Forum 2012

VII.II Cəmiyyətin həyatında multikulturalizm

İşçi bölmələr
  • Dinlərarası dialoq problemi: dəyərlər və hüdudlar
  • Multikultural cəmiyyətdə etnik, sosial, dini fikir ayrılıqlarının idarə olunması metodları və onların müxtəlif identikliklərə uyğunluğu
  • Qərbdə və Şərqdə multikulturalizm və inteqrasiya proseslərinin analogiyaları və fərqləri

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

VII.II Cəmiyyətin həyatında multikulturalizm

İşçi bölmələr

“Cəmiyyətin həyatında multikulturalizm” adlı dəyirmi masanın xülasəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin həmsədrliyi ilə 4-5 oktyabr 2012-ci il tarixlərində «XXI əsr: ümidlər və çağırışlar» devizi altında keçirilmiş İkinci Bakı Beynəlxalq Humanitar Forumunun müzakirə mövzularından biri müasir dövrdə xüsusi aktuallıq qazanmış multikulturalizm anlayışı ilə bağlı olmuşdur. İkinci Bakı Beynəlxalq Humanitar Forumunun «Heydər Əliyev» Mərkəzində keçirilmiş açılış mərasimi və plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizm mövzusu ilə bağlı dəyərli fikirlərin səslənəcəyinə, diskussiyaların aparılacağına əmin olduğunu bildirmişdir. Azərbaycanın təcrübəsini multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətli hesab edən Prezident qeyd etmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumunun məqsədlərindən biri də məhz multikulturalizm meyillərinin gücləndirilməsidir. Forumda iştirak edən Bolqarıstan Respublikasının sabiq Prezidenti Peter Stoyanov da çıxışında multikulturalizmə xüsusi yer ayırmışdır. O, özündə qarşılıqlı anlaşmanı və digər xalqlara və dinlərə hörmətlə yanaşmanı əks etdirən multikulturalizmin Azərbaycanda xüsusən diqqət mərkəzində saxlandığını vurğulamışdır. Azərbaycanın multikulturalizmə böyük önəm verdiyini vurğulayan Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci rayonunun meri xanım Raşida Dati də ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və anlayış içində bir arada yaşadığını diqqətə çatdırmışdır. Forum çərçivəsində səkkiz istiqamət üzrə keçirilmiş «dəyirmi masa»lardan ikisi “Multikulturalizm və mədəni özünüdərk” və “Cəmiyyətin həyatında multikulturalizm” mövzusuna həsr olunmuşdur. «Cəmiyyətin həyatında multikulturalizm» mövzusunda dəyirmi masada üç işçi bölmənin fəaliyyəti nəzərdə tutulmuşdu:  Dinlərarası dialoq problemi: dəyərlər və hüdudlar;  Multikultural cəmiyyətdə etnik, sosial, dini fikir ayrılıqlarının idarə olunması metodları və onların müxtəlif identikliklərə uyğunluğu;  Qərbdə və Şərqdə multikulturalizm və inteqrasiya proseslərinin analogiyaları və fərqləri. 2 «Cəmiyyətin həyatında multikulturalizm» mövzusunda dəyirmi masaya Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci rayonunun meri xanım Raşida Dati, Malayziya XİN-in Diplomatiya və Xarici Əlaqələr İnstitutunun Baş direktoru Dato Ku Caaffar Ku Şaari, Bakı Slavyan Universitetinin rektoru, professor, AMEA-nın müxbir üzvü Kamal Abdullayev rəhbərlik edirdilər. “Four Season Hotel” mehmanxanasında keçirilmiş «Cəmiyyətin həyatında multikulturalizm» mövzusunda dəyirmi masanın işində müxtəlif ölkələrdən olan görkəmli elm və mədəniyyət xadimləri iştirak etmişlər. 39 ölkədən – ABŞ (4 nümayəndə), Almaniya (4 nümayəndə), Avstraliya (1 nümayəndə), Avstriya (1 nümayəndə), Belçika (3 nümayəndə), Bolqarıstan (7 nümayəndə), Bosniya və Hersoqovina (1 nümayəndə), Böyük Britaniya (3 nümayəndə), Cənubi Koreya (3 nümayəndə), Çexiya (1 nümayəndə), Çin (2 nümayəndə), Estoniya (1 nümayəndə), Fransa (12 nümayəndə), Gürcüstan (1 nümayəndə), Hindistan (1 nümayəndə), Xorvatiya (1 nümayəndə), İndoneziya (4 nümayəndə), İordaniya (1 nümayəndə), İran (1 nümayəndə), İspaniya (1 nümayəndə), İsrail (1 nümayəndə), İsveç (1 nümayəndə), İsveçrə (5 nümayəndə), İtaliya (8 nümayəndə), Yaponiya (1 nümayəndə), Kanada (1 nümayəndə), Qatar (1 nümayəndə), Latviya (4 nümayəndə), Macarıstan (1 nümayəndə), Malaziya (1 nümayəndə), Mərakeş (1 nümayəndə), Misir (1 nümayəndə), Moldava (3 nümayəndə), Pakistan (5 nümayəndə), Rumıniya (1 nümayəndə), Rusiya (7 nümayəndə), Türkiyə (8 nümayəndə), Tacikistan (2 nümayəndə), Ukrayna (2 nümayəndə) 107 nümayəndə, o cümlədən, 3 beynəlxalq təşkilatın 7 ölkədən – İSESCO təmsilçisi Səudiyyə Ərəbistanından (1 nümayəndə), Ərəb dövlətləri Liqası təmsilşisi Tunisdən (1 nümayəndə), UNESCO təmsilçiləri Argentina, Honduras, Latviya, Avstraliya, Əfqanıstan (hər ölkədən 1 nümayəndə) yeddi nümayəndəsi dəyirmi masanın işində iştirak etmişdir. Dəyirmi masanın işində Azərbaycan tərəfindən 96 iştirakçı qatılmışdır. Oktyabrın 5-i iştirakçıların qeydiyyatından sonra saat 10:00-da Dəyirmi masa işinə başlamışdı. Dəyirmi masanı giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev qeyd etdi ki, Bakı Beynəlxalq Humanitar Forumu müzakirə olunan mövzuların aktuallığı, elmi səviyyəsi, əhatə dairəsinə görə müasir dövrün mühüm intellektual platformalarından birinə çevrilmişdir. Bütövlükdə Foruma, o cümlədən, multikulturalizm masasına geniş marağın əsas amillərindən biri də ölkəmizin tarixi və müasir Azərbaycan gerçəkliyi olduğunu bildirən rektor Azərbaycanda müxtəlif dinlərə, mədəniyyətlərə, dillərə tarixən tolerant münasibət olduğuna diqqət çəkmişdir: “Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu müasir Azərbaycan Respublikası bugün bütün sahələrdə olduğu kimi, humanitar sferada da sürətli inkişaf yolundadır. Azərbaycan müxtəlif mədəniyyətlərin dialoqu və tolerantlığı, Şərq və Qərbin 3 sintezi nümunəsidir. Buna görə də multikulturalizm bölmələri öz genişliyi və əhatəliliyi ilə seçilir”. Dəyirmi masa rəhbərlərinin çıxışlarından sonra “Dinlərarası dialoq problemi: dəyərlər və hüdudlar” adlanan I Bölmə öz işinə başlamışdır. I bölmənin moderatorları İSESCO-nun Baş direktoru Abdulaziz Osman əl-Tüveycri, Bolqarıstan Respublikasının sabiq Prezidenti Georgi Pırvanov və Cənubi Koreya Respublikası Hankuk Xarici Araşdırmalar Universitetinin Prezidenti Park Çul Dinlərarası dialoq probleminə dair fikirlərini səsləndirdikdən sonra məruzəçilərə söz verildi. Bölmənin işində 5 məruzə dinlənildi və sonda bölmə iclasının nəticələri müzakirə edildi. Yarım saatlıq fasilədən sonra saat 11:30-da “Multikultural cəmiyyətdə etnik, sosial, dini fikir ayrılıqlarının idarə olunması metodları və onların müxtəlif identikliklərə uyğunluğu” adlanan II Bölmə ilə dəyirmi masa öz işini davam etdirdi. İki yarımbölmədən ibarət II bölmənin birinci yarımbölməsinə Estoniya Respublikasının sabiq Prezidenti Arnold Rüütel, Türkiyə Parlamentinin üzvü, AŞPA-nın sabiq Prezidenti Mövlud Çavuşoğlu, Berkli Kaliforniya Universitetinin Slavyan, Şərqi Avropa və Avrasiya Araşdırmaları İnstitutunun direktoru Yuri Slyozkin moderatorluq edirdilər. Moderatorların çıxışlarından sonra məruzələr dinlənildi və yarımbölmə iclasının nəticələri müzakirə edildi. Bir saatlıq nahar fasiləsindən sonra II yarımbölmə Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının üzvü, Demokratlar Partiyası Fraksiyasının baçşısı, Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvü Nurhəyati Əli Əsseqaf, Avrasiya Araşdırmaları üzrə professor, Yaxın Şərq İslam fondunun direktor müavini, Sasakava Sülh fondundan Akira Matsunaqanın moderatorluğunda işini davam etdirdi. Çıxış və məruzələrin ardından yarımbölmə iclasının nəticələri müzakirə edilmişdir. Növbəti yarımsaatlıq fasilədən sonra “Qərbdə və Şərqdə multikulturalizm və inteqrasiya proseslərinin analogiyaları və fərqləri” adlanan III bölmə öz işinə başlamışdır. Bölmənin işinə Demokratlar Partiyasının Nyu-Yorkdan sabiq konqresmeni, Herrick, Feinstein hüquq şirkətinin məsləhətçisi Maykl Edvart MakMehon, BMT-nin Daimi Koordinatoru Aleksandr Vladimiroviç Zuyev, Trento Universitetinin fəxri professoru Cianfranko Pocci moderatorluq edirdi. Sonuncu bölmədə çıxış və məruzələrdən sonra bölmə iclasının nəticələri müzakirə edilmişdir. Multikulturalizmə aid çıxışlar rəngarəng, maraqlı və eyni zamanda düşündürücü olmuşdur. Eyni zamanda, ayrı-ayrı ölkələr üzrə müəyyən mövzuların prioritetliyi gözə çarpmışdır. İtaliyadan olan elm və mədəniyyət xadimlərini (Cianfranko Pocci, Robert de Vita, Cuzeppe Şortino, Fabio Berti, Mahmud Salem Elşeyx) mədəniyyətlərarası konfliktlərin aradan qaldırılması yolları, multikultural cəmiyyətdə intermədəni plüralizm, multikulturalizmə münasibətdə müxtəlif fikirlər, immiqrasiya prosesləri, tarixi-fəlsəfi və geosiyasi aspektləri müzakirəyə çıxarmışlar. Fransalı mütəxəssislər (Kristian Vallar, Məhəmməd Zahir Əziz, Ugo Bellagamba) multikulturalizm anlayışının Fransa tarixində və müasir cəmiyyətində özünəməxsusluğunu müzakirəyə çıxarır. Pakistanlı alimlər isə (Zülfüqar Əl Qureşi, Razia Sultana, Yar Muhammad Badini) multikulturalizmin islamda və cəmiyyətdə yeri məsələlərini şərh etmişdir. Türkiyəli həmkarlarımız (Mehmet Akan Suver, Halit Eren, Kazım Sarıkavak) multikulturalizmin Qərb və Şərq qaynaqlarını, cəmiyyətdə yerini və dinlərarası dialoq məsələsinə toxunur, koreyalı mütəxəssislər isə (Çonq Jin Oh, Park Moo-jonq) Koreya multikultural cəmiyyətinin xüsusiyyətlərindən və bu cəmiyyətdə müsəlman icmalarının inkişafından bəhs etmişdir. Avstraliyalı iştirakçı (Frank Salter) Qərb multikulturalizminin humanitar aspektlərinə aydınlıq gətirmişdir. Honduraslı həmkarımızın (Sonia Mendieta-de-Badaru) Bakı Beynəlxalq Humanitar Forumunun mədəniyyətlərin dialoqu və sülhün səmərəli inkişafı vasitəsi kimi roluna həsr olunmuş çıxışı da xüsusi maraq doğurmuşdur. Öz növbəsində Azərbaycanlı iştirakçıların (Elşad İskəndərov, Gövhər Baxşəliyeva, Rəhilə Qeybullayeva, Etibar Nəcəfov, İrina Kunina) diqqət mərkəzində Azərbaycan multikulturalizm modeli, qloballaşan dünyada dinlərarası dialoq, milli və dini dəyərlər problemi durur. Dəyirmi masanın sonunda Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsinin layihəsi müzakirə olunaraq yekdilliklə qəbul olunmuşdur. Dəyirmi masa iştirakçıları Forumun təşkilinə və yüksək səviyyədə keçirilməsinə yaratdığı şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirmiş, bir daha Bakı Forumunun böyük əhəmiyyətini vurğulamışlar. Forumun keçirildiyi dövrdə Bakı Slavyan Universitetində Forum iştirakçıları olan məşhur yazıçı Vladimir Voynoviç, şair Andrey Dementyev, Sofiya Universitetinin rektoru prof.İvan İlçev, Kazan Universitetinin Filologiya və incəsənət İnstitutunun direktoru prof.Radif Zamaletdinov və görkəmli alim akademik Mirfatih Zakiyev, Ural Federal Universitetinin rektoru V.A. Kokşarov və kafedra müdiri prof. Aleksandr Nesterov, Almaniyanın Maynts Universitetinin Türkologiya departamentinin müdiri prof.Hendrik Bushotten, Vürtsburq Universitetinin pofessoru prof.Ziqlinda Hartmanla görüşlər keçirilmiş, əməkdaşlıq perspektivləri müzakirə edilmiş, Kazan Universiteti Filologiya və incəsənət İnstitutu və Ural Federal Universiteti ilə müqavilələr imzalanmışdır.

Video 1
Video 2
Video 3
Video 4
Video 5
Video 6
Video 7