Forum 2013

VII. Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə

İşçi bölmələr:
  • Klinik təbabətdə molekulyar biologiya
  • Hüceyrə transplantologiyasının bioloji və klinik aspektləri
  • Müxtəlif xəstəliklərin müalicəsində gen terapiyasının imkanları

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

VII. Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində 1 noyabr, 2013 –cü il tarixində keçirilmiş, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə” mövzusuna həsr olunmuş dəyirmi masada aşağıdakı işçi bölmələr üzrə fikir mübadiləsi aparılmışdır :

  • Klinik təbabətdə molekulyar biologiya;
  • Hüceyrə transplantologiyasının bioloji və klinik aspektləri;
  • Müxtəlif xəstəliklərin müalicəsində gen terapiyasının imkanları.

Dəyirmi masanın iştirakçıları kimya üzrə Nobel mükafatı laureatları professor Ada Yonat (İsrail), professor Ariye Varşel (ABŞ), professor Rocer Deyvid  Kornberq (ABŞ), fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, professor Ceyms Edvard  Rotman (ABŞ), professor Riçard Bert (ABŞ), professor Məsud  Əfəndiyev (Almaniya), professor Qərib Mürşüdov (Birləşmiş Krallıq), professor İsmayıl Zülfüqarov (Cənubi Koreya), Sverker  Littorin (İsveç), Sverker Hyubinet (İsveç), professor Məhəmməd Məsum Yasinzay (Pakistan), professor Yevgeniy Borisoviç Gelfqat (Rusiya), professor Dmitriy Vladimiroviç Zaletayev (Rusiya), professor  Əliheydər Ağaələkbər oğlu Rəhimov (Rusiya), professor Dilşod Zukiroviç Zikiryaxodjayev (Tacikistan), professor KorayAcarlı (Türkiyə), professor Ömər Özkan (Türkiyə), professor Adil Allahverdiyev (Türkiyə), dosent Serdar Kabataş (Türkiyə), professor Fikrettin Şahin (Türkiyə), dosent Yusuf Baran (Türkiyə), professor Afiq Bərdəli (Türkiyə), professor Məlahət  Bağırova (Türkiyə), professor Erdal  Karaöz (Türkiyə), Nailə Tağıyeva-Piodjer (Fransa), Azərbaycan Tibb Universitenin, Milli Elmlər Akademiyasının və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının əməkdaşları olmuşlar.

Ümumiyyətlə, dəyirmi masanın işində 11 xarici ölkədən 25 nəfər, Azərbaycanın yuxarıda adları çəkilən tədris və elmi müəssisələrindən  35 nəfər olmaqla 60 nəfər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə dəyirmi masanın ümumi moderatoru Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov açılmışdır.

Qonaqları salamladıqdan sonra akademik Ə.Əmiraslanov, bu mötəbər tədbirin ölkəmizdə artıq  üçüncü dəfə keçirildiyini söyləmişdir. Tibb və molekulyar biologiyanın nailiyyətlərinə həsr olunmuş dəyirmi masada dörd Nobel mükafatçısının iştirak etdiyini və müxtəlif bölmələrdə dinləniləcək məruzələrin toxunacağı problemlərin aktualliğını vurğulayan natiq, Bakı Humanitar Forumun ölkəmizdə bu sahələrin  inkişafına  verəcəyi tövhələrin əhəmiyyətini qeyd etmişdir.

Tədbirin “Klinik təbabətdə molekulyar biologiya” işçi bölməsi professor Ada Yonath, professor  Qərib Mürşüdov və professor Ariye Varşelin moderatorluğu ilə keçirilmişdir. Bölmənin iclasında Nobel mükafatçıları professor  Ada Yonath “Bakterial dərman rezistentiliyi ilə mübarizədə irəliləyiş”, professor Ariye Varşel “Bəşəriyyət üçün əsas təhlükə olan dərman rezistentliyi problemi”, professor Ceyms Rotman “Fundamental elm təbabət və iqtisadiyyat üçün bütün ölkələrdə nə üçün vacib məsələdir” və professor Rocer Kornberq “Fundamental elm, inkişafın ümidi” adlı məruzələrlə çıxış etmişlər. Tədbirdə həmçinin professor Yusif Baran “Xərçəng zamanı dərman rezistentliyinin molekulyar mexanimləri” məruzəsi ilə geniş yayılmiş bədxassəli şişlərin müalicəsi istiqamətində apardığı tədqiqatların nəticələri ilə bölüşmüş, professor İsmayıl Zülfüqarov “Koreyada biotexnologiyanın inkişafı üçün innovasiyalar” mövzusunda çıxışında son illərdə Cənubi Koreya Respublikasının biotexnologiya sahəsində  qazandığı nailiyyətlər haqqında danışmışdır.

Dəyirmi masanın “Hüceyrə transplantologiyasının bioloji və  klinik aspektləri” adlı ikinci bölümünə professor Adil Allahverdiyev və professor  Riçard Bert sədrlik etmişlər. Bölümdə müasir təbabətin aktual mövzularından olan kök hüceyrə terapiyasına həsr olunmuş məruzələrlə professor  Riçard Bert („Kök hüceyrələr üçün yeni paradigmlar“), professor Erdal Karaöz („Transplantasiya  prosesində kök hüceyrələrinin immunosupressiv xüsusiyyətləri“), professor  Adil Allahverdiyev (“Kök hüceyrə tədqiqatında əsas strateji aspektlər”), Dr Kamran Musayev (“İşemik kardiomiopatiyalarda kök hüceyrə terapiyasi“) və Dr Vaqif  Qələndərov  (“Kök hüceyrələrin  plastik və rekonstruktiv cərrahiyyədə  istifadəsi”) çıxış etmişlər.

Üçüncü, “Müxtəlif xəstəliklərin müalicəsində gen terapiyasının imkanları”na həsr olunmuş bölmədə dəyirmi masanın iclası professor  Afiq Bərdəli və professor İradə Hüseynovanın moderatorluğu ilə davam etmişdir. Bölmənin işi professor Məsud Əfəndiyevin “Mitoxondriyaların ödemindən  apaptoza  doğru” mövzusunda  çıxışı ilə başlamışdır. Daha sonra professor Dmitri Zaletayevin “Bədxassəli şişlərin müalicəsinin optimizasiyası”, professor Afiq Bərdəlinin “Azərbaycanda xəstəliklərin molekulyar genetik və individual əsaslı müalicə üsulları”, professor İradə Hüseynovanın “Gen terapiyası problemə müasir baxış və perspektivlər” adlı məruzələri dinlənilmişdir.

Hər üç bölmədə səslənmiş məruzələr böyük maraqla qarşılanmış və çıxışlardan sonra  geniş fikir mübadiləsi aparılmışdır.

İclasın sonunda akademik Ə. Əmiraslanov yekun sözü ilə çıxış etmiş, bütövlükdə dəyirmi masa iştirakçılarına, xarici qonaqlara və məruzəçilərə öz təşəkkürünü bildirmiş, dinlənilmiş mövzuların tibb elmi üçün əhəmiyyətini bir daha qeyd etmişdir. Yekun olaraq, Bakı Beyəlxalq Humanitar Forumun deklarasiyası dəyirmi masa iştirakçıları  tərəfindən yekdilliklə qəbul olunmuşdur.

Video 1
Video 2