Dünyanı dəyişdirən müasir texnologiyalar
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun
Giriş sözü
Hörmətli Forum iştirakçıları!
Hər şeydən əvvəl, sizi müstəqil Azərbaycan Respublikasının aparıcı elm, təhsil və mədəniyyət ocağı olan Bakı Dövlət Universitetinin bu tarixi salonunda universitet rəhbərliyi, professor-müəllim heyəti və çoxminlik tələbə kollektivi adından salamlayıram və hər birinizə “Xoş gəlmisiniz” deyirəm.
Bildiyiniz kimi, Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci il oktyabr ayının 10-11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə təşkil edilmişdir. Forumda qloballaşan dünyanın reallıqları diqqətə alınmaqla, XXI əsrin ümid və çağırışlarının humanitar aspektinin dəyərləndirilməsi nəzərdə tutulmuşdur. Forumun əsas məqsədi təbiət, iqtisadiyyat və humanitar elmləri və mədəni elitanı təmsil edən iştirakçılar tərəfindən qarşıdakı dövr ərzində yeni aktual humanitar problemlərin beynəlxalq miqyasda geniş müzakirəsinin keçirilməsindən ibarətdir. Bu məqsədlə bu gün Forum çərçivəsində aşağıdakı yeddi istiqamət üzrə dəyirmi masalar keçirilir:
- «Multikulturalizm: nailiyyətlər və problemlər»
- «Dünyanı dəyişdirən müasir texnologiyalar»
- «Elmlərin konvergensiyası»
- «Biotexnologiyalar və etikanın problemləri»
- «İnkişafın iqtisadi modelinin humanitar aspektləri»
- «Sosial jurnalistika və yüksək texnologiyalar»
- «Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri
«Dünyanı dəyişdirən müasir texnologiyalar» mövzusunda dəyirmi masanın təşkili və həyata keçirilməsi Bakı Dövlət Universitetinə həvalə edilmişdir. Forumun proqramına uyğun olaraq bu gün biz sizinlə XX əsrin sonunda və XXI əsrin ilk onilliyində böyük sürətlə inkişaf edən müasir texnologiyaların və innovasiyaların, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətdə və bütövlükdə dünyada yaratdığı dəyişiklikləri, onların müsbət və mənfi cəhətlərinin ətraflı müzakirə edərək gələcək ümidləri və perspektivləri müəyyən etməyə çalışacağıq.
Hörmətli həmkarlar və dostlar!
Artıq hamımıza məlumdur ki, XX əsr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir və tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuşdur. Elmin və təhsilin bütövlükdə inkişafı bütün dünyada vətəndaş cəmiyyətinin qurulmasını təmin edən əsas şərtdir və biz də bu cəmiyyətin qurulmasında iştirak edirik. Bu yolda hər birimiz öz məsuliyyətlərimizi başa düşməliyik, üzərimizə düşən vəzifələrimizi vicdan və şərəflə yerinə yetirməyə çalışmalıyıq.
XX əsrin son və XXI əsrin ilk onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanır. Hazırda informasiya cəmiyyətinə yönəlmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.
İnsanın inkişafında ən mühüm amil elm, təhsil və müasir biliklərdir. İnformasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün istifadə olunması qlobal səviyyədə də inkişafın əsas şərtlərindən sayılır. Hazırda bütün ölkələrdə iqtisadi potensialın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bakı Forumu və bugünkü dəyirmi masa da bu baxımdan böyük əhəmiyyətə malikdir.
Mən dəyirmi masanın işinə uğurlar arzulayıram və onu davam etdirmək üçün moderatoru, M.V.Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçini dəvət edirəm.
Akad. A.L.Semyonov
Moskva Açıq Təhsil İnstitutunun rektoru
Müasir dünyada riyaziyyatın rolu
Müasir dünyada hər bir insan üçün riyaziyyatın rolu bilavasitə 2 əsas faktorla təyin edilir:
- İnformasiyanın emalı texnologiyası.
- Riyazi savad.
Riyaziyyat digər elm və texnologiyalara reallıq modelləri sistemi və bu modellərin tədqiqi alətlərini təklif edərək bütün insanların həyatına hiss olunacaq dərəcədə təsir edir.
Riyaziyyat və informasiyanın emalı texnologiyası
XX əsr kompyuterlərin yaranması və yayılması əsridir. Kompyuteri riyazi maşın da adlandırmaq olar (Bəzən bizim ölkəmizdə kompyuteri elə riyazi maşın adlandırırdılar və bu, “Hesablama maşını” adlandırılmasından daha doğru səslənirdi). Kompyuter özü riyazi üsullarla yaradılmışdır. Kompyuter hər şeydən əvvəl informasiyanın təhlili istiqamətində riyazi üsullarla təsvir olunaraq fəaliyyət göstərən riyazi qurğu kimi meydana gəlmişdir. Belə də ifadə etmək olar ki, maşınlar “riyaziləşdirilməsi” mümkün olan işi görürlər. Aydındır ki, belə maşınların yaradılması və istismarında riyazi metodlardan istifadə edən fizika və kimya kimi elmlər də tətbiq olunur, lakin insan üçün bu maşınların yerinə yetirdiyi iş məhz riyazi məna daşıyır.
Kompyuterə qədərki vaxtlarda kompyuter riyaziyyatının yaranması
Çox yaxşı haldır ki, belə maşınların işləmə nəzəriyyəsi və onların tətbiqlərinin bir çox mühüm elementləri, riyaziyyatçılar tərəfindən texnologiyalardan xeyli əvvəl yaradılmışdır.
Çox yaxşı haldır ki, texnologiyaların əsasına çevrilmiş uyğun elektron maşınların işləmə nəzəriyyəsi və onların tətbiqlərinin bir çox mühüm elementləri, məsələn, proqramlaşdırma dilləri yaradılmışdır. Bu nəzəriyyə formal qaydalara əsasən informasiyanın təhlili ilə məşğul olan insanın fəaliyyət aləti kimi meydana gəlmişdir. “Kompyuterə qədərki eranın” riyazi sənayesi praktiki olaraq “itkisizdir”.
Məsələn, 1940-cı illərin sonunda leninqradlı riyaziyyatçı, akad. müxbir üzvü A.A.Markov alqoritmlər nəzəriyyəsini (və ya özünün ifadə etdiyi kimi-alqorifmlər nəzəriyyəsini) qurdu, 1970-ci illərdə isə kompyuter aləmində struktur proqramlaşdırma və proqramların doğruluğunun induktiv isbatı kəşf olundu və bu yeniliklər Markovun kəşfinin təkrarı idi.
Klassik təmiz və tətbiqi riyaziyyat
Təmiz klassik riyaziyyat dəqiq düsturlarla işləyirdi. Yalnız sonda, yəni tənlik ümumi halda həll edildikdən sonra verilmiş şərtlərdən istifadə edilərək hesablama aparılırdı. Klassik tətbiqi riyaziyyat da daha çox inkişaf tapmış analitik həllə üstünlük verilirdi və yalnız bundan sonra təqribi hesablama üsulları tətbiq olunurdu. Biz hər bir halda son nəticədə həqiqi ədədlərlə, yəni sonsuz onluq kəsrlərlə yox, onların sonlu, diskret yaxınlaşmaları ilə işləyirdik.
Riyaziyyatın informasiya texnologiyalarından yaranan yeni sahələri.
Riyazi maşınların yaranması keyfiyyətə təsir etmədi. Biz əvvəlki kimi həmin riyazi modellər dünyasındayıq.
Lakin riyaziyyatın tətbiqinin bir çox istiqamətlərində radikal partlayış baş verdi. Məsələn, təsvirlərin robotla tanınması və ya şifahi nitqin tanınması məsələlərinin həllini klassik riyaziyyat nöqteyi-nəzərindən təsəvvür etmək mümkün deyil. Riyaziyyat yeni tətbiqi riyaziyyatın diskret kəmiyyətlərlə işləyən metod və modellərinin geniş spektrini hazırlamışdır və bu zaman hesablama üsulları üçün keçilməz adlanan məsələlər adlanan aşkar olunmuşdur.
Kompyuter texnologiyalarının riyazi sərhədləri
Artıq 1960-cı illərdə ardıcıl cavab seçmə üsuluna əsaslanan çox sadə həll alqoritmi ilə verilən bəzi məsələlərin bu üsulun köməyi olmadan daha tez həll etməyin mümkünsüzlüyü aşkar edilmişdir. Qeyd edək ki, seçmə alqoritmi praktiki əhəmiyyətə malik deyil. Müasir zamanda riyaziyyatın və onun hesablama praktikasında tətbiqlərinin qarşısında duran ən mühüm və hələlik həll olunmamış problemlərindən biri seçmə problemidir: yuxarıda adları çəkilən məsələlərin həllini seçmə üsuluna nisbətən daha sürətlə almağa imkan verən bir alqoritm varmı? Bu alqoritmin varlığının mümkünsüzlüyünün gözlənilən isbatı riyaziyyatçı və proqramlaşdırıcıları seçmə məsələlərinin xüsusi hallarına (digər alqoritmlərin tətbiqinə imkan verən) yönəldir.
Riyazi piramida
Müasir dünyada aşağıdakı riyazi fəaliyyət piramidası mövcuddur:
Təmiz klassik riyaziyyat
Tətbiqi riyaziyyat/Riyazi modelləşdirmə
Proqramlaşdırma
Tətbiq
Bu zaman faktiki olaraq cəmiyyət tərəfindən diktə olunan resurslarla (mütəxəssislərin sayı kimi) piramidanın təpəsindən əsasına doğru hərəkət hiss olunacaq dərəcədə artır. B.İ.Arnoldun Z.D.Faddeyevə əsaslanaraq tez-tez qeyd etdiyi kimi “SSRİ-də 1 ildə riyaziyyata ayrılan vəsait bir tankın qiymətinə bərabər idi, indi Rusiyada bu vəsait-təqribən 1 ildə 1 tankın -i məbləğindədir”. Burada məhz “təmiz klassik riyaziyyata” ayrılan vəsait nəzərdə tutulur.
Eyni zamanda, bu piramidanın zirvəsindəki fəaliyyətin yüksək keyfiyyəti onun daha aşağı və daha geniş pillələrində keyfiyyətli nəticə əldə etmək üçün zəruridir. Sovet İttifaqı riyaziyyat sahəsində unikal elmi potensiala malik idi. Sovet cəmiyyətinin quruluşunun xüsusiyyətinə və infrastrukturuna uyğun olaraq bu elmi potensial daha çox əsas elmi mərkəzlərdə toplansa da, indi müstəqil dövlətlər olan respublikalarda bu sahəyə əhəmiyyətli vəsait qoyulur və nəticələr alınır.
O zaman mövcud olan elmi əlaqələr bərpa olunmalı və gücləndirilməlidir. Elə həmin informasiya texnologiyaları bu işdə bizim əsas yardımçımız ola bilər.
Riyazi savad
Belə bir təəssürat yarana bilər ki, informasiya texnologiyalarının varlığı riyazi təhsili lazımsız edir. Bir tərəfdən, peşəkarlar var: “əgər yük daşıyanları varsa, coğrafiyanı öyrənmək nəyə lazımdır”. Digər tərəfdən XIX əsrin bir çox peşələrində zəruri olan-hesab əməllərinin yerinə yetirilməsi, faizlə bağlı əməliyyatların aparılması və s. kimi bacarıqların yerinə yetirilməsini kalkulyatorlar və kompyuterlər vasitəsilə həyata keçirmək olar.
Həqiqət isə əksinədir. Müasir insana 100 və hətta 50 il bundan əvvələ nisbətən daha çox riyazi savad lazımdır. Bunun əsas səbəbi bu gün tez-tez dəyişən şərtlər daxilində fəaliyyətin planlaşdırılması və həll qəbul edilməsini tələb edən iş yerlərinin artmasıdır.
Bir çox həllərin və planların əsasında isə riyaziyyat durur. Bu həm də siyasətə, ekologiyaya, şəxsi həyata aid və professional sferanın xaricində olan seçmə, planlaşdırmaya da aid edilir. Bu gün sırf hesabi savadın yerini insan mədəniyyətinin daha geniş sahəsi tutur.
Riyazi savadın növləri
Riyazi savadın şərti olaraq aşağıdakı növlərini qeyd etmək olar:
- Miqdar və cəbri savad (düsturda yerinə qoymaq, cavab almaq);
- Həndəsi savad;
- Ehtimal və statistik savad;
- Məntiqi savad, çoxluqlar və xassələr, müraciətdə o cümlədən riyazi olmayan obyektlər haqqında müzakirələrdə savadlılıq;
- Alqoritmik savad, həmçinin hesablama mürəkkəbliyindən irəli gələn mülahizələrdən istifadə etmək bacarığı və kompyuterin işini fundamental riyazi əsaslarını (məsələn, konkret hesablama verən universal hesablayıcı üçün proqram) başa düşülməsi. Bu barədə 1981-ci ildə akad. A.P.Yerşov “Proqramlaşdırma – ikinci savadddır” şüarı ilə çıxış edirdi.
- Modelləşdirmədə
- Kəsilməz və diskret modellər də daxil olmaqla riyaziyyat və reallığın uyğunluğunda savad (çevrilmə və cəmləməyə uyğun tətbiqi modellər-“törəmələr” və “inteqrallar”)
Riyazi savadın bu elementləri bu gün artıq orta məktəb səviyyəsində əyani, qavrana biləcək forma da çatdırıla bilər
Riyazi təhsilin piramidası
Riyazi təhsildə də özünəməxsus piramidalar var. Təhsilin səviyyələri piramidasını-məktəbəqədərki dövründən yüksək ixtisaslı kadrların hazırlanmasına qədər-varlığı şübhəsizdir. Lakin biz həm təhsil səviyyələri piramidası, həm də riyazi fəaliyyətin səviyyələri piramidası ilə bağlı olan digər piramidaya diqqət etmək istərdik. Biz aşağıdakı sahələrdə fəaliyyət üçün təhsili nəzərdə tuturuq:
- Sırf riyaziyyat
- Tətbiqi riyaziyyat/Riyazi modelləşdirmə
- Proqramlaşdırma
- Tətbiq
Burada da kadrların hazırlanması məsrəflərinə aid olan müqayisələr aparmaq olar. Bir sözlə riyazi elmi məktəblərin yaradılması və formalaşdırılmasını, yüksək ixtisaslı yaradıcı riyaziyyatçıların hazırlanmasına qoyulan vəsaiti prioritet hesab etmək olar.
Riyaziyyat – humanitar bilik kimi
Nəhayət, riyaziyyatın humanitar bilik kimi rolunu nəzərdən keçirək. Biz yuxarıda qeyd etdik ki, müasir kompyuter riyaziyyatı təkcə insan fəaliyyətinin deyil, həm də insan düşüncəsinin və dilinin də formalaşması haqqında elm kimi yaradılmışdır. Bu gün riyaziyyatda bizi əhatə edən fiziki dünya sistemləri ilə yanaşı
- Təklif və mülahizə
- Münasibətlərin təsviri
- Əmrlər və onların yerinə yetirilməsi, qarşılılıqlı əlaqə (antoqonostik və digər maraqlarla), idarəetmə modelləri də qurulur.
Riyaziyyatın tərbiyəvi rolu
Müasir ümumtəhsil məktəblərində riyaziyyat xüsusi rol oynayır. Bu rol heç olmazsa iki cəhətlə təyin olunur.
Birinici cəhət ondan ibarətdir ki, məktəb də həyatda olduğu kimi, riyaziyyat fəaliyyətin müxtəlif növlərindən istifadə olunur.
İkincisi, riyaziyyat
- Əqli əməyə hörmət
- İntellektual çətinliklərin açılması və yeniliyin kəşfi bacarığı
- İntellektual hörmət, biliklərin mütləq vacibliyi haqqında təsəvvür
- İntellektual mülahizələrə, qurumlara, obyektlərə münasibətdə estetik hissin formalaşdığı nadir riyazi fəndir.
Elmir Vəlizadə, Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları nazirinin müavini
“Müasir texnologiyalar – sosial inkişaf amilidir”
Hörmətli xanımlar və cənablar !
Sizin hamınızı Bakı Beynəlxalq Humanitar Forumunda salamlamaqdan məmnunam. Bizim bugünkü müzakirənin mövzusu həyatımızı dəyişdirən müasir texnologiyalara həsr olunmuşdur. Bilirsiniz ki, bəşəriyyətin inkişafı boyunca belə texnologiyalar çox olmuşdur. Məsələyə geniş mənada yanaşsaq, bir çox sahədəki texnologiyalardan danışmaq olar. Lakin fəaliyyətimin istiqamətini, habelə bizim bugünkü həyatımızda əhəmiyyətini nəzərə alaraq, diqqətinizi informasiya-kommunikasiya texnologiyalarına yönəlmək istərdim. Bu sırada teleqrafı, telefonu, radionu, televiziyanı da sadalamaq olar, lakin biz onlardan ən müasirlərinin üzərində dayanacağıq.
Çoxdan sirr deyil ki, hesablama texnikasının yaradılması və onun müxtəlif sahələrdə geniş tətbiqi, bir qədər sonra isə, xüsusilə fərdi kompyuterlərin meydana çıxmasından sonra, biz hamımız onların fəal istifadəçilərinə çevrilmişik. Əgər bizlərdən hər birimiz düşünsək ki, bu gün mən kompyuterdən istifadə etmişəmmi, cavab birmənalı müsbət olacaqdır. Çünki bunun üçün bilavasitə kompyuter arxasında oturmağa ehtiyac yoxdur, bizim gündəlik istifadə etdiyimiz mobil telefon, bankomat, müasir avtomaşın və digər qurğular da kompyuterdir.
Mobil rabitə və İnternet gündəlik fəaliyyətimizə operativlik, asanlıq və digər üstünlükləri əlavə etməklə, həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.
Ümumiyyətlə, internet, insanın istifadə etdiyi bütün texnologiyalar arasında ən unikal hesab oluna bilər. Qısa müddət ərzində İnternet xüsusi kompyuter şəbəkəsindən sosial sistemə çevrilmişdir və bu gün onu dünya qloballaşma prosesinin əsas alətlərindən biri kimi də qiymətləndirmək olar. Biznesin aparılması üçün geniş tətbiqi imkanların, informasiyaya çıxışın, insanlar arasında əlaqələrin, habelə dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin yaranması ilə internet daha real ümumi şəkli və məqsədəuyğunluq əldə etmişdir. İqtisadiyyatın yeni sahəsi formalaşmışdır-İnternet- sənaye, İnternet-iqtisadiyyat. Son illərdə sosial şəbəkələr, qısa xəbərlər sistemləri və bloqlar da geniş populyarlıq qazanmışdır. Təşbihlə desək, hər bir insan şəbəkələrlə əhatə olunub və bu şəbəkənin tərkib hissəsidir.
İnternet texnologiyaların əsas fenomeni ondan ibarətdir ki, hər bir insan onların inkişaf prosesinin fəal iştirakçısıdır. İnsanlar öz iştirakı ilə onların əhatə dairəsini genişləndirir, informasiyanın tərkibini zənginləşdirir, sayt və digər müxtəlif tətbiqi mənbələri yaradır, öz aralarında xəbərlərin mübadiləsini aparmaqla, hansısa şəbəkələrə öz baxışlarını yaymaqla pulsuz reklam yayırlar və s. Beləliklə, insan yeni sərvətin – informasiya və yeni biliklərin istehsalçısına çevrilir. Bunun sayəsində biz bu gün inkişafın yeni mərhələsindən, yeni formasiya, informasiya cəmiyyəti, yaxud biliklərə əsaslanan iqtisadiyyat haqqında danışa bilərik.
Lakin inkişaf heç də düzxətli proses deyil və həyatımıza yeni şərtlər və çətinliklər daxil edir. Ən sadə misal kimi leksikamıza əvvəllər mövcud olmayan yeni sözlərin, yaxud tam başqa məna alan köhnə sözlərin daxil olmasını göstərə bilərik. “Retvitləmək”, “fendləmək”, “virmeyker” və buna bənzər digər sözlər bizə yad görünür, lakin geniş istifadə olunur. Virtual reallıq daha cəlbedici və daha təbii görünür. Bunlar psixoloji problemlərə səbəb olur, insanlarda daha çox xudbinlik, şəxsiyyətin ikiləşməsi, eqoistlik, tamahkarlıq, soyuqluq, eskaypizm inkişaf edir. Şəxsiyyət böhranı-müasir postindustrial dünyanın yaratdığı ən mürəkkəb problemlərdən biridir.
Son illərin statistikası sosial şəbəkə istifadəçilərinin sayının dinamik olaraq artmasını göstərir. Nəzərə alsaq ki, fəal istifadəçilərin orta statistik qrupunun yaşı 18-25-dir, yəni gənclər təhlükəyə ən çox məruz qalan qrupdur. Təhlükəsiz İnternet Günü ilə əlaqədar 2011-ci ildə yayılan məlumatlar insanı düşünməyə vadar edir: gənclər, onların 10 il bundan əvvəlki həmyaşıdlarından 2-3 saat az yatır; orta hesabla həftədə 8 saat onlayn oyunlara sərf olunur; hər ay Facebook-da istifadəyə təxminən 500 milyon istifadəçi 700 milyard dəqiqə (orta hesabla hər istifadəçi bir sutka) sərf edir.
Digər statistikaya, məsələn Rusiyada 2010-cu ildə aparılan sorğunun nəticələrinə əsasən, İnternet istifadəçilərinin təxminən 89%-i sosial şəbəkələrdən istifadə edir, 63% isə bu məqsədlər üçün mobil telefondan istifadə edir. Ən acınacaqlı odur ki, istifadəçilərin 43%-nin fikrincə, sosial media insanları yaxınlaşdırmır, 42% əksinə hesab edir, 15%-isə hələ öz rəyini müəyyənləşdirə bilməyib.
Düşünürəm ki, bu rəqəmlər müasir texnologiyaların həyatımıza təsirinin səviyyəsini əks etdirir. Buna görə də hər yerdə, xüsusilə tam formalaşmamış psixikaya malik olan gənclər və uşaqlar arasında müasir texnologiyaların faydalı istifadəsi qaydaları haqqında izahat işini aparmaq lazımdır. Millətlərarası, dini və irqi ayrı-seçkiliyin qızışdırılması, “demokratik islahatlar”, yaxud “səxsi azadlıq” şüarları altında qeyri-qanuni hərəkətlərə təhrik etmək üçün müasir texnologiyaların istifadə olunması, ümumiyyətlə, yolverilməzdir.
Bu səbəbdən, yalnız fərdlərin, cəmiyyətin və bütövlükdə dövlətin rifahı üçün müasir texnologiyalarda düzgün istifadə hər bir ölkənin sosial inkişaf amili ola bilər.
Diqqətinizə görə təşəkkür edirəm.
Prof. S.B.Qaşkov, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
İnformasiyanın Müdafiəsi haqqında
Zalda iştirak edənlərin hamısı riyaziyyatın mücərrəd elm olduğunu, əlbəttə, bilirlər. Bu səbəbdən, bir çoxları düşünürlər ki, bu elm dünyada tətbiq olunsa da, onun məişətdə tətbiqi ilə çətin ki, rastlaşaq. Yəni o, dolayısı ilə – fizika, kimya, mexanika, texnika və i.a. tətbiq edilir. Lakin hazırda belə bir baxış tamamilə yanlışdır. Məsələn, mən iddia edə bilərəm ki, burada iştirak edənlərin hamısı daim riyaziyyatın hərəkətsiz tətbiqi ilə təmasdadır, çünki hamımız cibimizdə mobil telefonlar gəzdiririk. Lakin söhbət təkcə mobil telefonlardan deyil, istənilən rəqəmsal texnikadan gedir. İndi artıq hətta fotoaparatlar da rəqəmsaldır. Kompüterlərin rəqəmsal olduğunu isə hamı başa düşür.
Məlum olduğu kimi, rəqəmsal texnikada informasiya sıfır və vahidlərin ardıcıllığı şəklində ötürülür. Sadəlövh baxışlara görə, informasiya tam etibarlı şəkildə ötürülür, sıfır vahiddən fərqlənmir. Əslində isə bir çox səbəblərdən irəli gələn səhvlər baş verir. Səhvlər təkcə uzaq radio əlaqədə deyil, adi mobil rabitədə də olur. İnformasiyanın ikiqat sıx yazıldığı optik disklərin, xüsusən DVD disklərin oxunması zamanı səhvlər meydana çıxır. Kompüterdə sərt diskdən informasiyanın oxunmasında səhvlər olur. Qeyd etmək lazımdır ki, son 10 il ərzində sərt disklərin həcmi möhtəşəm şəkildə böyümüş, artıq yüzlərlə giqabayt olmuşdur. Bu isə maqnit yazılarının sıxlığının artmasının nəticəsidir.
Təbii ki, səhvlər olur. Onları düzəltmək lazımdır. Bununla elmin böyük bir sahəsi məşğul olur. O, səhvləri düzəldən kodlar nəzəriyyəsi adlanır. Orada kodlaşdırmanın külli miqdarda müxtəlif sistemləri yaradılmışdır. Ən dəbdə olanlardın biri 60-cı illərin əvvəllərində icad olunan Boezi-Cunthuri kodlarıdır. O, Hindistan mənşəli amerikalı idi. Lakin bəzi məlumatlara görə, həmin kodlar bizdə də kəşf edilsə də, məlum səbəblər üzündən çap edilməmişdi. O dövrdə kodlaşdırmanın tətbiq sahəsi hərbi texnika, kosmik rabitə ilə bağlı idi. İndi isə səhvlərin düzəldilməsi ilə kodlaşdırmadan qaçılmaz olaraq bütün sahələrdə istifadə edilir. Beləliklə, dekodlaşdırma alqoritmləri Boezi-Cunthuri kodları üçün yaxşı işlənib hazırlanmışdır və onlar sonlu adlandırılan sahələrdə hesablamanın tətbiqinə əsaslanır. Bəs əməliyyatlar hansılardır? Hesabdakılar: toplama, çıxma, vurma, bölmə. Doğrudur, sonuncu olmasa da olar. Bölmə kifayət qədər bahalı əməliyyatdır.
Sonlu sahələr isə XIX əsrin əvvəllərində məşhur alman riyaziyyatçısı Karl Fridrix Qauss kəşf etmişdir. Sonlu sahə kifayət qədər sadə bir şeydir. Məsələn, 5 elementdən ibarət sahə, sadəcə, 0, 1, 2, 3, 4 , 5 rəqəmlərindən ibarət sahədir. Onları toplamaq, vurmaq olar, amma sadəcə vurmaq yox, çünki hansısa rəqəm alınacaq, məsələn, 15, cavabı isə yenidən 5-ə bölmək və qalıqla əvəzləmək lazımdır, yəni nəticə həmişə 0-dan 4-ə qədər olacaqdır. Bax, belə sadə bir nümunə.
Daha sonra məşhur bir fransız riyaziyyatçısı Evarist Qalua Qaussun bu konstruksiyasını ümumiləşdirdi və elə sonlu sahələr yaratdı ki, onlarda elementlərin sayı nəinki mütləq sadə rəqəmlər eyni zamanda, sadə rəqəmlərin dərəcəsi oldu. O dövrdə bu, riyaziyyatda qabaqcıl istiqamət idi. Ümumiyyətlə, o, indi də inkişaf etməkdədir. Doğrudur, daha mürəkkəb istiqamətlər də inkişaf edir, məsələn, sonlu sahələr üzərində cəbri əyrilər. Bütün bunlarla məşğul olan rəqəmlər nəzəriyyəsi mütəxəssisləri həmişə elmlərinin saf olması, heç vaxt heç bir yerdə tətbiq olunmaması ilə fəxr edirdilər. Məşhur ingilis riyaziyyatçısı Hardi özünün « Riyaziyyatın apologiyayası » kitabçasında elə belə də yazmışdı.
Lakin məlum oldu ki, zaman keçdikcə bütün bunlar tətbiq edilməyə, həm də demək olar ki, hər yerdə tətbiq edilməyə başlamışdı. Kodlaşdırma informasiyanın qaçılmaz olan səhvlərdən müdafiəsi ilə məşğuldur. Lakin informasiyanı həmçinin kənar müdaxilələrdən və bilərəkdən səhvlər daxil edilməsindən də müdafiə etmək lazımdır. Dövrümüzdə bu, çox aktuallaşmışdır. Bununla geniş fəaliyyət sahəsi məşğul olur. İnformasiyanın müdafiəsi adlanır. Orada istifadə olunan metodlardan biri məlumatların şifrələnməsi, yaxud kriptoqrafiya adlanır.
Rus dilində kriptoqrafiya gizli yazı deməkdir. Ümumiyyətlə, klassik kriptoqrafiya elə riyaziyyatın özü qədər qocadır. Onun bir neçə min il yaşı var. Ondan hələ Qədim Misirdə və Qədim Yunanıstanda istifadə olunduğu güman edilir. Lakin təəccüblüdür ki, keçən əsrin 70-ci illərində artıq ictimai kriptoqrafiya, yaxud başqa cür desək, açıq açarlı kriptoqrafiya kəşf edildi. Daha bir ekvivalent termin də var – assimmetrik açarlı kriptoqrafiya. Məsələ ondadır ki, klassik kriptoqrafiya (onu simmetrik açarlı kriptoqrafiya da adlandırırlar) aşağıdakılara əsaslanır: məxfi informasiya mübadiləsi edən iki subyekt eyni məxfi açara malik olmalıdır. Onlardan biri həmin açarla informasiyanı müəyyən alqoritmin köməyilə şifrələyir, digəri isə elə həmin açarın köməyilə onun şifrini açır. Prinsipcə, şifrləmə sistemi düşmənə bəlli ola bilər-bundan çıxış yolu tapmaq lazımdır. O yalnız açarı bilmir. Açar olarsa, şifrəni açmaq asan, olmadıqda isə demək olar ki, mümkünsüzdür. Lakin ümumi məxfi açara malik olma narahatlıq doğurur. Necəsə görüşmək, çaparlar göndərmək lazım gəlir və s.
Məlum oldu ki, fərdlərdən hər birinin heç də mütləq üst-üstə düşməyən, öz məxfi açarı olan şifrləmə sistemi də mövcuddur. Buna baxmayaraq, onlar hətta müxtəlif kontinentlərdə olmaqla, bir-birilə görüşmədən informasiya mübadiləsi təşkil edə bilirlər. Həm də bu zaman heç bir xüsusi xidmət orqanı bunu, demək olar ki, oxumağa qadir deyil. Əlbəttə, nəzəri baxımdan bu, mümkündür. Əgər dünyadakı bütün superkompüterləri qoşa bilsəniz və vaxt baxımından məhdudiyyətiniz olmasa, məsələn, 1000 il yaşamaq imkanınız olarsa. Odur ki, söhbət praktiki baxımdan mümkünsüzlükdən gedir.
Beləliklə, hazırda açıq açarlı kriptoqrafiya gur inkişafdadır, yüzlərlə konfranslar keçirilir, jurnallar nəşr olunur, bu işdə Braziliya, Tayvan kimi ölkələrin tədqiqatçıları iştirak edirlər, külli miqdarda gözəl kriptoqrafik sistem kəşf edilmişdir. Məsələn, elektron imza sistemləri işlənib hazırlanmışdır. Onlar o qədər dəbdədir ki, artıq bir çox ölkələrin kriptoqrafik standartlarına daxil olmuşdur. Həm də onlardan real şəkildə istifadə edilir, çünki sanballı adamlar bu sənədləri bir-birilə görüşmədən, elektron şəkildə göndərə bilirlər, üstəlik, bu zaman məhz imzası gözlənilən adamın imza atdığına tam zəmanət verilir. Bu imzaların saxtalaşdırılmasının mümkünsüz olduğuna, həmçinin imza atanın öz imzasından imtina etməyəcəyinə də praktiki zəmanət var.
Lakin imzanın az-az tətbiq olunan daha ekzotik sistemləri də mövcuddur: qrupşəkilli imza, kandar (poroqovaə?) imzası, dairəvi imza. Onlar bir çox maraqlı xassələrə malikdir. Məsələn, dairədən bir nəfər hansısa sənədi imzalaya bilər və bu zaman onu kimin imzaladığını müəyyənləşdirmək mümkünsüzdür, lakin təsadüfən məlumdur ki, bir nəfər imzalayıb və lazım olan yerə ünvanlayıb. Yeri gəlmişkən, onları bizdə kəşf etməyiblər. Məncə, hardasa Çində.
Elektron səsvermənin təşkili sistemləri var. Hələlik, onlar da demək olar ki, tətbiq edilmir, lakin elə xassələrə malikdir ki, nəticələri saxtalaşdırmaq olmur və kimin necə səs verdiyini müəyyənləşdirmək mümkün deyil.
Elektron pullar adlandırılan sistemlər mövcuddur. Bunlar bizim İnternetdə istifadə etdiyimiz, müxtəlif ödəniş sistemləri deyil. Sonuncular primitiv sistemlərdir. Onlar mükəmməl deyil, onları elektron pul adlandırmaq olmaz. Mürəkkəb, praktiki, az tətbiq olunan sistemlər var ki, pulu tam imitasiya etməyə, o cümlədən izləməni mümkünsüzləşdirən sistemlər var. Yəni insanlar pul rolunu oynayan hansısa rəqəmlər toplusu vasitəsilə hesablaşırlar və bu zaman nə vaxtsa kimin kimə ödəniş etdiyini müəyyənləşdirmək mümkün deyil. Eyni zamanda, insanın həqiqətən ödəniş etməsinə tam zəmanət verilir və heç kimin heç bir iddiası olmur. Bütün bu xüsusiyyətlər paradoksal, bir-birilə uyğun gəlməyən təsəvvürlər yaratsada, bununla belə, bütün bunlara artıq nail olunmuşdur.
Mən sözümü artıq bitirirəm, lakin onu da demək istəyirəm ki, müasir riyaziyyat özü-özlüyündə inkişaf etsə də, ən azı, onun bəzi sahələri, gördüyümüz kimi, getdikcə daha çox, tamamilə gözlənilməz şəkildə tətbiq edilir və görünür, bu tendensiya inkişaf edəcəkdir. Odur ki, riyaziyyatı öyrənmək lazımdır.
Sonda demək istəyirəm ki, vaxtilə «Kodları sındıranlar» kitabını yazmış amerikalı jurnalist Kan həmin kitabda ilk dəfə açıq mətbuatda açıq kriptoqrafiyadan, yəni açıq yox, klassik kriptoqrafiyadan yazmağa başladı (bir halda ki, açıq kriptoqrafiya o zaman hələ təzəcə meydana çıxmağa başlamışdı). Məsələn, o, belə bir bəyanat verdi: «Böyük dövlət nüvə raketləri, ballistik raketləri, nüvə bombası və kriptoqrafiyası olan dövlətdir». Sözümü elə bununla bitirmək istəyirəm.
Prof. F. M. Əfəndiyev, Bakı Dövlət Universiteti
Qlobal Problemlər və bəşəriyyətin tərəqqisi.
Qloballaşma müasir dövrün ən mühüm proseslərindən biri kimi tədqiqatçılar tərəfindən geniş təhlil olunur. Bu problemə artmaqda olan maraq onun fundamentallığı, dünya proseslərinə, ölkələrin və xalqların həyatına dərindən nüfuz etməsi, inteqral məzmun daşıması və bütövlükdə müasir dövr üçün mühüm əhəmiyyəti ilə izah olunur.
Hazırda bəşəriyyət sivilizasiyanın özü və planetimizdə həyatın mövcudluğu üçün böyük təhlükə törədən kəskin qlobal problemlərlə qarşılaşmışdır. Bəşəriyyətin gələcək sosial tərəqqisi əsrimizin əvvəllərində kəskin şəkildə ortaya çıxan bu həyati problemlərin həllindən asılıdır, eynilə də onların aradan qaldırılması yalnız həmin tərəqqi sayəsində mümkündür.
Müasir dövrün təməli kvintessensiyası olan fəlsəfə qloballıq fenomenini fəal surətdə tədqiq edir. Həmin fenomen bəşəriyyət qarşısında prinsip etibarı ilə yeni problemlər qoyur. Bunlardan bir çoxu əvvəllər mövcud olmuşdur və onların həlli təxirə salına bilməz, çünki onların bir çoxu kəskin olub, insan həyatının mövcudluğu məsələləri ilə bağlıdır.
Müasir dövrdə istilik-nüvə müharibəsi, ekoloji böhran, demoqrafik partlayış və digər qlobal miqyaslı təhlükələri təxirəsalınmaz surətdə həll etmək xüsusi ilə zəruridir. Bu, ümumbəşəri mənafeləri və dəyərləri hər şeydən üstün tutan yeni siyasi təfəkkürün təməlini təşkil edir.
Qloballaşma ictimai həyatın bütün tərəflərinə güclü təsir göstərir, o, informasiya inqilabı ilə müşayiət olunur, sonuncu isə bütün coğrafi məkanlara yayılır. Belə ki, onun yaratdığı imkanlar sayəsində bu gün dünyada ünsiyyət psixologiyası yeniləşir, hər bir xalq digəri haqqında çoxlu biliklər əldə edir, müxtəlif xalqları, dinləri və mədəniyyətləri təmsil edən insanlar arasında peşə əməkdaşlığı inkişaf edir.
Qloballaşma bu vaxtı çatmış problemlərin həllində bütün ölkələrin və xalqların cəhdlərini birləşdirməyi tələb edir. Belə yanaşma ümumilikdə dünyanın inkişafı haqqında proqramların işlənib hazırlanmasında BMT-nin və digər beynəlxalq təşkilatların rolunu artırır. Onlarla yanaşı həmin problemləri həll edə bilən prinsipcə yeni beynəlxalq strukturların yaranması da mümkündür.
Hazırda bəşəriyyət tarixində ilk dəfə olaraq yer kürəsinin çoxmilyardlı əhalisini yaşayış vasitələri ilə təmin etmək, onlar üçün ləyaqətli həyat şəraiti yaratmaq üçün imkan açılmışdır. Buna nail olmaq üçün bəşəriyyət bütün zəruri iqtisadi və maliyyə resurslarına, elmi-texniki imkanlara və intellektual potensiala malikdir. Bununla belə, həmin imkanın reallaşması üçün ümumbəşəri maraqların və dəyərlərin prioritetinə əsaslanan yeni siyasi təfəkkür, xeyirxah iradə və beynəlxalq əməkdaşlıq zəruridir.
Akad. A.M.Məhərrəmov, Bakı Dövlət Universitetinin rektoru
İntensiv Texnologiyaların Sürətli artımı Şəraitində elm və təhsilin tarazlaşdırılmış inkişafı
Bəşəriyyətin mövcud olduğu bütün dövr ərzində insanlar həmişə özlərinə belə bir sual verirdilər: nə zaman, hansı dövrdə biz cəmiyyət üçün daha gərəkli ola bilərdik, həyat isə bizim özümüz üçün daha maraqlı və səmərəli olardı?
Çox güman ki, XIX əsrdə və daha əvvəllər yaşayanlar bu suala cavab axtararkən çətinliklərlə üzləşərdilər. Çünki o vaxtlar tarixdə bu və ya digər dövrü səciyyələndirən dəqiq meyarlar yox idi.
XX əsrin sonu – XXI əsrin əvvəllərində yaşayanlar isə qoyulan suala çətinlik çəkmədən cavab verə bilərlər. XX əsrdə biz dünya hökmranlığı, dünyanın siyasi xəritəsinin dəyişdirilməsi uğrunda çoxsaylı müharibələrin şahidi olduq. Bu baxımdan keçən yüzilliyin ortalarında çoxları XX əsri müharibələr dövrü, nüfuz dairələrinin dəyişdirilməsi uğrunda mübarizə dövrü sayırdı. Əsrin bizə də yaşamaq nəsib olan ikinci yarısı isə tarix tərəfindən sosializmlə kapitalizmin paralel inkişafı dövrü kimi səciyyələndirilir. Bundan çıxış edərək, bir çoxları XX əsri imperializmin inkişafı, digərləri isə kommunizm quruculuğu dövrü sayır. Lakin XX əsrin sonlarına doğru aydın oldu ki, o, daha çox, elm və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi-praktik innovasiyaların meydana çıxması, informasiya-kommunikasiya texnologiyalarının yayılması ilə səciyyələnir. Bir sözlə, XX əsr tarixə informasiya əsri kimi, sözün daha geniş anlamında isə – elm və təhsil əsri kimi daxil oldu.
Əvvəlki yüzilliklərdən hər biri hansısa texnologiyanın meydana çıxması ilə səciyyələnmişdir ki, həmin əsrdə tərəqqini elə onların inkişafı müəyyənləşdirirdi. XVIII əsrdə bunlar mexaniki sistemlər, XIX əsrdə – buxar maşını, XX əsrdə isə informasiyanın toplanması, ötürülməsi, emalı və saxlanması texnologiyaları oldu.
Bizim dövrümüz isə, artıq qeyd etdiyimiz kimi, elm və yeni texnologiyaların sürətli inkişafı dövrüdür. İndi bəşəriyyət öz inkişafının yeni mərhələsinə qədəm qoyur ki, bu mərhələdə nəinki klassik elmlər sürətlə inkişaf edir, həm də yeni fənlər meydana çıxır. Toplanan elmi biliklərin həcmi artır, elm və texnikanın nailiyyətləri sürətlə həyata tətbiq edilir.
Müxtəlif ölkələrin aparıcı elmi nəşrlərində elmi materialların sayı artır. Həm də slaydda da gördüyümüz kimi, son illər inkişaf etməkdə olan bir sıra ölkələr – Çin, Cənubi Koreya, Hindistan, Malayziya bu sahədə artım templərinə görə dünyanın aparıcı ölkələrini qabaqlamaqdadır.
Təbii ki, bu, elmi araşdırmalara təsir göstərir və təhsil prosesinin təşkilinə yeni yanaşma tələb edir. Müasir şəraitdə tədrisin yeni texnologiyalarının tətbiqi, müasir informasiya texnologiyalarından istifadə, nəzəriyyə ilə praktika, yəni elmlə istehsalat arasında daha sıx əlaqələrin qurulması qaçılmazdır.
İndi nəhəng informasiya axınlarını sürətlə emal etməyi və ondan istifadəni bacaranlar uğur qazanırlar. Liderlik isə elmlə təhsilin səmərəli inteqrasiyasına nail olmuş ölkələrdədir. Slaydda təqdim olunan məlumatlar buna nümunə ola bilər. Məsələn, Nobel mükafatı laureatlarının 70%-i, elm və mühəndislik sahəsində məqalələrin 30%-i və dünyada ən çox sitat gətirilən elmi məqalələrin 44%-i ABŞ-ın payına düşür. Yuxarıda adlarını çəkdiyim bir sıra ölkələr də bu istiqamətdə sürətlə irəliləməkdədir.
İndi biz baza elmi təhsilin daim yeniləşdirilməsi və genişləndirilməsinə daha çox diqqət yetirməli, elmi-texniki biliklər və vərdişlərin aşılanması üçün bütün zəruri tədbirləri görməliyik. Müasir meyarlara cavab verən mütəxəssislər hazırlanması təhsil sistemində elmi biliklərin inkişafından geri qalmamağı, təhsil prosesinə müasir kommunikasiya vasitələrini, «nou-hau» tipli innovasiya texnologiyalarını, daha cəsarətli tətbiqini, o cümlədən «injener-haus»lar və texnoparklar yaradılması üçün imkanlar axtarılmasını, yəni intensiv texnologiyaların sürətli inkişafı şəraitində elmlə təhsil arasında tarazlaşdırılmış qarşılıqlı münasibətlər yaradılmasını tələb edir.
Obyektiv və dinamik inkişaf edən proses olan ali təhsilin beynəlmiləlləşməsi artıq yeni mərhələyə – inteqrasiya mərhələsinə keçir. Təhsil müəssisələrinin xarici tərəfdaşlar və təşkilatlarla möhkəm əlaqələr qurması, ali təhsil müəssisələrinin regional birliklərinin formalaşdırılması, YUNESKO, BMT və başqa təşkilatların himayəsi altında bütün dünya üçün ümumi inkişaf strategiyasının işlənib hazırlanması buna dəlalət edir. Son nəticədə, bütün bunlar dünya ali təhsilinin vahid sistemdə birləşməsinə gətirib çıxarmalıdır.
Yeri gəlmişkən, son illər postsovet məkanında da bu istiqamətdə böyük iş görülmüşdür. Rusiya, Ukrayna, Mərkəzi Asiya, Qara dəniz boyunun aparıcı universitetlərinin Avrasiya Universitetlər Assosiasiyası, Xəzəryanı Universitetlər Assosiasiyası və Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasında birləşməsi buna nümunə ola bilər. Paralel olaraq, Avropa və MDB-nin bir çox aparıcı ali məktəbləri ilə ikitərəfli əlaqələr də inkişaf etdirilir və möhkəmləndirilir, MDB ölkələrinin aparıcı ali məktəblərinin filialları açılır. Məsələn, 2008-ci ildən Azərbaycanda MDU-nun filialı müvəffəqiyyətlə fəaliyyət göstərir. Bolonya sisteminin tətbiqində də uğurlar əldə edilmişdir.
Bütün bunlara baxmayaraq, universitetlərimiz hələ də dünyanın aparıcı ölkələrinin universitetlərindən geri qalmaqdadır. Bu, universitetlərin ABŞ, Yaponiya, böyük Britaniya və digər inkişaf etmiş ölkələrin ali məktəblərinin böyük əksəriyyət təşkil etdiyi Şanxay reytinqindən də aydın görünür. Burada belə bir məlum ifadəni yada salmaq yerinə düşər: «Amerika universitetləri Amerika bu qədər belə zəngin olduğu üçün güclü deyillər, universitetləri belə güclü olduğu üçün Amerika bu qədər zəngindir».
Təbii ki, dünya ali təhsil sisteminə inteqrasiyanı davam etdirmək zəruridir. Lakin buna qədər biz öz aramızda inteqrasiyanı, yəni regional inteqrasiyanı hərtərfli genişləndirməliyik. Mən əminəm ki, tezliklə elmin vətəni olmadığı kimi, təhsilin də vətəni olmayacaqdır.
Ali təhsilin inkişafının müasir meylləri həm müsbət, həm də mənfi nəticələrə gətirib çıxarır. Məsələn, ali təhsilin miqyasının genişlənməsi ilə əlaqədar təlimin keyfiyyətinin təmin edilməsi problemi kəskinləşmişdir. Müasir cəmiyyətin yüksək səviyyəli təhsilə malik mobil mütəxəssislərə kəskin ehtiyacı var. Məhz cəmiyyət gənc mütəxəssislərin əmək bazarına təsir göstərərək, keyfiyyətli ali təhsili stimullaşdıra bilər və bunu etməyə borcludur. Ali təhsilin artmaqda olan miqyasının maliyyələşdirilməsi problemi də kifayət qədər kəskinləşmişdir. Digər tərəfdən, tələbələrin sayının artması bir çox tədris müəssisəsini infrastrukturun təkmilləşdirilməsi, kitabxana fondları, beynəlxalq əməkdaşlıq, pedaqoji kadrların hazırlanması və yenidən hazırlığına xərcləri azaltmağa məcbur edir. Yeri gəlmişkən, Rusiya Federasiyasının Prezidenti hörmətli cənab Medvedyev bu yaxınlarda Ulyanovskdakı çıxışında bu məsələlərə toxunaraq, iqtisadiyyat üçün üstün sahələr üzrə təlimin maliyyələşdirilməsinin zəruriliyini, həmçinin tələbələrin işə düzəlməsi məsələlərinə də toxunmuşdu.
O da təşviş doğurur ki, ölkələrin iqtisadi inkişafındakı fərqlər «beyin axını» kimi neqativ meyilin yaranmasına gətirib çıxarır. Bu, inkişaf etməkdə olan və keçid dövrü ölkələri üçün çox mənfi prosesdir. Məsələ ondadır ki, inkişaf etmiş ölkələr məqsədyönlü miqrasiya siyasəti yürüdərək, getdikcə daha sərfəli şərtlər təklif edirlər. Odur ki, dünya ali təhsil sisteminə inteqrasiya edərkən bu prosesin həm müsbət, həm də mənfi cəhətlərini nəzərə almaq zəruridir. Beynəlxalq əməkdaşlıq ali təhsilin məzmun və səviyyəsinin iqtisadiyyatın tələbatlarına uyğunluğu, müxtəlif ölkələrdə mütəxəssis hazırlığının səviyyəsinin bərabərləşdirilməsi, bu sahədə tərəfdaşlığın möhkəmləndirilməsi kimi aktual məsələlərin həllinə yardımçı olur. Bununla yanaşı, o həm də «beyin axını»nın qarşısını almalıdır. Onun ən mühüm vəzifələrindən biri isə məhz milli iqtisadiyyat üçün ixtisaslı kadrlar hazırlanması olmalıdır. İndi bu məsələ son dərəcə aktualdır. Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılır. İlk növbədə, ölkə rəhbərliyi son illər ərzində yeni iş yerlərinin açılması üçün məqsədyönlü iş aparır. Elm və təhsildə əmək şəraitinin və maddi-texniki təminatın yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Bu sahələrin işçilərinin əmək haqlarının demək olar ki, hər il artırılması artıq yaxşı bir ənənəyə çevrilmişdir. Dövlət proqramı üzrə dünyanın aparıcı ali məktəblərində təhsil almış gənc mütəxəssislərə xüsusi diqqət yetirilir.
Sirr deyil ki, ali məktəblərdə elmin zəif maliyyələşdirilməsi akademik elmlə universitet elmi arasında uçurum yaradır. Məsələnin köklü həlli kompleks tədbirlər görülməsindədir. Maliyyələşdirilmənin artırılması ilə yanaşı, tədris-elm komplekslərinin formalaşdırılması, aparıcı alim və mütəxəssislərin tədris fəaliyyətinə cəlb edilməsi, müəllimlərin və tələbələrin elmi araşdırmalarının stimullaşdırılması zəruridir. Bu gün inkişaf etmiş ölkələrdə ali təhsil elmi araşdırmalar və innovasiyalarla eyni hüquqlara malikdir.
Respublikamızda da bu istiqamətdə məqsədyönlü iş aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «iqtisadi potensialı intellektual kapitala çevirmək» çağırışı həyata keçirilir. Bundan başqa, bu yaxınlarda cənab Prezident qarşımıza ən qısa müddətə – 3 aya 2011-2021-ci illər üçün milli təhsil strategiyasını işləyib hazırlamaq vəzifəsini də qoymuşdur.
Əminəm ki, bu Forumdakı müzakirələr həmin Strategiya üzərində işimizdə əməli kömək olacaqdır.
Deyilənlərlə əlaqədar, müzakirəyə müasir cəmiyyət üçün aktual olan tezisləri çıxarmaq istəyirəm:
-
Bu, ilk növbədə, müxtəlif sosial-iqtisadi inkişaf səviyyələrinə malik ölkələrdə təhsil və elmin inkişafının tarazlaşdırılmış səviyyəsinə nail olmaq yollarının axtarılmasıdır. Avropada, ABŞ-da və digər inkişaf etmiş ölkələrdə ali təhsilə ümumi daxili məhsulun 1 və 2 faizdən daha çoxu, elmin inkişafına isə 2-3 faizi yönəldilir. Üstəlik, ABŞ təkcə 2010-cu ildə tədqiqatlara və innovasiyalara əlavə olaraq, təkrar edirəm, əlavə olaraq, təxminən, 148 milyard dollar ayırmışdır. Avropa İttifaqı da ondan geri qalmır. Nəhəng büdcələri olan 7-ci çərçivə, «Tempus», «Erazmus Mundus» və digər proqramları xatırlamaq kifayətdir. Son nəticədə, bütün bunlar öz əksini istehsal səviyyəsində tapır ki, onun göstəricilərinə görə aparıcı ölkələr başqalarını çox qabaqlamaqdadır. Sual yaranır: ölkələrimizin ali məktəblərinin bu proqramlarda fəal iştirakını təmin etmək üçün nə etmək lazımdır?
-
Digər bir mühüm problem sürətlə inkişaf edən elmin onun nailiyyətlərinin təhsil sisteminə tətbiqi templərini qabaqlamasıdır. Məhz bu dövrdə təhsil müəssisələrinin elmi mərkəzlərə çevrilməsi və biznes-inkubatorlar, injener-hauslar və texnoparklar yaradılması ilə yeni təlim metodlarından istifadə olunması zərurətə çevrilir. Bununla əlaqədar, qarşımıza problem çıxır: müasir ali məktəb məzunlarına tələbat olması və onların müxtəlif sahələrdə əmək fəaliyyətinə hazır olmaları üçün nə etməli?
-
Müasir dövr ən çox tələbat olan ixtisaslar üzrə məqsədli mütəxəssis hazırlığının genişləndirilməsini tələb edir. Məsələn, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti gələcəkdə özünü ixtisaslı kadrlarla təmin etmək məqsədilə tələbələr üçün təqaüdlərə vəsait ayırır. Elm və təhsilin tarazlaşdırılmış inkişafı üçün yeni yanaşmalara ali təhsil müəssisələrinin məktəblər üzərində qəyyumluğunu, istedadlı şagirdlərin ali məktəblərin laboratoriyalarında aparılan elmi araşdırmalarda iştiraka cəlb olunmasını da aid etmək olar. Hazırda əmək bazarında tələbat olan bir çox ixtisaslar üzrə yüksək ixtisaslı kadrların kəskin qıtlığı mövcuddur. Odur ki, istedadlı uşaqları artıq məktəblərdə seçmək və öz seçimləri ilə onları müəyyən ixtisaslara məqsədyönlü şəkildə hazırlamaq zəruridir.
-
İnformasiya texnologiyalarının inkişafının yüksək səviyyəsi gənclərin biliklərə təkcə orta və ali məktəblərdə yiyələnməsinə deyil, həm də onları müxtəlif virtual informasiya mənbələrindən əldə etmələrinə yardımçı olur. Ortaya belə bir sual çıxır: bu informasiya mənbələri bir-birini necə tamamlamalıdır? Bütövlükdə, tələbələrin müstəqil işi qalıq biliklərin formalaşmasına necə təsir göstərir?
-
Nəhayət, ölkələrimiz arasında təhsil və elm sahələrində regional inteqrasiya dinamikasının güclənməsinin zəruriliyini xüsusi vurğulamaq istəyirəm. Bu, elmlə təhsilin dünya səviyyəsində sonrakı inteqrasiyasının rəhninə çevriləcəkdir.
Bu gün elm və təhsil təkcə yüksək inkişaf etmiş ölkələrin milli prioritetlərindən biri yox, həm də dünya prioritetlərinin tərkib hissələrindən biridir. İndi metodologiyalar və texnologiyalar kökündən dəyişməkdədir, elm öz inkişafında görünməmiş dəyişikliklərə məruz qalmaqdadır. Keyfiyyətli təhsil bu dəyişikliklərə reaksiya verməlidir. Bunun ən önəmli və çətin məqamı isə tədrisə yeni fənlərin daxil edilməsidir. Özü-özlüyündə əsaslı araşdırmalardan daha çox, cəmiyyətin onları qəbul etməsi və yaşamın keyfiyyətini yüksəldən, sosial-iqtisadi inkişafda irəliləyişə gətirib çıxaran texnologiyalara çevirməyə hazır olması önəmlidir. Yeniliyi qəbul etməyə hazır olmaq, ondan istehsal və istehlak səviyyəsində əməli xeyir əldə etməyə hazır olmaq isə təhsil sisteminin vəzifəsidir, yəni bizim vəzifəmizdir.
Elm və təhsilin inkişafı bütün dünyada vətəndaş cəmiyyətinin yaradılmasını təmin edəcək və bizim nəsil var gücü ilə bu prosesi dəstəkləməyə çalışacaqdır ki, bizə də belə bir cəmiyyətdə yaşamaq nəsib olsun.
Professor Eden Mamut, Qara dəniz Universitetləri Şəbəkəsi, Rumıniya
Davamlı İnkişaf naminə eko-yenilənmə və tam texnika
31 Oktyabr, 2011-ci il BMT tərəfindən dünya əhalisinin sayının 7 milyard nəfərə çatdığını bildirən rəsmi gün elan edilmişdir. Bu fakt, 5 il müddətinə “Əhali Bölgüsü”nün hazırladığı və topladığı materiallara əsasən əldə edilmişdir. Bununla belə birinci cədvəldən də gördüyümüz kimi, əhalinin artımı və sayının tək inkişaf mərhələsi zamanı 3 dəfəyədək qalxması məhz ötən əsrə aiddir.
Dünya əhalisinin sayında yüksək həyat səviyyəsi, misilsiz iqtisadi fəaliyyət, iri miqyasda ehtiyatlardan istifadə, nəqliyyat, kommunikasiya, elmi sıçrayışlar və digər bu kimi faktorlar səbəbilə xüsusilə ikinci dünya müharibəsindən sonra bu günümüzədək, yəni XXI əsrin əvvəllərinədək artım müşahidə olunmuşdur.
Onu da qeyd edək ki, bu inkişafın və artımın töhfələri olduqca mürəkkəb nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. Belə ki, alimlər müasir dövrümüzdə ətraf mühitin və ekologiyanın çirklənməsi və səviyyəsinin aşağı düşməsinə, iqlim dəyişikliyinə və bu nəticələrlə bağlı olan digər faktorlara cavab tapmağa çalışırlar.
Ətraf mühitlə bağlı ənənəvi siyasət və sözügedən problemlərlə bağlı həyata keçirilən tədbirlər 2-ci cədvəldə təqdim olunmuşdur. Qeyd edək ki, burada göstərilmiş yanaşma tərzi müəyyən mənada tamamilə uğurlu alınmışdır. Məsələn sözügedən yanaşma tərzi çirkli suların təmizlənməsinə, təhlükəli məhsulları yenidən emal etməyə və iqlim dəyişikliyinin sürətlənməsini ləngitməyə yardım etmişdir.
Bununla belə, ənənəvi problemlərin həlli istiqamətində fəaliyyət həmin problemin mövcudluğunun isbatdan sonra başladığından, bu cür siyasət nə sistemli şəkildə faydalı, nə də ümumi mənada problemin qarşısını almağa qadir olmur. Şəxsi problemləri ətraf mühitlə bağlı xüsusi texnoloji vasitələrlə həll etmək isə digər problemlərin, xüsusən də hələ aşkarlanmamış məsələlərin kəskinləşməsinə səbəb ola bilər. Bu gün təbiətdən alınan sərvətlərin 95%-dən çoxu emal edilmiş əmtəə məhsulu hələ bazara çatmamış ifrat dərəcədə sərf edilir və bunun nəticəsi olaraq, avtomobillər kimi bir çox sənaye məhsulları istifadə müddətində əlavə təbii ehtiyatlara tələbat duyur.
Beləliklə də, “ənənəvi texnologiya”ya əsaslanan bu cür tədbirlər artıq uzun müddət kifayət etməyəcəyini sübuta yetirir. Məhz buna görədir ki, insanların tələbatını ödəmək naminə məhsullardan səmərəli şəkildə istifadə və təbii sərvətlərin istehlak edilməsi yeni sistemlərə, əmtəəyə, xidmətlərə, proses və prosedurlara ehtiyac duyur.
Bu zəmində, məhsulun və xidmətlərin tərəqqisini, onların uzunömürlülüyünü nəzərdən keçirmək lazımdır. Həyata keçirilən analiz və optimallaşdırmalar sübut edir ki, dəyərləndirilən hər bir element və mövcud texnologiyaların tərəqqisi ətraf mühitin təsirinin minimallaşdırılması və təbii ehtiyatların məhsuldarlığının 2-4 dəfə artması ilə nəticələnmişdir. Bu cür yanaşma isə davamlı inkişaf nəzəriyyəsinin həyata keçirilməsi yolunda yeni perspektivlər açır.
Davamlı inkişaf nəzəriyyəsinin həyata keçirilməsi istiqamətində formalaşmış strategiya bir-biri ilə sıx şəkildə bağlı olan 3 hissədən ibarətdir:
- Ehtiyatlardan istifadənin effektivliyinin inkişafının davam etdirilməsi;
- Təbii dövriyyə ilə davamlı və zəncirvarı surətdə əlaqələrin formalaşması üçün sənaye, iqtisadi və ictimai proseslərin yenidən qurulması;
- Əhalinin həyat tərzinin, təbii sərvətlərin yeni mənasının, zənginlikdən qənaətə doğru gedən və formalaşan prosesin tədris edilməsi;
Texnologiyanın perspektivində sistemlərin və proseslərin mürəkkəbliyinin dəqiq təsvir və ifadəsinin müəyyən edilməsi dayanır. Bu cür mürəkkəbliyin xarakteristikası isə 4 kateqoriyaya bölünə bilər:
- Sistemlərin sistemləri – Sistemlərdə yarım-sistemlər və yarım yarım-sistemlər yerləşir.
- Tərəqqi edən davranış – Yüksək səviyyəli davranış bir sıra aşağı səviyyəli davranışların nəticəsidir.
- Uyğunlaşma – Ehtiyaca əsasən dəyişməsidir.
- Qarşılıqlı əlaqə – Sistemin əsas hissələrinin xüsusiyyətlərini xəbər verə bilmir
Texnologiyanın klassik ifadəsi elmi və riyazi prinsiplərin dizayn, manufaktura, effektiv və iqtisadi strukturların əməliyyatı, maşın, proses və sistemlər kimi təcrübi vasitələrə müraciətindən ibarətdir və bu da özlüyündə sözügedən mürəkkəblik üçün əlverişli sayıla bilməz. Bəşəriyyətin cari inkişafı zəminində ehtiyacın mürəkkəbliyi intizamlı şəkildə texnikanın bütün sxemlərinə yanaşmanı nəzərdə tutur.
Bu cür yanaşma Bütöv Texnika adlanır ki, burada effektiv sistemlərin yaradılması istiqamətində elm və incəsənətin bütün sistemlərin və bütün həyat prinsiplərinin istifadəsi nəzərdə tutulur. Tam texnikanın ən əsas alətləri isə inkişafda olan çox ölçülü modellərdir.
Çox ölçülü və ya “çox çəkili” modellərlə yanaşı, çox fenomenal və ya “çox fiziki” modellər də xammal elmi, nanoelektronika, ekoloji rekonstruksiya, atom silahlanması və biotexnologiyanın fəaliyyətinin dayandırılması kimi bir çox sahələrin tədqiqini ehtiva edir.
Çox ölçülü modellərə yanaşma (ÇMY) aşağıdakı kateqoriyalara uyğun olaraq, qruplaşdırıla bilər:
- Parametrlərin keçidi ilə ÇMY – bu kateqoriya iki və daha artıq modelin müxtəlif ölçüdə çuğlaşması və əldə olunan parametrin digər modellər üçün əsas daxil edilən materiala çevrilməsini nəzərdə tutur;
- Eyni vaxtda həll edilmiş çox ölçülü modellərlə ÇMY (yəni uyğun gələn texnikada istifadə edilən) – bu zaman sözügedən kateqoriya bir-birinə daha çox təsir edən və materialların mübadiləsi protokolları ilə eyni vaxtda stimulyasiyaya ehtiyac duyan modelləri birləşdirir;
- Vahid şəkildə birləşmiş ÇMY – müxtəlif ölçüdə çuğlaşmış hissələrin vahid konfiqurasiyada işlənməsini özündə ehtiva edən riyazi planın istifadəsini nəzərdə tutur;
Ümumiyyətlə, tam texnika özlüyündə bir yenilikdir. Ənənəvi mənada yenilik “əhəmiyyətli dərəcədə tərəqqi etmiş məhsulun (əmtəə və ya xidmətin), prosesin, yeni bazar metodunun, biznes təcrübələrində, iş yeri və təşkilatlarda, yaxud da xarici əlaqələrdə yeni təşkilati üsulların həyata keçirilməsidir”. Bu cür tərif neytral olmaqla yanaşı, dəyişikliyin istiqamətini və ya məzmununu təyin edə bilmir.
“Ətraf mühitin yenilənməsi” və yaxud da qısaca olaraq, “eko-yenilənmə” təbiətin və ətraf mühitin daha az zərər görməsini özündə ehtiva edən yeniliklərə əsaslanır.
“Eko-yenilənmə” yeni və rəqabətə malik ola biləcək əmtəə məhsullarının, proses, sistem və xidmətlərin, habelə prosedurların formalaşdırılması nəticəsində insanların ehtiyaclarının ödənməsini, həyat səviyyəsinin keyfiyyətinin artırılmasını, təbii sərvətlərdən daha az istifadə edilməklə, toksik tərkibli maddələrin minimal səviyyədə yer səthinə yayılmasını nəzərdə tutur.
Qara Dəniz Universitetləri şəbəkəsi çərçivəsində davamlılığın aspektləri mütəmadi olaraq müzakirə edilir. 2011-ci ildən bəri Qara Dəniz Universitetləri şəbəkəsi BMT “Elmi Töhfə”sinin davamlılıqla bağlı Mərkəzinin əlaqələndiricisi qismində fəaliyyət göstərir. Bizim vəzifəmiz davamlılığın tərəqqisi naminə bu məlumatların və birliyin Universitetlərdən digər ortaqlara və əməkdaşlara ötürülməsindən ibarətdir. Bu məqsədlə,www.unaisustainability.org adlı universal portal yaradılmışdır ki, buraya həm sadə vətəndaşlar, həm də təşkilatlar daxil olaraq, müxtəlif məlumatlar əldə edə, layihələrdə iştirak edə və təcrübələri ilə bölüşə bilərlər. Layihələrin seçimi isə Rumıniyanın Konstanza şəhərində, 16-19 Mart, 2011-ci il tarixlərində BMT ET çərçivəsində “Davamlı İnkişaf naminə Təhsil və İdarəçilik” adlı konfransda həyata keçirilmişdir.
Layihənin siyahısı isə aşağıdakı kimidir:
- Davamlı İnkişaf və İdarəçiliklə bağlı magistr və doktorant proqramları – “KPİ” Ukrayna Milli Texniki Universiteti tərəfindən əlaqələndirilmişdir;
- Yüksək səviyyəli hesablama nümayişi və dumandan təmizlənmə üzrə əməkdaşlıq şəbəkəsi – “MİSİS” Milli Elm və Texnologiya Universiteti tərəfindən əlaqələndirilmişdir;
- Gələcəyin təchizat xətti üçün yaşıllığın nəqli və maddi-texniki təchizat – Tirana Politexnik Universiteti tərəfindən əlaqələndirilmişdir;
- Yaşıl iqtisadiyyatın tərəqqisi naminə bilik üçbucağı – Afina Milli və Kapodistriya Universiteti tərəfindən əlaqələndirilmişdir;
- Karbonsuzlaşdırılmış enerji texnologiyası üçün Co2-nin tutulması və məhdudlaşdırılması üsulları – Bakı Dövlət Universiteti tərəfindən əlaqələndirilmişdir;
- Su ehtiyatlarının idarəsi-Belqrad Universiteti tərəfindən əlaqələndirilmişdir;
- Yeniləşdirilmiş enerji resurslarının idarəsi – “Ovidius” Konstanza Universiteti tərəfindən əlaqələndirilmişdir;
- Dunay, Dunay hövzəsi və Qara dəniz Makro Sistemləri üzrə yeniliklərin öyrənilməsi Mərkəzi – GeoEcoMar tərəfindən əlaqələndirilmişdir;
- Qlobal Təşəbbüs Treyninqi – Handonq Qlobal Universiteti tərəfindən əlaqələndirilmişdir;
- Davamlı Tərəqqi naminə Nano və Mikrotexnologiya – “MİSİS” Milli Elm və Texnologiya Universiteti tərəfindən əlaqələndirilmişdir;
- BMT ET Gənclik Əməkdaşlığı Mərkəzi – İstanbul Texniki Universiteti tərəfindən əlaqələndirilmişdir;
Davamlı iqtisadiyyatın və ya “Yaşıl iqtisadiyyat”ın həyata keçirilməsi üçün nizamların və planların əhatəsindən çıxaraq, yenilik etməyi bacaran bir mühəndisə ehtiyac duyulur. Bu cür cəhdi yerinə yetirmək üçün təhsildə fundamental dəyişikliklər həyata keçirilməlidir və önəmli qərarları qəbul edən şəxslər aşağıdakı məsələləri həll etməlidirlər:
- Dünyamızın davamlı inkişafı naminə Universitetlərin təhsil, tədqiqat, siyasət, əhali arasında informasiya mübadiləsi, ətraf mühitlə bağlı məsələlərə müraciət etməsinə təşəbbüs göstərməsi;
- Universitetlərin fakültələrini ətraf mühitlə bağlı maariflənmənin bakalavr, magistr və ali məktəb tələbələrinə çatdırılmasına sövq etməsi;
- Universitetlərin ətraf mühitlə bağlı idarəçilik, davamlı iqtisadi inkişaf, əhali, sahilyanı ərazilərin birgə idarəsi, eko-yenilənmə, bütöv texnika və bununla bağlı sahələrin tədqiqi istiqamətində təşəbbüslərə dəstək verilməsi və bütün Universitet məzunlarının savadlı və məsuliyyətli vətəndaşlar olmasına cəhd edilməsi.
Professor R.Ə.Həsənov, Bakı Dövlət Universiteti
Qloballaşma və müasir biotexnologiya
Mövcud iqtisadi təlatümdə təkcə davam gətirmək deyil, həm də irəliləmək üçün innovasiya elmi qloballaşmanın hansı üstünlüklərindən istifadə edə bilər. Bu gün diqqəti qloballaşmanın, çox güman ki, elmi bilik formasını almış və sosial inkişafa müsbət təsir göstərən tərəflərinə yönəltmək lazımdır. Texnologiya, xüsusilə də informasiya texnologiyaları sahəsindəki inkişaf insanın zaman və məkan daxilində əhatə imkanlarını dəyişdirdi. Müasir kommunikasiya əsasında son 30-50 il müddətində dünyanın fasiləsiz “sıxlaşması”, “vahid cəmiyyətin” yaranmasına səbəb olmuşdur. Belə ki, insan və təbiət arasındakı qarşıdurma ekoloji və texnoloji qəzalar ilə nəticələnən , artıq bu gün böyüməkdə olan bir münaqişəyə çevrilmişdir. Ekoloji texnologiyalar və ekoloji alternativ energetika- bunlar kreativ effekt, davamlı inkişaf və milli rəqabət potensialını təmin edən yenilik sahələridir.
Bu məsələyə gələcək 10 illiklər ərzində biotexnologiya və bioenergetika təmayülü nöqteyi-nəzərindən baxaq. İqlimin dəyişməsi ətraf mühitə minimal təsir göstərən bərpaolunan mənbə əsasında davamlı enerji sisteminin yaradılmasını labüd edir. Digər vacib məsələlərdən biri də cəmiyyətin enerji təminatıdır. Yerin səthinə il ərzində küllü miqdarda enerji düşür. Əsas məsələ günəş enerjisinin hansı sadə və effektiv yollarla istilik, elektrik və yanacaq kimi yararlı formaya transformasiya edilə bilməsidir. Qış mövsümü və gecə vaxtlarında Yerin səthinə düşən günəş enerjisi az olur. Ona görə də enerjinin müvafiq daşıyıcıda toplanma sisteminə ehtiyac duyulur. Qaz halında olan hidrogen bir çox digər enerji daşıyıcılarından biridir. İstifadə zamanı CO2 –nın ətraf mühitə emissiya etməməsi onun əsas üstünlüyüdür. Lakin onu müasir metodla almaq üçün digər yanacağın yandırılması lazımdır. Hidrogenin enerji baxımından effektiv və çirkləndiricilərdən azad yollarla alınması, onu davamlı və bərpaolunan enerji sistemi üçün maraqlı enerji daşıyıcılarından biri edəcək.
Günəş enerjisinin təsirindən sudan elektronların çıxarılması və hidrogenin ayrılması yolu ilə yaşıl bitkilərdə gedən fotosintez prossesinin müəyyən mərhələlərinin immitasiyasına əsaslanan süni fotosintez, dünyanın bir çox ixtisaslaşmış elmi konsorsiumları ilə intensiv araşdırılır.
Nəyə görə hidrogen yaxın gələcəkdə enerji daşıyıcısı ola bilər? Məlumdur ki, Enerji üzrə Beynəlxalq Agentlik artıq 2020-ci ildən hidrogenin enerji daşıyıcısı kimi bazara çıxarmağı proqnozlaşdırır. Bu ancaq hidrogenin ucuz və ətraf mühitə zərər verməyən mənbədən alınması mümkün olduqda həyata keçirilə bilər. Beləliklə yaşıl bitkiyə oxşar sistemdə günəş işığının təsiri ilə hidrogenin sudan alınması- bu davamlı və yeniləşən enerji daşıyıcısının alınma yoludur.
• Kreativ effekt. Yuxarıda qeyd edildiyi kimi, təbii fotosintezin müəyyən mərhələlərini immitasiya edən proseslər əsasında alternativ yeniləşən enerji yaradılmasına yanaşma gələcəyin ekoloji təmiz enerji yaradılması yolunda bir yüksəlişdir.
• Davamlı inkişaf. Süni fotosintezin yaranması məsələsinin uğurlu həlli gələcək nəslə, təbiətə ziyan vurmayan savadlı enerji təminatı və enerji istifadəsi sistemlərini bəxş edəcək. Belə olduqda, gələcək nəsil AES-lərdə baş verən qəzalar və neftin ətrafa yayılması zamanı meydana çıxan fəlakətlərlə rastlaşmayacaq.
• Milli rəqabət potensialı. Bu incə məqam, bir tərəfdən qabaqcıl ölkələr tərəfindən inkişafda olan və elmi potensiala malik ölkələrə investisiyaların yatırılması, zəngin enerji resursları olan ölkəmizin gəlirlərinin elmi innovasiyalara ayrılması, digər tərəfdən isə dünyanın müxtəlif yerlərində (Yaponiya, Skandinaviya, Avropa, ABŞ) biofizika, biokimya və molekulyar biologiya sahəsində xaricdə çalışan mütəxəssislərimizin süni fotosintez problemlərini araşdıran elmi konsorsiumlar ilə ənənəvi sıx əməkdaşlıq etməsi və ən əsası, ölkəmizdə fotosintez sahəsində yaranmış məktəbimizin mövcudluğu ilə şərtlənəcək.
Professor S.İsmət Şah, Delaver Universiteti
Gələcək Enerji Alternativləri
Dünyada faydalı qazıntı və yanacaq ehtiyatlarından sonra həyati əhəmiyyətli olduqca az alternativ enerji mənbələri mövcuddur ki, bunların da çoxu müəyyən mənada günəşlə əlaqədardır. Mənim məruzəm qısaca olaraq nanotexnologiyanın bizim gələcək enerjimizi necə formalaşdıracağını nəzərdən keçirməklə, aşağıdakı məsələləri əhatə edəcəkdir:
a) Cari enerji mənbələrinə və onların gələcəyinə baxış;
b) Gələcəyin enerji seçimləri, xüsusən də fotoqalvanizm;
c) Gələcək üçün fotoqalvanizmin yerinə yetirilmə mümkünlüyü;
d) Material və ehtiyatların qiymətləndirilməsi;
e) Yaxınlaşan enerji böhranının həllinə nail olunması;
Bir sıra konfransların, tədqiq edilmiş materialların və dərc olunmuş məqalələrin təhlilindən sonra belə bir qənaətə gəlmək olar ki, yaxınlaşan enerji böhranı ilə bağlı müzakirələrə nəhayət ki, təkan verilmişdir. Bununla belə, biz hələ də verilməli olan düzgün sualı tapa bilməmişik. 2008-ci ildə dünya 15 teravatt dəyərində enerji istehlak etmişdir (1). Neft, kömür və qaz ehtiyatları bir çox nüvə və yenilənmiş enerji mənbələrinə istehlak cədvəlində yalnız səs-küy yaratmağa imkan verir. Ənənəvi sual isə ondan ibarətdir ki, biz yenilənmiş enerji ehtiyatları vasitəsilə 15 teravattlıq enerjiyə bərabər enerjini necə istehsal edəcəyik?! Diaqramlar isə sadəcə olaraq, insanları inandırmağa çalışır ki, Yer kürəsində kifayət qədər günəş enerjisi ehtiyatı mövcuddur və yeganə problem bu enerjini faydalı elektrik və istilik enerjisinə çevirməkdən ibarətdir. Bu yanaşma tamamilə yanlışdır. Belə ki, bir çox analitiklər qeyd etmişlər ki, bir çox xalqlar, məsələn alman xalqı yenilənmiş enerji ehtiyatlarına malikdir, lakin cari istehlak cədvəlini nəzərdən keçirdikdə aydınlıqla görmək olar ki, Almaniya üçün mümkün olan bütün yenilənmiş enerji ehtiyatları bu ölkənin enerji tələbatının yalnız 40 %-ni ödəyir. Bəs, qalan enerji mənbəyi haradan gələcək?! Bu ehtiyatları harada və necə tapmaq olar?! Bu çox texnoloji yanaşmadır və burada mütləq bir cavab olmalıdır. Texnologiya ən azı 200 ildir ki, istər bizim qidaya ehtiyacımız olanda, istər kosmosu tədqiq edəndə, istərsə də, silahlanma və s. zamanı bizə bələdçilik edir. Onda niyə cari enerji böhranının həllində texnologiya bizə yardım edə bilməsin?! Onu da qeyd edək ki, elmdə qeyri-texnoloji vasitələrdənsə, daha çox texnologiyanın həlli yollarına etimad göstərilir. Belə ki, elə sahələr vardır ki, onları texnologiya və texnoloqlardan başqa heç bir alternativ vasitə dərk etməyə qadir deyildir.
Heç kəs cəngəlliklərə qayıtmağı təbliğ etmir. Texnologiya həll yoludur, lakin yeganə həll vasitəsi deyildir. Beləlliklə də, biz texnologiya ilə yanaşı, aşağıdakı məsələləri də nəzərdən keçirməliyik:
- Cari proseslərin fəaliyyəti və yüksək effektivliyi;
- Yenilənmiş enerjinin hazırlanması və yığılması üçün yeni planlar;
- Artıq xərcləri azaltmaq və s.;
Lakin biz daha da dərinə getməliyik. Belə ki, insani davranışlar və həyat səviyyəsi dəyişməyə məhkum olduğu kimi, yeni yaşayış paradiqmaları da təcrübədən keçirilməlidir. Bu təcrübələr özlüyündə texnoloji yeniliklərin dəstəklənməsinə köməklik göstərəcək, çünki əks halda bunlarsız biz həmişə qarmaqda olacağıq.
Gələcək nəsil elektrik enerjisinin günəş enerjisindən alınması istiqamətində aparılan cari texnoloji təcrübələr üçün hədd mövcuddur. Alimlər artıq cari texnologiyadan daha sanballı olan fotoqlavanizm texnologiyasından birinci faza üçün istifadə edilməli olması haqqında müzakirələrə başlamışlar. Onlar hətta buradan fotoqalvanizm texnologiyasının ikinci və üçüncü fazasına keçidi də nəzərdə tutmuşlar. Si qovşağı adlanan və transformasiya effektivliyinə malik olan hədd “Şokley-Quisser” həddi kimi tanınır. Sözügedən hədd bu fakta əsaslanır ki, tək qovşaq və tək günəş sxemi üçün müxtəlif mexanizmlər mövcuddur. Birincisi, əgər işıq dalğasının uzunluğu materialın lent hissələrindən az olarsa, (burada Si) işıq tamamilə absorbsiya edilməyəcəkdir. Əgər işıq dalğasının uzunluğu bərabərdirsə, elektronlar ayrılacaq, lakin tezliklə onların böyük əksəriyyəti yenidən birləşəcəkdir. Üçüncüsü, əgər sözügedən işığın enerjisi materialın lent hissəciklərindən dəfələrlə yüksək olarsa, o zaman elektron lentin elektrik keçirmə qabiliyyətindən/xassəsindən dəfələrlə yüksəyə qalxacaqdır. Bu, qeyri-stabil vəziyyətdir. Belə ki, bu zaman elektron lentin istilik keçirmə xassəsini termallaşdıracaq. Buradan çıxan enerji isə istilik qismində sərf ediləcək. Qeyd olunan bu mülahizələr günəş sxemi və yeganə qovşaq üçün 30%-ə yaxın transformasiya effektivliyinə malik olan həddi təqdim edir.
Sxemə əsasən, ikinci faza “Şokley-Quisser” modelinin effektivliyin artırılması istiqamətində istifadəsini nəzərdə tutur. Belə ki, bu nümunədə tək qovşaq həddinə son qoyulur. Beləliklə də, müxtəlif materialların çoxsaylı qovşaqlarını lent hissəciklərinin enerjiləri ilə dəyişməklə və yeniləməklə daha yüksək effektivlik əldə etmək mümkündür. Nəzəri cəhətdən bunun sayəsində effektivlik tək qovşaqlılarda 30 %-dən sonsuz sayda qovşaqlarda 68 %-ə qədər qalxa bilər. Bu baxımdan, əgər günəş işığının illüminasiyasına nəzərlər cəmlənsə, sonsuz sayda qovşaqların effektivliyi 90 %-ə çatacaq. Beləliklə, elmdə sxemlərin tandemi və yaxud çoxsaylı qovşaq sxemləri kimi tanınan müxtəlif planlar mövcuddur ki, bunlar da sxemin effektivliyinin təxminən 50 % olduğunu müəyyənləşdirir.
Yüksək effektivliyə digər yanaşma sxemlərin tandemi ilə bağlı olsa da, əks qaydada işləyir. Burada müxtəlif materialların tək qovşaqlı sxemlərini müxtəlif dalğa uzunluqları ilə absorbsiya etmək əvəzinə, işıq özü süzülərək təmizlənir. Bu işıq lent hissəcikləri ilə qarşılaşdığında daha effektiv absorbsiya edilir. Əvvəlcədən qeyd olunan qaynar elektron da faydalı şəkildə istifadə edilə bilər. Belə ki, lentin istilik keçirmə qabiliyyətində mövcud olan qaynar elektronlar termallaşarkən enerji buraxır. Əgər bu enerji digər elektronla qarşılaşdırılma istiqamətində istifadə edilsəydi, onda biz iki elektronun ayrılması nəticəsində bir foton absorbsiyasının şahidi olardıq. Lakin, əlbəttə ki, bu, mümkün olan bir şey deyil, çünki, termallaşdırılmış enerji heç zaman lent hissəciklərinin enerjisinə bərabər ola bilməz; bununla belə, sözügedən hadisə yalnız yüksək təzyiq səbəbi ilə yeni enerjilərin yaranması nəticəsində baş verə bilər. Termallaşdırılmış enerji bu səviyyələrdə elektronların ayrılmasına səbəb ola bilər və nəzəri cəhətdən bir fotondan yüzlərlə elektron əldə etmək olar.
“Şokley-Quisser” həddinin istifadə edilməsi ilə bağlı bir sıra digər nanotexnoloji sxemlər də mövcuddur, lakin texnoloji cəhətdən onları artırmaq və inkişaf etdirmək çox çətindir. Faktiki olaraq, laboratoriya səviyyəsində yalnız çoxsaylı qovşaq elementləri təcrübədən keçirilmiş, qalanları isə yalnız nəzəriyyədə qalmışdır.
Daha etibarlı və anlamlı element sxemlərindən ikisi isə nanomateriallara əsaslanır. Onlardan biri rəngli, işığa həssas günəş elementləri (DSSC) adlanır və bu zaman foton absorbsiya edilir, elektron isə ayrılaraq nanomatrisə, TiO2-yə çevrilir. Sonradan, sözügedən elektron özünə uyğun olan elektroda yaxınlaşır. Bu texnologiyada boyaqlar zəif olduğundan, əsas diqqət daha möhkəm və stabil alternativlərin aşkarlanmasına yönəlir. “Ge” və “CdS” kimi nano elemntlər bu istiqamətdə uğurla istifadə edilir. Artıq 10 ildir ki, bu effektivlikdəki artım 10 % ətrafındadır.
Digər sxem isə, effektivliyi müasir dövrümüzdə 10 %-dən az olan təbii günəş elementləridir (OSC). DSSC kimi OSC də işığın absorbsiyasında təbii materiallara əsaslanır. Beləliklə, burada ayrılmış elektron cütlüklər parçalanır. Qeyri-üzvi materallarda konstanta (sabit kəmiyyət) səbəbilə elektronlar effektivliklə izolyasiya olunurlar ki, burada elektron cütlükləri birləşdirən enerji çox az olur. Buna görə də, p-n qovşağının formalaşması nəticəsində ayrılmış sahə elektron cütlükləri birləşdirən enerjiyə üstün gəlməkdə çətinliklə üzləşmir. Polimerlər isə aşağı sabitliyə malik olduqlarından onlarda elektronların parçalanması üçün əlavə sahəyə ehtiyac duyulur. Bu sahə əsasən qeyri-orijinal vasitələrdən təmin edilir. Bu zaman elektron götürülərək özünə uyğun gələn elektrodun yanına göndərilir. Hal-hazırda bu sxemlərin stabilliyi ilə bağlı məsələlər daha aktual olduğundan alimlər nəzərlərini sözügüdən problemin həllinə yönəltmişlər.
Nəticədə, bütün bunlardan belə bir qənaətə gəlmək olar ki, texnologiya, xüsusilə də nanotexnologiya faydalı qazıntıların və yanacaq ehtiyatlarının tükənməsi nəticəsində yaranmış boşluğu doldurmaq üçün həll yolları tapmaqdadır. Bununla belə, sözügedən həll yolları boşluğun yalnız müəyyən bir hissəsini doldura bilər. Qalan hissə isə bizim həyat səviyyəmizin dəyişməsindən, 60 %-dək daha az yanacaq işlətməyə uyğunlaşmamızdan asılıdır.
Professor Mina Hacıyeva, Bakı Dövlət Universiteti
İctimai inkişafda yeni texnologiyaların rolu
Dünya sivilizasiyası İnsan təfəkkürünün nailiyyətinə çevrilən qlobal mədəniyyət yaradır. Varlığın bütün sistemləri gəlir və keçir və onların hər birindən təfəkkür mədəniyyətində və həyatda müəyyən bilgilər qalır. Qlobal mədəniyyətdə müxtəlif dövrlərin və yer üzündə yaşayan müxtəlif xalqların nailiyyətləri bir-biri ilə çulğalaşır. Ona görə də, ayrı-ayrı tarixi dövrlərdə yaşayan insanlar elmi fikir və maddi nemətlərin istehsalı praktikası da daxil olmaqla, müxtəlif fəaliyyət sahələrində həm dəqiq, həm də humanitar sahədə yaradıcı əməklə məşğul olurlar. Hər şeyin başlanğıcında yaradıcı İnsan dayanır.
Bizim dediklərimiz abstrakt mülahizələr yox, insan həyatının tarixi təcrübəsidir. Bunun üçün məsələn, Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə keçirilən indiki Forum kimi möhtəşəm hadisələrin baş tutması son dərəcə vacibdir. Eyni zamanda, ölkələrimizin rəhbərliyi tərəfindən həyata keçirilən beynəlxalq elmi, yaradıcılıq, idman və insanın rifahı naminə indiyə kimi əldə edilmiş ən yeni texnologiyaların müzakirə edildiyi bir sıra digər dünyanın bir çox xalqlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşlər həm bizim xalqın, həm də dünyanın başqa xalqlarının təkcə dəqiq elmlər sahəsində deyil, insan fəaliyyətinin digər sferalarında da intensiv inkişaf üçün stimul rolunu oynayıb. Yeni texnologiyaların tətbiqi və onlardan istifadə edilməsi üçün ölkənin böyük olması vacib şərt deyildir. Burada əsas amil buna səylərin və potensialın olmasıdır ki, bu da müasir Azərbaycanda müşahidə edilməkdədir.
Məlum olduğu kimi, yeni texnologiyalar, yeni elmi tədqiqatlar, alimin fikri ilə bərabər cəmiyyətdə onların tətbiqi ilə əlamətdardır ki, bu da külli miqdarda material sərfini tələb edir. Ciddi addımlardan biri böyük dəyəri olan avadanlığın əldə edilməsi olmuşdur. Bunun nəticəsində Bakı Dövlət Universitetinin kimya fakültəsində yeni texnoloji araşdırmaların tətbiqi üçün yeni imkanlar açılmışdır. Azərbaycanda nanotexnologiyaların banilərindən biri akademik Abel Məhərrəmovdur. Bu istiqamətdə fundamental elmi araşdırmalar aparılmış və ciddi nəticələr əldə edilmişdir.
Müasir cəmiyyətdə sosial texnologiyalar xüsusi maraq doğurur. Onların arasında Human-Resurs-texnologiyası, sosial menecment texnologiyası, “Assessement sentr” texnologiyası, HR-menecment texnologiyası və korporativ informasiya şəbəkələri texnologiyasını misal gətirmək olar. Sosial sferada yeni texnologiyaların çoxluğuna baxmayaraq, hər şeydən öncə İNSAN özünə böyük diqqətin olmasına möhtacdır.
Yeni texnologiyalardan bəhs etdikdə, aydındır ki, onlar insan fəaliyyətinin bütün sahələrinə aiddir. Cəmiyyətin mənəvi sahəsindən bir nümunə gətirmək istərdim. Dahi Üzeyir Hacıbəyov Azərbaycanda professional musiqiyə yeni texnologiyalar gətirdi və böyük əziyyətlər hesabına, onları təhsil sisteminə tətbiq etməklə bununla ictimai şüuru kardinal şəkildə dəyişdirdi. Qara Qarayev XX əsrin ortalarında bəstəkar yaradıcılığının yeni texnologiyaları sahəsində inanılmaz sıçrayış etdi. O, bədii təfəkkürün fəlsəfi-estetik sərhədlərini genişləndirdi. Unikal düha kimi o, milli musiqi mədəniyyətini Arnold Şenberqin 12 tonlu sistemi ilə birləşdirməyə nail oldu. Bu halda, o, ümumdünya mədəniyyətində öz dövrünün şah əsərləri kimi tanınan və qəbul edilən “Yeddi gözəl” və “İldırımlı yollarla”, “Üçüncü simfoniya” və skripka üçün konserti kimi şedevrlər yaratmaqla böyük bir missiyanı yerinə yetirdi.
Bizə məlumdur ki, insan düşüncəsi quru bir həqiqət deyildir. Qara Qarayevin ardıcılları – Arif Məlikov və bir sıra digər bəstəkarlar bütün dünyada tanınan əsərlər yaratdılar. Bu isə faktiki olaraq, milli düşüncənin dünya səviyyəsinə çıxması anlamına gəlir.
Bu məqamda biz ictimai təfəkkürün elm, sosial sfera və mənəvi aləm kimi üç sahəsindən nümunələr gətirdik. Bu isə o deməkdir ki, XXI əsrin əvvəlləri özünün yeni texnoloji tətbiqini insan fəaliyyətinin müxtəlif sahələrində tapmışdır. Bununla belə, istənilən texnologiya birbaşa təhsil prosesi ilə sıx bağlıdır. Gənclərin yeni nailiyyətlərə can atması, biliklərin sərhədlərinin genişlənməsi təbii olaraq təhsil sferasında gerçəkləşir. Bu məqamda hesabatımızın əvvəlinə qayıtmalı və idrak mədəniyyəti və qloballaşma haqqında düşüncələri əsaslandırmalı olacağıq. İdrak mədəniyyəti olmadan insanın mənəvi aləminin intellektuallaşdırılması mümkün deyildir. Bu məqamlar bilik əldə edilməsi prosesində qarşılıqlı əlaqədə olan faktorlardır. Bu günün dünyası maraqlar dünyasını idrak mədəniyyəti dünyası ilə birləşdirən yeni texnologiyalar üçün açıqdır. Bizim alimlər, müxtəlif sahələrin, yaradıcı ziyalıların və idmanın nümayəndələri dünya məkanında qlobal səviyyədə gedən inkişafa öz töhfələrini verirlər.
Hesab edirəm ki, indiki möhtəşəm hadisələr Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Ümumdünya cəmiyyətinin harmonik inkişafı məhz bu faktorla müəyyənləşir.
Eyyubov K.Y., Bakı Dövlət Universiteti
İnformasiya texnologiyalarının əmək bazarına təsiri
Hörmətli həmkarlarım, görkəmli elm xadimləri, fəxri professorlar və dəyərli tələbələr!
Biz paytaxtımız Bakı şəhərində iki dolğun elmi müzakirə günü keçirdik. Bu beynəlxalq forumda biz elmin müxtəlif aspektlərini müzakirə etdik. Müzakirələrin də əsas mövzusu “human” (insan) olmuşdur. Bu forumda iştirak etmək və humanitar məsələlər üzrə fikirlərimi sizinlə bölüşmək mənim üçün böyük şərəfdir. Müzakirə etmək istədiyim mövzu insan həyatının spesifik sahəsi kimi görünsə də, hesab edirəm ki, bizi birləşdirdiyi üçün çox aktualdır.
2008-ci ilin maliyyə böhranı dünyanın bir çox yerində məşğulluq problemini yenidən aktuallaşdırdı. Bu böhranın sonunda bir çox ölkələr daha kəskin formada işsizlik problemi və əhalinin yeni iş imkanları tapa bilməməsi ilə üzləşdi. Nəticədə əmək bazarında mövcud olan problemlər iqtisadi tədqiqatların əsas obyekti oldu. İcazənizlə, istərdim ki, dünyadakı işsizlik probleminin həll olunmasında öz təkliflərimi irəli sürməzdən əvvəl əmək bazarının qısa tarixi xülasəsini sizə təqdim edim və eyni zamanda, diqqətinizi informasiya texnologiyalarının əmək bazarına təsirinə cəlb edim.
İkinci Dünya müharibəsindən sonra informasiya texnologiyaları əmək bazarının strukturunu, xüsusilə iş yeri axtarışını əhəmiyyətli dərəcədə dəyişdi. Əgər XX əsrin birinci yarısında əmək bazarında fiziki iştirak vacib idisə, əsrin ikinci yarısından etibarən iş axtarışı virtual yollarla mümkün olmuşdur. İnternet, kompyuterlər, mobil şəbəkələr və onlayn-resurslar “iş axtarışı” anlayışını dəyişdirdi. Onlayn iş təklifləri əmək bazarlarının təhlili üçün yeni imkanlar yaratmışdır. İş fəaliyyəti ilə məşğul olan insanlar internet resurslarının köməyi ilə yeni iş yerləri tapmaq imkanı əldə etmişlər.
Eyni zamanda, qeyd etmək lazımdır ki, işə götürənlər də potensial əməkdaşların axtarışı zamanı informasiya texnologiyalarından istifadə etməyə başlamışlar. Yuxarıda göstərilən irəliləyişlərin nəticəsində işə götürənlər vaxta qənaət etməklə yanaşı, daha ixtisaslı kadrlar tapmağa müvəffəq oldular.
İnformasiya texnologiyalarının inkişafı hesablama, kompyuter texnologiyası, internet, internet resursları, veb dizayn və digər texnologiya sahələrində də iş yerlərinin yaradılmasına təkan verdi. Eyni zamanda, maliyyə qurumları, bank sektoru, elektron hökumət layihələri və digər iqtisadi sektorlar bu inkişafdan faydalandılar.
Azərbaycan iqtisadiyyatı da öz növbəsində bu inkişafdan bəhrələnmiş və öz iqtisadiyyatının elektron formata keçirilməsində mühüm addımlar atmışdır. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin sərəncamları bu irəliləyişə böyük təkan verdi. Buna əlavə olaraq bildirmək istərdim ki, bir çox özəl şirkətlər öz veb səhifələrində iş yerləri təkliflərini elan etməyə başlamışlar. Bundan başqa, iş təklifi verən müəssisələr və iş axtaran şəxsləri bir yerə toplayan xüsusi veb səhifələr də yaranmışdır.
İnformasiya texnologiyalarının əmək bazarına tarixi təsiri mənə işsizlik probleminin azaldılması istiqamətində yeni yanaşma fikrini vermişdir. Mən bununla bağlı fikirlərimi sizinlə bölüşəcəyəm və siz mənim təklifimin mahiyyətini anlayacaqsınız. İcazə verin, diqqətinizi mühüm bir problem olan dünya əhalisinin artımına yönəldim.
Son yüz il ərzində dünya əhalisi böyük sürətlə artmışdır. Bu artım 1-2% arasında müşahidə olunub. 2009-cu ildə artımın ildə bir faizə qədər azalmasına baxmayaraq, həmin rəqəm çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, bu ayın sonuna dünyadakı insanların sayı 7 milyarda çatacaq, bu, hər il əhalinin 70 milyon artması deməkdir. Təsəvvür edin ki, hər il Türkiyə əhalisinin sayı qədər əhali artacaq. Mən bu problemin yaradacağı qidalanma, siyasi və ya ekoloji problemlərə nəzər salmayacağam. Mən sizin diqqətinizi əmək məsələsinə yönəltmək istərdim.
Yer kürəsi əhalisinin 70 milyonluq artımı əlavə olaraq 30-35 milyon işçi qüvvəsi deməkdir. Bu nəticə dünya əmək bazarına böyük təsir göstərəcək. Köhnə biznes mexanizmləri ilə 35 milyon yeni iş yerinin yaradılması mümkün olmayacaq. Bu metodları genişləndirmək və yeni iş yerlərinin yaradılmasında müasir informasiya texnologiyalarından istifadə etmək lazımdır.
Biz artıq ənənəvi üsullardan yeni iş yerlərinin yaradılmasında səmərəli şəkildə istifadə edə bilmərik. Təbii ki, bizə həmişə bitkilər yetişdirmək üçün əkin sahələri, binalar tikmək üçün inşaatçılar və ya bizim siyasi fikirlərimizi təmsil etmək üçün siyasətçilər lazım olacaqdır. Artıq qeyri-ənənəvi işlərə üstünlük verməyin vaxtı çatıb. İnformasiya texnologiyalarının ənənəvi iş formalarına əlavə edilməsi çox önəmlidir. Vakant iş yerləri haqqında virtual reklamlar əmək bazarının əsas diqqət mərkəzinə çevrilməlidir. Hökumət özəl sektorla birlikdə bu məsələ üzərində çalışmalıdır. Əmək qüvvəsinin məlumat bazasının yaradılması bu işdə maraqlı olan tərəflər üçün lazımi əməkdaş və ən yaxşı iş yeri təklif edən sahibkar tapmaqda faydalı ola bilər. Bundan əlavə, informasiya texnologiyalarının inkişafı öz növbəsində yeni əmək imkanları yaradacaq.
Biz alimlərin qarşısında çox vacib vəzifələr durur. Apardığımız tədqiqatlar, etdiyimiz ixtiralar, yürütdüyümüz fikirlər və təklif etdiyimiz ideyalar texnologiyaların, xüsusilə informasiya texnologiyalarının sürətli inkişafını dəstəkləməli və ona yeni təkan verməlidir. Əgər bu dəyişikliklər tezliklə baş verməsə, biz təbii fəlakətlə üzləşə bilərik. Təbii ki, yaranacaq sosial problemin təsiri çox böyük gücə malik ola bilər.
Yuxarıda qeyd olunanların əksinə, müasir texnologiyaların inkişafı çox zəhmət tələb edən işlərin texnoloji işlərə çevriləcəyi və nəticə olaraq, məşğulluğun azalmasına gətirəcəyi fikrini formalaşdıra bilər. Buna baxmayaraq, innovativ texnologiyaların genişləndirilməsi məşğulluq səviyyəsini şaquli yox, üfüqi istiqamətdə artıracaq. İrəli sürdüyümüz fikir az məşğulluqla müşayiət olunan işlərin sayının artmasına səbəb olacaq və çox sayda iş yerləri yaradacaq. Belə ki, iş yerlərinin sayı az məşğulluğu olan şirkətlərin kütləvi şəkildə artması nəticəsində baş verəcəkdir.
Çıxışımın əvvəlində məşğulluğun bizi birləşdirən əsas amil olduğunu qeyd etmişdim. Bu, adi nəticə deyil. Həyatımız boyu göstərdiyimiz bir çox fəaliyyət istənilən halda işdir. Pullu və ya pulsuz olmağından asılı olmayaraq, gördüyümüz işlər insan ideologiyasının bir hissəsidir. İnsanlıq işləmədən fəaliyyət göstərə bilməz. Yer kürəsinin məhdudluğunu nəzərə alaraq biz əmək bazarının sahələrini genişləndirmək məqsədilə informasiya texnologiyalarından istifadə etməliyik. Bu transformasiyanı həyata keçirmək biz alimlərin başlıca vəzifəsidir.
Diqqətinizə görə təşəkkür edirəm!
Rasim Əliquliyev, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, müxbir üzvü, texnika elmləri doktoru, professor
İnformasiya İnqlilabları Sivilizasiyanın İnkişafının Hərəkətverici Qüvvəsidir
Xülasə. Məqalədə sivilizasiyanın inkişaf tarixində informasiya inqilablarının rolu tədqiq edilir. İnformasiya inqilabları nəticəsində yaranan informasiya bolluğunun cəmiyyət həyatına göstərdiyi mütərəqqi təsiri göstərilir. Sonuncu informasiya inqilabının nəticəsi kimi meydana gələn İnternetin bəşəriyyətin inkişafına verdiyi töhfələr, vəd etdiyi perspektivlər araşdırılır. İnternetin tətbiqi nəticəsində cəmiyyətin bütün sahələrində baş verən dəyişikliklər, bir sıra ənənəvi problemlərin həlli üçün yaranan imkanlar analiz edilir, həmçinin narahatlıq doğuran tendensiyalar təhlil edilir.
Bəşəriyyəti informasiya cəmiyyətinə (İC) gətirən yolun əsasında sivilizasiya tarixində baş verən informasiya inqilabları (İİ) dayanır. İnformasiya cəmiyyətinin əsasını və məqsədini informasiya və biliklər təşkil etdiyinə görə sivilizasiyanın bu yeni mərhələsinin əsl mahiyyətini anlamaq üçün həmin inqilabları doğuran səbəblərə, onların yaratdığı təzahürlərə və imkanlara diqqət yetirmək lazımdır.
İİ informasiyanın qeydiyyatı, yadda saxlanması, emalı və ötürülməsi sahəsində tamamilə yeni texnologiyaların və vasitələrin meydana çıxması nəticəsində cəmiyyətin və insan fəaliyyətinin bütün sferalarında əvvəlki dövrlərə nisbətən informasiya bolluğunun yaranması və bunun da təsiri ilə ictimai-siyasi və mədəni həyatda keyfiyyət dəyişikliklərinin baş verməsi və yeni münasibətlərin formalaşmasına gətirib çıxaran mürəkkəb bir prosesdir.
Qeyd etmək lazımdır ki, İC-nin əsas fəlsəfəsi zaman və məkan amillərinin aradan qalxması ilə bağlıdır. Belə ki, insanlar tarixən zaman və məkan məhdudiyyətlərinin yaratdığı problemlərdən əziyyət çəkmişlər. Xüsusən, bəşəriyyətin inkişafında həlledici rol oynayan informasiya həmişə zaman və məkanın əsarəti altında olmuşdur. Bu məhdudiyyətlərin nəticəsidir ki, sivilizasiya tarixində külli miqdarda informasiya – biliklər, müdrik sözlər, folklor inciləri və s. itib, yaddaşlardan silinibdir. Lakin informasiya texnologiyaları (İT) inkişaf etdikcə informasiya tədricən bu asılılıqdan azad olmağa başlamışdır.
Artıq İİ arasındakı zaman məsafəsi də getdikcə qısalır. Buna əsaslanaraq demək olar ki, növbəti informasiya inqilabı daha tez baş verəcək. Çünki hələ İnternet mətn, audio, video, qrafik kimi materialların virtual məkanıdır. Bu o deməkdir ki, İnternet hələlik insanların informasiya tələbatını ödəməyə xidmət edən görmə, eşitmə, iybilmə, dadbilmə və lamisə orqanları vasitəsi ilə əldə edilən informasiyanı emal edə bilmir. Digər tərəfdən, İnternet hələlik insanla danışa da bilmir. Başqa bir problem informasiyanın yadda saxlanması dəyərinin kəskin azalması, amma informasiya ötürülməsi dəyərinin hələ də yüksək olmasıdır. Bu da informasiyanın kütləvi İnternet resurslarına çıxmasına böyük maneələr törədir. Belə bir vəziyyət informasiya asimmetriyası yaradır. Ona görə də informasiyanın daha sürətlə ötürülməsi üçün yeni elmi-nəzəri əsaslar, yeni effektlər, qanunlar kəşf edilməlidir.
XVII əsrdə elektrikin kəşfi nəticəsində baş verən İİ – teleqraf, telefon texnologiyalarının meydana gəlməsi informasiyanın məkan üzrə ötürülmə problemini qismən həll edə bildi. Amma informasiyanın yadda saxlanılması texnologiyaları olmadığından onun zaman problemi həll olunmamış qalırdı. Keçən əsrin 40-cı illərində kompyuterlərin, 60-cı illərində kommunikasiya və kompyuter texnologiyalarının konvergensiyası nəticəsində hələlik sonuncu olan İİ baş verdi – İnternetin əsası qoyuldu. İnternet şəbəkəsini yaratmaq ideyası görkəmli Amerika alimi C.Liklayderin adı ilə bağlıdır. O, 1962-ci ildə yazdığı “Şəbəkə Qalaktikası” konsepsiyasında bir-birləri ilə qarşılıqlı əlaqədə olan qlobal şəbəkə yaratmaq ideyasını irəli sürürdü. Müəllif bu şəbəkə vasitəsilə hər kəsin istənilən kompyuterdə olan verilənlərə və proqramlara ani giriş əldə etməsinin mümkünlüyünü göstərirdi. Öz mahiyyətinə görə, həmin konsepsiya müasir İnternetin missiyasına çox yaxın idi. Məhz bu xidmətlərinə görə C.Liklayderi haqlı olaraq “İnternetin atası” adlandırırlar.
Bu konvergensiya informasiyanın məkan üzrə yayılmasını daha da yüksək sürətlə təmin etməklə, onun yadda saxlanılmasını həyata keçirməklə zaman problemini də həll etdi. İKT inkişaf etdikcə bu imkanlar daha da yüksək sürətlə artmağa başladı. Artıq zaman və məkan məhdudiyyətlərindən xilas olan hər cür informasiya İnternetə daxil edilir, hamı bu resurslardan istifadə edir. Artıq 500 milyondan çox veb-sayt mövcuddur və onların sayı yüksək sürətlə artır. İnternet ümumdünya informasiya anbarına (yaddaşına) çevrilir.
Sonuncu informasiya inqilabı bəşəriyyətin sənaye cəmiyyəti mərhələsindən İC mərhələsinə keçidinin əsasını qoydu. Minilliyin ideologiyası olan İC-nin əsas vəzifəsi yaşından, dinindən, dilindən, irqindən, məkandan və zamandan asılı olmadan bütün insanların informasiya tələbatını ödəmək, onların arasında sosial kommunikasiya mühiti yaratmaq, bilik və düşüncələrini ictimaiyyətə çatdırmaqdır. İC-nin qarşısında duran bu vəzifələri həyata keçirməklə insanlar min illərdən bəri miras qalmış qlobal sosial-iqtisadi və mənəvi problemlərin – yoxsulluğun, səfalətin, savadsızlığın aradan qaldırılması, sağlamlığın qorunması, demokratiyanın inkişafı, insan haqlarının və digər bəşəri dəyərlərin təmin olunması üçün fövqəl və fenomenal imkanlara malik bir vasitəyə nail olacaqlar.
İC konsepsiyasının müəlliflərindən biri, görkəmli Amerika sosioloqu E.Toffler “Üçüncü dalğa” əsərində sivilizasiyanın inkişafına təsir edən inqilabi dəyişikliklərin istiqamətlərini təhlil edir. O, cəmiyyətin inkişaf mərhələlərini 3 dalğaya bölür – aqrar cəmiyyət, sənaye cəmiyyəti və informasiya cəmiyyəti. E.Toffler İC şəraitində informasiya və bilik mübadiləsinin rolunun artdığını, ənənəvi istehsal amillərinin – əmək, torpaq, xammal və kapitalın əhəmiyyətinin azaldığını, ənənəvi pulların əvəzinə elektron informasiyanın əsas mübadilə vasitəsinə çevriləcəyini, əmtəə və xidmət standartlarının əks olunduğu informasiya uğrunda müharibələrin baş verəcəyini qeyd edir.
Sonuncu İİ-nin əsasını təşkil edən İnternet texnoloji yenilik kimi meydana gəlsə də, sivilizasiyanın tarixi boyu formalaşmış informasiya dünyasının daxilində “zəlzələ” yaratdı. İnternet bəşər tarixində analoqu olmayan, heç bir vasitə ilə müqayisəyə gəlməyən, inkişafını, perspektivlərini, təsirlərini, təhlükələrini dəqiq proqnozlaşdırmaq mümkün olmayan bir fenomendir. Bu qlobal şəbəkənin yaratdığı geniş imkanlar insanların düşüncə tərzində, ünsiyyətində, fəaliyyətində və sosial münasibətlərində böyük dəyişikliklərə səbəb olur.
İnternet bütün dünyanın “toplaşdığı” bir virtual məkana çevrilməkdədir. Bu gün dünya əhalisinin 30%-dən çoxu virtual dünyanın sakinləridir. “Ümumdünya hörümçək toru”nda olan veb-resursların sayı 500 milyonu keçib, sosial şəbəkə istifadəçilərinin sayı isə 1 milyarddan çoxdur.
İnternetin təsiri ilə dünyada qloballaşma prosesi daha da sürətlənir. Bu rəqəmsal texnologiya nəhəng informasiya, bilik potensialını özündə əks etdirir, bəşəriyyətin milli-mədəni sərhədləri aşaraq, vahid qlobal cəmiyyətdə birləşməsinə gətirib çıxarır. Qlobal İnternet şəbəkəsinin yaratdığı geniş imkanlar insanların düşüncə tərzində, iş üsulunda, ünsiyyətində və sosial fəaliyyətində böyük dəyişikliklərə səbəb olur. Ötən əsrin ikinci yarısında radio, televiziya ölkədaxili, dil, mədəni, folklor və s. fərqliliyi qismən aradan qaldırmışdısa, İnternet bu fərqliliyə tamamilə son qoymaq üzrədir.
İnternet həmçinin sivilizasiyanın tarixi boyu yaranmış informasiyanın asimmetrik paylanması problemlərinin həlli üçün yeni imkanlar açır, ölkələr, xalqlararası pərdələr, sərhədlər aradan qalxır. Kommunikasiyaların zəif olduğu dövrlərdə dünyanın müxtəlif regionları, dövlətləri, xalqları arasında informasiya, bilik mübadiləsi prosesi çox ləng gedirdi. Ona görə də dünya ölkələri arasında informasiya asimmetriyasına əsaslanan fərqliliklər qabarıq şəkildə özünü göstərirdi. Amma bu gün müasir İKT-nin, o cümlədən İnternetin yaratdığı imkanlar hesabına ölkələr arasındakı informasiya, bilik mübadiləsi imkanları genişlənir. İnternet vasitəsi ilə dünyanın müxtəlif yerlərində yaşayan insanlar arasında ailə quranların sayı artır, nəticədə yeni insan nəsli (qarışıq millətlər) meydana gəlir. Bunun nəticəsində insanlar arasında tarixən mövcud olan irsi xəstəliklərin sayının azalması gözlənilir.
İnternetin təsiri ilə dünyada real varlıqların elektron əkizləri meydana gəlir: ənənəvi təhsil elektron təhsillə, ənənəvi elm elektron elmlə, vətəndaş elektron vətəndaşla və s. əvəz olunur. Beləliklə, dünya bu əkizlərin vəhdəti nəticəsində bütövləşir, keçmişdən miras qalan natamamlıqlar (problemlər) aradan qalxır.
İnternet, kompyuter sənaye cəmiyyətinin bir sıra mühüm atributlarını, o cümlədən kinoteatrları, kitab mağazalarını, ənənəvi ticarət, kommunikasiya sistemlərini aradan qaldırır. Xüsusən, elektron kommersiyanın, elektron bank sisteminin inkişafı və hərtərəfli istifadəsi nəticəsində şəhərlərin simasının əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Elektron kommersiya mühitində adi kənd mağazası belə məhdud çərçivədən çıxaraq, artıq bir yaşayış məntəqəsinin ehtiyaclarını ödəmə vasitəsinə deyil, qlobal bir mağazaya çevrilir. Çünki dünyanın istənilən nöqtəsindən həmin mağazanın veb-saytına daxil olmaqla təklif edilən məhsullarla tanış olmaq və əldə etmək mümkün olur. Həmçinin virtual mağazanın bağlanması anlayışı yoxdur. 24 saat ərzində günün istənilən vaxtında həmin mağaza alıcının xidmətində dayanır.
Elektron kommersiyanın meydana çıxması bəşəriyyətin indiyə qədər qarşısında duran ciddi problemlərdən birinin həllinə kömək edir. Bu, bazarlarda informasiya assimmetriyası problemidir. Yəni satıcı məhsulunun kimə satılması barədə əvvəlcədən məlumata malik olmadığı kimi, alıcı da konkret olaraq kimdən məhsulu alacağı barədə məlumatsızlıq problemi ilə üzləşir. Belə ki, informasiya balansının pozulması həmişə kommersiya münasibətlərinin əsas özəyini təşkil edib. Elektron kommersiya isə informasiyanın assimmetrikliyini simmetrikliyə doğru aparıb çıxarır ki, bunun nəticəsində də satıcı ilə alıcı arasında informasiya bolluğu yaradılır.
Kompyuterin, İnternetin meydana gəlməsi insanlar arasındakı ənənəvi münasibətlərin əvəzinə virtual münasibətlər gətirir, intellektual əməyi ön plana çıxarır. İnformasiyanın təsiri ilə bütün bazar növləri, o cümlədən əmək bazarı transformasiyaya uğrayır. Bunun nəticəsində ictimai əmək bölgüsündə, məşğulluq və peşə strukturunda, əməyin xarakterində, işəgötürən-işçi münasibətlərində prinsipial dəyişikliklər, yeniliklər meydana gəlir, əməyin informasiya tutumunun artması müşahidə olunur.
Virtual əmək münasibətləri şəraitində insanlar təkcə öz vəzifələrini deyil, həm də şəxsi maraqları nəzərə almaqla fəaliyyətlərini təşkil edə bilərlər. Əgər insan hər gün işə getmək zərurətini aradan qaldırarsa və istənilən yerdə işləmək imkanı qazanarsa, onda onun üçün daha rahat olan yaşayış yerini seçə bilər. Avropanın bəzi regionlarında artıq 200 ildən bəri davam edən kəndlilərin şəhərlərə axışması prosesini zəiflədib və hətta hələ zəif də olsa, kəndə qayıtma tendensiyası müşahidə olunmaqdadır. Məhz bu fakta əsaslanaraq, artıq şəhər sivilizasiyasının dağılması prosesinin başlandığı barədə də fikirlər səslənməkdədir.
İnternetin iqtisadi sahəyə də təsiri olduqca böyükdür. Bu təsir nəticəsində dünyanın ənənəvi iqtisadi-maliyyə sistemi ciddi dəyişikliklərə məruz qalır, regional və qlobal miqyaslı böhranlar yaranır, ölkələrin iqtisadi təhlükəsizliyi ilə bağlı əsaslı narahatlıqlar yaranır. İnformasiya və biliklərə əsaslanan iqtisadiyyat formalaşır.
İnternetin meydana gəlməsi ilə E.Tofflerin vaxtilə söylədiyi “kütləvi standartlaşdırılmış istehsal informatika və supertexnologiyaların tətbiq edildiyi intellektual fəaliyyətə əsaslanan yeni fərdiləşdirilmiş əmək sistemi ilə əvəz olunacaq” fikri özünü doğrultmağa başlayır. O, qeyd edirdi ki, iqtisadiyyatda iri korporasiyaların hökmranlığının əvəzinə fərdi və qrup şəklində yaradıcı fəaliyyətin hər yerə yayılması və onun nəticələrinin İnternet vasitəsilə rasional mübadiləsi baş verəcək. Doğrudan da, sosial münasibətlərin bu cür qurulması daha rasional, ekvivalent sosial mübadilə imkanının təmin olunmasına şərait yaradır. Mübadilə strukturu nə qədər sadə olarsa, istehsalçılar arasında münasibətlər bir o qədər aydın və şəffaf, habelə istehsalçıdan son istifadəçiyə qədər məsafə bir o qədər qısa olar. Bu zaman artıq ənənəvi ticarət vasitəçilərinə (brokerlərə, maklerlərə) ehtiyac qalmır, bu funksiyanı İnternet öz üzərinə götürür. Öz növbəsində, sosial təşkilat nə qədər böyük və mürəkkəb olarsa, o, obyektiv analiz üçün bir o qədər çətindir. Bu situasiya həm də manipulyasiya üçün şərait yaradır.
İnternet iqtisadiyyatında şəxsi kompyuter əsas istehsal alətinə, şəxsi sayt isə istehsal edilən intellektual məhsulun reallaşdırılması vasitəsinə çevrilir. Təbii ki, bu cür iqtisadiyyatda peşəkar fəaliyyətlə bağlı olmayan, sosial dividentlər əldə etməyə yönələn özəl sahibkarlığa (manipulyativ fəaliyyət sahəsi kimi) yer olmayacaq.
İnternetin təsiri nəticəsində iqtisadi fəaliyyətin virtuallaşmasının mahiyyəti budur ki, insan müasir texniki vasitələrin köməyi ilə real obyektlərlə deyil, onların təsvirləri, simvolları ilə qarşılıqlı əlaqədə olur. Virtual münasibətlər heç də indi meydana gəlməyib. Bu münasibətlər teleqrafın, telefonun, faksın və İnternetin meydana gəlməsi ardıcıllığı ilə təkamül yolu keçib. Məhz İnternet təkcə gerçək obyektləri deyil, həm də onların real zaman rejimindəki fəaliyyətlərini simulyasiya edir. İnternet bazar iştirakçıları üçün vahid virtual mühit yaratmaqla, ənənəvi iqtisadiyyat üçün tamamilə yeni situasiya formalaşdırır.
İnternet mühitində dövlətin idarə olunmasının xarakteri, təbiəti dəyişir. Elektron dövlətin yaradılması hakimiyyət strukturları tərəfindən əhaliyə və biznes sektoruna göstərilən xidmətlərin optimallaşdırılması, bütün vətəndaşların ölkənin idarə edilməsi prosesində iştirakı, habelə dövlət idarəetməsinin şəffaflığı, dövlət orqanlarının vətəndaşlar qarşısında hesabatlılığı ilə əlaqədardır. Bu yeni idarəetmə konsepsiyasının mahiyyəti odur ki, onun tətbiqi nəticəsində idarəetmə faəliyyəti daha yumşaq, daha yaxşı strukturlaşdırılmış, məhdud normativli olacaq, idarəetmə şaquli deyil, üfüqi əlaqələrə əsaslanacaq. Elektron dövlətin daha bir mühüm əhəmiyyəti dövlət ehtiyacları üçün satınalmaların və xidmətlərin həyata keçirilməsi məqsədilə e-ticarət sisteminin kompleks tətbiq edilməsidir.
İnternet-texnologiyaların müasir siyasi proseslərdə də rolu sürətlə artmaqdadır. Müasir informasiya texnologiyaları, xüsusən İnternet siyasi partiyalara və siyasi liderlərə aktiv fəaliyyət göstərmək üçün yeni imkanlar açır. İnternetdən istifadə səviyyəsinin artması vətəndaşlara və qruplara siyasi qərarların hazırlanmasında və qəbulunda daha fəal iştirak etməyə şərait yaradır. Siyasi partiyalar İnternet texnologiyalardan həm də siyasi kommunikasiya vasitəsi kimi istifadə edirlər. Artıq siyasi aktivlik ənənəvi fəaliyyət məkanından çıxaraq, virtual mühitə keçməkdədir.
Cəmiyyət təmsilçi, nümayəndəli demokratiyadan birbaşa demokratiyaya, rəqəmsal demokratiyaya, həmçinin sərt demokratiyadan çevik demokratiyaya (məsələn, wiki-demokratiya və s.) keçid mərhələsini yaşayır. Mütəxəssislər hesab edirlər ki, ənənəvi demokratiya böhran həddinə gəlib çatıb. Yəni demokratik prosesləri ənənəvi üsullarla inkişaf etdirmək üçün artıq heç bir potensial qalmayıb. Ona görə də vəziyyətdən çıxış yolu kimi “elektron demokratiya” ideyası irəli sürülür. Qeyd edilir ki, hazırkı qloballaşma və siyasi transformasiyalar şəraitində İnternetin siyasi proseslərə təsirini nəzərə almamaq olmaz. İnternetin demokratiyanın inkişafına göstərdiyi təsirlə bağlı iki məqama diqqət yetirilir: birincisi, informasiyanın əlyetərliliyi, ikincisi, onu analiz edərək, qərar qəbul etmək qabiliyyəti. Təbii ki, İnternet informasiya əldə etmək üçün əvvəllər mümkün olmayan unikal imkanlar yaradır.
İnternet bilavasitə ictimai rəyə yönələrək, vətəndaş cəmiyyətinin fəal hissəsinin davranışlarını formalaşdırır, ictimai şüura təsir edir. İnternet siyasi liderlərin və partiyaların fəaliyyətlərinin informasiya mühitini formalaşdıraraq, siyasi kommunikasiyaların mühüm tərkib hissəsinə çevrilir. Qlobal şəbəkə siyasi partiyalar tərəfindən əhali ilə ünsiyyət üçün real interaktiv kanal, elektorata siyasi təsir vasitəsi kimi şıxış edir.
Tarixən müxtəlif səviyyələrdə mövcud olan və fərqli adlarla ifadə edilən sosial şəbəkələr İnternet mühitinə keçməklə yeni keyfiyyət mərhələsinə yüksəldi. İnternet-texnologiyalar hesabına ayrı-ayrı sosial qruplar virtual məkanda operativlik, çeviklik, mobillik, informativlik kimi imkanlar əldə etməklə cəmiyyətdə mühüm faktora çevrilməkdədirlər. Müxtəlif maraqlar ətrafında birləşən insanların yaratdığı virtual sosial şəbəkələr cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının mühüm komponenti kimi çıxış etməkdədir.
İnternet yer kürəsini əhatə etməklə yeni-yeni şəbəkə cəmiyyətləri meydana gətirir. Görkəmli ispan sosioloqu, İC tədqiqatçısı M.Kastels hesab edir ki, informasiya əsrində insanları, təşkilatları və dövlətləri bir-biri ilə birləşdirən şəbəkələr mühüm rol oynayacaq. Onun fikrincə, informasiya cəmiyyətində iqtisadiyyat, əmək, məşğulluq, mədəniyyət, siyasət, dövlət təsisatları, son nəticədə zaman və məkan amilləri transformasiyaya uğrayacaq.
İnternetin sosial fəallığa təsir göstərən ən mühüm amillərindən biri insanlar arasında informasiya mübadiləsi üçün yaratdığı şəraitdir. Qlobal şəbəkənin köməyi ilə kompyuter kommunikasiyaları bu gün qarşılıqlı informasiya əlaqələrinin yeni sferasını yaradır ki, bu da ictimai münasibətlərin yeni formasının əsasını qoyur. İnternetin inkişafının ilkin mərhələsində istifadəçilərə veb-saytlar vasitəsi ilə birtərəfli qaydada məlumatlar verilirdi (web1.0). Lakin artıq istifadəçilər web2.0 texnologiyası vasitəsi ilə sosial şəbəkələrdə, digər saytlarda əks tərəflə birbaşa interaktiv əlaqəyə girə bilirlər. Bu da İnternetdə insanlararası ünsiyyətin daha çevik və maneəsiz həyata keçirilməsinə imkan verir.
İnternet yeni ünsiyyət mərhələsidir. İnternetdə informasiya üçün heç bir nəzarət və məhdudiyyət yoxdur. Müxtəlif qitələrdən olan insanlar burada sərbəst ünsiyyət qururlar. İnternetdən tədqiqat vasitəsi kimi istifadə edilməsi emprik sosialogiya (sosial tədqiqat metodları, metodikaları, mexanizmlərindən istifadə etməklə sosial məlumatların yığılmasına və analizinə yönələn kompleks sosial tədqiqat sahəsi) üçün yeni imkanlar açır. Amma ənənəvi üsullarla sosial sorğuların keçirilməsi zamanı respondentlərdən keyfiyyətli informasiyanın yığılmasının bir çox çətinlikləri var.
İnternetdən sosioloji tədqiqatların aparılması üçün istifadəyə dair təxminən 10 illik dünya təcrübəsi mövcuddur. Beynəlxalq təcrübə göstərir ki, İnternet sürətli sosial proseslərin tədqiqi üçün ilkin sosioloji informasiyanın yığılması prosesini sürətləndirir. İnternet şəbəkəsindəki virtual mühitdə insanlar arasında informasiya mübadiləsi üçün keyfiyyət dəyişiklikləri sosioloqlarla respondentlər arasında ünsiyyətin yeni mərhələsinə keçməyə şərait yaradır.
İnternetin təsiri ilə həmçinin dünyada kollektiv intellektin (həm təbii, həm də süni) formalaşması prosesi sürətlənir. Bu mülahizələr akademik N.Moiseyevin irəli sürdüyü “Kollektiv beyin” konsepsiyasında öz əksini tapıb. O, “Kollektiv beyin” dedikdə, insanları informasiya əlaqələri ilə birləşdirən sistemi nəzərdə tuturdu. Hesab edirdi ki, İT hesabına formalaşacaq kollektiv beyin kollektiv qərarlar çıxarmağa imkan verən, tək informasiyanı toplamaq və ötürmək yox, eyni zamanda analiz və nəticə çıxartmaq imkanlarına malik olan, fərdi intellektləri xüsusi bir qaydada birləşdirən, böhranların yaxınlaşması təhlükəsini xəbər verən və alternativ inkişaf yolları təklif edən kollektiv tənzimləyici funksiyasını həyata keçirən bir sistem olacaq.
İnternet inkişaf etdikcə, yeni xidmətlər təklif etməyə başlayır. İnternet insanlararası kommunikasiya mühiti yaradır, insanların informasiya tələbatını ödəyir. Son zamanlar İnternet insanların hesablama tələbatını da ödəməyə başlayıb. “Hesablama buludları” (“cloud computing”) adlanan texnologiyanın hesabına ən müxtəlif qurğular vasitəsi ilə proqram təminatına, verilənlər bazalarına, digər xidmətlərə çıxış imkanı əldə edilir. Hesablama buludları bir sıra texniki, iqtisadi maneələri aradan qaldıraraq, İT-nin imkanlarını daha da genişləndirmək iqtidarındadır. Həmin maneələrin aradan qaldırılması milyonlarla mütəxəssislərin İT bazarına yeni töhfələr verməsinə, milyardlarla istifadəçilərin bu imkanlardan bəhrələnməsinə şərait yaradacaq.
İnternet artıq səhiyyə sisteminə, tibb sahəsinə də geniş şəkildə nüfuz etməkdədir. Səhiyyə sisteminin informasiyalaşdırılmasında, tibbi problemlərin həliində İnternetin imkanlarından geniş istifadə edilməsi İC quruculuğunun mühüm istiqamətlərindən biri kimi çıxış edir. O cümlədən vətəndaşların sağlamlığı haqqında məlumat sisteminin yaradılması, GİS-texnologiyaların köməyi ilə xəstəliklərin coğrafiyasının müəyyənləşdirilməsi, monitorinqinin aparılması, xəstəliklərin diaqnostikası, apteklər və dərmanlar haqqında verilənlər bazasının yaradılması, pasiyentlərə on-layn tibbi xidmətlərin göstərilməsi, həkimlərin fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında statistik məlumatları, xəstəliklərin müalicə üsulları və vasitələri haqqında informasiyanı əks etdirən veb-portalların yaradılması və s. məsələlər formalaşmaqda olan elektron tibbin əsas komponentləridir.
İnternetin inkişafı istiqamətində növbəti addım kompyuter şəbəkələrindən tədricən əşyaların şəbəkəsinə (kitablardan başlamış avtomobillərə, elektrik cihazlarından başlamış ərzaq məhsullarına kimi) keçmək, Əşyaların İnternetini yaratmaqdır. Əşyaların İnterneti sisteminin tətbiq edilməsi ilə cəmiyyətdəki bir sıra mühüm problemlərin həlli gözlənilir. Yəni Əşyaların İnterneti insanların həyat şəraitinin, sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, yeni və daha əlverişli iş yerlərinin açılmasına, biznes üçün yeni imkanların yaranmasına, istehsalda məhsuldarlığın və rəqabətədavamlılığın artmasına, nəqliyyat sisteminin daha optimal idarə edilməsinə, ekoloji monitorinqin etibarlılığının artırılmasına, təbiətdə baş verən proseslərin nəzarətdə saxlanmasına və s. gətirib çıxaracaq.
Qlobal İnternet şəbəkəsinin davamlı və etibarlı fəaliyyət göstərməsi üçün onun təhlükəsizliyinin təmin edilməsi olduqca mühüm məsələdir. İnternet mühitində informasiya təhlükəsizliyi əsas faktora çevrilir. İnternet kəşfiyyat, təxribat, terror, protest fəaliyyəti üçün əlverişli meydandır. Qlobal şəbəkə çoxşaxəli arxitektura malikdir ki, burada da böyük həcmdə elmi-texniki, hərbi, sosial-iqtisadi və siyasi xarakterli məlumatlar dövr edir. İnformasiya təhlükəsizliyinə təhdidlər nəticəsində ölkələrin siyasi, iqtisadi, hərbi və digər sahələrdəki fəaliyyətinə olduqca ciddi zərbə vurula bilər ki, bunun da nəticəsində ayrı-ayrı vətəndaşlar və bütövlükdə, cəmiyyət mühüm sosial-iqtisadi zərərlə üzləşə bilər.
Amerika ekspertlərinin hesablamalarına görə, dövlət idarəetmə sistemlərində və bank strukturlarında istifadə edilən kompyuter şəbəkələrinin işinin pozulması bu ölkəyə qarşı tətbiq ediləcək nüvə silahının törədəcəyi fəsadlar qədər təhlükəlidir.
Artıq İnternetdən geniş istifadə edilən ölkələrdə kompyuter sistemləri və İnternetlə bağlı cinayət əməlləri ümumi hüquq pozuntuları sırasında mühüm yer tutur. İnternet mühitində cinayətkarlıq hallarının sürətlə artması, ilk növbədə, bu qlobal şəbəkənin xüsusiyyətləri – açıqlığı, hamı üçün əlyetərli olması, heç bir dövlətin və ya təşkilatın nəzarətində olmaması ilə bağlıdır. Həmçinin İnternetin fəaliyyəti ilə bağlı effektli hüquqi tənzimləmə mexanizmlərinin olmaması, yurisdikasiya probleminin mövcudluğu, eləcə də hüquq-mühafizə orqanlarının hələ bu sahədə peşəkar olmamaları kiberməkanda cinayət əməllərinin sayının artmasına şərait yaradır.
Qlobal İnternet şəbəkəsinin təhlükəsizliyinin möhkəmləndirilməsi, kibercinayətkarlıqla milli və beynəlxalq miqyasda daha effektli mübarizə aparılması, elektron kommersiyanın etibarlı fəaliyyəti, kiberməkanda insan hüquqlarının yüksək səviyyədə təmin edilməsi baxımından biometrik texnologiyalara əsaslanan Biometrik İnternetin yaradılmasını zəruri edir. Biometrik İnternetin köməyi ilə hakerlərlə, spammerlərlə, digər kibercinayətkarlarla daha səmərəli mübarizə aparmaq mümkün olacaq.
İnternetin normal, davamlı fəaliyyət göstərməsi üçün zəruri olan amillərdən biri də enerji təhlükəsizliyidir. Müasir şəraitdə elektrik enerjisinin kəsilməsi nəticəsində dövlət və özəl korporativ kompyuter şəbəkələrinin, avtomatlaşdırılmış istehsal və xidmət müəssisələrinin fəaliyyəti iflic vəziyyətə düşə, böyük həcmdə maliyyə itkiləri baş verə bilər. Mütəxəssislər hesab edirlər ki, İnternetin imkanlarına əsaslanan İC-də fasiləsiz, dayanıqlı enerji təminatı xüsusi aktuallıq kəsb edir. Ona görə də mövcud enerji mənbələrinin bərpası və alternativ mənbələrin tapılması bəşəriyyət qarşısında ən vacib məsələlərdən biri kimi dayanır.
İnternetin yaratdığı mühüm problemlərdən biri də cəmiyyətdə informasiya bolluğunun yaranmasının fəsadlarıdır. İnsan informasiyadan, kompyuterdən, İnternetdən həddən artıq istifadə etməsi nəticəsində onlardan asılı vəziyyətə düşür. Bu sosial-psixoloji vəziyyət “eskapizm” adlanır. Müasir cəmiyyətdə televiziya, kompyuter, İnternet, mobil telefon kimi informasiya mənbələri insanların vaxtını “acgözlüklə udur” və əsas həyat prioritetlərinə çevrilir. Müasir dövrün insanının 2 həftə ərzində qəbul etdiyi informasiyanın həcmi orta əsrlərdə bir insanın ömür boyu qəbul etdiyi informasiyanın həcminə bərabərdir. E.Toffler texnologiyaların təsiri ilə cəmiyyətdə baş verən sürətli, radikal dəyişikliklərə insanın psixoloji reaksiyasını “futuroşok”, yəni “gələcəyin şoku” adlandırır. Onun fikrincə, şok vəziyyətinə düşməyin səbəbi insanın texnologiyanın gətirdiyi yeni reallıqlara çevik reaksiya verə bilməməsi, yeni situasiyaya adaptasiya oluna bilməməsidir.
İnformasiya, İnternet asılılığı problemi təkcə şəxsiyyət üçün deyil, bütövlükdə, cəmiyyət üçün təhlükə mənbəyidir. İnformasiya mənbələrindən, İnternetdən asılı vəziyyətə düşməmək üçün insanın informasiya mədəniyyətinə malik olması, informasiya ilə davranış normalarını öyrənməsi vacibdir.
İnternet, sosial şəbəkələr yeni nəsil müharibə texnologiyalarının – informasiya müharibəsinin meydana gəlməsinə səbəb olur. Artıq qabaqcıl ölkələr bu sahəyə milli təhlükəsizliyin mühüm istiqamətlərindən biri kimi baxırlar. İnformasiya fəzasının təhlükəsizliyi dövlətin quru, su və hava məkanının təhlükəsizliyi ilə eyni səviyyədə nəzərdən keçirilir. İnformasiya fəzasının təhlükəsizliyinin təmin edilməsi dövlətin hərbi vəzifələri sırasına aid edilir.
İnternet həm də dünya xalqlarının, millətlərinin adət-ənənələrinin, dillərinin, mədəniyyətinin, dinlərinin toqquşduğu bir məkandır. Bu virtual məkanda iqtisadi, texnoloji imkanları, beynəlxalq işçi dillərdə kontentləri, ideoloji resursları zəngin olan ölkələr digər ölkələrin milli-mənəvi varlığına ciddi təhlükədir. Artıq bu sahədə itkilər az da deyil. Araşdırmalar göstərir ki, İnternetin təsiri nəticəsində yaxın gələcəkdə bir sıra dilləri yox olmaq təhlükəsi gözləyir.
İnternetin hamılıqla qəbul edilən vahid tənzimləmə siyasətinin, prinsiplərinin, mexanizmlərinin müəyyənləşdirilməsinin çətinlikləri də daha çox bu amillərlə bağlıdır. Belə ki, hər bir dövlət, millət virtual məkanda öz milli-mənəvi dəyərləri ilə birlikdə təmsil olunmaq istəyir. İnternetdə isə bütün tərəflərin maraqlarının təmin olunduğu ortaq nöqtələrin tapılması asan məsələ deyil. Ona görə də ənənəvi milli və beynəlxalq hüquq sistemləri də İnternetin gətirdiyi reallıqları tənzimləməkdə çətinlik çəkir. Onun tənzimlənməsi üçün beynəlxalq səviyyədə tədbirlərin görülməsi üçün təşəbbüslər irəli sürülür. İnternet coğrafi sərhədlərə əsaslanan beynəlxalq hüquq normalarını və milli qanunları gücsüz vəziyyətə gətirir. İnternet texnologiyalarının imkanları hesabına formalaşan virtual münasibətləri real dünya qanunları ilə idarə etmək xeyli çətinləşir və bəzi hallarda hətta mümkün olmur. Virtual münasibətlərin tənzimlənməsi bu mühitə xas olan yeni qanunların, normaların yaradılmasını, tətbiq edilməsini zəruri edir.
İnternetin ən böyük təhlükəsi isə insan amilinin özünün deformasiyası ilə bağlıdır. İT-nin, xüsusən, İnternetin təsiri nəticəsində insanın sosial və bioloji keyfiyyətlərində ciddi dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər nəticəsində insanın texnosferaya inteqrasiyası prosesi baş verir.
İT-nin inkişafı və şəhər əhalisinin sayının sürətlə artması nəticəsində elmi cəhətdən inkişaf etmiş insan təfəkkürü və elmi-rasional həyat tərzi formalaşır. Sürətlə sosiallaşan insan sonrakı sosial yüksəlişi və cəmiyyətdə layiqli yer tutması naminə özünün təbii, bioloji varlığını zərbə altında qoyur.
Transformasiya olunan təkcə insanın fiziki və bioloji parametrləri deyil, həm də onun maraq və tələbatlarıdır. Bütövlükdə, insanın transformasiyasının üç əsas istiqamətini fərqləndirmək olar:
Bioloji. İnsanın təbii, bioloji, xüsusiyyətlərinin itirilməsi, genefondun dəyişməsi, mutasiyanın, “sivilizasiya xəstəliyi” adlandırılan ürək-damar, onkoloji, immunoloji (yoluxucu) xəstəliklərin meydana gəlməsi prosesləri baş verir. Nəticədə insanlar “pinqvinləşir”.
Əxlaqi-psixoloji. İnsan psixikasında kütləvi pozğunluqlar, bir sıra patoloji təsirlər, ətraf aləmin düzgün dərk edilməməsi halları baş verir, deviant (cəmiyyətin sosial normalarına uyğun olmayan) davranışlar, sosial aqressiya, ümidsizlik, intihar halları və s. artır.
Sosial-mədəni. Təfəkkürün, təhsilin və peşə sahələrinin keyfiyyətində sürətli inkişaf, ətraf mühitə münasibətdə dəyişikliklərin baş verməsi, texnoloji sahəyə marağın, tələbatların sürətlə artması müşahidə olunur.
Nəticə
Qeyd etmək lazımdır ki, sivilizasiyanin inkişaf tarixi ərzində hər bir mütərəqqi yenilik özü ilə müəyyən problemlər gətirmişdir. Lakin bəşəriyyət həmişə mütərəqqi yeniliklərdən lazımınca bəhrələnmiş, onların gətirdiyi problemlərin öhdəsindən gəlməyi bacarmışdır. Müasir İKT-nin əsasını təşkil edən İnternet bəşər tarixində analoqu olmayan, heç bir vasitə ilə müqayisəyə gəlməyən bir fenomendir. Yəni heç bir texnoloji yenilik bəşəriyyəti İnternet qədər dəyişdirə, irəliyə apara bilməmişdir. İnternetin bəşəriyyətə faydaları geniş miqyaslı olduğu kimi, fəsadları da bütün sahələri əhatə edir. Lakin keçmiş zəngin təcrübə və bəşəriyyətin indiki səyləri göstərir ki, insanlar daha yaxşı imkanlar, daha rahat həyat naminə İnternetin də fəsadlarını aradan qaldıra biləcəklər.
Doktor Ergin Atalar, Bilkent Universiteti
Müdaxiləçı Maqnit-Resonans Tomoqrafiya
Xülasə: Maqnit-rezonans tomografiyanın diaqnostika sahəsində geniş istifadə edilən və çox güclü müşahidə etdirici diaqnostik alət olunmasına baxmayaraq, onun müdaxilə prosedurlarda işlənməsi olduqca məhduddur. Əsas məhdudiyyətlər – uzunmüddətli müşahidə, qurğunun müşahidə çətinlikləri və müdaxilə qurğularının güclü maqnit sahəsi ilə uyğunlaşmamasıdır.
Bir dəqiqə ərzində şəkli əldə edən diaqnostik müşahidə protokollarının əvəzinə yeni, bir saniyədən də az vaxt ərzində məlumat toplayan protokollar işlənib hazırlanmışdır. Qurğuları real zaman rejimində vizual müşahidə aparmağa imkan verən variantlar təklif edilmişdir. Müdaxilə qurğuların maqnit-rezonans tomoqrafın yaratdığı maqnit sahəsi ilə qarşılıqlı təsiri öyrənilmiş, qurğunun konstruksiyası birgə işlənmək üçün modernizə olunmuşdur. Bu məqalədə maqnit-rezonans tomoqrafiyanın prostat vəzisinə müdaxilə qurğusu vasitəsilə müayinəsinin yeni metodları müzakirə edilir.
Maqnit-rezonans tomoqrafiya (MRT) müayinə metodu diaqnostika sahəsində geniş istifadə olunur. Bu üsul bədənin istənilən hissəsinin dərin kontrastlı və yüksək dəqiqliyə malik olan şəklini əldə etməyə imkan verir. Həmin metod xüsusən də beynin vizual müşahidəsi üçün yararlıdır, lakin onu ürək, böyrək, süd və prostat vəzilərinin vizual müşahidəsini aparmaq üçün geniş istifadə edirlər.
Təqdim olunan əlyazmada MRT-ın müdaxilə proseduralarının idarə edilməsində istifadəsində diqqət yetirilmişdir. Bizim qrup həmin mövzu ətrafında araşdırmalar aparmışdır. Hazırda vizual müşahidə müdaxilə proseduraların idarə etməsində tez-tez istifadə olunur. Məsələn, ürəkdə tac damar çatışmazlığı olan xəstələr çox vaxt balon angioplastikası və stend proseduraları vasitəsilə müalicə edilir. Bu proseduralar zamanı rentgen flüoroskopiyasından istifadə olunur. Ultrasəs müşahidəsi qurğularının vasitəsilə iynə ilə deşmələr həyata keçirilir. Klinikalarda müdaxilə proseduralarını idarə etmək üçün maqnit-rezonans tomoqrafiyadan nadir hallarda istifadə olunur. Buna səbəb problemlərdir: (a) aşağı sürətlə məlumat toplama; (b) müdaxilə proseduralarında istifadə edilən qurğuların güclü maqnit sahəsinə malik olması; (c) müayinə edilən xəstələrin MRT prosedurası zamanı uzun və nazik maqnit daxilində yerləşdirilməsi.
Tədqiqatçılar, o cümlədən də bizim MRT texnologiyaları üzrə işçi qrupumuz, bu problemlərin həlli ilə məşğuldur. Əgər həmin problemlər öz həllini tapsa, MRT ideal vizual müşahidə alətinə çevrilə bilər.
Bizim qrupun böyük həcmdə ürək-damar müdaxiləsi üçün texnologiyaların işlənib hazırlanmasına baxmayaraq (1-30), bu əlyazmada MTR-ın prostat vəzinin müalicəsi zamanı istifadə olunmasından bəhs edilir. Prostat vəzinin xərçəngi 50 yaşından yuxarı olan kişilər arasında ən geniş yayılmış xəstəliklərdən biridir. Prostat vəzisi – çox kiçik ölçülü (qoz boyda) bir vəzdir və onu ənənəvi texnologiyalar vasitəsilə müayinə etmək qeyri-mümkündür. Prostat vəzinin biopsiyası bu gün müvəffəqiyyətlə tətbiq olunan ən geniş yayılmış diaqnostika üsuludur və MRT-dan yalnız xərçəng xəstəliyinin dərəcəsini müəyyən etmək üçün istifadə olunur. MRT xərçəng xəstəliyinin aşkar olunması üçün istifadə edilmir, çün ki o çoxlu sayda səf müsbət nəticələr verir, yəni xərçəng mövcud olmadığı halda onun varlığını bilər. Digər tərəfdən, indiki zamanda prostat vəzinin biopsiyası vizual müşahidə olmadan aparılır (ultrasəs prostat vəzinin ümumi vəziyyətini göstərir) və buna görə də prostat nümunələri təsadüfi götürülür. Həmin nümunələrə görə çox vaxt zədələnmiş hissə nəzərdən kənarda qalır. Bu da səf mənfi nəticələrə gətirib çıxarır, yəni prostatın biopsiya nəticələri xəstələrdə xərçəng xəstəliyinin olduğu hallarda onların sağlam olmasını göstərə bilər.
Biz bu iki texnologiyanın birgə işlənməsini, yəni biopsiyanın MRT tərəfindən idarə olunması üsulu təklif edirik. Həmin nişanə biopsiya həm müsbət, həm də mənfi nəticələrinin sayını azaltmalıdır. Bunun üçün pasiyentin maqnit sahədə olduğu zaman onun prostat vəzisindən nümunələri götürən mexaniki avadanlıq hazırlanmışdır. Bu mexaniki qurğu MRT ilə tam uyğunlaşdırılmışdır, yəni skanerin daxilində maqnit sahəsini dəyişmir, hətta güclü maqnit sahəsinin mövcud olması belə qurğunun işinə heç bir təsir göstərmir. MRT ilə uyğunlaşma məsələsi qurğu konstruksiyasının əsasən plastik materiallardan hazırlanması yolu ilə həll edilmişdir. Avadanlıqda istifadə oıunan bütün dəmir materiallar MRT ilə uyğunlaşma baxımından testdən keçirilir. Xəstə uzun və nazik keçiddə olan zaman qurğunun forma və ölçülərini də dəyişmək mümkündür. Bununla yanaşı, uroloqun xəstəyə maneəsiz yaxınlaşması üçün iynəni idarə edən iki kontrol düymə nəzərdə tutulmuşdur. Bu avadanlıq proqramla təmin olunur. Uroloq MRT skaner otağından iki düymənin köməyi ilə iynənin trayektoriyasını tənzimləyir. MRT təsviri otağda yerləşən ekranda əks olunur. Uroloq zədələnmiş hissəni müəyyənləşdirir və iynənin trayektoriyasını korrektə edir, sonra isə zədələnmiş hissədən yüksək dəqiqliklə biopsiya götürülür. Biz bu sistemi MSİ (Birləşmiş Ştatların Milli Sağlamlıq İnstitutu) tədqiqatçıları ilə birgə testlərdən keçirtdik. Sonralar biz braxiterapiyanın yüksək dozalarını istifadə etməklə həmin işi prostat vəzinin müalicəsi üçün genişləndirdik. Bunun üçün prostatın daxilində MRT-ın idarəsi altında iynələri yerləşdirməyə imkan verən sistem işlənib hazırlandı. Bu metodda MRT arasından görünən şəbəkə təkmilləşdirilmişdir, iynənin daxil edilmə nöqtəsi və dərinliyi bizim laboratoriya tərəfindən hazırlanmış proqramla müəyyən edilir, bundan sonra həkim prostatın zədələnmiş hissəsini müəyyən edir. Bu metod prosedura zamanı aldığı radiasiya dozasını daha dəqiq müəyyən edir.
Apardığımız tədqiqat zamanı biz yeni endouretral və endorektal yüksək tezlikli makaraları işləyib hazırladıq, hansılar ki prostat vəzisinin maqnit-rezonans tomoqrafiyası ilə müayinəsində daha yaxşı nəticələr əldə etmək üçün imkan yaradır. Sonralar makaraların geometrik optimallaşma metodunu işləyib hazırlayaraq, daha dəqiq təsvrin alınmasına nail olduq.
Hal-hazırda biz Türkiyənin milli maqnit-rezonans tədqiqat mərkəzində (UMRAM, http://umram.bilkent.edu.tr) müdaxilə proseduralarının inkişafına dair tədqiqatları davam etdiririk. MRT müdaxilə sahələri, yeni vizual müalicə metodların üzərində işləyən tədqiqatçılar üçün açıqdır. Prostat vəzi və ürək nahiyəsində əməliyyat aparmaqla yanaşı, bizim tədqiqat qrupumuz hal-hazırda maqnit-rezonans tomoqrafiyanın idarəçiliyi altında baş beyin nahiyəsində əməliyyat metodları istiqamətində iş aparır.
Plenar İclas İştrakçılarının çıxışlarının qısa xülasəsİ
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin çıxışı
Hörmətli xanımlar və cənablar, əziz həmkarlar və dostlar!
Hörmətli İlham Heydər oğlu!
İcazə verin, ilk növbədə Sizə və bu forumu belə yüksək səviyyədə təşkil etmiş, forum iştirakçılarını əsl səmimiyyət və qonaqpərvərliklə qəbul edən həmkarlarınıza təşəkkürümü bildirim.
Biz ürəkdən sevinirik ki, birinci Bakı Beynəlxalq Humanitar Forumu dünya intellektual elitasının nümayəndələrinin diqqətini cəlb etmişdir. Bunu o fakt da bir daha təsdiq edir ki, bu gün plenar iclasda və yeddi dəyirmi masada müzakirə ediləcək mövzu son dərəcə aktualdır. Mübaliğəsiz deyə bilərəm ki, müzakirə edəcəyimiz məsələlər bəşəriyyətin planetdə mövcudluğunun fundamental istiqamətlərinə aiddir.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Forum iştirakçılarına təbrik teleqramı ilə müraciət etmişdir. Mən onun teleqramının mətnini məmnuniyyətlə oxuyuram:
“Əziz dostlar, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram. İki ölkə ictimaiyyətinin təşəbbüsü ilə çağırılmış və dünyanın bir sıra dövlətlərinin elm və mədəniyyət xadimlərinin diqqətini cəlb etmiş bu forum Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilir.
Müasir dünyada humanitar əməkdaşlıq çox böyük sabitləşdirici rol oynayır. O, davamlı inkişafa şərait yaradır, ölkələr arasında münasibətlərə müsbət təsir edir və iqtisadiyyat, elm və mədəniyyətdən başlamış hüquq siyasəti və təhlükəsizliyin təmin edilməsi məsələlərinə qədər insan fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edir.
Son onilliklərin elmi kəşfləri dünya və insan haqqında, təbii-elmi və humanitar biliyin nisbəti haqqında təsəvvürləri ciddi dəyişmişdir. Bakı forumunda həm elmin inkişafının fəlsəfi məsələləri, həm də dünyada mövcud olan iqtisadi modellərin humanitar aspektləri, müasir biotexnologiyalarda etika problemləri və bir sıra başqa aktual problemlər müzakirə ediləcəkdir.
Humanitar əməkdaşlığı haqlı olaraq “yumşaq qüvvə” adlandırırlar, çünki o, ölkələri və xalqları ədalət və tolerantlıq, həmrəylik və qarşılıqlı hörmət dəyərləri əsasında birləşdirməklə sivilizasiyaların dialoqundakı maneələri aradan qaldırmağa kömək edir. Bütün bunlar xalq diplomatiyası və elm, təhsil, səhiyyə, incəsənət sahələrində müştərək proqramların reallaşdırılması üçün geniş imkanlar açır. Bu sahələr insanların mənəvi tələbatına çox həssas və yaxındır.
Son illərdə beynəlxalq münasibətlərin humanitar məzmun kəsb etməsinə tələbat getdikcə daha çox hiss edilir. Yaradıcı elitaların səmərəli əməkdaşlığına nümunə olan yeni dövlətlərarası mexanizmlər yaranır. Əlbəttə, yeni humanitar məkanın formalaşmasına sanballı töhfə verən ictimai təşəbbüslər və hərəkatlar xüsusi rol oynayır. Əminəm ki, Bakı Forumu onların arasında öz layiqli yerini tutacaqdır.
Forumun bütün iştirakçılarına səmərəli iş diləyir, ən xoş arzularımı bildirirəm.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev”.
Hörmətli forum iştirakçıları! Həyat göstərmişdir ki, müasir siyasətdə humanitar aspektlərin əhəmiyyəti ilbəil artır və getdikcə daha dərin, elmi və fəlsəfi dərk tələb edir. İqtisadi inkişaf məsələlərini həll edərkən, bioloji təbabət, energetika sahələrində, informasiya-telekommunikasiya sektorunda texnologiyalar yaradarkən bunların dəyərlər sisteminə və insanın özünün varlığına necə təsir edəcəyi, insanın həyat tərzini nə dərəcədə dəyişəcəyi, onun sosial, mənəvi və dini tələbatının təmin edilməsinə necə təsir göstərəcəyi barədə aydın təsəvvür olmadan ötüşmək qeyri-mümkündür. Təsadüfi deyildir ki, son onilliklərdə dünya birliyi təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirir və onları təkcə şəxsiyyətin tərbiyəsinin, insanın hüquq və azadlıqlarının təmin edilməsinin ən mühüm amilləri deyil, həm də dövlətin davamlı inkişafının güclü amili hesab edir. Bütün bunlara görə biz humanitar strategiyaların işlənib hazırlanmasına son dərəcə məsuliyyətlə yanaşmalı, onların iqtisadi və sosial tərkib hissələrini nəzərə almalıyıq.
Oxşar mövzular bu yaxınlarda Ulyanovskda keçirilən forumda müzakirə edilmişdir. Həmin forumda əsas diqqət mədəniyyətin modernləşmə resursları kimi nəzərdən keçirilməsinə yönəldilmişdi. Əminəm ki, burada, Bakıda humanitar aspektlərin müasir həyata çoxtərəfli təsiri barədə geniş və məzmunlu diskussiya keçiriləcəkdir.
Şübhəsiz, istənilən fəaliyyət növündə subyektiv insan amili bu fəaliyyətin aralıq və son nəticələrinə təsir göstərir. Bundan əlavə, milli həyat tərzi, konfessional və digər ənənələr insanların və dövlətin sosial, elmi və iqtisadi praktikasına çox təsir edir.
Nəhayət, milli dəyər oriyentirləri elmi təfəkkürün bu və ya digər istiqamətlərinin inkişafında labüd surətdə əks olunur. Bu, o cümlədən bəzi elmi fənlərin inkişafını təşviq edən və digərlərini məhdudlaşdıran qadağalar sistemində də ifadə oluna bilər. Ən səciyyəvi nümunələrdən biri bəzi ölkələrdə icazə verilmiş, digər ölkələrdə qadağan edilmiş planlaşdırma sahəsində tədqiqatlara münasibət məsələsidir. Sirr deyildir ki, elmi biliklər dünya haqqında təsəvvürləri genişləndirməklə bərabər, çox vaxt insan və onu əhatə edən gerçəklik haqqında formalaşmış təsəvvürlər sistemi ilə münaqişəyə girirdi. Uzun əsrlər boyu belə olmuşdur.
Böyük alimlərin fitri qabiliyyəti nə qədər güclü olsa da onların cəmiyyət tərəfindən qəbul edilməsi sosiumun yeni nəticələri qavramağa hazır olub-olmamasından xeyli dərəcədə asılı idi. Təsadüfi deyildir ki, təbiət elmlərinin həyat elmləri ilə əlaqələndirilməsi ən mühüm meyillərdən biridir. Müasir psixoloq və sosioloq sadəcə olaraq fiziklərin, kimyaçıların və ya riyaziyyatçıların araşdırmalarının nəticələrini öyrənmir, həm də elmi axtarışlar prosesində onlarla sıx əməkdaşlıq edir. Müasir dünya olduqca mürəkkəb, hədsiz dərəcədə müxtəlif və sosial baxımdan mütəhərrikdir. Ona görə də onun ümdə problemlərinin dərk edilməsinə fənlərarası yanaşma bizim reallığı tam nəzərdən keçirməyimizə imkan verər, inkişafa və məhdud idarə mövqeyindən yanaşmadan, bəsitləşdirmədən çəkinməyə kömək edər.
Məncə, bu günlər ərzində Bakıda aparılacaq peşəkar diskussiyalar təkcə elmi mühitdə deyil, həm də dövlətlərimizin ictimai-siyasi praktikasında əks-səda doğurmalıdır. Burada, Azərbaycan torpağında xüsusi qeyd etmək istərdim ki, bizim iki ölkənin – Rusiya və Azərbaycanın münasibətlərində humanitar əməkdaşlığa həmişə böyük diqqət yetirilmişdir və yetirilməkdədir. Azərbaycan bizim etibarlı və köhnə tərəfdaşımızdır, onunla bərabər elm, təhsil, mədəniyyət sahələrində onlarca müştərək layihələr həyata keçirilmişdir. Rəmzi haldır ki, bu beynəlxalq forumda Müstəqil Dövlətlər Birliyi ölkələrinin əksəriyyətinin nümayəndələri də iştirak edir. MDB çərçivəsində “Tarixi-mədəni irs ili” elan edilmiş il başa çatmaqdadır. Azərbaycan və Rusiya prezidentlərinin humanitar mövzuda çıxışları məcmuəsinin nəşri məxsusi olaraq bu foruma həsr edilmişdir. Əminəm ki, bu nəşr siyasətçilər, politoloqlar, elm, mədəniyyət, təhsil sahələrində çalışanlar, ən geniş oxucu dairələri üçün maraqlı olacaqdır.
Forumun bütün iştirakçılarına səmərəli, maraqlı iş, xoşbəxtlik və firavanlıq arzulayıram. Sağ olun.
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəlin çıxışı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak və bu cür hörmətli auditoriya qarşısında çıxış etmək mənim üçün böyük şərəfdir.
Bu günədək XXI əsrin bizə nələr verəcəyi ilə bağlı bəlkə də minlərlə tədbir keçirilmiş, lakin onların çox azı humanitar məsələlərə həsr olunmuşdur.
Biz çağırışların və baş verə biləcək dəyişikliklərin insan həyatına mümkün təsirindən daha çox onların özü haqqında düşünürük. Buna görə də XXI əsrin yeni çağırışlarının humanitar aspektlərinə xüsusi diqqət verdiyinə görə, bu tədbirin təşkilatçılarına təşəkkür etmək istərdim.
İnsanlar bütün məsələlərin mərkəzindədirlər və onlar daha çox diqqətə layiqdirlər. Mövzuya keçməmişdən əvvəl istərdim ki, Bakıya yenidən gəldiyim üçün xoş hisslərimi çatdırım. Mən həmişə bu gözəl şəhərə gəlməkdən məmnun oluram. Amma bu dəfə Bakıda olmaq mənim üçün daha xoşdur, çünki bu səfərim Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə təsadüf edir. Bu, mənim üçün xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa etdikdən sonra mən siyasi karyeramda yeddinci dəfə Baş nazir seçildim.
Azərbaycanlı qardaşlarımızın həmin dövrdəki sevinc və qurur dolu günlərini xatırlayıram. Mənim özüm və bütün Türkiyə xalqı həmin dövrdə qardaşlarımıza yardım etmək ehtiyacını duymuşduq.
Gələcək üçün böyük potensialı olan Azərbaycan iyirmi il ərzində beynəlxalq ictimaiyyətin güclü üzvlərindən birinə çevrilmişdir. Azərbaycanı Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında sabitlik və inkişaf yolu ilə inamla və qətiyyətlə addımlayan bir ölkə kimi görmək çox sevindiricidir. Mən xüsusilə əziz dostum, mərhum Prezident, sözün həqiqi mənasında öz xalqının atası Heydər Əliyevin xatirəsinə ehtiramımı bildirməliyəm. Mən hələ də onunla keçən görüşlərimizi, uzun söhbətlərimizi çox yaxşı xatırlayıram. Məhz onun müdrikliyi, cəsarəti və uzaqgörənliyi Azərbaycanı ağır vəziyyətdən qurtarmış, bugünkü vəziyyətinə gətirib çıxarmışdır. Bu gün xalqlarımız arasında olan tarixi və nadir qardaşlıq münasibətlərinin əsasını ümummilli lider Heydər Əliyev qoymuş və Prezident İlham Əliyev möhkəmlətmişdir. Məhz bu nümunəvi və güclü əlaqələrimizin nəticədir ki, biz Azərbaycan və Türkiyəni “bir millət, iki dövlət” adlandırırıq.
Bu gün Türkiyə və Azərbaycan arasında iqtisadiyyatdan tutmuş mədəniyyətə, enerjidən tutmuş nəqliyyata qədər bütün sahələrdə çox gözəl əlaqələr vardır. Əminəm ki, münasibətlərimiz gələcəkdə daha da inkişaf edəcəkdir.
Hörmətli qonaqlar, biz on ildir ki, XXI əsrə daxil olmuşuq. Lakin bu dövrə tam cavab verən yeni nizamı hələ də tapa bilməmişik. Ötən on ildə çox böyük dəyişikliklər baş vermişdir. Tam əminliklə deyə bilərik ki, hər şey dəyişmişdir və biz hələ də bu dəyişikliklərin səbəblərini və onların doğurduğu nəticələri başa düşməyə çalışırıq. Hazırkı dövrü yalnız “Post-soyuq müharibə” dövrü adlandırmaq artıq kifayətdir. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlindən, demək olar ki, xeyli vaxt keçir. Biz bir məsələni inkar edə bilmərik ki, əgər yeni dövrün konturlarının açılması ilə bağlı dönüş nöqtəsi vardırsa, bu, soyuq müharibənin sonuna gedib çıxır. Məhz bu dövrdə beynəlxalq sistemin təbiəti dağılmağa və yeni dünyanın üfüqləri genişlənməyə başladı. Bu minvalla soyuq müharibənin sonu Avropada dəmir pərdəni aradan qaldırmadı və ya Şərqi Avropada və keçmiş sovet məkanında yeni siyasi coğrafiya yaratmadı, lakin bütün dünyada qloballaşma üçün qapılar açdı.
1990-cı illərdə biz bütün dünyada insanların, əsas ideyaların misli görünməmiş birliyinin, sərhədlərin açılmasının, beləliklə, qloballaşmanın şahidi olduq. Bu, artıq atılan hər bir addımın əks addımlarla üzləşəcəyi və nəticəsi olmayan bir oyun deyildi. Yaranan fərqli dünyada hər şey mürəkkəb şəkildə bir-birindən qarşılıqlı asılı vəziyyətə düşdü. Hər hansı inkişafın onun bilavasitə yaxın ətraf mühiti ilə məhdudlaşdırılmasının mümkün olmadığı bu vəziyyət sülh, təhlükəsizlik və inkişafı tam şəkildə ayrılmaz etdi. Soyuq müharibənin sonu qloballaşmanın bu növünü mümkün, texnoloji inkişafı isə dəyişilməz etdi.
Son 10-15 il ərzində dünyada informasiya-kommunikasiya sahəsində inqilabi dəyişikliklər baş vermişdir. Əksər hallarda bir neçə il bundan əvvəl xəyal kimi görünən şeylər indi gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İnternet və hər cür kommunikasiya vasitəsilə dünyanın ən ucqar nöqtələrində yaşayan insanlar digərləri ilə çox asan əlaqələr qururlar. İnformasiya axını o qədər sürətlənmişdir ki, ona nəzarət etmək və ya qarşısını almaq qeyri-mümkün olmuşdur. Buna görə də hazırkı dövr yəqin ki, tarixçilər tərəfindən informasiya və sərhədsiz biliklər dövrü adlandırılacaqdır. Bəlkə də biz Yaxın Şərqdə gənclərin Facebook, Twitter kimi sosial şəbəkə vasitəsilə təşkilatlanması və milyonların televiziya vasitəsilə şahidi olduqları inqilablar həyata keçirməsini görməsəydik, bu fenomenin mahiyyətini başa düşməyəcəkdik.
Şübhə yoxdur ki, informasiya-kommunikasiya texnologiyalarında inqilab baş verən dəyişikliklərin hərəkətverici qüvvəsi olmuşdur. Əminəm ki, 10 il sonra daha qabaqcıl texnologiyalar bizə dünyanın müxtəlif hissələri arasında zamanı və məsafəni azaltmağa imkan verəcəkdir. Bu, XXI əsrin daha bir aspektidir.
Məsələn, son on il, əvvəlki üç onilliklə müqayisədə daha çox və sürətli proseslərlə zəngin olmuşdur. Bunlardan faydalana bildiyimiz təqdirdə bu müsbət haldır. Bu, əlbəttə ki, həm də bizə dəyişikliklər uğrunda mübarizə aparmaq imkanları təqdim edir. Hər kəs başa düşür ki, bu mübarizədə iştirak etməyənlər qeyri-mütənasib vəziyyətlə üzləşməli olacaqlar.
Mən XXI əsrin bizə verdikləri haqqında danışdım. Bilirik ki, dəyişiklikləri və onların təsirini artıran yeni texnologiyaların mühüm rol oynadığı qloballaşma bu əsrin ayrılmaz tərkib hissəsidir. Ancaq bu fenomenlə yarışmaq nə dərəcədə çətindir və biz indiyədək bu yeni fenomendən nəyi öyrənmişik? İnanıram ki, bugünkü tədbirin də məqsədi bu kimi suallara dəqiq cavab tapmaqdır.
Məlum məsələdir ki, XXI əsr sülh və inkişaf üçün görünməmiş imkanlar yaratmışdır. Sərhədlərin aradan qaldırılması və şəffaflıq, insan hüquqlarına hörmət, demokratik idarəçilik, qanunun aliliyi və məsuliyyət kimi dəyərlərin bir-birinə daha da qarışmasına gətirib çıxarmışdır. Bu, eyni zamanda, beynəlxalq ticarət və investisiya üçün daha geniş məkana malik olan bazar iqtisadiyyatını gücləndirmişdir. Bunun nəticəsi olaraq bu gün müstəqil dövlətlərin üçdə iki hissəsindən çoxunda azad bazar iqtisadiyyatı sistemi olan demokratik rejimlər hökm sürür. Heç kim inkar etməz ki, bu gün hətta diktator rejimlər belə demokratiyanın bəşəriyyət üçün təqdim etdiyi dəyərləri başa düşür. Bu rejimlər insanların öz müqəddəratını özlərinin həll etmələri ilə bağlı daha çox tələbkar olduqlarının da şahidi olur. Başqa sözlə, bu gün dünya daha çox demokratik rejimin hökm sürdüyü sabit bir məkana çevrilir. Həmçinin, biz ticarət, investisiya və istehsalın təqdim etdiyi yeni imkanlardan daha çox faydalanırıq və dünya daha da zənginləşir. Lakin bu, tam mənzərə deyildir. İlk növbədə qeyd etmək lazımdır ki, risklər və təhdidlər də qloballaşmanın imkanlarından faydalanmışdır. Yaxın Şərq, Qafqaz, Balkan yarımadası və Afrikadakı ənənəvi münaqişələrin davam etməsindən başqa biz transsərhəd xarakterli yeni risk və təhdidlərin də yaranmasının şahidi olmuşuq. Bu kontekstdə, ilk növbədə, qloballaşmanın yaratdığı imkanlardan sui-istifadə edən terrorizm, kütləvi qırğın silahlarının yayılması, mütəşəkkil cinayətkarlıq, hər növ qeyri-qanuni dövriyyələr, mədəni və dini qütbləşmə qeyd olunmalıdır. Qloballaşmanın başqa bir mənfi tərəfi onun verdiyi üstünlüklərdən hər kəsin ədalətli və bərabər şəkildə faydalanmamasıdır. Dünya getdikcə daha da varlanır, lakin təhlükəli yolla. Başqa sözlə, dünyanın bütün hissəsində inkişafın olmasına baxmayaraq, varlılarla kasıblar arasında fərq artmaqda davam edir. Buna görə də Birləşmiş Millətlər Təşkilatı Minilliyin İnkişaf Məqsədlərinin bir hissəsi kimi yoxsulluğun aradan qaldırılmasını beynəlxalq ictimaiyyət üçün ən vacib və təxirəsalınmaz vəzifələrdən biri elan etmişdir. Əgər bu istiqamətdə irəliləyiş əldə edilməsə və hamının inkişafı və rifahı üçün qloballaşmanın üstünlüklərindən istifadə olunmasa, biz onun mənfi tərəfləri ilə üzləşməli olacağıq. Əgər biz yoxsulluğu azalda və gün ərzində bir dollardan aşağı gəliri olan bir milyard insanın ümidlərini doğrulda bilməsək, onlar ekstremistlərin çağırışlarına cavab vermək məcburiyyətində qalacaqlar. Bu mənada qloballaşmanın verəcəyi faydalar artan təhlükə və təcrid vəziyyətləri ilə üzləşəcəyindən, demək olar ki, sıfıra bərabər olacaqdır. Bu isə terrorizm, insan alveri, mütəşəkkil cinayətkarlıq və ksenofobiya kimi digər risklərin yaranmasına kömək edir.
Dünya əhalisinin sayının sürətlə artması yoxsulluğu təhlükəli həddə gətirib çıxarır. Nəzərə alsaq ki, əhali artımı əsasən inkişafdan qalan ölkələrdə baş verir, dünya sərvətlərinin dünya sakinləri arasında daha müntəzəm paylanması vacibdir. Beləliklə, XXI əsrin digər mühüm çağırışlarından biri də yoxsulluğun artması nəticəsində yaranmış vəziyyətin ağırlaşması ilə bağlıdır.
Bu gün əksəriyyətini uşaqlar təşkil etməklə milyonlarla insan aclıqdan və yoluxucu xəstəliklərdən dünyasını dəyişir. Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq biz sanitar problemlərdən, su və tibbi preparatların çatışmazlığından əziyyət çəkən insanların qidalanmasının və onların düzgün müalicəsinin qayğısına qalmalıyıq.
Əhalinin nəzarətsiz artımı prosesi dünyanın məhdud resurslarına öz təsirini göstərir, çünki biz dünyanın yeni üzvlərinin qidalandırılması üçün planetimizlə daha kəskin və amansız şəkildə rəftar edirik. Digər tərəfdən, kasıblar ətraf mühitin qorunmasına kifayət qədər diqqət vermədiyi halda, varlılar, xüsusilə də inkişafı və istehsalı daha da artırmaq məqsədi ilə daha çox enerji hasil etmək ehtiyacının yarandığı bir vaxtda ondan bacardıqları qədər çox faydalanmaq istəyirlər.
Şübhə yoxdur ki, artan əhalinin tələblərinə cavab vermək üçün daha çox enerjiyə və istehsalın səviyyəsinin yüksəldilməsinə ehtiyacımız vardır. Lakin bu məsələdə biz ətraf mühitə zərər verəcəyimizi də nəzərə alıb çox ehtiyatlı olmalıyıq. İstixana qazlarının miqdarının artması, ozon qatının deşilməsi, qlobal istiləşmə kimi problemlərin mövcudluğu fərziyyə deyildir. Qeyd etdiyimiz problemlər hər gün bəşəriyyətin perspektivlərini daha da tutqunlaşdırır. Bizə əcdadlarımızdan qalan bu dünyanı gələcək nəsillərə təhlükəsiz yaşayış məkanı kimi çatdırmaqla bağlı məsuliyyət daşıyırıq. Bunun üçün biz Minilliyin İnkişaf Məqsədlərinə daha çox diqqət yetirməli, ətraf mühitin qorunması üçün daha səmərəli şəkildə işləməli, külək və günəş enerjisi kimi bərpa olunan enerji resurslarından faydalanmaq yollarını tapmalıyıq. Bu dünyaya ağıllı sərmayələrin qoyulması vacibdir. Mən hər kəsi yaşıl inqilabı reallığa çevirməkdə iştirak etməyə çağırıram.
Gələn il biz mühüm bir hadisənin – ətraf mühitlə bağlı Rio sammitinin 20-ci ildönümünü qeyd edəcəyik. Bu tarixi hadisənin iştirakçıları kimi biz yaşadığımız dünyanın qorunması ilə bağlı üzərimizə güclü öhdəlik götürmüşük. İnanıram ki, öhdəliklərimizi daha səmərəli şəkildə yerinə yetirmək üçün zaman gəlib çatmışdır.
Qısaca olaraq XXI əsrin qarşımıza qoyduğu və yerinə yetirilməsi zəruri olan bəzi məsələlər haqqında danışmaq istərdim. Yeni dünyamızın mənfi humanitar aspektlərini azaltmaq və onun faydalarını çoxaltmaq məqsədi ilə hansı işlər görülməlidir? Başqa sözlə, qloballaşmanın müsbət tərəflərindən faydalanmaq üçün nə etmək lazımdır?
İlk növbədə biz yeni dövrün çağırışlarına dövlətlərin ayrı-ayrılıqda cavab verə bilməsinin qeyri-mümkün olduğunu başa düşməliyik. Yəni, bu çağırışlar o qədər böyükdür ki, onlara yalnız və yalnız qüvvələri səfərbər etməklə cavab vermək mümkündür. Dünyada bu prosesləri düzgün istiqamətə yönəltmək gücünə malik supergüc də yoxdur.
Yeni dövlətlərin güc mərkəzləri kimi meydana gəldiyi dünya getdikcə daha çox qütbləşir. Buna görə də XXI əsrin çağırışlarına cavab vermək, yaranan problemləri aradan qaldırmaq üçün beynəlxalq əməkdaşlıq zəruridir. Davamlı inkişafı qoruyub saxlamaq, sülhü və sabitliyi təmin etmək qarşımızda duran ən vacib məsələdir. Beləliklə, Minilliyin İnkişaf Məqsədlərinə çatmağın yolu qlobal tərəfdaşlıqdır.
Bizim yeganə və ən vacib məqsədimiz səmərəli çoxtərəfliliyi gücləndirmək olmalıdır. Bu günün reallıqları və çağırışları fonunda qlobal idarəçilikdə aparacağımız islahatlarla daha çox bağlı olan bu məsələdə Birləşmiş Millətlər Təşkilatı öndə olmalıdır. Biz müasir dövrün demokratik tələblərinə uyğun olaraq, BMT və digər qlobal təşkilatların strukturunda dəyişikliklər etmək imkanına da malik olmalıyıq. BMT ümumi məqsədlər naminə beynəlxalq əməkdaşlığı inkişaf etdirilməli və mövcud güc tarazlığını daha yaxşı əks etməlidir. Bu baxımdan regionalizmin artan əhəmiyyəti də nəzərə alınmalıdır.
XXI əsrin ilk 10 ilində üzləşdiyimiz çağırışların cavablanmasında müxtəlif nəticələr əldə etdik. Bu çağırışların mahiyyətini yaxşı anladığımıza inanıram.
Prezident İlham Əliyevə bu vacib təşəbbüsə görə bir daha təşəkkür edirəm. Mən çıxışımın əvvəlində dedim ki, Azərbaycan beynəlxalq aləmin daha kamil bir üzvünə çevrilmişdir. Türkiyə bu nəcib yolda hər zaman Azərbaycanın və eyni məqsədlərə xidmət edən bütün digər dövlətlərin güclü tərəfdaşı olacaqdır.
Sağ olun.
ABŞ-ın sabiq Prezidenti Bill Klintonun Bakı Beynəlxalq Humanitar Forumun iştirakçılarına ünvanladığı müraciət, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Mətyu Brayzə təqdimatında
Hörmətli cənab Prezident, Xanım Əliyeva!
Bu tədbirdə iştirak etmək və ABŞ-ın sabiq Prezidenti Bill Klintonun məktubunu oxumaq şərəfinə nail olduğum üçün Sizə minnətdarlığımı bildirirəm. İcazə verin Amerika Birləşmiş Ştatları adından ölkənizin müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar Sizi bir daha təbrik edim.
Əvvəlcə tədbirdə təmsil olunan ölkələr arasında əməkdaşlıq əlaqələri ilə bağlı Prezidentin fikirlərini xatırlatmaq istərdim. Mən 1999-cu ilin sonlarında Prezident Heydər Əliyev, Prezident Süleyman Dəmirəl, Prezident Eduard Şevardnadze tərəfindən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair hökumətlərarası sazişin imzalanmasını xatırlayıram. Sazişin imzalanması mərasimində iştirak edən Prezident Bill Klinton isə həmin hadisəni özünün xarici siyasətində mühüm nailiyyətlərdən biri kimi qiymətləndirir. Çünki bu razılaşmalar olduqca böyük uğura nail olan layihənin əsasını qoymuşdur. O, həmişə özünü Azərbaycana dərindən bağlı bir insan kimi hiss edib. Siz bu uğurun Azərbaycan, Türkiyə, Böyük Britaniya, ABŞ, Rusiya, Yaponiya və digər ölkələrin şirkətləri arasında olan əməkdaşlıq əlaqələrindən ərsəyə gələn nəticələrini hazırda pəncərədən çölə baxarkən görə bilərsiniz. İndi isə Prezident Klintonun məktubunu oxumaq istərdim:
“XXI əsr: ümidlər və çağırışlar” Bakı Beynəlxalq Humanitar Forumunun bütün iştirakçılarını səmimi salamlayıram. Bu tədbir XXI əsrdə insan haqları və qarşılıqlı asılılıq məsələlərinin araşdırılması baxımından əlverişli məqamdır. Azərbaycan xalqının da sübut etdiyi kimi, açıq ticarət və investisiyalar dünyanın inkişaf etməkdə olan ölkələrində iqtisadi inkişafa gətirib çıxarmışdır.
Bəşər tarixində ilk dəfə olaraq dünya əhalisinin yarıdan çoxu öz seçdiyi hökumətlərin idarəçiliyi altında yaşayır. Bu il biz insanlara azadlıq, ləyaqət və eşidilmək kimi universal hüquqların verildiyi qlobal cəmiyyətin formalaşması istiqamətində nəzərəçarpan irəliləyişlərin şahidi olduq. Bu uğurları qeyd etməklə yanaşı, onu da bilirik ki, hələ görüləcək işlər də vardır. Dünyada təxminən bir milyard yarım insan hələ də yoxsulluq içərisində yaşayır, bir milyard insan təmiz su və ərzaq qıtlığından əziyyət çəkir, çoxlu sayda insan isə müstəbid rejimlərin hakimiyyəti altında yaşayır. Bizim dövrümüzün ən mühüm çağırışı qarşılıqlı asılılığımızın müsbət məqamlarını çoxaltmaq, mənfi meyillərini isə azaltmaqdır. Bu tədbirdə cəmiyyətin bütün sahələrindən olan liderlərin bir araya gələrək XXI əsrin parlaq vədini dünya vətəndaşları üçün reallığa çevirmək istiqamətində birgə fəaliyyəti müzakirə etmələri məni məmnun edir.
Prezidentlər İlham Əliyevə və Dmitri Medvedevə bu önəmli sammitin həmsədrləri olduqları üçün təşəkkürümü bildirirəm. Hamınıza məhsuldar görüş arzulayıram. Bill Klinton”
Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun çıxışı
Cənab Prezident!
Xanım Əliyeva!
Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar!
Azərbaycan hökumətinin təşəbbüsü ilə təşkil edilmiş bu Beynəlxalq Humanitar Forumda iştirak etmək mənim üçün böyük şərəfdir.
Bu ilin əvvəlində Azərbaycanda başqa bir yüksək səviyyəli tədbir keçirilmişdir – Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forum. Mən bu tədbirdə də iştirak etmək şərəfinə nail olmuşdum. Bakıya yenidən gələrək belə bir mühüm forumda iştirak etməkdən çox şadam. İnanıram ki, bu tədbir çox uğurla keçəcəkdir.
Əziz dostlar, forumun mövzusu “XXI əsrin çağırışlarının humanitar aspektləri”dır. Tərəddüd etmədən söyləyərdim ki, təmsil etdiyim təşkilat – Avropa Şurası və onun Parlament Assambleyası gündəlik olaraq bu qəbil məsələlərlə məşğul olur. Yaşadığımız cəmiyyətin bünövrəsi olan demokratiya, insan hüquqları və qanunun aliliyi kimi fundamental dəyərlər Avropa Şurasının fəaliyyətinin əsasını təşkil edir. Bu fundamental dəyərlər özlüyündə məqsəd deyil, uzunmüddətli sülh və tərəqqini təmin etmək üçün vasitədir. Bu dəyərlərə hörmət bütün bəşəri fəaliyyət və ümumi rifah üçün çərçivə yaradır.
Hörmətli həmkarlar, qeyd etmək istərdim ki, bu gün üzləşdiyimiz ən böyük humanitar çağırış birgə yaşayışla bağlıdır. Bildiyimiz kimi, Avropanın çoxmədəniyyətli modeli üçün yeni çağırışlar yaranmaqdadır: hətta sülh şəraitində birgə yaşayan müxtəlif etnik və mədəni cəmiyyətlər arasında qarşılıqlı əlaqənin olmaması qeyri-sabitlik üçün əsas yaradır.
Həqiqətən də mədəniyyətlər və etnik qruplar arasında əlaqənin olmaması anlaşılmazlıqlara, etimadsızlığa və ayrı-seçkilik hallarının yaranmasına gətirib çıxarır. Ən pisi ondan ibarətdir ki, ayrı-seçkilik özü də dözümsüzlüyün, ekstremizmin və ksenofobiyanın, hətta bu yaxınlarda şahidi olduğumuz kimi, Avropanın əksər yerlərində terrorizmin yaranmasına səbəb olur.
Bizim ekstremizmə cavabımız cəmiyyət daxilində fərqli mədəniyyətləri olan etnik qrupların qarşılıqlı əlaqəsinə imkan verən mədəniyyətlərarası yanaşma olmalıdır. Bu kontekstdə vurğulamaq istərdim ki, mədəniyyətlərarası dialoqun təşviqi AŞPA-nın, eləcə də mənim mandatımın əsas prioritetlərindən biridir. Bu ilin aprelində Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Forumda mən bu məsələ ilə bağlı planlarımızı və hesabatlarımızı sizlərin diqqətinə çatdırmışdım. Çox şadam ki, bu planlar yerinə yetirilir:
Bu ilin aprelində, Assambleyada katolik, protestant, ortodoks, müsəlman və yəhudi nümayəndələrin iştirakı ilə mədəniyyətlərarası dialoqun dini aspektləri ilə bağlı çox maraqlı müzakirə keçirilmişdir. Təşkilatımızın tarixində ilk dəfə idi ki, onlar Assambleyada eyni mövqedən çıxış edərək bildirdilər ki, cəmiyyətimiz yalnız və yalnız insanlar arasında qarşılıqlı hörməti və anlaşmanı təşviq etmək və həmrəyliyi, sosial birliyi möhkəmləndirməklə inkişaf edə bilər.
Bundan başqa, 2011-ci ilin iyununda Assambleyada “XXI əsr Avropasında birgə yaşamaq” mövzusunda müzakirə təşkil edilmişdir. Nazirlər Komitəsinin sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın təşəbbüsü ilə yaradılmış Tanınmış Şəxslər Qrupunun eyni mövzuda hazırladığı hesabatın nəzərdən keçirildiyi bu tədbirdə biz Avropada “rəhbərlik böhranı”nın aradan qaldırılması yollarını müzakirə etdik, siyasətçiləri və bütün səviyyədə seçilmiş nümayəndələri Avropa layihəsinə təhdidlərlə bağlı yaranmış çağırışlara dair fikirlərini ifadə etməyə və ekstremizm əleyhinə illik Forumun keçirilməsi təklifi üzərində düşünməyə çağırdıq.
Bundan başqa, Avropa Şurasının Nazirlər Komitəsinə tolerantlıq və fərqliliyə hörmət prinsiplərini, mədəniyyətlərarası dialoqu, Avropa cəmiyyətlərində ekstremizm və ksenofobiya əleyhinə mübarizəni təbliğ etmək məqsədinə xidmət edən “Birlikdə yaşamaq kampaniyası”nın başladılmasını nəzərdən keçirməyi tövsiyə etdik. Bu tövsiyələrin də yerinə yetiriləcəyinə ümid edirəm.
Əziz həmkarlar, dostlar, Avropanın üzləşdiyi humanitar çağırışlar təkcə öz ölkəmizdə üzləşdiyimiz problemlər ətrafında cəmləşmir. Biz humanitar problemlərin hamımız üçün ciddi nəticələr doğura biləcəyi qloballaşmış və qarşılıqlı asılı dünyada yaşayırıq. Baxmayaraq ki, bu təsirləri biz birbaşa və dərhal öz üzərimizdə hiss etmirik.
Ötən həftə Parlament Assambleyasında 2011-ci il oktyabr sessiyası zamanı Avropa Şurasının üzv dövlətlərinin Şərqi Afrikada humanitar fəlakətlərdən əziyyət çəkən ölkələrə necə yardım etməsi ilə bağlı müzakirə təşkil edilmişdir. Mənim şəxsən Assambleyaya təqdim edildiyim bu müzakirədə biz belə bir nəticəyə gəldik ki, humanitar yardımın təmin edilməsinin koordinasiyasına dair Avropa və beynəlxalq mexanizmlər təkmilləşdirilməlidir. Avropanın üzv dövlətlər tərəfindən ən yüksək siyasi səviyyədə dəstəklənən həqiqi əlaqələndirmə mexanizminə ehtiyacı vardır. Biz ikiqat əziyyətdən xilas olmaq üçün xüsusilə yardımın göstərilməsində şəffaflığın təmin edilməsinin, geniş informasiya mübadiləsinin və əməliyyatların səmərəli əlaqələndirilməsinin zəruriliyini vurğuladıq.
Bundan əlavə, biz bildirdik ki, humanitar fəlakətlərin nəticələrinin azaldılması və lazımi yardımın səmərəli şəkildə yerinə çatdırıla bilməsi üçün əlverişli mühit yaradılmasında beynəlxalq ictimaiyyət əvvəlcədən fəal olmalıdır. Başqa sözlə, humanitar fəlakətlərin kökü zəif inkişaf etmiş iqtisadiyyatda və yaxşı idarəetmənin olmamasındadır. Məhz burada mən Avropa Şurasının rolunu aydın görürəm. Təbliğ etdiyimiz standartlar, – mən demokratik sabitliyi, insan hüquqlarını və davamlı inkişafı nəzərdə tuturam, – məhz bu mühiti yaradır. Bu kontekstdə Şərqi Afrikada yaranmış vəziyyət nadir deyildir. Mən burada xüsusilə Avropanın yaxın qonşularını nəzərdə tuturam. Hesab edirəm ki, ərəb inqilablarının baş verdiyi Şimalı Afrika və Yaxın Şərq ölkələrində siyasi azadlığın olmaması, ədalətsizlik, korrupsiya, işsizlik, iqtisadi tənəzzül və biznes bazarında imkanların qeyri-bərabərliyi kimi problemlər hələ də öz həllini gözləyir. Nəticədə, regionda bir çox insanlar, xüsusən gənc nəsil qeyri-müəyyən humanitar şəraitdə yaşamaqda davam edir. Odur ki, son illərdə, daha dəqiq desək, bu ilin əvvəlindən başlayaraq humanitar fəlakətlərdən, iqtisadi çətinliklərdən, yaxud siyasi təzyiqlərdən canını qurtarıb quru yolla, ya da dəniz yolu ilə Avropaya gələn qaçqınların sayı xeyli dərəcədə artır. Bu çağırışlar qarşısında biz ikiqat məsuliyyət daşımalıyıq.
Hər şeydən əvvəl, ehtiyacı olanları müdafiə və onlara kömək etmək bizim əxlaqi borcumuzdur. Parlament Assambleyasının mövqeyi budur ki, Qaçqınların Statusu haqqında BMT-nin 1951-ci il Konvensiyasına əsasən, özünün hüquqi və humanitar öhdəliklərini yerinə yetirmək Avropa Şurasının hər bir üzvünün ümdə vəzifəsidir. Fakt budur ki, qaçqınların müəyyən regionlarda həddindən artıq yığılması onları güclü təzyiqlərə məruz qoyur – dediklərim xüsusilə Maltaya və kiçik Lampedusa adasına aiddir. Avropada sığınacaq axtaranların, xüsusilə Aralıq dənizinin cənub sahillərindən gələnlərin sayı ümumilikdə bu qitə üçün həlledilməz problemlər yaratmamalıdır. Ona görə də hər bir Avropa ölkəsi bu məsələyə münasibətdə ümumi məsuliyyət göstərməli və beynəlxalq dəstək axtaran insanlara tələblərinin yerinə yetirilməsinə imkan yaradan ədalətli və səmərəli sistemdən faydalanmağı təmin etməlidir.
Qaçqınlardan söz düşmüşkən, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz Dağlıq Qarabağ probleminə görə və Azərbaycan torpaqlarının başqa bir üzv dövlət tərəfindən işğal edilməsi nəticəsində bu ölkədə qaçqınların və məcburi köçkünlərin yaşadıqlarını yaddan çıxarmamalıyıq. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün yaşayır. Mən bilirəm ki, Prezident İlham Əliyev və Azərbaycan hökuməti onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir. Lakin biz xüsusilə qadınların və uşaqların çətin vəziyyətdə yaşadıqlarını unutmamalıyıq.
İkincisi, yaxşı idarəetmənin həvəsləndirilməsi və demokratik institutların gücləndirilməsi işində biz qonşularımıza dəstək verməliyik. Parlament Assambleyasının yeni “Demokratiya naminə tərəfdaş” statusu Avropa Şurasına bu vəzifəni yerinə yetirmək üçün yaxşı imkanlar verir. Tam hüquqlu üzvlük təklif etməsə də, bu status parlament üzvü olmayanlara da imkan verir ki, Assambleyanın işində iştirak etsinlər, rəylərini bildirsinlər, təcrübələrini bölüşsünlər və yeni standartlar yaradılmasına kömək etsinlər.
Bu ilin iyununda biz tərəfdaş statusunu Mərakeş Krallığının parlamentinə verdik. Keçən həftə biz genişlənən ailəmizə yeni tərəfdaş üzv – Fələstin Milli Şurasını qəbul etdik. Demokratik seçkilərin təşkilinə və seçkilərin müşahidəsinə kömək etməklə biz bu yeni statusu indi Tunisdə təbliğ edirik. Ümid edirik ki, yeni hakimiyyət özünü bu işə hazır hesab edəndə tərəfdaşlıq üçün müraciət edəcəklər.
Onu da qeyd etməliyəm ki, tərəfdaş statusuna artan maraq təkcə Aralıq dənizi regionunda deyildir. Keçən həftə Strasburqda mən Qırğızıstan Respublikası parlamentinin vitse-spikerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdim. O, ölkə parlamentinin spikerinin məktubunu mənə təqdim etdi. Məktubda Qırğızıstan parlamentinin tərəfdaş statusu üçün müraciət etməsi barədə qərar qəbul etdiyi xəbər verilirdi. Bu, mənim qətiyyətlə müdafiə etdiyim aydın siyasi mesajdır. Ona görə də biz Qırğızıstan parlamentinin rəsmi müraciətini gözləyirik ki, sonra müvafiq prosedur işlərinə başlayaq.
İnanıram ki, Qırğızıstan parlamentinin müraciəti regiondakı digər ölkələr üçün də yaxşı nümunə olacaqdır. Xüsusən də, bu yaxınlarda Qazaxıstana səfərim zamanı mən bu statusu fəal şəkildə dəstəklədim. Qeyd edim ki, mənim arqumentlərim müsbət qarşılandı.
Əziz dostlar! Biz sürətlə dəyişən bir cəmiyyətdə yaşayırıq. Artıq qeyd etdiyim kimi, Avropada bizim üzləşdiyimiz çağırışlar dünyanın digər regionlarında yaranan humanitar problemlərlə sıx bağlıdır. Ona görə də birgə reaksiya göstərmək vacibdir.
Səmərəli reaksiya olması üçün biz uğur əldə etməyimizə imkan verən universal fundamental dəyərlər ətrafında birləşməliyik. Bu dəyərlər, – demokratiya, insan hüquqları və qanunun aliliyi, – XXI əsrdə də əhəmiyyətini saxlayır. Şadam ki, bu Forum qarşılaşdığımız çağırışlara dolğun cavab vermək üçün həmin dəyərlər naminə birgə fəaliyyətimizi nəzərdən keçirmək baxımından bizə daha bir imkan verir.
Diqqətinizə görə təşəkkür edirəm.
UNESCO-nun baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yanis Karklinsin çıxışı
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, cənab İlham Əliyev!
Xanım Əliyeva!
Cənab Dmitri Medvedevi təmsil edən möhtərəm Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri!
Möhtərəm nazirlər!
Möhtərəm Avropa Şurası Parlament Assambleyasının sədri!
Möhtərəm keçmiş dövlət başçıları!
Xanımlar və cənablar!
Bu tədbirdə iştirak etməkdən şərəf hissi duyuram. Azərbaycan Prezidentinə və hökumətinə bu təşəbbüsə görə təşəkkürümü bildirmək və UNESCO-nun baş direktoru xanım İrina Bokovanın tədbirin uğurlu keçməsi ilə bağlı diləklərini çatdırmaq istərdim.
Hərtərəfli dəyişən dünyada biz qlobal çağırışları müzakirə etməklə bağlı istənilən imkanı dəyərləndirməli və birlikdə hərəkət etməliyik. Məhz bu səbəbdən Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi olduqca vacibdir.
Bu forum dialoq, fikirlərin, ideyaların və baxışların mübadiləsi üçün platforma yaradır. Bu gün bu, əvvəlki dövrlərlə müqayisədə daha zəruridir.
Multikulturalizm, texnologiyaların cəmiyyətdə rolu, elminü və etik məsələlərin tərəqqisi, sürətlə dəyişən regionda və dünyada üç ənənəvi dəyərlərin mühafizəsi – bu mövzular qlobal idarəçilik qarşısında qaldırılan mühüm məsələlərdir.
Əslində bu mövzular bir məsələdə birləşdirilə bilər. Bu, XXI əsr üçün yeni humanizm məsələsidir. Qarşılıqlı asılılığın mövcud olduğu cəmiyyətlərdə fərdin rolu nədən ibarətdir? Hər kəsin ləyaqətinin və hüquqlarının bütün fəaliyyətlərin və uğura gedən yolun başlanğıc nöqtəsi olmasını necə təmin edə bilərik? UNESCO-nun mövqeyi aydındır.
Humanist olmaq Şimal və Cənub, Şərq və Qərb arasında “körpülər tikmək” və problemləri birgə həll etmək üçün cəmiyyəti gücləndirmək deməkdir. Bu, hamı üçün keyfiyyətli təhsilin təminatı, elmi əməkdaşlığı həvəsləndirmək və hər kəsə fayda verə bilmək naminə bilikləri bölüşmək deməkdir. Bu, eyni zamanda, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, xüsusilə demokratik cəmiyyətin özəyi sayılan ifadə və mətbuat azadlığının müdafiə olunması deməkdir.
Müasir dünya çoxtərəfli, kompleks və fərqlidir. İnternetə əsaslanan müasir kommunikasiya sistemləri informasiyaya məhdudiyyətsiz çıxışı və qlobal inkişafın müxtəlifliyini aşkarlamağı təmin edir. Lakin bütün fərqliliklərə baxmayaraq, biz hamımız insan olaraq qalırıq. Bütün mədəni müxtəlifliklərə baxmayaraq, biz ümumi sivilizasiyanı paylaşırıq.
Bütün mədəniyyətlər fərqlidir, lakin bəşəriyyət insan hüquqları və əsas azadlıqlarına əsaslanan vahid dəyərdir.
İfadə azadlığı demokratik inkişafa, yaxşı idarəçiliyə, qanunun aliliyinə kömək edir, insanlara geniş imkanlar təqdim edir. Geniş əhatəli kommunikasiyalar informasiyanın sərbəst axınına şərait yaradır və hazırda biliyə gedən yol əvvəlki dövrlərlə müqayisədə daha da asanlaşmışdır.
Sürətlə dəyişən mühitdə əsas prinsipləri saxlamaqla biz öz yanaşmalarımıza yenidən nəzər salmalıyıq. UNESCO-nun mandatı və BMT-nin missiyası bu ideyalara əsaslanır.
UNESCO-nun nizamnaməsində göstərilir ki, sülh bəşəriyyətin intellektual və əxlaqi həmrəyliyi əsasında yaradılmalıdır. Təkcə siyasi və iqtisadi əsaslara söykənən sülh kifayət etmir. Bizim nizamnaməmizdə deyilir ki, kişilərin və qadınların baxışlarında “müharibələr başlasa” elə həmin baxışlarda da sülhün qorunması prosesi formalaşdırılmalıdır.
Bu gün UNESCO-nun rolu qlobal idarəçilikdə olan boşluğu doldurmağa əsaslanır. Bu rol bizim ümumi gələcəyimiz üçün zəruri olan ictimai dəyərlərin qorunmasından ibarətdir.
UNESCO maliyyə yardımı paylamır, lakin inkişaf üçün zəmin hazırlayır. UNESCO özlüyündə sülhü qorumur, lakin sülhün davamlı olması üçün çalışır. Bu təşkilatın gücü əsas ictimai dəyərlər olan təhsil, mədəniyyət, elm və kommunikasiya kimi sahələrdə kollektiv hərəkata şərait yaratmaqdadır. Bunlar bütün ölkələrə təsir edən qlobal məqsədlərdir.
Bakı Beynəlxalq Humanitar Forumu bizim üzləşdiyimiz çağırışları araşdırmaq üçün çox yaxşı platformadır.
Bu mövzuların müzakirəsi üçün Xəzərin incisi olan Bakıdan daha uyğun bir şəhərin adını çəkmək mənim üçün çətin olar.
Qarşıda görüləcək işlərimiz çoxdur və məsələlərin həllinə hər yolla yardım etmək bizim vəzifəmizdir.
Diqqətinizə görə minnətdaram.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin çıxışı
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, cənab İlham Əliyev!
Zati-aliləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva!
Zati-aliləri, xanımlar və cənablar!
Sizi əmin edirəm ki, mənim çıxışım çox qısa olacaqdır. Bilirəm ki, çoxunuz yorulmusunuz. Bakıda – bu gözəl və tarixi şəhərdə forumun açılış günündə çıxış etmək mənim üçün böyük şərəfdir. Bu humanitar forumun açılışı sivilizasiyalararası əməkdaşlığın yeni mərhələsinin başlandığını bildirir. Bu münasibətlə Azərbaycan hökumətinin İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatına (İSESCO) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində ümumislam işinə göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, cənab İlham Əliyevə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mənim üçün eyni dərəcədə xoşdur ki, mədəniyyətlərarası dialoqda paytaxt kimi Bakının rolunun təsdiqi olaraq bugünkü Beynəlxalq Humanitar Forumun təşkilinə, sivilizasiyalar arasında birliyə, xalqlar arasında qarşılıqlı hörmət hissini möhkəmləndirməyə, anlaşmaya, tolerantlığa və dinc yanaşı yaşamağa kömək etmək məqsədilə dünyanın tanınmış ziyalılarını bir yerə topladığına görə qardaş Azərbaycan xalqını təbrik edim.
Zati-aliləri, xanımlar və cənablar!
Bakı Beynəlxalq Humanitar Forumu qloballaşma dövründə beynəlxalq səviyyədə gələcək humanitar əməkdaşlıq hərəkatında yeni humanitar gündəmin yaradılmasında qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün yollar axtaracaqdır. Bu, Zati-aliləri, cənab İlham Əliyev hakimiyyətə gələndən bəri Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət qarşısında sadiqlik nümayiş etdirdiyi sivilizasiya məramına kömək etmək işində axtarışlarının bir hissəsi kimi, şübhəsiz ki, çox alicənab məqsəddir. Həmin axtarışlar bu dəyərli ölkəni əlbəttə ki, harmoniya və yaxınlaşma, inkişaf, tərəqqi və xalqlar arasında qarşılıqlı anlaşma məkanına çevirir. Qloballaşma dövründə dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq mövzusunda Bakıda keçirilmiş, bir neçəsinin təşkilində İSESCO-nun da iştirak etmək şərəfinə nail olduğu müxtəlif beynəlxalq konfranslar, doğrudan da, dünyanın diqqətini humanist mədəniyyətə mühüm töhfə verən bu şəhərə yönəltmişdir. Bu, həm də qloballaşma dövründə Bakının humanitar hərəkatın təbliğinə müsbət təsir göstərən belə bir humanitar layihəyə ev sahibliyi etmək bacarığının təsdiqidir. Biz İSESCO-da bu dəyərli humanitar sivilizasiya layihəsinin əhəmiyyətini çox yüksək qiymətləndiririk. Məqsədlərinin əhəmiyyətini nəzərə alsaq, bu layihə həm hökumətlərlə, həm də beynəlxalq, regional və yerli təşkilatlarla əməkdaşlığı ehtiva edir. Birgə humanitar məqsədlərə çatmaq üçün İSESCO forumla əməkdaşlıq etməkdə, əlbəttə ki, maraqlıdır.
Dünyamız bu gün çox narahatdır. Ona görə də, ədalətə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin və Təhlükəsizlik Şurasının qərarlarına əsaslanaraq problemlərimizin həllində bu gün humanist yanaşmaya ehtiyacımız vardır. Dağlıq Qarabağ, Fələstin və bir çox başqa məsələlərə hüquqi baxışdan əvvəl humanitar baxış gərəkdir. 50 üzv dövləti birləşdirən İSESCO adından mən Bakı Beynəlxalq Humanitar Forumunu alqışlayıram, onun işinə uğurlar arzulayıram. Buna görə sizə təşəkkür edirəm.
Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin çıxışı
Möhtərəm İlham Heydər oğlu!
Möhtərəm Sergey Yevgenyeviç!
Hörmətli forum iştirakçıları!
Həmkarlarım!
«XXI əsr: ümidlər və çağırışlar» Bakı beynəlxalq humanitar forumunun təntənəli açılış toplantısında iştirak etmək Moskva Universitetinin nümayəndə heyəti üçün böyük şərəf və etimaddır.
Belə mötəbər toplantıya təbrik sözləri ilə müraciət edərkən, tarixi əməkdaşlığımızın mərhələlərini yaddaşımda canlandıraraq, Rusiya və Azərbaycanın vətəndaş və elmi cəmiyyətlərinin yaxınlığına, elm və təhsil məktəblərinin birgə nailiyyətlərinin rəngarəngliyinə bir daha valeh oluram.
Rusiya ilə Azərbaycanın əməkdaşlığı tarixi, əsasən, ölkələrimizin alimlərinin yaradıcılıq və birgə iş tarixçəsidir.
Belə ki, zəngin tarixə malik, Azərbaycanda tədris müəssisələrinin flaqmanı, hazırda respublikada mütərəqqi ideyaların və milli şüurun məşhur elmi mərkəzi olan Bakı Dövlət Universiteti belə əməkdaşlığın reallaşdırılmasına gözəl örnəkdir. Universitetin alimləri Azərbaycan Elmlər Akademiyasının təşkilində fəal iştirak etmişdir: Neft-kimya Prosesləri Elmi-tədqiqat İnstitutu moskvalı professorlar Nikolay Dmitriyeviç Zelinski və Aleksey Aleksandroviç Balandinin, Azərbaycanda neft kimyasının banisinin görkəmli tələbəsi Yusif Heydər oğlu Məmmədəliyevin adını daşıyır. Respublikanın bir çox ali tədris müəssisəsi üçün Rusiya ali məktəbləri ilə münasibətlər inkişaf və tərəqqinin dayağı və təməli olmuşdur.
Universitetlərimizin əməkdaşlıq səhifələri saysız-hesabsızdır. Moskva və Bakı Dövlət universitetlərinin Kimya fakültələri arasında fəal inkişaf etməkdə olan birgə layihələri qeyd etmək istərdim. Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məmmədəli oğlu Məhərrəmov vaxtilə MDU-nun professoru akademik Nikolay Sergeyeviç Zefirovun rəhbərliyi altında Kimya fakültəsində namizədlik dissertasiyası müdafiə etmişdir. Hüquq, iqtisad elmləri, humanitar elmlər sahələrində fəal əməkdaşlıq etməkdəyik, bu gün universitetimizdə Azərbaycandan tələbələr, aspirantlar və müəllimlər təcrübə keçirlər.
Mən təhsil aldığımız, işlədiyimiz, ilk elmi nəticələr əldə etdiyimiz dövrü yada salıram, burada – Bakıda Azərbaycanın görkəmli riyaziyyatçıları – dünyada tanınmış alim, funksional analiz məktəbinin banisi Zahid Xəlilov, tətbiqi riyaziyyat və mexanika sahəsində görkəmli alim Fərəməz Maqsudov, xüsusi törəməli diferensial tənliklər və funksional analiz üzrə mütəxəssis Məcid Rəsulov, Cəlal Allahverdiyev və bir çox başqaları ilə keçirdiyimiz konfransları həyəcanla xatırlayıram. Riyaziyyatçılarımızın əməkdaşlığı bu gün də durmadan inkişaf etməkdə və möhkəmlənməkdədir.
Hörmətli həmkarlarım!
Biz hamımız Avrasiya məkanında yaşayırıq. Bu yaxınlarda Avrasiya Universitetlər Assosiasiyası 20 illiyini qeyd etdi. 20 il bundan əvvəl MDU-nun akt zalında SSRİ Universitetlər Assosiasiyasının təsis qurultayı keçirildi. Qeyd etmək istərdim ki, azərbaycanlı həmkarlarım bu təşkilatın yaradılmasında iştirak etmişlər və Bakı Dövlət Universiteti onun təsisçilərindən biridir. İki il bundan əvvəl burada – Bakıda, Bakı Dövlət Universitetində biz Avrasiya Universitetlər Assosiasiyasının İdarə heyətinin toplantısını keçirdik və toplantıda bizim Assosiasiyamızla Xəzəryanı Universitetlər Assosiasiyası arasında əməkdaşlıq haqqında saziş imzalandı.
Əməkdaşlıq etdiyimiz bütün dövr ərzində Azərbaycan üçün onlarla görkəmli mütəxəssis, professor, elmlər doktorları, akademiklər yetişdirən, yüzlərlə birgə məqalə və monoqrafiya, onlarla elmi kitab çap etdirən, Moskva Universiteti bu gün də həmin ali missiyanın yerinə yetirilməsi istiqamətlərində səylərini davam etdirməkdədir. Hazırda biz müxtəlif istiqamətlər üzrə əməkdaşlıq templərimizi fəal şəkildə artırmaqdayıq və çeşidli birgə layihələr gerçəkləşdiririk ki, bu sahədə ən parlaq hadisələrdən biri Bakıda MDU-nun Filialının yaradılması olmuşdur.
2007-ci ildən sonra Moskva Universiteti ilə Azərbaycan arasında münasibətlərin tamamilə yeni bir səviyyəyə yüksəlməsini qeyd etmək mənim üçün xüsusilə xoşdur və mən bu barədə danışmaq istəyirəm. 2007-ci ilin may ayında mən Bakıda səfərdə oldum. Səfərin gedişində Prezident İlham Heydər oğlu Əliyevlə görüşüm baş tutdu ki, həmin görüşdə Bakıda MDU-nun Filialının yaradılması ideyası yarandı və bu fikrin həyata keçirilməsi və inkişaf etdirilməsinin perspektivləri müzakirə olundu. Qeyd etmək istəyirəm ki, Prezident bu ideyaya hərtərəfli dəstək verdi və 15 yanvar 2008-ci ildə İlham Əliyev Bakı şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında Sərəncam imzaladı. İcazə verin, möhtərəm İlham Heydər oğlu, bu taleyüklü qərara görə Sizə dərin minnətdarlığımı bildirim. 3 istiqamət – riyaziyyat, tətbiqi riyaziyyat, kimya, rus və roman-german filologiyası üzrə ilk tələbə qəbulu 2008-ci ilin iyul ayında həyata keçirildi və biz uğurla işə başladıq. 2009-cu ilin fevral ayında Bakıda MDU-nun Filialının rəsmi açılış mərasimi oldu və onda Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev və Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Yevgenyeviç Narışkin iştirak etdilər. Elə həmin vaxt MDU Filialının yeni binasının təməlinin qoyulmasının təntənəli mərasimi keçirildi, artıq may ayında isə Bakı filialında yeni, dördüncü istiqamətin – psixologiya ixtisasının açılması barədə razılaşma əldə edildi. Hazırda Filialda Moskva Universitetinin proqramları üzrə, təxminən 265 tələbə təhsil alır.
Mən səmimi şəkildə əminəm ki, ölkələrimizin alimləri, ziyalıları arasında münasibətlər həmişə dostluq əlaqələrinin, dövlətlərimiz arasında qarşılıqlı səmərəli tərəfdaşlıq xalqlarımız arasında dostluq münasibətlərinin inkişaf etməsi və gələcəkdə də inkişaf etməsinin təməli olacaqdır.
Bugünkü çıxışımı bitirərkən bir daha Moskva Universitetindən bütün Forum iştirakçılarına ən səmimi arzuları çatdırmaq və burada iştirak edənlərin hamısını dövlətlərimizin inkişafı üçün gələcəkdə də əlimizdən gələni etməkdə qəti qərarlı olduğumuza bir daha əmin etmək istəyirəm.
Diqqətinizə görə təşəkkür edirəm!
Rumıniyanın sabiq Prezidenti Emil Konstantineskunun çıxışı
Hörmətli qonaqlar!
Hörmətli həmkarlar!
Miladi təqvimlə 14 iyun 1325-ci ildə (hicri təqvimi ilə 725-ci ildə) 21 yaşlı Abu Abdulla Məhəmməd İbn Battut Tanjeri (Mərakeş) tərk etmişdir. Otuz il ərzində 75 min mildən artıq yol qət edəndən sonra o, Mərakeşə qayıtmış və “İbn Battutanın məşhur səyahətləri” adlı kitab yazmışdır. Onun hekayələri orta əsrlərdə quru və dəniz yolu ilə səyahət edən tacirlərin oynadıqları vacib rolu bizlərə açmaqdadır. Onun xatirələri Rumıniyanın intibah dövrünün ilk illəri üçün tarixi mənbə kimi əhəmiyyət kəsb edir. İspaniyadan Çinədək uzanan İpək Yolunun üzərindən keçib Skandinaviyadan Yunanıstana gedən yollar məhz burada kəsişir. Orta əsrlərdə ticarət, təhsil və din dialoqun və konvergent sivilizasiyanın məkanı daxilində mövcud idi.
Mədəni irs həmişə mürəkkəb və çox həssas mövzu olmuşdur. Burada əsas məsələ “irs” ideyasının subyektiv mahiyyətidir. Qərb alimi qeyri-ixtiyari olaraq tarixi və mədəni reallığı özünə yaxın amil kimi qəbul edir. Şərqli isə özünü əcdadlarının ənənələrinə bağlı hiss edir və başqa ənənəsi olanları ikinci dərəcəli hesab edir. Bu cür fikir ayrılığının olduğu vəziyyətdən çıxış yolu dialoqdur – reallığın müxtəlif aspektlərinə əsaslanan elmi, psixoloji, mədəni, bədii və dini sahələrdə dialoq.
İki böyük din arasındakı münasibətlərin inkişafının hazırkı vəziyyətinə nəzər salarkən insanlar arasında dialoq arzusunun olmaması, münaqişə, qarşılıqlı dözümsüzlük hallarının mövcudluğunu görsək, tarazlıq tapmağın nə qədər çətin olduğunu başa düşərik. Unutmamalıyıq ki, bunların hamısı yarımçıq başa düşülən tarixin təsirindən başqa bir şey deyildir. Bu vəziyyəti nəzərə alaraq, özümüzə çox sadə bir sual verməliyik: biz həqiqətən öz dəyər və normalarımızı bilirikmi? Bu gün davamlı qarşılıqlı təsir şəraitində inkişafın qarşısının alınmasının qeyri-mümkün olduğu açıq dünyada qapalı cəmiyyətin heç bir şansı yoxdur. Eyni zamanda, qloballaşma yalnız ticarət, azad bazarın dinamikası, yaxud rəqabətə davamlı məhsulların istehsalı kimi başa düşülməməlidir. Bunlardan başqa, qloballaşma həm də müəyyən dəyərlər bilgisi, yaxınlıq və anlaşma deməkdir. Müasir dünyada sürətli transformasiya qlobal cəmiyyət, insanlararası əlaqələr, daha çox isə siyasət anlayışına yenidən baxılması prosesində iştirakımızı tələb edir. Siyasət günün reallıqlarından təcrid olunmuş şəkildə qəbul edilə bilməz. Bu gün siyasətin funksiyası yalnız dost və düşmənlər arasındakı münasibətlərin tənzimlənməsi ilə məhdudlaşmır. Siyasət cəmiyyət üzvlərini bölmək deyil, onları ümumi dəyərlər ətrafında birləşdirmək üçün təcrübə toplusu kimi qəbul edilməlidir.
İndi insanlar arasında dialoq daha geniş formada aparılmalıdır. Münaqişələrin qarşısının alınması və postmünaqişə vəziyyətinin idarə olunması üçün müxtəlif dini icmaların maraqlarını, dövlət öhdəliklərini və vətəndaşların təbii hüquqlarını, eləcə də regional aktyorların maraqlarını nəzərə alan balanslaşdırılmış baxışın olması zəruridir. Bu baxış milyardlarla insanın səsini və arzusunu çatdıran nümayəndələrin iştirakı olmadan inkişaf etdirilə bilməz.
Başqalarının istəklərini nəzərə almamaq xarici siyasətdə səhvlərə gətirib çıxarmış və tarix boyu münaqişə və müharibələrin yaranmasına səbəb olmuşdur. Ümumi dəyərlər, dialoq əsasında qurulmuş siyasət qloballaşmış dünyamıza sabitlik gətirə bilər. Şimali Afrikada və Yaxın Şərqdə azadlıq, demokratiya və insan hüquqları uğrunda aparılan hərəkatlar yaxın gələcəkdə yalnız bu ölkələrin deyil, bütün dünyanın gələcəyini dəyişəcəkdir. “Yumşaq güc” (Soft power) adlandırdığımız amilə əsaslanaraq təhlükəsizliyə və sülhə təminat verən sistem bərqərar etmək mümkündür.
Beynəlxalq siyasət və klassik diplomatiya güc üzərində yaradılmışdır və bu belə olmaqda davam edir. “Yumşaq güc” anlayışı funksionallıqdan uzaqdır. Xahiş edirəm, məni düzgün başa düşün. Mən klassik diplomatiyanın mədəni diplomatiya ilə əvəz edilməsini istəmirəm. Bu, bəlkə də təhlükəli utopiya olacaqdır, lakin mən onların birləşdirilməsinin tərəfdarıyam. Alim, mədəniyyət və dövlət xadimi kimi deyə bilərəm ki, qeyri-Ekvlid həndəsəsi Evklid həndəsəsi ilə, relyativist fizikası Nyuton fizikası ilə, musiqi, ədəbiyyat və incəsənətdə modernizm və postmodernizm klassizm və neoklassizm ilə nə qədər eyniyyət təşkil edirsə, mədəniyyət diplomatiyası ilə klassik diplomatiya da bir o qədər eynidir.
İnanıram ki, biz daha çox şeyə ümid edə bilərik. Hazırda böyük dövlətlər və beynəlxalq təşkilatlar (BMT, UNESCO və vətəndaş cəmiyyətləri) bütün dünyada sülh və qarşılıqlı anlaşmanı təbliğ etmək üçün danışıqlar və əməkdaşlıq vasitəsilə siyasi təhlükəsizlik mədəniyyəti yaratmağa çalışırlar. Biz hər kəsin razılaşa biləcəyi ən aşağı dərəcəli ortaq məxrəc axtarırıq. Hesab edirəm ki, insanlar arasında sülh və anlaşmanın əldə olunmasını istəyiriksə, diqqətimizi ən aşağı dərəcəli deyil, ən yüksək dərəcəli ortaq məxrəc yollarını tapmağa cəmləşdirməliyik.
İyirmi il bundan əvvəl Şərqi Avropada insanlar azadlıq və demokratiya uğrunda mübarizə aparmağa və ölməyə hazır idilər. Yeni minillikdə isə gəlin inam yollarını araşdıraq, lakin ondan bir-birimizə qarşı istifadə etməyək, yaradılmağımızın səbəbini anlamaya çalışaq. Xristian, İslam, İudaizm və başqa dinlərə mənsubluğumuzdan asılı olmayaraq, bütün dinlərdə sülh Allahın adıdır. Artıq yeni demokratiyalar üçün insan simalı kapitalizm (human face capitalism) layihəsini yaratmağın vaxtı çatmışdır. XXI əsrdə baş verən inqilablar yalnız azadlıq üçün deyil, həm də insan ləyaqəti üçündür.
Çox sağ olun.
Kimya üzrə Nobel mükafatı laureatı, professor Əhməd Zeveylin çıxışı
Sabahınız xeyir, xanımlar və cənablar.
Mən humanitar əməkdaşlıq və tərəfdaşlığa dair bir az fərqli aspektdən danışmaq istəyirəm. Bilmək vacibdir ki, biz haradayıq və hara gedirik. Mənim fikrimə görə, əgər bugünkü dünyaya baxsaq, elə bil o, fəzada sıxılır, elə bil vaxtı da qısaltmışıq. Bu gün dünyaya bir az geniş baxsaq, görərik ki, bu saat iki milyarddan çox insan İnternetdədir. Əgər bu gün əlaqə qurmağı bacardığınızı düşünürsünüzsə, siz Bakı ilə Los-Anceles, ya da Qahirə arasında yox, keçmişin kommunikasiya vasitələri ilə içində yaşadığımız bugünkü dünyanı tutuşdurmağa, müqayisə etməyə çalışın. Mən bunu özüm Los-Ancelesdəki iş yerimdə təcrübədən keçirmişəm.
Siz Yerdə oturub 16 dəqiqə ərzində Marsdan fotoşəkil ala bilərsiniz. Bu şəkillər saniyədə 300 min kilometr sürətlə Yerə gəlir. Bu, içində yaşadığımız dünyadır, biz planetlər arasında əlaqə yaradırıq, şəhərlər arasında yox. Fikrimcə, XXI əsrin ən böyük imkanı, bu gün səhər Prezidentin dediyi kimi, odur ki, planetimizdə bəşər tarixindən bu yana ilk dəfə olaraq elm və bilik təkcə mühüm rol oynamır, həm də xalqların tərəqqisində həlledici rol oynayır. İstəyirəm bir misal göstərim. Bu gün mikrokosmosda əlimizdə olan vasitə və yollar fəzada atom və molekulların hərəkətinə nəzarət etməyə, həm də vaxtında nəzarət etməyə imkan verir. Bu nə deməkdir? Tibb sənayesində dərman kəşfi bütünlüklə fərqli olacaq. Xəstəlikləri əvvəllər heç təsəvvür etmədiyimiz yollarla öyrənməyə başlayacağıq. Siz, ya mən, fərqi yoxdur, xoşladıq-xoşlamadıq, yaşımızdan asılı olaraq ahıl çağımızda Alsqeymer xəstəliyinə tutuluruq. Bu xəstəliyə səbəb isə protein molekuludur. Bu protein molekullarını axıra qədər öyrənib onlara nəzarət edə bilsək, gələcəyin təbabətini tamamilə yenidən qura bilərik.
Bütün planetlər və kainat bir yerdə makrokosmosdur. Bunu da bilirik ki, kainat getdikcə genişlənir və sürətini artırır. Əslində, söhbət indi təkcə bizim Yer planeti ilə başqa planetlər arasındakı əlaqədən yox, qalaktikalar arasındakı əlaqədən gedir. İnkişaf etməkdə olan dünyamız məhz bunu etmək istəyir. Amma başa düşməliyik ki, bəs o biri dünyalar hara gedir. Xalqlar Ayda və digər planetlərdə müstəmləkə yaradıb yeni resurslar əldə etmək barədə düşünürlər. Həyat elmlərinin axıra qədər başa düşmədiyimiz mürəkkəb dünyasında artıq qeyd etdiyim kimi, xəstəliklərin fundamental səviyyədə müalicəsini biz hələ lazımınca qura bilmirik. İşlərin bu vəziyyətində, Yaponiyadakı son kəşf, məsələn, gövdə hüceyrəsinin kəşfi göstərir ki, bəşəriyyət tarixində ilk dəfə olaraq insan dərisindən yeni orqan yaradılması mümkündür. Bəzi biokimyəvi proseslərin köməyi ilə biz gövdə hüceyrəsini ələdə edə bilərik. Bu o deməkdir ki, insan üçün istənilən orqanı düzəldə bilərik, onu soyuducuda saxlayıb qocalanda xəstə orqanı dəyişə bilərik. Dünya çox sürətlə transformasiya olunur. Buna görə narahatlıq olmasa da, bilirəm ki, inkişaf edən dünya bunu etməlidir və güman ki, edir də.
Xanımlar və cənablar! Biz məsələyə başqa cür yanaşmalıyıq. Mənim fikrimcə, etməli olduğunuz ilk iş odur ki, siz əvvəlcə evi təmizləməli, elm, bilik bazası, texnoloji baza yaratmalısınız. Amerika Yer planetində ona görə yaranmayıb ki, super dövlət olsun, lakin insanlar çalışdılar və yeni ideya inkişaf etdilər. Mən bu gün dünyanın üzləşdiyi bəzi problemləri gördükcə çox narahat oluram. Məsələn, ərzaq qıtlığı. Son vaxtlarda dünyada, o cümlədən inkişaf etməkdə olan ölkələrdə baş verən inqilablar arasında əlaqələrdən bəhs edən bir müəllif yazırdı ki, bu, ərzaq qiymətlərinin artması ilə bağlıdır. İndi dünyada altı və ya yeddi milyard insan vardır. 2050-ci ildə bu rəqəm doqquz milyarda çatacaqdır. Əsl ərzaq və enerji qıtlığı, bax, o zaman olacaqdır. Orta Şərq olsun, Azərbaycan və ya başqa bir ölkə, fərqi yoxdur, dünya neft ehtiyatları 50 ya da 100 ilə bəs edər. Nə etməli? Sizin ölkənizin devizi çox xoşuma gəldi – siz qara qızıl resurslarını insan kapitalına çevirməyə çağırırsınız. Biz insan düşüncəsini bərpa etməliyik, insan mədəniyyətini və təhsilini yenidən qurub, yenidən yaratmalıyıq. Mənim fikrimcə, biz yalnız o vaxt mədəniyyət və sivilizasiyanın yaxınlaşmasına aparan yolları tapa bilərik.
Dinlər arasında münaqişə üçün də heç bir əsas yoxdur. Mən fərqli bir inancın, fərqli bir mədəniyyətin daşıyıcısı olaraq Amerikada yaşayıram. Belə hesab edirəm ki, mən o mədəniyyətlər və sivilizasiyalar arasında körpü ola bilərəm. Sivilizasiyalar və mədəniyyətlər arasında münaqişə barədə diskussiyaların heç bir əsası yoxdur. Çünki inanıram ki, belə mülahizələrin mahiyyəti yoxdur. Doğrudan da ehtiyac duyduğumuz bir şey varsa o da dünyada həqiqi humanitar tərəfdaşlığa və sülhə aparan həqiqi tərəfdaşlıqdır.
Çox sağ olun.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Ceyms Mirrlisin çıxışı
Zati-aliləri, xanımlar və cənablar!
Mən ixtisasca iqtisadçıyam. Hazırkı dövrdə iqtisadiyyat ağır günlərini yaşayır və bu, həqiqətən belədir. Mənə elə gəlir ki, iqtisadiyyat bəşəriyyətin rifahının əsasıdır.
Biz ikili dünyada yaşayırıq və bu dünyada bəzi ölkələrlə bağlı vəziyyət çox pisdir. Hətta Amerika Birləşmiş Ştatları, yaxud Avropa İttifaqının üzvü olan inkişaf etmiş ölkələrdə bu gün tənəzzül olmasa da, gələn il bu baş verə bilər. İşsizliyin səviyyəsi çox yüksəkdir. Bəzi ölkələrdə işsizliyin səviyyəsi 20 faizdən çox, gənclər arasında isə işsizliyin səviyyəsi 50 faizə yaxındır. Hansı tərəfə baxsaq, bəşəri fəlakətin əlamətlərini görə bilərik, çünki insanlar normal həyat tərzi sürə bilmirlər, yəni onlar üçün iş imkanları yoxdur. İnsanları xoşbəxt edən amillərin tədqiqi zamanı aydın olmuşdur ki, onlar işsizliyi özləri üçün ən ciddi problem hesab edirlər. Siz hesab edə bilərsiniz ki, insanları xoşbəxtlikdən məhrum edən amil xəstəlikdir. Lakin görünən odur ki, işsizlik bundan daha ciddi səbəbdir. Qeyd etdiyim kimi, dünya iki hissəyə ayrılmış vəziyyətdədir. Bir hissəsi iqtisadi cəhətdən irəliləməkdədir, digər hissə isə geridə qalır. Bunlar biri-birinə bağlıdır və dünyanın qlobal şəkildə bağlılığı fikrini əsas götürsək, ola bilməz ki, dünyanın bir hissəsi yaxşı vəziyyətdə, digəri pis vəziyyətdə yaşasın. Dünyanın bir hissəsinin inkişafına səbəb neft və digər məhsulların qiymətinin artmasıdır. Bu da təbii ki, öz növbəsində digər hissədə iqtisadiyyatın düşməsinə gətirib çıxarmışdır. Əlbəttə, bəzi ölkələrin problemlə üzləşməsinə səbəb onların banklarının iqtisadi funksiyalarını düzgün icra edə bilməməsi oldu. Ümumiyyətlə, qeyd etməliyəm ki, bazar sisteminin iqtisadiyyatı idarə etməsi iflasın yaranmasına qismən səbəb olmuşdur. Söhbət həqiqətən böyük və ciddi problemdən gedir. Bazar sistemi nə deməkdir? Bu, istifadə üçün yaradılmış, bazara çıxarılan ən müxtəlif mallar deməkdir. Bazar sistemindən istifadə edən Çin və digər ölkələr böyük miqyasda iqtisadi artım əldə etmişlər. Bu iqtisadi artım meyarı standartından istifadə etməyə hələ tələsməməliyik, çünki bu meyarlar nisbidir, yalnız bəzi göstəricilərə ekvivalentdir. Ümumi daxili məhsul (ÜDM) ümumi bir ifadəyə çevrilmişdir. İqtisadiyyatdan əldə edilən üstünlüklərin mahiyyətini təkcə gəlirlə ölçmək olmaz. Təkcə bu, məqbul deyil, burada başqa ölçülər də vardır. ÜDM nə qədər insanın işsiz olması haqqında dəqiq məlumat vermir. Daha çox diqqət yetirilməli olan amil keyfiyyət amilidir. Lazım olan keyfiyyəti əldə etmək üçün bazar sistemi reallıqda tam şəkildə işləmir. Bu məsələdə qlobal istiləşmə məsələsini də vurğulamaq lazımdır, çünki keyfiyyət qazanmaq üçün elektrik əldə etmək məqsədi ilə yanacaqdan istifadə olunur.
Biz bəzi nümunələrə nəzər sala bilərik. Bəziləri hələ də bazarın nə qədər məktəbə, xəstəxanaya, həkimə, yaxud tibb bacısına ehtiyac olduğunu bizə diktə etməsini istəyirlər. Lakin bazar tibbi müalicənin keyfiyyətini təmin etmək iqtidarında deyildir. Çoxları deyir ki, burada iqtisadi mülahizələri əsas götürmək lazım deyil. Tibbi xidmətdə bəzi xidmət növləri həqiqətən səmərəli və iqtisadi cəhətdən sərfəlidir. Qeyd etməliyəm ki, tibbi xidmət, təhsil və ətraf mühitin qorunması işini tənzimləyən başqa mexanizmlər də mövcuddur. Fikrimcə, biz daha çox müəyyən tədqiqat aparılmasını tələb edən statistik qeydlərə diqqət yetirməliyik. Təhsildə xüsusi metodun istifadəsinə ehtiyacın olub-olmamasını aydınlaşdırmalıyıq. Nəyin əldə edildiyi barədə məqbul uçot sistemi olmalıdır. Bir çox ölkələrdə tibbi müalicənin hansı keyfiyyətdə işlədiyini aydınlaşdırmaq üçün münasib sistem mövcuddur. İqtisadiyyatın funksiyasının əhəmiyyətli qismini təşkil edən sahələr daha çox tədqiq olunmalıdır. Sabah iqtisadçılar üçün ciddi problem olan yoxsulluq haqqında danışacağam, çünki buna daha çox diqqət yetirilməlidir. Bu cür qrup halında toplaşaraq gördüyümüz işlərin doğru olub-olmaması haqqında fikirləşmək çox vacibdir. Qeyd etməliyəm ki, müəyyən qeydlər aparmaq, tədqiqatlar və monitorinqlər təşkil etmək böyük əhəmiyyət daşıyır və bu işlər daim davam etdirilməlidir.
Sağ olun.
Bolqarıstanın sabiq prezidenti Jelyu Jelevin çıxışı
Hörmətli Azərbaycan Respublikasının Prezidenti!
Hörmətli xanımlar və cənablar!
Mən sizin hamınızı Bakıda Birinci Humanitar Forumun işə başlaması münasibətilə təbrik edirəm. Mən sizin gözəl şəhərinizdə olmuşam, gözəl insan Heydər Əliyevlə görüşmüşəm. Dünən mən onun məzarını ziyarət etdim. O bilsəydi ki, onun oğlu və bütün həyatını həsr etdiyi xalqı bu dahi insanın ideya və arzularını həyata keçirir, şad olardı.
Mən təşkilatçılara qonaq pərvərliyə görə təşəkkürümü bildirirəm. Sizin hamınıza sülh və ümumi qarşılıqlı anlaşma naminə işinizdə uğurlar arzulayıram. Ölməz Nizaminin sözləri yada düşür: “Kim özünə dost axtarmırsa, o, özü özünə düşməndir”.
Sizə cansağlığı və firavanlıq arzu edirəm.
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadhar Suracprasad Naypolun çıxışı
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Mən yazıçıyam, kitab yazıram, bu məqsədlə də dünyanı gəzirəm. Gözəl təbiəti olan Azərbaycanda olmaqdan çox şadam. Mənim iqtisadiyyat, siyasət, yaxud astronomiyaya dair geniş anlayışım yoxdur. Mən yazıçılıq, yazıçıların vəziyyəti haqqında danışacağam. Biz yazıçılıq haqqında praktiki deyil, mücərrəd tərzdə danışırıq. Bəs biznes haqqında yazmaq necə, buna cəhd göstərmisinizmi? Yazıçı olmağa qərar verdikdə bu, öyrənməli olduğum ilk məsələ idi. Mən dil öyrənməli oldum. Məktəb və universitet illərində məqalə yazırdım və buna çox vaxt sərf edirdim. Yazmaq üçün hər hansı mövzu tapmaq lazımdır. Dünya haqqında gənc bir insanın bildiyindən daha çox biliyin olmalıdır. Bu cür zəngin biliklə öz fikrini ifadə etməyə çalışır, əsərlər yazmağa başlayırsan. Mənim ilk kitabım məşhur ingilis yazıçısı İvlin Vo haqqında olmuşdur. O, satirik yazıçı idi. Hesab edirdim ki, satirik yazıçı adi işlərlə məşğul olmalı deyildir. Ona görə yox ki, satira müəyyən mənada həssaslıq tələb edir. Düşünürdüm ki, mən daha ciddi mövzularda yaza bilərəm, lakin bu cür mövzularda nə yazacağım haqqında hər hansı fikrim yox idi. Beləliklə, qərara gəldim ki, adi bir insanın gündəlik həyatı haqqında yazım. Lakin bu haqda da yazmaq çox çətindir, çünki sadə insanın gündəlik həyatı oxucularda maraq doğurmur.
Bir dəfə işlədiyim radio kanalının studiyasında bir nəfərlə söhbət edirdim. Yazmağı hələ öyrənirdim, amma ədəbi proqramları redaktə edirdim – bu da yəqin qəribədir. O insandan xahiş etdim ki, mənim apardığım proqramla bağlı fikrini yazıb mənə göndərsin. O isə belə cavab verdi: “Sənin yerində olsaydım, gələcəyi olmayan bu cür işlə məşğul olmazdım”. Əlbəttə, mən onu haqlı hesab etmədim. Müəyyən müddət narahatlıq keçirəndən sonra isə mən başa düşdüm ki, onun dediyində bir həqiqət vardır. Onu da başa düşdüm ki, əgər zəif yazırsansa özün bunu bilirsən. Deməli, tənqidi fikrə də ehtiyacın olmur. Mən iki kitab yazandan sonra qərara gəldim ki, yaradıcı üslubuma daha çox diqqət ayırım və altı həftə bunun üzərində işlədim.
Bir gün radio studiyasında bir otağa keçdim və yazmağa başladım. Həmin gün işimi yekunlaşdırmayınca, masa arxasından qalxmaq fikrim yox idi. Məqsədimə nail oldum. Ertəsi gün bu üsulla başqa bir yazı da yazdım. Bunların hamısı yazılarımın dili ilə bağlı narahatlığımın sayəsində mümkün oldu. Mən əsərlərimi sadə və açıq tərzdə yazmağa çalışırdım. İlk ciddi kitabımı da bu cür yazmağa başladım. 1950-ci ildə təkcə universitetdə təhsil almaq deyil, həm də yazıçı olmaq məqsədi ilə Böyük Britaniyaya getdim. Yazıçı olmaq bir kitab yazmaqla qurtarmır, bunun üçün daim yazmaq lazımdır. Yazıçı daim öyrənməlidir. Elə bil həmişə döyüşürsən. Yazmağı öyrənirsən, dili öyrənirsən. Hər dəfə fərqli mövzular haqqında yazırsan. Yazmağa necə davam edəsən? Bir yazını qurtardın, bəs sonra? Bunların hamısı öyrənilməlidir.
Çoxları yazmaq prosesinə, yazıçılığa mücərrəd yaxud da fəlsəfi aspektdə yanaşırlar. Yazıçılardan hansısa məsələ haqqında fikirlərini soruşmaq çox maraqlıdır. Mənim fikirlərim çox böyük deyil və ümumidir. Bu gün burada eşitdiyim böyük ideyalar xoşuma gəldi.
Bir çoxlarına görə, yazmaq sadə və gözəl bir işdir, amma vəcd və mistika ilə bağlıdır. Mən bunu belə hesab etmirəm. Ümid edirəm ki, dediklərim sizlər üçün də maraqlı oldu.
Diqqətinizə görə təşəkkür edirəm!
Slovakiyanın sabiq Prezidenti Rudolf Şusterin çıxışı
Zati-aliləri!
Xanımlar və cənablar!
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak və belə mötəbər auditoriya qarşısında çıxış etmək mənim üçün böyük şərəfdir. Bu cür vacib tədbirə məni dəvət etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri, Cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Prezident İlham Əliyevin himayədarlığı ilə bu forum uğurlu olacaqdır.
Olduqca mürəkkəb olan bugünkü dünyamızda regional qeyri-bərabərlik mövcuddur. Bir qrup ölkə yüksək səviyyəli yaşayış standartlarına malik olduğu halda, bəzi kasıb ölkələr ərzaq çatışmazlığından və savadsızlıqdan əziyyət çəkir.
Bu gün bəşəriyyət təxirə salınmadan cavab verilməli olan çağırışlarla üzləşir. Məlum məsələdir ki, dünya ölkələri ayrı-ayrılıqda bu çağırışlara cavab vermək iqtidarında deyildir. Məsələn, insanın səbəb olduğu iqlim dəyişikliyi çox ciddi problemdir. Onun mənfi nəticələri xüsusilə ərzaq istehsalında özünü göstərir. İqlim dəyişikliyi qeyri-sabitliyə və aclığa səbəb olaraq çox ciddi fəsadlar törədə bilər. Nəzərə almaq lazımdır ki, bu fəsadlar ərzaq böhranının aradan qaldırılmasına qabil olan ölkələrdən də yan keçməyə bilər. Ona görə də, biz ətraf mühitlə bağlı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün əlimizdən gələni əsirgəməməliyik. Bunun üçün bizim güclü siyasi iradəmiz, vahid mövqedən yanaşmamız və ümumi strategiyamız olmalıdır.
Xanımlar və cənablar, Slovakiya və Azərbaycan gənc dövlət olsalar da, qədim tarixi və zəngin mədəni ənənələri vardır. Amma məsələ burasındadlr ki, dünyanın yaşamaq üçün daha yaxşı bir məkana çevrilməsində Slovakiya kimi kiçik bir ölkə nə edə bilər?
Slovakiya Avropa İttifaqının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvüdür. Ölkə qlobal inkişafa, beynəlxalq həmrəyliyin möhkəmlənməsinə töhfə vermək, eləcə də aclıqdan, təbii fəlakətlərdən və silahlı münaqişələrdən əziyyət çəkən insanlara yardım etməklə bağlı üzərinə öhdəliklər götürmüşdür. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının inkişafa rəsmi yardım strategiyasına uyğun olaraq, Slovakiya 2003-cü ildən inkişaf edən ölkələrə yardım proqramında iştirak edir. İnkişafa yardım proqramına uyğun olaraq, bu ölkə 2006-cı ildə təsdiq edilmiş müvafiq mexanizm vasitəsilə bir sıra dövlətlərə humanitar yardım göstərir. 2010-cu ildə Slovakiya fövqəladə vəziyyətin aradan qaldırılması üçün Əfqanıstana, Albaniyaya, Monteneqroya, Çiliyə, Pakistana, Moldovaya və Ukraynaya yardım etmişdir. 2011-ci ildə isə bu ölkə Yaponiya, Bosniya və Herseqovina, Keniya, Afrika Buynuzu, Efiopiya və Pakistana yardım etməklə həmrəylik nümayiş etdirmişdir.
Slovakiya, həmçinin posthumanitar yardım məsələlərinə də xüsusi diqqət yetirir, böyük inkişaf layihələrində iştirak edir. Bu ölkə Əfqanıstanda 13 layihə vasitəsilə demokratik proseslərə də kömək edir.
Xanımlar və cənablar, icazə verin bu tədbirin bizim üçün çox böyük önəm daşıdığını bir daha qeyd edim. Slovakiya humanitar məsələlərlə bağlı təcrübəsini bölüşməyə və yardım etməyə hər zaman hazırdır. Biz, həmçinin transformasiya prosesində olan dövlətlərə kömək etməyə hazırıq, çünki Slovakiya “dəmir pərdə”nin aradan qalxmasından sonra çətin və ağrılı keçid dönəmi yaşamışdır.
Bu yüksək səviyyəli forumun təşkilatçılarına bir daha təşəkkür edirəm.
Diqqətinizə görə sağ olun.
Bolqarıstanın keçmiş Prezidenti Peter Stoyanovun çıxışı
Zati-aliləri!
Xanımlar və cənablar!
İlk növbədə, icazə verin bu möhtəşəm forumun təşkilatçılarına təşəkkür edim. Bu tədbirin təşkil edilməsi ideyası həqiqətən də təqdirəlayiqdir.
Bugünkü forumun mövzusunu müasir dövrün ən vacib və aktual məsələlərindən biri hesab edirəm. Bəlkə də bu forumun mövzusu qlobal istiləşmə, yoxsulluq kimi problemlərlə bağlı mövzulardan daha da vacibdir, çünki biz burada birlikdə necə işləmək və hərəkət etmək yollarını araşdırırıq. Biz birlikdə hərəkət etməyi bacarsaq, dünyamızın üzləşdiyi əsas çağırışlara cavab yollarını tapa bilərik. Bu, təkcə siyasətçilər üçün deyil, hər birimiz üçün ən vacib vəzifədir.
Xanımlar və cənablar, icazə verin multikulturalizm, qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri haqqında bəzi məsələləri diqqətinizə çatdırım. Mən xüsusilə Balkanlardakı vəziyyət haqqında danışmaq istərdim. Təmsil etdiyim ölkə – Bolqarıstan Balkan yarımadasının mərkəzidir. Soyuq müharibədən sonra Balkan yarımadasında keçmiş Yuqoslaviyada amansız və dağıdıcı münaqişələrlə müşayiət olunan mürəkkəb proseslər cərəyan edirdi. Qərbi Balkan ölkələri genişlənmə proseslərindən kənarda qalmışdılar. Bu ölkələrin qonşuları, eləcə də Macarıstan, Bolqarıstan və Rumıniya Avropa İttifaqına üzvlük meyarlarına cavab verdiyindən Avropanın yardımından faydalana bildi. Lakin həmin vaxt Qərbi Balkan ölkələri silahlı münaqişələrin sülh yolu ilə həlli üçün danışıqlar aparmaq məcburiyyətində qalmışdı. Allaha şükür ki, bu, artıq keçmişdə qaldı. Hazırda Sloveniya, Bolqarıstan, Rumıniya Avropa İttifaqının üzvüdür. Albaniya da daxil olmaqla keçmiş Yuqoslaviya ölkələri Aİ-yə qoşulmağa can atır. Mən çox vacib məsələni xüsusi vurğulamaq istərdim ki, həmin proseslər zamanı bir məsələ aydın oldu ki, Qərbi Balkan və ümumiyyətlə dünyanın bütün ölkələrində sülh və iqtisadi tərəqqi dialoq, dini və mədəni anlaşma ilə sıx bağlıdır. Məhz bu anlaşma özlüyündə hökumət səviyyəsində və xüsusilə regionda yaşayan xalqlar arasında qarşılıqlı etimad və uğurlu əməkdaşlıq üçün yeganə əsas ola bilərdi. 2011-ci ilin mayında Vyanada Qlobal Dialoq və Əməkdaşlıq Mərkəzinin yaradılmasında əsas məqsəd də məhz bu olmuşdur. Bu mərkəzin ilk prezidenti olmaqdan çox məmnunam. Mərkəzin məqsədi beynəlxalq əlaqələrdə yeni yanaşmanı işə salmaq, fərqli etnik, dini və mədəni dəyərlərə mənsub xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etməkdir.
Biz Qərbi Balkan ölkələrini sabitlik və tərəqqi modeli kimi görmək istəyirik, çünki belə bir kiçik ərazidə bu cür etnik, dini və mədəni fərqlilik Avropada nadir haldır. Xristianlar, müsəlmanlar, katoliklər və yəhudilər əsrlər boyu bu ölkədə sülh şəraitində birgə yaşamışlar. Qeyd edim ki, bu, Qərbi Avropada yaşayan miqrantların həyatından tamam fərqli bir anlayışdır.
Mən bir məsələni də xüsusi məmnunluqla qeyd etmək istərdim ki, ABŞ-ın sabiq Prezidenti Bill Klinton Qlobal Dialoq və Əməkdaşlıq Mərkəzinin yaradılmasına dəstək vermişdir. O, bu mərkəzin açılış mərasimində çıxış etmiş, regional məsələlərlə bağlı fikirlərini bölüşmüşdür.
Mərkəzimizin əsas məqsədlərindən biri də multikultural fərqliliyə yeni yanaşma tətbiq etmək yollarının axtarılmasıdır. Ötən ay keçirilmiş müzakirələrin gündəliyində də bu məsələlər durmuşdur. Bu mənada Almaniyanın kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron və Fransanın Prezidenti Nikola Sarkozinin multikultural siyasətin səmərəliliyi ilə bağlı fikirlərini xatırlamaq yetərlidir.
Multikulturalizm haqqında danışanda bir məsələdən əmin olmaq lazımdır: yaşadığımız dünya getdikcə daha çox qarşılıqlı asılı vəziyyətə düşür. Biz, fərqli mədəniyyətlərin və dinlərin nümayəndələri həm bir yerdə yaşamalı, həm də planetimizin üzləşdiyi çağırışlara cavab vermək üçün birlikdə işləməliyik.
Biz, dünya siyasətçiləri bir-birimizi daha yaxşı başa düşməyə, qarşılıqlı etimad qurmağa və anlaşılmazlıqlardan uzaqlaşmağa başlamışıq. Biz, həmçinin müxtəlif icmalar və mədəniyyətlər arasında daha çox anlaşma yaratmaq üçün birlikdə işləyirik. Bizim mərkəzimiz Qərbi Balkan ölkələrindən müxtəlif dinləri təmsil edən otuz tələbəyə təqaüd verir. Bu ilin sentyabrında biz “Clinton Global Initiative” təşkilatı ilə təhsil mübadiləsinin gücləndirilməsinə dair müqavilə imzalamışıq. Bu, qarşılıqlı anlaşmanın və birgə əməkdaşlığın əldə edilməsi üçün konkret və praktiki addımdır. İnanıram ki, daha çox uğurun əldə edilməsi bugünkü forumun önə çıxardığı məsələlər üzrə görəcəyimiz konkret işlərdən asılıdır. Buna görə də bu istiqamətdə imkanlarımızı reallığa çevirməliyik.
Bir daha şəxsən məni bu foruma dəvət etdiyi üçün Zati-aliləri Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm. Bu dəvəti böyük sevinc hissi ilə qəbul etdim, çünki mən həmişə Azərbaycan xalqının qədim tarixinə, mədəniyyətinə və ənənələrinə, eləcə də hazırda qazandığı nailiyyətlərinə böyük hörmətlə yanaşmışam. Azərbaycanın son illərdə qazandığı böyük uğurları öz gözlərimlə görərkən, əmin oluram ki, bu ölkə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Hesab edirəm ki, qədim ənənələri olan Bakı multikulturalizm problemlərinin həlli məqsədi ilə müzakirələrin aparılması üçün gözəl məkandır. Azərbaycan xalqının müdrikliyi və qonaqpərvərliyi isə bizim bu ölkədə özümüzü təkcə əziz qonaq kimi deyil, həm də dost kimi hiss etməyimizin başqa bir səbəbidir.
İzn verin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və forumun bütün təşkilatçılarına bir daha səmimi qəlbdən təşəkkür edim.
Çox sağ olun.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun çıxışı
Hörmətli Forum iştirakçıları!
Əziz qonaqlar, xanımlar və cənablar!
Sürətli, sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, həmçinin mədəni ağırlıq mərkəzlərindən birinə çevrilən Azərbaycan son illərdə artıq neçənci dəfədir ki, qloballaşan dünyada mədəniyyətlərarası inteqrasiya və dialoq probleminin müzakirə olunduğu beynəlxalq tədbirə ev sahibliyi edir. Dünyanın nüfuzlu, elmi və siyasi elitasını Bakıya toplayır, onları birlikdə salamlamaq şərəfini bizlərə yenidən nəsib edir.
Müasir qloballaşma şəraitində xüsusi aktuallıq kəsb edən mədəniyyətlərarası dialoqa, bu problemin humanitar aspektlərinə həsr olunmuş nüfuzlu tədbirlərin son illər Azərbaycanda fasiləsiz və ardıcıl olaraq keçirilməsi bir daha sübut edir ki, dialoq və inteqrasiya Azərbaycan dövləti və cəmiyyəti üçün dövlət siyasəti səviyyəsində dərk olunmuş missiya və uzaq hədəflərə hesablanmış uzunmüddətli strategiyadır. Belə bir missiyaya yönələn tədbirdə sizin hamınızı salamlayır və forumun işinə uğurlar arzulayıram.
Bu gün baş verən proseslər tam aydınlığı ilə göstərir ki, bütün dünya sosial-mədəni problem kimi çıxış edən qloballaşma ilə üzləşir. Əlbəttə o, bütün ölkələrdə həyatın iqtisadi, siyasi və mədəni sahələrinə təsir göstərir və çox vaxt ziddiyyət, hətta toqquşmalar doğurur. Son illər alimlər, siyasətçilər və ictimai xadimlər getdikcə daha çox belə bir qənaətə gəlirlər ki, siyasi, iqtisadi və beynəlxalq münasibətlərin əksəriyyətinin arxasında humanitar və mədəniyyət problemləri durur. Bu problemlərin həllinin əsasında öz potensialını inkişaf etdirmək və başqasını anlamaq prinsipi olmalıdır. Çünki müasir aləm sərhədsiz dünyaya doğru hərəkət edən, lakin həm də ciddi sürətdə öz potensialının inkişaf etdirilməsini nəzərdə tutan dünyadır. Müasir aləmin məhz bu hadisəsi humanitar problemlərin həllinin axtarışını qloballaşma kontekstində aktuallaşdırır və bizi fəal sosial, mədəni və humanitar siyasətin zəruriliyi qarşısında qoyur.
Müasirliyin humanitar problemlərinin həllinə aparan yol məhz bu prinsipin tərkib hissəsinin bir-biri ilə uyğunlaşdırılmasından və eyni zamanda, siyasətdə, beynəlxalq münasibətlərdə onlara əməl etmək cəhdlərindən keçir. Bizim qərarlarımız və dinlərimiz müxtəlifdir. Biz fərqli dillərdə danışır, fərqli əxlaq və davranış modelləri qəbul edirik. Lakin buna baxmayaraq, biz ən mürəkkəb elmi həqiqətləri dərk etdiyimiz və incəsənətin gözəlliyini duyduğumuz kimi, ümumi ünsiyyət dili tapmalıyıq ki, ayrılıqda həll edilməsi mümkün olmayan ziddiyyətlərdən çıxış yollarını tapa bilək.
Müasir dövrdə iqtisadiyyatı və siyasəti humanitar problemlərin spesifikasını nəzərə almaqla inkişaf etdirən, dünya ilə əməkdaşlıq etməyi bacaran, dünyaya açıq olan və eyni zamanda, öz mənafeyini unutmayanlar qazanır. Planetar inkişafın əsas xətti olan qloballaşma fonunda bir çox mütəfəkkirlərin, filosofların və sosioloqların proqnozlarına görə, fərqli mədəniyyətlərin bir-birinə yaxınlaşması, qitələrarası dialoq, son nəticədə tamamilə yeni keyfiyyətli sintez sivilizasiyasının yaranmasına gətirib çıxaracaqdır.
Məhz buna görə də indi müasir dünyanın əksər etnomədəni sistemləri aşağıdakı sual üzərində əvvəlki dövrlərdə olduğundan daha ciddi düşünür: Etnosistemin tarixi inkişaf prosesində formalaşdırdığı milli mədəniyyət, digər mədəniyyətlərlə intensiv təmas şəraitində hansı sosial, mədəni və mənəvi psixoloji halları keçir? Bu sual heç şübhəsiz ki, qədim və zəngin mədəniyyətlərə malik Azərbaycan üçün də aktualdır. Tarixən Şərq və Qərb dəyərlərinin sintezinə meylliliyi ilə seçilən Azərbaycan mədəniyyəti təbii olaraq elə nadir bir bütövə çevrilmişdir ki, bu mental digər etnomədəni sistemlərlə optimal dialoq siyasətinin həyata keçirilməsinə tamamilə imkan verir. Çünki Azərbaycan mədəniyyətinin tarixi qatlarında müasir dünya mədəniyyətinin əksər dini, fəlsəfi, estetik, əxlaqi fikir cərəyanları iştirak edib.
Minilliklər boyunca bir yerdə yaşayan xalqlar vahid Azərbaycan mədəniyyəti yaratmışlar. Bu mədəniyyətin formalaşmasında Azərbaycanda yaşayan bütün xalqların və dini icmaların əvəzsiz xidməti olmuşdur. Biz bu zənginliyi əsrlər boyu qorumuşuq və vətəndaş cəmiyyətinin formalaşmasında əsas yerlərdən birini tutduğunu da bilirik. Dünya mədəniyyətlərinin bərabərhüquqlu dialoqu, multikulturalizm getdikcə daha çox müasir sosiomədəni gerçəkliyin sistem bütövlüyünü təmin edən alternativsiz inkişaf strategiyası kimi qəbul olunur. Müasir cəmiyyətlər nə bir-birindən təcrid olunmuş vəziyyətdə, nə də qarşıdurma şəraitində mövcud ola bilməzlər. Cəmiyyətlər və mədəniyyətlər yalnız dialoqa girə və qarşılıqlı olaraq zənginləşə bilərlər. Bu halda müxtəlif mədəniyyət sistemləri arasında qarşılıqlı əlaqələr güclü inkişaf edən sistem kimi dünyanın bütövlüyünün təmin edilməsi baxımından xüsusi aktuallıq kəsb edir.
Məsələnin digər mühüm aspekti bu prosesdə fərdin mənsub olduğu mədəniyyətə münasibəti ilə bağlıdır. Əgər insan mənsub olduğu etnosun tarixi və mədəniyyəti haqqında müsbət təsəvvürə malikdirsə, onun yad sosial və mədəni mühitə uyğunlaşması daha asan olur. İlk baxışdan paradoksal səslənsə də insan özünü kosmopolit qeyri-müəyyən fəzada deyil, məhz mənsub olduğu mədəniyyət müstəvisində dərk etdikdə etnos, region, millət anlayışından bəşəriyyət, planet, kosmos anlayışına keçə bilir. Bu halda istənilən mədəni, sosial, siyasi, etnik, mənəvi, əxlaqi fərdiliklər bütöv bir tamın ayrı-ayrı fraqmentləri kimi qəbul edilə bilir.
Beləliklə, dialoqa və bu yolla qarşılıqlı zənginləşməyə aparan yolun başlanğıcı biz və özgə fərqliliyin dərkindən başlanır. Multikulturalizmin əsasında dayanan başlıca ideya mədəniyyətlərinin qorunmasına və onların bərabərhüquqlu dialoq şərtləri ilə qarşılıqlı təsir və zənginləşməsinə imkan verən müxtəlif mədəniyyətlərin inteqrasiyasıdır.
Mən forumun digər mühüm bir ideya istiqamətinə də diqqəti yönəltmək istərdim. Bu da yuxarıda qeyd edilən problemlərə humanitar prinsiplər baxımından yanaşılmasıdır. Son dövrlərdə, alimlər, siyasətçilər və ictimai xadimlər yekdilliklə belə bir qərara gəliblər ki, əksər siyasi, iqtisadi, mənəvi, psixoloji problemlərin və beynəlxalq münaqişələrin əsasında mədəni və humanitar problemlər dayanır. Müasir dünyanın mədəni bütövlüyünün və mənəvi ekologiyasının təminatı qloballaşma kontekstində humanitar problemlərin həlli yollarının axtarılmasından və müasir siyasi intellektual elitanın fəal sosial, mədəni və humanitar siyasətindən asılıdır.
Hər bir cəmiyyətin təkamülü öz daxili məntiqi ilə baş verir və onu həmin cəmiyyətin üzvləri öyrənməlidir. Mədəniyyət kənardan gətirilmir, cəmiyyətin özündə doğulur. Ümumbəşəri humanitariyanın ideya əsasları, ictimai şüura təsir edən səmərəli humanitar texnologiyalar, milli mədəni, mənəvi oriyentasiya məsələləri, əski ideologiya, milli məfkurə və ümumbəşəri dəyərlər və s. humanitar təfəkkür işığında ciddi elmi araşdırılmasını gözləyən problemlərdir. Bütün bunlarla yanaşı, humanitar təfəkkürün missiyası yalnız sosiomədəni müstəvi ilə müəyyənləşmir. İndi dünyanın sosiomədəni sistemində müvafiq olaraq ekosistem də elə bir həssas nöqtəyə çatmışdır ki, ən kiçik antropogen təsir güclü faciəvi reaksiya verə bilər. Bəlkə də bəşəriyyəti gözləyən sabahkı fəlakətlərin önlənməsi humanitar təfəkkürə malik yeni insan nəslinin yetişdirilməsindən daha çox asılıdır.
Humanitar təfəkkürün formalaşması üçün isə ən müxtəlif mədəniyyətlərin, elm və təhsil, mədəniyyət strukturlarının əlaqələndirilmiş fəaliyyəti zəruridir. Çünki söhbət müasir insanın şüurunda fərd-fərd, fərd-cəmiyyət, cəmiyyət-cəmiyyət, hətta cəmiyyət –təbiət münasibətlərində dağıdıcılığa, parçalanmaya, məhv etməyə yönələn məqamların təmizlənməsindən, birliyə, sevgiyə, əməkdaşlığa, qarşılıqlı qayğıya əsaslanan kodların fəallaşdırılması modellərinin qurulmasından gedir.
Humanitar təfəkkür bu missiyaların həyata keçirilməsini hədəf götürən mənəvi sistemlər yaratmalıdır. Müasir elmi nəzəriyyələrə görə, cəmiyyətin sosial-iqtisadi sferası digər sahələrlə sıx bağlıdır və onların bir-biri ilə uyğunlaşmayan inkişafı sonda ciddi ziddiyyətlərə və sosiumun dağılmasına gətirib çıxarır. İqtisadi sahə keyfiyyətcə yeni səviyyəyə keçirsə, sosial, mədəni sahədə eyni yeniləşmə ilə ayaqlaşmalı, hətta növbəti iqtisadi sıçrayışın hərəkətverici qüvvəsinə çevrilməlidir. Bizim bu foruma toplaşmağımızın əsas məqsədlərindən biri də humanitar dəyərlərin səfərbər edilməsi yolu ilə cəmiyyətin sosial-mədəni sahəsinin humanitar prinsiplər əsasında inkişaf modelinin müzakirəsidir. Bu işdə mən hamıya uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Rusiyanın İTAR-TASS agentliyinin Baş direktoru Vitali İqnatenkonun çıxışı
Hörmətli həmkarlar!
Əvvəlcə bizim forumumuzu bu cür gözəl hazırlamış azərbaycanlı həmkarlarımın hamısına təşəkkürümü bildirmək istəyirəm. Bu şəraitdə adam elə hey işləmək istəyir. Günümüzün ən maraqlı mövzularını özündə cəmləşdirmiş panelimizi sizə təqdim etmək istəyirəm.
Yeri gəlmişkən, təşkilatçıların qarşıya qoyduğu mövzulara biz jurnalistlərin müxtəlif forumlarında yenidən qayıdırıq və irəli getmək üçün heç də həmişə konsensus tapa bilmirik. Zənnimcə, bu forum həmin problemlərin həllində və müzakirəsində xeyli irəliləməyimizə imkan verəcəkdir.
Forum “Sosial jurnalistika və yüksək texnologiyalar” mövzusuna həsr edilmişdir. Bu, geniş mövzudur, bir neçə alt mövzuya bölünmüşdür: “XXI əsrdə sosial jurnalistika: hər kəs jurnalist ola bilər”, “Qloballaşan məkanda qlobal media və yüksək texnologiyaların informasiya məkanına inteqrasiyası” və “Sosial media və siyasət: inteqrasiya, yoxsa qütbləşmə?”.
Fikrimcə, bu üç yarımmövzu jurnalistlərin təhlükəsizliyi, fövqəladə hallarda jurnalistlərin davranışı, hərbi əməliyyatlar dövründə davranışın müəyyən qaydaları kimi ciddi mövzuların müzakirəsini də əhatə edir. Biz burada, Bakıda bütün bu məsələləri müzakirə etmək istəyirik və güman edirəm ki, bu söhbət bizim üçün çox faydalı olacaqdır.
Mənə belə gəlir ki, bizim diskussiyaların bazası bugünkü jurnalistikanın əsas qanunları olacaqdır. Bu, ilk növbədə o deməkdir ki, XXI əsrin yeni humanizmi XXI əsrin yeni jurnalistikasını ardınca aparır, ifadə azadlığı cəmiyyətin vətəndaşlarına və konkret insana qüvvə verir. Biz bu baza mövqelərinə əsaslanaraq bu gün siyasətə, mədəniyyətə, cəmiyyətin müxtəlif təbəqələrinin formalaşmasına güclü təsir göstərən sosial şəbəkələrin müzakirəsinə müraciət etmək istəyirik. Bir sıra tədqiqatçıların fikrincə, bu hal yeni intellektual məkan, milyonlarla insanın fikrinin ifadə edilməsi üçün yeni platforma yaradır. Əlbəttə, bütün bunlar bizim və jurnalist birliyinin qarşısında yeni ciddi vəzifələr qoyur.
Düşünürəm ki, bütün informasiya sahəsinin simasını dəyişən və sosial şəbəkələr fenomenini yaratmış yüksək texnologiyalar bizim aldığımız informasiyanın obyektiv işıqlandırılması və adekvat qiymətləndirilməsi problemini son dərəcə aktuallaşdırmışdır. Buna görə də biz ənənəvi KİV-lər, ənənəvi agentliklər çərçivəsində, şəbəkə daşıyıcılarında informasiya abunəçiləri arasında mənafelərin müəyyən tarazlığını tapmalıyıq.
Biz, ilk növbədə bizə hansı informasiyanın lazım olduğunu dəqiq başa düşməliyik və çox vacibdir ki, rəsmi KİV-lər ciddi, mötəbər informasiya daşıyıcısı olsunlar. Məncə burada məşhur filosoflardan birinin sözlərini xatırlamaq çox vacibdir: “Bilən adam danışmır, danışan adam isə bilmir”. Biz bəzən bu fərqi hiss etmirik. Mənə belə gəlir ki, sosial jurnalistikanın qloballaşmanın nəticəsi olmuş bütün yeni meyillərinin həm də ciddi elmi təhlilə ehtiyacı vardır. Düşünürəm ki, biz bu məsələni də müzakirə etməliyik.
Müasir texnologiyalar bir sıra humanitar problemlər kompleksini doğurmuşlar. Əgər həmin problemlərin əsaslı olması təsdiqlənərsə, biz bu hadisənin öyrənilməsini gözləməyə və bu sosial jurnalistikada qarşılıqlı münasibətlərin hüquqi aspektlərini tapmağa haqlıyıq.
Bir daha təkrar edirəm, bizim mövzumuz çox genişdir. Deyə bilərəm ki, bu çox kəskin mövzudur. Buna görə də mən çox sevinirəm ki, forumun təşkilatçıları mənim fikrimcə çox güclü jurnalistləri dəvət etmişlər. Onlar nəinki müxtəlif ölkələrdə, həm də jurnalistikanın müxtəlif janrlarında işləyirlər. Zənnimcə, onların bu forumda səslənəcək fikirləri dünya jurnalistikası tərəfindən böyük maraqla qarşılanacaqdır.
Çox sağ olun.
Türkiyənin Bilkent Universitetinin idarə heyətinin rəhbəri Əli Doğramacının çıxışı
Zati-aliləri!
Xanımlar və cənablar!
Çıxışımı ingilis dilində edəcəyəm. Ancaq icazə verin, əvvəlcə Azərbaycan dilində bir neçə kəlmə deyim.
Bakı kimi gözəl şəhərə yenidən gəldiyimə görə özümü çox xoşbəxt hiss edirəm. Bizi buraya dəvət edən Prezident İlham Əliyevə, hörmətli Mehriban xanım Əliyevaya öz adımdan və Türkiyədən gələn iş yoldaşlarım adımdan dərin minnətdarlığımı bildirirəm.
Çıxışımın mövzusu müasir texnologiyalardır. Lakin əsas diqqəti informasiya texnologiyaları mövzusuna yetirəcəyəm.
Son 35 ildə hesablama sürəti min dəfə artmışdır. Bundan başqa, uzun məsafəli kommunikasiyanın sürəti min dəfə, yaddaşın həcmi isə bir milyon dəfə artmışdır. Müasir dünyamızda yüksək sürətli dəyişikliklər davam edir. “İnformasiya” termini haqqında çox təriflər vardır. “Oxford” lüğətinə görə, “informasiya” termininin mənalarından biri düşüncənin formalaşdırılmasıdır. Müasir dünyamızda informasiya texnologiyalarının rolu artdıqca informasiya əldə edilməsi və onunla manipulyasiya imkanı da artır. Bunlardan istifadə etmək bacarığı başqa işlər görməyə imkan verir. İnformasiya texnologiyalarının görünməmiş inkişafı bəşəriyyəti naməlum səmtlərə yönəldir. Bütün bunların hayana aparacağı məlum deyil.
Müasir dövrdə sənayedə, səhiyyədə, biotexnologiya və hərbi kommunikasiya sahələrində köklü dəyişikliklər baş vermişdir. Bütün bu dəyişikliklər informasiya texnologiyalarını da əhatə edir. Həmin dəyişikliklərin əhatə etmədiyi sahələr isə geridə qalır. Geridə qalmaq istəməyən dövlətlərin informasiya texnologiyaları sahəsində yaxşı təhsil almış peşəkarlara ehtiyacı vardır. İnformasiya texnologiyaları sahəsində qabiliyyəti ilə seçilən universitet tələbələrinə bu sahədə xüsusi təlimlərin keçilməsi çox vacibdir. Bu, işin bir tərəfidir. Ümumən ictimaiyyəti informasiya texnologiyalarına dair biliklərin əsasları ilə təmin etmək isə başqa məsələdir.
İnformasiya əsrinin onurğa sütunu olan internetə gəldikdə isə, o, elektrik enerjisi qədər həyati əhəmiyyət kəsb edir. Əgər internetdən istifadə dayandırılsa, sənaye, səhiyyə, hərbi və kiber təhlükəsizlik sahələri çox çətin vəziyyətlə üzləşə bilər. Ondan faydalandığımız kimi, onun qarşısında getdikcə daha gücsüz oluruq.
Mən bir misal çəkmək istəyirəm. Belarusda çox da böyük olmayan təhlükəsizlik şirkətində Sergey Ulasen adlı bir mühəndis işləyirdi. 2010-cu ilin iyun ayında Sergey Ulasen İrandakı müştərilərinin birindən virus daxil olduğunu yəqin etmişdi. O, bu virusun necə ötürüldüyünü öyrənsə də, onun konkret nə iş gördüyünü müəyyən edə bilmədi. Sergey Ulasen bu tapıntısını ABŞ-ın “Microsoft” şirkətinə göndərdi. “Microsoft” dərhal əks-proqram hazırladığını bəyan etdi. Həmin vaxtdan etibarən “Microsoft”un sistemlərinə daxil olmaqda çətinliklər yarandı.
“Microsoft”un təhlükəsizliyi ilə məşğul olan “Symantec”in mühəndisləri belaruslu mühəndisin tapdığı bu virusun təsvirini tam verə bilmirdilər. Çünki normal virus 20 kb ola bilər. “Stuxnet” adlandırılan bu yeni virus isə 500 kilobayt idi.
“Stuxnet” virusu Tayvanın iki kompyuter şirkətindən oğurlanmış iki sertifikatdan istifadə edirdi. Həmin saxta identifikasiya ilə onlar bütün dünyada “Mikrosoft”a daxil ola bilmişlər. Bu şirkətlərin “Stuxnet”in nə olduğunu aydınlaşdırması bir neçə ay çəkmişdir. Məlum oldu ki, kompüterə girən bu virus heç nə etmir. Danimarka və Malayziyada fəaliyyət göstərən futbol saytlarına mesajlar göndərir. “Symantec”in mühəndisləri müəyyənləşdirdilər ki, bir çox ölkələrin 38 min virusa yoluxmuş kompyuterindən həmin saytlara mesajlar gəlmişdir. İki həftəyə bu mesajların sayı 100 minə çatmışdır. Həmin mesajların 400-ü ABŞ-dan, 22 mini isə İrandan gəlmişdi. Onlar bu virusu “Stuxnet” adlandırdılar. Sonradan müəyyənləşdirdilər ki, bu yeni tapıntı “Siemens”in tezlik ötürücüsü proqramlarından birinə çox bənzəyir. “Siemens”in istehsal etdiyi motorların sürətinə nəzarət funksiyasını həyata keçirən bu cür proqramlar əsasən su istehlakı ilə məşğul olan zavodlarda, fabriklərdə, avtomat qurğularda və nəqliyyatda istifadə edilir. Aydın oldu ki, həmin virus rotasiya tezliyini 1064 dəfədən 1410 dəfəyə qaldırır, maşınları daha sürətlə işlədir, sonra normal tezliyə qayıtarır, göstərici rəqəm yenə 1064 qalır. Bu proses maşınları sıradan çıxarır. Həmin proqramlardan, eyni zamanda, nüvə reaktorlarının sentrifuqasında istifadə olunur.
Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə zavodlarına daxil ola bilmir. Agentliyin binanın xaricində yerləşdirilmiş kameraları vasitəsilə binaya gətirilib çıxarılanlara müşahidə edilir. Normal şərtlərdə İranın nüvə zavodunda ildə 800 sentrifuqa dəyişdirilməsi planlaşdırılırdı. Lakin ayda 800-dən artıq sentrifuqa quraşdırılırdı. Nə baş verir? Aşkar oldu ki, bu səbəbdən İran nüvə axtarışları bir müddət yavaşlamışdır. Bu səhvən üstü açılmış yalnız bir hücum olduğu anlaşılmışdır. “Microsoft” kimin nə iş gördüyünü bilsəydi, bəlkə də bu məsələnin üstü heç vaxt açılmazdı.
Daha bir misal çəkmək istəyirəm. “DeutscheTelecom”un verdiyi məlumata görə, təkcə 2010-cu ildə şirkətin sistemləri 200 mindən artıq hücuma məruz qalmışdır. Beləcə, informasiya texnologiyaları fayda verməklə bərabər problemlər də yaradır. İnformasiya texnologiyalarından istifadə etmədiyin təqdirdə geri qalırsan. İstifadə etdikcə də problemlərlə üzləşirsən. Bu o deməkdir ki, ondan təsirli müdafiəyə ehtiyacımız var, amma eyni zamanda yerlərdə yüksək ixtisaslı peşəkar heyətin olması vacibdir.
İnformasiya texnologiyaları ondan istifadə etməyi bacaranlara böyük faydalar gətirməkdə davam edir. Buna görə də informasiya texnologiyalarına sərmayələrin qoyulması hökumətlərin vacib prioritetlərindəndir. İşlədiyim Ankaradakı Universitetin təhsil proqramında sərmayə ayrılacaq prioritetləri mən müəyyən edirəm.
Gələcəyimizi müasir texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Bu ona sərf etdiyimiz təchizat və resurslardan çox asılıdır. Onlar isə münasibətimizdən asılı olaraq formalaşır. Müasir texnologiyalar bizi çox uzağa aparacaq, amma, əlbəttə, onların dilini bilsək.
Diqqətinizə görə sağ olun.
“Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, usiya Dövlət Humanitar Universitetinin rektoru, usiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovarın çıxışı
Bakı Humanitar Forumunun çox hörmətli iştirakçıları!
Əziz həmkarlar və dostlar!
İcazə verin, bu əlamətdar hadisə münasibətilə sizi şəxsən öz adımdan və bu təşəbbüsü lap əvvəldən dəstəkləmiş və forumun bir sıra seksiyalarının həyata keçirilməsində fəal iştirak etmiş “Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin İdarə Heyətinin rəhbərliyi adından təbrik edim. Ümidvaram ki, burada bizim idarə heyətinin üzvləri də fəal iştirak edəcəklər. Rəyasət heyətinin üzvlərinin demək olar ki çox hissəsi bu zaldadır.
Bakıda reallaşan Humanitar forum ideyasının özü, əlbəttə, çox maraqlı və ibrətamizdir, çünki humanitar üsullar və texnologiyalar ilk dəfə burada bir araya gəlmişlər. Bu barədə fasilədən əvvəl Viktor Antonoviç Sadovniçinin çıxışında da qeyd olundu. Burada müxtəlif bilik sahələrinin, o cümlədən humanitar və təbii elmlərin konvergensiyası birləşir. Bu barədə hələ söhbət olacaqdır. Burada əvvəllər birləşə bilməyəcək hesab edilən sahələr, humanitar sahə, yəni insanla bağlı olan hər şey və təbiətlə bağlı olan hər şey birləşir. Mən bu siyahını davam etdirə bilərəm, çünki mədəni dəyərlər informasiya əsrində müasir KİV-lərin mühüm istiqamətləridir. Buna görə də mənim təmsil etdiyim seksiya (mənə isə bu seksiyanın işində həmkarım, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev ilə birlikdə moderator kimi iştirak etmək tapşırılmışdır) bir tərəfdən, bu kontentə çox ahəngdar şəkildə daxildir və eyni zamanda son dərəcə aktualdır. Bu fikir bu gün Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında səsləndi, o, bu məsələni xüsusi qeyd etdi. Həqiqətən də polietniklik və mültimədəniyyət bəşəriyyətin inkişafının elə cəhətləridir ki, mən bir tarixçi kimi asanlıqla isbat edə bilərəm ki, onlar minilliklər boyu sivilizasiyalarla birlikdə inkişaf etmişlər.
Polietniklik və mültimədəniyyət həm də elə sahələrdir ki, onlar həm XX əsrdə, həm də bu yüzilliyin əvvəlində nəinki son dərəcə aktual olduğunu göstərir, həmçinin ən müxtəlif sahələrdə təzahür edir. Bu onu göstərir ki, ilk baxışda sanki həll edilmiş məsələlər yenidən üzə çıxır, yəni məlum olur ki, əslində həmin məsələlər həll edilməmişdir. Humanitar sahənin praktikaları, o cümlədən Avropada sona qədər reallaşmamışdır. Görünür, səbəb budur ki, onlara ümid bəslənmiş, lakin onların imkanları məhdud olmuşdur. Bu forumun keçirildiyi Azərbaycanın və müxtəlif mədəniyyətlərin və müxtəlif etnosların polietnik qarşılıqlı təsiri sahəsində çox böyük təcrübəyə malik olan Rusiya Federasiyasının da praktikası və təcrübəsi son dərəcə vacibdir, onlara tələbat vardır, ona görə ki, polietniklik və mültimədəniyyət sinonimlər deyildir. Eyni bir etnos çərçivəsində bir neçə mədəniyyət ola bilər, necə deyərlər, mədəniyyətlərin müxtəlif təsəvvürləri təkcə bir etnos çərçivəsində deyil, həm də polietnik sahədə inkişaf edir və sair. Yəni bu proseslər bir-birinə qarşılıqlı təsir edir, və bu qarşılıqlı təsirdə yeni keyfiyyət yaranır. XX əsrin və XXI yüzilliyin əvvəlinin təcrübəsi bunu təsdiq edir.
Buna görə də düşünürəm ki, burada həm elmə, həm də biliklərə müraciət etmək, bu və ya digər addımların tədricən, olduqca diqqətlə götür-qoy edilməsi mümkündür.
Şübhəsiz, təhsil və bu prosesin dərinləşməsi, təhsilin keyfiyyətinin artırılması səmərəli nəticə verə bilər, xalqların qarşılıqlı fəaliyyətində uğurlara gətirib çıxara bilər, təhsilin olmaması, savadsızlıq isə xalqların və qitələrin səmərəli və keyfiyyəti qarşılıqlı fəaliyyətinə mane olan bütün təzahürlər üçün qida mühitidir.
Bu baxımdan, təhsil elə bir vasitədir ki, o, xalqların bir-birinin daha çox təmsil etməsinə, bütün tolerantlıq proqramlarının daha səmərəli olmasına imkan verir, xalqlar arasında qarşılıqlı əlaqələr üçün elə münbit mühit yaradır ki, o, eyni təhsil müəssisəsində oxuyan, qarşılıqlı fəaliyyətin ortaq təcrübəsinə, perspektivdə qarşılıqlı fəaliyyətin ortaq pozitiv mənbəyinə malik olan insanlar arasında təsir göstərməyə başlayır. Əlbəttə, bu baxımdan humanitar forum kimi bir hadisə olduqca mühüm və səmərəli məkandır.
Seksiyanın işi çərçivəsində mültikulturalizmin bütün bu problemlərinin üç istiqamət üzrə müzakirə edilməsi nəzərdə tutulur. Bu, bir tərəfdən, əlbəttə ki, müasir siyasi praktika mültikulturalizmidir. Burada biz təcrübəli siyasətçilərin, o cümlədən son illərdə inkişafın müxtəlif mərhələlərində öz ölkələrinə rəhbərlik etmək təcrübəsinə malik olan prezidentlərin də fəal iştirak edəcəklərinə ümid bəsləyirik. Həmçinin bu problemlərlə məşğul olan və tövsiyələr verən alimlər, mültikultura praktikasında necə təkmilləşmək barədə tövsiyələr verən politoloqlar, ali məktəb işçiləri, KİV əməkdaşları və əlbəttə, yazıçılar və mədəniyyət sahəsinin nümayəndələrini də nəzərdə tuturuq. Digər alt seksiya ictimai şüurda multikulturalizm problemləri ilə məxsusi məşğul olacaqdır. Bu, dövlət siyasətinin həyata keçirilməsi üçün son dərəcə vacibdir. Ona görə ki, əgər bu iki sahə vəhdət təşkil etməsə, onlar bir-birinə qarşılıqlı təsir etməsə, bir-birindən təcrid edilmiş olsa, heç bir dövlət siyasəti mümkün deyildir. Dövlət siyasəti yalnız o halda səmərəli olur ki, o, ictimai şüurda baş verən proseslərə oriyentasiya edir və onlara əsaslanır, bu ictimai şüura müsbət mənada təsir göstərir. Biz burada da müxtəlif ölkələrin, ilk növbədə bizim seksiyada təmsil olunmuş ölkələrin KİV nümayəndələrinin və heç şübhəsiz, paytaxtında bu forumun keçirildiyi Azərbaycan KİV-lərinin fəal iştirakına ümid edirik.
Ümid edirik ki, öz əməyi, öz əsərləri ilə ictimai şüura təsir edən ədəbiyyatçılar da bu işə töhfə verəcəklər. Mən hamının adını çəkmədim, lakin mübahisəsiz faktdır ki, bu, bir fənnə aid problem deyildir, çünki, elm, mədəniyyət işçilərinin , elmin müxtəlif sahələrinin, humanitar biliklərin qarşılıqlı əlaqəsi olmadan bu problemi həll etmək qeyri-mümkündür.
Nəhayət, bizim daha bir alt seksiyamız bu sahədə elmi axtarış problemlərinə, mültikulturalizm mövzusunda debatlara həsr ediləcəkdir.
Bildiyimiz kimi, ictimai elmlərdə bu istiqamətin taleyinə münasibətlər müxtəlifdir. Tamamilə ziddiyyətlidir – bu istiqamətləri bütünlüklə qəbul etməkdən, bütünlüklə inkar etməyə qədər. Həmişə olduğu kimi, həqiqət bu iki mövqe arasındadır, lakin həmin həqiqət, ola bilsin ki, ortada deyil, ifrat mövqelərdə deyil. Şübhəsiz ki, idrak nəzəriyyəsi baxımından bu həm də mültikulturalizm problemidir, ona görə ki, bu sahənin fəlsəfi aspektləri qnoseoloji baxımdan müzakirə ediləcəkdir.
Bizim sabah müzakirə etmək niyyətində olduğumuz mövzuların siyahısı belədir. Ümid edirəm ki, bu müzakirələr problemin özünün inkişafına birbaşa töhfə olacaqdır.
Yəqin siz forumun təşkilatçıları üçün bizim səhər iclasından sonra başa düşdünüz ki, bu ideyanın özünü yaradanların hamısı üçün bu problem əsas problemlərdən biridir. O, müasir humanitar elm və müasir humanitar praktika üçün mühüm problemlərdən biridir. Ona görə də bu problem Bakıda keçirilən Birinci Beynəlxalq Humanitar Forumda müzakirələrdə yer almışdır.
Çox sağ olun.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncının çıxışı
Hörmətli forum iştirakçıları, dünyanın qloballaşdığı, məsafələrin qısaldığı, millətlərin, dövlətlərin qarşılıqlı surətdə yaxınlaşdığı bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayədarlığı ilə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi çox təqdirəlayiq haldır. Bu münasibətlə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Hazırkı dövrdə heç bir dövlət və ya millət dünyada baş verən proseslərdən kənarda qala bilməz. Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs alqışa layiqdir. Digər dövlətlərin başçılarının da bu təşəbbüsə qoşulmalarını vacib hesab edirəm.
XXI əsrdə beynəlxalq təşkilatların ümumi maraqların müəyyənləşdirilməsində, rifahın yaxşılaşdırılmasında, regional sülh və sabitliyin qorunmasında rolu artmaqdadır. Bu təşkilatlar ölkələr üçün humanitar standartlar yaratmaqdadırlar.
Bizim təşkilat yeni qurumdur, yaranmasının bir ili hələ tamam olmamışdır. Təşkilatımız ortaq mədəniyyət və qardaşlıq bağlarına əsaslanaraq türkdilli dövlətləri özündə birləşdirir. Hazırda altı türkdilli dövlətlərdən dördü – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə qurumun üzvüdür. Əsas məqsədimiz üzv ölkələr arasında işbirliyi, qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, regionda və ümumilikdə dünyada sülhün qorunmasına töhfə vermək, siyasi, ticari, iqtisadi, mədəni, təhsil, enerji və digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığı təşviq etməkdən ibarətdir.
Digər iki türkdilli dövlətin – Özbəkistan və Türkmənistanın da təşkilatımıza üzv olmasını istəyirik. Onların üzvlüyü ilə təşkilat bütün türkdilli dövlətləri əhatə etmiş olacaq və bu da qurumumuzun tam şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaqdır. Bununla da təşkilatımız böyük bir coğrafiyanı əhatə etmiş olacaqdır ki, bu da böyük iqtisadi əməkdaşlıq sahəsi deməkdir.
Cari il oktyabrın 20-21-də Qazaxıstanın Almatı şəhərində dövlət başçılarının iştirakı ilə təşkilatımızın I Zirvə Toplantısı keçiriləcəkdir. Zirvə Toplantısının bəyannaməsində dünyada baş verən proseslərin və humanitar məsələlərin də əks olunması nəzərdə tutulmuşdur. I Zirvə Toplantısının mövzusu iqtisadi əməkdaşlıq olduğu üçün oktyabrın 13-də Astanada təşkilatın üzvü olan ölkələrin iqtisadiyyat nazirlərinin ilk iclası keçiriləcəkdir. Bu, iqtisadi tərəqqinin humanitar bazada sürətləndirilməsi üçün mühüm bir tədbir olacaqdır. Bununla yanaşı, təşkilatımız çərçivəsində özəl sektorla dövlət arasında əməkdaşlığın inkişafına xidmət edəcək İş Şurası yaradılacaqdır. Şuranın oktyabrın 2-də Ankarada ilk hazırlıq toplantısı keçirilmişdir. I Zirvə Toplantısı çərçivəsində İş Şurası dörd üzv ölkənin iş adamlarının biznes forumunu təşkil edəcəkdir.
Türkdilli dövlətlərin qonşu ölkələrlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Təşkilatımız qonşu dövlətlərlə münasibətlərə mühüm əhəmiyyət verir və mehriban qonşuluq siyasətinə prioritet istiqamətlərdən biri kimi baxır.
Bakı Beynəlxalq Humanitar Forumunun oktyabrın 11-də keçiriləcək “dəyirmi masalar”ındakı mövzular da reallıqla tam ayaqlaşır. Mən də “İnkişafın iqtisadi modelinin humanitar aspektləri” mövzusundakı “dəyirmi masa”da böyük məmnuniyyətlə iştirak edəcəyəm.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bir sıra layihələri həyata keçirməyi planlaşdırır. Bu layihələr arasında humanitar sahələri də əks etdirəcək layihələr vardır. Təşkilatımızın bu sahədə hər cür əməkdaşlığa hazır olduğunu bəyan edirəm.
Sonda bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu təşəbbüsə görə minnətdarlığımı bildirir, bir çox dövlət başçılarının da töhfəsi ilə forumun davamlı olacağına ümid edirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Kovalçukun çıxışı
Sabahınız xeyir, hörmətli həmkarlar!
Mixail Yefimoviç Şvıdkoyun bu parlaq çıxışından sonra çıxış etməyə adam həqiqətən çətinlik çəkir. Ona görə ki, hamı aşağıya, dənizin yanına getməli və həyatın gözəlliklərindən, yaşadığımız hər gündən həzz almalıdır. Buna baxmayaraq, biz müəyyən məsələləri həll etmək üçün toplaşmışıq və demək istəyirəm ki, həqiqətən əgər nələr baş verdiyinə baxsaq tamamilə aşkar görünür ki, inkişafın bu günə qədər istifadə edilən sivilizasiya modeli tükənmişdir. O başqa məsələdir ki, bu model, necə deyərlər, konvulsiyalı şəkildə, çətinliklə dağılır, lakin fakt göz qabağındadır. Kim düşünürsə, kim irəliyə baxırsa bu, onun üçün aşkardır.
Mən sizə bir məsələni xatırlatmaq istərdim. Aparılması mənə tapşırılmış “dəyirmi masa” “Elmlərin və texnologiyaların konvergensiyası” adlanır. Konvergensiya çox tutumlu sözdür. Yadınızdadırsa kapitalizmin sosializmlə qovuşması konvergensiya adlanırdı. Yəni, sosializmin dağılması rəvan şəkildə kapitalizmə gətirib çıxaracaqdır. Konvergensiya riyazi termindir. Bu termin yaxınlaşma, qovuşma, qarşılıqlı nüfuzetmə deməkdir. Yəni müəyyən müxtəlif birliklər vəhdətə çevrilir. Konvergensiya elə bu deməkdir. Mən sizə aşağıdakı məsələni xatırlatmaq istərdim.
Bu gün hamı böhrandan danışır. Biz hamınız qiymətli kağızlarla, daşınmaz əmlakla nə baş verməsini müzakirə edirik. Əslində isə bizim ağıllı sələflərimiz olmuşdur. Fransız yazıçısı Verkor “Dənizin susması” adlı gözəl bir roman yazmışdır. Bu roman məhəbbət barədə, Almaniyanın Fransanı, Normandiyanı işğal etməsi barədədir. Çox maraqlı romandır. Onu oxuyandan sonra mən maraqlanaraq həmin müəllifin ikinci kitabını tapdım. Bu, bəlkə də 45-50 il bundan əvvəl olmuşdu. Kitab “Kvota, yaxud bolluğun tərəfdarları” adlanırdı. Həmin kitabda açıq-aşkar yazılmışdır ki, İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin sivil hissəsi – “qızıl milyard” yeni iqtisadi sistemə: istehsal və istehlak sisteminə keçmişdir. Başqa sözlə desək, resursları məhv edən maşın işə salınmışdır.
Beləliklə, 50 ildən çox bundan əvvəl deyilmişdir ki, əgər həmin maşın “qızıl milyarda” xidmət edərsə, o daim işləyəcəkdir. Elə ki, bir ölkə, məsələn, Hindistan, – Çinin heç adı da çəkilməmişdir, – bu model üzrə inkişaf yoluna qədəm qoyarsa, dünyadakı bütün resurslar təkcə həmin ölkəni təmin etmək üçün kifayət etməyəcəkdir.
İndi budur, biz görürük ki, Yer kürəsi əhalisinin yarısı həmin modelə – resursların məhv edilməsi modelinə dəqiq riayət edir. Bunun Çində və Hindistanda necə baş verməsini təhlil etməyəcəyik. Biz onilliklər boyu deyirik ki, Yer kürəsində hər şey var, əslində isə biz resurs kollapsının şahidləriyik. Faktiki olaraq bu kollapsın 10 il sonra olmasa da, 30 və ya 40 il sonra baş verəcəyi aşkardır. İndi bir məsələ var: biz ya bu gün yaşadığımız modeldə hərəkəti davam etdirərək prinsip etibarilə ibtidai icma dövrünə qayıtmalı, maldarlıq, əkinçilik və başqa işlərlə məşğul olmalıyıq, ya da inkişafın başqa bir yolunu tapmalıyıq.
Akademik Vernadskinin fəal inkişaf etdirdiyi yeni sfera haqqında təlimdə dahiyanə bir ifadə var: “Biosfera təkamül yolu ilə sosial insanın elmi əməyi vasitəsilə yeni sferanın yeni vəziyyətinə keçir”. Vernadski bu “sosium” anlayışında təbiəti və institutunun elmi fəaliyyətini birləşdirmişdir. O, 1943-cü ildə vəfat etmişdir. Buna görə də novosferaya daxil olan texnosfera qiymətləndirilmiş, lakin onun təsiri çox cüzi olmuşdur. Bu gün isə texnosfera bizim bütün həyatımızda həlledici rol oynayır və o, təbiətə zidd olaraq inkişaf etmişdir. Biz bu məsələni “dəyirmi masa” çərçivəsində müzakirə edəcəyik.
Bu gün vəziyyət tamamilə aşkardır. Konvergensiya bundan ibarətdir. Hesab edirik ki, dərk olunmuş elm üç yüz il bundan əvvəl, Nyutonun vaxtında başlanmışdır. İnsan vahid dünyaya, bölünməz təbiətə baxmış, onu dərk etməmiş və ilahiləşdirmişdir. Bundan sonra biz həmin vahid, bölünməz təbiətdən elə kiçik seqmentlər ayırmağa başladıq ki, onlardan baş çıxara bilək. Beləliklə, elmi fənlər yarandı. Bir neçə yüz illik inkişaf dövründə biz elm və təhsilin məhdud ixtisaslaşmış sistemini yaratdıq və əslində dalana, məsələn, kosmoloji dalana düşdük. Bizim təsəvvürlərimiz, standart modellər, eksperimental müşahidələrimiz bir-birinə tam müvafiqdir, lakin eyni zamanda, bir-birindən kəskin fərqlənir. Yəni, biz bu gün ətraf mühitin dərinliyinə dalmaqla ümumi məqsədi itirmişik. Bu gün bəşəriyyət əlində bir qutu tutmuşdu, qutunun içində isə məntiqi oyunlar vardır. Bu oyunlar müxtəlif fənlərə aiddir. Biz bu vahid, konvergent, bölünməz təbiəti bu oyunlara, məhdud ixtisaslara necə bölməyimizdən asılı olaraq bu gün əks-sintez prosesini başlamalıyıq, başlaya bilərik və artıq başlamışıq. Biz dünyanın dolğun mənzərəsini bərpa etmək üçün bu məntiqi oyunlardakı fiqurları yerbəyer etməliyik. Burada bütün sosial-humanitar tərkib hissə çox vacibdir, çünki yeni fəlsəfə lazımdır. İnkişafın yeni ideologiyası lazımdır və bu, mühüm məsələdir. Bu məsələlər müzakirə ediləcəkdir. Lakin mən onu da demək istərdim ki, biz bir məsələdən də danışacağıq. Kurçatov İnstitutunda biz dünyada ilk konvergent “NBİK” texnologiyalar fakültəsi yaratmışıq. Bu abreviatur həm rus dilində, həm də ingilis dilində eyni cür yazılır: nanobioinfokonvergentiv texnologiyalar. Biz Moskva Fizika-Texnika İnstitutunda dünyada ilk fakültə, Kurçatov İnstitutunda dünyada analoqu olmayan konvergent elm və texnologiyalar mərkəzi yaratmışıq.
Son olaraq bir məsələni də qeyd etmək istərdim. Əsas məsələ budur ki, həmişə fikirləşmək lazımdır. O ki qaldı adamların vurma cədvəlini bilməməsinə, bu, həqiqətdir. Mən Amerikadan qayıdarkən kirayə götürdüyüm maşını aeroportda necə təhvil verdiyimi söyləyə bilərəm. Orada heç kəs sütunlu vurma əməliyyatını bacarmırdı. Mən sütunlu qayda üzrə vurmaya başlayanda, – o vaxt elektrik cərəyanı kəsilmişdi, – onlar nə baş verdiyini anlaya bilmirdilər. Demək istəyirəm ki, çox bilmək, fikirləşmək və bunu uşaqlara izah etmək vacibdir. Pasternakın “Uca xəstəlik” adlı qısa poeması var. Bu poemada müəllif inqilabı təsvir edərkən nə baş verdiyini anlamağa çalışırdı. Onun fikirləri dumanlı idi. Poema çox sadə sonluqla bitir. Bu poema Lenin haqqındadır, əslində isə bu fikirlər hər şeyə tətbiq edilə bilər: “Mən onu aşkar görəndə fikirləşirdim, onun müəllifliyi və birinci şəxs adından qürrələnmək hüququ barədə elə hey fikirləşirdim. Cavab sadədir: o, fikirlərin axınını və yalnız buna görə ölkəni idarə edirdi”.
Mən foruma uğurlar arzulayıram, azərbaycanlı həmkarlarımıza qonaqpərvərliyə və bizə yaratdıqları imkana görə təşəkkür edirəm. Sağ olun.
Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, gen mühəndisliyi və biotexnologiyalar üzrə alim Konstantin Skryabinin çıxışı
Hörmətli həmkarlar!
Deməliyəm ki, əvvəlki iki natiqdən sonra çıxış etmək çox çətindir. Həm dəniz, həm də Pasternak.
Əvvələn, dəvət üçün çox sağ olun. Bizim “dəyirmi masa” biotexnologiyalar və etika mövzusuna həsr ediləcəkdir. Çoxları fikirləşmir ki, son on ildə tamamilə ağlasığmaz hadisələr baş vermişdir. Biz genetik mətnləri oxumağı öyrənmişik. Bu o deməkdir ki, əvvəllər yalnız Ulu Tanrının mütləq preroqativi sayılan və bizim hər birimizin, bütün canlıların daxilində olan genetik informasiya indi əlyetərli olmuş və biz onu oxumağı öyrənmişik. Üstəlik, onu oxumağı öyrənəndən sonra onunla manipulyasiya etməyi də öyrənmişik.
Əvvəllər biz elə hesab edirdik ki, mühəndis dəmir konstruksiyadan körpü tikməyi və ya ağacdan bir şey düzəltməyi bacaran adamdır. İndi isə biz genetik informasiyanı oxuyaraq ondan nə isə yeni bir şey yarada, genetik informasiya mühəndisləri ola bilərik. Bu, ağlasığmazdır və bütün bunlar son on ildə baş verir. Lakin ola bilsin ki, bu gün informasiya haqqında söhbətlərdə mövcud olan rəqəmlər haqqında danışa bilərik.
Mən sizə bir analogiya göstərməyə çalışacağam. Bizi əhatə edən kiçik bir mikrobda 2,5 milyon hərf vardır. Bu, “Hərb və sülh” (Voyna i mir) kitabında olduğu qədər hərf deməkdir.
Burada, bu zalda əyləşən hər kəsin malik olduğu genetik informasiya isə bütün Yasnaya Polyana kitabxanasıdır. Bilməyənlər üçün deməliyəm ki, Yasnaya Polyana Tolstoyun yaşadığı yerdir. Bu kitabxanadakı kitablarda olan hərflərin sayı bizim hər birimizdəki genetik informasiya qədərdir. Əgər siz “Voyna i mir” əsərinin adında bir hərfi dəyişib “Voyna i mor” yazsanız dəhşətli mənzərə yaranar. Əgər siz genetik informasiyada bir hərfi dəyişsəniz, bu artıq insanda xəstəliyə səbəb olacaqdır.
İndi isə rəqəmlər barədə. Bəşəriyyət tərəfindən yaradılmış bütün kitablar, bütün əlyazmalar təqribən 20 min adamın genetik informasiyası qədərdir. Əgər siz 20 min adamın genetik informasiyasını götürsəniz, bu, bəşəriyyətin yaratdığı miqdarda informasiya olacaqdır. İndi bizi gözləyən informasiya işini təsəvvür edin. İnsanın genetik informasiyasının dəyəri 2001-ci ildə bu informasiyanın yaradıldığı vaxtda 4 milyard dollar olmuşdur. Bir ildən, iki ildən sonra bir insan genomunun düzəldilməsi 1000 dollara başa gələcəkdir. Bu, klinikada adi analizdir. Bir neçə ildən sonra bizi bunlar gözləyir.
Fikir verin, burada əyləşən yazıçılar, hüquqşünaslar, siyasətçilər müəllif hüquqlarını, kitabdakı hər bir hərfə, hər bir mətnə sahiblik məsələsini müzakirə edirlər. Bəs sizin malik olduğunuz müəllif hüquqları barədə nə deyə bilərsiniz. Başa düşürsünüzmü, insan genomunu bilməklə sizi işə qəbul edə və ya etməyə bilərlər. Sizi sığortalaya və ya sığortalamaya bilərlər. Buna görə də bizim “dəyirmi masa” etika problemlərinə həsr ediləcəkdir.
Biz genetik informasiya ilə manipulyasiya etməyi bacarsaq, prinsipcə yeni kənd təsərrüfatı yarada bilərik. Məsələn, bu gün bizim hər birimiz təyyarə ilə Bakıya yaxınlaşarkən səhra gördük. Əgər biz prinsipcə yeni bitkilər yaratsaq, bu səhra çiçəklənən yaşıl bağa çevrilə bilərdi. Genetik informasiya həmin bitkilərin quraqlıqda, qızmar istidə çiçəklənməsinə imkan verəcəkdir və s.
Rusiya Federasiyasının Prezident Administrasiyasının rəhbərinin bugünkü çıxışında qeyd edildi ki, klonlaşdırma məsələsi bəşəriyyəti çox narahat edir. Elə ölkələr var ki, klonlaşdırmanı qəbul edir, elə ölkələr də vardır ki, onu qəbul etmir. Biz aclıq problemi, Yer kürəsinin əhalisinin hədsiz artması problemi qarşısındayıq. Bu, bəşəriyyət qarşısında duran yeganə problemdir.
Nəhayət, orqanizmlərin, orqanların yaradılması və gövdə hüceyrələri. Bu onunla bağlıdır ki, biz prinsipcə yeni təbabətlə məşğul ola bilərik. Mən sizi bu barədə fikirləşməyə dəvət edirəm ki, bu, elmi fantastika deyil, bu, dünən görülmüş, bu gün görülən və sabah görüləcək işlərdir. Burada bu problemlər müzakirə ediləcəkdir. Biz nə edə bilərik, nə edə bilmərik?! Siyasətçilər hansı qanunvericilik aktlarını qəbul etməlidirlər?! Lakin bu halda onların növbəti müddətə seçilmək istəmələri deyil, bəşəriyyətə nəyin lazım olması əsas götürülməlidir.
Çoxları deyir ki, bu və ya digər təhdidlər olduqca təhlükəlidir, halbuki bunu demək üçün onların heç bir əsası yoxdur. Eyni zamanda, bunu etməmək çox təhlükəlidir, ona görə ki, Mixail Valentinoviç Kovalçukun dediyi kimi, bəşəriyyət bəzi qaçılmaz hadisələrin qarşısındadır.
“Dəyirmi masa”nın işində bir neçə görkəmli insan iştirak edəcəkdir. İş burasındadır ki, təşkilat komitəsi transgen bitkilərin alınması ilə əlaqədar bütün texnologiyanı yaratmış baron Van Monteqyunu dəvət etmişdir. O, bu salonda, bizim aramızdadır və sabah bu məsələni o müzakirə edəcəkdir. Professor Yanq sekvenləmə – genetik informasiyanın oxunması üzrə dünyada ən iri mərkəz yaratmışdır. Hazırda bu mərkəzin malik olduğu vasitə və imkanlar bütün Amerika Birləşmiş Ştatlarında olan vasitə və imkanlardan çoxdur. İndi Çində ən maraqlı eksperimentlərdən biri bu mərkəzdə aparılır. Nəhayət, demək istəyirəm ki, dünyada ən uğurlu biznes biotexnologiyalarla bağlı biznesdir. Stiv Borrelin başçılıq etdiyi vençur şirkətinin dövriyyəsi bir milyard dollara yaxındır. O, üç və ya dörd ən iri biotexnologiya şirkəti yaratmışdır. Nəhayət, bizim iki görkəmli rus tədqiqatçısı. Onlardan biri akademik Petrov Rusiyada imonologiya elmini yaratmışdır. Bu elm insanın və heyvanların özlərini necə müdafiə etdiklərini başa düşməyə kömək edir. İkincisi, bizim görkəmli kardiocərrah Renat Akçurin. Bu adam Boris Nikolayeviç Yeltsini əməliyyat etmişdir. O, bəzi etik problemlər barədə və kritik vəziyyət yarandıqda cərrahın ölkə prezidentinin həyatı və ölümü barədə qərar qəbul etməsi anında onun keçirdiyi hisslər haqqında bizə məlumat verəcəkdir. Sabah biz “dəyirmi masa” arxasında bu məsələləri müzakirə edəcəyik.
Bizim “dəyirmi masa”nın iştirakçıları çox olacaq – Estoniya Akademiyasının prezidenti, Azərbaycanın bir neçə görkəmli alimi. Buna görə, biz təkcə bioloqları yox, bununla əlaqədar olan və bununla maraqlanan adamları dəvət edirik.
Çox sağ olun.