən əldə edə biləcəyim, indiki zamanda olan gəlirlərlə əvəz edim. Və belə bir seçimlər qarşısında üzləşən insanlar özləri üçün bir Qostpertiv analizini aparıb. Yəni gəlir – xərc analizini aparıb. Məlum olub ki, resursla zəngin ölkələrdə xüsusi olaraq insanların daha çox indiki zamanda əldə edə biləcəyi gəlirlərə üstünlük vermək meyli formalaşıb. Əlbəttə ki, bu çox, belə deyək, təhlükəli bir tendensiyadır. Və resursla zəngin olan ölkələrin dövlətləri də məhz belə bir siyasəti həyata   keçirməlidirlər ki, bütün bu meyillərə baxmayaraq,  insan kapitalının inkişafı təmin olunsun və sonda Azərbaycanda gedən proseslər, bununla bağlı proseslər haqqında bir kəlmə deyəcəyəm. Ümumiyyətlə, əgər Azərbaycanın iqtisadi inkişaf tarixini biz 3 mərhələyə bölsək (yəni iqtisadi artımın mənbəyi rolunda olan, drayveri rolunda nə inkişaf, nə iştirak edib) biz çox aydın görərik ki, ilk dövrdə ümummilli liderimizin təşəbbüsü ilə, onun siyasi iradəsi ilə imzalanmış olan “Əsrin müqaviləsi” kontraktı çərçivəsində ölkəyə əhəmiyyətli təcrübə, xarici birbaşa investisiyalar daxil oldu. Və iqtisadi artımı, belə deyək,  öz ardınca apardı. Yəni iqtisadiyyat artıq ayaqüstə durdu. Və uzun bir stabillik və inkişaf yolunu yaşadı. Ondan sonra II mərhələdə artıq, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycana böyük həcmdə neft gəlirləri daxil olmağa başladı. Bu da II mərhələdə iqtisadi artımı, iqtisadi inkişafı öz arxasınca aparır. Artıq biz III mərhələdəyik. Yəni qlobal maliyyə böhranı da artıq baş verdi. İndi  onun nəticələrini yaşayırıq. Və indi qarşıda strateji sual durur ki, neftlə zəngin olan Azərbaycan kimi ölkənin bir neçə xüsusiyyəti var. Yəni neftlə zəngin olan orta gəlirli və spesifik, sosial-mədəni kapitala malik olan bir ölkə, yəni Şərqlə-Qərbin bir sərhədində yerləşən və özündə müxtəlif mədəniyyətlərin bir simbiozunu əks etdirən bir ölkənin qarşısında duran bu uzunmüddətli dövr ərzində, yeni inkişaf tarixi nə olacaq, onun iqtisadi artımının əsas mənbəyi nədən ibarət olacaq və bununla bağlı bu gün artıq bizim möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz strateji baxışını da ortaya qoyub. Və artıq Azərbaycanda bildiyiniz kimi, növbəti 10 il ərzində təhsilin milli təhsil strategiyasının hazırlanması ilə əlaqədar xüsusi dövlət komissiyası yaradılıb. Hörmətli Şahmar müllim də komissiyanın üzvüdür. Bu  əslində öz-özlüyündə insan inkişafına, insan kapitalının inkişafına nə dərəcədə önəm verildiyinin dövlət tərəfindən onun bariz nümunəsidir. Məqsəd nə  üçündür? Bunu çox qısa qeyd edim. Məqsəd ondan ibarətdir ki, Azərbaycan çox kiçik bir ölkədir. Onun daxili bazarı kifayət qədər kiçik bir bazardır ki, daxili tələb əsasında o iqtisadi inkişafa, sıçrayışlı iqtisadi inkişafa nail  olsun. Ona görə də Azərbaycan daha çox xaricə, xaricə əsaslanan bir inkişaf modelinə üstünlük verməlidir. Amma ixrac etmək üçün xaricə, belə desək, öz məhsulunu sata bilmək üçün innovasiyalar lazımdır. İnsan kapitalının yüksək inkişaf qüvvəsi lazımdır. Məhz o üzdən də məhz belə bir strateji baxış ortaya qoyulur. Mən sizin hamınıza bir daha təşəkkür edirəm və sualı olana cavab verəcəyəm.

Moderator

Çox sağ olun Emin müəllim. İndi isə söz verilir Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Qabil Manafova.

Qabil Manafov

Çox sağ olun. Hörmətli forum iştirakçıları, hörmətli cənablar, hörmətli müəl­lim­lərimiz, tələbələrimiz. Mənim məruzəm bilavasitə bizim forumun probleminə aid olan bir mövzuya həsr edilmişdir. Yəni sahibkarlığın humanitar aspektlərindən mən danışmaq istəyirəm. Mövzunun seçilməsi təsadüfi deyil. Birinci ona görə ki, biz bazar iqtisadiyyatı sistemində yaşayırıq. Hər halda aparılan iqtisadi islahatlar bu istiqamətdə gedir. Bazar iqtisadiyyatı sistemi sahibkarlıq iqtisadiyyatıdır. Və bazar iqtisadi sisteminin problemləri sahibkarlığın problemləridir və yaxud əksinə. Bu bir. İkincisi mən ona görə bu mövzunu seçirəm ki, bunun üzərində danışıram, dayanıram ki, biz uzun müddət, mən də öz yazılarımda sahibkarlığa iqtisadi aspektdən yanaşmışıq. Mənfəət gətirən bir sahə kimi. Amma son dövrün reallıqları, dəyişiklikləri sübut edir ki, təkcə bir iqtisadi aspektdə, təkcə bir mənfəət faktoru bugünkü dünyada kifayət etmir. Dünyanın müasir çağırışları bu problemə yeni səpkidən, yeni nöqtədən baxmağı tələb edir. Hamımız bilirik ki, indiyə qədər bazar iqtisadiyyatı sisteminə qədər mövcud olan sistemlər özünün tarixi, keçici xarak­te­rin­dən fərqlənir. Yəni bir sistem o biri ilə əvəz olunur. Bu əvəzləmədə əgər bu qanunauyğunluq varsa, biz deməliyik ki, bazar iqtisadiyyatı sisteminin özü keçici bir sistemdir. Amma bir başqa cəhət burada özünü göstərir ki, son dövrdə, eləcə də son 20-25 ildə və konkret olaraq o qlobal iqtisadi böhran  şəraitində bazar iqtisa­diy­yatı sisteminin özündə elə ciddi dəyişikliklər baş verir ki, bu bizi düşünməyə vadar edir. Doğrudanmı bazar iqtisadiyyatı sistemi kənardadır? Yoxsa bazar iqtisa­diy­yatı sisteminin özündə əvvəllər olmayan, yeni dövrdə meydana çıxan, gələ­cək­də inkişaf etdirilməli olan, bəlkə iqtisadi inkişafı bunun üzərində qurulmalı olan meyillər, istiqamətlər yaranır. Və bu istiqamətlətin içərisində ən vacib, ən vacib görülən meylin biri dövlət və sahibkar  arasında olan bir tandemin əmələ gəlmə­sidir. Məsələn, dövlət və sahibkar arasında bir kontaktın əmələ gəlməsi, bir sazişin,  əməkdaşlığın, sosial partnyorluğun əmələ gəlməsi. Bu bütün modellərdə var. O cümlədən bizim bu günləri istiqamət götürdüyümüz iqtisadi islahatlarımızın xarakteri, iqtisadi imkanlarımızın da nəticələri bunu göstərir. Sosialyönümlü iqtisadi inkişaf yönündə ölkədə aparılan tədqiqat və islahatlar belə bir fikir söyləməyə əsas verir. Ümumi bir qanunauyğunluq var: dövlət və sahibkar.

Amma konkret olaraq mövzu ilə əlaqədar sahibkarlıq fəaliyyətinə gəlib çıxanda biz deməliyik ki, burada kapital, yəni sahibkarlıq və sosiallıq xüsusi bir problem obyektinə çevrilir. Xüsusi bir tədqiqat obyektinə çevrilir. Yəni kapital, sahib­karliq, əvvəlcədən mən deyim ki, dövlət sahibkarlığını bir kənara qoyuram. Mən özəl sahibkarlıqdan danışıram. Xüsusi sahibkarlıqdan danışıram. Bax bu əlaqədə kapital və sosial meyillik, humanitar aspektlər nə dərəcədə bugünkü dünyada, bugünkü modellərdə gözlənilməlidir, gözlənilib və bu hansı istiqamətdə özünü gələcəkdə büruzə verməlidir? Bu, məsələnin birinci tərəfidir. Demək istə­di­yim o qoyuluş kimi bu birinci problemdir, ikinci problem ondan ibarətdir ki, sahib­ka­rlıq özü intellektual potensialdır. İnsan potensialıdır, insan amilidir. Reallaşdığı bəlkə də ən birinci sahədir. Çünki əgər biz sahibkar, humanitar aspektləri deyirik­sə, buraya iki aspektdən yanaşmaq olar. Yəni deyək ki, sahibkarlığın iqtisadiyyatın humanitar sahələrinə daha uyğun gələn sahələrində inkişafı. Təhsildə inkişafı, səhiyyədə inkişafı, sonra informasiya texnologiyalarında inkişafı və s. Bu, öz yerində. Bunu biz inkar etmirik. Amma ikinci aspekt bütövlükdə sahibkarlığın özünün sahiblik baxımından asılı olmayaraq sahibkarlığın özünün humanitar as­pekt­də, sahibkarlıq-humanizm, insanpərvərlik, insan amilinin mərkəzdə dayanması onun sosial aspektindən, sosiallıqdan kənarda asılı deyil. Biri o birinə xidmət edir. Bunlar qarşılıqlı əlaqədədir. Ona görə də sahibkarlıqda biz sosial aspektlər, sosial meyillilik deyəndə, humanitar aspekt deyəndə bir sıra istiqamətlər, bir sıra problemlər ortaya çıxır. Sahibkarlığın sosial təhlükəsizlikdə xidməti, sahibkarlığın sosial təminatda xidməti, sahibkarlığın sosial sabitliyin əldə edilməsində və son nəticədə, cəmiyyətdə o sabitliyin əsası olan orta sinfin yaranmasında sahibkarlığın xidməti və rolu vardır. İndi sahibkarlığın sosial strukturu kimlərdən ibarətdir? Kimlər bu prosesə qoşulub? Kimlər əməyin nəticəsindən nə gözləyir, cəmiyyətdən, dövlətdən nə gözləyir? İqtisadi model təbii ki, hər bir ölkənin xüsusiyyətini özünə daxil edir. Bu baxımdan bizim modelimiz də, yəni fərqliliyi ilə seçilmir. Yəni burada ümumi qanunauyğunluqlar var. Bütün modellər üçün xarakterik olan və özümüzün modellərimiz var. O da özünü iqtisadi inkişafın xarakterində göstərir. Yəni burada Qərb və Şərq xüsusiyyətləri birləşib, vəhdət şəklində özünü göstərir. Amma sahibkarlığın sosial strukturu  deyəndə, sahibkarlığın sosial nəticələri deyəndə, sahibkarlığın sosial motivləri deyəndə artıq məsələyə konkret yanaşmaq tələb olunur. Məsələn, sahibkarlığın sosial motivləri, bu təkcə sahibkarlıq üçün deyil, həm də sahibkar müəssisədə işləyən işçilər üçündür. Burada çoxumuz bilirik, məşhur yapon, həm menecerdir, həm sahibkardır. Bir Tateti var menecer, menecmenti tədris eləyən bunu daha çox  bilir. O deyir ki, işçi nə vaxt öz əməyinin nəticəsində stimula malik olur? Birincisi, işçi  gördüyü işdən zövq alsın, ikincisi  daha çox qazanmaq imkanı əldə etsin.  Üçüncüsü müəssisənin idarə edil­mə­sinə cəlb edilsin. İndi nə dərəcədə bu günləri mövcud olan iqtisadi sistemlərdə və yaxud ölkə baxımından yanaşanda müxtəlif ölkələrdə bu gözlənilir. Bu bir az nis­bət mənasında başa düşülməlidir. Amma sırf ideal baxımından, nəzəri baxımdan yanaşanda bu işçinin motividir. Bəs sahibkarın motivi nədir? Mənfəət ödəyə bilən. İqtisadi mənfəət, bu, aparıcı motivdir. Amma iqtisadi mənfəətin əldə edilməsində sahibkar öz-özünə arxalanmalıdır. Yoxsa deyək ki, bu prosesdə dövlətəmi arxalan­ma­lıdır? Son dövrün praktikası göstərir ki, dövlət əgər iqtisadiyyatdan uzaqlaşıbsa, dövlət iqtisadiyyatda məhdud xarakterdədirsə, hər halda bunun iqtisadi nəticələri dövlətin iqtisadiyyatda olduğundan, iqtisadi proseslərə, belə deyəndə, tənzimləyici vasitələrlə təsir etməsindən daha az effekt verir. Yəni ki, ikincisinin effekti daha çoxdur. Deməli, sahibkarın motivi, sahibkarın həvəsi dövlətdən, onun yaratdığı iqtisadi şəraitdən, sahibkarlıq motivindən kənarda deyil. Belə bir aforizm var: sahibkarlar dövlətdən nə qədər çox razı qalarlarsa, onda bir o qədər də çox cəmiyyət qarşısında, dövlət tərəfindən müəyyən edilmiş məsələlərin, problemlərin həllinə qoşulurlar. Yəni sahibkarın motivi, sahibkarın mənafeyi, hüququ, mülkiy­yəti qorunmasa, orda nə onun özünün, nə də işçilərinin humanitar aspektlərdən danışması, sözün əsl mənasında, ikinci, arxa plana keçir. Və sahibkarlığın sosial nəticələri, təbii burada söhbət birinci işçilər üçün olan sosial nəticədən gedir. Mənim sol tərəfimdə oturan qonağımız empirik faktlardan çox danışdı. Amma burada o da təbiidir. Çünki faktdan kənara çıxmaq mümkün deyil. Bunu həm də mən qonağımız üçün də müəyyən mənada deyirəm. Son 7-8 il ərzində, yəni 2003-cü ildən 2010-cu ilə qədər Azərbaycanda yeni iş yerləri açılıb. Onun da  650 minə yaxını daimi iş yerləridir. Bunun əksəriyyəti sahibkarlıq sferasında yaranıb. Özəl sahibkarlıq sferasında yaranıb. İndi bir fakt – işsizliyin təbii həddi, yol verilən həddi 4% arasındadır. Yəni nəzəriyyəçilər bunu yaxşı bilirlər. Bu günləri Azərbaycanda son faktiki materiallara görə iqtisadi fəal əhalinin tərkibində, faktiki belə deyək də işsiz əhali, o özü də yeni bir  məfhumdur ki, bunlar nə dərəcədə işsizdirlər, işsiz deyillər. 5,6%-ə bərabərdir. Yəni yol verilən normaları ötüb keç­mir. Mən indi yekunlaçdıracağam. Bundan çox danışmaq olar. Mən fikirləşirəm ki, sahibkarlıq fəaliyyəti inkişaf etdikcə, sahibkarın maraqları daha dolğun reallaşdıqca, cəmiyyət inkişaf da edər, iqtisadiyyat da inkişaf edər. İqtisadiyyat, bəli, toxluğunun müəyyən xəstəlikləri yarana bilər. Sonra o toxluğun xəs­təliklərinin özünün də həlli üçün həll yollarını yaradaq. Yəni deyək ki, iqtisadi artıma əgər ekoloji problem yaradırsa, ekoloji problemin həlli üçün də maddi imkanlar yaradır. Sonra o istehlakçı cəmiyyəti də yaradacaq. İstehlakçının artıq yeni modellərini də yaradaq, yeni həyat tərzi yaradaq. Son nəticədə insanın maddi varlığı onun şüurunu da müəyyənləşdirər. Şüurlu insan, inkişaf etmiş cəmiyyətdə yaşayan insan, qaydalara, normalara əməl edən insan, təbii ki, bunun meydana gəlməsində sahibkarlığın rolu xeyli böyükdür. Onda maşının pəncərəsindən bayıra şüşə də atmazlar.

Moderator

Çox sağ olun. Bizim vaxtımız yoxdur artıq. Suallara ona görə də bizim az vaxtımız var, əgər kiminsə sualı varsa, buyursun. Buyurun. Eşidilmir.

 

Tələbə

Məlumdur ki, bugünkü forumumuzun mövzusu inkişafın iqtisadi motivlərinin humanitar aspektləridir. Elkin müəllim bu günləri çıxış elədi, kifayət qədər maraqlı çıxış etdi. İnsan kapitalından danışdı və mən  düşünürəm ki, insan kapitalı sırf humanitar aspektlərə aid ola bilər. Elkin müəllimə bir sualım var. Bəs dövlət və yaxud da qeyri-hökumət təşkilatları yoxsulluğun aradan qaldırılması üçün hansı tədbirləri görə bilər? Bir də ki, başqa bir sualım ondan ibarətdir ki, yəni iqtisadiyyat bu dəqiqə orta təbəqənin üzərində qurulmalıdır. Amma Azərbaycanda hal-hazırkı vəziyyətdə orta təbəqə demək olar ki, xeyli miqdarda azalıb. Güclülər var, zəiflər var. Orta təbəqənin inkişaf etdirilməsi üçün Azərbaycan dövləti hansı strategiyanı irıli sürməlidir?

Elkin Nurməmmədov

Yəni ikinci suala mən heç cavab verə bilmərəm. Dövlətlikdir. Amma birinci sualınızı başa düşə bilmədim. Təkrar edə bilərsiniz?

Tələbə

Birinci sualımız ondan ibarətdir ki, yəni yoxsulluğun aradan qal­dırılması üçün istər dövlət təşkilatları olsun, istərsə də qeyri-hökumət təşkilatları olsun, hansı tədbirlər görülməlidir?

Elkin Nurməmmədov

Yəni mən sizə insan kapitalının formalaşmasının sırf ümumi-iqtisadi baxımından bayaq qeyd etdim. Yəni investisiyanı bu sahəyə yönəltmək, ya da o biri sahəyə yönəltmək. Və insan kapitalı deyəndə investisiya  məsələsi var. Əgər mən bura investisiya yönəldirəmsə, başqa yerə yönəldə bilmərəm. Burada da gərginlik  Emin müəllimin dediyi kimi  olmalıdır.

Moderator

Sualdan mən belə başa düşürəm ki, siz sual vermisiniz. İnsan kapitalı haqqında danışanda yalnız insan kapitalının formalaşmasının yalnız bir aspektinə toxundunuz. Təhsilə toxundunuz. Yəni sözsüz ki, insan kapitalı daha geniş məfhumdur. Orda səhiyyə məsələsi var, bəşəriyyətin sağlamlığı da insan kapitalının bir hissəsidir. Siz dediyiniz o sivil aktivlik məsələsi də var. O da insan kapitalının bir formasıdır. Və əlbəətə ki, bütün bu aspektdə insan kapitalının formalaşmasına təsir edir. Burada ən vacib məsələ odur ki, insan kapitalı, qloballaşma deyəndə nəyi nəzərdə tuturuq? Qloballaşma rəqabətin qloballaşması deməkdir. Yəni hər il əvvəllər şirkərlər bir-birinin arasında bir ölkə çərçivəsində rəqabət edirdilərsə, hal-hazırda şirkətlər beynəlxalq səviyyədə qloballaşmaya, beynəlxalq səviyyədə rəqabətə başlayıblar. Artıq ölkələrin bir-biri ilə rəqabəti başlayıbdır. Bu rəqabətdə ölkələr yalnız insan kapitalı hesabına üstünlük əldə edirlər. Burada fiziki kapitalın təsiri çox cüzidir. Bunu da bir çox misallarda göstərmək olar. Bildiyiniz kimi, cənab Prezident tərəfindən böyük bir proqram da, böyük bir təşəbbüs də irəli sürülüb. Həmin təşəbbüsün çox gözəl bir adı vardır: Qara qızılın, insan qızılına çevrilməsi layihəsi. Və həmin layihə vasitəsilə biz məhz o beynəlxalq rəqabətə insan kapitalı vasitəsilə üstünlüyün əldə olunmasına çalışacağıq. Qabil müəllim, buyurun.

Qabil Manafov

Mən birinci suala cavab verə bilməyəcəyəm. Amma çalışı­ram, ikinci suala cavab verim. Orta sinif, orta təbəqə. Bu nədir? Bu müəyyən eyni, təqribən eyni həyat tərzinə malikdir. Gəlirlərin səviyyəsində ciddi fərqi olmayan bir şkala da ola bilir. Təqribən eyni istehlak modelinə malik olan cəmiyyətdir, insanların arasında müəyyən bir zümrədir, təbəqədir, sinifdir. Bu təbəqə necə formalaşır? Təbəqə bu sinfi necə yaradır? Təbii ki, inkişaf etmiş ölkələrə baxaq. Deyək ki, onlarda orta sinif formalaşıb, orta təbəqə formalaşıb. Bütövlükdə qütb­ləş­mə, yəni kəskin yoxsul olanlar da var, kəskin varlı olanlar da var. Amma bütövlükdə cəmiyyətdə stabillik, sabitlik o orta təbəqənin üzərində dayanıb, onun çiyninə düşüb. Bununla birlikdə, Azərbaycanda orta təbəqənin formalaşması, inkişafı yolunu mən belə görürəm. İqtisadi artımın əsas amillərindən, faktorların­dan biri təbii resursların kəmiyyəti, keyfiyyətidir. Allah Azərbaycana bu resursu verib. Bu resursdan bu günləri Azərbaycan dövləti kifayət dərəcədə, belə deyək, səmərəli düşünülmüş tərzdə istifadə edir. Yəni Azərbaycanın neft gəlirlərinin bir qismi, gələcək nəsillərin ehtiyaclarının ödənilməsi üçün, bir qismi də bu gün Azər­bay­canın əhalisinin, həm də daha çox gələcəkdə inkişafı təmin edəcək sahələrin, o cümlədən, infrastrukturun inkişafına yönəldilir. Amma neft resurslarının, yanacaq resurslarının satılması əsas məqsəd deyil. Bu vasitədir. Orta təbəqə, orta nəsil, orta sinif sahibkarlıq sferasını yaradır.  Qeyri-dövlət sektoru paralel olaraq inkişaf edir. Əksinə o qeyri-dövlət sektoru – təhsil, səhiyyə, regionların iqtisadi inkişafı və s. həyat səviyyəsini, regionların paralel inkişafını artırmaq məqsədini güdürsə, son nəticədə bu siyasətin davamlı, dinamik, sosial təbəqənin, orta təbəqənin yara­dılması deməkdir. Çox sağ olun.

Çox sağ olun.

 

Şəmsəddin Hacıyev – professor, ADİU rektoru (Moderator)

Hörmətli forum iştirakçıları! Bizim cəmi əlli dəqiqə vaxtımız qalıb. Mən bir qədər geniş danışmaq istəyirdim. Amma vaxtın azlıği ilə əlaqədar olaraq çıxışımı tamamilə başqa səpgidə qurmaq məcburiyyətindəyəm. Həmkarlarımdan da çox xahiş edirəm ki, bir az konkret olsunlar.

Təbii ki, bizdən öncə maraqlı mövzular ətrafında aparılan diskussiyalar iqtisadi inkişafın humanitar aspektləri ilə bağlı problemin kifayət qədər aktuallaşdığını ortalığa qoydu. Eyni zamanda humanitar aspektlərin bu və ya digər cəhətlərini araş­dıraraq dünya ölkələrində, o cümlədən Azərbaycanda baş verən pozitiv pro­ses­lə­rin mahiyyətini, məzmununu, eləcə də  bu sferada gələcəkdə hansı çağırışların göz­lənildiyini dərk etməyə  və  iqtisadi inkişafın dünyanı haraya apardığını anla­ma­ğa, qlobal poblemlərin və qeyri-müıyyənliklərin necə həll ediləcəyi kimi suallara cavab tapmağa calişdıq. Bizim dəyirmi masanın  3-cü iclasının əsas müza­kirə predmetı iqtisadi modelin, iqtisadi inkişafın sosial ölçülərinin müəy­yənləş­dirilməsi probleminə həsr edilmişdir

İqtisad elminin metodologiyasında mövcud olan problemli situasiyalar real mənzərəni daha da mürəkkəbləşdirir. Bu gün insan faktoru iqtisadi prosesin mərkəzində dayana bilirmi? Yaxud, iqtisadiyyat normal yaşayış standartlarının təmin edilməsinə imkan verirmi və bu məsələ, ümumiyyətlə, bu gün mövcud olan və yaxud əvvəllər – iqtisadi inkişaf modellərinin tarixi təkamülü prosesində necə interpretasiya olunub və humanitar aspekt iqtisadi nəzəriyyənin mövcud konstruk­si­yasında  hansı  mövqeyə malikdir və s. kimi suallara cavab tapmağa calışacağıq. Mən hesab edirəm ki, biz bu suallara cavab tapa bilsək, qarşıya qoyduğumuz məsələlərin həllinə nail olduq ifadəsini dilimizə gətirə bilərik. Elə əvvəlki çıxışlarda da çox ciddi və mübahisə doğura bilən məsələlər qaldırıldı. Tamamilə təbiidir. Çünki iqtisadi inkişaf modellərinin humanitar aspektlərilə bağlı o qədər də ciddi elmi tədqiqat işləri, əsərlər mövcud deyil. O mənada ki, birmənalı qəbul oluna biləcək, aksiomatik müddəalar hələ ki, ortalıqda yoxdur. İstər nəzəri-metodoloji, istərsə də mahiyyət və məzmun baxımından ifrat kənar yanaşmaların mübarizəsindən qeyri hər hansı bir rasional yozum müşahidə edilmir.  Çox təəccüblüdür ki, biz iqtisadçılar indiyə qədər iqtisad elminin mahiyyətini, iqtisadiyyatın nə olduğunu adekvat şəkildə dərk edə bilməmişik və buna heç cəhd də göstərmirik. Amma digər tərəfdən, başqa konteksdən yanaşanda, mən belə bir polemikanın qaldırılmasını tamamilə təbii qəbul edirəm. Çünki dünya çox sürətlə dəyişir, artıq XXI əsrin birinci onilliyi geridə qalıb, biz bilik cəmiyyətinə qədəm qoymuşuq. Posmodern cəmiyyətindən danışırıq  və burada bizim adət etdiyimiz həm iqtisadi məzmun daşıyan məhfumlar, həm iqtisadi nəzəriyyələr tamamilə obyektiv olaraq ciddi transformasiyaya uğrayır və dəyişikliklər baş verir. O cüm­lə­­dən, iqtisadiyyatın cəmiyyətdə roluna artıq tamamilə yeni rakursdan baxılması tələb olunur. Bu baxımdan, mən bu yanaşmanı obyektiv hesab edirəm. Çünki dəyi­şikliklər bütün cəmiyyət həyatıni əhatə edir. Amma bir şeyi real olaraq özüm də dərk edirəm ki, iqtisadiyyat bütün dövrlərdə cəmiyyət həyatının əsasını, bünövrəsini təşkil etmiş və sosial sfera ilə sıx qarşılıqlı əlaqədə, dialektik bağlılıqda mövcud olmuşdur.

İqtisadiyyatın inkişafı digər sferalarda müşahidə edilən tərəqqi prosesinə həm müsbət, həm də mənfi təsir göstərmək qabiliyyətindədir. Eyni zamanda, insanın özünün inkişafı, insan kapitalılının formalaşması son nəticədə iqtisadi inkişafa müsbət təsir göstərən ən mühüm amillər sırasındadır və bu belə də qəbul olun­malıdır.

Biz bu gün Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modeli haqqında danışmalıyıq və bu modelin sosial aspektlərini daha da qabartmalıyıq. Bəzən çıxış edənlərdə belə bir təsəvvür yaranır ki, Azərbaycanın bu günkü sürətli inkişafı şox asan yolla əldə olunub, yəni neftlə bağlı olub və istənilən ölkə əgər, bu təbii resurslara malik olardısa, bundan müvəffəqiyyətlə istifadə edə bilər və həm özünün iqti­sadiyyatını, həm də ictimai rifahı yüksəldə bilərdi. Amma əslində belə deyil, dünya təcrübəsi göstərir ki, iqtisadi inkişafın əsasında karbohidrogen ehtiyatlarınin mövcudluğu deyil, bu resurslardan düşülmüş şəkildə istifadə olunması konsep­si­yası dayanır. Azərbaycandan daha çox neftlə qat-qat zəngin olan ölkələrin bu günkü vəziyyətinə nəzər salmaq, iqtisadiyyatları neftlə bağlı olan bu ölkələrdə yaşanan fəsadları xatırlamaq kifayətdir. Amma, Azərbaycanda bu gün sözügedən fəsadların baş vermə ehtimalı sıfıra bərabərdir. Çünki ölkədə düşünülmüş iqtisadi siyasət mövcuddur və eyni zamanda, liberal dəyərlərlə optimal dövlət müdaxiləsi və institusional sistemin sintezinə əsaslanan iqtisadi inkişaf modeli qərarlaşmışdır. Biz bazar iqtisadiyyatını formalaşdırmışıq, amma bu ənənəvi klassik modellərdən tamamilə fərqli bir sistemdir. Sosial yönümlü bazar iqtisadiyyatı – minimum dövlətin müdaxiləsinə və sahibkarlıq fəaliyyəti ücün, azad, liberal münasibətlərin for­ma­laşması üçün maksimum imkanlar yaradan iqtisadi sistem halında qərar­laş­mış­dır.

Amma bu o demək deyil ki, bu gün bizim inkişafımızda, xüsusilə humanitar məsələlərin həllində, humanitar sferada problem yoxdur . Əlbəttə, biz belə ifadələri heç vaxt işlətmirik. Problemlər var, amma uzunmüddətli hədəflərə yönəlmiş, elmi cəhətdən əsaslandırılmış iqtisadi inkişaf strategiyası mövcudur. Mən bir şeyi tam yəqinliyi ilə dərk edirəm ki, iqtisadi proses deyilən anlayışa hansı mənanı yüklə­yir­sinizsə yükləyin, onun əvvəlində də, sonunda da insan faktoru dayanır. Bu gün iqtisadi prosesdə insan faktoru ekzogen deyil, yəni xarici faktor kimi cıxış etmir. O, prosesin öz daxilindədir – endogendir. Yalnız bu mənada iqtisadi proses dərk edilməlidir. Nəzəriyyə iqtisadi prosesin həm əvvəlində, həm mərkəzində, həm də sonunda insan dayandığını qəbul etməlidir. Bəlkə də siz fikirləşirsiz ki, mən hara­da­sa ideal cəmiyyət haqqında danışıram. Amma dünyada ideal dövlət olmadığı kimi, ideal cəmiyyət və ideal iqtisadi inkişaf da mövcud deyildir.

Azərbaycanın 1990-ci ilin əvvəllərində düşdüyü ekstrimal vəziyyəti nəzərə alaraq, yəni iqtisadi defolt, 20% torpaqlarımızın ermənilər tərəfindən işğalı və bir milyondan çox qacqının olması şəraitində tarixən çox qısa bir müddətdə əldə etdiyi iqtisadi uğurlar onu göstərir ki, qeyd olunan bütün imkanlardan Azərbaycan dövləti mümkün olduğu qədər istifadə edir və bu gün Azərbaycan, sözün əsl mənasında, Cənubi Qafqazın lider ölkəsidir. Cənubi Qafqazda  mövcud olan iqtisadi gücün 75-80%-i Azərbaycana məxsusdur. Son 7 il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Əsas makroiqtisadi göstəricilərin artımında 10 dəfələrlə artım nəzərə çarpır, yoxsulluğun səviyyəsi 49%-dən 9%-əqədər aşağı enib, 900 mindən çox yeni iş yerləri açılıb və s. Sözsüs ki,  bu inkişafın əldə olunmasında təbii resurslar, xüsusilə neft amilindən düzgün istifadə həlledici rola malikdir.

Sizləri bir daha 90-cı illərin əvvəllərinə qaytarmaq istəyirəm. O vaxtlar Azər­bay­canın neft hasilatı ən minimum səviyyəyə enmişdi. 9 milyon tona qədər neft hasil olunurdu  ki,  bu da bizim daxili tələbatımızı belə ödəyə bilmirdi. Hasilatı artır­maq imkanları olduqca məhdud idi, quruda ehtiyatlar demək olar ki, tükən­mişdi. Dənizdən neft çıxarmaq isə hədsiz dərəcədə böyük maliyyə resursları, eyni zamanda yüksək texnologiya tələb edirdi.Təbii ki, bu imkanlar yox dərəcəsində idi. Məhz, “Əsrin müqaviləsinin” imzalanması və neft strategiyasının qəbul edilmə­sin­dən sonra Azərbaycanda tamamilə başqa vəziyyət yarandı. 1995-ci ilə qədər Azərbaycan iqtisadiyyatına 1 dollar da olsa, xarici kapital qoyulmadığı halda, bu dövrdən başlayaraq bu gunə qədər 80 milyard dollardan çox investisiya qoyul­muş­dur ki, bunun da 50% -dən coxunu xarici investisiyalar təşkil edir və s. Mənim bu faktları sadalamaqda əsas məqsədim ondan ibarətdir ki, bu gün Azərbaycanın özünəməxsus inkişaf yolunun olduğunu nəzərə çarpdırım. Təbii ki, nəzəri metodo­loji anlamda Amerika kəşf etməmişik. Amma mövcud imkanlardan istifadə və idarə­etmədə, tənzimlənmədə və dövlət müdaxiləsində, sistemli və proqram-məq­sədli yanaşmada bəlkə də inqilabi dəyişikliklər etmişik. Bizim modelin əsas fərqli xüsusiyyəti insana xidmətdir, insan rifahını yüksəltməkdir, insan kapitalını for­ma­laş­dırmaqdır. Çünki bu kapital olmasa, resurslar tükənərdi, ölkənin gələcəyi haqqında heç danışmaq belə mümkün olmazdı. Yalnız o, ölkələr rəqabət müba­rizəsində qalib gəlir ki, orada intellektli insanlar mövcuddur, orada insan inkişafı yüksək səviyyədədir və insan kapitalı daima inkişafdadır. Biz bunu çox gözəl dərk edirik və bütün resursları bu istiqamətə yönəldirik. Ölkədə qəbul olunan və uğurla reallaşdırılan proqram-məqsədli yanaşmaya əsaslanan 60-dan cox Dövlət proqramı bu deyilənləri bariz səkildə təsdiq edə bilər. Hələlik bu qədər,diqqətinizə görə təsəkkür edirəm, sağolun.

Sözü iqtisad elmləri doktoru, professor Məhiş Əhmədova verirəm. Buyurun.

M.A.Əhmədov –  iqtisad elmləri doktoru, professor 

Qlobal maliyyə böhranı milli, regional və beynəlxalq iqtisadiyyatların qarşı­lıqlı asılılığını gücləndirməklə, dünya miqyasında, beynəlxalq, eləcə də hər bir milli iqtisadiyyat səviyyəsində sosial-iqtisadi inkişafın paradiqmasını, təbiət-cəmiyyət münasibətlərinin ahəngdarlığını təmin edən prinsip və meyar­la­rın inkişaf baxımdan dərk olunaraq yenidən dəyərləndirilməsini müasir dövrün həyati bir probleminə çevirdi. Tələbatların durmadan artdığı, lakin resursların məhdudluğu şəraitində hər bir iqtisadi artımın hansı amillər və məhsul vahidinə nə qədər resurs sərfi nəticəsində əldə olunması davamlı inki­şafın təmin edilməsində həlledici əhəmiyyətə malikdir. Bu baxımdan, indiki və gələcək nəsillərin maraq və mənafelərini nəzərə alaraq iqtisadi artımın key­fiy­yətcə yeni tipinin formalaşdırılması müasir dövrdə milli iqti­sa­diy­yatın davamlı inkişafa keçidinin təmin edilməsinin başlıca istiqamətini təşkil edir.

Hər bir ölkədə milli iqtisadiyyatın davamlı inkişafının təmin edilmə­sinin, ilk növbədə, müvafiq milli iqtisadi inkişaf strategiyasının konseptual əsas­larının işlənib hazırlanmasını və əməli cəhətdən reallaşdırılmasını tələb edir. İqtisadi sistemin davamlılığı dərəcəsinə təsir göstərən sosial və humanitar amillərin dövlətin iqtisadi siyasətində nəzərə alınmaması, son nəticədə iqtisadi inkişafın surətinə və keyfiyyətinə təsir göstərə bilər.

Bazar mexanizmi əksər hallarda humanitar və sosial problemləri indiki və gələcək nəsillərin maraq və mənafeləri baxımından uzlaşdırmaq, gəlirlərin əda­lətli bölgüsünü təmin etmək, ümumən iqtisadi-sosial, demoqrafik, huma­nitar və ekoloji problemləri vəhdət halında səmərəli həll etmək iqtidarında olma­dığına görə bu prosesə dövlət fəal müdaxilə etməlidir.

Ümumən, davamlı inkişaf sosial-iqtisadi, ekoloji və humanitar xarakterli problemləri həll etməklə insanların zəruri tələbatlarının ödənilməsini, indiki və gələcək nəsillərin həyat keyfiyyətinin yüksəldilməsi problemlərinin həllini əhatə edir. Bu baxımdan, sosial-iqtisadi və ekoloji, humanitar inkişaf müxtəlif ölkələrdə fərqli prinsip və mexanizmlərlə dövlət tərəfindən tənzimlənsə və idarə olunsa da onlar vəhdət halında həll edilməlidir.

Davamlı inkişafın hər hansı bir ölkənin konkret timsalında əməli cəhətdən reallaşdırılması məntiqi ardıcıllıqla: milli iqtisadiyyatın inkişaf səviyyəsinin sistemli təhlili, məqsədlərin müəyyənləşdirilməsi, mövcud iqtisadi münasibətlər sisteminin milli maraqlara nə dərəcədə cavab verməsi və nəhayət, onun tən­zim­lənməsinin forma, metod, miqyas və vasitələrinin müəyyənləşdirilərək dəyərləndirilməsi tələb olunur.

Qloballaşan dünyada hər bir ölkə davamlı inkişaf modelinə keçidini təmin etmək üçün, hər şeydən əvvəl, dörd problemi həll etməlidir.

Birincisi, müasir dövrdə dünya iqtisadiyyatının inkişafı nəticəsində yaranan ekoloji böhranı aradan qaldırmaq üçün tədbirlər həyata keçirməli.

İkincisi, davamlı insan inkişafını təmin etmək üçün zəruri sosial-iqtisadi proqramlar reallaşdırılmalı.

Üçüncüsü, müasir dövrdə ayrı-ayrı ölkələrdə müşahidə olunan demoqrafik problemləri həll etmək üçün müvafiq siyasət formalaşdırıb həyata keçirmək lazımdır.

Dördüncüsü, istiqamət davamlı inkişafı təmin edən iqtisadi problem həll edilməlidir. Çünki son nəticədə ekoloji, sosial, demoqrafik problemlərin həlli imkanları həlledici dərəcədə iqtisadi inkişafın səviyyəsi və xarakterindən asılı olur.

Ümumən, davamlı inkişafın konsepsiyasının  reallaşdırılması, hər şeydən əvvəl, ölkənin malik olduğu davamlılıq potensialı ilə şərtlənir.

Hər bir ölkə obyektiv və subyektiv amillərlə şərtlənən iqtisadi davamlılıq potensialına malikdir. Bu potensial özünə aşağıdakıları daxil etməlidir: milli iqtisadiyyatın resurs və ehtiyatlarını, iqtisadi fəaliyyətin səmərəliliyini, tələ­ba­tın idarə olunmasının institusional quruluşunu, xarici konyukturanın dəyiş­mə­sinə müvafiq reaksiya vermək qabiliyyətini, beynəlxalq maliyyə, siyasi təş­kilat­lar­da iştirakı dərəcəsi ilə fərqlənir. Əlbəttə, davamlılıq potensialı ümumən ölkə­nin malik olduğu mütləq üstünlüklərlə müəyyənləşsə də, düzgün, optimal, çevik iqtisadi siyasət reallaşdırmaqla qlobal, regional, milli maraqları uzlaş­dır­maq, cari və perspektiv məqsədlərin həllinin optimal mərhələliyini gözləməklə bu potensialı xeyli artırmaq olar. Bu baxımdan, mövcud imkanlar daxilində hərə­kətə gətirilə bilən potensial resursların elə bölgüsü optimal hesab edilməlidir ki, onlar bir tərəfdən cəmiyyətin bu günki sosial-iqtisadi tələbatını yaxşı ödəməyə imkan versin, digər tərəfdən isə bu tələbatların perspektivdə daha yaxşı ödənilməsinin maddi əsaslarını aradan qaldırmasın.

Davamlı inkişafa iqtisadi səpkidən yanaşdıqda aşağıdakı cəhətləri xüsusi olaraq qeyd etmək lazımdır:

1. İnkişaf – gələcək nəsillərin üzərinə əlavə xərc yükləməyən inkişaf yoludur (borc, kredit və s.)

2. İnkişaf – nəsillər arasında ola biləcək neqativ effektləri minimuma endir­mək.

3. İnkişaf – perspektiv dövrə tətbiqən istehsal potensialının geniş təkrar istehsalını təmin edir.

4. İnsan kapitaldan elə bir formada istifadəni nəzərdə tutur ki, kapitalın öz nizamnamə məbləğinə toxunmadan sosial-iqtisadi inkişafın tətbiq olunan kapitaldan əldə olunan faiz  divident hesabına təmin olunur.

Dörd problem davamlı inkişaf konsepsiyasının işlənib hazırlanmasında 4 qeyd olunan cəhətlərlə yanaşı sivilizasiya amilləri, iqtisadi təfəkkür tərzi, səmə­rəli iqtisadi siyasəti nəzərə almaq lazımdır.

Ümumən, davamlı inkişafın başlıca məqsədlərini aşağıdakı kimi sis­temləşdirə bilərik:

 dəyişən tələbə və şəraitə uyğun olaraq iqtisadi, sosial, siyasi, mədəni və ekoloji inkişafın yeni paradiqmasını formalaşdırmaq;

 qısamüddətli təkmilləşdirmə ilə əlaqədar olan uzunmüddətli xərcləri nəzərə alan inkişafa daha rasional yanaşmaq;

 planetin bərpa olunmayan təbii resurslarından ağıllı və düşünülmüş şəkildə istifadə etmək;

 iqtisadi, sosial, mədəni və ekoloji tarazlığın fiziki inkişaf templəri arasında balansını gözləmək;

 milli, regional, lokal və qlobal səviyyədə bütün müvafiq sektorları və subyektləri vahid bir məxrəcə gətirməyə imkan verən inkişaf strategiyasını formalaşdırmaq və s.

Təcrübə göstərir ki, iqtisadi inkişafın humanitar aspektinin gücləndiril­mə­si hər bir ölkənin milli iqtisadiyyatının təhlükəsizliyinin gözlənilməsi ilə birbaşa bağlıdır. İqtisadi təhlükəsizliyin gözlənilməsi milli iqtisadiyyatın müstəqilliyi, sabitliyi, cari və perspektiv məqsəd və vəzifələrin uzlaşdırılma­sı­nın, dinamik və davamlı inkişafını, habelə onun daima yeniləşməsini, öz-özü­nün inkişafını təmin etmək, təkmilləşdirmək qabiliyyətini əhatə edən daxili və xa­rici amil, şərtlərin məcmusu kimi ifadə oluna bilər. Başqa sözlə, müasir dövr­də iqtisadi təhlükəsizliyin təmin edilməsinin başlıca məqsədi davamlı in­kişafın prinsip və tələblərinə uyğun olaraq mövcud əmək, kapital, təbii resurs­lardan səmərəli və optimal istifadə etməklə dövlətin, vətəndaşın, bazarın nor­mal, ahəngdar və səmərəli fəaliyyətini təmin etmək, həm də onlar arasında möv­cud olan, yarana bilən ziddiyyətləri vaxtında və effektiv həll etmək qabiliyyətini nəzərdə tutur.

Son nəticədə iqtisadi təhlükəsizliyin gözlənilməsi ölkədə həyata keçirilən bütün dəyişikliklərin, tədbirlərin istisna bilməyən şərti olmalıdır.

İqtisadi təhlükəsizlik konsepsiyası nəinki milli maraqların qorunmasını, habelə milli maraqların mühafizəsi və reallaşdırılması mexanizmini, milli sahibkarlığın və istehsalın inkişafını, cəmiyyətdə sosial-iqtisadi sabitliyi təmin etmək qabiliyyətini özündə əks etdirməlidir. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, müasir dövrdə davamlı insan inkişafını təmin etmədən, iqtisadi və sosial inkişafın vəhdətinə nail olmadan yeni biliklərə, informasiyaya malik intellektual potensial formalaşdırmadan, milli iqtisadiyyatın davamlı və dinamik inkişafına nail olmaq əslində mümkün deyildir. Bütünlükdə milli iqtisa­diyyatın davamlılığının təmin edilməsinin  amillər üzrə təhlili göstərir ki, o ölkələr davamlı inkişaf istiqamətində uğurlar qazanır ki, onların bu sahədə siyasəti çevik, dəyişən, tələbə və şəraitə vaxtında uyğunlaşmaq qabiliyyətinə malik olur.

Ölkənin milli təhlükəsizlik konsepsiyası – şəxsiyyət, cəmiyyət və dövlətin bütün həyati fəaliyyəti sahələrində xarici və daxili təhlükələrdən təhlükəsiz­li­yi­nin təmin edilməsi ilə bağlı baxışlar sistemi ilə bağlıdır ki, bu da onun bir daha humanitar xarakterini göstərir.

Məlumdur ki, müasir dövrdə davamlı sosial inkişafı problemlərini həll etmədən iqtisadi inkişafı, nə də onun təhlükəsizliyini uzun müddətə təmin etmək mümkün deyildir. Odur ki, milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyi qiymətləndirilərkən xüsusi sosial göstəricilərdən geniş istifadə olunması çox zəruridir.

Dünya təcrübəsi göstərir ki, milli iqtisadiyyatın uzun müddətə iqtisadi təhlükəsizliyi prinsipial müddəanın dövlətin iqtisadi siyasətində nəzərə alın­ma­ması perspektivdə ölkəmizin müstəqil və davamlı inkişafının, xüsusən onun iqtisadi təhlükəsizliyini şübhə altına ala bilər. Təhlil göstərir ki, iqtisadi təhlü­kə­sizlik sahəsində müvafiq nəticələrin əldə edilməsi, öz növbəsində bir sıra istiqamətlər üzrə, birinci, cəmiyyətin həyat baxımından onun bütün mənafe­lə­ri­nə aid olan daxili və xarici təhlükələri aşkara çıxarmaq, onların proqnoz­laş­dırıl­ması iqtisadiyyatdakı proseslərin hərtərəfli obyektiv monitorinqini keçir­məklə zəruri informasiya bazası yaratmaq, ikinci, iqtisadi maraqlara toxuna biləcək təhlükələrin mümkün neqativ nəticələrinin qarşısının alınması, aradan qaldırılması üzrə çevik və uzunmüddətli tədbirlər kompleksini reallaşdırmaq və onların nəticələrinin qiymətləndirilməsini, üçüncüsü, dünya təsərrüfatında baş verən dinamik dəyişikliklərə, qlobal rəqabətə, resursların məhdudluğun­dan irəli gələn problemlərə vaxtında uyğunlaşdırılmasını, daxili və xarici təhlükələrə adekvat tədbirlərin həyata keçirilməsini tələb edir.

Bu məqsədlə cəmiyyətdə mövcud olan sosial-iqtisadi qeyri-bərabərsizlik elə tənzimlənməlidir ki, son nəticədə o, iqtisadi inkişafı stimullaşdırsın. Eyni zamanda iqtisadi inkişafın humanitar aspektlərinin gücləndirilməsinin təmin edilməsinin çox mühüm şərti, milli sərvətdə gələcək nəsillərin maraq və mənafelərinin, hüquqlarının gözlənilməsi ilə bağlıdır.

Beləliklə, davamlı inkişafın humanitar səpkisi iqtisadi inkişafla sosial həmrəylik arasında mövcud olan birbaşa əlaqənin gözlənilməsini də tələb edir.

Bütün bunlar, öz növbəsində, cəmiyyətdə inkişafa, gəlirlərin bölgüsünə, dəyərlərə və davamlı inkişaf etikası ilə bağlı paradiqmanın, düşüncə tərzinin, ictimai və vətəndaş institutlarının humanistləşdirilməsini, son nəticədə davamlı inkişaf insanların mənəvi və etik baxışlarının təkmilləşdirilməsini tələb edir. Başqa sözlə, mənəvi dəyərləri, insan keyfiyyətini təkmilləşdirmədən davamlı inkişafın humanitar səpkilərini təmin etmək mümkün deyildir.

Qlobal maliyyə böhranı birmənalı şəkildə göstərdi ki, sosial, iqtisadi, mənəvi problemlərin, indiki və gələcək nəsillərin marağını gözləmək üçün dövlət fəal və səmərəli tənzimləmə siyasəti yeritmədən davamlı inkişafa nail olmaq mümkün deyildir.

Dövlətin funksiyası davamlı inkişafı təmin etmək üçün, sadəcə olaraq, iqti­sadi, sosial, ekoloji və mənəvi problemlərin ancaq səmərəli həllini təmin etmək­dən ibarət deyil, eyni zamanda cəmiyyətdə yeni dəyərlərin formalaş­mA­sına şərait yaratmaqdan ibarətdir.

Beləliklə, davamlı inkişaf elə bir sosial-iqtisadi sistemin yaradılmasını tələb edir ki, o, uzun müddətdə nəinki onun səviyyəsinin keyfiyyətini (gəlirlə­rin real artımını), eləcə də əhalinin təhsil və elmi səviyyəsini, səhiyyənin yaxşı­laş­dırılmasını, mədəni inkişafını, ümumən insan inkişafını təmin etsin.

Bu mənada davamlı inkişafın təmin edilməsi, əslində iqtisadi inkişafın humanitar xarakterinin güclənməsinə səbəb olur.

Aydındır ki, yüksək iqtisadi artım maddi nemətlərin kifayət qədər olması iqtisadi inkişafın humanitar aspektlərinin təmin edilməsinin ilkin şərtidir, lakin son nəticədə bu problemin həlli hər bir dövlətin sosial-iqtisadi, mədəni problemlərin həlli ilə bağlı dövlətin seçdiyi tənzimləmə modelindən birbaşa asılı olur.

Davamlı həyat tərzi, ilk növbədə, humanitar problemlərin, o cümlədən hər bir şəxsin əməkhaqqını, təhsil, elm və tibbi xidmətdən istifadə hüququnu, mədəni inkişafını, ən başlıcası isə hər bir şəxsiyyətin öz potensialını reallaş­dırması üçün minimum zəruri şərtlərin dövlət siyasətində nəzərə alınmasını tələb edir. Davamlı inkişafın humanitar aspekti, ilk növbədə, insanın həyat keyfiyyəti problemini önə çıxarır. Keyfiyyətli həyat üçün hər şeydən əvvəl, insanların bazis tələbatlarının ədalətli və təminatlı ödənilməsini tələb edir.  İnsanların hər bir konkret mərhələdə səmərəli və düşünülmüş tələbatının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu isə, özünü öz növbəsində:

1.       İstehsalın və gəlirlərin artması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsini;

2.         Cəmiyyətin, sosial, institusional və digər strukturlarında əhəmiyyətli irəliləyişlərin əldə olunmasını;

3.         İctimai şüurda dəyişikliklərin təmin olunmasını;

4.         Adət və ənənələrdə yeniləşməsini;

5.         Təhsil səviyyəsinin yüksəldilməsi və insanların sağlamlığının yaxşılaş­dırılmasını;

6.         Effektiv sosial, siyasi, iqtisadi və institusional sistemi formalaşdır­ma­qla iqtisadi inkişafın humanitar istiqamətini kəskin gücləndirməkdə göstərir.

Bu problemlərin həllində milli mentalitetin tarixi ənənələrin və sosial-mədəni xüsusiyyətlərin nəzərə alınması çox vacibdir. İqtisadi inkişafın huma­nitar aspektlərinin gücləndirilməsi özlüyündə məqsəd deyildir. O, eyni za­manda ölkədə sosial, investisiya, innovasiya və sahibkarlıq mühitinin yaxşılaş­dırıl­masına, ümumən cəmiyyətdə sosial həmrəyliyin milli maraq və məna­felərin gözlənilməsi və səmərəli reallaşmasının vacib və zəruri şərtidir.

Sosial-iqtisadi sistemlərin və inkişaf modellərinin xarakterindən asılı olma­yaraq bütün səviyyələrdə davamlı yaşayış prinsipləri gözlənilsin və insan­ların potensialının inkişafını təmin etsin, eyni zamanda insanların həyatı ilə bağlı qərarların qəbulunda fəal iştirak etmək imkanına malik olsun.

Dövlətin iqtisadi siyasətinin reallaşdırılması zamanı iqtisadi, sosial, humanitar inkişafın tarazlılığı gözlənilməlidir. Azərbaycanın əsas geosiyasi göstəricilərindən biri zəngin insan resursları, sabit daxili ictimai siyasi, milli-etnik və dini vəziyyətin sabitliyi və onların idarə olunan tənzimlənən bir proses kimi fəaliyyətidir.

Hər hansı bir ölkədə tətbiq olunan iqtisadi modelin uğurlu nəticəsi ölkənin makroiqtisadi inkişaf indikatorlarında, vətəndaşların sosial rifahını, ümumən insan inkişafını xarakterizə edən göstəricilərdə öz əksini tapır.

BMT davamlı inkişafın səviyyəsini xarakterizə etmək üçün 4 qrupda cəmləşdirilmiş (iqtisadi, sosial, ətraf mühit və institusional), habelə onların hər biri üçün ayrıca göstəricilər sistemindən indikatorlarda istifadə olunur. Bu gün əksər ölkələrdə hazırlanan davamlı inkişaf konsepsiyası, bir qayda olaraq, bu göstəricilərin dinamikası əsas götürülərək davamlı inkişafın səviyyəsi qiymətləndirilir.

Son illərdə Azərbaycan insan inkişafı indeksinə görə, yüksək nəticələr əldə edib. Bu indeks üzrə respublikamızın mövqeyi dünya dövlətləri arasında əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan insan hüquq və azadlıqlarının qorunması, sistemli şəkildə demokratik islahatların miqyasının genişlənməsi, söz və fikir azadlığının inkişafı, vətəndaşların mənafeyinin qorunmasına xid­mət edən davamlı tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının təmin edilməsi, sosial siyasətin dərinləşməsi və digər sahələrdə əhəmiyyətli dərəcədə irəliləyişlər əldə olunmuşdur. Bütün bu amillər, ümumilikdə, insan inkişafı indeksi üzrə göstəricilərin yaxşılaşmasına mühüm təsir göstərib.

Son illərdə keçmiş post sovet ölkəmizdə belə bir fikir daima vurğulanır ki, o dövləti hüquqi və səmərəli dövlət hesab etmək olar ki, o insanların daha çox qayğısına qalır, büdcədən sosial məqsədlər üçün daha çox vəsait ayırır və s. Doğrudur, belə yanaşma bazar sisteminə keçidin ilkin mərhələsi və qeyri-müəyyən iqtisadiyyat şəraitində tətbiqi zəruri və məqbul bir hal hesab edilməlidir. Lakin iqtisadiyyatda keçid dövrünü başa çatdırmış ölkəmizdə, görünür yaxın gələcəkdə dövlətin səmərəli fəaliyyətinin qiymətləndirilməsinin meyarları və paradiqması dəyişməlidir. Belə ki, o dövlət səmərəli fəaliyyət gös­tərən hesab edilməlidir ki, cəmiyyətdə sosial yardıma, güzəştlə köməyə ehtiyacı olan insanların sayı minimuma ensin.

Konstitusiyamızın 12-ci maddəsinə edilmiş dəyişiklikdə qeyd olunur: «Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edil­məsi dövlətin ali məqsədidir». Eləcə də konstitusiyamızın 15-ci bəndindəki, dəyişikliyin əsas məzmunu sosial yönümlü iqtisadiyyatın təmin edilməsindən ibarətdir.

Sosial sahədə milli maraqları səmərəli reallaşdırmadan milli iqtisadiyyatın davamlı inkişafına nail olmaq mümkün deyildir. Belə ki, iqtisadi inkişafda milli maraqları təmin edilməməsi müəyyən dövrdən sonra iqtisadi inkişafda əhalinin marağının azalmasına gətirib çıxarar. Bu baxımdan, qlobal siyasətlə milli maraqların uzlaşdırılması davamlı inkişafın təmin edilməsinin mühüm şərtinə çevrilir.

Sosial sahənin inkişafını qiymətləndirmək üçün yoxsulluq həddindən aşağı olan əhalinin sayı, gəlirlərin bərabərsizliyinin Çinin indeksi, işsizliyin səviyyəsi, orta aylıq əməkhaqqı, yeniyetmələrin savadlılıq səviyyəsi, əhalinin artım tempi və s.

Hər hansı bir və ya bir neçə göstəricinin dinamikası bir çox hallarda milli iqtisadiyyatın ümumi vəziyyətini dəyişməsini tam obyektiv xarakterizə etməyə imkan vermir. Çünki hər bir ölkənin özünün iqtisadi-sosial, siyasi reallıqları və xüsusiyyətləri vardır. Ona görə də, hər hansı bir ölkə üçün məqbul sayıla bilən göstəricilərin dinamikası başqa ölkələr üçün məqbul sayıla bilməz.

Digər tərəfdən müxtəlif ölkələrdə davamlı inkişafın və iqtisadi təhlü­kə­sizliyin müəyyənləşdirilməsi metodu, göstəricilər sistemi və statistik məlu­matların işlənməsi qaydası da bir-birindən fərqlidir.

Beləliklə, milli iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi çoxsaylı və müxtəlif təyinatlı göstəricilər sistemi və meyarlar vasitəsilə müəyyənləşir. Bu baxımdan, hər hansı bir ölkədə davamlı inkişafın real səviyyəsini qiymətlən­di­rər­kən qeyd olunanla yanaşı onların cari və perspektiv milli məqsədlərin reallaşmasına nə dərəcədə cavab verməsi nəzərdən qaçırılmamalıdır.

Bu gün dünyada resurslardan, xüsusən enerji resurslarından səmərəli istifa­də qlobal dünya iqtisadiyyatının humanitar istiqamətinə çevrilir. Belə ki, enerji resurslarından səmərəli istifadə bir tərəfdən insanların əlverişli və sabit şərtlərlə ehtiyaclarını ödəməyə imkan verir, digər tərəfdən ekoloji tarazlığa müsbət təsir göstərməklə insanların sağlamlığını yaxşılaşdırır. Bu baxımdan, Azər­baycan öz neft və qaz potensialını dünya bazarına intensiv çıxarmaqla beynəlxalq miqyasda iqtisadi inkişafın humanitar aspektinin gücləndirilməsinə öz töhfəsini verir.

Aşağıdakı makroiqtisadi göstəricilərin səviyyəsi və dinamikası son illərdə ölkəmizdə iqtisadi inkişafın sosial yönümlü olmasını və humanitar istiqamətin xeyli gücləndiyini əyani surətdə göstərir.

Belə ki, dövlət büdcəsi 2005-2010-cu illərdə 5,5 dəfə, 2000-2010-cu illərdə 16 dəfə artmışdır. O cümlədən, dövlət büdcəsinin xərcləri 2000-2010-cu illərdə 15,3 dəfə, 2005-2010-cu illərdə 5,5 dəfə, sosial xərclər 2000-2010-cu illərdə 7,6 dəfə, 2005-2010-cu illərdə 3,5 dəfə artmışdır. Mədəniyyət, incəsənət, infor­masiya xərcləri 2000-2010-cu illərdə 8,1 dəfə, 2005-2010-cu illərdə 3,2 dəfə, sosial müdafiə xərcləri 2000-2010-cu illərdə 10,6 dəfə, 2005-2010-cu illərdə 5,1 dəfə artıb.

Yoxsulluğun səviyyəsi 2001-ci ildə 49%, 2004-cü ildə 40,2%, 2005-ci ildə 29,3%, 2010-cu ildə 9,1% olmuşdur.

Son 20 il ərzində əhalinin həyat səviyyəsini səciyyələndirən göstəricilərdən biri olan əhalinin real gəlirləri 2,4 dəfə, 1995-ci ilə nisbətən isə 8,2 dəfə artmış və 2010-cu ilin sonunda adambaşına 2866,0 manat təşkil etmişdir.

Belə ki, 1995-2010-cu illər ərzində orta aylıq əməkhaqqı 26,5 dəfə artaraq 331,5 manat təşkil etmişdir.

2004-2010-cu illər ərzində ölkədə 913 min yeni, o cümlədən 655 min daimi iş yerləri yaradılmışdır.

1993-cü ildə adambaşına ÜDM 185 dollar, 1995-ci ildə 319 dollar, 2000-ci ildə 662 dollar, 2003-də 878 dollar, 2005-ci ildə 1580 dollar, 2008-ci ildə 5600 dollar, 2010-cu ildə 5798 dollar düşmüşdür.

Azərbaycanın son illərdə iqtisadi inkişafının dinamikasında əldə etdiyi uğurlar müxtəlif beynəlxalq qurumların ölkəmizdə iqtisadi inkişafın xarakteri və səviyyəsinin hesabatlarında, reytinqlərində öz əksini tapmışdır.

Dünya İqtisadi Forumunun 2009-2010-cu illər üçün hazırladığı «Qlobal rəqabətlilik Hesabatında» Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Dünya Bankının və Beynəlxalq Maliyyə korporasiyasının tərtib etdiyi sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində Azərbaycan 183 ölkə arasında 38-ci yeri tut­muşdur. 2008-ci ildə Dünya Bankının Doing Business proqramının əsas gös­təricilərinə görə, Azərbaycan iqtisadi göstəriciləri və biznes mühitinə görə dün­yanın əksər ölkələrini qabaqlayaraq 33-cü yeri tutmuş, həmçinin dünyanın birnömrəli islahatçı ölkəsi elan edilmişdir.

Moderator

Sözü Rusiya Elmlər Akademiyasının akademiki, vitse prezidenti Aleksandır Nekıpelova verirəm. Buyurun.

Aleksandr Nikipelov – akademik, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti

Çox sağ olun, professor!

“Hörmətli həmkarlar! İcazənizlə mən bu gün bizim bölmənin adı kimi qeyd olunan problemlə bağlı nəzəri fikirlər söyləmək istərdim ki. Anlayırsınızmı, çox zaman, o cümlədən tam peşəkar işlərdə iqtisadi sferaya sosiumun sferalarından biri kimi mədəni və siyasi sfera ilə yanaşı baxılır.  Ümumilikdə bu çox rahatdır. Əlbəttə, bu halda hamı anlayır ki, sosiumun bu müxtəlif sferaları arasında əlaqələr mövcuddur. Əgər müvafiq maliyyələr ayrılmasaydı, mədəniyyətin inkişafı mümkün olmazdı, digər tərəfdən mədəniyyətin inkişaf səviyyəsi, onun inkişaf xüsusuyyətləri, bu və ya digər dövlətdə və ya regionda yaşayan insanların dəyərlərinin xüsusiyyətləri şübhəsiz iqtisadi inkişafa təsir göstərir. Bunlar bizim hamımıza bəlli olan faktlardır. Lakin belə yanaşmada çox hallarda bazar iqtisadiyyatı iqtisadiyyatın ümumiyyətlə bənzərli kimi giymətləndirilir, başqa sözlə bütün iqtisadiyyatı bütünlüklə əhatə edir. Belə deyək, mikroiqtisadiyyatın dövlət və rifah haqqında bölməsində iqtisadiyyatın normativ fəaliyyət göstərmək xüsusiyyəti nöqteyi-nəzərindən qiymət verilir. Tarazlıq qiymətinə eyni zamanda həm son dərəcə ictimai, mən vurğulayıram, ictimai vəzifə və eyni zamanda son dərəcə ictimai xərclər kimi baxılır. Onların bir-biri ilə bərabərləşdirilməsi, qiymətə eyni zamanlı bərabərliyi o xüsusiyyəti göstərir ki, sosial optimum əldə edilib. Ancaq bu halda sosial optomuma mikroiqtisadiyyat bölməsinin bucağı altında baxılır. O həmçinin elə vəziyyət kimi ehtimal edilir ki, müəyyən edilmiş qaydalar üzrə bütün iqitisadi oyunçuların maraqlarını təmin edir.

Mikroekonomikaya digər yanaşma.

Yeri gəlmişkən, o, bu  mənada keyfiyyətli, bir az başqa cür olur. Əgər mikro­iqtisadiyyat daha çox aksiomatik əsasalarda qurulmiş elmə oxşayırsa (bir sıra mü­lahizələr, aksiomalar qaldırılır, onlardan məntiqi yolla münasib nəticələr əldə olunur), makroiqtisadiyyat hərçənd iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi ba­xılmaq xüsusuyyətinə görə bir qədər başqadır.

Bundan əlavə, bu 2 elm sahəsi arasında metoloji uyğun uzluqlar var. Məsələn, mikroiqtisadiyyatda fərdi faydalılıq və insanların rifah səviyyəsinin prinsipial müqayisə edilməzliyi postulatı mövcuddur. Biz hətta İvanovun ictimai rifah kimi qəbul etdiyiniz daha böyük gəlirə və digər başqa şeylərə malik olmasını əsas götürsək deyə bilmərik ki, İvanjv Petrovdan daha xoşbəxt insandır.

Makroiqtisadiyyat mürəkkəb vector reallığını birləşdirir və onu skalyara çevirir. Umumdaxili məhsul  təyinini 3 məlum usulu vardır ki, onlardan biri bu gəlirlərin toplanmasıdır.  Gəlirlərin toplanması makroiqtisadiyyat tərəfindən qada­ğan edilir, lakin bu əsasda rifahın səviyyəsi haqqda nəticələr çıxarılmasını qadağan edir. Makroiqtisadiyyat məhz bunu edir. Bu aydındır ki, makroiqtisadiyyat bu cür hərəkət edir, bu gərarin qəbul olunmasına real sualın qoyuluşu və həllinə daha yaxındır və mən sabahdan makroiqtisadi tətqiqatlardan imtina etməyə çağırmıram, mən sadəcə diqqəti ona yönəltmək istəyirəm ki, bu qərarın qəbul olunması təcrübəsinə daha yaxındır, amma o makroiqtisadi nəzəriyyənin tərkibindəki bütün aksiomaları əks etdirmir. Hər şeydən əvvəl tez – tez belə təəsürat formalaşır ki, bazar iqtisadiyyatının modeli ümumiyyətlə müasir modeldir ki, özündə heç bir normativ  tərkib təşkil etmədən  obyektiv reallığı xarakterizə edir.

Əslində, bu, belə deyil. Hətta əgər biz iqtisadi fərdə əsaslanan modeli, yəni şəxsi ehtiyacların (anlamanın dar mənasında ) təmin olunmasına yönəldilmiş fərdi götürsək, burada da  modelin özünün  daxilində normativ təşkiledici olur.

Normativ təşkiledici həm də onunla nəticələnir ki, biz hansısa şeylər postulat kimi qəbul edirik. Məsələn, bu tip modeldə o yalnız onda işləyə bilər ki, insanlar bir-birinin mülkiyyətinə hörmət etsinlər. Əgər insanlar başqaların mülkiyyətinə hörmət etmirlərsə və zorakılığın köməyi ilə yaradılan məhsulun böl­gü­lər məsələ­lərini həll etməyə üstünlük verirlərsə, onda bu, artıq bazar iqtisa­diy­yatı deyil. O, bu, şəraitdə bu, şərtlərlə hərəkət etməyi bacarmır, yəni, belə konsep­si­yadakı bütün insanlara iqtisadi fərdlər kimi baxılır.  Adəm Smitin  düşündüyü kimi  artıq orada bu sadə konsepsiyada normal təşkiledici var.

Amma hamıya yaxşı məlum olduğu kimi problem həmçinin ondan ibarətdir ki,  bizim hamınız az və ya çox səviyyədə iqtisadi fərd deyilik. Yəni, bizim hər birimizi rifahımızın səviyyəsi maraqlandırır. Bu bizə çox maraqlıdır. Amma hər şeydən əlavə, bizi maraqlandıran bir çox başqa şeylər də var. Bizi həm də  gəlir­lə­rin bölgüsü maraqlandırır. Belə ki, plenar iclasda, professor Berlis nümunəvi ümumi daxili məhsulunun məhdudluğu haqqında danışırdı. O deyirdi ki, onun həcmi öz-özlüyündə heç də cəmiyyətdə yer alan işsizlik haqqında məlumat vermir. Bizi sosial tərəflər, gerçəkliyimizin bütün  sosial tərəfləri maraqlandırır.

Bununla əlaqədar sizə belə şərh vermək istəyirəm. Normativ hissə iqtisadi pro­sesin tərkib hissəsidir. Bunsuz onu anlamaq sadəcə mümkün deyil. Bir halda ki, bu normativ hissədir, yalnız iqtisadi fərd konsepsiyaları uygunlaşmır, onda bizim hər birimizin faydalılıq funksiyamız ona əlavə edilir. Bundan əlavə bizim hələ də istifadə etmək istədiyimiz rifah və xidmətlərin yığımından başqa, bəzi  arqumentlər də var  ki, bu və ya digər tərəfdən sferanın sosial mühit vəziyyətini xarakterizə edirlər. Buna görə də bazar iqtisadiyyatı, ümumiyyətlə, iqtisadiyyatın ən əhəmiy­yətli hissəsidir. Amma onu tamamilə tükəndirmir.

Biz iqtisadi prosesə dövlətin müdaxiləsi haqqında danışarıən çubuğu tez – tez bir qədər əyirik. Biz dövlətə siyasi sistemin elementi kimi baxırıq. Yəni dövlət hər hansı bir  sferada bu və ya digər məlum səbəblərdən  iqtisadi prosesə müdaxilə edir. Dövlət yalnız bizim bazar mexanizminin təsiri nəticələrindən narazı qal­dı­ğınız halda iqtisadi prosesə qarışır. Nəzərə alaq ki, bu, həmçinin, bazarın müvəffə­qiy­yətsizliyidir. Bu həm də bazarın fərdi faydalılıq, bizim şəxsi istehla­kı­mıza uy­ğun­­laşmayan faydalılıq funksiyasının  bəzi xüsiyyətlərinin nəzərə alın­maması baca­rıqsızlığıdır.

Bundan belə bir nəticə çıxardılmır, dövlət necə olmalıdır – böyük və ya kiçik, hansı məsələləri məhz bazar əsasında həll etmək lıazımdır, harada dövlətin müda­xiləsi vacibdir. Amma buradan belə bir nəticəyə gəlmək olar ki , real sosial mühit – bu vahid tamdır, vahid bütövdür. Ayrı və  ya bir biri ilə qarşılıqlı təsir egostərən  hissələr  bu sosial mühiti xarakterizə edirlər. Eyni sosial mühitə müxtəlif  bucaqla altından, müxtəlif baxışlar mövcuddur: iqtisadi, mədəni, siyasi və s.

Ənənəvi olaraq: iqtisadi nəzəriyyə  çərçivəsindən çıxarmaq  istədiyimiz bir çox məsələlər mütləq  baxılmalıdır.

Moderator

Mən sözü məmnuniyyətlə həmyerlimiz Nizami Məmmədova – Beynəlxalq Müstəqil Ekologiya, Politologiya Akademiyasının Qloballaşma  və Davamlı İnkişaf  İnstitunun direktoruna verirəm.

Nizami Məmmədov – Beynəlxalq Müstəqil Ekoloqiya, Politoloqiya Akademiyasının Qlobalaşma vəDavamlı inkişaf institutun direktoru

“Çox sağ olun! Hörmətli həmkarlar. Biz sizinlə UNESCO, Birləşmiş Millətlər təşkilatı kimi təşkilatlar tərəfindən ön plana çəkil­miş,  çox fundamental məsələni müzakirə edirik. Mən bəzi problemlərə diqqəti cəlb etmək istərdim.

Məsələn, humanizm, humanistləєdirilmə və  mədəniyyət problemləri indi elmi və iqtisadi inkiєafin ünğndədir. Lakin  biz sadəcə adi  həyat yaşamağa vərdiş etmişik və  düşünməmişik ki, əslində bəşəriyətin tarixi öz mahiyyəti etibarilə mü­ha­ribələr tarixidir. İndi dünyada zorakılıq, müharibələr və s. var.  Biz həmişə de­yirik ki, bizim cəmiyyət  maliyyə sektorunda irəliləyir,lakin buna baxmayaraq  hələ bu məsələ fundamental və həll olunmamış qalır. Təsadüfi deyil ki,  YUNESKO indi  yeni  humanizm ideyasını irəli çəkirr. Mən bu fikrə sonra qayıdacam.

Sizin diqqətinizi cəlb etmək istədiyim,  ikinci məsələ, cənub və şimal xüsu­siy­yətləri arasında fundamental fərqlərin olmasi problemidir.   Onlar, əlbəttə, XX əsrin sonunda qəbul edilmiş konsepsiyanın yəni – davamlı inkişaf konsepsiyasının   həyata keçirilməsi mane olur. Çünki  biz heç bir davamlı inkişaf barəsində heçnə  biz deyə bilmərik.

Dünyada münaqişələr, müharibələr , digər tərəfdən isə, iqtisadi təbəqələr. Buna görə də  bu problemlər həmişə diqqət mərkəzində olmuşdur. Bu problemlərin mahiyyəti ondan ibarətdir ki bizi insan faktoru problemlərinə gətirir. Biz sizinlə, hələ də, kim olduğumuzu ağıllı – başlı aydınlaşdıra bilmirik.  Və indiyə gədər aydınlaşdira bilmirik ki,  niyə insan təbiətində aqressivlik instinkti .  biz bilmiriki nədən belə bir balans var-təcavüz və insan təbiətinin əsas instinkti və ağılınstinkti kimi bir balans mövcuddur.

Əlbəttə bu məsələlər,  genetika və psixoanalizin köməyi ilə tətqiq edilə bilər . İsveçrəli  psixoloq Junqun araşdırmalari bizə öz  davranışımızın səbəbləri   anla­maq imkanı verir. Elə buna görə də,  biz müzakirə etdiyimiz problem məhz burada bağ­lanır. Bir tərəfdən, humanizm problemi, digər tərəfdən – mədəniyyətin xüsusiy­yətləri problemi.

Beləliklə , insan təbiətini üyrənərək, biz üz etnik mənsubiyyətinə gürə bir – birinə bənzəməyən mədəniyyətlərin fərqləndirrilməsinə yol   tapa bilirik.

Vaxtın azlığına  görə, təəssüf ki, mən bu problemi tam açıqlamaq iqtidarında deyiləm. Lakin bunun üçün interaktiv metodlardan istifadə etmək zəruridir.

Mədəniyyətin Gqtisadiyyata təsiri fikrini davam etdirəcəyəm.  Marksgn tarixi prosesi  konsepsiyasgng xatgrlamag yerinə dğöərdi. Bu konsepsiyada o, tələbat kate­qo­ri­ya­sgna süykənərək bu tarixi prosesi məntiqli öəkildə əsaslandgrmara zalgö­mgödgr.

O, faktiki olaraq, tələbat kateqoriyasinın, dərinliklərinə getmədi  çünki insanın təmin edilmiş hər bir   ehtiyacı yalnız məmnunluq hissi yox, həm də yeni tələbat yaradır. Əgər o, bu fikrin dərinlyiinə getməsə idi, sizi əmin edirəm ki,  “Kapitali” yazmazdi, çunki bu problem onu insanın  təbiətini öyrənməyə yönəl­dirdi.  Bununla belə,  o, bunu aksioma gəbul etdi, və buna əsasən onu artan tələbat qa­nunu adlandırdı  və  tarixi proses konsepsiyasını yaratdı.

Sonralar mədəniyyət və tələbat  arasındakı qarşılıqlı  əlaqələri Max Weber XIX əsrin sonu-XX əsrin əvvəllərində araşdırdı. Max Weber məşhur  ” Protestant Etikası və kapitalizmin ruhu”  əsərində  Protestant  əsasında necə kapitalist müna­sibətlərin yaradılmasını göstərdi.

Bu gğn əsas Max Weber ideyasgna əsaslanarag, bir zoxmillətli iqtisadi model iqtisadiyyatgnda fərqləri gürmək və baöa dğömək olar. Bu vasitəsilə biz Yapo­niya iqtisadiyyatgngn fenomen təbiəti baöa dğöməyə zalgögrgq. Bu, sadəcə, birbaöa Zin iqtisadiyyatg nin    yuksəməsinə imkan verənlə barlgdir.

Əlbəttə ki, biz (məsələn, Çin, Buddizm, Konfüçyüsçülük, Yaponiya buddizm) cəmiyyətdə üstünlük təşkil edən dəyər sistemləri nəzərdən qaçırmamaliyig. Biz Amerika iqtisadi model anlamaq üçün cəhd edəndə bütün bunlar nəzərə alın­malıdır, sonra çoxmədəniyyətlilik mühüm rol oynayır

Bu baxımdan, mən sosial kapital konsepsiyası əsaslandırılmış olan Amerika filosof və politoloq Fakuyama bir çox maraqlı işinə diqqəti cəlb etmək istərdim.

Bu gğn insan kapitalg haqqgnda dangöarkən, lakin bir zox sosial kapital kimi anlaygöi unutmara dəyməz. Burada sühbət cəmiyyətin mədəni əsaslarg, cəmiy­yətin mədəni sistemləri və dəyərlər hagginda gedir. Sosial kapital yğksək olduqda, o, (o Amerikada olduru) mutlək sosial tərəfdaölgq gətirəcək.  Beləliklə, biz hər hansg bir kompleks problem əsasgnda həll oluna bilər demək olar ki,

Beləliklə, demək olarki,hər bir murəkkəb problem sosial tərəfdaş əsasında həll olunur.

Öz fikrimi ümumiləşdirərək, mən mədəni ehtiyacların arasında məntiqi əlaqəni açmağa çalışdım. Mən belə nəticəyə gəlirəm: hamı mənimlə razılaşar ki, texnikanın, elmin inkişafının və mədəniyyətin inkişaf səviyyəsində sosial inkişaf, əsasən, ehtiyaclara əsaslanır. Əgər biz sizinlə ehtiyacların yaranmasının təbiətini müəyyənləşdirməyə başlasaq, onda görərik ki, onların səviyyəsi mədəniyyətin səviy­yəsindən asılıdır.

Eyni dərəcədə bu, texnikanın və həm də texnologiyanın inkişafına aiddir. Hər şey bizim həyatımızda mədəniyyətimizin səviyyəsindən asılıdır, onda cəmiy­yətin qiymətli mexanizm sistemi cəmlənmişdir. Diqqətinizə görə sağ olun”

Moderator

Çox sağ olun. Bizim çox az vaxtımız qalıb, ona görə də reqlamenti dəyişməyi təklif edirəm. 5 dəqiqə liə kifayətlənməyi xahiş edirəm. Rasim Həsonova söz verirəm, professor, elmlər doktoru. Azərbaycan  Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar İnstitutunun direktoru.

Rasim Həsənov

Dayanıqlı inkişafın sosial  və ya humanitar aspektləri.

Hörmətli forum iştirakçıları və dəyərli qonaqlar! İlk olaraq forum iştirak­çı­larının diqqətini iqtisadi bölmənin adına yönəltmək istəyirəm. Fikrimizcə bölmənin belə adlandırılması iqtisadçıların daxili narahatlığına səbəb olmalıdır. Çünki iqtisa­diy­yat mahiyyət etibarı ilə sosial elm olduğundan humanitar məzmuna malikdir. Lakin indi biz sanki iqtisad elminə yenidən humanitar mahiyyət verməyə çalışırıq.  Eyni zamanda hesab edirəmki, belə şəraitin yaranmasının səbəbkarları elə iqtisad­çılardır.  Klassik iqtisaddan neoklassikaya  keçidlə yaranan indiki şərait əslində iqtisadi fikir tarixində iz qoymuş  və müasir dərsliklərdə geniş təşviq edilən alimlər dəstəsinin bir neçə əsr ərzində iqtisad elmini texiki- təbiət elminə, daha döğrusu bütün kateqoriya və anlayışları ölçülə  və proqnozlaşdırıla bilən  kəmiyyət xarak­terli elmə transformasiya etmək cəhdlərinin ən arzuolunmaz nəticələrindən biridir. Ancaq hesab edirəmki,  tanınmış amerikan alimi Xirşmanın “hər bir böhrandan şə­raitin əsaslı dəyişməsi üçün yararlanmaq olar” məntiqindən faydalanmaq baxı­mından, iqtisadiyyatın humanitar xarakterli elm olmasının indiki “tanınması”, dayanıqlı inkişafın təmin edilməsinda sosial-humanitar aspektlərin rolunun yenidən dəyərləndirilməsi üçün  mühüm məqamdır. Bu baxımdan dayanıqlı inkişafın sosial aspektlərinin formalaşdırılması üçün aşağıdakı bir sıra tezislərə diqqət yetirilməsini məqsədə müvafiq hesab edirəm.                                                                                                                

1.  Məlum olduğu kimi,  geniş yayılmış yanaşmaya əsasən universitetlərdə öyrədilən elmlər iki istiqamətə ayrılır: -Təbiət elmləri və humanitar elmləri. Belə yanaşmanın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, oxşar  elementlərə ayrıl­mayan real  dünyanı öyrənmək üçün  ciddi mücərrədləşdirməyə ehtiyac yaranır. Lakin adətən yüksək professionallığa malik insanlar belə öz fəaliyyətlərində prosesin mücərrədləşməsini unudaraq  aldıqları nəticələri real praktikaya tətbiq edirlər. Beləliklə “dəyişdirilmiş reallıq” yaranır.

2.        Mahiyyət etibarı ilə sosial elm olan iqtisadiyyat cəmiyyətin sosial həyatının həm humanitar, həmdə təbiət asepktlərini öyrənməyə məhkumdur. A. Smit dövründə elmlərin qeyd etdiyimiz bölgüsü olmadığından iqtisadiyyat sosial həyatın tam inkiası kimi öyrənilirdi. Elmlərin istiqamətlərə ayrılması ilə onunda “dəyişdirilmiş reallıqlar”a müvafiq mücərrədləşdirməyə meyli yarandı. Belə mücər­rədləşdirmənin tipik nümunələri kimi  bir sıra alimlər-Pulun sərvətin ölçüsü olması (pul əmtəələrdən fərqli, xarab olmur); ÜDM-in iqtisadi uğur göstəricisi olması;(ÜDM əslində iqtisadiyyatın artımını xarakterizə edir);bazar iqtisadiyyatın optimal fəaliyyət mexanizmi olması (bazar  cəmiyyəti daha nizamlıdır,dəyişən şəraitə dha tez alışır) və s. qeyd edirlər.

3.        Bazar,  iqtisadi sistemin biosferanın elementi olması faktını  nəzər almır və ona görədə istehsal və istehlakın artmasını inkişaf ölçüsü kimi dəyərləndirir. Beləliklə cəmiyyətin inkkişafının dayanıqlığının təmin edilməsi baxımından bazarın tənzimlənməsi zərurəti aktuallaşır. Fakiti olaraq yaranan əsas problem-iqtisadiyyatın istifadə edə biləcəyi resursların həcminin, ekosistemin həmin resursları bərpa etməsi imkanları ilə uzlaşdırılmasıdır.

4.      Burada mühüm  məqam ekoloji maksimumla- sosial minimum dəhlizinin parametrlərinin müəyyənləşdirilməsidir. (Bruntland komissiyası).Bu məsələdə ən çətini indiki nəsillərin ehtiyacı ilə  arzularının sərhədlərinin müəyyənləşdirilməsi və gələcək nəsillərin “qabiliyyətlərinin” qiymətləndirilməsidir.

5.       Müasir baxışlar içərisində fikrimizcə ən maraqlısı iqtisadiyyata komleks elm sahəsi kimi baxaraq iqtisadi inkişafın davamlılığının təmin edilməsinin humanitar aspektlərinin nəzərə alınmasını ehtiva edən Kopenhagen  deklarasiyasının tələb­ləri­dir. Bu deklarasiyanın məntiqinə müvafiq Sosial keyfiyyət konsepsiyasının 4 əsas sütunu – sosial-iqtisadi təhlükəsizlik,  sosial inteqrasiya, müstəqillik və sosial mütəşəkkillik təşkil edir.

6.      Dünya təcrübəsində xüsusi ilə son qlobal böhranın dərsləri baxımından iqtisadi inkişafda  cəmiyyətdə formalaşan sosial bərabərsizliyin  roluna münasibət dəyişməkdədir. İndi hesab edilir ki, sosial bərabərsizlik inkişafı bir sıra hallarda dəstəkəyir. Beləki bu insan kapitalının dəyərinin artması ilə bağlıdır. İndi inkişafda həlledici amilin məhz insan kapitaının olması ideyası yayılmaqdadır. Bu baxımdan indi,  fiziki kapitalın önəmli hesab edildiyi dövrlərdə olduğu kimi ”qənaət və investisiya” deyil, “təhsil səviyyəsi” daha təsirli inkişaf amili  hesab edilir.

Beləliklə, hesab edirik ki, dayanıqlı inkişafın bütövlükdə və o cümlədən, onun  xüsusi halları və ya tamamlayıcıları kimi qəbul edilə biləcək inkişafın davamlılığı və tarazılığının təmin edilməsi  meyarları baxımından  iqtisadiyyatın humanitar aspektərinə yenidən qayıtmaq və bir çox dəyərlərə yenidən baxmaq olduqca  vacib və aktualdır.

Moderator Söz Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınçıya verilir. Buyurun (alqışlar).

Halil Akınçı

Türkdilli ölkələrin iqtisadi əməkdaşlığının humanitar aspektləri

Sağ olun, cənab Rektor. İcazə versəydiniz ingiliscə davam edərdim. Çünki türk dili ingilis dili qədər aydın başa düşülmür. Bu günün əsas məcələsi  qloballaşma və azad bazar iqtisadiyyatıdır. Beləliklə, bu terminologiya Neyman dilinə necə tərcümə oluna bilər? Əməyin yoxsa, kapitalın və əmtəənin müstəqil hərəkəti… Bazar iqtisadiyyatının mənasını açarkən öz açıq fikirliliyimdən istifadə edəcəyəm. Görəsən bizdə əməyin rasional PV-si varmı? Nəyi daha yaxşı istehsal edə bilərdik?  Üz-özümüzdən soruşag, görəsən biz xammal və enerji resurslarına nəzərən nəyi itirdik? Bildiyiniz kimi bizim təqdimat 5 dəqiqəyə nəzərdə tutulub. Mən çalışacam ki, hətta 5 dəqiqədən də qısa çıxış edim. Ola bilsin ki, müzakirə üçün bəzi məsləhətlər verdim. Dövlətin güclü rolunu azaltmaq. İctimai hökumət barədə unudun. Beləliklə, bu tərcümənin nəticəsi nədir? Gəlir iqtisadiyyatına əlavə olaraq, iclasda biz kofe və kakao tipli layihələrdən danışdıq. Bəli, biz indi neftdən danışacağiq. Əgər sən istehsal edirsənsə, nəyi daha səmərəli istehsal etdiyini nəzərə almq lazimdir? Bundan əlavə, burada bir əsas məsələ vardir, belə ki, əgər ticarət şərtləri daxilində inkişaf etmək istəyirsənsə, sənayeləşmə vacib bir amildir. Mən indi müstəqil olan bir post-sovet respublikasıni xatırladım. Bu respublika öz neftinin 5 litrini 2 dollara satırdı, onda bir ton neft 400 dollar, halbuki bazarda neftin qiyməti 10-15 dəfə çox idi. İndi onların özlərinin toxuculuq sənayəsi var və başqa ölkələrə ixraclarını dünya bazarı qiymətinə uyğun edirlər. Əgər ölkənin sənayeləşməsinə nail olunubsa, onda nəinki qazanc mərkəzlərinə miqrasiya etmək, hətta kənd əhalisini belə təmin edə bilməzsən. Bu tərcümənin başqa variantı  icti­mai hökumətin dağılması, tibb xidmətlərinin həqiqətə uyğunlaşdirilmasidir. İn­sanlar bu xidmətləri əldə etməkdə çətinliklərlə üzləşirlər. Bəzi insanlar tibbi xidmətdən daha cox istifadə edir, amma əhalinin əksəriyəti bir sıra çətinliklərlə və aşağı keyfiyyətli tibbi xidmətlərlə üzləşir.

Dövlət nəzarətində olan təhsil, bir çox ölkələrdə canlanmaqdadir. Amma bir şey aydin şəkildə görünür ki, sizlər öz uşaqlarınızı dövlət məktəblərinə yox, özəl məktəblərə qoyursunuz. Çünki dövlət məktəbləri əvvəllər verdiyi təhsil səviyyəsini artıq verə bilmir. Müzakirəmizin növbəti məsələsi ölçü vahidlərini bərabər bölə bilməməyimizdir. Əgər hər kəsin öz səması olsa, dövlət məhv olar, çünki iqtisa­diyyatda qadağalar yaranıb. Əgər bir iqtisadiyyat bankrot olsa və ya dağılsa, başqa iqtisadiyyatlara da təsir edəcək. Bütün mərhələlər öz güclərini bir yerə toplayir ki, öz üstünlüklərini istənilən insan toplusuna göstərə bilsin. Buların öhdəsindən necə gəlmək olar? Əlbəttə, hər ölkənin öz cari vəziyyətinə görə çıxış planı var. Biz qlobal iqtisadiyyat və qloballaşma və qapalı iqtisadiyyatdan danışdıq. Hər bir ölkənin özunəməxsus xüsusiyyətləri  vardir. Buna görə də eyni bir vasitə bütün ölkələrə tətbiq edilə bilməz. Onlar ayrı-ayrı  çıxış yolları tapa­caqlar. Bəzi ölkələrdə çıxış yolu dövlət xərcləri və vergi tənzimlənməsinə əsasən ictimai hökumətə qayıtmaq idi. Çünki qloballaşma və azad bazar iqtisadiyyatı boşluqları sizin gəliriniz hesabına bölüşür. Hətta tam kapitallaşmış və ya təmiz kapitalist ölkəsində 50 il əvvələ nəzər salsaq görərik ki, gəlirin bölüşdürülməsi indiki zəmanəyə nəzərən daha ədalətli görünə bilər. Hətta vergilərin getdikcə artdığı Latın Amerikasında belə bazaar iqtisadiyyatı şəraitində mövcud olan siyasi fikirlər dəyişməkdədir. Mən demirəm ki, qloballaşma pisdir, əlbəttə qloballaşma isteh­salın zəmanətini, kapitalla dolu bazarı müvafiq ölkələrin inkişafına yönəldərək qorudu. Ola bilər ki, bəzi ölkələr üçün GMP-dənsə milli gəlir ölçüsü kimi maddi məh­sula qayıtmaq daha gözəl olardı. Onlar iqtisadi inkişafın real xeyrini görə bilərlər. Təşəkkür edirəm. Məncə, mənə ayrilan vaxta aməl etdim.

Moderator

Çox sağ olun. Təşəkkür edirik, İndisə sözü böyük  məmnuniyyətlə Ukranya Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutu­nun direktoru Andrey Yermolayevə verirəm (alqışlar).

Andrey Yermolayev – professor, Ukrayna Prezidenti yanında strateji-tədqiqat institutunun direktoru.

Çox sağ olun! Vaxtın müxtəsərliyini nəzərə alaraq, öz fikrimi qısa deyə­cə­yəm. Həmkarlarımın mədəniyyət problemləriylə bağlı vurğuladığı fikirlərinə  görə  təşəkkür edirəm. Sizin icazənizlə vaxtın məhdudluğuna görə,  mən köməkçi vasitədən – özümün Kiyevdə  ki, mühazirəmdən istifadə edəcəyəm.

Hər şeydən əvvəl demək istəyirəm ki, iqtisadçılarla, hökumət nümayəndələri ilə diskussiyada, mən eyni fikri təkrar edirəm: “Əşyalarla və pulla kəsməyi dayan­dırın, mənaya və dəyərlərə təsir etməyi öyrənin, əks təqdirdə insan fəaliyyətinin iqtisadi spektrini idarə etməsiylə bağlı bütün mövcud nəzəri bölüşdürmələr  sizə kömək etməyəcək.  “Zamanın xüsusiyyəti və  spesifikası  məhz bundadır”.

Mənim fikrimcə, əgər iqtisadi fəaliyyətin rolu haqqında danışırıqsa, onda bütov­lükdə mədəniyyət haqqında danışmaq lazımdır.

Mənim fikrimcə, mədəniyyət geniş mənada – gündəlik təcrübədə onun qiymətli normativ təkrar istehsalı, praktik insan fəaliyyətinin aktuallaşdırılmış təcrübəsi əsasında sosial irsiliyin saxlanılmasının üsuludur. Bu mənada mədəniyyət – ideal-maddi anlayışdır.

O, ənənələri, mifləri, dini, elmi və incəsənətin müxtəlif formalarını  özündə əks etdirir. Bütün bunlar mədəniyyəti zənginləşdirir və inkişaf etdirir. Mədəniyyət, beləliklə, fəaliyyətin məhsulu kimi  və  cəmiyyətin özünü dərk etməsi kimi nəzər­dən keçirilir. Bu mənada iqtisadi fəaliyyət onun bir hissəsi hesab olunur.

Çox maraqlı, təəssüf ki, tələbələrin az tanıdığı, rus tədqiqatçı-filosofu Petrov, mədəniyyəti 3 kompozisiyaya ayırır: kommunikasiya (daimi mübadilə-əlaqə), translyasiya (ötürülmə və dəyişilmə), yeniləşmə.  Köhnə sənaye cəmiyyətdə mə­dəniyyətin ənənəvi dəyişməsi prosesi kifayət qədər idi ki, təcrübəni nəsillərə ötürmək olsun. Bu cəmiyyətidə  mədəniyyətin daxili sabitliyini,`orjinallığın təmin edirdi, müxtəlif qərarların qəbulu prosesində nadir mədəniyyətlər əsasında mədəni təzahürlərin müxtəlifliyində, fəaliyyətin və ictimai hüquqların inkişaf olunmasına imkan yaradırdı. Hec kimə sirr deyil ki, son on ildə müasir dünya yüksək sürətlə dəyişib. Transmutasiya prosesinin dinamikası  birdən-birə dəyişib. Ənənəvi-lokal me­xanizm dağılır. Mədəni miks bütün fəaliyyətin sferalarını əhatə edir: istehsal, texnologiyalar, fonotranslyasiya təşkilatı,… incəsənət.

Hər şey dəyişir. Dünyanın dəyişməsiylə birlikdə biz də dəyişirik. Bu gün bizim millətlərimiz cəmiyyətlərlə birbaşa əlaqədar deyil, lakin bizim kökümüz, tarixi yaddaşımız var, hansı ki, bizi onlarla bağlayır. Biz zaldayıq, unifikasiya edilmiş geyimdəyik, aypotlardan, kompyuterlərdən istifadə edirik, bundan başqa biz bu cür belə ünsiyyət formasında özümüzü necə aparmağı intuitiv bilirik. Biz eyni dövrün insanlarıyıq! Və bu cəhətdən mənşəcə və pasportda fərqimiz yoxdur.

Mədəniyyətin oxşarlığı və cəmiyyətin müəyyən hüduddan kənara çıxması, getdikcə inkşaf etmiş olur, lakin qarşılıqlı əlaqə daha çox əhəmiyyət kəsb edir. Və  inkişafın indiki mərhələsində fenomenlərdən asılı olmayaraq bütün lokal eynilik­lərə çağırışdır. Ənənə başqasına nüfuz edərək texnologiya ilə əvəz olunur.  Beləcə, Şərqin unikal nəzəriyyəsi dünyanı yaxşılaşdırma kompleksinin elementinə çeviri və sağlam həyat tərzini təbliğ edir.  Çin mətbəxi “Mak-Donald-la” rəqabət aparır. Amerika kinokomiksləri ənənəvi yaranmış sistemin əfsanəvi surətlərini  kom­pen­sasiya edirlər. Mədəniyyət həmçinin fəaliyyətin  himnidir,  amma bu  onu bildirir ki, müasir cəmiyyətdə innovasiya dəyişikliklərinin daimi ötürülmələrinin dina­mikası həyata keçirilir, mədəni kodlaşdırmanın rəqabəti gedir. Bizim uşaqlarımız çoxdandır nağıl oxumurlar.  Bu gün onları Mikki Mausun macəraları haqqında kitablar daha çox cəlb edir. Onlarda dərin məna yoxdur. Orada nəsihət yoxdur. Yalnız məkanda və vəziyyətdə istiqamətləndirmə var.

Beləliklə, əgər iqtisadi islahatlar haqqında danışırıqsa, biz qloballaşma şəraitində sosial sistemi lokallaşdırmalıyıq. Lakin müxtəlif  fəaliyyət üsullarıyla, öz üstünlüklərimizi qoruyub saxlamaq və rəqabət aparmaqla lokallaşdırmalıyıq

Mədəniyyət industriyası, onun məhsulu, onun rəqabətliliyi, dəyər anla­yı­şı­mın tərəqqisinə onun təsiri yeni xususiyyətdə çıxış edir. Mən  diqqətimi başqa bir aspektə yönəltmək istəyərdim, hansı ki,  növbəti forumda müzakirənin predmeti ola bilər – bu millətlərin transformasiyasıdır.

Millət xüsusi sosial korporasiyaya çevrilir. Siyasi zövq haqqında da bu gün çox danışdıq, bu, xüsusilə, əmək bölgüləri məsələləri üzrə marağı lazımı təmsil edən ölkələrə aiddir. Və biz gizlicə ixtisaslaşdırılırıq. Ukrayna metalda və əkin­çilikdə. Azərbaycan isə neft ölkəsi kimi məşhurdur. Lokalda da kod sistemlərini idarə etməyi, sosial korporasiyaların spesifikasını anlamağı öyrənmək, burax­mamaq şərti ilə o kupirovaniya, xüsusiyə çevrilməsi intellektualların vəzifəsidir. İntel­lektualların rolu haqqında bu sual   müasir humanitar müzakirə çərçivəsində geniş müzakirə edilir.

Amerika filosoflarından biri “güclü/zəif millət” terminini orataya atdı. .Suala güclüyük biz və ya zəif, biz öz müasirləşdirilmiş strategiyalarımızı reallaş­dıraraq cavab verəcəyik.

Moderator

Çox sağ olun, sözü Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi nəzəriyyə kafedrasının müdiri, professor M.Meybulayevə verirəm. Buyurun.

M.X.Meybullayev – iqtisadelmləri doktoru, professor

İnkişaf iqtisadiyyatı nəzəriyyəsinəmüasir baxış

İnkişaf iqtisadiyyatı nəzəriyyəsi öz formalaşma dövrünü XX əsrin əvvəllərindən götürərək, əvvəlcə özünü iqtisadi inkişafda, sonra sosial, ekoloji sferada, hazırkı şəraitdə isə humanizmdə əks etdirməkdədir. Göstərmək la­zımdır ki, inkişaf iqtisadiyyatı ilkin olaraq iqtisadi inkişaf konsepsiyası çərçivəsində formalaşsa da, lakin ona müasir iqtisadi təfəkkür baxımından yanaşma tamamilə müxtəlif paradiqmaları ortalığa qoymuşdur. Əlbəttə, iq­tisadi inkişaf nəzəriyyəsinə dair neoklassik, institusionalizm, keynsçilik, təklif iqtisadiyyatı, rasional gözləmələr, yeni institusionalizm çərçivəsində mövcud olan konsepsiyalar istər-istəməz inkişaf iqtisadiyyatına yeni yanaşmaları zəruriləşdirmişdir. Belə ki, iqtisadi inkişaf sırf bazar iqtisadi sisteminin prin­sipləri ilə təzahür olunurdusa, lakin müasir sivilizasiyalı bazar sisteminin forma­laşması ilə qeyri-bazar prinsiplərinə də üstünlüyün verilməsini zəruri­ləşdirir. Burada əsaslı şəkildə ləyaqətli həyat tərzinə söykənən, insan inkişafı potensialına təminat verən, ətraf mühiti qoruyan, şəxsi azadlığın geniş­lən­məsinə təkan verən, mənəvi, dini, mədəni, əxlaqi, hüquqi dəyərlər sisteminə söy­kənən və vətəndaş cəmiyyətinin qurulmasına təkan verən iqtisadi sistemin formalaşmasından bəhs olunur. Ona görə də iqtisadi inkişafla inkişaf iqtisa­diyyatını fərqləndirmək lazımdır.

İnkişaf iqtisadiyyatı müasir qloballaşma şəraitində yeni keyfiyyət halı almaqla dünya ölkələrinin artan qarşılıqlı əlaqə və asılılıqları üçün əhəmiyyət daşıyır. Ona görə də ayrı-ayrı ölkələrin yoxsulluq və varlılıq problemi xüsusi aktuallıq daşıyır ki, bu da bütövlükdə dünya iqtisadiyyatının humanistləş­diril­məsinə gətirib çıxardır.

İnkişaf iqtisadiyyatı məşğul olur:

- qeyri-bərabər iqtisadi inkişafın səbəblərini üzə çıxartmaqdan;

- qısa müddət ərzində radikal iqtisadi, institusional, sosial və mədəni islahatların aparılmasına yönəldilmiş dövlət siyasətinin işlənib hazırlan­ma­sından;

- millətin malik olduğu təbii potensialından onun üzvlərinin istifadəsi üçün maddi şəraitin yaradılmasından.

Qeyd olunan məqsədlərdən çıxış edərək inkişaf iqtisadiyyatının humanistləşdirmə aspektlərinin müəyyənləşdirilməsi üçün onun meyarlarına diqqət yetirmək lazımdır. İnkişafın meyarlarına daxildir:

- dolğun mədəni həyatı əks etdirən göstəricilər;

- sosial təhlükəsizliyin səviyyəsi;

- gəlirlərin səviyyəsi;

- yoxsulluğun miqyasının azalması;

- təhsilin, qidalanmanın, səhiyyənin yaxşılaşdırılması;

- ətraf mühitin qorunması;

- mənəvi-dini dəyərlərin qorunması;

- şəxsi azadlığın genişləndirilməsi.

İnkişaf iqtisadiyyatı üçün iqtisadi psixologiyanın formalaşmasının xüsusi əhəmiyyəti vardır. Bu onunla əlaqədardır ki, hər bir millət malik olduğu iqtisadi resurslar və onlardan istifadə etmək imkanı və şəraitindən asılı olaraq əldə etdiyi gəlirlərin səviyyəsinə olan münasibəti konkret şərait çərçivəsində formalaşdırır. İqtisadi psixologiyadan asılı olaraq insanların iqtisadi davranışı baş verir. İqtisadi psixologiya da iqtisadi təfəkkür tərzi əsasında inkişaf edir. Həmçinin mədəni, mənəvi, dini, əxlaqi, etik, davranış qaydaları iqtisadi təfək­kürlə formalaşmış iqtisadi psixologiya ilə birlikdə humanist davranışa dəlalət edir. Humanist davranış isə şəxsiyyətin bir cəmiyyət üzvü kimi potensial inkişaf səviyyəsindən asılıdır.

İqtisadi psixologiya sosial, mədəni, ənənəvi, dini, əxlaqi, etik, milli mentalitet dəyərlər sistemi iqtisadi davranış qaydalarında əks olunaraq mövcud cəmiyyətdə fəaliyyət göstərən iqtisadi inkişaf modelinin xüsusiyyət­lə­rini səciyyələndirir. İnkişaf modelinin mütərəqqi xüsusiyyətlərindən isə hu­ma­nizm prinsiplərinə əməl etmək imkanları törənir və ləyaqətli həyat tərzini formalaşdırır. Müasir humanist davranış qaydalarının mərkəzində işgüzar, fəal həyat tərzini sevən, bütün fəaliyyəti ilə faydalı davranış durur.

Humanizm, iqtisadi təşkilolunmanın bütün səviyyələrində, ev təsər­rüfatında, firma və dövlət idarəetmə sistemində formalaşmalıdır. Mütə­rəq­qi humanist davranış yalnız o şəraitdə özünü əks etdirə bilər ki, iqtisadi fəaliyyətin bütün səviyyələrində özünüidarəetmə məqsədyönlü xarakter almış olsun. Gəlir əldəetmə səviyyəsi təmin olunmaqla, ondan fəaliyyət göstərənlərin hamısının bəhrələnmək imkanı əldə olunsun.

İnkişaf iqtisadiyyatının davamlı xarakter alması üçün fasiləsiz təhsil sisteminin həyata keçirilməsi, mədəni-mənəvi dünyagörüşün formalaşması, peşə-ixtisas istiqamətində fəaliyyətin təmin olunmasının mühüm əhəmiyyəti vardır. Müasir informasiya-kommunikasiya, texnoloji avadanlıqlardan istifa­də­nin cari səviyyəsinin təmin olunması ilə, onun perspektiv mənəvi köhnəl­mə­sinin qarşısının alınması həm inkişaf iqtisadiyyatının, həm də iqtisadi inkişaf modelinin davamlı xarakter almasına təkan verər.

İqtisadi inkişaf modeli – milli iqtisadiyyatın yığcam şəkildə mövcud vəziyyətinin real faktlara əsaslanan həqiqətlərini əks etdirən proses olmaqla, əslində mövcud cəmiyyətdə olan qanun, prinsip və nəzəriyyələrdən istifadə olunmaqla əldə olunan iqtisadi nəticədir. Onun səviyyəsindən asılı olaraq milli iqtisadi inkişaf modeli haqqında fikir söyləmək olar.

İnkişafın iqtisadi modelinin humanist aspektləri, həmçinin asılıdır:

- dövlət tərəfindən səmərəli mülkiyyət formalarının qorunması və stimullaşdırılması;

- hakimiyyətin qeyri-səmərəli institutların fəaliyyətinə vaxtında xitam verilməsi;

- mənəvi norma və adətlərin qorunmasına, fərdi fəaliyyətdə olanların təşkilatlanmasına, mədəni və ideoloji reallıqdan irəli gələn rasional davranışı törədən informasiyaya diqqətin artırılması;

- institusional dəyişikliklərin əsasında mədəni irsin rolunun qorunması və varislik prinsipi ilə inkişaf etdirilməsi, biliyin subyektiv modelindən asılı olmayaraq daima onun mənbəyinin zənginləşdirilməsi;

- müxtəlif siyasi, iqtisadi, təsərrüfat qaydaları şəraitində, inkişafın müxtəlif iqtisadi modelləri formalaşır ki, bu da bütövlükdə humanizmləşmə səviyyəsinə təsir göstərir.

Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətdə, inkişaf səviyyəsindən asılı olmayaraq fundamental qərarların kimin və nəyin naminə qəbul olunması inkişaf iqtisadiyyatının mahiyyətinin aydınlaşdırılması üçün vacibdir. İnkişaf iqtisadiyyatına dövlətin iqtisadi siyasətinin təsir mexanizmini, onun mövcud potensiallardan insanların necə istifadə olunması imkanlarının yaradılması ilə müəyyənləşdirmək olar. Ona görə də inkişaf iqtisadiyyatında sırf iqtisadi dəyi­şənlər hesab olunan gəlir, əmanət, qiymət, mülkiyyətdən əlavə qeyri-iqtisadi institusional amilləri, təbii resursların istifadəsindən tutmuş, idarəetmə mexa­nizmi, asudə vaxt, şəxsiyyətin inkişafına təkan verən bütün amillər daxildir.

Bu baxımdan inkişaf iqtisadiyyatı özündə dünyada gedən bütün mütə­rəq­qi meyilləri, informasiya-kommunikasiya sistemlərində birləşdirməklə, qarşı­lıqlı asılılıqlarla xarakterizə olunur. Belə bir vəziyyət qloballaşma prose­sin­dən doğan meyillərin milli xüsusiyyətlərlə əlaqələndirilməsi və inkişafın milli modelinin formalaşmasına təkan verir. Qeyd etmək yerinə düşərdi ki, inkişaf iqtisadiyyatına nailolunma yolunun müəyyənləşdirilməsi heç də bir sıra ziddiy­yətləri aradan qaldırmır. Əksinə, bəzi hallarda daha da dərinləşir, bütövlükdə milli iqtisadi inkişafın ləngidici amilinə çevrilir. Burada əhalinin təbə­qə­ləşməsini xüsusi qeyd etmək lazımdır. Xüsusən az bir qisim azlığın (buna bütün əhaliyə nisbətən əhali qrupu da demək olmaz) həddindən artıq və mütləq şəkildə varlanması, təmtəraqlı həyat tərzi, digər əhali qrupunun orta səviyyəyə belə çatmaması, başqa əhali qrupunun mövcud sərvət tərəqqisinə nisbətən yoxsulluğa düçar olması inkişaf iqtisadiyyatının əsas ziddiyyətidir.

Yoxsulluq dedikdə, bu heç də gəlir səviyyəsindəki məhdudiyyəti deyil, eyni zamanda orta ömür müddətinin uzadılmasına olan imkanın olmaması, tibbi xidmətdən istifadənin zəifliyi, təhsil səviyyəsinin yuxarı pillələrindən istifadənin qeyri-mümkünlüyü, istirahət və sanatoriya xidmətlərindən istifa­də­nin olmaması və s. nəzərdə tutulur. Artıq yoxsulluq maddi amillər çərçi­və­sin­dən çıxıb mənəvi-mədəni, əxlaqi-hüquqi amillərlə əlaqəlidir.

Yoxsulluğun başlıca səbəbləri kimi qeyd etmək olar: işsizliyi, kapital çatışmazlığını, əmək məhsuldarlığının aşağı səviyyəsini, təhsil səviyyəsinin keyfiyyətcə aşağı olmasını, siyasi qeyri-sabitliyi, mövcud iqtisadi sistemin institu­sional dəyişikliklərə uyğun gəlməməsini, istehlak və əmanət meylinin olmamasını.

Sərvətin yüksək sürətlə az əllərdə cəmlənməsi, digər tərəfdən onun çox əllərdən uzaqlaşmasına səbəb olur. Bu da bir növ «yoxsulluq bolluğun özün­dən doğur» aforizmini törədir. Nəticədə cəmiyyətdə xoşagəlməz əhval-ruhiyyə əmələ gəlir ki, bu da qütbləşməyə, hərisliyə, terrorçuluğa, hər vasitə ilə mənim­səməyə olan meyili artırır.

Beləliklə, inkişaf iqtisadiyyatı özündə iqtisadi inkişafı, davamlı inkişafı, dövlətin yeritdiyi iqtisadi siyasəti birləşdirməklə, cəmiyyətin qısa və uzun­müddətli inkişafının ümumi istiqamətini xarakterizə edir.

İqtisadi artımın hərtərəfli olaraq təmin olunması davamlı inkişaf üçün,  əhali və dövlət gəlirlərinin yüksəlməsi və yoxsulluğun azaldılması üçün oyna­dığı əhəmiyyət heç də yeni olan bir problem deyil. Lakin hazırkı şəraitdə dünya iqtisadiyyatında gedən qloballaşma prosesi inteqrasiya əlaqələrinin dərinləşməsi, maliyyə və iqtisadi böhranın mövcudluğu dövründə hər bir milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin üstünlüyünün təmin olunmasında bu problemə müasir təfəkkür baxımından diqqət yetirmək lazımdır. Bəllidir ki, informasiyalaşmanın genişləndiyi bir şəraitdə milli iqtisadiyyatlar öz inkişafında bu amildən daha çox bəhrələnmək istəyirlər. Lakin nəzərə almaq lazımdır ki, iqtisadi artım üçün milli iqtisadi potensialın mövcud səviyyəsi və imkanı xüsusi rol oynayır. İqtisadi artımın start vəziyyətə gətirilməsi əgər keçid dövrünün ilkin illəri üçün karbohidrogen resurslardan təbii amil kimi istifadəsində üstünlük verilmişdisə, transformasiya prosesinin sonrakı işləri üçün qeyri-neft sektorundan daha səmərəli istifadəyə üstünlük verilməyə baş­lanmışdır. Artıq keçid dövrünün başa çatması ilə iqtisadi artımın milli iqtisadiyyatın bütün sektorları üzrə innovasiya amili hesabına əldə olunması zəruriləşir. Azərbaycan reallığında bu aqrar sektorda innovasiya və investi­siya­ların hesabına əmək məhsuldarlığının və investisiyanın yüksəldil­mə­sini təkidlə qarşıya qoyur. Bu o deməkdir ki, aqrar bölmənin əhatə olunduğu regionlarda əmək prosesində iştirak edən insan kapitalından istifadənin rolu artır. Nəticədə bu ərazilərdə yaşayan, nisbətən yoxsulluq çərçivəsində yaşayanların maddi imkanları yaxşılaşmağa başlayır. Bunu həm Şərqi Asiya ölkələrinin timsalında, həm də bizim ölkəmizdə həyata keçirilən və keçirilməsi davam etdirilən «Regionların sosial-iqtisadi inkişaf proqramı»ndan irəli gələn tədbirlərdən görmək olar. Sürətli iqtisadi artım o vaxt milli iqtisadiyyatın davamlılığını xarakterizə edər ki, o bir tərəfdən əhalinin gəlirlərini yüksəltsin, digər tərəfdən yoxsul əhalinin xüsusi çəkisini azaltsın. Lakin növbədə sürətli iqtisadi artım, mütləq mənada həm gəlirlərin yüksəlməsini, həm də yoxsul əhalinin sayının azalmasını təmin etməlidir. İqtisadi inkişafın sonrakı mərhə­lə­lə­rində milli iqtisadiyyatın tsikllik xarakterlərindən, inflyasiyanın və işsizliyin səviyyəsindən asılı olaraq iqtisadi artım sürəti, gəlirlərin yüksəldilməsi və yoxsulluğun azal­dıl­masında nisbi xarakter daşıya bilər. Bu proses uzun­müddətli xarakter daşıya bilər. Lakin yoxsulluğun azaldılması və gəlirlərin yüksəldilməsi naminə iqtisadi artım sürətinin saxlanılması hər bir yeridilən iqtisadi siyasətin əsasında durur. Yeridilən iqtisadi siyasət, əgər yüksək, orta və ya aşağı artım sürətini əsas­lan­dırsa, bu o deməkdir ki, mövcud iqtisadi imkanlar, dünya bazarlarındakı qiymət amili, regional inkişafın tarazlığı, sosial müdafiə sisteminin təmin olunması nəzərə alınır. Ona görə də hər zaman, hər il üçün yüksək ÜDM artımının nəzərə alın­­­ması olduqca çətin və mürəkkəb iqtisadi prosesdir. Çünki iqtisadi artımın dayanıqlığı:

-məşğulluq səviyyəsinin yüksəldilməsindən;

-işsizliyin aşağı salınmasından;

-gəlirlər üzrə qeyri-bərabərlik səviyyəsinin kəskin xarakter olunma­sın­dan;

-keyfiyyətli xidmətin əldə olunmasının maliyyə imkanlarından;

-sosial tarazlığın qorunması sahəsində həyata keçirilən ardıcıl və uzun  müddətə hədəflənən dövlət siyasətindən asılıdır.

Dünya təcrübəsindən bəllidir ki, əhalinin kütləvi şəkildə yoxsullaşması, həyat keyfiyyətinin aşağı düşməsi, əhalinin sağlamlıq səviyyəsinin pisləşməsi, reproduktiv potensialın aşağı düşməsi və genefondun zəifləməsi, ölkədə istehsalın dağılması fonunda təhsil və intellektual potensialın tədricən tənəz­zülə uğraması, kadrların hazırlanması və təhsil sisteminin keyfiyyətinin aşağı düş­məsi, ixtisaslı mütəxəssislərin xaricə axını, əhalinin milli xüsusiyyətlərinə yad olan həyat tərzinin yayılması, qanunsuzluğun, qəddarlığın hökm sürməsi – dövlət idarəetmə orqan­la­rı­­nın fəaliyyət prinsiplərinin ölkə vətəndaşlarının  maraq­larına cavab verməməsi, dövlətin sosial siyasətinin düzgün istiqamətlən­mə­­­məsinin nəticəsidir. Sosial proq­ram­­ların deklarativ, rəsmi xarakter daşıması, onların dövlətin maliyyə imkan­la­rına uyğunsuzluğu, sosial sferada həyata keçirilən islahatların sürətinin əhalinin real gəlirləri ilə əlaqələn­diril­məməsi bu proqramların səmərəliliyini heçə endirir.

Bu mənada dövlətin vahid sosial siyasət konsepsiyasının olması, onun uzun­müddətli perspektiv üçün prioritetlərinin, istiqamətlərinin konkretləş­dirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlətin iqtisadi və sosial siya­sə­tinin məqsəd və prioritetlərinin dəqiqləşdirilməsi, bazar iqtisadiyyatının for­ma­laşması və inkişafı proseslərində dövlətin iqtisadi-tənzimləyici funksi­ya­sının transformasiyası spesifikasını nəzərə almaqla sosial-əmək münasibət­lə­rinin dövlət tənzimləməsi mexanizmlərini təkmilləşdirmək tələbi durmadan artır. Ona görə də müasir şəraitdə inkişafın iqtisadi modelinin humanitar aspektlərinin formalaşmasına və işlək xarakter almasına dövlətin yeritmiş olduğu iqtisadi siyasət mühüm əhəmiyyət daşıyır.

Moderator

Sağ olun, təşəkkür edirəm. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycanda son 7 il ərzində yoxsulluğun səviyyəsi 49 % -dən  9%-ə enib, qəbul olunmuş dövlət proq­­ramlarına görə növbəti 7 il ərzində Azərbaycanda yoxsulluq, ümumiyyətlə ləğv olunacaq. O ki, qaldı yoxsuluğun özünün standartlarının səviyyəsi, Azərbay­can­da  2 dollar deyil, ondan daha yüksəkdir. Mən,  sadəcə əlavə müdaxiləyə ehti­yac hesab etdim, ona görə bu rəqəmləri nəzərinizə çatdırıram.

Əziz dostlar, hörmətli qonaqlarımız, çox hörmətli müəllimlərimiz, tələ­bə­lə­ri­miz biz bu gün ərzində hesab edirəm ki, çox faydalı işlədik, çox samballı məru­zə­lər dinlədik, təbii ki, dəyirmi masanın iştirakçılarının əksəriyyəti tanınmış, öz sahələri üzrə çox məşhur alimlərdir. Hətta müzakirələr biz iqtisadçılar üçün, həm də artıq müəyyən təcrübəsi olan insanlar üçün də çox maraqlı oldu. Məsələ bura­sın­dadır ki, müzakirə olunan mövzu çox maraqlı və bütün dövrlər üçün aktual olan məsələdir. Təsəvvür edirəm ki, alimlərin qarşısında bundan sonra da ciddi vəzifələr dayanır, bu sahədə tədqiqatlarımızı genişləndirməliyik, eyni zamanda, dünya ölkələrinin bu sahədə nailiyyətlərini dərindən öyrənilməli və onun müsbət təcrübə­lə­rindən istifadə edilməlidir. Biz bu müzakirələrdən belə bir qənaətə gəldik ki, məhz iqtisadiyyat insana xidmət etməlidir, insan iqtisadiyyata yox. Uzun illər formalaşmış bu stereotip artıq dəyişir, insana yalnız istehlakçı, istehsalçı, yaxud işçi qüvvəsi kimi baxılması yol velməzdir.

Yəqin ki, Siz də mənimlə razılaşarsınız. İqtisadi prosesin özəyində insan dayanmalıdır. Ümumiyyətlə, ictimai iqtisadi inkişafın əsas hədəfi, məqsədi insan və onun rifahı olmalıdır. Bu olmasa heç bir ədalətdən, sosial təminatdan və s.-dən danışmağa belə dəyməz.

Əziz dostlar, hesab edirəm ki, Azərbaycanda bu forumun keçirilməsi təsadüfi deyil. Çünki son illərdə Azərbaycanda baş verən proseslər və sözügedən sferada əldə olunan ciddi uğurlar, müsbət təcrübə, eyni zamanda dövlət səviyyəsində bu məsələlərə verilən diqqət və qayğı bizləri bu gün bir araya gətirib. Mən bir daha qonaqlarımıza dəvətimizi qəbul edib Forumda iştirak etdiklərinə və çox məzmunlu məruzələrinə görə minnətdarlığımızı bildirirəm. Biz bu gün sizinlə ayrılırıq, amma birdəfəlik yox, biz sizinlə yenidən görüşəcəyik. Çünki Bakı Humanitar Forumu hər il təkrar olunacaq, biz sizlərin yolunu gözləyirik, yeni ideyalarla, yəni konsep­si­ya­larla bu forumda iştirak edin və foruma tamamilə yeni ab-hava gətirin. Çox sağ olun, təşəkkür edirəm.

Bir məsələmiz qalır, o da humanitar forumun bəyannaməsinin təsdiq olunma­sıdır. Bəyannamə sizin hamınıza paylanıb, ona görə də onun mətninin burada oxun­masına ehtiyac yoxdur. Təklif  var ki, bu sənədi əsas kimi qəbul edək.

Başqa bir fikir yoxdur ki? Onda xahiş edirəm səs verək. Bəlkə hansısa bir təklif var? Buyurun.

Əgər başqa bir təklif yoxdursa, yekun olaraq deyilənləri və bu gün burada səslənilən fikirlər və təkliflər nəzərə alınmaqla bəyannamənin təsdiq olunmasıni səsə qoyuram.

Xahiş edirəm, münasibət  bildirin.

Əleyhinə yoxdur. Birtərəf yoxdur. Təsdiq olundu. Çox sağ olun. Təşəkkür edirəm.