Forum 2014

VIII. Humanizm postmodern dövrün başlıca dəyəri kimi

İşçi bölmələr:
  • Prioritetlərin dəyişməsi: yeni universalizmin formalaşması və tolerantlığın mühüm mənəvi dəyər kimi irəli sürülməsi
  • Postmodern dövrü mənəviyyatının normativ-dəyər strukturu və ümumbəşəri dəyərlər
  • Azərbaycanın mədəni siyasəti cəmiyyətin bütövlüyünün təminatçısı kimi

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

VIII. Humanizm postmodern dövrün başlıca dəyəri kimi

2 – 3 oktyabr 2014-cü ildə Azərbaycanın paytaxtı Bakıda IV Beynəlxalq Humanitar Forum keçirildi.

3 oktyabr 2014-cü il tarixində Forumun ikinci günü “Humanizm postmodern dövrünün başlıca dəyəri kimi” adlı 8-ci dəyirmi Masa Azərbaycan Dillər Universiteti tərəfindən təşkil olundu. Bu dəyirmi masa üç bölmədən ibarət idi. Forum saat 10:00-da başladı və 18:00-da bitdi. Çıxışlar üçün reqlament 10 dəqiqə müəyyənləşdirilmişdi. Hər bölmənin sonunda çıxışların müzakirəsi üçün 30 dəqiqə vaxt ayrılmışdı.

I bölmə “Prioritetlərin dəyişməsi: yeni universalizmin formalaşması və tolerantlığın mühüm mənəvi dəyər kimi irəli sürülməsi” adlanırdı .Bölməni giriş sözü ilə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova açdı. Jalə xanım Forum iştirakçılarını salamlayaraq, Beynəlxalq Humanitar Formun əhəmiyyətindən bəhs etdi və Forum iştirakçılarına məhsuldar və uğurlu fəaliyyət günü arzuladı. Daha sonra Jalə Qəribova sözü Florensiya Universitetinin sabiq rektoru profesor Paolo Blaziyə və Rusiya Xarici İşlər Naziri Dok. Mixail Yefimoviç Şvıdkoya verdi. Onlar da qonaqları salamladıqdan və onlara uğurlar arzuladıqdan sonra Forum öz işini açıq elan etdi.

I bölmənin ilk çıxışı ABŞ-ın Hartford Universitetinin fəxri prezidenti və humanitar elmlər üzrə professor  Hamfri Tonkin etdi. Professor Tonkinin Forum iştirakçılarına təqdim etdiyi mövzu “Dil və humanitar elmlər” oldu. Professor çıxışında “qrammatika məsələləri”, “dilin sərhədləri”, “çoxdilliliyin dəyərləri” kimi məsələlərə toxundu.

Daha sonra Roma Apelyasiya Məhkəməsinin baş vəkili Antonio Marini “Terror qurbanlarının hüquqlarını necə təmin etməli?” mövzusunda çıxış etdi. Marini kimlərin terror qurbanları adlandırıla biləcəyindən, onların hüquqlarının təminatından, bu yolda hansı addımların atıldığından və İtaliyanın bu sahədə əldə etdiyi nəticələrdən bəhs etdi.

Növbəti çıxış Polşanın Lodz Universitetinin dosenti Monika Kopitovska tərəfindən təqdim olundu. Dosent “ Uzaq iztirabın təsviri: postmodern dünyada media dəyərləri ” barədə danışdı. O Afrikada baş verən hadisələrin xəbərlərdəki əksindən, medianın mədəniyyətlər və ideologiyalar üzərindəki təsirindən, televiziyanın mediadakı yerindən və medianın auditoriya ilə həqiqətlər arasındakı məsafəni tənzimləmə üstünlüyündən söz açdı.

Azərbaycan Dillər Universitetinin müəllimi Mehriban Babaxanova isə  “ Tolerantlıq: əfsanə ya həqiqət?” mövzusu ilə çıxış etdi. O, çıxışında çoxmədəniyyətlilik ətrafındakı konfliktlərin bu mədəniyyətləri həyata keçirərkən yaranan düşüncə müxtəlifliyinə, bu mədəniyyətlərin birgə mövcudluğu davam etdirmək istədikləri təqdirdə qəbul etməli olduqları qayda və təcrübə ətrafındakı konfliktlərə diqqət çəkdi.

İtaliya Yəhudi İcmaları İttifaqının müşaviri Viktor Maqyar “Çətin dövrdə sadə sözlərlə dünyanı necə sağaldaq?” mövzusunda çıxış etdi. Cənab Maqyar çıxışında qloballaşma anlayışından, qloballaşan dəyərlər içərisində insan hüquqlarının yerindən, qloballaşma ilə humanizm anlayışları arasındakı təzaddan, humanizmin dəyərdən çox ehtiyac olmasından danışdı.

Rusiyanın Beynəlxalq Müstəqil Ekoloji-Siyasi Universitetinin (BMESU Akademiyası) Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Professor Nizami Məmmədov “ İnsan təbiəti və humanizm ideyaları” adlı çıxışında müasir genetika, antropologiya və mədəniyyət kontekstində “insan təbiəti” və “insanın mövcudluğu” anlayışlarının qarşılıqlı münasibətləri, humanizmin əsasları və perspektivləri, cəmiyyətin inkişafının, onun ictimai təşkilatlarının hər bir insanın maraq və tələbatlarına uyğun olmasının cəmiyyətdə etibarın artmasına, insanların sosial həyata və bir-birinə yadlaşmasının qarşısının alınmasına təkan olacağını vurğuladı.

Çıxışlar içərisində digər diqqət çəkən mövzulardan biri də Azərbaycan Dillər Universitetinin müəllimi Nigar Zeynalovanın “Tolerantlıq: müasir yanaşma və inkişaf perspektivləri”adlı çıxışı oldu. Zeynalova tolerantlığın müasir dünyada bütün insanların eyni dəyərli olduğuna, dialoq və qarşılıqlı anlaşma, digər sosial, mənəvi, mədəni mühit nümayəndələri, müxtəlif dünyagörüşü, dəyərləri, davranış qaydaları olan insanlar arasında humanistlik münasibətlərin qurulmasına yönələn  başqa mədəniyyətləri öyrənməklə öz təcrübəsini artımağa istiqamətlənən başlıca dəyərlərdən biri olduğunu vurğuladı.

Florensiya Universitetinin sabiq rektoru, fəxri professor Paolo Blazi “Humanizm postmodern dövrünün əsas dəyəri kimi” təqdim etdiyi çıxışında qloballaşma anlayışından, Avropada humanizm ideyasının yaranmasından, bəşəriyyətin birləşməsindən, “biliyin birləşməsindən”, qloballaşmanın yaratdığı problemlərinin öhdəsindən gəlməyin yollarından, elmin həqiqətin dərk olunmasındakı rolundan danışdı.

Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi professor Nelya Vasilyevna Motroşilova“Humanizmin yenilənməsi zərurəti”adlı çıxış ilə humanizmin yenilənməsini zəruri edən səbəblərdən, humanizmin nəticələrindən, kütləvi informasiya vasitələrinin humanizm haqqında ötürdüyü məlumatlardan, humanitar birlik və assosasiyaların fəaliyyətindən və humanizm üçün mübarizə adı altında müasir antihumanizm tendensiyalarından danışdı.

Malta Parlamentinin sabiq sədri Maykl Frendo “Humanizmin dəyəri: dözümlülüyün fövqündə insan ləyaqətinin dərki və ona hörmət” mövzusundaçıxış etdi. Cənab Frendo nitqində müasir sivil cəmiyyətdəhəyat, fərd və azadlığın önəmindən, Mahatma Qandinin humanizmə verdiyi töhfələrdən, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq üçün tələb olunan şərtlərdən, dəyər və fərqliliklərə hörmət edən cəmiyyətin daha parlaq gələcək vəd etdiyindən söz açdı.

II Bölmənin çıxışçıları da reqlamentə uyğun olaraq 10 dəqiqə çıxış edərək Foruma öz töhvələrini verdilər. II bölmə “Postmodern dövrü  mənəviyyatının normativ-dəyər  strukturu və ümumbəşəri dəyərlər” adlanırdı. Bölmənin moderatorları Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi professor Nelya Vasilyevna Motroşilova və Azərbaycan Dillər Universitetinin professoru Svetlana Cəbrəyılova oldu.

Bölmənin ilk çıxışını Avstriya Ali Məhkəməsinin sabiq  sədri, Beynəlxalq Şəffaflıq Şurasının Avstriya şöbəsinin idarə heyətinin üzvü Yohan Reşut təqdim etdi. Cənab Reşut “Humanizm iqtisadiyyatın təməl dəyəri kimi” mövzusunda danışdı.O çıxışında müxtəlif humanitar imkanlarla azad bazar seçimlərinin istiqamətlərindən – Anqlo-Amerikan və Avropa modellərindən, bu modellərin qarşılıqlı müqayisəsi, gətirdikləri yeniliklər və nəticələri barədə söhbət açdı.

Azərbaycan Dillər Universitetinin dosenti Kifayət Ağayeva“Postmodernizm və dəyişən bəşəri dəyərlər” adlı çıxışında bəşəri dəyərlərin formalaşması, dəyişməsi, onların insan fəaliyyətinin və təcrübəsinin məhsulu olması, Şərq Qərb mədəniyyətləri arasındakı dəyər müxtəlifliklərindən bəhs etdi.

Abılay xan adına Qazax Beynəlxalq Əlaqələr və Dünya  Dilləri Universiteti dosent Mədinəm  Nəsirova “Millətlərarası ünsiyyətin mənəvi mədəniyyəti”mövzusu ilə çıxış etdi. Dosent çıxışında cəmiyyətdə vətənpərvərlik hisslərinin aşılanmasından, vətənpərvər tərbiyənin əsas elementlərindən və nəticələrindən, müasir inteqrasiya proseslərinin milli mənsubiyyətə təsirindən bəhs etdi.

Azərbaycan Dillər Universitetinin professoru Svetlana Cəbrayılova “Şərq –Qərb sintezi postmodern ədəbiyyatının humanistləşməsinin göstəricisi kimi” mövzusu ilə humanizmin ədəbiyyatda əksi, humanizmi ədəbiyyata yönləndirən səbəblər, Şərq-Qərb qarşıdurmasında postmodernizm məsələsi, milli mədəniyyətin anlayışı kimi məsələlərə aydınlıq gətirdi.

Azərbaycan Dillər Universitetinin dosenti Nuranə Nuriyevaisə “Cibran Xəlil Cibran poeziyasında ruhi-mənəvi dəyərlərin insan həyatındakı  yeri” adlı çıxışında multikulturalizmin nümayəndəsi Amerika Birləşmiş Ştatlarında Ərəb  mühacir ədəbiyyatının qurucularından biriolan Cibran Xəlil Cibranın əsərlərindəki İlahi sevgidən, insanın sevgi ilə mənəviyyatın uca zirvəsinə çatmasından və sevən insanın humanist dəyərlərindən söz açdı.

II bölmənin yekun çıxışı Almaniya Bundestaqının keçmiş üzvü, Almaniya – Azərbaycan Forumunun sədr müavini Helqa Dauba aid idi. “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” çıxışında xanım Daub humanizm ideyasının yaranması tarixindən, postmodern dövründə humanizm üçün əsas olan şərtlərdən, qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyətlərindən, humanizmin qurucu xüsusiyyətlərindən danışdı.

Bölmənin sonunda çıxışlarla bağlı müzakirələr oldu.

“Azərbaycanın mədəniyyət siyasəti cəmiyyətin bütövlüyünün təminatçısı kimi” adlı III bölməyə moderatorluğu Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Mohamed Fakiri, Azərbaycan Dillər Universitetinin professoru Azad Məmmədov və dosenti Ədalət Abdiyeva etdilər.

Bölmənin ilk çıxışını Azərbaycan  Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı Anar Nağıyev təqdim etdi. “Multikulturalizm fenomeni və onun Azərbaycan coğrafiyasında inikası” mövzusunda çıxış edən Anar müəllim multikulturalizm ideyası,  multikulturalizmin siyasi-humanitar fenomen kimi daşıdığı önəm, multikulturalizm və çoxmədəniyyətlilik, multikultiralizm və milli identiklik anlayışlarının izahı, multikluturalizm dəyərlərinin təmin olunduğu cəmiyyətlərin vahid coğrafi məkandan kənara çıxması və ideyanın daha geniş anlama gəlməsinə xidmət etməsi kimi vacib məqamlara toxundu.

Azərbaycan  Dillər Universitetinin dosenti Sevdagül Əliyeva da bölmənin mövzusu ilə birbaşa səsləşən “Azərbaycan Respublikasının mədəniyyət siyasətinin əsas istiqamətləri” adlı çıxışı ilə mədəniyyət siyasəti anlayışından, onun subyektlərindən, mahiyyətindən, əsas istiqamətlərindən, mədəni irsin qorunub-saxlanmasının əhəmiyyətindən, mədəniyyət siyasətinin milli konsepsiyalarından, mədəniyyət siyasətinin Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm bir hissəsi olmasından, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəni və humanitar sahədəki fəaliyyətlərindən bəhs etdi.

Azərbaycan  Dillər Universitetinin professoru Adil Babayev də dəyərlər mövzusunu davam etdirərək, “Multikulturalizm və dil-şüur özümlüyünün qorunması (Dədə Qorqud əsasında)” adlı çıxışı ilə diqqəti dilin хаlqın təfəkkürü ilə və yеrli şərаitlə bаğlı оlаrаq inkişаfına, onu yаd ünsürlər hеsаbınа dеyil, öz dахili fоrmаl və sеmаntik rеsurslаrı hеsаbınа zənginləşdirmənin lаzımlığına, bеlə оlduqdа şüur dəyişməməsinə, multikulturаlizmin əsаsındа milli dəyər, dil qаnunlаrının durmаsına,bаşqа dillərdən аlınmаlаrın yаlnız zəruri еhtiyаc оlduqdа dili zənginləşdirməli olduğuna yönəltdi.

Son olaraq, Azərbaycan Dillər Universitetinin dissertantı Galina Vud Azərbaycanın tarixi və səfalı guşələrindən biri olan Lahıcdan bəhs etdi. “Lahıc – Azərbaycanın parlayan naxışı ” adlı təqdimatında xanım Vud Azərbaycanın sosiolinqvistik mənzərəsindən, burada yaşayan etnik azlıqlardan, Lahıcın mədəni rəngarəngliyindən, Lahıcdakı misgərlik sənətinin tarixindən, Lahıcın linqvistik vəziyyəti və yanaşmalardan, ümumilikdə bu ərazidə məskunlaşan xalqın mədəni dəyərlərindən və onları bu mədəni dəyərləri, adətləri necə qoruduqlarından danışdı.

Çıxışlar 30 dəqiqəlik müzakirə ilə tamamlandı. Müzakirələrdən sonra 2-3 oktyabr 2014-cü il IV Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olundu.

Video 1
Video 2
Video 3
Video 4