Forum 2011

Multikulturalizm: nailiyyətlər və problemlər

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

Multikulturalizm: nailiyyətlər və problemlər

Etibar Nəcəfov – professor, Bakı Slavyan Universiteti           

Müxtəlif Ölkələrdə Multikulturalizm Siyasətinin Müqayisəli Təhlili

Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini azlıqlar da dəstəkləyirlər.

Multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də  liberalizmin azadlıq, bərabərlik və qarqaşlıq kimi dəyərləri təşkil edir. Bu səbəbdən də multikultural cəmiyyətdə nəinki sosial ədalətsizliyi aradan qaldırmağa nail olmaq mümkündür, həm də burda irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin multikulturalizmlə liberalizm arasında bir mühüm fərq vardır. Liberalizmdən fərqli olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir.

Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.

Multikulturalizm cəmiyyətdə təzahür edən çoxnövlü mədəni müxtəlifliyin növlərindən biridir. Bundan başqa, biz multikulturalizmlə əlaqədar olan izolyasionizm (təcrid etmə), assimilyasiya və aparteidi kimi  digər təzahürləri də qeyd edə bilərik.

  1. İzolyasionizm elə bir siyasətdir ki, o, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmaqla mədəni müxtəlifliyin formalaşmasının qarşısını alır. Nümunə kimi, 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanunu” göstərmək olar;
  2. Assimilyasiya – izolyasionizmə alternativ olan siyasətdir. Bu siyasət hakim mədəniyyət tərəfindən öz içərisində milli azlıqların və ölkəyə yeni daxil olanların mədəniyyətlərinin əridilməsini nəzərdə tutur;
  3. Aparteid – müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onların izolyasionizmə (təcridinə) yönəlmiş siyasətdir.

Göstərilən təzahürlərdən fərqli olaraq, multikuliuralizm – təkcə adamların hakim etnik qrupu tərəfindən deyil, həm də milli azlıqlar və ölkəyə yeni daxil olanlar tərəfindən dəstəklənən mədəni müxtəlifliyə münasibətdə fərqli reaksiyaların rəngarəngliyidir. Multikulturalizmin yuxarıda sadalanan spesifik cəhətləri onu son nəticədə cəmiyyətin inkişafına səbəb olan pozitiv təzahür, müsbət hadisə kimi xarakterəzə edir.

Multikultural cəmiyyətin formalaşması və inkişafı – tarixi təkamülün xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşmişdir. Onu da qeyd edək ki, multikultural cəmiyyətin formalaşmasında və inkişafındademokratiya mühüm rol oynayır, daha dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır. Multikultural cəmiyyət ilk növbədə Qərbi Avropanın və Şimali Amerikanın demokratik ölkələrində mövcud olmuşdur. Həmin ölkələrdəki tolerantlığın, əxlaqi qaydalara uyğunluğun və demokratiyanın yüksək inkişaf səviyyəsi orada multikulturalizmin ideyalarının yayılması üçün münbit şərait yaratmışdır.

Yuxarıda deyilənləri nəzərə almaqla, qeyd edək ki, bölgələrin tarixi inkişafındakı müxtəlifliyə uyğun olaraq, həmçinin multikultkralizmin də müxtəlif modelləri mövcuddur. Bu spesifik modellərin arasında mən Amerika, İsveç, Avstraliya və Kanada modellərini qeyd etmək istərdim.

a. Multikulturalizmin Amerikan modeli.

1960-cı illərin ortalarınadan etibarən ABŞ anqlo-saksonları immiqrantlarla bir yerə qatan bir növ “əridici qazan” (“melting pot”) rolunu oynayırdı. Bu «qazanda» anqlo-saksonlar üstün mövqeyə malik idilər. Lakin bir müddət keçdikdən sonra vəziyyət tamamilə dəyişdi. “Əridici qazan” proqramı multikulturalizm ideologiyası ilə əvəz olundu. Bunun əsas səbəbi iki mühüm qanunun – “Vətəndaş Hüquqlarına dair Qanun” (1964) və “İmmiqrasiya haqqında Qanun” (1965) – qəbul edilməsi olmuşdu. Birinci qanun ölkədə anqlo-saksonların mövqelərini bir qədər zəiflətməklə yanaşı, bütün millətlərin bərabərliyini təmin etdi. İkinci qanun isə ölkəyə immiqrasiyanı sürətləndirdi.

Bu gün biz ABŞ-ın multikultural siyasətində bir tərəfdən –  mühacirlərin Amerika cəmiyyətinin dəyərlərini qəbul etməsini; digər tərəfdən isə – etnik və irqçi ekstremizmin qarşısını alan əlavə mexanizmlərin formalaşması kimi bu cəmiyyətdə etno-mədəni oxşarlğın çatışmazlığını qörürük.

b. Multikulturalizmin İsveç modeli.

Multikulturalizmin İsveç modelinin xüsusiyyəti ondan ibarətdir ki, cəmiyyətdə mədəni müxtəlifliyin saxlanılmasında dövlət fəal rol oynayır. Dövlətin bu cür fəallığı ilk növbədə ölkədəki konkret siyasi durumla əlaqədardır. Belə ki, İsveçdə uzun müddət çox güclü siyasi mövqeyə malik Sosial-Demokrat partiyası hakimiyyətdə olmuşdur. 1976-cı ildə İsveç hökuməti əcnəbilərə səs vermək hüququ verdi. 1997-ci ildə qəbul olunmuş “İmmiqrasiya haqqında Qanun” isə İsveçi multikulral cəmiyyət kimi qələmə verir.

İsveçin multikultural siyasətinin əsas istiqamətləri – dil və təhsil strategiyalarıdır. Bu strategiyalar immiqrantları həm öz doğma dillərini, həm də İsveç dilini öyrənməyə sövq edir. İsveç hökuməti ölkədəki mədəni müxtəlifliyə vacib və zəruri olan bir reallıq kimi yanaşır.

c. Multikulturalizmin Avstraliya modeli.

Avstraliyada multikultural cəmiyyətin formalaşması uzun müddət dövlət tərəfindən təqib edilən izolyasionizm siyasəti ilə müşaiyət olunmuşdur. 1901-ci ildə Avstraliyada qəbul olunmuş “İmmiqrasiya haqqında Qanun” izolyasionizm siyasətininin idarə olunmasında hakim elita üçün inzibati əsas rolunu oynamışdır. Situasiya yalnız aşağıda adı çəkilən qanunların qəbul edilməsi   ilə dəyişməyə başlamışdır: “Vətəndaşlıq haqqında Qanun” (düzəlişlərlə) (1948); “Miqrasiya haqqında Qanun” (düzəlişlərlə) (1958), “Əcnəbilər haqqında Qanun” (düzəlişlərlə) (1984) və “Viza rejimi haqqında Qanun” (düzəlişlərlə) (1997).

Qeyd etmək lazımdır ki, “multikulturalizm” termini siyasi leksikona ilk dəfə 1970-ci ildə – Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilmişdir. O, anglo-saksonlarla yeni avstraliyalılar arasındakı nifaqın aradan götürülməsində çox səy göstərmişdir. 1979-cu ildə hökumət Mədəni Müxtəlifliyin Problemləri üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə isə Multikulturalizm Problemləri Komitəsini yaratdı. Bu, Avstraliya dövlətinin immqrasiya siyasətində necə mühüm rol oynadığının və onun irqçilikdən multikulturallığa qədər inkişafında əldə etdiyi parlaq uğurların göstəricisidir.

d. Multikulturalizmin Kanada modeli.

Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə təsadüf edir. Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyətinə çevrilmişdi. Bu o deməkdir ki, multikulturalizm kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Bu ölkədə  multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur.

ABŞ və Avstraliyadan fərqli olaraq Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilini azad şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq hüququna malikdirlər. Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların öz mədəni dəyərlərini qoruya bilməsinə şərait yaradır.

Beləliklə, multikulturalizmin müxtəlif modellərinin müqayisəli təhlili nəticəsində bir neçə ümumiləşdirmə aparmaq istərdim:

1) Multikulturalizm – pozitiv sosial təzahürdür. O, cəmiyyətin inkişafı üçün münbit şərait yaradır; etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;

2) Multikulturalizm – cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlmişdir;

3) Demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir;

4) Bölgələrin tarixi inkişafının xüsusiyyətləri multikulturalizmin    fərqli modelininin yaranmasını müəyyən etmişdir;

5) Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, heç şübhəsiz ki, multikultural cəmiyyətinin formalaşmasında və multikultural ətraf mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.

 

Olqa Astafyeva Rusiya, RF Prezidenti yanında Dövlət Qulluğu və Xalq təsərrüfatı Akademiyası 

Mədəni siyasət strategiyasında multikulturalizm ideyalarının dinamikası

Yalnız Rusiya və MDB ölkələri üçün deyil, bütün dünya üçün aktual olan problemləri müzakirəyə çıxaran Humanitar Forum iştirakçılarını salamlamağa çox şadam. Belə ki, bunlar mürəkkəb sosial-mədəni dəyişikliklər şəraitində yanaşı yaşama problemləri ilə bağlıdır. Zaman və məkan anlamına, həyatın mənası anlayışına təsir edən bu dəyişikliklər bizi öz doğma mədəniyyətimizlə  yaxınlığa yenidən baxmağa və digər mədəniyyətlərlə təmas axtarışına sövq edir.

Bu ünsiyyət, bu mədəniyyətlərarası dialoq ideyası yaşadığımız qeyri-sabit və kifayət qədər dəyişkən olan müasir dünya üçün mərkəzi rola çevrilir.

Hörmətli həmkarlar, məni bu gün işlədiyimiz baza terminləri və kateqoriyalarının məna anlayışlarına qayıtmaq məcburiyyətindən azad etdilər. Bu, olduqca mürəkkəb və dinamik anlayış, lakin bu gün dünyada fərqli modellər şəklində ziddiyyət doğuran multikulturalizm kateqoriyasıdır. Bu modellərin bir ölkəyə uyğunlaşsması mümkündür, ancaq onlar digər şəraitdə heç cür tətbiq edilə bilməz, çünki istənilən model əsrlərlə formalaşmış müəyyən dəyər-məna bazasına oturuşur və ona aid olur. Bu və ya digər modelin tətbiqi üçün belə əsasların axtarılması çox çətin vəzifədir, belə ki, yanaşı yaşamanın dünya konsepsiyasının ümumi strategiyasının konkret etnomədəni və milli-mədəni inkişaf konsepsiyası ilə uzlaşması prinsipindən ibarətdir.

Yanaşı yaşama – məhz elə dünyada mədəni siyasət strategiyasının axtarılması problemidir. Lakin mənim fikrimcə, mədəni siyasət anlayışı bu gün daha genişdir, çünki öz mədəni özəlliklərinin, mədəni sərvətlərinin bu və ya digər şəkildə təzahürü ilə əlaqədar baxdığımız bütün problemlər çox vaxt sosial konfliktlər sırasından olan problemlərlə bağlıdır. Buna görə, multikulturalizm mövzusu – dissiplinar problemdir, müasir dünyada sosial bərabərsizlikdən qurtulma cəhdlərinin mədəni bərabərsizliklə toqquşduğu və bunun da münaqişəli  situasiyalar doğurduğu sosiomədəni strategiya problemidir. Ola bilər ki, bir ölkəyə uyğunlaşmış modellərin digər ölkələrdə tətbiq edilməzliyinə gətirib çıxaran da elə məhz budur. Və tənqid, siyasi tənqid bizi multikulturalizmə yeni nəzərlərlə baxmağa məcbur edir. Yeni nəzərlərlə baxmaq nə deməkdir? Hər şeydən əvvəl bir məsələni anlamaq lazımdır ki, biz multikulturalizmə mövcud mühitin demokratikləşdirilməsi, sərbəst qarşılıqlı təsirin və mədəni plüralizmin yaranması tendensiyası ilə səciyyələnən yeganə mümkün strategiya və ya çoxsaylı strategiyalardan biri kimi baxırıq.

Şübhəsiz, ilk növbədə insanların mədəniliyi anlayışının özünün davamlılığı ilə bağlı problem əmələ gəlir. Əgər mədəni mühit lap qədimlərdən, uzun əsrlər boyu müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə açıq olan bir muhit kimi formalaşıbsa, onda bu mühitə digər mədəniyyətlərin inteqrasiyasının bütün digər prosesləri də tamamilə keçərli olur. Bu, mədəni rəngarənliyin təbii genişlənməsi, vəhdətin mürəkkəbləşməsi prosesidir. Mənə belə gəlir ki, hazırkı günümüz üçün multikulturalizm modellərinin mürəkkəbləşməsinin məhz bu səciyyəsi nümunəvidir. Bizdən digər mədəni dəyərlər sferasında sadəcə mədəniləşdirmə prosesi deyil, həm də müəyyən transkulturasiyalar prosesi olan adaptasiya konsepsiyalarına yenidən baxmaq tələb olunur. Bu prosesdə nəinki eyni tipli mədəniyyətlər, həm də ümumiyyətlə, yaxın keçmişdə mədəniyyətəqabil və dialoq üçün açıq kimi baxıla bilməyəcək digər mədəniyyətlər də qəbul edilir. Ona görə də adaptasiya problemi – insanlara ən çətin situasiyalarda belə uyğunlaşmağa kömək edə biləcək müasir institutların vasitələr axtarışı problemidir.

Dünən hörmətli Yefim İosifoviç qeyd etdi ki, belə vasitələrdən biri təhsil sistemidir. Ancaq mənim fikrimcə, təhsil sistemilə bərabər, haqqında tez-tez danışdığımız vətəndaş cəmiyyətinin qurulması situasiyası müəyyən yeni ekspert meydançalarının yaradılmasını nəzərdə tutur. Belə ekspert meydançaları rolunda, əlbəttə, ictimai təşkilatlar və birliklər cıxış edir.

Rusiyada milli-mədəni muxtariyyatlara yenidən baxılması, müasir dünyanın bütün ölkələrinin ərazisində mədəni və informasiya dəyərlərinin  birləşdirilməsi imkanlarının yeni oxunuşu insana öz kiçik rakursunu tapmağa və öz bütöv mühitindən təcrid olmadan doğma mədəniyyətinin bütün dəyərlərini öyrənməyə və ona qoşulmağa imkan verir. Elə bu da rəngarəngliyin birliyi modelidir ki, burada hər bir mədəniyyət öz şəxsi ləyaqətini və özəl dəyərlərini saxlayaraq digər mədəniyyətlərlə münaqişə muhitindən kənarda mutləq qarşılıqlı fəaliyyətdə olur. Bu gün, artıq qeyd etdiyimiz kimi, sosial problemlərin hər bir insana, onun dünyada mövcudluğu probleminə aid olduğunu nəzərə alsaq, bunu etmək heç də asan deyildir.

Diskussiya meydançaları nə deməkdir? Onlardan biri – hər bir ölkənin baş verən situasiyanın açıq təhlili ilə birgə təqdim etdiyi analitik materiallardır. Məsələ burasındadır ki, belə materialların toplanması metodu və metodologiyası demək olar ki, movcud deyildir. Mədəniyyətlərin müxtəlif təməllər üzrə qarşılıqlı təhlilinin vahid konseptual metodoloji əsası da yoxdur.

Linqvistik rəngarənglik bu problemin həlli yollarından biri kimi. Müasir informasiya və mədəni şəbəkələr vasitəsilə uyğunlaşma problemi.

Bu, müasir dünyada insanların, öz yeni reallığından ayrılmadan ailələrilə əlaqəni itirməməyə, bu əlaqəni qorumağa imkan verən  ən maraqlı adaptasiya kanallarından və formalarından biridir. Bu, hətta miqrasiya növü anlayışını da dəyişməyə qadir olan yeni situasiyadır. Bu zaman əmək mühacirəti doğrudan da müvəqqəti miqrasiyaya çevrilir – yeni ərazidə oturaq mühacirət olmur.

Demək istərdim ki, çoxmədəniyyətlilik konsepti də müasir Rusiyada ciddi təhlilə məruz qalmışdır. Pozitiv təcrübə nöqteyi-nəzərindən mühacir axınları üçün açıq olan ərazilərdə dostluq lokuslarının və mədəniyyətlərarası dialoq lokuslarının yaradılmasını göstərmək olar. Sərhəd vilayəti olan və əhalinin sayına görə 180-dən 200-dək etnomədəni ənənənin nümayəndələrini və müxtəlif mədəniyyət daşıyıcılarını birləşdirən Orenburq vilayətini nümunə kimi göstərmək mümkündür. Burada milli kəndin gözəl təcrübəsi yaranmışdır, eyni bir ərazi məkanında informasiya muzeyləri, informasiya mərkəzləri yaradılmaşdır. Bu mərkəzlərdə digər mədəniyyətlərlə tanış olmaq və vahid ərazi çərçivəsində ümumi tədbirlər keçirmək mümkündür. Rusiyada bu təzəlikcə vüsət almaqdadır, məhz təcridetmədən qaçmaq, ünsiyyətə canatma – dialoq formasını qurmaq məqsədilə çoxmədəniyyətlilik modelinin mürəkkəbləşdirirlməsi üçün maraqlı bir vasitə, maraqlı bir gedişdir. Rusiya təcrübəsini təhlil edərək, demək istəyirəm ki, bu, həm ərazi modelləri, həm də prosesləri qanunvericiliklə nizamlama modelləri çərçivəsində axtarışların mürəkkəb şəraitində baş tutur. Hər halda hər il 200 minədək insan Rusiyaya gəlir. Onlar müxtəlif mədəniyyətlərin daşıyıcılarıdır. Lakin Rusiyanın çoxmədəniyyətliliyin genişləndirilməsinə dair malik olduğu təcrübə əsas verir ki, etnomədəni siyasətin strategiyası pozitiv olsun və bütün mövcud gərginlik halları öz müsbət həllini tapsın.

 

İvan Palçev – Bolqarıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri (2004-2008) 

Multikulturalizm fəaliyyətdə: bolqar etnik modeli

Hörmətli xanımlar və cənablar! Hal-hazırda Bolqarıstanda bir milyondan artıq müsəlmanın yaşadığını heç də hamınız bilmirsiniz. Onlar səkkiz yüz min bolqar türkü və Osmanlı imperiyasının hakimiyyəti dövründə islamı qəbul etmiş iki yüz min bolqardır.

90-ci illərin əvvəllərində Avropa təşəbbüskarlarının çoxu soruşduqda ki, Balkanlarda etnik konflikt harada başlamışdır, cavab alırdılar: “Bolqarıstanda”, çünki etnik gərginliyin dərəcəsi o vaxt bizdə çox yüksək idi.  Buna səbəb səksəninci illərin ortalarında Bolqarıstanın o vaxtkı hakimiyyətinin bizim müsəlmanların ərəb-türk mənşəli adlarını slavyan adlarına dəyişməsiydi. Onlara öz dillərində danışmaq qadağan edilmişdi. Ancaq indinin özündə belə çoxları ana dilində danışır. Hərçənd, bu qəribə səslənir, məsələn, iki müsəlman gedir və türk dilində danışırlar, milis onları saxlayır və cərimə edir. Müsəlmanlara məscidlərdə öz ibadətlərini etməyi qadağan etdilər. Ümumiyyətlə, vəziyyət gərginləşdi və 1989-cu ildə özünün pik nöqtəsinə çatdı. Bu zaman kütləvi tətillər və yürüşlər başlandı. Vəziyyəti əldə saxlamaq üçün kommunist hakimiyyəti dörd yüz min türk vətəndaşını bizim respublikadan qovdu.

Ancaq bu müəyyən qədər gərginliyi aradan qaldırdı, çünki Şərq blokunda dərhal dəyişikliklər qopdu və vəziyyət yenidən gərginlşməyə başladı. O zaman Bolqarıstanın prezidenti doktor J.Jelev idi. O, inkişaf edən gərgin konfliktin müsbət həllini istəyirdi, çünki bizim konstitusiya vətəndaşlarımızın bütün fərdi hüquqlarını qoruyur. Ancaq biz irəli getdik və bizim müsəlmanlara öz partiyalarını yaratmaq imkanı verdik. Bu partiya 90-cı illərin əvvəllərində qeydə alındı və onların kollektiv hüquqlarını – yaşamaq və azadlıq hüquqlarını müdafiə edirdi. İyirmi il ərzində bizim yığıncağın daimi nümayəndəliyi var idi, ancaq maraqlıdır ki, nümayəndəlik iyirmi dörd deputat ilə fəaliyyətə başlamışdı, indi isə onların sayı – otuz altıya çatdırılmışdır. Bu otuz altı deputatdan on ikisi – bolqardır. Bu partiyaya artıq etnik bolqarlar da səs verir. Bu seçkilərdə onların sayı yüz altmış min olub. Yeni partiyanın ilk addımlarından bütün partiyalar bu şüarla çıxış edirdilər: terrorizmə icazə vermək lazım deyil, konstitusiyanı pozmaq lazım deyil, amma hamı başa düşürdü ki, vəziyyətə hakim olmaq üçün bu lazımdır.

Əlbəttə, risk var idi və o, özünü doğrultdu. Bizim parlamentin cağırışına qədər bütün məsələlər həll olmuşdu. Tez bir zamanda müsəlmanların adları problemi,  bizim türk əsilli vətəndaşların problemləri həll edilmiş, məscidlərdə ibadət hüququ qanuniləşmiş, məktəbdə dilin öyrənilməsinə icazə verilmişdi və bütün bunlar gərginliyi aradan qaldırmışdı. Artıq beş ildən sonra partiya cəmiyyət üçün zəruri olan məsələlərlə məşğul olmağa başlamışdır. O, artıq özünün etnik problemləri ilə məşğul olmurdu, o, bolqar siyasi spektrli partiyalardan biri idi. Ümid edirəm ki, məhz bunu bolqar etnik problemi adlandırmışdılar. Və inanıram ki, bizim etniklərarası münasibətlərin inkişafı nümunəsi, həmçinin etnik əsasda gərginliyin yaranma riski olan cəmiyyətlər üçün də nümunə ola bilər.

 

Vladimir Fesenko – Ukrayna, “Penta” tətbiqi siyasi tədqiqatlar mərkəzi

Müstəqil dövlət quruculuğu kontekstində millətlərarası qarşılıqlı münasibətlərinin  qurulmasında Ukrayna təcrübəsi

İlk öncə müasir ictimai global inkişaf ücün aktual sayılan humanitar  problemlər spektrinin müzakirəsinə dair təşəbbüsə görə forumun təşkilatçılarına təşəkkürümü bildirirəm. Ukraynanın kulturalizm sahəsində təcrübəsi və millətlərarası münasi­bətlər siyasətini qeyd edərək, ilk öncə Ukrayna kulturalizminin spesifikası haqqında qısa məlumat vermək istərdim.

Məsələ burasındadır ki, zahirən Ukrayna monomilli dövlət kimi tanınır. 2001-ci ilin siyahıya alınma məlumatına uyğun olaraq əhalinin 78%-ni etnik ukrayınlar təşkil edir, lakin Ukraynanın etnik icması özlüyündə monomilli sayıla bilməz. Bizim ölkədə etnik ukrainlərin bir hissəsi öz doğma dilində danışır, ukrain icmasının bir hissəsi isə rusdillidir. Onlar həm rus, həm də sovet mədəni və siyasi ənənələrinin güclü təhsiri altında formalaşmışdır. Ən iri meqa azlığı – ölkə əhalisinin 17%-ni etnik ruslar təşkil edir. Müstəgil Ukrayna dövlətinin yaranması dövründə onların sayı 22% təşkil edirdi, lakin ümumiyyətlə rusdilli, yəni rus dilini doğma dil hesab edən insanların sayı əhalinin 30% təşkil edir. Faktiki olaraq, ölkəmizdə ikidillilik mövcuddur. Gündəlik həyat təcrübəsində əhalinin yarı hissəsinin kommunikativ imkanları rus dilindən ibarətdir. Etnik ruslardan savayı digər milli azlıqlar əhalinin 5%-ni təşkil edir, lakin bu azlıqların bir çoxu ölkənin ayrı-ayrı bölgələrində kompakt şəkildə yerləşiblər. Məsələn, Krım muxtariyyatının əsas əhalisini etnik ruslar təşkil edir. Bu, ukrainlərin cüzi miqdarda olduğu yeganə regiondur. Oranın əhalisini mütəşəkkil qaydada, həmçinin öz məxsusi problemləri ilə yaşayan krım-tatar icması təşkil edir. Karpatda kompakt şəkildə macar milli azlığı, Çernovits əyalətində isə rumın və moldav milli azlıqları yaşayır. Mən ukrain icmasının daha bir spesifik xüsusiyyətini qeyd edərdim – bu, konfessional plüralizmdir. Ölkəmizdə bir-biri ilə rəqabət aparan üç pravoslav kilsələrinin hər biri özünəməxsus regional təsir arealı ilə fərqlənir. Yunan katolik kilsəsi qərbi Ukraynaya kifayət qədər güclü təsir göstərir. Protestant dini icması da əvvələr olduğu kimi indi də yetərincə fəallığı ilə seçilir. Krım və Donbasda müsəlman icması aktivdir. Ukraynanın millətlərarası münasibətlərinin əsas problemlərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, əvvəla, bizim üçün ölkənin fərqli regionları arasında mühüm rol oynayan etnokulturoloji, etnik, dil və dini amillər vacib sayıla bilər. Bu amillərin yaratdığı «mozaika», o cümlədən mürəkkəb “siyasi mozaika” hətta ölkənin ictimai-siyasi vəziyyətinə də müəyyən təsir göstərmək imkanına malikdir.

İkinci vacib  problem təkcə Ukraynaya deyil, həm də bir çox müstəqil dövlətlərə, o cümlədən kecmiş Sovetlər İttifaqının ərazisindəki müstəqil ölkələrə də aid edilə bilər. Bu ziddiyyətin yaranması milli inteqrasiya və milli azlıqlar arasında mədəni, dil haqları zərurətindən baş verir. National building (Milli quruculuq) və milli azlıqların təminatlı hüququnu necə  birləşdirməli? Bu – siyasi debatlarda ən çox ortaya çıxan problemdir.

90-cı illərin əvvəllərində Ukraynada yaranan spesifik problemlərdən biri – ölkənin rusdilli əhalisi arasında separatçi əhval-ruhiyyənin yaranmasıdır. Üstəlik də 90-cı illərdə öz anna vətənləri olan Ukraynaya fəal surətdə qayıdan krım-tatar icması arasında milli-ərazi muxtariyyəti ideyası çox populyar idi və bu «populyarlıq» bu gün də galmaqdadır. Rus icmasının və krım-tatar icmasının milli-ərazi muxtariyyəti cəhdlərini necə birləşdirməli? Mən hələ nə zamansa deportasiya olunmuş Krım tatarlarının sosial-iqtisadi problemləri barədə, həmçinin torpaq məsələsi haqqında danışmıram.

Və nəhayət, Ukraynanın 20 illik müstəqillik dövrü ərzində yaranmış ən mühüm problemlərdən biri – ölkədə rus dilinə münasibətdə uyğun statusun qəbul olunması ilə əlaqədar fərqli fikir mübadiləsidir. Millətlərarası münasibətlər sferasında Ukraynanın dövlət siyasətinin başlıca vəzifələri hansılar idi? Ölkə ictimaiyyətinin polimilliyini nəzərə alsaq, bir nömrəli vəzifə – vahid ukrain siyasi millətinin formalaşmasıdır. İkinci vacib vəzifə – burada yaşayan müxtəlif millətlərin nümayəndələrinin eyni hüquqlarının təmin edilməsi və eyni zamanda, ölkə ictimaiyyətində millətlərarası razılığın əldə edilməsidir. Lap əvvəldən etnomilli siysətin əsas məsələlərindən biri, ukrayna dilinin ictimai həyatın bütün sahələrində dövlət dili səviyyəsində fəaliyyəti və eyni zamanda mədəni tələbatın yaranması və reallaşması məqsədiilə müəyyən şəraitin yaradılması, inkişafı və təbii ki, krım-tatarlarının geri qayıtması sayılır. Bu yonümdə əsas məsələlərdən biri krım icmasının inteqrasiyası, milliyyətçilik faktoru ilə sürgün olunmuş şəxslərin ictimaiyyətə uyğunlaşdırılması, ümumiyyətlə etnik ayrıseçkiliyin qarşısının alınmasıdır. Qeyd etmək lazımdır ki, Ukraynanın beynəlxalq münasibətlərinin müəyyən dərəcədə “yumşaq”, münaqişəsiz vəziyyətini müəyyən edən, müstəqilliyin ilk dövrlərində yaranmış harmonik beynəlxalq münasibətlərin hüquqi əsaslarının təmin edilməsi sayılır. 1991-ci ildə “sıfır varianti” (nulevoy real) adlandırılan vətəndaşlıq haqqında qanunun qəbul olunması nəticəsində Ukraynada yaşayan hər bir şəxs, milli mənsubiyyətindən asılı olmayaraq vətəndaşlıq əldə etdi. Müstəqilliyin əldə edilməsindən öncə, 1989-cu ildə milli azlıqların dil hüquqlarının  təmin olunması haqqında qanun imzalanmış, 1992-ci ildə isə Ukraynanın milli azlıqlar haqqında ümumi qanunu təsdiq  olunmuşdur. 90-cı illərin ortalarında  Ukrayna Avropanın alman dili xəritəsini ratifikasiya etmiş, lakin bundan öncə Ukraynanın unitar xüsusiyyətini müəyyən edən 1996-cı ildə konstitusiya vasitəsi ilə təsdiqlənmiş qanun qəbul edilmişdir. Bizdə unitar dövlət quruluşudur. Yeganə dövlət dili, yeganə vətəndaşlıq, yeganə istisna – Krım Respublikasının muxtariyyət statusu olmuşdur. Lakin durumu yumşaldan səbəbi nədən ibarətdir? Mən buna xüsusi diqqət ayırardım. Siyasətdə milli azlıqların hüquqi təminatından daha cox yüngül sosiomədəni siyasi vəziyyətə böyük rol ayrılmışdır. Birincisi, müsbət rolu ukrain və rus dillərinin yaxınlığı oynadı. Əhalinin əksər hissəsi hər iki dilin daşıyıcısıdır və bu səbəbdən dillərarası kommunikasiya ziddiyyəti yaranmır. İkincisi, milli azlıqlar üçün siyasi elitanın optimallığı lap öncədən təmin olunmuşdur. Ölkə əhalisinin rusdilli qismi ölkənin yeni siyasi elitasının formalaşmasında aktiv rol oynamışdır, etnik spesifikada hec bir differensiasiya hiss olunmamışdır. Siyasi gərginliyi aradan qaldırmağı bacaran Ukraynanın siyasi sisteminin demokratik xüsusiyyəti də bu məsələlərin təhlükəli həddə çatmaması üçün  müsbət rol oynamışdır. Ukraynanın təhsil sistemi xidmətində, informasiya sahəsində mobil ukrainləşmə aparılmışdır.

Ukraynanın Avropaya inteqrasiya siyasəti milli azlıqların hüquqlarının möhkəmlənməsinə və inkişafına xidmət edir. Ən mühüm rolu milli mədəni icmalar tərəfindən milli azlıqların maraqlarının dəstəklənməsi, həmçinin dövlət dəstəyi və milli azlıqların doğma dillərindəki KİV-lər, milli-mədəni cəmiyyətlərin ayrı-ayrı mədəni-tədris layihələri oynayır. Mən həmçinin Ukrayna siyasətinin bir vacib spesifikasını da qeyd edərdim – bu, ölkədə radikal və milli siyasi hərəkatların qeyri-populyar olmasıdır. Hazırda Avropa və keçmiş sovet ölkələrində sağyönlü radikal hərəkat müşahidə olunmaqdadır. Bu, Ukraynada da mövcuddurlar, lakin nisbətən cüzi miqyasda.  Ukrainlərin coxu həm sağ, həm də sol təmayüllü radikal siyasi hərəkatları təkzib edir. Demək lazımdır ki, Ukraynanın bu spesifikası, o cümlədən mülayim etnomilli siyasət öz müsbət nəticələrini verməkdədir.

Ukrayna – keçmiş sovet ittifaqının böyük miqyasda və kəskin millətlərarası münaqişəsi olmayan tək-tük ölkələrindən biri sayılır. Bizdə ciddi separatçı problem olmayıb və ərazimizdə müharibə baş verməyib. Qeyd etmək istərdim ki, əgər 90-cı illərin əvvəlində– Moldova, Qafqaz kimi qonşu ölkələrdə baş verən  münaqişələr səbəbindən Ukrayna əhalisinin yarısı millətlərarası münaqişələrdən çəkinirdisə, hazırda belə təhlükələrdən  çəkinənlərin sayı ölkə əhalisinin yalnız 12%-ni təşkil edir. Bizim ölkədə milli zəmində diskriminasiya mövcud deyil, yalnız 3% əhali bu  məsələ ilə bağlı bu və ya digər faktları qeyd edir. Onu da qeyd etmək istərdim ki (lakin bu bəlkə çox da pozitiv tendensiya deyil), hərçənd eyni zamanda məhz həmin o multikultur plüralizmə dəlalət edir – bu, etnomədəni fərqliliyin mövcudluğu və inkişafıdır. Əfsuslar olsun ki, bəzi siyasətçilər milli eynilik problemlərini, həmçinin miillətlərarası ziddiyyətləri siyasi partiyaların fəaliyyətində istifadə etməyə çalışırlar. Buna görə də millətlərarası münasibətlər harmoniyası üçün çağırışdar Ukraynada qalmaqdadır. Lakin mən hələ nəzərlərə çarpmayan, lakin potensial problem olan gizli bir probləmə də toxunmaq istərdim. Bu – Ukraynada ayrı-ayrı milli icmaların milli distansiyalaşdırılması, etnik izolyasionizmi təmayüllərinin artmasıdır. Düşünürəm ki, Ukrayna millətlərarası siyasət təcrübəsinin pozitivliyi ondan ibarətdir ki, bəzən milli münasibətlər sferasında ziddiyyət təşkil edən məsələlərin mülayimliyi və uyuşqanlığı ölkədə millətlərarası münasibətlərin harmonik tərzdə həllinə imkan yaradır.

 

Leonid Slutski – Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsi

Multikulturalizm problemləri və müasir Rusiyanın siyasi təcrübəsi

Mənim dostum, Azərbaycan Respublikasının prezidenti  İlham Heydər oğlu Əliyev forumun açılış mərasimində qeyd etdi ki, bugünkü forum multikulturalizm bayramıdır. Mən bir qədər başqa şəkildə demək istəyirəm. Bugünkü forum mədəniyyətlərarası, dinlərarası dialoqun, özü də multimədəni, multikonfessional ölkənin, bu sahədə şübhəsiz uğurlar qazanmış bir ölkənin ərazisində baş tutan bayramıdır. Günümüzdə hər yerdə tətbiq edilən multikulturalizm formuluna gəldikdə isə mən bir qədər ehtiyatlı davranardım. Bu cür dəyirmi masalarda qaldırılan əsas məsələlərdən biri demokratiya və multikulturalizm kimi meyarların uyuşmazlığıdır. Son zamanlar belə bir fikir çox populyardır ki,  cəmiyyət nə qədər bircins olsa, demokratik institutlar yaratmaq da o qədər asan və əksinə, cəmiyyət mədəni baxımdan nə qədər mürəkkəbdirsə, demokratik institutlar yaratmaq o qədər çətindir. Multikulturalizm konsepsiyası ənənəvi olaraq bütün millətlərin bir millət kimi birləşdiyi “əritmə putası” konsepsiyası ilə qarşılaşdırılır. Bizim ilk natiqimiz – Bakı Dövlət Universitetinin nümayəndəsi bu gün bu barədə danışdı. Ancaq mən ən böyük “əritmə putası” hesab edilən ABŞ barədə əlavə bir şey də qeyd etmək istərdim: Avropanın beynəlxalq siyasəti üçün daha çox səciyyəvi olan sosial təsir alətləri vardır, məsələn, bunlardan biri 60-cı illərdə tətbiq edilmiş və yalnız bir nəsil üçün planlaşdırılmış, təhsil müəssisələrinə və işə qəbul zamanı azlıqlara müəyyən imtiyazlar verən affirmasiyadır (affirmation). Bu proqramın tətbiq edilməsi səbəbi cəmiyyətdəki qeyri-bərabərliyin afroamerikalıların inkişaf tempinin ağdərili əhalidən geri qalması və kiçik bir “sürətləndirmə”nin onları ağlarla eyni səviyyəyə çıxara bilməsi, bundan sonra layihənin dayandırıla biləcəyi iddiasından irəli gəlirdi.

Əslində hər şey bu qədər sadə olmadı, proqramın işində sapmalar oldu. Lakin bu gün 40 ildən artıq bir vaxt keçdikdən sonra affirmasiyanı nəinki ləğv etdilər, hətta  fəaliyyət proqramı kimi daimi konstant müəyyən edildi. Bununla bərabər, vəd edilən bərabərliyə nail olmaq heç cür mümkün olmadı, daha da əksinə, nə qədər paradoksal olsa da, bu gün ağdərili əhali daha əlverişsiz vəziyyətdədir. Fikrimcə, bu proqram guya kömək etməyə yönəldiyi insanlar üçün daha da təhqiredicidir, alçaldıcıdır, çünki faktiki olaraq, onların həyatda məqsədlərinə müstəqil şəkildə nail olmaq üçün kifayət qədər inkişaf etmədiyini iddia edir. Əgər affirmasiyanın nail olduğu bir şey varsa, o da tam əks effektdir. Daimi köməyə vərdiş edən azlıq nümayəndələri bu gün həqiqətən də öz güclərindən, ağlından istifadə etməyi yadırğayıb, bu hal isə daima şiddətlənərək davam edir. Burada yalnız ABŞ-dan söhbət getmir. İmiqrantların xüsusi, özəl şəraitdə yaşayaraq, getdikcə daha çox urbanizasiyalaşdığı Avropaya baxmaq kifayətdir. İşləmək, ümumi qəbul edilmiş davranış və əxlaq normalarına uymaq üçün stimul yoxdur. Normal yaşamaq üçün tarixi vətənlərində aldıqları biliklər onlara tamamilə kifayət edir. Almaniya, Fransa, ardınca da Böyük Britaniyanın öncə multikulturalizm siyasətinin iflasa uğramasını bəyan edib, daha sonra sözdən işə keçərək xaricdən ölkəyə giriş qaydalarını sərtləşdirmələri də tamamilə məntiqli addımdır. Bu hal xüsusən Şimali Afrika ölkələrindən olan mühacirlərə aiddir. Əslən Tunisdən olan minlərlə qaçqın İtaliyadan Fransaya daxil olmağa çalışırdı, ancaq fransız hökuməti heç bir sənədə baxmadan qatarları sərhəddə saxlamağa başladı, bu zaman sərnişinlərə qarşı irəli sürülən tələblər  sırf iqtisadi xarakter daşıyırdı. Onların Beşinci respublika ərazisində özlərini təmin etməyə kifayət edəcək qədər vəsaitə malik olduqlarını təsdiqləmələri lazım idi. Kifayət qədər resursları olmayan mühacirləri qatardan endirirdilər. Cavab olaraq İtaliya XİN “beynəlxalq dəmiryolu nəqliyyatının dayandırılması”  ilə bağlı Fransaya rəsmi etiraz yönəltdi. Amma italyan rəsmilərini heç Avropa İttifaqında belə dinləmədilər. AŞ-nın daxili işlər üzrə komissarı xanım Malmstrom bəyan etdi ki, Paris öz əhalisinin təhlükəsizliyini təmin etmək naminə və tamamilə, qanun çərçivəsində hərəkət edir. Deməli, problem o qədər ciddidir ki, hətta Avropa İttifaqında belə onu bu şəkildə anlayırlar. Hörmətli cənablar, hazırda mən multikulturalizm siyasətinə bir neçə yanaşmanı fərqləndirirəm. Birinci ssenari  – “assimilyasiya getmədən inteqrasiya”, yəni mononasional – birmillətli dövlət qurmaq cəhdlərinin perspektivsiz olması və ya separatçı əhval-ruhiyyənin daha da artması ilə müşahidə olunan bu cür səylərin iflasa uğraması səbəbindən onlardan imtina etməkdən ibarətdir; burada multikulturalizm bu imtinanın konstitusion-hüquqi rəsmiləşdirilməsi bazası olaraq, eyni zamanda ən geniş “mədəni plüralizm”, vahid vətəndaş identikliyi və dövlət bütövlüyü kimi anlamların birlikdə mövcud olmasına inam kimi çıxış edir. Bu Kanada modelidir. Bu modelin Kanadada necə reallaşdığını yaxşı bilirik. İkinci ssenari – “əks diskriminasiyadır” (“diskriminatorların diskriminasiyası”): özünü xüsusən cəmiyyətin demoqrafik quruluşu və onun sosial strategiyası arasındakı fərqlərdə büruzə verən tarixi və ya sosial ədalətsizlik, yaxud diskriminasiyanın aradan qaldırılması yolu ilə müxtəlif irq, etnos və dinlərin nümayəndələrinin hüquq bərabərliyinin qazanılmasında göstərir; bu ssenaridə bir qayda olaraq, “affirmative action”a  (diskriminasiyanı kompensasiya edən imtiyaz, preferensiya, güzəştlərin təqdim edilməsi) üstünlük verilir – ABŞ modeli. Daha sonrakı “funksional tolerantlıq” ssenarisi hansısa dövlətin iqtisadi konyunkturadan asılılığı zamanı müvəqqəti şəkildə xarici işçi qüvvəsini dəvət və ya qəbul etməsi hallarında baş tutur; bu zaman qastarbayterlər tamdəyərli vətəndaşlıq hüquqları almasalar da, öz “identikliklərini” saxlayaraq işləmək və yaşamaq hüquqlarına malik olurlar – Almaniya modeli. Fikrimcə bu gün multikultural bazanın əsasında qurulması mümkün olan sonuncu ssenari “xırdalanma” ssenarisidir. Bu ssenari ölkənin xarici imicinin yaxşılaşdırılmasına və əmək resursları çatışmazlığının aradan qaldırılması üçün mühacirlərin cəlb edilməsinə yönəlmişdir; beləliklə dövlət mühacirləri onların etnokulturoloji fərqlərini saxlayaraq ölkədə yaşamağa təşviq edir, ancaq bir şərtlə ki, onlar loyal olsun və demokratik cəmiyyətin baza dəyərlərini, prinsiplərini qəbul etsinlər – Avstraliya modeli. Kanada, ABŞ, Almaniya, Avstraliya – 4 fərqli model. Bu modellərin hamısı 60-70-ci illərdə işlənib hazırlanmışdı. Bu o zamanlar idi ki, Avropa liberal düşüncəsinin müsəlman aləminə, Avropadakı müsəlman ekspansiyasına qarşı qoyacaq bir şey tapması zəruri idi. O vaxt “ümumi tolerantlıq və assimilyasiya” ideyası ideal görünürdü. O, böyük sayda xarici muzdlu qüvvə cəlb edir, eyni zamanda başqa əhalini müəyyən olunmuş hüquq və azadlıqlardan məhrum etmir. Ancaq zaman keçdikdən sonra məlum oldu ki, hər şey o qədər sadə deyil. Mənim fikrimcə dörd ssenaridən sonuncusu daha effektiv təsirə malikdir. Avstraliya qanuni və qeyri-qanuni mühacirlər xüsusunda öz mövqeyini kifayət qədər sərt və ardıcıl şəkildə həyata keçirir. “İşləmək istəyirsiniz? – Kollektivdə işləməyi bacarırsınızsa, xoş gəlmisiniz! Yox? – Qayıdın vətəninizə. İşçiyə ehtiyacımız yoxdur”. Avropa və Amerika üçün belə yanaşma bir sıra səbəblərdən yolverilməzdir: Avropa seçim qarşısında durur – ya yeni işçi qüvvəsinin cəlb edilməsi sürətini saxlamaq (tələbat ildə yüz min insandır), ya da onları itirmək. Əhalinin sayının azalması nəzərə alındıqda sonuncu siyasi və iqtisadi deqradasiyaya səbəb olur. Əgər bu problemi daha əvvəl həll etməyə təşəbbüs etsə idilər, onda müsəlman əhalinin sayı yerli əhalinin sayının onda birinə çatmazdı, ola bilsin ki, o vaxt bu problemi mövcud imkanlarla həll etmək mümkün idi. Ancaq bu gün, artıq on milyonlarla insan Fransa və Almaniyada yerləşib vətəndaşlıq aldıqdan sonra, meydana gələn problemi siyasi baxımdan süvari sıçrayışları ilə həll etmək mümkün deyil. ABŞ-da vəziyyət daha da mürəkkəbdir. Burada afroamerikalı əhali qarşısında nəhəng milli günah obrazı hökm sürdüyündən affirmation siyasəti ağdərili vətəndaşlara özlərini rahat hiss etmək imkanı verir. ABŞ-da belə bir təcrübədən qətiyyən imtina etməzlər. Ondan demaqoji məqsədlərlə istifadə etmək bütün siyasətçilərə sərf edir. Belə çıxır ki, ölkədə nə qədər çox fərqli, unikal, mimikriya etmək arzusunda olmayan mədəniyyətə malik olan dini icma və millətlər varsa, ənənəvi demokratik institutları işləməyə məcbur etmək o qədər çətindir. Əhalisi gənc olan ölkələrlə problem yaranmır. Dövlət maşını tərəfindən güc tədbirləri həyata keçirildikdə onun ünvanına rasizm və ksenofobiya ittihamları eşidilmir. Bu yaxınlarda Birləşmiş Krallıqda baş verən talanları yada salmaq gərəkdir. Federal KİV Britaniya polislərini nələrdə ittiham etmədi ki?! Halbuki onlar heç bir xüsusi şey etməmiş, sadəcə qanunu müdafiə etmişdilər. Ancaq mühacirlərin bir çoxunun bu qanunun özü haqqında çox vaxt konstitusiyada yazılandan fərqli təsəvvürləri, görüşləri var. Rus provaslav kilsəsinin başçısı patriarx Kirillin sözlərini xatırlamaq olar. O, bu il iyun ayının 16-da Rusiya Sülh Fondunun (mən Rusiya Sülh Fonduna rəhbərlik etmək kimi bir şərəfə nail olmuşam) əlli illiyində çıxış edərkən müasir multikulturalizmi kokteyllə müqayisə edir: “Kokteyl düzəltmək üçün stəkana müxtəlif komponentlər tökürlər, ancaq silkələmək mümkün olmur, komponentlər var, kokteyl yoxdur. Bəlkə heç tökmək lazım deyildi?… Nə qədər çalışırsansa çalış, türkdən ya da ərəbdən anqlosaks düzəltmək olmaz”. Əlavə olaraq demək istərdim ki, multikulturalizmin Avropa modelinin iflas etmə səbəbi məhz  Köhnə dünyanın qanunlarının və normalarının yumşaqlığıdır. Yeni sakinlərin ənənəvi həyat normasına daxil ola bilməmələri, cəzalandırılmamaları, bəzi yerlərdə hətta təşviq edilmələri modelin süquta uğramasına səbəb oldu. Bu vəziyyətdə də medalın arxa üzü var – sağ partiyaların və sağçı əhval-ruhiyyənin getdikcə yükslməsi. Fəaliyyətdə olan hakimiyyət mühacir axınının öhdəsindən gələ bilmirsə, siyasi arenada xalqa köməyini vəd edən qüvvələr peyda olur. Köhnə Dünyada seçimlər tam gücü ilə gedir və vəziyyət hər il daha da qızışır. Hər şey Fransada başladı, Mari le Penin başçılığı altında ultrasağçılar gözlənilmədən yaxşı nəticə göstərdilər. Sonra Finlandiya, indilərdə isə Almaniya gəlir. Vertenberqdə vilayət seçkilərində sağçılar 5%-lik psixoloji həddi aşdılar. Məncə, əsas təhlükə təşkil edən hal elə budur. Qeyd edilən hal, baş tutmayan multikulturalizmdən daha qorxulu olmaqla bərabər, müasir Avropa milli ideyasının nə qədər təhlükəli olduğunu göstərən bu nəzəriyyənin məntiqi nəticəsidir. Fransa, Almaniya və İngiltərədə siyasətin iflası ultrasağçı partiyaların dəyirmanına su tökür. Mənə elə gəlir ki, bu ölkələrin liderlərinin düşünmələrinin və meydana gələn problemi dərhal həll etmələrinin vaxtı gəlib çatıb, yoxsa çox gec ola bilər. Ümid edirəm ki, Köhnə Dünyanın dövlət başçıları bu günkü forması və izahı ilə multikulturalizm kimi bu cür, müəyyən qədər köhnəlmiş siyasi modellə silahlanmayacaqlar.

 

Boris Morozov – İsrail, Təl-Əviv Universiteti

İsraildə multikulturalizm təcrübəsi

Mənim çıxışımın mövzusu “İsraildə multikulturalizmin rolu” adlanır və ərazisində 81 dildə danışan 120 dövlətdən gəlmiş insanların yaşadığı, dini rəsmi olaraq dövlətdən ayrılmayan, formal konstitusiyası olmayan və son 60 ildə qonşuları ilə daima müharibə vəziyyətində yaşayan bir ölknin nümayəndəsi kimi, mənim qarşımda multikulturalizm barədə 8 dəqiqə ərzində məlumat vermək kimi çətin bir vəzifə durur. Vəziyyət bu cürdür və inanın ki, bizim problemlərimiz kifayət qədərdir. Bununla belə,  mövcud sahədəki problemlərin çoxluğuna baxmayaraq, bizim multikulturalizm sahəsində müəyyən təcrübəmiz var. Bu təcrübə bəzən uyğunlaşdırılmış, bəzən isə məcburi xarakter daşıyır, ancaq biz bu cür cəmiyyətdə lap çoxdan, belə deyək ki, son yüz ildə yaşayırıq. Bizim dırnaqarası “əridici qazanımız” Birləşmiş Ştatlardakı kimi olmayıb. Onun öz spesifikası var və mən indi onun üzərində dayanmayacağam. Bu spesifika ondan ibarət idi ki, o zaman Fələstinə gələn insanlarda güclü məqsəd və əsaslar vardır. Belə ki, onlar yeni vətəndə yaşamaq və orada yeni cəmiyyət qurmaq, üstəlik sosialist ideyalarını həyata keçirmək kimi vahid məqsəd cüddüklərindən yeni insanı, yeni yəhudini formalaşdırmağa  başladılar. Bəyəm bütün bunlar postsovet dövrünü xatırlatmırmı? Yəhudilərin ivrit dilində danışmaq şüarı tədricən özünü doğruldurdu; doğurdan da ən müxtəlif ölkələrdən gəlmiş müxtəlif dildə danışan yəhudilər, əsasən, ivrit dilinə keçdilər. Əlbəttə, “əridici qazan” və “yalançı əridici qazan” dövrü çox böyük əyrintilərə yol verilmişdir. Müharibədən sonra İsrildəki münasibətlər hətta fələstinli yəhudilənin özləri üçün də tamamilə prinsipial xarakter almışdır. Onlar soruşurdular: “Axı siz neyçün qabaqlar gəlmirdiniz, neyçün döyüşmürdünüz, neyçün zərbəyə zərbəylə cavab vermirdiniz?” Bu məsələ Avropadan gəlmiş şərqli yəhudilər, şərqi-avropalı yəhudilər və özlərini zahirən qaynar adlandıran, lakin daxilən mülayim olan fələstinli yəhudilər arasında ciddi qarşıdurmaya gətirib çıxartdı. 70-ci illərdə, daha dəqiq desək, 1967-ci ildən sonra bütün dünyada inkişaf etməkdə olan multikulturalizm yavaş-yavaş İsrailə də gəlib çatdı. Və multikulturalizmin ilk qaranquşu Birləşmiş Ştatlardan və Böyük Britaniyadan gəlmiş çox da böyük olmayan anqlofon icma idi. Gözlənilmədən məlum oldu ki, yeni yerdə yaşamaq arzusunu gizlətmədən ivrit dilini öyrənməkdən imtina etməyən bu adamlar öz dilini qorumaq istəyirdilər. Bu insanları anlayışla qarşılayır, onlara tərəf addım atırlarlar, belə ki, artıq o zamanlar ingilis dili beynəlxalq ünsiyyət dili hesab edilirdi. Onlar özləri üçün Qranauf şəhərini tikib kompakt yaşayış rayonu yaratdılar. Bu, bəlkə də dövlətin assimilyasiya siyasətindən ilk imtina hadisəsidir. Mən deyərdim ki, bu yeni modelə, daha dəqiq desək, assimilyasiyasız inteqrasiya modelinə keçiddir. Ancaq elə alındı ki, bu eksperiment postsovet məkanından, daha dəqiqi, o vaxtkı SSRİ-dən gələnlərə tətbiq edildi. İsrailə 10 il ərzində MDB ölkələrindən 1100 000 nəfər gəlmişdir ki, bu da ölkə əhalisinin 18%-ni təşkil edir. Mən hesab edirəm ki, heç bir ölkə belə böyük faiz nisbətində əcnəbi əhalinin qəbulu yaxud İsraildə deyildiyi kimi, absorbsiya təcrübəsi ilə öyünə bilməz. Özü də bu gələn icma son dərəcə özünəməxsus mdi və bütün əvvəlki gələnlərdən kəskin radikalllığı ilə fərqlənirdi. Hər şeydən öncə bu insanlar köçüb gəldikləri vətənləri ilə yaxşı əlaqələr saxlayırdılar, çünki bu zaman Sovet İttifaqı artıq dağılmışdı, onların getməsinə heç kim mane olmurdu və onlar gedərkən öz iş yoldaşları və qohumları ilə dostluq əlaqələrini saxlamışdılar. Onlar 70-ci illərdəki kimi vətənini atmış hesab edilmirdilər, çünki başqa yerə gəlib tərk etdikləri vətənləri ilə əlaqəni itirməmişdilər. Bu amil İsraildə rus dilli informasiya məkanının yaranmasını xeyli dərəcədə sabitləşdirmişdir. İnanın, bizim kiçik ölkəmiz üçün bu məkan praktiki olaraq böyük deyil. Hal-hazırda həmin 1100 000 nəfərlik əhali üçün İsraildə rus dilində 2 televiziya kanalı, 30 dan artıq qəzet, 6 radiostansiya fəaliyyət göstərir. Bu siyahını uzatmaq da olar. Rusdillilərin dindarlığı aşağı səviyyədədir. 3-cü yəhudi nəslinin gəlməsinə imkan verən qanunun sayəsində İsrailə gəlmiş bu adamlar ölkəyə cəmi köçüb gəlmiş yəhudilərin 30%-ni təşkil edir. Bura hansısa yüklə, mən deyərdim, sovet yükü ilə təşrif buyurmuş bu insanlar özlərini nəhəng ölkənin vətəndaşları kimi hiss edərək, yeni vətənlərində heç də özlərini ikinci növ vətəndaş vəziyyətində görmək istəmirdilər. Yerli əhali ilə onların arasında müəyyən ziddiyyətlər başlanmışdı, ancaq 10 ilin ərzində hər şey qaydasına düşdü. Maraqlı burasıdır ki, İsrail bu gün başqa cür olmuşdur, rus icması da dəyişmişdir. Bu gün İsraildə rus ədəbiyyatının bütün klassikləri ivrit dilinə və bütün ivritdilli klassiklərin əsərləri rus dilinə tərcümə olunub. Öz kitab mağazalarınızda siz Abus Vozu, Şalemi tapa bilərsiniz. Nə qədər paradoksal olsa da, İsraildə multikulturalizm baş tutdu. Biz başqa cür olmuşuq və israillilər rusdilli əhaliyə İsrailin bir hissəsi kimi baxmağa başlayıb. Bu gün rus idmançılarının İsraili beynəlxalq yarışlarda təmsil etmələri artıq heç kimi təəccübləndirmir.

 

İrina Kunina – Bakı Slavyan Universiteti 

Qafqazda multikulturalizm: Azərbaycan modeli

 XX əsrin sonlarında məlum siyasi hadisələr postsovet məkanında o cümlədən, Cənubi Qafqaz respublikalarında multikulturalizmin yeni modellərinin formalaşmasına gətirib çıxardı. Lakin bir sıra hərbi-siyasi və iqtisadi  xarakterli hadisələr Gürcüstanda millətlərarası münasibətlərin mövcud tarazlığını deformasiyaya uğratdı. Azərbaycanlıların, etnik azlıqların Ermənistandan kütləvi deportasiyası bu respublikanı faktiki, olaraq monoetnik dövlətə çevirdi. Öz növbəsində, Azərbaycan Respublikası ölkənin dağılma tendensiyasının qarşısını almağa, müxtəlif mədəniyyətləri və dinləri birləşdirən dövlət olaraq qalmağa nail oldu.

Multikulturalizm nədir? Bu ilk növbədə, bir ölkədə mədəniyyətlərin qarşılıqlı təsirində müəyyən “keyfiyyət”ə nail olunmasına yönəlmiş demokratik dövlət strategiyasıdır. Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan dinc, yanaşı yaşama prinsipidir. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyi bəsləmək əlbəttə ki, təbiidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır.

Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq dövləti təşkil edən etnosdan – Azərbaycan türklərindən və avtoxton milli azlıqlardan – udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və b. təşkil  olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamışdır və buna görə də Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan millətinin nümayəndələri hesab olunmaqda haqlıdırlar. Onlardan başqa respublikada ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. Bu milli azlıqların hər birinin muvafiq olaraq tarixi vətəni vardır və Azərbaycan ərazisində yaşayan alloxton milli azlıqlara aid edilirlər. Təkcə Bakıda iyirmidən yuxarı müxtəlif mədəni icmalar fəaliyyət göstərir. Bunların arasında: rusların, ukrainlərin, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingilayların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur.

Azərbaycan Respublikasında kompakt şəkildə müxtəlif etnosların nümayəndələri yaşayır və onların hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini, etnik özünüdərketmə və etnopsixologiyasını qoruyub saxlayan unikal xüsusiyyətlərin daşıyıcılarıdır (4, s.5). Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka, udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur və onların hamısı Azərbaycan ictimaiyyətinin ayrılmaz hissəsidir.Etnik azlıqlara yerli əhali ilə bərabər mədəni hüquqlar və ölkənin mədəni irsindən istifadə hüququ verilmişdir.

Etnik azlıqların kompakt yaşadığı yerlərdə ümumtəhsil məktəblərinin ibtidai siniflərində doğma dil tədris olunur: müvafiq dillərdə tədris proqramları və dərs vəsaitləri, folklor və şeir məcmuələri, bədii ədəbiyyat nəşr olunur; qəzet və jurnallar çıxır, dövlət milli teatrları və bədii özfəaliyyət kollektivləri fəaliyyət göstərir.

Azərbaycanda mövcud olan mədəni simbioz (müştərək yaşama) və müxtəlif ənənələr maddi və mənəvi mədəniyyətin tarixi abidələrində həkk olunmuşdur. Belə ki, maddi mədəniyyət abidələrinin qorunması çərçivəsində Astara, Qax, Quba, Zaqatala və digər rayonların tarix-ölkəşünaslıq muzeylərində, həmin ərazilərdə yaşayan etnik azlıqların irsini və ənənələrini əks etdirən ekspozisiyalar təşkil olunur. Bu sahədə kitabxanalar da səmərəli fəaliyyət göstərir; burada milli azlıq nümayəndələrinin kitablarının təqdimatı keçirilir və bu kitablar kitabxananın fonduna daxil olur.

Ölkə daxilində, eləcə də beynəlxalq arenada mədəniyyətlərarası ünsiyyətin tarazlı şəkildə qurulmasında, üç dini dövrdən – zərdüştlük, xristianlıq və islamdan keçən və öz şüuruna bunları həkk etdirən Azərbaycan xalqının tarixi yaddaşı vacib rol oynayır. Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli qurulmuşdur. Dövlət-din münasibətlərinin müasir Azərbaycan modeli çərçivəsində, bütün dinlər qanun qarşısında bərabər status almışlar. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.

Öz tarixi ənənələrinə söykənən Azərbaycanda vətəndaşların mədəni, o cümlədən dini tələbatlarının təmin edilməsinə aşağıdakılar nümunədir: sovet ateizmində boşluq dövründən sonra Bakıda “Müqəddəs qadınlar ” kilsəsi açıldı. Qeyd edək ki, bu kilsə XX əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin fəal dəstəyi ilə tikilmiş, XXI əsrin əvvəllərində isə digər azərbaycanlı xeyriyyəçinin səyləri nəticəsində yenidən bərpa olunmuşdur;

– pontifik II İohann Pavelin Azərbaycana səfəri zamanı tikintisinə xeyir-dua verdiyi yeni katolik kostyolu (polyak kilsəsi) açılmışdır. Bu kilsə 1930-cu illərdə dağıdılmış əvvəlki məbədin ənənələrini davam etdirəcək;

– Bakıda, hətta sovet dövründə belə dağıdılmaqdan xilas olan sinaqoq yenidən bərpa edilmiş və genişləndirilmişdir.

Respublikada millətlərarası münasibətlərdən danışarkən aşağıdakıları qeyd etmək istərdim.

Etnik dinindən və mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan konstitusiyasında göstərilmişdir. Azərbaycan Respublikasının milli siyasət konsepsiyası həmçinin aşağıdakı beynəlxalq sənədlərə əsaslanır: BMT-nin “İnsan haqları ümumi deklarasiyası”, Avropa Şurasının “Əsas azadlıqların və hüquqların qorunmasına dair  konvensiyası”, BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı”, “Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə İclasın Yekun Aktı”, “ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen sənədi”, Avropa Şurasının “Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası”, Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi üzrə konvensiya”. Həmçinin Azərbaycan Respublikasının milli siyasətinə həsr olunmuş dövlət sənədi – “Azərbaycan Respublikasında yaşayan  milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dilinin və mədəniyyətinin inkişafına dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir. Başqa sözlə, milli azlıqların qorunması Azərbaycan rəhbərliyinin apardığı siyasətin əsas istiqamətlərindən biridir. Belə ki, Prezident aparatında milli siyasət üzrə dövlət məsləhətçisinin başçılıq etdiyi xüsusi struktur yaradılmışdır. Analoji struktur Milli Məclisdə də mövcuddur.     Konstitusiya və qanunların verdiyi bərabər hüquqlar və imkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli  töhvələr verirlər. Belə ki, milli azlıqlar Azərbaycan Respublikasının hökumətində və digər dövlət strukturlarında təmsil olunmuşlar. Respublikanın milli parlamenti – Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları o cümlədən, rus, ləzgi, tat, talış və b. öz nümayəndələri ilə təmsil olunmuşdur. 2010-cu il parlament seçkiləri zamanı ATƏT-in demokratik institutlar və insan haqları üzrə bürosu və müşahidə komissiyası göstərdi ki, Azərbaycanda, dövlət ərazisində yaşayan etnik azlıqların seçkilərdə iştirakı məsələsində heç bir problem yoxdur.

Beləliklə, respublikada müxtəlif etnik qrupların mövcudluğu üçün bütün mümkün şərait yaradılmışdır. Lakin burada, bir daha qeyd etmək lazımdır ki, bizim ölkəmizdə mədəni müxtəliflik etnik azıqların sadəcə cəmlənməsi kimi başa düşülmür, Azərbaycan ümummilli həmrəyliyin inkişafı üçün əlverişli mühitdir. Başqa sözlə, etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq ərazisində məskunlaşan hər bir vətəndaş Azərbaycanın sərvətidir.

Dreus-Silla Gezina – Tübingen Universiteti (Almaniya)  

İki dünya arasında mədəni meyllər

“Dünya” sözü ontoloji vahid çərçivəsində varlıq məhfumunu ifadə edir. Mədəni nəzəriyyə göstərir ki, hər hansı ontologiya, istənilən quruluş həmişə müxtəlif monoloqlarla fərqli olur. Yenidən bərpa metodu ontologiyanın sabit bir kələyidir. Amma bu yaradıcı ontologistləri onları qiymətləndirməkdən, reallığı başa düşməkdən, özlərinin sosial və mədəni təcrübələri üçün onlara uyğun səddlər müəyyənləşdirməkdən çəkindirir. Ancaq məsələn, heç bir mədəniyyət təbii hüquqları ilə birtərəfli dəyişilməz deyil. Beləliklə, bizim müzakirədə iki qütbümüz var. Bir tərəfdə daimi dəyişikliyin, daimi mübadilənin axıcılığı anlayışı, digər tərəfdə qiymətli mədəni təcrübə və onun ontoloji cəhətdən reallığa uyğunlaşması. Multikulturalizm mənim zənnimcə bu iki aspekt, daha çox da tərcümə arasında əlaqədir. Multi-  prefiksi ümumi nəzəriyyələrdə ən azı iki göstərilən anlayışın birgə mövcudluğu anlayışıdır. Terminologiya müəyyən yayılmanı ifadə edir, amma o bir sıra öz anlayışları ilə birgə irəliləyən korlanmış quruluşları nəzərə almır.

Bəs biz mədəni tarixçilər kimi ontologiyanın daxilində qarşısı alına biləcək zərərli qüvvələri müəyyən etmək, bu quruluşların prinsipləri arasında mədəni və yerli mübadilələrin tədqiqi üçün nə edirik? Biz axındakı mübadiləni dağıda və əlaqələrin açıq-aydın tədqiqinə başlayacağıq. Biz belə birgə olduğumuz zaman heç bir problemimiz olmur. Başqa sözlə, bizim məqsədimiz mədəniyyətlər arasında proseslərə nəzər salaraq daha uğurlu multikulturalizmə nail ola bilməni araşdırmaqdır. Mədəni tarixçilərin nöqteyi-nəzərindən bu mədəniyyətlərin həm uğurlu, həm də uğursuz əlaqələri öyrənilməlidir. Mən tərcümə prosesinə də nəzər salmaqla Rusiya ilə Qərbi Afrika Setedalistləri arasında uğurlu mədəni tərcüməni bir nümunə kimi göstərmək istərdim. Mən öz nümunələrimi ədəbiyyat və filmlərdən götürmüşəm.

1972-ci ildə Setedalist rejissor Qauli Rusiya mədəniyyətinin məhşur nümunələrindən film hazırlamışdır. Rusiya mədəni tarix nəzəriyyəçisi Yuri Hoffman mədəni dinamikanı izah etmək modelini inkişaf etdirmişdir. Bu mədəni məzmunla bərabər olan problemlərdir ki, onlar da nümunəyə ziddir. Orada əsərin kobud cəmiyyəti islahatlar arasında qalan yeni mədəni nümunə ilə bacara bilmir. Əsas nümunə də budur ki, bu da korlanma ilə nəticələnir. Beləliklə, pyes komediya yox, məqsədlərlə birgə irəliləyən problemlərin aşkar etmə məqsədi olan keyfiyyətli bir mədəniyyətdir. Bunun nümunəsi də tərcümə prosesidir ki, bu da Azərbaycana yalnız mədəniyyətlə yox, həm də zamanla təsir edib. Dəqiq anlayışların yaxşı tərcüməsi unudur ki, pyes Setedalistcəmiyyətinə zidd ola bilər. Qoqaqın sözlərinə görə korlanmanın problemlərini izah edən filimlər Setedalistlərin Çeri cəmiyyətində və şiddətli mübahisənin olduğu fransız kolonializmində güclü mübarizəyə səbəb olub. Beləliklə, bizim toxunduğumuz mədəni məzmundan irəli gələ bilən problemlərin  aşkar edilməsi üçün uğurlu mədəni tərcümə şəraitimiz var. Bu da göstərir ki, bizim həmişə müxtəlif ifadələrdə əlaqəli elementləri tapa bildiyimiz üçün tərcümə və aşkar edilə bilməyən heç nə yoxdur. Mənim zənnimcə, biz burada bütün problemləri göstərməklə ontoloji cəhətdən müxtəlif məsələlərlə dünyanın mədəni sferasından gələn insanlarla rastlaşırıq.Çox sağ olun.

Aleksandr Ebanoidze – “Drujba narodov” jurnalı (Rusiya Federasiyası) 

“Drujba narodov” jurnalının təcrübəsi mültukulturalizmin üsulu kimi

Mənim “Drujba narodov” jurnalının baş redaktoru vəzifəsində təqdim olunmağım bizim bu yığıncağımıza mənim nə söyləmək istədiyimi, daha doğrusu, multikulturalizm üsulu dedikdə məhz nəyi nəzərdə tutduğumu qabaqcadan xəbər verir. Mən artıq bir neçə ildir ki, bu dərgiyə rəhbərlik edirəm. Bir vaxtlar bu jurnal şəhər jurnalı kimi məhşur idi və qarşılıqlı mədəni ünsiyyət, yəni multikulturalizmə imkanlar yaratmaq üçün işləyirdi.

“Drujba narodov” jurnalı bu dərginin fəaliyyətini müəyyən edən beynəlmiləl məsələlərlə uzun illər məşğul olmuşdur. 72 il ərzində jurnal bu istiqamətdə zəngin təcrübə toplamışdır. Bu görüşün təşkilatçılarının səylərinə və gözəl ideyalarına minnətdarlıq duyğuları ilə, biz bu maraqlı təcrübəni müzakirə olunan problemlər çərçivəsində təhlil edirik. 90-cı illərdə bu iş bir qədər dayandırılmışdı. Təəssüf ki, həmin dövrdə bəzi ağır faktorlar ortaya çıxmışdı. Əgər 1991-ci ildə jurnalın tirajı bir milyon 487 min nüsxə təşkil edirdisə, hazırda – iki min nüsxədən artıq deyil. Tirajın bu “uçqunu” nəşriyyatın praktik fəaliyyəti ilə bağlıdır: istehsalat, kağız, poçt xidməti, göndərilmə və s. bahalaşmışdır. Yüksək səviyyəli ədəbi jurnalın (“Drujba narodov” jurnalı məhz belə jurnal idi) nə olduğunu anlamayan, dərk etməyən adamların nəsli peyda olmuşdur.

Çoxları hesab edir ki, İttifaq dağılıbsa, əvvəlki birlik yoxdur. Ancaq xoşbəxtlikdən zaman keçir, tədricən cəmiyyətin dramatik və psixoloji vəziyyəti dəyişilir. Ədəbiyyat əvvəlki kimi cəmiyyətdə vacib və mühüm yer tutur, ona görə ki, bu və digər xalqın daxili xarakterini dəqiq verir. Bu məqamlar haqqında danışmaq olar və lazımdır. Mən fikirləşirəm ki, rus multikulturalizminin problemlərinin həllində ədəbiyyatın funksiyası geniş və müxtəlifdir. Və bu funksiyanı beynəlmiləlçilik əsasında yaranmış “Drujba narodov” jurnalı yaranan illərdə olduğu kimi qorumaq və saxlamaq lazımdır. O vaxt böyük və məqsədyönlü iş aparılırdı, məsələn, keçmiş İttifaqa daxil olan xalqların dillərindən bədii tərcümə məktəblərinin yaradılması işi. Bax, burada məktəblərdən birinin nümayəndəsi, müəyyən mənada bu işin məhsulu kimi görkəmli qazax şairi Oljas Suleymenov iştirak edir. Şübhəsiz, tərcümə məktəbinin yaradılması incəsənətə böyük ideoloji və mədəni xəzinə idi. Yeni imkanlar axtarmaq lazım deyil, çünki bu tərcümə məktəbinin yox olması bütün intellektual və mədəni əlaqələrin kəsilməsini bildirir. Buna yol vermək olmaz. Biz dünən Mixail Yefimoviç Şvıdkoyun, hesab edirəm ki, çox emosional çıxışını eşitdik. Dekabr ayında Fəlsəfə İnstitutunda keçirilən Merab Konstantinoviç Mamardaşvilinin – çox maraqlı filosofun yubileyində də o, beləcə parlaq çıxış etmişdi. M.Y.Şvıdkov demişdi ki, belə yüksək intellektual səviyyə – çox istisna haldır. Mixail Yefimoviç dövlət fondu vasitəsi ilə imkan tapıb M.K.Mamardaşvilinin 80 illik yubileyinə həsr olunmuş konfransa sponsorluq etmişdir.

İnsan orqanizminin tənəzzülə uğraması və parçalanması üçün orqanizmdə müəyyən miqdarda gümüşün olması zəruri olduğu kimi, ictimai şüurda, cəmiyyətdə də xeyli yüksək səviyyəli başlanğıc iştirak etməlidir. Sosiopsixoloqlar qeyd edirlər ki, cəmiyyətin intellektual səviyyəsi son onilliklərdə, ümumiyyətlə, çox aşağı düşmüşdür. Ədəbi jurnalların işini, peşəkar ədəbi zəmində ədəbiyyatların qarşılıqlı ünsiyyət işini dəstəkləmək lazımdır. Şübhəsiz ki, ədəbiyyat multikulturalizmə, qarşılıqlı anlaşmaya öz ciddi tövhəsini verməkdə davam edir və o, həmçinin də haqqında danışdığım jurnal, həmin funksiyanı bundan sonra da layiqincə yerinə yetirə bilər. 

Koitiro Mautsuura – YUNESKO-nun sabiq Baş katibi (1999-2009)

Multikulturalizmlə bağlı bu tədbirdə mənə də yer verdiyiniz üçün sizə çox minnətdaram. Mən son 10 ildə UNESCO-nun baş katibi olmuşam. Ona görə də bugünkü dünyada multikulturalizmin dəstəklənməsi məqsədi ilə UNESCO tərəfindən həyata keçirilən beynəlxalq cəhdləri gücləndirməkdən çox şadam. Açılış mərasimində prezident İ.Əliyev multikulturalizmin güclənməsinin vacibliyini vurğuladı. Yəqin ki, hamı hətta mənim özüm də bizim qarşımızda duran ən əsas sualın bunun necə həyata keçirilməsi olduğu ilə razılaşarıq. Ona görə də mən yoldaşlarımın çıxışlarına, xüsusilə də Azərbaycanda multikulturalizmin güclənməsi üçün hansı konkret addımların atıldığını izah edən azərbaycanlı yoldaşımın çıxışına çox diqqətlə qulaq asdım. Bu çox həlledici bir haldır. Zənnimcə, multikulturalizmi gücləndirmək, dəstəkləmək üçün həyata keçirilməli iki əsas istiqamət var: bunlardan birincisi zəngin mədəni irsi, maddi və qeyri-maddi mədəni irsi qorumaq, ikincisi isə müasir mədəniyyətdə həmin izləri qoruyub saxlamaqdır.

Mən Azərbaycana ilk səfərimi 2000 ci ilin aprel ayında prezident Heydər Əliyevin dəvəti ilə etmişəm. O zamanlar da Azərbaycanda  irslə bağlı yanlışlıq  mövcud deyildir.Lakin o vaxtdan bəri Azərbaycanda iki yerli istiqamət yarandı.Bunlardan birincisi, Bakı şəhərinin rolu və digəri isə UNESCO-nın  1972-ci il konvensiyalarına əsasən Qobustanın rolunun yüksəlməsidir.Bunu aydınlaşdırmaq üçün bizim iki vasitəmiz var. Birincisi odur ki, məkan çox gözəl Avropa üslubuna malik olsa da, bu, kifayət deyil. İkinci vasitə isə, bu iki vasitəni yaratmış Bakı şəhəri və Qobustanın məhşur dünyəvi dəyərini və rolunu qoruyan idarəetmə planının olmasıdır. Ona görə də Azərbaycan indi, ən vacibi, maddi irsini qorumalıdır. Mən indi ikinci bir nümunə göstərmək istəyirəm. Hər halda siz Bakının mərkəzində yerləşən Muğam Mərkəzinə baş çəkmisiniz. İndi UNESCO-nun 2003-cü il konvensiyasına əsasən muğam qeyri-maddi mədəni irsin şedevri hesab olunur. Qeyri-maddi irsə milli rəqslər, milli mahnılar, milli mərasimlər və çox vacib ictimai-mədəni tədbirlər daxildir. Multikulturalizmi inkişaf etdirmək üçün həm maddi, həm də qeyri-maddi mədəni irs olmalıdır. Bu, mütləq olmalıdır və  UNESCO dövlətlərin qarşılıqlı hörmət prinsiplərini təsdiq edən iki əsas konvensiya təsis edib. Azərbaycan bunu öz imzası ilə təsdiq edib və 70-80-ci konvensiyalara əsasən, o konvensiyanın özünün rolunu təsdiq edib. Təxminən 87 ölkə bununla bağlı bir çox məlumatı təsdiq etmişdir.

Ona görə də konvensiyanın beynəlxalq üzvlərinin birgə yaradılmış bazasına zidd olaraq əl-ələ verib milli meylləri də inkişaf etdirmək çox vacibdir. Milli meyllə beynəlxalq meyl bir-birinə müvafiq olmalıdır. Və mən qeyd etməliyəm ki, multikulturalizmdə ikinci vacib məsələ müasir mədəniyyətlərdir ki, UNESCO 2005-ci ildə bu sahədə də vacib, – ölkə tədqiqatının rəngarəngliyinin qorunması və inkişafı üzrə konvensiya təsis edib. Bu bir az mürəkkəb məsələdir, amma bunun məqsədi müasir mədəniyyətlərin həmin sahələrini inkişaf etdirməkdir. İlk  növbədə, müxtəlif ölkələrdə fərqli müasir mədəniyyətləri qorumaq və onları inkişaf etdirməkdir. 2005-ci il konvensiyasının əsas məqsədi belə müasir mədəniyyətləri inkişaf etdirməkdir. Mən çox vaxt almağı xoşlamadığımdan, multikulturalizmin inkişafı üçün bizim həyata keçirdiyimiz milli cəhdləri əks etdirən bir sıra çıxışları bir daha vurğulamaq istərdim. Ancaq bununla bərabər beynəlxalq cəhdlərin də rolunu yada salmaq vacibdir. Milli cəhdlər beynəlxalq cəhdlərə müvafiq olmalıdır.

Nərgiz Paşayeva – professor. Moskva Dövlət Universiteti Bakı filialının rektoru

Mən forumun bütün iştirakçılarını, qonaqlarını salamlayıram. Bildiyiniz kimi, “miltikulturalizm” anlayışı  nisbətən yaxınlarda əmələ gəlib və əgər biz bu termin haqqında danışmaq istəyiriksə, bilməliyik ki, bu terminin yaranmasından öncə uzun tarixi dövrdə bu hadisə özü artıq mövcud idi.  Bu belədir, çünki qədim filosoflar, xüsusən, yunan filosofu Platon varlığı və dünya qavrayışını idealiscəsinə izah edirdilər. Platonun yer üzündə bütün canlıları birləşdirən vahid bütöv yanaşması var idi.

Bu, bəlkə də, bugünki elmi nöqteyi-nəzərdən kifayət qədər mübahisəli və müəyyən mənada arxaik hesab olunsa da, möhtəşəm qlobal yanaşma idi. Ancaq Platon artıq təsbitləyib ki, bu anlayış kütləvi şüurdan başqa yaranışdan insan təbiətinə xasdır. Yəni, bu həm də qeyri-şüuri amildir. Bu formula ilə razılaşsaq, belə çıxır ki, bəşəriyyətin inkişafının bütün mərhələlərində multikulturalizm, bu termin və hadisənin, indi istifadə etdiyimiz mənada, obyektiv dünyaya aid olduğuna dair bir çox nümunələr taparıq. Və belə demək mümkünsə, dünya heç bir vaxt bu təzahürdən təcrid olunmayıb.

Əgər düşündüyümüz kimi olmasaydı, onda heç vaxt çoxmillətli mədəniyyətlər olmazdı, heç vaxt böyük bəşər mədəniyyətləri olmazdı, çünki özü üçün hər hansı sərhədlər müəyyənləşdirən və yalnız öz hüdudlarında fəaliyyət göstərən hər bir mədəniyyət özünü tənəzzülə məhkum edərdi.

Lakin kataklizmlərə, hansısa sosial, məişət, siyasi xarakterli problemlərə baxmayaraq bəşəriyyət, dünya inkişaf edir. Biz razılaşmalıyıq ki, bütövlükdə intellekt, idrak, şüur və mədəniyyət irəli gedir. Multikulturalizm ümumi bəşər varlığının inkişafının  əsaslarından biridir.

Multikulturalizmə dair çox misallar gətirmək olar. Mən bir filoloq kimi ədəbiyyata müraciət etmək istərdim. Məsələn, əgər insanın şüurunda və intellektində mücərrəd təfəkkür, yaradıcı fikrində multikulturalizm ideyası olmasaydı, onda Nizami hələ o vaxt, XII əsrdə yeddi mədəniyyəti təsvir etdiyi “Yeddi gözəl” əsərini yazmazdı. Höte, deyək ki, “Şərq divanı”nı yazmazdı. Yalnız ədəbiyyat və poeziya sahəsində deyil, eyni zamanda memarlıq sahəsində də dünyaya öz incilərini – şah əsərlərini bəxş edən ərəb-ispan mədəniyyəti yaranmazdı. Orta əsrlərdə islam və xristianlığın belə sintezi mədəniyyətlərin dialoqu, yəni yenə də multikulturanın çiçəklənməsidir. Bu proses bugün də davam edir. Yəni miltikulturalizm hadisəsi yeni deyil və biz çağırışlarımızla insanların yaddaşlarında, kütlənin şüurunda həmişə olanları bərpa etmək istəyirik. Bunsuz bəşər inkişafı mümkünsüzdür.

Lakin bu gün müasir dünyada bu terminlə bağlı yeni problemlər yaranır. Və bügün o, bir başqa məna əldə edir. O, Amerika kimi ölkələrə, “qaynar qazan”  ideyasına, yəni bir ölkədə bir çox millətlərin və mədəniyyətlərin birgə mövcud olduğu və dəqiq millət anlayışı olmayan dövlətlər modelinə yaxındır. Eyni şey sovet dövründə, fərqli mədəniyyətlərə, fərqli dünyagörüşlərinə, fərqli mentallılıqlara aid insanların bir dövlətdə birləşdiyi beynəlmiləl sovet dövlətində də var idi.

Bu gün Avropa multikulturalizmin iflasa uğradığını qəbul və bəyan edir.  Hətta bəzən bunu dövlət xadimlərinin dilindən də eşitmək olur. Yəni bu multikulturalizmin fərqli şərhlərinin mövcudluğunu bildirir. Multikulturalizmin iflası ictimai məsələlərdə, siyasi məsələlərdə ola bilər, “titul millətin” öz üstunlüyünü vurğuladığı və beləliklə də ən yaxşı halda multikulturalizmin daha az inkişah etmiş komponentləri özünü təcrid olunmuş vəziyyətdə hiss edir, ən pis halda isə müəyyən natamamlıq kompleksləri duyur. Belədə münaqişələr yaranır. Onlar daha çox ictimai, siyasi xarakterli olur. Bu aspekt multikulturalizmi müəyyən edən yeganə və ən vacib aspekt olmadığından mən diqqəti digər, ümumbəşəri humanitar aspektə yönəltmək istəyirəm. Rumıniyanın möhtərəm sabiq prezidenti Emil Konstantinesku yaxşı bir fikir söylədi: “Dünya – Allahın adıdır”. Həqiqətən, multikultura çətin məqsəd və çətin ideyadır. Bəşəriyyət hər zaman qarşısına məqsəd və hədəflər qoyub. Hal-hazırda qlobal məqsəd çoxmədəniyyətli cəmiyyət, çoxmədəniyyətli məkan yaratmaqdır. Multikulturalizm mürəkkəb məqsəd, mürəkkəb ideyadır. Belə ki, dünya daha çox inkişaf etdikcə, hər bir fərd özünü daha çox müstəqil şəxsiyyət kimi dərk edir. Və hər bir fərdin maraqları ilə  ümumi maraqlar arasında qarşıdurma yaranır.  O cümlədən, ayrı-ayrı dövlətlər və ya bütövlükdə dünya maraqları arasında münaqişələr yaranır.

Bununla bərabər, etiraf etməliyəm ki, bu münaqişələr həmişə olub və olacaq. Əgər bu münaqişələr olmasaydı, cəmiyyətin dialektik inkişafı olmazdı. Düşünürəm ki, biz alimlərin, ədəbiyyatşünasların hədəfimiz cəmiyyətin əbədi mənalara, əbədi ideyalara, dünən səsləndiyi kimi, “Dünya Allahın adıdır” fikrinə meyllənməsi üçün çalışmaq olmalıdır. Xristian dininin daşıdığı mərhəmət ideyası çoxlarını birləşdirdi. Ədalət ideyasını daşıyan islam dini də çoxlarını birləşdirib. Qeyd edək ki, tarixi inkişafın ayrı-ayrı dövrlərində bunlar müxtəlif cür baş vermişdir. Mənə elə gəlir ki, müasir dövrdə bu humanitar aspekt, humanitar anlayışlar müəyyən münaqişələrdən xilas olmağa kömək edə bilər. O zaman XXI əsrin əvvəllərində norveçli Anders Breyvik adlı şəxsin törətdiyinə bənzər cinayətlər olmaz. O, günahsız insanların öldürülməsi kimi dəhşətli, müdhiş cinayətini digər mədəniyyətlərlə yanaşı yaşamağa öz etirazı kimi bəyan etdi.

Müasir dövrün mürəkkəblikləri unudulmuş haqq-ədalət ideyaları ilə bağlıdır. Onlar haqq-ədalətin özündən yox, onun şərhindən asılı olmağa başladılar. Və əgər hələ də bu şərhlər ümumbəşəri dəyərlərdən yox, maddi rifahdan və ya başqa dəyərlərin rəyindən asılı olacaqsa, təəssüf ki, bu münaqişələr yaranmaqda davam edəcəkdir. Yalnız Avropa və Şərq mədəniyyətinin yox, hər bir mədəniyyətin əsasını təşkil edən baza anlayışları bəşəriyyəti xilas edə bilər. Yalnız onlar insanların bir dövlətdə, bir məkanda birgə yaşamalarına imkan yarada bilər. Bu, müasir dünyada alimlərin, siyasətçilərin, ayrı-ayrı insanların, ictimai təşkilatların can atmalı olduğu həmin məna, həmin ideyadır.

Çıxışımı Fitscerald Skottun  bir məqaləsində yazdığı dahiyanə fikri ilə bitirmək istəyirəm: “Çoxdan anlamaq lazımdır ki, bu dünyada hər şey ümidsizdir, ancaq onu dəyişmək üçün qətiyyəti itirməmək lazımdır.”

Alpay Əhmədov – Bakı Slavyan Universiteti

 “SİuQGH” təşəbbüsü multikulturalizm prosesinin mexanizmi kimi

Sosial elmlər sahəsində çalışan müəlliflərin mübahisələrinə səbəb olan elmi debatlar arasında sivilizasiyaların insan şüurunun, cəmiyyətlərin, eləcə də dövlətlərin inkişafında rolunun mühümlüyü mövzusu xüsusi yer tutur. Samuil Hantinqtonun “Sivilizasiyaların toqquşması” adlı məşhur məqaləsindən sonra bu nəzəriyyə təkcə alimlərin deyil, bir çox nüfuzlu siyasətçilərin də gündəliyində prioritet məsələlərdən birinə çevrildi. Faktiki olaraq, son zamanlar biz dünya ölkələrinin böyük bir qismində İslamofobiya zəminində dini simvollara qarşı hücumlarla tez-tez rastlaşmaqdayıq. Təəssüf ki, İslamofobiya fenomeni öz növbəsində başqa bir neqativ təzahür olan, ən başlıcası isə, müsəlman ölkələrinin milli maraqlarına cavab verməyən Vesternfobiya hallarının da genişlənməsinə gətirib çıxarır.

Gənclər Sivilizasiyaların İttifaqı uğrunda layihəsi 2007-ci ildə İslam Əməkdaşlıq Təşkilatı yanında üzv qurum statusuna malik olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən BMT-nin eyniadlı proqramında gənclərin iştirakını təmin etmək məqsədilə təklif olunmuşdu. Layihə çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ev sahibliyi ilə həmin ilin payızında Bakı şəhərində “Gənclərin Sivilizasiyası Düşərgəsi” və “Nəsillərarası Beynəlxalq Konfrans” keçirilmişdir. 2012-ci ilin aprel ayında keçirilən tədbirdə Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatı (SİuQGH) yaradılmaqla bu layihə nəticədə institusional xarakter almışdır.

Adı çəkilən layihənin əsas məqsədi qərar qəbul etməyə səlahiyyəti olan nüfuzlu siyasətçilər üçün işlək platforma yaratmaq, bu platformanın vasitəsilə dini və mədəni qarşılıqlı anlaşma sahəsindəki mövcud stereotipləri aradan qaldırmaq və bunun gələcək perspektivdə institutlaşmasına, xüsusən də bu prosesdə gənclərin fəallığına nail olmaqdır.

Hərəkatın əsas komponentlərindən biri olan Gənc Çevik Qrupu müxtəlif ölkələri, mədəniyyətləri və dinləri təmsil edən gənc liderlərlərdən ibarət olmaqla, dini və mədəni fobiya zəminində yaranmış böhranların həll edilməsi işinə töhfə vermək məqsədi güdür. Perspektivdə yaxşı təlim keçmiş qruplar dünyanın müxtəlif yerlərində yarana biləcək böhranlı vəziyyətlərin həll edilməsi üçün müvafiq bölgələrə də göndərilə bilər.

Əlbəttə, SİuQGH bu sahədə yaranacaq bütün problemlərin aradan qaldırılmasında panaseya rolunu oynamaq iddiasında deyil. Bununla belə, qloballaşma proseslərinin sürətlə getdiyi bir zamanda gənclərin ideoloji dəyişikliklərə həssas olduğunu nəzərə alsaq, yeni təsis olunmuş hərəkat heç şübhəsiz ki, bu istiqamətdə mühüm rol oynaya bilər. Ən azından, SİuQGH ekstremizm və dini ayrı-seçkiliyin aradan qaldırılması üzrə müxtəlif sivilizasiyalar arasında birliyin yaranmasını təmin edə biləcək dialoqun təsis olunması məqsədinə doğru gedir.

Həsən xan Məhəmməd – İran, İmam Sadiq Universiteti

Qloballaşma dövründə çox mədəniyyətlilik: imkanlar və problemlər

Bu forumda iştirak etdiyim üçün çox şadam. Fikirlərimi paylaşmaq üçün mənə belə bir şərait və imkan yaratdığınıza görə sizə öz minnətdarlığımı bildirirəm.

Çıxışım qısa olacaq. Mövzum qloballaşmaya çağırış və imkanlar haqqındadır. Mədəniyyət millətlərin bir-birinə təsir göstərməsinə bir imkandır. Mədəniyyət millətlər arasında qarşıdur­manı önləyir, millətlər və insanlar arasında fərq yaradır. Bu çıxışda əsas fikir mədəniyyətdəki ziddiyyətlərin yaranmasına səbəb olan çağırışlara cəmlənmişdir. Məlum olur ki, bu əsas çağırışlardan biridir. Mədəniyyət bütün  mədəni imkanların mübadiləsinə  və həmçinin insanlar arasında fikir birliyinin  yaramasına zəmin yaradır, müharibələrin  və münaqişələrin səbəb və əsaslarını aradan qaldırır. Münaqişələrin həllinə nəzarət üçün bu ən mühüm və ən real yanaşmadır. Əlbəttə, bu elə də asan bir iş deyil. Belə ki, bütün bunlar cox hazırlıq, böyük səy və səbr tələb edir. Yaxşı nəticələrə nail olmağin yollarından biri həmçinin mədəni  mübadilələrin faydalarından və üstünlüklərindən xəbərdar olmaqdır,  bunun üçün də bir çox  yollar vardır.

Bir cox millətlərdə mədəniyyəti qələbə üçün bir vasitə kimi başa düşmək tendensiyası var, əlbəttə bu kədərlidir, amma həqiqətdir. Bu cağırışlara qalib gəlmək və mədəni üstünlüklərdən düzgün istifadə etmək üçün bir çox şərtləri nəzərə almağa ehtiyac vardır.                                            

Etibar Babayev – dosent. Bakı Slavyan Universiteti

Müasir dövrdə multikulturalizm anlayişinda dəyərlərin transformasiyası

İngilis dilindən hərfi tərcümədə multikulturalizm “çoxlu mədəniyyətlər” deməkdir. Lakin bir cəmiyyətdə çoxlu mədəniyyətlər ola bilərmi? Əgər elədirsə, o cəmiyyət ölümə məhkumdur, çünki Fransada, Almaniyada, Hollandiyada,  Belçikada və Avropanın başqa dövlətlərində baş verdiyi kimi o öz eyniyyətini itirir. Əgər bizə belə bir qərb anlamında “multikulturluluq” və ya “çoxlu mədəniyyətlilik” lazımdırsa, onda o, bizim xalqların illərlə yığdığı nəhəng dəyərlər qatının itirilməsinə, fəlakət və tənəzzülə gətirib çıxaracaq.

İndi isə bumeranq effekti baş verir – multikulturalizm böyük  Qərb mədəniyyətini yavaş-yavaş məhv olma həddinə çatdırmışdır. Bu terminin mənasında iki təzad aydın görünür. İlkin olaraq çoxmədəniyyətlilik etnik cəhətdən rəngarəng cəmiyyətdə mədəni bərabərliyin xüsusiyyətlərinin qorunması mənasını daşıyır. İkinci mənada isə mədəniyyətlərin ümumbəşəri məcrada inkişafı, zənginləşməsi və bir-birinə qarşılıqlı keçməsi məqsədilə qarışmasını tələb edən  tamamilə bir-birinə zidd olan postulatlardır. Çünki bərabərlik, xüsusiyyətlərin saxlanılması, zənginləşməsi və bir-birinə qarşılıqlı keçməsi mədəniyyətlərin qarışması anlayışları bir-birinə ziddir.

Belə nəticəyə gəlinir ki, qərb intellektualları özləri hələ multikulturalizm anlayışını axıra qədər müəyyənləşdirməyiblər. Bu terminin mənasına hər bir siyasətçi və ya intellektual insan öz dünya görüşü ilə, siyasi baxışları, həmçinin seçki qabağı vəziyyətlə  dərk edilmə mənasını qoyur.

Multikulturalizmin vaxtilə qlobal siyasətini aparan, Qərb dövlətlərin liderləri, indi də öz söz və məsləklərindən iztirabla imtina edirlər. Bu 2010-cu ilin sentyabrında baş verdi: Fransanın prezidenti Nikola Sarkozi, Almaniyanın kansleri Anqela Merkel və Böyük Britaniyanın baş naziri Ceyms Kameron multikulturalizmin tam məğlubiyyətini etiraf edərək, qərb cəmiyyətinin inkişafı üçün təhlükəli olan, bir vaxtlar dəbdə olan multikulturalizm siyasətindən açıqcasına üz döndərdilər.

Bəlkə də bu qəribə səslənir, amma mənə elə gəlir ki, “multikulturalizm” termini “beynəlmiləl sovet mədəniyyəti” sovet fenomeninə cavab olaraq uydurulmuşdur. Qərbdə 70 il ərzində onlarla peşəkar sovetşünaslar bu fenomenin nadirliyini, bəzən ona ağlabatan izah tapmayaraq öyrənirdilər. Yeri gəlmişkən, “homo sovetikus” termininin yaranmasının əsas amili də elə bu oldu. Qərbdə anlaşılmayan rassional və praqmatik xüsusiyyətlərə malik olan insanı sovetşünaslar belə adlandırırdı.

Rusiyanın dünyaya ibrət dərsi verməyinin, qərb nöqteyi-nəzəridən tamamilə rassional olmayan yanaşmasını iki misalda göstərmək istərdim. 1919-cu ildə Rusiyada hər tərəfdə aclıq, soyuq, yoxsulluq və vətəndaş müharibəsi tüğyan edirdi. Əhalinin böyük əksəriyyəti kütləvi savadsız idi. Düşünmək olardı ki, bütün ölkə, ən əsas da mədəniyyət itirilmişdir. Və elə bu vaxt Maksim Qorkinin təşəbbüsü ilə Dünya Ədəbiyyatı kitabxanası nəşr olunmağa başlandı.

İkinci fakt. 1941-ci ilin 19 oktyabrıdır. Mühasirəyə alınmış Leninqradda nə çörək, nə işıq, nə də istilik var, hücum etmiş alman ordusu Pyotr şəhərinin mərkəzini bombalamağa başlayır. Elə həmin vaxt, Leninqrad şərqşünaslıq məktəbinin nümayəndələri Ermitajın binasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri olan Nizami Gəncəvinin təntənəli yubileyini qeyd edərək, Şestakoviçin məşhur 7-ci simfoniyasını səsləndirirlər. Leninqrad cəbhəsinin siyasi idarəetməsi şərqşünas-məruziçilərinə  əsas cəbhə xəttindən (Kolpino və Vnukova ətrafından) bir günlüyə uzaqlaşmağa icazə verdi.

Məhz intellektual və mədəni elitanın bu fədakarlığı və mücahidliyi əsas amil olaraq ölkəyə iki güclü dövlətdən biri olmağa, ikinci dünya müharibəsində qalib gəlməyə, birinci kosmosa adam göndərməyə, idarə olunmayan iki kosmik aparatın Ayda və Marsda yerləşdirilməsinə, atom elektrik stansiyasını tikməyə, lazer texnologiyaları yaratmağa imkan verdi.

Multikulturalizm təkcə musiqi və ədəbiyyat sahələrini əhatə etmir, o həm də cəmiyyətin bütün təbəqələrinə təsir edən siyasətə, iqtisadiyyata, dövlət idarəetmə sisteminə, ictimai həyata, elmə və s. təsir edən ictimai fenomendir. Rus və keçmiş ittifaqın başqa xalqlarının mədəniyyəti kimi, Azərbaycan mədəniyyəti də həmin o 70 il ərzində beynəlmiləl sovet mədəniyyətinin məhsuludur. SSSR-i xalqlarının milli mədəniyyətləri məhz onların həmahəng qarşılıqlı təsirinə görə kifayət qədər formalaşıblar. Buna baxmayaraq, biz azərbaycanlılar öz özünəməxsus mədəni dəyərlərimizi qorumaq, ənənəvi milli dəyərlərimizi zənginləşdirməyə müvəffəq olduq. Həmin o mədəni və milli dəyərləri ki, terminologiyada dolaşıb qalan qərb intellektual əqidəsi itir.

Mənim zənnimcə, Rusiya və Azərbaycanın tarixi və mədəniyyəti, hələ multikulturalizm termininin yaranmasından min il qabaq baş verən mədəniyyətlərin qarşılıqlı zənginləşməsi və dərindən çuğlaşmasının bariz nümunələridir.

Biz fəxr hissi ilə muğamımızdan, misiqimizdən, memarlığımızdan və mədəniyyətimizdən  danişa bilərik, çünki Azərbaycan bir region olaraq min illər boyu daim İran, ərəb və rus mədəniyyətlərinin mədəni təsirinə məruz qalmışdır.

Yeri gəlmişkən, Rusiya Federasiyası öz ərazisində Azərbaycan dilinə dövlət dili statusunu (Dağıstan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qeyd olunub) verən dünyada  yeganə ölkədir.

Mən heç də beynəlmiləl sovet mədəniyyətinin tərəfdarı deyiləm. Sadəcə olaraq biz nəzərə almaya bilmərik ki, məhkum olunmuş totalitar sistemin ağırlığı altında devrilən bu model işləyirdi və kifayət qədər effektiv idi. Nəhayət, bu beynəlmiləl mədəniyyət sovet fenomeni kimi qərb analitikləri üçün gözəl və gələcəyi olan alternativ  multikulturalizmə, onların zənnincə, stimul ola bilər.

Sovet sistemində səhvlər və qüsurlar çox idi, lakin Sovetlər  Puşkinin, Çernışevskinin, Belinskinin, Dobrolyubovun, Gertsenin mücahidlik, xalq maarifi ideyalarının təsiri altında təkcə Rusiya İmperiyasının ucqarlarında milli elitanı deyil, həm də başqa millətlərin nümayəndələrinin orta ziyalı təbəqəsini yarada bilmişdir. Bu da öz növbəsində, indi Qərbdə yer almış mədəni disbalansın qarşısını aldı.

Kiçik torpaq sahəsində mühüm tarixi hadisələr və nadir memarlıq üslubunun həyata keçirildiyi “İçəri şəhər” memarlıq ansamblının YUNESKO tərəfindən dünya mədəni irsinin abidələri sırasına salınması Azərbaycan ərazisində mədəniyyətlərin qarşılıqlı təsirinin əyani sübutudur.

Qız qalasının yaxınlığında şiə, ləzgi məscidi və xristian kilsəsi yerləşir. Məhz Qız qalasınını ətəyində xristianların 12 apostolundan biri olan, əfsanəyə görə elə burada öldürülmüş, müqəddəs Varfolomey apostolunun kiçik kilsəsi yerləşir. Bütün bunlar beynəlmiləl sovet mədəniyyətinin və multikulturalizmin yaranmasından öncə olmuşdur. Biz sadəcə belə yaşayırdıq, bizim xalq və mədəniyyətimiz müxtəlif etnik və mədəni proseslərin sintezidir. Ölkədə indi də Azərbaycanın mədəni palitrasını zənginləşdirən milli və mədəni özünüifadə hüquqları olan onlarla millət və etnik qruplar yaşayır.

Görünür ki, qloballaşma dövründə heç bir ölkə multikulturalizmin təsirindən yan keçə bilməz. Lakin inkişaf etmiş cəmiyyət öz mədəni, milli və mənəvi dəyərlərini mümkün olan dərin deformasiyalardan qoruyaraq böyük dəyişiklər dövrünün çağırışına adekvat cavab verməlidir.

Aysel  Qutikyanova – YUNESKO işləri üzrə Qazaxıstan Milli komissiyasının məsul katibi

Hörmətli sədr! Xanımlar və cənablar! Ilk öncə icazənizlə, YUNESKO işləri üzrə Qazaxıstan Milli komissiyasının məsul katibi adından bu mühüm forumun təşkilatçılarına minnətdarlığımı bildirim və yüksək hazırlıq səviyyəsini qeyd edim. Həmçinin qeyd etmək istərdim ki, Qazaxıstan Respublikası əsrlər boyu əldə olunmuş mədəni, tarixi və dil irsinin birləşdirdiyi Azərbaycan və Rusiyanın təşəbbüslərini daim dəstəkləyir və bu işə səs verir.

Dəyirmi masanın mövzusu ölkələrimizdə aparılan multikulturalizm siyasəti kontekstində ümumi səylərimizi birləşdirir. Öz növbəsində, bu siyasət 20 il qabaq böyük qardaşlıq ölkəsinin bölünməsinin analitik nəticəsi olmuşdur.

Bu gün biz tolerantlıq prinsipləri və mədəni müxtəlifliyə hörmətə əsaslanan yeni sivilizasiyalar və mədəniyyətlərə başqa bir alternativ qəbul etməyən bir cəmiyyətdə yaşayırıq. Hazırkı dövrdə bu, dünyada baş verən proseslərin və modelləşmənin effektli tədbirlərinin nəticələrinin tam şəkildə anlaşılması üçün mühüm şərtdir. Hesab edirəm ki, dünya xalqları arasında sülh və barışıq ideyalarının irəliləyişində və mədəni müxtəlifliyin inkişafında əsas rolu məhz YUNESKO, İSSESKO, Türksoy kimi nüfuzlu təşkilatlar oynamalıdır. Bu təşkilatlar irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün ümumi hörmət və ədalətin təmin olunması məqsədilə xalqlararası əməkdaşlığın genişlənməsi və sosial birliyə yardım ücün vacib olan bütün ehtiyatlara və vasitələrə malikdir. Belə fəaliyyət bütün dünyada sülhün qorunmasına ən yaxşı zəmanətlərdən biridir. Bununla bərabər, qənaətcil dünyanın qurulması və dünya birliyini təşkil edən xalqların əməkdaşlığının inkişafı üçün hər bir insanın dünyadakı unikal məsuliyyətini də unutmaq olmaz. Hər bir dövlət üçün əsas çağırış bu vacib məsələni vətəndaşların şüuruna yerləşdirə bilmək, gənc nəsli tolerantlıq və bərabərlik ruhunda tərbiyə etməkdən ibarətdir. Millətlərarası sülh və razılıq göydən enəcək nəsnələr deyil, dövlətin gündəlik siyasət və təcrübəsinin və bizim hamımızın əldə etdiyimiz nəticələrdir.

Yəqin ki, sizlərdən bir çoxunuz Qazaxıstanın istər milli, istərsə də beynəlxalq səviyyədə mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşması sahəsindəki fəaliyyətindən xəbərdarsınız.

Müstəqillik illərində ölkədə etnik və dini bərabərliyinin effektiv-hüquqi bazası yaradılmışdır. Bu bazanın əsasını Qazaxıstanda yaşayan xalqların dini etiqad və dil  azadlığı haqqındakı qanunları təşkil edir.

Ötən il qəbul edilmiş milli vəhdət doktrinası bu sahədə vacib addım oldu. Qazaxıstanda yaşayan xalqların konstitusuya statusuna malik olan assambleyası ölkəmizdə millətlərarası sazişin baza institutuna çevrilmişdir. Bu institutun tərkibinə 820 etnomədəni birlik daxildir. 2003-cü ildən etibarən ölkənin paytaxtı Astana qlobal dinlərarası dialoq mərkəzinə çevrilmişdir. Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin, müxtəlif dinlərə mənsub nümayəndələrin 2003, 2006 və 2009-cu illərdə Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə dəyirmi masa arxasında görüşlər şəklində keçirilən qurultaylarında sülhün bərqərar olması ideyası tolerantlıq və yüzillik bəşəri dəyərlərin prinsipləri əsasında öz praktiki təcəssümünü təcəsümünü tapır.

Qazaxıstanın da iştirakçısı olduğu sonuncu təşəbbüslərdən biri beynəlxalq mədəniyyətlərin yaxınlaşması forumudur. Ötən il YUNESKO tərəfindən keçirilən bu forum dünya xalqlarının qarşılıqlı anlayış çağırışlarını yeni baxış bucağından görməsinə səbəb oldu. Sirr deyil ki, xalqlar bu problemlərlə tez-tez üzləşir və maneləri dəf etmək yolları barədə suallar ortaya çıxır. Son dərəcə aktual olan bu çağırış YUNESKO-nun iştirakçısı ölkələrind geniş əks-səda doğurdu. Bütün dünya üzrə mədəniyyətlərin beynəlxalq yaxınlaşmasına yönəlmiş minə qədər tədbir keçirildi. Bu, milli və dini dözümsüzlük zəminində münaqişələrlə çirklənmiş müasir dünyanın oxşarə layihələrə ehtiyacı olduğunun göstəricisidir.

Hesab edirik ki, bu il ərzində alınan sağlam impuls və universal yönləndirmə dünya əhalisinin sonrakı qlobal fəaliyyətinə də öz müsbət təsirini göstərəcəkdir. Bununla əlaqədar, 2013-cü ildən 2022-ci ilə kimi beynəlxalq mədəniyyətlərin yaxınlaşması onilliyiinin elan edilməsi məsələsini YUNESKO-nun baş konfransının gələcək sessiyasının gündəliyinə daxil etmək  barədə Qazaxıstan Respublikasının qərarını bəyan etmək istərdim. Bu təşəbbüsün realizəsi sülhün qurulması prosesində qlobal dialoqlara yardımçı olmaq üçün dünya ictimaiyyətinin göstərdiyi səylərin və YUNESKO-nun XXI əsrdə yeni humanizm strategiyasının davamı ola bilər.

Mən bu gün tədbirdə iştirak edən dövlətlərin rəsmi nümayəndələrini bu təklifə qoşulub layihənin həmmüəlliflərindən biri kimi çıxış etməyə çağırıram. Hesab edirəm ki, bu lazımlı təşəbbüs gələcək onillikdə yerli, milli və regional səviyyədə mədəniyyətlərin dialoqu ideallarının yayılması işində dünya ictimaiyyətinin istinadgahına çevriləcəkdir.

Təəssüflər olsun ki, yeni dövrün real çağırışları multikulturalizmin gələcəyinə inamla baxmağa imkan vermir. Bu gün dünyanın bir çox regionları etnoslararası və dinlərarası münasibətlərlə əlaqədar təhlükələrdən zərər çəkməkdədir. Dünyada dini-etnik dözülməzlik müşahidə olunur. Bu qarşılıqlı olaraq müqəddəs yerlərin, ibadətgah və qəbirlərin təhqir olumasında, müqəddəs kitabların yandırılmasında, hansı dinin daha düzgün olub-olmaması haqqında mubahisələrdə müşahidə olunur. Ayrı-ayrı ölkələrdə daha cox milli identikliyi qorumaq kimi radikal metodlar istifadə olunur. Hətta cox inkişaf etmiş ölkələrdə belə qloballaşmaya belə reaksiya bir cox etnik immiqrantların və milli azlıqların marağına toxunur. Qarşılıqlı incikliklər, etnik məsafələr və insanların bir-birinə qarşı inamsızlığı artır.

Bu gün Avropanın bir çox ölkələrində mədəniyyətlərarası siyasətinin tənəzzülü göz qabağındadır. Bunun nəticəsində  çoxmillətlilikdən və müxtəlif mədəniyyətlilikdən imtina təmayülləri ortaya çıxmışdır. İnanıram ki, beynəlxalq birliklərin multikulturalizm böhranının qarşısını almaq üçün kifayət qədər imkanları var.

Burda ulu mütəfəkkir Abayın sözləri çox aktual səslənir: “Sübh çağının qaranlığı ən qatı qaranlıqdır”. Onu da bilmək vacibdir ki, multikulturalizm dünyanın eybəcərliyi yox, onun sərvətidir. Qloballaşma dövründə xalqların  dinc şəkildə yan-yana yaşaması ümumi dəyərlərə və səylərə söykənən daimi və konstruktiv mədəniyyətlərarası dialoq deməkdir.

Arsel Brass –  Pakistan

Pakıstanda multikulturalizm modeli və onun problemləri haqda çıxış etməyə söz verdiyiniz üçün sizə təşəkkür edirəm.Multikulturalizmdən bildiyimiz kimi, bikulturalizmə müvafiq olaraq müsəlmanlar və hindlilər Hindistanda birgə yaşaya bilmirdilər.Ayrı-ayrılıqda  müstəqillik qazanmaqla  5 fərqli mədəniyyət yarandı.Nəticədə bu fərqli mədəniyyətlər  qanun keşikçilərindən siyasətçilərə ötürüldü.Biz Hindistanın bikultural ideyasına uyğun  olaraq, yüksək səviyyəli  Pakistan və müsəlman mədəniyyətləri kimi monokultural qrupda inkişaf etməyə başladıq.

Biz Pakistanın mədəni fəaliyyətini qəbul edə bilmirdik. Bizim Allahın tək, başçının və kitabımızın tək, dilimizin isə vahid olduğu barədə öz baxışlarımız  var idi.

Biz 1973-cü ildə milli qrupların da müəyyən qədər tanıdığı konstitusiyanı təsis etməyə müvəffəq olduq.Bu konstitusiya  ən azı dörd mövcud mədəniyyəti əhatə edən Pakistanın əsasını təşkil edirdi.Bizim güclü hərbçilərimiz vardı. Şərqin milli qruplarının ayrı-ayrılıqda möhkəmlənməsindən ehtiyat edərək, biz guclü strukturların köməkliyi ilə qonşu ölkələrdə, xüsusən, Əfqanıstandakı ziddiyyətli vəziyyəti tədqiq etdik.

On dörd il ərzində mən bu qənaətə gəlmişəm ki, son illərdə Pakistanda demokratiyanın tam bərpasından sonra edilən dəyişiklikər  bizim dövrdə böyük əhəmiyyətə malikdir. Bu dəyişikliklər Pakistana və qonşu xalqlara böyük ümid verir. Biz əsas  mədəniyyətləri tanımağa hazırıq. Bu isə o deməkdir ki, leqal mədəniyyətlərlə birgə sülh içində yaşayaraq,multikulturalızmin zəifləməsinin qarşısını ala bilərik və qonşu olkələrdəki mədəniyyətləri özümüzdə birləşdirərək, çoxmədəniyyətli dövlətə çevrilə bilərik. Lakin bizim hələ də problemlərimiz mövcuddur. Əsas problem fundamentalist insanların problemidir.  Onlar vahid mədəniyyətin və vahid dilin zorla tətbiq  olunmasını istəyirlər. Lakin xalqımızın, hökumətimizin, silahlı qüvvələrin köməkliyilə biz bunu tənzimləməyə  çalışırıq, ancaq deyərdim ki, bu istiqamətdə az nəaliyyətlər əldə etmişik.

Jelyu Jelev – Bolqarıstan Respublikasının sabiq prezidenti (1990-1997-ci illər)

XXI əsr – dünyamız hara gedir? Bir qütblü, yoxsa çoxqütblü modelə doğru?

Hörmətli xanımlar və cənablar! Yaxşı, ya da pis olduğunu deyə bilmərəm, amma biz, yaşlı nəslin nümayəndələri iyirminci əsrin övladlarıyıq, o, bizdə öz izini buraxıb. Biz məhz həmin, keçib-gedən dövrdə etiqadlarımızı qazanmış, tərbiyə, təhsil almışıq, ancaq şübhə yoxdur ki, o, Klaasın külləri kimi bizim ürəyimizə vurur. Çox vaxt özümü sənəd və ya məqalə üzərində tarix qoyarkən, mexaniki olaraq rəqəmi min doqquz yüzdən başlayarkən yaxalayıram, lakin axı artıq iki min on birinci ildir! Yaşıdlarım deyir ki, onların da başına belə şeylər gəlir. İyirminci əsr bizim baxışlarımızı formalaşdırıb, dəyərlərimizi təyin edib.

Ona görə də bizim mövqelərimizi, dəyərlərimizi, uğur və müvəffəqiyyətsizliklərimizi iyirmi birinci əsrin ayağına  yazaraq ona qiymət vermək risklidir. Əlbəttə yeni gələn əsr gedən əsrdə qazanılan uğurların, texnologiyaların davamıdır – XX əsr XIX əsri əvəz edəndə də belə olmuşdu. 1850-ci ildə kim güman edə bilərdi ki, bəşəriyyət atomu parçalayacaq, elektrik enerjisi insanların həyatını asanlaşdıracaq, ancaq bununla bərabər insan nəslinin məhv edilməsinə xidmət edəcək – atom bombaları neçə-neçə şəhəri darmadağın edəcək, onların insan sağlamlığına təsiri hələ də hiss edilməkdədir. XIX əsrdə bəşəriyyət kosmik raketlərin inşasını, onların kosmosa göndərilməsini, insanın açıq kosmik fəzaya çıxmasını və bizim mavi planetin şəklinin Aydan çəkilməsini, zondların Günəş sistemində hərəkət edərək, yer haqqında məlumat toplamasını xəyal edə bilməzdi. Eləcə də kommunikasiya vasitələrinin kəşf edilməsi və inkişafı – yataq otağında duran və ya cibimizdəki telefon bir neçə saniyə ərzində okeanın o tayındakı yaşayış məntəqəsi ilə əlaqə yaradır, göyərtəsində minlərlə sərnişin olan uçan aparatlar gündüz də, gecə də, yağışda da, qarda da, quşlardan yuxarıya qalxaraq çox böyük məsafələrə uçur – bu fantastik dərəcədə mümkünsüz idi.

Tərəqqinin paradoksu elə bundadır: mümkünsüz olan mümkün olur, mümkün olan isə real, gündəlik həqiqətə çevrilir. Sözümü ona gətirmək istəyirəm ki, vaxt gələcək, XX əsr də XXI əsrin fikir adamlarının gözündə sadəlövh və gülməli görünəcək, xüsusən də totalitar faşizm və kommunizm doktrinalarının həyata keçirilməsi yolu ilə yeni insan və yeni cəmiyyət yaratmaq cəhdlərinə görə. Cisimlərin daxili məntiqi elədir ki, demokratik məqsədləri qeyri-demokratik vasitələrlə həyata keçirmək olmaz. Məqsədlər və vasitələr arasında ziddiyyət olduqda, ayrılmalar, ixtilaflar meydana gəlir, onda qeyri-demokratik instrumentarilər demokratik məqsədləri çəkib çıxarır, sıxışdırır, özü isə məqsədə çevrilir, beləliklə ilkin məqsədlər yox olub gedir. Başqa sözlə desək, başqa cür düşünənlər üçün konslagerlər, qaz kameraları, gizli dinləmələr və donoslar, bütöv xalqların deportasiya və genosidi ədalətli, azad, demokratik cəmiyyət qurmağa yardımçı ola bilməz, əksinə, əxlaq və mənəviyyatdan xəbərsiz bir cəlalətpərəstlər kütləsi meydana gələr.

XX əsri yalnız totalitar faşizm və kommunizm rejimlərinin hakimiyyəti və onların bəşəriyyətə gətirdikləri şərlə xarakterizə etmək olduqca birtərəfli və məhdud bir görüş olardı. Ən antihumanist, amansız, qanlı olması ilə yanaşı bu ən ziddiyyətli, ən yaradıcı, qurucu, əzəmətli bir əsr idi. Böyük elmi kəşflər, elm, texnika, mədəniyyət, ədəbiyyat və kinematoqrafiya, teatr və rəssamlıq sahəsindəki nailiyyətlərdən danışmamaq olmaz.

XX əsr elə güclü elmi təfəkkür sıçrayışı ilə səciyyəvidir ki, onu yalnız Aristotelin formal məntiqi, Evklidin həndəsəsi, Arximedin fizikası və filosofem adlanan ayrı-ayrı sentensiyalar kimi deyil, biliklərin sistemli təfsiri kimi fəlsəfənin meydana gəldiyi antik Yunan dövrü ilə müqayisə etmək olar.  XX əsrdə yaşadığımız fiziki və kosmik dünya haqqındakı təsəvvürləri alt-üst edən yeni kəşflər edildi və elmlər yarandı. Eynşteynin ümumi və xüsusi nisbilik nəzəriyyəsi, Nils Borun kvant mexanikası, Bertran Rasselin məntiqi, Norbert Vinerin kibernetikasından söhbət gedir.

Məhz XX əsrdə, belə demək mümkünsə, hibrid elmlər yarandı: astrofizika, biofizika, biokimya, biotibb, geokimya, molekulyar biologiya və s. Onlar evristik imkanlarını iki elmin qovşağında birləşdirərək zehni biliklərin yeni üfüqlərini açır və onun idrak gücünü daha yüksək səviyyəyə yüksəldir.

Bu baxımdan hər iki qeyri-evklid həndəsəsini – Lobaçevskinin üçbucağın daxili bucaqlarının cəminin yüz səksən dərəcədən az olduğu batıq hiperbolasını və Rimanın bu bucaqların cəminin yüz səksən dərəcədən çox olduğu sferik həndəsəsini xatırlamamaq olmaz.

Reallıqda bu iki həndəsə XX əsrin kəşfi deyil, onlar hələ əvvəlki, XIX əsrdə meydana gəlmişdi, ancaq onların həqiqi təsirini və gücünü məhz XX əsr açdı və tədqiqatlarda, kosmos və subatom dünyasının ram edilməsində onlardan geniş istifadə etdi. Bu, milli azadlıq, şəxsiyyətin vətəndaşlıq və siyasi azadlığı, insan hüquqları uğrunda mübarizə əsri idi. XX əsrin əvvəlində, daha dəqiq desək, Birinci Dünya Müharibəsinin sonunda imperiyaların süqutu başladı: Rusiya, Avstriya-Macarıstan, Prussiya, Osmanlı imperiyaları bir-birinin ardınca dağıldı, II Dünya müharibəsindən az sonra Britaniya imperiyası və Üçüncü reyx də bu sıraya qoşuldu. Onlarla yeni dövlət meydana gəldi, daha sonra Qərbin Asiya və Afrikadakı müstəmləkə sistemi də süquta uğradı.

Bütün bu baş verənlər hüquq bərabərliyinə zəmanət verən və ümumi qəbul edilmiş beynəlxalq hüquq əsasında super dövlətlər arasındakı münasibətlərə nəzarət edən beynəlxalq təşkilatın yaradılması zərurətini doğurmaya bilməzdi. Beləliklə, Xalqlar cəmiyyətini əvəz edən BMT – Birləşmiş Millətlər Təşkilatı meydana gəldi.

XX əsrin tarixə ən antihumanist və qanlı əsr kimi daxil olduğunu demək çətin olsa da, deməmək mümkün deyil. Əvvəllər heç vaxt silah, qazlar və radiasiyanın köməyilə Birinci və İkinci dünya müharibəsi zamanı, Xirosima və Naqasakinin bombalanması və Çernobıl qəzası zamanı öldürülən qədər insan məhv edilməmişdi.

Məhz iyirminci əsr iki məşum siyasi hərəkat – faşizm və kommunizmi yaratdı.

Bir neçə il əvvəl qərb nəşrlərindən biri iyirminci əsrin ən böyük siyasi cəlladlarının siyahısını çap etdi. Birinci sırada 50 milyon çinlinin ölümü ilə Mao Tse Dun durur. Ondan sonra hesabında 40 milyon (bəzi versiyalara görə, rəqəm az göstərilir) qurban olan Stalin gəlir. Üçüncü yerdə iyirmi milyon insanı məhv etmiş Hitler, ondan sonra on milyonla Çan Kay Şi və dörd milyon yarım qurbanla Lenin gəlir.

Mənim acizanə fikrimcə, siyahıya altı milyonluq Kamboca əhalisinin üçdə birinin ölümünə səbəb olan Pol Pot və İenq Sari də daxil ola bilərdi. Ancaq sizin diqqətinizi bir şeyə cəlb etmək istərdim ki, siyahıya heç də Avropanı işğal edən, nasist Almaniyasının lideri Hitler öz quldur dəstəsiylə başçılıq etmir, Çin və sovet xalqlarının kommunistləri öndə gəlir. Təəssüf ki, kommunizmin yaxşı yağlanmış repressiya maşınının imkanları faşist rejimlərindən qat-qat genişdir. Təsadüfi deyil ki, Sovet İttifaqında o, 70 ildən artıq mövcud oldu, Almaniyada nasizm isə cəmi “on iki il üç ay altı gün” fəaliyyət göstərdi.

İndiki əsrə, iyirmi birinci əsrin əvvəlinə qayıdaq! Bizim artıq başqa prioritetlərimiz var. Bəşəriyyət ilk növbədə sülh və ekologiyanın qorunması, yeni xəstəliklər və insan hüquqlarının pozuntuları ilə mübarizə aparmağın qayğısına qalır. “Şər imperiyası” – Sovet İttifaqının dağılmasından sonra sərhədlər genişləndi, insanların ölkədən-ölkəyə köçməsi prosesi gücləndi, qarışıq nikahların sayı dəfələrlə artdı, köhnə ehkam və məhdudiyyətlərdən azad olan yeni nəsil meydana gəlib uğurla inkişaf etməkdədir, İnternet milyonlarla insanın vaxt və ağlının sahibinə çevrilib. Miqyasca kiçik ölkələrin qarşılıqlı mənfəətli ticarət və təhlükəsizlik, inam və hüquq bərabərliyi prinsipləri əsasında birləşmələri əhəmiyyət kəsb etməyə başlayıb. Dahi Nizami çox əsrlər əvvəl bu barədə yazırdı: “Həyat nəyə gərəkdir, bir həmdəmin olmasa?İnsan çətin yaşayar dosta əmin olmasa”.

Bu baxımdan, Avropa İttifaqının hansı istiqamətdə inkişaf etdiyi və bu inkişafın nəticələri məsələsi bizim üçün ən önəmli məsələ olaraq qalır. O, adından və formasından (federasiya, konfederasiya, ittifaq və ya başqa bir birlik) asılı olmayaraq, ölkələri vahid xarici siyasətlə – ən azı müasir dövrün əsas məsələləri üzrə, habelə vahid super-dövlət kimi böyük “oyunçulara” qarşı durmaq üçün – birləşdirəcək qədər yaxınlaşdıra biləcəkmi? Mən artıq kifayət qədər köhnəlmiş “çağırış” sözünü yenə işlədirəm, ancaq cəsarətli, böyük və icrası asan olmayan “Avropa İttifaqı” layihəsinin özünü yalnız belə adlandırmaq olar.  Onun təşkili imperiyanın yaradılmasına oxşamır, çünki zorakılıq və məcburiyyətdən istifadə edilmir, burada tabeliyində əyalətləri olan mitropoliya ola bilməz.  Onu Amerika Birləşmiş Ştatlarının yaranması ilə də müqayisə etmək olmaz, çünki bu quruma daxil olanlar cəmi 200 il əvvəl geniş ərazilərdə məskunlaşan təsadüfi mühacirlər deyil,  minillik tarixi, dərin mədəni, dini və hərbi ənənələri olan dövlətlərdir.

Ona görə də Avropa İttifaqına üzv ölkələrin inteqrasiyasını ittifaqın bir super dövlət kimi çıxış etməsi, bu zaman onu təşkil edən böyük dövlətlərin – onların heç biri öz simasını, əhəmiyyətini itirməyə razılaşmayacaq – suverenliyinə zərər yetirməyəcək şəkildə gücləndirmək çətin, az qala qeyri-mümkün olacaqdır. Digər tərəfdən əslində Avropa İttifaqı üzv ölkələrin simasını itirməsində, unifikasiyasında maraqlı deyil, çünki bizim fərqlərimizin inkar edilməsi Avropanın yüz illərlə deyil, min illər ərzində toplanmış siyasi, mədəni və hərbi irsindən imtina etmək demək olardı. Burada fərqlərə təhlükəsiz şəkildə riayət edilməsinin kövrək sərhədini tapmaq üçün problemi hər dəfə ətraflı şəkildə düşünmək lazım gələcək.

Əgər “İyirmi birinci əsr necə olacaq – birqütblü ya çoxqütblü?” mövzusuna qayıtsaq, bir şeyi əminliklə demək olar: ikiqütblü olmayacaq. Ötən əsrdə dünyanın bu quruluş modeli özünü tamamilə etibardan saldı, çünki onun əsasında hərbi-siyasi və ideoloji qarşıdurmalar var idi ki, bunlar da qanlı müharibələrlə bitdi. Əsrin əvvəlində bir neçə böyük dövlətin iki antaqonist blokda qruplaşmasından sonra Antanta və Üçlük koalisiyası Birinci Dünya Müharibəsini alovlandırdı. Və nəhayət artıq yalnız Avropanın deyil, digər qitələrin də bir  qrup dövlətləri tərəfindən başlayan İkinci Dünya Müharibəsi. Yenə iki blok formalaşdı – faşistlər və antihitler koalisiyası. Bu qarşıdurmanın nəticələrini xatırlatdım, amansız müharibənin nəticələri isə hələ də hiss edilməkdədir.

“Soyuq müharibə”nin səbəbi də iki hərbi quruluşun: NATO və Varşava sazişinin meydana gəlməsi oldu. Bəxtimiz gətirdi ki, bu müharibənin qan tökülmədən bitməsinə şahid olduq, ancaq hər iki qrupun nüvə silahı və maksimal uzaqlığa malik raketə sahib olması bəşəriyyətin məhv edilməsinə səbəb olardı.

Mənim acizanə fikrimcə, çoxqütblü modelin şansları daha çoxdur. Bir neçə güclü “oyunçu” nəzərə çarpacaq sürətlə formalaşmaqdadır, ABŞ-dan və Çindən başqa siyasi  səhnənin ön planına çıxır. Rusiya Federasiyası da cəsur tələblər irəli sürür. Başqa kimdə bu qədər təbii resurslar, müasir silahlar var? RF-in kosmosdakı yerini də unutmaq olmaz. Milyarddan çox əhaliyə, inkişafda olan iqtisadiyyat və texniki tərəqqiyə malik olan Hindistan da yaddan çıxmamalıdır!

Avropa İttifaqı 500 000 000  əhalisi, dünya xəritəsində iqtisadi qüdrəti və genişlənmə perspektivləri ilə bu “oyun”da ən gənc oyunçu olacaq.

Avropa İttifaqının iqtisadi nəhəng və siyasi cırtdan olduğunu deyirlər ki, bu da əsassız deyil. Bu “qayçılar”ı  heç siyasətdən başı çıxmayan insanlar da adi gözlə görür. Hər hansı siyasi məsələ üçün kim və nə vaxt Aİ-nin fikri ilə maraqlanıb? Bu fikirlə kim hesablaşar? Heç kim. Çünki Avropa İttifaqının üzvləri olan ayrı-ayrı ölkələrin fikirləri var, bu fikirlər çox vaxt fərqlənir. Məsələn, “Türkiyə Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdırmı?” sualına Almaniya və Fransa “yox” dedi. Yunanıstan da onları dəstəkləyirdi. Böyük Britaniya “hə” dedi. Aİ-nin üzvü olmasa da, ABŞda bu namizədliyin “lehinə”dir. Türkiyəni Bolqarıstan, Rumıniya və başqa Balkan ölkələri də dəstəklədi.

Məhz Türkiyənin Avropa İttifaqına qəbul edilməsi qədim qitənin siyasətçiləri və dövlət başçıları qarşısında İttifaqın öz gələcəyinə dair suallar qoyur. Onların bu suallara verəcək aydın bir cavabı yoxdur. Hətta dəvəquşu kimi başını qumun altında gizlətsən belə, problemin öz-özünə itdiyini, həll olunduğunu hesab etmək olmaz.  Variant kimi, yeni bir terminologiya quraşdırılır, məsələn, “imtiyazlı partnyorluq”. Bu statusun məqsədi Türkiyənin qəbulunu qeyri-müəyyən müddətə, çox güman ki, özünün imtina edib, namizədliyini geri çəkəcəyi zamana kimi uzatmaqdır.

Türkiyənin Avropa İttifaqına qəbul edilməsinin əleyhinə bilavasitə çıxışlar da var, məsələn, Fransa prezidenti Nikola Sarkozi və Almaniya kansleri Anhela Merkel və bəzi avstriyalı siyasətçilər bənzər çıxışlar edir. Ancaq bir qayda olaraq, onların arxasında inandırıcı, əsaslandırılmış dəlillər durmur. Niyə? Bu yaxınlarda keçmiş Fransa prezidenti Jiskar d’Esten əhalisinin sayı Aİ-nin bütün əhalisinin beş faizindən artıq olan ölkələri Avropa İttifaqına qəbul etməyi qadağan edən qanun qəbul etməyi təklif etdi. Hazırda Aİ-nin əhalisi beş yüz milyon olduğundan, bu Türkiyə və Ukraynanın avtomatik olaraq namizədlərin siyahısından çıxarılması deməkdir. Birdən Rusiya da nə vaxtsa İttifaqın üzvü olmaq istəsə?! Mən artıq bu barədə heç danışmıram.

Bütün bu axtarışların və mülahizələrin arxasında böyük Avropa dövlətlərinin əsasən də, Fransa və Almaniyanın daha böyük dövlətlərlə rəqabətə girmək qorxusu görünür. Çünki böyük dövlət daha çox deputata sahib olur, deməli, qərar qəbuluna və Avropa İttifaqının bütövlükdə idarəedilməsinə təsir edə bilər.

Bu narahatlıqların əsası yoxdur. Onlar geri qalmış zehniyyətə əsaslanır: sanki Avropa parlamentində “solçular”, “sağçılar”, “mərkəzçilər” yoxdur, deputatlar isə kompakt şəkildə, milli mənsubiyyətə görə səs verir. Ancaq bu belə deyil. Siyasi plüralizm olduqda, qərarların qəbul edilməsində yardımçı olan demokratik mexanizm və üsullardan istifadə edildikdə bu yanlış anlaşılmalar öz mənasını itirir. Bütün bunlar yalnız Avropa İttifaqının üzvü olmaq istəyən ölkənin əhalisini 25 milyon nəfərə kimi ixtisar edən köhnə təfəkkürü əks etdirir. Avropa İttifaqı genişlənəcək, Türkiyə isə onun real üzvü olmalıdır.

Bircə Türkiyənin Aİ-nə daxil olmaqla ona nələr gətirəcəyini düşünün:

  • yetmiş bir milyon gənc, əmək qabiliyyətli əhali
  • inkişaf etmiş bazar iqtisadiyyatı və ekspertlərin fikrincə geniş potensial
  • NATO-da gücünə görə ABŞ-dan sonra ikinci ordu (bu ordu ilə hesablaşmamaq mümkün deyil)
  • islam xətti ilə ərəb aləminə çox güclü təsir: Türkiyənin müsəlman və eyni zamanda şəriətdən çoxdan və qəti şəkildə imtina etmiş və fundamentalizm və terrorizmi mühakimə edən dünyəvi dövlət olması faktı onun Avropa yolundakı ilk əngəlidir;
  • Dil yaxınlığı və qismən də ümumi din xətti ilə Orta Asiyadakı keçmiş Sovet İttifaqı ölkələrinə güclü təsir: bu Avropa üçün mühüm olmaya bilməz, çünki böyük təbii qaz və neft, habelə nadir metal və mineral ehtiyatları orada yerləşir.
  • müxtəlif mədəniyyətlərin, sivilizasiyaların kəsişməsində yerləşən ölkənin coğrafi mövqeyi və bununla əlaqədar olaraq, geostrateji və geosiyasi əhəmiyyəti, iki qitə arasında körpü rolu  oynaması.

Avropa İttifaqına qəbul olunmağın əvəzinə ona belə “töhvələr” verə biləcək daha bir ölkənin adını çəkə bilərsinizmi? Mən birini də xatırlaya bilmirəm. Ancaq, Rusiya Federasiyası Avropa İttifaqına qəbul edilmək üçün bütün şərtləri yerinə yetirməyi lazım bilib, namizədliyini irəli sürsə, bu o da ola bilər. Ümid edirəm ki, artıq o vaxt Avropa İttifaqı Rusiyanı Urala qədər qəbul etmək barədə sxolastik mübahisələr aparmayıb ikinciyə üstünlük verəcək. Çünki bu ölkənin ən geniş təbii sərvətləri məhz Asiya hissəsində yerləşir. Bax onda bizim və bizim övladlarımız qarşısında general Qollun, daha sonra Mixail Qorbaçov tərəfindən götürülmüş “Vankuverdən Vladivostoka qədər Avropa” azad ideyasının reallaşdırılması üçün yol  açılacaqdır. Çünki Avropa İttifaqı ilk növbədə iqtisadi, siyasi və mədəni qurumdur. Onun coğrafi mövqeyi yalnız inteqrasiyanın başlanması üçün hesablama nöqtəsidir, əsas məzmunu isə iqtisadi və siyasi islahatlardan ibarətdir. Bu islahatlar bizim ölkələri daha demokratik, uğurlu bazar iqtisadiyyatına və inkişaf etmiş humanitar potensiallara malik dövlətlərə çevirəcəkdir.

Etiraf edim ki, bu mövzuda çox danışa bilərdim. Ancaq, qorxuram ki, dinləyicilərdən biri mənə Əlişir Nəvainin iki misrasını xatırlatsın: “İnsan üçün gözəl olan doğru, rəvan danışıqdır, Ancaq doğru danışıq da qısa olsa yaraşıqdır.”

Odur ki, diqqətinizə görə minnətdaram!

 

Zümrüd Quluzadə – professor, Azərbaycan Milli Elmlər Akademiyası Fələsəfə, Sosiologiya və Hüquq İnstitutu

 Multikulturalizmtədqiqatın metodologiyası

Elmi idrakın təkamülü elmi tədqiqatların metodoloji prinsipləri kimi, həm də elmin anlayışlar aparatının məzmunu haqqında təsəvvürün, məqsədyönlüyünün  müzakirəsini və düzəldilməsini şərtləndilirir.

Öz çıxışımda seçilmiş mövzunun düşünülməsi tələb olunan bir neçə aktual problemin  üzərində dayanaq istiyirəm.

“Multikulturalizmin” tədqiqatı obyekti kimi seçilməsi və onun tədqiqat metodologiyasına yönəlməyimiz bir sıra məsələlərlə bağlıdır:

  • bu fenomenin və onun miqyasının müasir cəmiyyətin ictimai-mədəni həyatında aktuallaşması;
  • müasir elmi və siyasi təsəvvürlərdə “multikulturalizm” anlayışının məzmununun transformasiyası;
  • çoxmədəniyətliyin adekvat olmayan, çox vaxt diametral olaraq ziddiyyətli yorum və qiymətləndirilmə və inkişaf etmiş Qərb ölkələrinin həyatında multikulturalizmin rolu, tədqiqat ədəbiyyatlarında və bir sıra müasir dövlət xadimlərinin çıxışlarında qeyri-qərb mədəniyyətlərinə münasibət;
  • müasir elmdə tədqiqatın müxtəlif konsepsiyalarından ən optimalını münasib olanı seçmək cəhdi.

Mənəvi mədəniyyətin nəzəri və tarixi məsələləri ilə, xüsusən də müxtəlif regionların tarixi fəlsəfəsi ilə əlli ilə yaxındır ki, məşğulam, lakin otuz ildir, mən elmi həqiqətlərin axtarışında bir çox üstünlükləri olan dialektik materializmin metodologiyasına əsaslanmışam.

Son onilliklər müasir elmin nailiyyətləri və ümumdünya fəlsəfəsinin tarixinə komparativist yanaşmanın imkan və nailiyyətləri baxımından, fənlərarası tədqiqatların ümumfəlsəfi metodologiyası kimi daha çox materialist və ideal başlanğıcın birliyindən və birgə mövcudluğundan yaranan vahid konsepsiyası, mənə elə gəlir ki,  həmçinin bu metodologiyanın “qeyri-səlis məntiq” adlandırılan metodoloji prinsiplərlə və komparavistika ilə uzlaşması daha məqbuldur.

Qeyd olunan prinsiplərdən çıxış edərək, təklif edirəm ki, müzakirənin obyekti qismində multikulturalizmin tərif və qiymətləndirilməsində, ola bilsin, şərhə ehtiyacı olan bir sıra məsələlərin interpretasiyasını qəbul edək.

Hər şeydən öncə onlara “multikulturalizm” anlayışının məzmununun təyini aiddir. Əgər “mədəniyyət” və “multikulturluluq” (çoxmədəniyyətlilik) anlayışları  qlobal ictimai-mədəni inkişafın tarixi universal fenomenini ifadə edərək mədəniyyət tarixinin, metakulturologiyanın və digər elmlərin tədqiqatının obyekti olaraq qalırsa, “multikulturalizm” anlayışı sosiomədəni tarixin universal təzahürünü onlar kimi əks etdirməklə dövlət siyasətinin həmin dövlətdə yaşayan “qeyri-əsas” xalqların mədəniyyətinə münasibəti müasir siyasi və elmi ədəbiyyata nisbətən təzəlikcə daxil edilib.

Real siyasi təcrübənin və siyasi ideologiyanın bir hissəsi olan yeni dövrün multikulturalizm konsepsiyası əvvəlcə müxtəlif mədəniyyəti, mentaliteti, siyasi və iqtisadi statuslu Qərb ölkələri etnoslarının (humanizm, insanın irqi, etnik və dini mənsubiyyətindən aslı olmayaraq hüquqların azadlıqlarına riayət etmək) birgə yaşama tolerantlığını təmin edən hüquqi-siyasi normaların təyininə yönəlmişdir, o şərtlə ki, bu birgə yaşama göstərilən dövlətlərin siyasi və mədəni əsaslarının sabitliyinə xələl gətirməsin.

Lakin zaman ötdükcə, müasir Qərb ölkələrinin sosial-iqtisadi inkişafı və hazırki dövrdə regiondakı hərtərəfli böhranın şaxələnməsinin qanunauyğunluğuna görə multikulturalizmin məzmunu siyasi ideologiya və real siyasət kimi köklü dəyişikliklərə məruz qalıb və ondan imtina etmək qərarına gəliblər. Keçmişdə bu siyasətin təşəbbüskarları qismində çıxış edən Qərb həkimiyyət başçılarının  saysız-hesabsız bəyanatları bunun sübutudur. Hazırda multi multikulturalizmi həqarətlə “multi-kulti” adlandırırlar, “kuıti” hissəsi daha çox qeyri-Qərb millətlərin mədəniyyətinə aiddir.

Yuxarıda deyilənlərə istinadən, gələcəkdə multikulturalizm problemlərinə həsr olunmuş elmi tədqiqatlarda  aşağıda qeyd olunan məsələlərə diqqəti yönəltmək lazımdır:  .

  1. Müasir dövrdə bu universal fenomenin ictimai mədəni inkişafına marağı son dərəcədə fəallaşdıran səbəblərin elmi-obyektiv təhlilinə;
  2. Milli azlıqlarının və titul millətlərin vəziyyətindəki fərqin təhlilinə Multikulturalizmin mədəniyyətini araşdıran müasir tədqiqatlarda işıqlandırılması çox zaman inkişaf etmiş Qərb ölkələrinin iqtisadi və siyasi-hüquq vəziyyəti nəzərə alınmadan eyni zamanda “titul millətinə” münasibətin iqtisadi və  siyasi-hüquq vəziyyəti nəzərə alınmadan aparılır. Milli azlıqların və “titul millətin” vəziyyətindəki fərqliliklərin təhlili milli və konfensional münasibətlərin obyektiv mənzərisinin üzə çıxarılmasını qəbul etməyə və daha sonra inkişah etmiş müasir Qərb dövlətlərində multikulturalizmini inkar etməyə, yaranmış problemlərin həllinin yeni modellərinin seçilməsinə kömək edərdi.

Indiki dövrdə iqtisadi, siyasi-mədəni qloballaşma və antiqloballaşma proseslərinin çarpazlaşması kontekstində multikulturalizmin tədqiqatının aparılması da diqqət tələb edir.

Müasir multikulturalizmin qərb ölkələrinin siyasi və iqtisadi inkişafı qanunauyğunluqları ilə “ərəb baharından” törəyən və  artan müxtəlif iqtisadi böhranın əlaqəsi xüsusi tədqiqatın və elmi dəyərləndirmənin obyekti olmalıdır. Qərb dövlətləri tərəfindən dəstək alan bu hərakat haqlı tələşla və  Şərqdən mühacirlərin sayının artmasından yaranan qorxu ilə qarşılandı. Bu qorxu eyni zamanda, yeni gələn mühacirlərlə onlardan əvvəl gəlmiş və məskunlaşmış mühacirlərin mümkün birləşməsi proqnozu ilə də artır. Müasir tarixin göstərdiyi kimi, əsas millət arasında artan işsizlik və imkansızlıq sosial müdafiənin forması kimi tətillər “əsas millətlə” “əsas hakimiyyət” arasında qarşıdurma işığında belə birləşmə ehtimalını nəinki təkzib etməməlidir, bu hətta qanunauyğundur. Qərb siyasətçiləri qərbdə olan “külək əkən, tufan becərər” atalar sözünü unutmamalıdır, onu da unutmamalıdırlar ki, Qərbin bir sıra dövlətlərinin fəal iştirakı ilə həyata keçirilən qanlı “ərəb baharı” elə özləri üçün də “payıza” və “qışa” dönə bilər.

Vəhdət konsepsiyası zəminində multikulturalizmin problemlərinin uğursuz həlli nəticəsində kəskinliklə artmaqda olan situasiyadan çıxış aşağıdakı hallarda görünür:

  • Əsas millətlərin nümayəndələrinə və mühacirlərə bölünməmək şərtilə əhalinin sosial cəhətdən əzilmiş bütün təbəqələrinin sosial-iqtisadi problemlərin həlli üçün düşünülmüş iqtisadi islahatların qəbulu ilə real təkamül yollarının axtarışında;
  • Qlobal mədəniyyətin bir hissəsi kimi mühacirlərin mədəniyyətinə hörmətdə; qeyri-peşəkar əmək növlərini icra edənləri  yalnız –  real və ya potensial asayişi pozan qastrabayterlər kimi, əgər onlar islam ölkələrindəndirsə gələcəyin terrorçuları kimi təqdim etməkdən imtina etməkdə. Mühacirlərin elitası və otra təbəqəsi tərəfindən Qərbə gətirilən “intellekt” və “investisiya”lar isə bilərəkdən yada salınmır. İndiki dövrdə  mühacirlər üçün qərb siyasəti çıxış yolunu onların mədəni assimiliyyasiyasında görür.
  • İslam dünyasını təmsil edən mühacirlərə təcavüzkar münasibətdən, müxtəlif müasir tədqiqatlarında islam dünyası fəlsəfəsinin tarixini, onların mədəniyyətini qəsdən saxtalaşdırmaqdan imtinada. Müasir Qərbdə islam dünyasının nümayəndələrinə olan ədavət başqa dini təmsil edən mühacirlərə olan münasibətdən tamamilə fərqlidir, ba da qərb dünyasının idealı olan tolerantlığın təbliğinə ziddir və qəbul edilməzdir.
  • Müqayisəli planda obyektiv elmi tədqiqatların müxtəlif etnik və müxtəlif regional mədəniyyətlərinin oxşar və fərqli cəhətlərini aşkarlayan milli və regional mədəniyyətlərin tarixi və müasir vəziyyətinin müsbət rolunun qəbul edilməsində oxşarlıqlar müxtəlif mədəniyyətlər daşıyıcılarının tarixi mənəvi birliyinin sübutu kimi dini sabitliyin əsaslarını pozmadan ayrı-ayrı dövlərlərdə müxtəlif etnik və din nümayəndələrinin harmonik birgə yaşamalarına və tolerantlığa imkan yarada bilərdi. Beləliklə, müasir Qərb dünyasında mühacirlərə, xüsusən də İslam dünyasının mühacirlərinə, neqativ münasibət aradan götürülərdi.

Tədqiqatın maraqlı obyektlərinin sırasına mədəniyyət və müasir mulrikulturalizm və sahələrində aparılan qərb mərkəzçiliyin müqayisəli tədqiqatlarını, həmçinin sovet və postsovet məkanlarındakı multikulturalizmi də  aid etmək olar.

Beləliklə, özündə dövlətlərin siyasi tarixini də ehtiva edən multikulturalizm mədəniyyət sahəsində cəmiyyətin siyasi tarixinin üzvü hissəsi və deməli, cəmiyyətdəki etnomilli və konfessional menasibət kimi, həm onun inkişafının nisbi sabitlik dövrünün, həm də müxtəlif xarakterli böhran dövrlərini elmi tədqiqatlarının aktual obyektlərindən biri olub və olaraq da qalmaqdadır.

Məmməd Əliyev – Bakı Slavyan Universitetinin prorektoru, fəlsəfə elmləri doktoru, professor

Multikulturalizm şəraitində dinlərarası dialoq

XX əsrin sonu XXI əsrin əvvəlləri qloballaşma prosesi ilə əlamətdardır. Bu kontekstdə adıçəkilən prosesdə mədəniyyətlərarası və dinlərarası dialoq problemi, habelə multikulturalizmlə əlaqədar problemlər xüsusi yer tutur.

“Multikulturalizm  termini ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmiş və rəsmi olaraq 1971-ci ildə qəbul edilmişdir” (1, səh.189).  Termindən vahid mədəni məkanı ifadə etmək üçün istifadə edilir. Multikulturalizm mədəniyyətlərin assimilyasiya (birləşmə) olmadan inteqrasiyasını (qovuşma) təklif edir. Ötən əsr boyunca assimilyasiya Avropanın bir çox dövlətləri tərəfindən gəlmə (imiqrant) mədəniyyətlərə münasibətdə istifadə edilən strategiya kimi bir çox hallarda özünü doğrultmadı.

Multikulturalizm siyasətinin əsasında üç əsas prinsipi fərqləndirmək mümkündür:

  • dövlətin mədəni plüralizmi qəbul etməsi (vətəndaş cəmiyyətinin ən mühüm xarakteristikası);
  • marjinal mədəni qrupların sosiallaşmasına mane olan əngəllərin aradan qalxması;
  • müxtəlif mədəniyyətlərin yenidən dirçəlməsi və inkişafının dəstəklənməsi.

Buradan belə bir nəticəyə gəlmək olar ki, multikulturalizm dar mənada qloballaşma şəraitində mədəni dəyərlərin demokratiyası və ya bərabərhüquqluluğudur.

Multikulturalizmin xarakterik xüsusiyyəti  tolerantlıqdır (dözümlülükdür).

Məsələn, BMT-nin keçmiş baş katibi, hazırda isə Beynəlxalq Frankofoniya təşkilatının baş katibi Butros Qali deyirdi: “Biz dayanmadan qloballaşmadan bəhs edirik. Bu, həqiqətən də mövcud gerçəklikdir. İqtisadiyyat, maliyyə, kommunikasiya qloballaşır. Dünya ekologiya, mütəşəkkil cinayətkarlıq sahələrində qlobal miqyas alan problemlərlə üzləşir, qlobal epidemiyalarla mübarizə aparır. Bizdə çatışmayan demokratiyanın qloballaşması, onun beynəlxalq münasibətlərdə genişlənməsidir. Buna nail olmağın ən yaxşı üsulu mədəni müxtəlifliyin dəstəklənməsidir ki, mən bunu multikulturalizm adlandırıram”.

Günümüzdə multikulturalizm tədricən ümumavropa probleminə çevrilməkdədir ki, bu da imiqrasiya və inteqrasiya sahəsində siyasətlə bağlıdır. İmiqrasiya problemi iqtisadiyyatın yenidənqurulması, məşğulluq sahəsində böhran, şəhər seqreqasiyası, aşağı ixtisaslaşmaya malik olan işçilərin marjinallaşması, təhsil sisteminin yenidən gözdən keçirilməsi zərurəti, rasizmin təzahürləri və s. kimi analoji ümumavropa problemləri ilə bir sırada durur. Multikulturalizm bütün bu problemlər üçün özünün, mübahisəsiz və qəti olmasa da müəyyən  həlli yolunu təklif edir. Onun zamanın çağırışına ümumavropa cavabına çevrilib-çevrilə bilməməsi məsələsini zaman göstərəcəkdir.

Multikulturalizm tolerantlığın daha bir, kütləvi mədəniyyətin ümumbəşəri axınında mədəniyyətlərin qarşılıqlı şəkildə bir-birinə nüfuz etməsi, zənginləşməsi, inkişaf etməsi məqsədləri ilə paralel mövcudluqlarını sürdürməsi tələbindən ibarət olan aspektlərindən biridir. Multikulturalizm ideyası, əsasən, yüksək mədəni inkişaf səviyyəsinə malik olan yüksək inkişaf etmiş Avropa cəmiyyətlərində irəli sürülür. Müasir Avropada multikulturalizm ilk növbədə “üçüncü dünya” dövlətlərindən (o cümlədən Avropa ölkələrinin keçmiş müstəmləkələrindən) olan imiqrantların (mühacirlərin) mədəniyyət elementlərinin onu – qəbul edən ölkənin mədəni sahəsinə daxil edilməsini nəzərdə tutur.

BMT-nin Ümumi insan hüquqları bəyannaməsinin azadlıq hüququ, milli və mədəni özünüidentifikasiya hüququ, milliyyət və ünsiyyət dili seçimi azadlığı, etiqad azadlığını bəyan etməsinə baxmayaraq, faktiki olaraq, bu hüquqlar öz qrup mənşələri etibarilə şifahi bəyannaməyə müncər edilir. Burada onu gündəlik təcrübə ilə möhkəmləndirmək hüququ da yoxdur. Bütün bunlara baxmayaraq, Avropa dövlətləri insan hüquqlarının üzərindən keçir, onları görməzdən gəlir və assimilyasiya layihələri irəli sürür.

Multikulturalizmin “açıq-aşkar” nümunələrindən bir neçəsinə nəzər salaq:

  • İtaliya məktəblərində xaç gəzdirmək və yerləşdirmək;
  • İsveçrədə minarələrin tikilməsinə qadağa;
  • Etnik əlamətə görə dövri təqiblər (Fransadan qaraçılar, Böyük Britaniyadan irlandiyalılar və s.)
  • müxtəlif geyim növlərinə, dini simvollara qadağa və s.
  • Fransada küçədə ibadət yasağı, buna qədər isə ictimai yerdə hicab daşımaq yasağı.

2008-ci ildə Fransa və Belçika ictimai yerlərdə baş örtüklərinin geyilməsinə qadağa qoydu. İtaliyanın konstitusiya məsələləri üzrə parlament komissiyası    2011-ci ilin avqust ayında ictimai yerlərdə pərəncə geyməyi qadağan edən qanun layihəsini təsdiq etdi. Qadağanı pozanlar “islami cinayətdən ötrü” 150€-dan 300€-a kimi ən sərt cərimə ödəməli, habelə ictimai işlər yerinə yetirməlidirlər. Bu qadınların ərləri 30.000€-a qədər cərimə edilə və ya bir ilə kimi həbs cəzası ala bilərlər. 2011-ci ilin 27 sentyabrında İsveçrənin Milli Şurası 77 razılaşmayan üzvə qarşı 101 “lehinə” səslə xalqçıların “sağ” partiyasından deputat Oskar Frayzingerin təxribatçı şəkildə “Maskaları atın!” adlandırdığı analoji təklifini qəbul etdi. Başqalarının paltarları ilə mübarizə heç də özgə həyat tərzini “qəbul və təqdir etmə” devizi ilə uyuşmur. Ancaq mahiyyət etibarilə multikulturalizm əslində elə bundan ibarətdir.

Yaxud sonuncu nümunə.

Amerikalı İrum Abbasi mart ayında Kaliforniyada təyyarə reysinə buraxılmadığına görə Southwest Airlines aviakompaniyasını məhkəməyə verdi. Abbasinin iddia etdiyi kimi, bütün bunlar onunla bağlı olub ki, başında  müsəlman qadınların baş örtüyü – hicab var imiş. İddiada deyildiyi kimi “o, qorxudulmuş, pərt edilmiş, təhqir edilmiş, mat qalmışdı”. ABŞ vətəndaşı olan Abbasi San-Dieqodan San-Xoseyə gedən reysdən endirilmişdi. Abbasinin sözlərinə görə, stüardessaya elə gəlib ki, o, kiməsə mobil telefonla “qərara alındı!” deyib (“it’s a go”). Əslində, Abbasinin dediyinə görə, o söyləyirmiş ki, getməlidir (I have to go), çünki təyyarə artıq havaya qalxmaq üzrəymiş. Qadının üzərində axtarış apardıqdan sonra təyyarənin göyərtəsinə qayıtmasına icazə vermişlər. Ancaq pilot bildirib ki, ekipaj onunla uçmaq istəmir və beləliklə Abbasini laynerə buraxmırlar. Ona sonrakı reyslə uçmaq üçün icazə vermişlər. Los Angeles Timesin verdiyi xəbərə görə üç gün sonra aviakompaniya üzr istəmişdir.

Bütün bu faktları assimilyasiya siyasətinin aktları adlandıra bilərik. Adıçəkilən siyasətin məqsədi azadlıqların müdafiəsi, dini və ya etnik asılılığın bu və ya digər  növləri ilə mübarizə deyil. Bu siyasətin mahiyyəti ölkəyə gələn əmək miqrantları və qaçqınların assimilyasiyası və onların mühacir qəbul edən cəmiyyətə xas olan və qəti şəkildə təsbit edilmiş milli əlamətləri daşıyan vicdanlı yerli bürgerlərə çevrilməsidir.

Bununla yanaşı, əgər Avropada həqiqətən də multikulturalizm olsaydı, imiqrant və qaçqınlara dövlət həyatında iştirak etmələri üçün geniş imkanlar verilərdi. Bu imkanlar o qədər genişdir ki, Avropa dövlətləri-millətləri bu imkanları tamamilə təmin edə bilmir.

Beləliklə, Avropadakı multikulturalizm haqqında hətta əvvəllər də əsasən şərti olaraq danışmaq olardı. Avrointeqrasiya prosesinin siyasi çərçivələrindən birinə çevrilmək üçün bu konsepsiyanın bütün şansları var idi, ancaq demokratiyadan sui-istifadə və insan hüquqlarının təhrif edilmiş şəkildə şərh edilməsi bir sıra böyük Avropa dövlətlərinin yeni vətəndaşlarına “azad dünyanın” bəhrələrindən tam mənasilə yararlanmağa imkan vermirdi. Şərti Avropa multikultiralizmi şərti dözümlü Avropa cəmiyyətində özünün məntiqi şərti tənəzzülünü yaşadı. Beləliklə, mulikulturalizm siyasətinin nəticəsi istər ənənəvi, istərsə də yeni gəlmiş mədəniyyət nümayəndələrinin mühitinə cavab olaraq fərdi və qrup şüurunda nisbətən zəif dəyişikliklərlə səciyyələnən uzunmüddətli adaptasiya prosesi olmalıdır.

Bugün keçmişin incikliklərinin, şovinist, millətçi, islamofob təsirlərin aradan qaldırılması üçün vahid Rusiya dövlətinin təkibinə daxil olan bütün xalqların azad inkişaf etmək imkanına malik olmaları çox vacibdir. Təəssüf ki, çox vaxt millətlərarası, dinlərarası təfriqələrə yol verməyən konstitusiya müddəaları deklarativ olaraq qalır. Dövlət səviyyəsində xalqların inteqrasiyası, onların qarşılıqlı hörmət, etibar, ümumi problemlərin müasir həlli əsasında birləşdirilməsi siyasətini həyata keçirmək zəruridir.

Bütün deyilənlərdən də göründüyü kimi “multikulturalizm” termini Rusiya və bir sıra digər ölkələrə münasibətdə başqa məna qazanır. Rusiyanın tarixi göstərir ki, onun bir çox xalqları əsrlər boyu yox olmamış, tamamilə assimilyasiyaya uğramamışlar, onlar öz həyat tərzlərini, dillərini, mədəniyyətlərini saxlayaraq, rus mədəniyyəti, rus hüquq sistemi əsasında inkişaf etmişlər. Bu baxımdan demək olar ki, Rusiya onun siyasi və mədəni təsiri altına düşən xeyli sayda xalqı qoruyub saxlamışdır. Rusiya xalqlarının mədəniyyətləri daima qarşılıqlı təsirdə olmuş, bir-birinin təsiri altında zənginləşmişlər. Puşkin, Lermontov, Tolstoy və digər dahi yazıçılar öz yaradıcılıqları ilə Qafqaz xalqlarının milli şüurunun formalaşmasına yardımçı olmuşlar. Rus, ümumrusiya mədəniyyəti Qafqaz xalqları və digər Rusiya xalqlarının bu mədəniyyətə töhfəsi olmadan xeyli kasıb olardı. Rusiya xalqları arasında sosiomədəni dostluq, qardaşlıq əlaqələrinin qurulması ziddiyyətlərin, qara qüvvələrin və irtica güclərinin qarşıdurmalarının aşılmasından keçir.

Məhz bu mənada Azərbaycanın dövlət siyasəti daha düşünülmüş və müdrikdir. Birliyin dağılması yalnız territorial deyil, həm də dinlərarası xarakter daşıyan bir çox millətlərarası münaqişələrin  baş qaldırması  ilə əlamətdar oldu, əhalisi bir çox millət və xalqlardan ibarət olan Azərbaycan bu vəziyyətdə ən optimal yolu tapdı. Belə ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun təşkil edilməsi məqsədilə sosializmin respublikada hökm sürdüyü dövrdə dağıdılmış bir çox sinaqoqlar, kilsə və baş kilsələr bərpa edildi. 1920-ci ildə bağlanmış və 70 il ərzində tamamilə dağılmaq üzrə olan Svyatıx Jen Mironosets kilsəsi 1991-ci ildə rus provaslav icmasına verildi. Moskva və bütün Rusiyanın Patriarxı II Aleksinin səfəri zamanı məbəd təqdis edilərək kafedral baş kilsə statusu aldı. Bu zaman məbədin yenidən bərpa edilməsi üçün bütün işlərin biznesmen-mesenat Aydın Qurbanovun şəxsi vəsaiti hesabına həyata keçirilməsi faktını da unutmaq olmaz. 1999-2001-ci illərdə isə Bakıda digər provaslav məbədi  – Sobor Rojdestva Presvyatoy Boqoroditsı  – rekonstruksiya olundu.

Bununla yanaşı, ənənəvi yəhudi memarlıq üslubunda yeni bir sinaqoq binası tikildi. Yəhudilərin kompakt yaşadığı regionlarda da sinaqoq tikintisi davam edir.

Əgər ölkədə yaşayan böyük diaspora ilə əlaqədar olaraq kilsə və sinaqoqların tikintisi izah olunsa belə, katolik kilsəsinin tikintisi respublika sakinlərinin neft bumu ilə əlaqədar olaraq, ölkəyə gələn Qərbi Avropa ölkələrinin nümayəndələrinə olan ehtiram əlamətidir. Təsadüfi deyil ki, 2004-cü il iyun ayının 22-də Bakı şəhərində Beynəlxalq Mətbuat mərkəzində Fridrix Nauman Fondu (Almaniya) və Amerika Yəhudi Komitəsi (ABŞ) tərəfindən təşkil edilmiş “Cənubi Qafqazda tolerantlığın formalaşdırılmasında islamın rolu” seminarı baş tutdu. Almaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Klaus Qrevlix seminarda çıxış edərkən qeyd etdi ki, “Dövlət və din münasibətləri sahəsində Azərbaycan modeli başqa ölkələrə də ixrac edilə bilər. Dini tolerantlıq və dözümlülük sizin malik olduğunuz zənginliklərdir” (2, s.4).

Azərbaycanlıların yüksək dini dözümlülüyü haqqında bu fikri Roma Patriarxı I Varfolomey də 2003-cü ildə ölkəmizə səfər edərkən demişdir: “Burada dini dözümlülüyün səviyyəsindən məmnun qaldım. Azərbaycanda hər kəs öz arzusuna görə dininə etiqad edə və ayinlərini keçirə bilər” (2, s.4).

Daha bir nümunə, Azərbaycan Respublikasının Prezidenti  Heydər Əliyev başda olmaqla respublika hökuməti dinlərarası dialoq təşəbbüsünü nəzərə çatdıraraq, 2004-cü ildə Roma Papası II İohan Pavelin respublikaya səfərini təşkil etdi. Papanın səfəri böyük əks-səda doğurdu. Onunla görüşdə Azərbaycanın bütün dini icmalarının nümayəndələri iştirak etdi: Qafqaz müsəlmanları idarəsinin rəhbəri  Şeyx-ül-İslam Allahşükür Paşazadə, Bakı və Xəzər Rus provaslav Kilsəsinin yepiskopu Aleksandr, Dağ yəhudilərinin dini icmasının sədri Semen İixilov. Roma Papası II İohan Pavel Qafqazdakı zorakı münaqişələrə münasibətini bildirərək bəyan etmişdir: “Heç kim dinləri aqressiya, zorakılıq və ya ölüm vasitəsi kimi dözümsüzlük aləti olaraq, təqdim etmək və istifadə etmək hüququna malik deyil. Əksinə, onların dostluğu və qarşılıqlı ehtiramı əsl tərəqqi və sülhün zəngin mənbəyidir”.

Bu gün Azərbaycanda 200-dən artıq dini təşkilat qeydiyyatdan keçmişdir. Və bu hal müasir demokratik Azərbaycanda dini tolerantlığın parlaq sübutudur.

“Azərbaycanda bütün dinlərin nümayəndələri özlərini rahat hiss edir”. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə verilən iftar məclisində çıxış edərkən belə demişdi. Prezident qeyd etdi ki, Azərbaycanda islam mədəniyyətinə və islam dininə hörmət və ehtiram bütün digər dinlərə ehtiramla müşayiət olunur. “Öz dininə ehtiram göstərən insan başqasının dininə də ehtiram göstərməlidir. Bu artıq Azərbaycanda bərqərar olmuş yanaşmadır. Bu gün dini xadimlər Azərbaycanda hökm sürən dözümlülük və tolerantlıqdan bəhs etdi. Bu artıq reallıqdır və bəzi hallarda bizim təcrübəmiz dünya miqyasında öyrənilir. Mən çox şadam ki, dözümlülük, dini tolerantlıq artıq Azərbaycanda bərqərar olmuş anlayışlardır. Bu sadəcə şüar deyil, bizim həyat tərzimizdir”- deyə prezident qeyd etdi.

İlham Əliyev vurğuladı ki, Azərbaycanda dini abidələrə münasibət din və dövlət arasında münasibətlərin təzahürüdür: “Azərbaycanda dövlət yalnız məscidləri və islam dininə aid olan digər abidələri tikib bərpa etmir. Eyni zamanda digər dinlərə aid məbədlər də təmir və inşa edilir. Bu barədə danışanlar oldu və mən çox məmnunam ki, müxtəlif dinləri təmsil edən din xadimləri burada vahid fikir ifadə etdilər. Bu fikir ondan ibarətdir ki, Azərbaycanda bu sahədə iş çox yüksək səviyyədədir. Təbii ki, burada dövlət siyasəti də, bu siyasətin əsasları da düzgün qurulub. Bu bizim həyat tərzimizdir. Bu bizim dünyaya baxışımızdır. Biz belə yaşayır və belə yaşayaraq özümüzə, regiona və dünyaya sübut edirik ki, multikulturalizm mövcuddur. Multikulturalizm nisbətən yeni anlayışdır. Mahiyyət etibarı ilə isə müxtəlif mədəniyyət və dinlərə mənsub olan şəxslərin birlikdə yaşamaları deməkdir. Yəni bu anlayış Azərbaycanda əsrlər boyu mövcud olub, bu gün də mövcuddur və möhkəmlənməkdədir. Azərbaycan xalqı müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi quruluşlarda yaşayıb. Buna baxmayaraq, sevindirici haldır ki, müstəqillik dövründə bu müsbət tendensiyalar daima güclənib və güclənməkdədir. Bizim uğurlu inkişafımızı gücləndirən amillər bunlardır”.

Roida Rzayeva – Azərbaycan Milli Elmlər Akademiyası Fələsəfə, Sosiologiya və Hüquq İnstitutunundirektor müavini

Dəyişən dəyərlər və multikulturalizm

Bu gün multikulturalizm ideologiya, siyasət və diskurs kimi səciyyələnir, bu da mültikulturalizm gündəliyinin geniş yayılmasına və aktuallığına gətirib çıxarır. Həmçinin, multikulturalizm özü diskurs növü olaraq, bir neçə diskursda baxıla bilər. Bunlardan biri posmodernist diskursdur.

Multikulturalizmin ideoloji və siyasi kontekstləri multikulturalizmə bir hadisə kimi həm müsbət, həm mənfi münasibəti özündə birləşdirir.

Multikulturalizmə mənfi münasibət, 60-ci illərin ortalarından multikulturalizm ideologiyası qarşısında geriləyən, onun dominanta olaraq etnomilli əsas və müxtəlif mühacir qruplardan ibarət “əritmə qazanı” kimi anlaşılmasılmasından irəli gəlir. “…Etnik qrupların nümayəndələri ümumi əhval-ruhiyyəyə və ölkənin dəyərlərinə uyğundurlarsa yad görsənmirlər”, yəni kontekstin çərçivəsindən çıxmayaraq, müəyyən əsas sosial zəmində etnokulturoloji fərqlər möhkəmləndirilir. (bu görüntünü Neysbitin “Meqatrendlər” əsərində Amerika cəmiyyətinin timsalında izləmək olar).

Bu münasibət multikulturalistin açıq-aşkar irqçi kimi xarakterizə olunmamasında da özünü göstərir, belə ki, “multikulturalistin Başqasının özəlliyinə hörməti özünün üstünlüyünü təsdiq etmə formasıdır”.

“Postmodernizm” dövri mətbuatın humanitar istiqamətlərində ən çox işlədilən termindir. Hal-hazırda postmodernizm fenomeni fəlsəfi maraqların mərkəzindədir, çünki müasir mədəniyyətə səciyyəvi olan mücərrəd mühakimə növünü ifadə edir.

Miltikulturalizm layihəsi, yaşama hüququ olan və özünə hörmət tələb edən, bir çox mədəniyyətli qlobal birliyin yaranmasını nəzərdə tutan postmodern proqramının tərkib hissəsi hesab edilir. Bu fikrin özünəməxsus təfsiri multikulturalizm konsepsiyasının özülü olan sinqulyarlıqlar nəzəriyyəsinin əsasını təşkil edir.

Hakim intellektual paradiqmanın əvəzlənməsi, mədəni kodların və dəyərlər sisteminin dəyişməsi ilə səciyyələnən bir mədəni kontekstdən digər kontekstə keçmək deməkdir.

Bu nöqteyi-nəzərdən postmodernin səciyyəvi xüsusiyyəti kimi çıxış edən Nitşenin “dəyərlərin yenidən qiymətləndirilməsi” və ya dəyərlərə təkrar baxılması prinsipi aktuallaşır. Onu həm də “postmodernizmin dəyərlər sindromu” adlandırırlar. Bu transformasiya mədəni, dini normaların, makro və mikro, başqa sözlə şəxsi və ictimai səviyyədə dünyagörüşlərin dəyişməsi ilə ifadə olunur.

Dəyər transformasiyası kontekstində cəhdlər dəyər plüralizmi ilə şərtlənən cəmiyyətin çox mədəniyyətlilik anlayışına əsaslanan yeni mədəniyyətin qurulmasına yönəldilmişdir.

Bugünkü sosio-mədəni şəraiti mədəniyyətin “klassik” modelinin və yüksək nümunələrin aradan qaldırılması kimi səciyyələndirmək olar.

Çox yayılmış iddialardan biri, multikulturalizmin postmodernin mədəni vəziyyətini əks etdirməsidir. Hər şeydən əvvəl, əsas arqument, modern üçün xarakterik olan ümumi məxrəcə gətirmədən imtinadır və multikulturalizmin mədəniyyət modelinin inkişafın mərkəzləşmiş vektorunun aradan qaldırılmasını, fərqli mədəniyyət formalarının deiyerarxizasiyası və qanuniləşdirilməsini nəzərdə tutmasıdır. Bütövlükdə, demək olar ki, multikulturalizm postmodernin dəyər istiqamətləri ilə həmahəngdir.

Multikulturalist diskursunun postmodernist formasını Eynilik ritorikasının yerini alan difference ritorikası  ifadə edir və bunun başlıca əhəmiyyəti Derrida və Delyoz tərəfindən qeyd edilirdi.

Multikulturalizmin bügünkü vəziyyəti dialoqu nəzərdə tutur, multikulturalizm özü isə qarşılıqlı əlaqənin yeni fəlsəfəsi kimi qiymətləndirilir.

Martin Buberdən tutmuş Mixail Baxtinə qədər “dialogizm” ideyaları, “dialoq fəlsəfəsi” əsasında yaranan Emmanuel Levinasın “başqalıq” konsepsiyası bu baxışın əsası ola bilər.

Etnik, milli mədəniyyətin, alt mədəniyyətlərin polifoniyası müxtəlif  yaranma xassəsinə, müxtəlif təşkilat və fəaliyyət üsullarına görə yeni mədəni kontekstdə leqitimləşir. Mədəni plüralizm siyasəti etno-linqvistik və etno-dini qrupların arasındakı “dialoq”un təşviqində və həm də təbiətcə etnik mənsubiyyətdən üstün olan ümumi kommunikasiya məkanının formalaşmasında görünür.

Bu zəmində, “fərqli mədəni mövqenin və bəlkə də müxalifətin “real, natamam problem, “yad  həqiqət” kimi anlaşılması və buna görə də özünün “doğma” həqiqətinin açıq, tamamlanmamış kimi başa düşülməsi” ön plana çıxır.

Plüralist cəmiyyətin kommunikativ mədəniyyətinin nailiyyəti dialoq, dəyər konsensusların qurulması ilə şəxsi normativlik hüdudlarının aşılmasında görülür.

Meynstrim mədəniyyətinin hakimliyinə yönəlmə təbii hal kimi ambivalentliyin və fərqlərin mövcudluğunun qəbul edilməsinin posmodernist mühakiməsi ilə, yəni yanaşma tolerantlığı ilə aradan götürülür.

Postmoderndə fərqlilik amilinin daima vurğulanması eyni təsnifat cədvəlinin mədəniyyət formaları üçün istifadəsini və ortaq məxrəcə gətirilmələrini istisna edir.

Bunu substantiv mənbəyə yaxın çoxluğun mütəşəkkil determinliyin həm çoxluğunu həm də vəhdətini təşkil edən postmodern mədəniyyətinin rizomatikliyi ilə bağlayırlar. Multikulturalizm isə plüralistik cəmiyyətin içində ictimai tolerantlığa yönəlimli dünya görüşü mövqeyidir.

“Özgə”ni sadəcə “başqa”sına çevirən multikulturalizm konteksti hər bir mədəni vahidin ictimai yaşama mühitinin mental sərhədlərinə hörməti nəzərdə tutur.

Multikulturalizmin postmodernin fəlsəfi əsaslarla həmahəngliyi ön plana çəkilən subyektdə (dividdə) ifadə olunur. Divid üçün kimlik, dəyər üstünlüklərinin seçimi problemləri həlledicidir.

Postmodern dövrü multikulturalizmin məna yükünü, onu yalnız etnik müxtəlifliklə deyil, həm də müxtəlif həyat tərzləri, istiqamət və mədəni təmayüllərin müxtəlifliyi ilə zənginləşdirərək genişləndirilir.

Bu anlayış bir-birindən fərqli, lakin cəmiyyətin dəyər əsasları ilə bağlı olan ictimai formaların qarşılıqlı əlaqəsinin həyata keçdiyi cəmiyyətin mental sərhədlərinin mövcudluğunu nəzərdə tutur.

Beləliklə, multikulturalizmin postmodern ilə əlaqələndirilməsi onun, demək olar ki, dəyər istiqamətləri ilə həmahəng olan və bütövlükdə, onun mentallığını səciyyələndirən postmodernin plüralistik görüşünə uyğun gəlir.

Çifu Yulian – Siyasi və inzibati elmlər üzrə Buxarest məktəbi  (Rumıniya)

XXI əsrdə post-maddi cəmiyyət və ənənəvi dini dəyərlər

Xanımlar və cənablar! Xoş gördük!

Mən belə bir forumun təşkilinə görə sizə öz minnətdarlığımı bildirirəm. Geosiyasətə cavab verən milli layihənin təqdimatının dərk olunmasından sonra biz fərqlərlə üzləşirik. Biz həmçinin eşitmişik ki, immiqrantlar dünyada ən çətin problem, məsələ deyil. Mən postmodernizmdə multikulturalizm haqqında sonda çıxış edən natiqi dəstəkləyirəm. İndi isə mən sizə multikulturalizmin bəzi real cəhətlərindən danışmaq istəyirəm. Əsas məqamı qeyd etmək istəyirəm ki, modernləşmə və qloballaşma ilə bağlı dəyişikliklər şəxsin fərdi və qrup identifikasiyasında tanınmasına səbəb olur. Dini və mədəni fon, humanitar inanclar arasında böyük dini anlamadan irəli gələn dəyərlər axtarışındayıq. Elmi əhəmiyyətə görə dini və dözümlük formasında qrup eyniliyi ənənəsi qəbul olunmalıdır.

Beləliklə, multikulturalizm bütün bu problemləri həll etməlidir. Multikulturalizm üzrə bir sıra elmi tədqiqatlar bəzi multikultural şərhləri ortaya qoyur. Hal-hazırda postmodernizmdə bizim tərk etdiyimiz bəzi ənənələri görürük. Bunlardan biri immiqrasiyadır. Biz birinci nəslin yox, ikinci və üçüncü nəslin qəbul edilməsindən danışırıq. Biz radikalizmin bu formasını Almaniya, Fransa, Birləşmiş Ştatlarda görə bilirik. İkinci və üçüncü nəsil tərəfindən irəli sürülən faktları istisna etsək, ikinci ənənə uyğunlaşma ənənəsidir. Eyni zamanda radikal dinlərə uyğunlaşma inanclara təəssüf formasıdır. Həmçinin bu apokaliptik, aqnostik və satanik inanclardan irəli gələn dinlərin yeni formasıdır. Bəzi belə qruplar qərbdə radikallaşır. Bu proses tamamilə cəmiyyətdən başlayır. Biz yerli vətəndaşlar haqqında danışırıq. Biz buna nəinki qərbdə, həmçinin Rusiyada da rast gələ bilərik, məsələn, Domodedovoda. Bu getdikcə daha geniş vüsət alır, islamın radikal formasına uyğunlaşma Krasnodar ərazisində, Stavropolda və s. yerlərdə baş verir. Bu hərbiləşmiş Qərbdə, Əfqanıstanda, İraqda baş verir. Onlardan bəziləri terror aktlarını ehtiva edir, onlara ABŞ və Avropanın mərkəzində güclü müdafiə olunan hərbi obyektlər şəklini verir. Fərdin fərdi qrup eyniliyinə ehtiyacı var. Biz radikal islamın digər alternativ həllini tapmalı yaxud onu anlamalıyıq.

Gülçöhrə Seyidova – Rusiya. Dağıstan Dövlət Universiteti

Bu günün reallıqlarında multikulturalizm ideyaları: müsbət və mənfi cəhətlər

Mədəni eyniyyət axtarışları və onun qorunub saxlanması cəhdləri inkişafın xüsusi mədəni strategiyaları cərgəsində əvvəllər formalaşmış konsepsiyalara yenidən baxmaq zərurəti yaradır. XX əsrin sonu – XXI əsrin başlanğıcı dünya ictimaiyyətinin qloballaşma problemlərinə xüsusi marağı ilə səciyyələnir ki, bunun da nəticəsində bu və ya digər ölkələrin milli həyatının bir çox aspektləri ümumdünya kontekstində nəzərdən keçirilir. Dini intibahla əlaqədar, mənəviyyatın dünyəvi, yaxud digər formalarının təcrübəsilə bağlı ümidlər artıq bir xəyal kimi görünür.  Müasir sivilizasiya dünyadan sanki nəhəng bir dalğa kimi keçmiş millətçiliyin artmasıyla  şərtlənən bir sıra ciddi problemlərlə üzləşib.  Bu o deməktir ki, Qərbdə start götürmüş multikulturalizm siyasəti mədəni siyasətinin universal modeli qismində ümidləri doğrultmadı. Multikulturalizm çoxsaylı mədəri birliklərin bir sosial məkanda heç bir münaqişəyə yol verilmədən, dinc yanaşı yaşamaq nəzəriyəsini və praktikasını birləşlirir. Bu modeldə fərdi qrup fərqləri siyasətindən digər mədəniyyətlər cəmiyyətində birgə mövcudluq hüquqlarının tanınması siyasətinə keçid həyata keçirilib. Multikulturalizmlə bağlı əsas dilemma birgəyaşayış praktikalarının çoxluğu haqqında müddəanın nə qədər doğru olmasında deyil, birliyin əsasında duran fərqlərin nə qədər dərin olmasındadır. ABŞ-da işlənib hazırlanmış «əridici qazan» deyilən nəzəriyyə və praktika uzun büddət oxşar məsələnin həlli nümunəsi sayılırdı. Digər bir dövlətdə, lap bu yaxınlara qədər firavan bir ölkə kimi tanınan Fransanın cənubundakı nizamsızlıq göstərdi ki, yalnız Qərb mədəni dəyərlərinin və rasionallığının əsasında qurulan və ümumi qəbul olunmuş dünya miqyaslı standart və dəyər kimi nəzərdən keçirilən Avropa cəmiyyətinin sosiomədəni həyatının bürokratlaşması da da özünü doğrultmayıb. Lakin zaman göstərdi ki, “titullu” millətdən dil, din və mədəniyyət baxımından fərqlənən icmaların qatıldığı cəmiyyətlər «əriməyə» heç də can atmayan və etnomarginal adlanan dayanıqlı etnoqam icmaların yaranmasına gətirib çıxartdı. Bu icmaların üzvləri öz mədəniyyətlərinin təsdiqinə can atmalarını nümayiş etdirirlər, baxmayaraq ki, digər məsələlərdə  milli dövlətin tələblərinə uyğunlaşırlar. Belə ki, “bir ölkə – bir xalq” siyasəti özünün qeyri-perspektivliyini üzə çıxartdı. Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, Avropa cəmiyyətinin yalnız Qərb mədəni dəyərlərinə və rasionallığına əsaslanan sosiomədəni həyatının bürokratlaşdırılması, mümkün ola bilən tanınmış standart və dünya miqyaslı dəyər kimi özünü doğrultmadı. Hər hansı bir cəmiyyətlərdə mövcud olan, sosial quruma inteqrasiya etməyən, aşağıstatuslu, fərdlərin və ya qrupların  birgə yaşayışı mədəniyyətin marginallığına gətirib çıxara bilməzdi. Eyni zamanda iki və daha çox mədən dünyaya məxsus olmaq və fərdin şüurunda dünyanın bir neçə mənzərə qrupunun birgə mövcudluğu lap əvvəldən özündə nifaq toxumu daşıyır ki, bu da artan sosial gərginlik təhlükəsi yaradır. Nə qədər arzulansa da, həyati təcrübələrin bütün iştirakçılarının imkan bərabərliyinə nail olmaq mümkün deyil, lakin fərdlərin və vahid sosial məkan təşkil edən sosial qrupların tarixindəki, dinindəki, həyat tərzindəki fərqlərə qiqqət yetirmək zəruridir. Multikulturalizm nöqteyi-nəzərindən tarixə baxış, xüsusən də son hadisələrin işığında yüksək rifahlı Avropa ölkələrinin görünüşü birbaşa deməyə məcbur edir ki, dünya inkişafının artan xətt üzrə mütərəqqi anlamına yönəlmiş qloballaşma nəzəriyyəsinin köklü düzəlişlərə və hətta, ola bilsin ki, yenidən baxılmağa ehtiyacı var. Mədəniyyətlərin qərb və belə demək mümkünsə, şərq mədəniyyətləri də daxil olamaqla digər bütün mədəniyyətlərə  bölünməsi, qərb həyat tərzli ilə qərb mədəniyyətlərinin digərlərinə son bir neçə əsrdə müşahidə edilən dominant təsiri, belə görünür ki, tam əsaslı deyil. Multikulturalizm konsepsiyasında əsas mədəniyyəti gündəlik davranış faktlarında müəyyən edən mədəni fərqlərin mövcudluğu nəzərdə tutulur. Təcrübə isə göstərir ki, mədəniyyətin onun daşıyıcıları tərəfindən qavrayışı kənardan mühakimə yürüdən müşahidəçilərin qiymətləndirməsindən fərqlənir. Qloballaşma mədəni müxtəlifliyin etirafına, mədəniyyətlərin rəngarəngliyinə gətirib çıxarır ki, bu da idealda heç də pis deyil. Lakin, bu zaman mədəniyyətlərin qarşılıqlı təsirinin konkret təhlilinə və onların hər birinin qorunub-saxlanmasına artan tələbat hiss olunur. Mədəniyyətlərin intibahı problemi, xeyli dərəcədə hazırkı keçid dövründə məhz Rusiya cəmiyyətinin dəyər orientasiyasının istiqamətlərini təyin edən həmin o mədəniyyətin qorunub-saxlanılmasına həqiqətən möhtac olan tarixi-mədəni irsin rolu məsələsi ilə bağlıdır. Xoşbəxtlikdən, Rusiya çox uduşlu vəziyyətdədir, çünki onun böyük ərazisində çoxlu özünəməxsus mədəniyyətlər lokallaşıb. Bu mədəniyyətlərin mənbəyi qədim dövrlərə gedib çıxır. Əgər həmin irsə qayğıkeş münasıbət göstərilsə, onda demək olar ki, Rusiyanın bu maneəni dəf etmək və vəziyyətdən lazımi şəkildə çıxmaq imkanı var. Mən düşünürəm ki, Azərbaycan dövlətində də bu planda pozitiv təcrübə toplanmışdır.  Belə ki, digər dövlətlərdə toplanan bu cür müsbət təcrübələri nəzərə almadan, yalnız qərbdə cəmlənən təcrübəyə istinad etmək yəqin ki, alınmaz. Bax, əgər bütün bu məsələlərə lazımi qaydada baxılsa, o zaman güman etmək olar ki, dünya birliyinin bu vəziyyətdən az və ya çox dərəcədə ləyaqətlə çıxmasına ümid yeri qalır.

Könül Bünyadzadə – fəlsəfə elmləri doktorU

Kütləvi mədəniyyət səviyyəsində multikulturalizm kontekstində mədəniyyətin identikliyi və relyativliyi

Yeni əsrə aid bir termin kimi multikulturalizm də özü ilə bərabər yeni baxış bucağı gətirmiş oldu. Hər şeydən əvvəl, qeyd edək ki, multikulturalizmə münasibət heç də birmənalı deyil. Bir tərəfdən o, tolerantlığın bir nümunəsi kimi qəbul edilir. Bir sıra tədqiqatçılar isə öz araşdırmaları nəticəsində belə qərara qəliblər ki, o, yüksək inkişaf etmiş ölkələrdə mümkündür. Multikulturalizmin mahiyyətini daha aydın göstərmək üçün onun daha çox xas olduğu bir ölkə kimi, əsasən, Kanadanı nümunə göstərərək, onu bütün mədəniyyətləri vahid bir axına salmaq üçün “əridən qazan”a malik Amerika ilə qarşılaşdırırlar.

Xalqlar arasında konfliktləri güc və sanksiyalar tətbiq etmədən həll etmək üçün 1995-ci ildə YUNESKO tərəfindən tolerantlıq prinsipi deklarasiyası kimi qəbul edildi. Multikulturalizmin də funksiyalarından biri məhz “mədəniyyət” problemini ön plana çıxartmaqla müasir cəmiyyətin struktur probleminə göz yummaqdır. Maraqlıdır ki, mədəniyyət probleminin ön plana çıxarılmasını struktur problemlərinin dəyişdirilməsi kimi başa düşən xarici mütəxəssislərin fikrinə görə multikulturalizmin tərəfdarları ya sosial gerçəkliyi romantikləşdirmə və mənəviyyat yolunu, ya da “postmodernizmə” xarakterik olan analitik ciddiyyətdən imtina yolunu seçirlər.

Multimədəni, yaxud mədəni pluralist bir cəmiyyətdə hər şeydən əvvəl aparıcı hakim bir mədəniyyət yoxdur və burada “mədəniyyət” anlamı “etnos” anlamı ilə əlaqələndirilmir. Burada “özünün” və “özgənin” mədəniyyəti deyə anlamlar da itir. Eyni zamanda, bu, etnik müxtəliflikdən, mədəni rəngarənglikdən daha çox, həyat tərzlərinin, mədəni cərəyanların, meyllərin müxtəlifliyidir. Vacib faktlardan biri isə, bu mədəni plüralizmin əsas ideyası ayrı-ayrı identik mədəniyyətlərin paralel şəkildə mövcudluğu deyil, qarşılıqlı əlaqədə olması, bir-birinə təsir göstərməsi və transformasiyasıdır. Bu baxımdan, söhbət hər hansı mədəniyyətlər, hətta etnoslararası dialoqdan gedə bilməz, etnikliyin fövqündə duran bir cəmiyyətin – vahid bir cəmiyyətin formalaşdırılmasından gedə bilər.

Bununla belə, müəyyənləşmiş, aydın şəkildə strukturlaşmış dinamik bir formanın yerinə fərqli bir forma gəlir ki, tanınmış müəlliflər olan Delyoz və Quattari onu “rizoma” termini kimi xarakterizə edirlər. “Rizoma – çoxluğun nizamsız yaranışı, əsas istiqaməti olmayan, növbəti mərhələsi proqnozlaşdırıla bilməyən bir hərəkətdir”. “Özünün – yad” anlamlarının fərqli sözlərlə ifadəsi olan “mərkəz – kənar” qarşıdurmasını aradan qaldıran rizoma ideyası həm də ona işarə edir ki, mərkəzin özü struktursuzlaşır və müəyyən mənada bu mərkəz həm sistemin daxilində, həm də kənarındadır.

Deyilənləri nəzərə alsaq, multikulturalizmə olan mənfi münasibətləri, neqativ mövqeyi anlamaq çətin deyil. Məsələ ilə bağlı biz də bir neçə fakt söyləyək.

Düzdür, bəzi tədqiqatçılar vurğulayırlar ki, multikulturalizm yüksək inkişaf etmiş ölkələrə xasdır. Bununla belə, müəyyən tədqiqat göstərir ki, əksinə belə ölkələrdə mültikulturalizm heç də uğur qazanmayıb. Belə ki, məlumatların birində deyilir ki, Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələrin başçıları – Merkel, Sarkozi və Kameron bildiriblər ki, onların ölkələrində multikul­turalizm tənəzzülə uğramışdır və multikulturalizm milli identikliyin zəifləməsinə gətirib çıxarmışdır.

Maraqlıdır ki, Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkin məsələyə daha elmi yanaşaraq, bunu azlığın çoxluq üzərində üstünlük qazanması kimi dəyərləndirir və bildirir ki, “multikulturalizm şəxsiyyəti nəinki öz identikləşmiş qrupunun əsirinə çevirir, həm də faktiki olaraq azlığı əldə etdikləri hüquq müqabilində çoxluğun üzərində qoyur. Bu isə münaqişənin çox ciddi faktorlarından biridir!” Ən əhəmiyyətlisi isə Zorkin multikulturalizmi “vahid olanı, yüzillər boyu qurulmuş milli dövlətin hüquq sferasını parçalayır ki, buradan da neqativ nəticələr çıxır” deyə xarakterizə etmişdir. Məsələyə daha çox siyasi mövqedən qiymət verən, hörmətlə yanaşan, ictimai siyasi xadim, siyasi elmlər doktoru “Böyük Rusiya” partiyasının sədri Andrey Savelyev multikulturalizmi “dövlətin altına qoyulmuş  saatlı partlayıcı” adlandırır.

Belə məlum olur ki, alman, fransız və ingilis xalqlarının milli şüuru iqtisadi, siyasi sahə ilə yanaşı, mədəni identikliyi də elə bir səviyyədədir ki, başqa mədəniyyətləri özləri ilə ya eyni sıraya qoya bilmir, ya da qoymaq istəmirlər. “Milli ruh” “özününkünü” “yad”la eyniləşdirə bilmir. Hər nə qədər qloballaşmanın önündə getsələr də, onlar öz alman və ya fransız ruhunu unutmurlar. Çünki məhz bu, onlara öndə durmaq, istənilən güclü axına qoşulmaq, hətta onu istiqamətləndirmək imkanı verir.

İkincisi, demokratiyanın beşiyi olan Amerika niyə mədəniyyətləri “əridən qazanı”nda da eyni tolerantlığı göstərmir? Amerikanın gələcəyi, proqressiv ideyaları barədə yazan Emersonun əsərlərini şərh edən və Amerikanı Avropa ilə müqayisə edən Uitmen deyir: “…Amerikanın məqsədi ilk dəfə dün­ya tarixində, Yerin nəhəng və müxtəlif məkanlarında – qərbdə, şərq­də, şimalda, cənubda – böyük, çoxqəbiləli həqiqi Xalq ya­rat­maq­dır. Bu ada layiq, qəhrəman şəxsiyyətlərdən, qadın və kişilər­dən iba­rət Xalq – bax, Amerika bunun naminə yaşayır”. Vahid xalq yaratmaq istəyən bir dövlət təbii ki, daha sabit qalmaq üçün “əridən qazan”dan imtina edə bilməz.

Nəhayət, məsələnin digər bir tərəfi bütün deyilənlərin kütləvi mədəniyyət səviyyəsində ifadəsidir. Hər şeydən əvvəl xatırladaq ki, kütləvi mədəniyyət XX əsrin ortalarından, yəni kütləvi informasiya vasitələri bütün sosial təbəqələr arasında yayılmaq imkanı qazanandan sonra ortaya çıxmışdır. Maraqlı bir faktı da qeyd edək ki, hələ XX əsrin əvvəllərində sovet hakimiyyəti qurulanda yüksək mədəniyyəti xalqın səviyyəsinə endirmək məqsədi ilə alman marksist Roza Lüksemburqun “İncəsənət xalq üçün anlaşıqlı olmalıdır” fikrini əsas götürmüşdülər. Lakin sonradan aydın oldu ki, əslində Lüksemburq “Xalq incəsənəti anlamalıdır” demişdir. Əgər birincidə incəsənətin, ümumiyyətlə mədəniyyətin primitivləşməsindən söz gedirsə, ikinci halda söhbət xalqın ümumi intellektual və mədəni səviyyəsinin yüksəlməsindən gedir. Bəs kütləvi mədəniyyət bu gün nəyə xidmət edir? Məlum olduğu kimi, kütləvi mədəniyyət elit və xalq mədəniyyətinə nisbətdə daha az bədii dəyərə sahib olsa da, daha geniş auditoriyaya malikdir. Daha çox əhalinin gündəlik həvəsləri üçün nəzərdə tutulan kütləvi mədəniyyət təbii ki, yüksək mədəniyyətlə müqayisə edilə bilməz. Yüksək və milli mədəniyyət xalq və ya etnos tərəfindən deyil, cəmiyyətin savadlı və intellektual təbəqəsi – yazıçı, rəssam, filosof, alimlər tərəfindən yaradılır. Başqa sözlə desək, milli nüvəni formalaşdıran və qoruyan da məhz bu intellektual şəxsiyyətlər, ziyalı təbəqəsidir. Təsadüfi deyil ki, ilk vaxtlar yalnız yüksək təfəkkürlər və zövqlər üçün nəzərdə tutulmuş mədəniyyətin yüksək səviyyəsi, mütəxəssislərin də bildirdiyi kimi, yalnız 50 ildən sonra qeyri-mütəxəssislər aşağı təbəqə üçün anlaşılır.

Müasir dövrdə informasiya ötürücülərinin artması həm də kütləvi mədəniyyətin daha geniş miqyas kəsb etməsi deməkdir. Kütləvi mədəniyyət daha çox populyar, primitiv, eyni zamanda, xüsusi dəyər kəsb etməyən keyfiyyətlərin tərənnümüdür və bu səbəbdən onların hər gün dəyişməsi, itirilməsi az qala bir zərurətə çevrilir. Yəni kütləvi mədəniyyətdə bir nihilist ruh hakim olmaqdadır. İnsanın mənəviyyatsızlaşmasına istiqamətlənmiş və hansısa xarici qüvvələr tərəfindən məqsədyönlü şəkildə idarə olunan verilişlərin, filmlərin, musiqilərin yayılmasına xidmət edən kütləvi mədəniyyət o dərəcədə geniş miqyas almışdır ki, kəmiyyət keyfiyyəti üstələməkdədir, yəni kütləvi mədəniyyət artıq xalq, hətta elit mədəniyyət kimi təqdim olunmaqdadır. Bunun qorxulu tərəfi məhz ondadır ki, kütləvi mədəniyyət bütün məkanı doldurmaqla bir tərəfdən yüksək mədəniyyətin xalqa açılan yolunu kəsir, digər tərəfdən, daha geniş auditoriyanı əhatə etməklə və bir növ yeganə mədəniyyət növü kimi qalmaqla xalqın təfəkkürünün, ümumiyyətlə mənəvi dünyasının istiqamətvericisi kimi çıxış edir.

Deyilənlər ilk baxışda çox ziddiyyətli görünə bilər. Lakin məsələyə bir neçə kiçik şərhlə aydınlıq gətirək. Bəli, multikulturalizm üçün siyasi və iqtisadi yüksəliş azdır, mənəvi inkişaf lazımdır. Elə bir inkişaf ki, özünü dərk etmiş “milli mən” başqalarından qorxmur və onları tanıya-tanıya, özü ilə müqayisə edə-edə özünün müsbət keyfiyyətlərini kəşf edir. Belə dialoq da hər kəsə yüksək tolerantlıq nümunəsi ola bilir. Bu mənada Azərbaycanı nümunə göstərmək olar. Muğamını dünyaya tanıdan Azərbaycan özü də musiqi festivallarına ev sahibliyi edə bilir. Təsadüfi deyil ki, tədqiqatçılar multikulturalizmi səslərin polifoniyası da adlandırırlar. Bu gün dünya vətəndaşına çevrilmiş, eyni zamanda öz şəxsiyyətini də qoruyub saxlayan Cəlaləddin Ruminin məlum tezisini bura tətbiq edərək demək olar ki, Azərbaycan “bir pərgar kimidir, bir ayağı milliliyinə, dərin köklərinə bağlı, digər ayağı ilə yetmiş iki milləti dolaşır”. Göründüyü kimi, burada iki əsas nöqtə vurğulandı – identiklik və multikulturalizm. Bir ayaq yerdə nə qədər möhkəm dursa, çevrə də o qədər aydın və düzgün çəkilər. 

Ağacan Əbiyev – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru 

Əziz dostlar, doğrudan da iki gündür çıxışlara qulaq asıram, və görürəm ki, onlar nə qədər maraqlı, insanlar və bəşəriyyət üçün nə qədər əhəmiyyətlidir. Mən 5-6 dəqiqə ərzində çıxış edərək bir neçə söz demək və mədəniyyətin, mədəni dəyərlərin təbiətindən bəhs etmək istərdim. Allah bizi yaratdığı kimi, bizimlə birlikdə qidanı, suyu və havanı – bir sözlə, dünyada yaşayan canlı varlıqlar üçün hər şeyi yaradıb. Lakin şüurlu varlıq olan insan üçün O haqqında artıq ikinci gündür bəhs etdiyimiz daha bir qidanı yaradıb. Bu mədəni qida, mədəni dəyərlərdir. Bəlkə də insan elə məhz bu qidanı qəbul etdiyinə görə insan olub. Necə? Biz necə yediyimizi, su içdiyimizi, hava ilə nəfəs aldığımızı və bunun orqanizmimizə necə təsir etdiyinə bilirik. Bəs əgər mədəniyyət qidadırsa, bizim orqanizmimizə necə təsir edir. Məsələ bundadır ki, bizim bildiyimiz bütün mədəni dəyərlər – musiqi, incəsənət, rəsm əsərləri, teatr, kino, arxitekturadır. Demək olar ki, onların hamısı harmonika xüsusiyyətə malikdir, yəni əgər musiqiyə nəzər salsaq, o, musiqidəki spektrlərin cəmi, tezliklər, harmoniyadır. Gözümüzlə qəbul etdiyimiz əsərlər –rəsmlər, rənglər – də müəyyən tezliyə, harmoniyaya malikdir. Deməli, beynimiz mədəni dəyərləri qulaq, göz və məhz tezlik spektrləri vasitəsilə qəbul edir. Belə çıxır ki, bu halda beynimiz həmin mədəni dəyərlərin spektral analizatoru kimi çalışır. Və bu spektrlar, bu harmoniklər bizim daxili orqanlarımız üçün zəruridir, konkret olaraq, bizim daxili sekresiya orqanlarımıza lazımdır. Çünki əgər insan oyaq vəziyyətdədirsə, onun sistemini tamamilə şüur tənzimləyir, tənzimləyici sistem olmadıqda insan demək olar ki, xəstə olur, ona bəzən hətta dərman da kömək etmir, ancaq mədəni dəyərlər –  yaxşı musiqi, gözəl rəsm əsəri kömək edir və demək istərdim ki, bu milli mənsubiyyətdən asılı deyil. Əgər istənilən millətdən olan insan Parisə gəlib muzeydə orta əsrlərə aid – hansı əsrə aid olması önəmli deyil – gözəl bir rəsmə baxırsa, axı heç kim bu insanın millətini soruşmur, ancaq bu insan rəsmi mədəni dəyər kimi qəbul edir və ya filarmoniyada yaxud da teatrda musiqini dinləyir. Yəni musiqinin, təsviri incəsənətin milli mənsubiyyəti olmur. Onlar ümumbəşəridir, insan, bəşəriyyət üçündür. Çünki onların hamısı vahid təbiətə, harmonik təbiətə malikdir. Ona görə də milliyyət soruşulmur, çünki Allahın vahid proqram üzrə yaratdığı insan beyni insanın qəbul edə biləcəyi istənilən mədəni dəyərin mütləq spektral analizatorudur.

Digər tərəfdən əgər insan xüsusilə baxmaq, belə demək mümkünsə, mədəni dəyərlərdən yararlanaraq yüksəlmək istəyirsə, bu ayrı məsələdir və ya bir də görürsən ki, liftdə qalxanda gözəl bir musiqi çalınır və bu musiqini dinləyirsən. Bu ona bənzəyir ki, nəfəs alıb, almayacağımızı soruşaq. Mədəni dəyərlər də bu cür bizdən soruşmadan bizə nüfuz edir, daxil olur. Hesab edirəm ki, bu mənada hər bir xalq, millət ilk növbədə, öz milli mədəniyyətini qoruyub inkişaf etdirməli, yeniləməlidir. Ancaq bununla bərabər, paralel olaraq başqa xalqların mədəniyyətini də özünə gətirməlidir. Hər hansı millətdə, ölkədə mədəni dəyərlər nə qədər çox olsa, bu yalnız həmin millətin, bu ölkədə yaşayan insanın xeyrinədir, Ona görə də hesab edirəm ki, bu gün multikulturalizmdən bu aspektdə danışırıqsa, bunların tam vaxtıdır, mədəniyyətin həqiqətən də bütün evlərə, bütün millətlərə, ölkələrə nüfuz etməsi, daxil olması üçün bu istiqaməti daha da inkişaf etdirmək lazımdır.

 

İlham Məmmədzadə – fəlsəfə elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru

       Multikulturalizm: qloballaşma dövrünün çağırışı kimi

Son zamanlar KİV-də çox geniş istifadə edilən multikulturalizm anlayışı bir sıra elmi tədqiqatlar üçün əsas sayılır. Prinsip etibarilə, bu həm nəzəriyyə, həm praktika, həm tarix və nəhayət, həm də siyasətdir. Bu anlayışın mahiyyəti bir tərəfdən, müxtəliif eyniliklərin konkret milli eyniliyin quruluşunda açılır. Yəni milli mədəniyyət həmişə tarixi nəticədir. İstənilən müxtəlif mədəniyyətin məcmusu kimidir. Diğər tərəfdən isə, müasir dünya multikulturaldır, yəni onu bir mədəniyyətə aid etmək olmaz. Qloballaşma şəraitində bu anlayışın aktuallığı elə bir yüksək həddə çatır ki, indi dünya qarşısında artıq belə bir dilemma mövcuddur: multikulturalizm, yaxud arxaikləşdirmə və mədəniyyətlərin toqquşması (S. Xantinqton).

Aydındır ki, anlayışın aktuallığı onun tədqiqatının zəruriliyini şərtləndirir. Azərbaycanda multikulturalizm problemləri filosofların, mədəniyyətşünasların, politoloqların və digərlərinin diqqət mərkəzindədir. Multikulturalizm problematikasının aktuallığı anlayışı bizim üçün müəyyən dərəcədə onunla izah olunur ki, biz onun dövlətlərarası münasibətlərdə kəskiliyi ilə hələ 80-ci illərin sonlarında rastlaşmışdıq. O vaxtki Sovet İttifaqında yaranmış millətlərarası münaqişələr göstərdi ki, millətlərarası münasibətdə heç də hər şey yaxşı deyil, beynəlmiləlçilik bu problemlərin həlli üçün kifayət etmir. O zaman aydın oldu ki, millətlərarası münasibətlər təkcə şaquli münasibətlərə yönəlmir və ictimai şüur millətlərarası münasibətlərin inkişaf prosesinə öz anlayışını ortaya qoyur.

O vaxtdan biz Azərbaycan Milli Elmlər Akademiyasında problemləri bu və digər dərəcədə araşdırmağa çalışaraq müəyyən təcrübə əldə etdik. Düşünürük ki, bu digər ölkələrdən olan həmkarlarımıza maraqlı olacaq. Belə ki, multikulturalizm və onun milli mədəniyyətin inkişafında rolu, mədəniyyətlərin dialoqu mövzusunda çoxlu məqalələr var.*  Qeyd etmək istərdik ki, bizim filosoflar Rusiya Akademiyası Fəlsəfə İnstitutundan olan həmkarları ilə multikulturalizm məsələlərinin həllinin dərk edilməsi, mədəniyyətlərin qarşılıqlı əlaqəsi və digər mövzularda müntəzəm olaraq birgə tədqiqatlar aparırlar.

Etiraf etmək lazımdır ki, multikulturalizmin tədqiqi birinci növbədə kompleks, inzibati yanaşma tələb edir və məsələ təkcə onda deyil ki, o, siyasi, beynəlxalq iqtisadi hüquqi, etik və digər aspektlərə malikdir. Hər bir mədəniyyət problemi inzibati əhəmiyyət daşıyır.

İkincisi, multikulturalizmə aid hər bir yanaşma müasir dünyada fəlsəfənin üstün məqsədi haqda eyniliyin dərk edilməsi, qiymətləndirməsi, milli eyniliyin olması, bu  eyniliyin dəyişməsinin səbəbi, eyniliyin dərəcəsi və s. kimi məsələlər üzərində yenidən düşünməyə, baş sındırmağa filosofları məcbur edir.

Üçüncüsü, bu sualın araşdırılmasına dair fəlsəfi aspekt böyüməkdə olan nəslin tərbiyəsində digər mədəniyyətlərin nümayəndələrinə hörmətin, digər mədəniyyətlərin xüsusiyyətlərinin dərk olunmasında zərurətin, ideoloji kontekstin aktualliğını ləğv etmir.

Dördüncüsü, multikulturalizm haqqında düşüncələrimizin kontekstində biz qərb fəlsəfəsində multikulturalizm məsələlərinin dərkində çoxlu əlavələr olduğuna diqqət yönəltmək istərdik və bizim bunları dərk etməyimz lazımdır. İlk növbədə söhbət XX əsrin II yarısının fəlsəfəsi haqqında, Y.Xabermas və milli dövlət və modernlə əlaqədar onun diskursu haqqında, həmçinin fransız xalqının təşəkkül tapması, fransız mədəniyyətində digər mədəniyyətlərin əhəmiyyətini əsaslandıran M.Fuko haqqında gedir.* Fransız  və almanların tarixdə yekdil etnos qurumunun bir neçə milli mədəniyyətin formalaşmasına təkan verməsi, XIX əsrin sonlarında Fransa yəhudilərinin Fransa vətəndaşı sayılması çox maraqlıdır. Başqa  sözlə desək, milli eyniliyin təşəkkül problemi bu və ya digər  millətə mənsub olanlarların düşüncəsindəki dəyişiklik prosesini özündə ehtiva edir. Yəni etnos və millət anlayışı fərqlidir, vətəndaşlıq təkcə siyasi-hüquqi anlayış deyil, o özündə mədəni, dini, etnik fərqləri birləşdirir.

Beşinci, qloballaşma prosesi mədəniyyətlərin qarşılıqlı əlaqə proseslərinə yeni çalarlar daxil etdi və eyni zamanda onları kəskinləşdirdi. Y.F.Fukuyamanın sözlərini yada salaq. O belə hesab edirdi ki, demokratiya «tarixin sonuna» gətirib çıxaracaq,  ideoloji qarşıdurmalar dövrü başa çatacaq. Əslində ideoloji qarşıdurmalar, dövlətlərarası münaqişələr bütün dünyanı əhatə etdi. Yeni imperializmdən və yeni millətçilikdən əbəs yerə danışmırlar. Fransızlar ərəb mənşəli fransızlardan, Rusiyada “qafqazlılardan” narazıdırlar, Ermənistan isə nəyin bahasına olursa-olsun, «öz mədəniyyətinin və qanının  təmizliyini» qoruyub saxlamağa cəhd edir.

Altıncı, multikulturalizmin dissiplinar tədqiqatlarının zərurəti iki vacib şəraiti nəzərdə tutur: etnokulturologiya və etnopolitologiyanın  təmin etdiyi  konkret sosioloji tədqiqatlar, statistika lazımdır. Lakin konkret göstəricilər öz növbəsində anlayışların məzmununun tədqiqinə imkan verən fəlsəfi yanaşmanın spesifikliyini şərtləndirir (yeni metafizika). Bu kontekstdə fəlsəfənin germenevtik funksiyalarını yada salmaq yerinə düşərdi. Bu halda müqayisəli təhlil təkcə  əlamətlərin müqayisəsinə yönəlmir. Belə ki, multikulturalizmin digər ölkələrdə  və mədəniyyətlərdə necə qavaranıldığından, reallıq qazanmasından və s.-dən çıxış edərək müqayisə aparmaq vacibdir.

Yeddinci, müasir multikulturalizmin spesifikasını, onun mümkün inkişaf tendensiyasını və qloballaşma şəraitində kütləvi şüura reaksiyasını anlamaq üçün onu yanaşı gedən üç proses kimi təsəvvür etmək lazımdır. Və nəhayət müxtəlif mədəniyyətlərdə müxtəlif tezliklə dini, etnik və fərdilik arasındakı ierarxiya pozulur. Cəmiyyət bu proseslərə yalnız kütləvi şüurda təzyiq göstərə bilər, lakin onları tədqiq etməkdən ötrü müasir ictimai elm, ekspert zəmanəti və idarəedici qərarlar lazımdır.

Səkkizinci, multikulturalizm, əlbəttə ki, mədəniyyətlərin dialoqudur, lakin bu dialoq cəmiyyətin daxilində də, submədəniyyətlər və mədəniyyətlər arasında da gedir. Azərbaycanda digər submədəniyyətləri özündə birləşdirən mədəniyyəti qəbul etmək ənənəsi formalaşıb. Yəqin buna görə də kütləvi şüurda multikulturalizmə münasibət ümumilikdə pozitivdir. Lakin digər cəmiyyətlərin bizə münasibətində müəyyən inamsızlıq mövcuddur. Müasir informasiya texnologiyalarına dərindən yiyələnmək «mozaik şüur» adlanan anlayışı genişləndirir, halbuki universal şeylər getdikcə daha çox arxaikləşir.

Doqquzuncu, sosioloqlar çox vaxt bir insanda bir neçə bənzərliyi müəyyən edirlər: etnik, dini, peşəkar, cinsi və s. Onların hər biri konkret bir məqamda əsas kimi qəbul oluna, sonra isə onu digəri əvəz edə bilər. Bir çox sosioloji tədqiqatlar göstərir ki, diasporlarda etniklik,vətəndaşlıq, dini etniklik, ruhani diaspora anlayışları işlədilir.

Və nəhayət qeyd etmək lazımdır ki, multikulturalizmin həm empirizmə, həm nəzəriyyəyə, həm də fəlsəfəyə ehtiyacı var. Multikulturalizmin fəlsəfəsi mədəniyyətdə, insanların şüurunda rasionallığın təsdiqinə can atmalı, bu anlayışı müxtəlif mədəniyyətlərdə müqayisə edib genişləndirməklə humanizm ideallarını təsdiq etməlidir. Buna görə də fəlsəfə müxtəlif təcrübələrin məlumatlarını özündə birləşdirən metadil kimi çıxış etməlidir.