Forum 2014

VI. Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər

İşçi bölmələr:
  • Müasir mərhələdə molekulyar biologiyanın nəzəri və tətbiqi aspektləri
  • Biotexnologiyada innovasiyaların reallaşdırılmasının etik və metodoloji problemləri
  • Müasir təbabətdə kök hüceyrələrinin tətbiqi probleminin müxtəlif aspektləri

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

VI. Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində 3 oktyabr, 2014–cü il tarixində keçirilmiş, “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər” mövzusuna həsr olunmuş dəyirmi masada aşağıdakı işçi bölmələr üzrə müzakirələr aparılmışdır :

– Müasir mərhələdə molekulyar biologiyanın nəzəri və tətbiqi aspektləri

– Biotexnologiyada innovasiyaların reallaşdırılmasının etik və metodoloji problemləri

– Müasir təbabətdə kök hüceyrələrinin tətbiqi probleminin müxtəlif aspektləri

Dəyirmi masada Kimya üzrə Nobel mükafatı laureatı, professor Kurt Vütrix (ABŞ), Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı laureatı, professor Tomas Kristian Züdhof (ABŞ), Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı laureatı, professor Ervin, Neher (Almaniya), Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı laureatı, professor Rudolf Martin Tsinkernagel (İsveçrə), Kimya üzrə Nobel mükafatı laureatı, professor Ariye Varşel (ABŞ), Кimya üzrə Nobel mükafatı laureatı, professor Keri Benks Mullis (ABŞ), professor Nikolay Zefirov (Rusya), professor Karol Sikora (İngiltərə), professor Zakir Qəmərli (Qığızıstan), dosent Riçard Bört (ABŞ), professor Enriko Proietti (İtaliya), professor Eva-Mariya Neyer (Almaniya), Naila Tagiyeva-Piodjer (Fransa), professor Gümrah Əliyev (ABŞ), Azərbaycan tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin əməkdaşları iştirak etmişlər.

Ümumiyyətlə, dəyirmi masanın işində 8 xarici ölkədən 14 nəfər, Azərbaycanın yuxarıda adları çəkilən tədris və elmi müəssisələrindən 54 nəfər olmaqla 68 nəfər iştirak edirdi.

Tədbiri giriş sözü ilə dəyirmi masanın ümumi moderatoru Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov açılmışdır. Qonaqları və iştirakçıları salamladıqdan sonra akademik Ə.Əmiraslanov, bu mötəbər tədbirin ölkəmizdə artıq dördüncü dəfə keçirildiyini, ölkəmizdə və dünyada önəmli əhəmiyyət qazandığını söyləmişdir. Molekulyar biologiya və biotexnologiyanın nailiyyətlərinə həsr olunmuş dəyirmi masada altı Nobel mükafatçısının iştirak etdiyini və müxtəlif bölmələrdə dinləniləcək məruzələrin toxunacağı problemlərin aktualliğını vurğulayan natiq, Bakı Humanitar Forumun ölkəmizdə bu sahələrin  inkişafına  böyük töhvələr verəcəyini qeyd etmişdir.

„Müasir mərhələdə molekulyar biologiyanın nəzəri və tətbiqi aspektləri“ işçi bölməsi Professor Keri Benks Mullis, Professor Ariye Varşel və Professor Ervin Neyerin  moderatorluğu ilə keçirilmişdir. Bu bölmədə  Professor Keri Benks Mullis “Biotexnologiyanın yaranması”, Professor Ariye Varşel “Kompyuter modelləşmənin bioloji molekulların funksiyasının öyrənilməsi və xəstəliklərlə mübarizədə istifadəsi”, Professor Ervin Neyer “İon kanalları ilə bağlı xəstəliklər: XXI əsrdə İnsan biologiyasının öyrənilməsi üçün böyük imkanlar”, Professor Tomas Kristian Züdhof “Neyrobiologiya elmi XXI əsrdə: neyron şəbəkələrinin molekulyar məntiqini təhlil edərkən” mövzularında çıxış etmişlər.

Dəyirmi masanın  “Biotexnologiyada innovasiyaların reallaşdırılmasının etik və metodoloji problemləri“ işçi bölməsi Professor Tomas Kristian Züdhof, Professor Kurt Vütrix və Professor Rudolf Martin Tsinkernagelin moderatorluğu ilə keçirilmişdir. Bu işçi bölmədə Professor Kurt Vütrix “XX əsrin fundamental NMR tədqiqatlarının XXI əsrdə biologiya və tibbi diaqnostikada istifadəsi” mövzusunda, Professor Rudolf Martin Tsinkernagel “İnsan immunçatışmazlığı virusu və ya vərəmə qarşı peyvənd nə üçün yoxdur?” mövzusunda, Professor Enriko Proietti “Xərçəng əleyhinə peyvəndlər: xərçəngin müalicə və profilaktikası üçün yeni eradır” mövzusunda, Professor Karol Sikora “Xərçəng: biotexnologiya üçün müvəffəqiyyət tarixi” mövzusunda, Professor Afiq Bərdəli “Inflammasomа bağlı irsi xəstəliklər və hədəf müalicəsi” mövzusunda, Professor Gümrah Əliyev “Yatmış gen ürək-damar, sinir və onkoloji xəstəliklərin inkişafının müasir alternativ nəzəriyyəsi kimi” mövzusunda, Professor Eva-Mariya Neyer “Elmi təhsildə yeni üfüqlər” mövzusunda, Professor Nikolay Zefirov “Dərman kimyası – biologiya və kimyanın qovuşmasında olan elmdir” mövzusunda və Professor Piter devis çıxış etmişlər.

Dəyirmi masanın “Müasir təbabətdə kök hüceyrələrinin tətbiqi probleminin müxtəlif aspektləri” adlanan üçüncü işçi bölümü Professor Riçard Bört, Professor Nuru Bayramov və Professor Piter Devisin moderatorluğu ilə keçirildi. Bu bölümdə Professor Riçard Bört „Kök hüceyrələr, „ ölülər” “dirilərə” yardım edir”və Professor Nuru Bayramov „Klinik transplantologiyada kök hüceyrələr” mövzularında çıxış etmişlər.

Bütün mövzular diqqət və maraqla dinlənildi və hər mövzu  üzrə geniş müzakirələr aparılmışdır.

İclasın sonunda akademik Ə. Əmiraslanov yekun sözü ilə çıxış etmiş, bütövlükdə dəyirmi masa iştirakçılarına, xarici qonaqlara və məruzəçilərə öz təşəkkürünü bildirdi, dinlənilmiş mövzuların tibb və bilologiya elmi üçün əhəmiyyətini bir daha qeyd etmişdir. Yekun olaraq, Bakı Beyəlxalq Humanitar Forumun deklarasiyası dəyirmi masa iştirakçıları  tərəfindən yekdilliklə qəbul olunmuşdur.

Video 1
Video 2
Video 3
Video 4