Forum 2013

III. Elmi innovasiyalar və onların təhsil mühitinə transferi

İşçi bölmələr:
  • Fundamental elmlər sahəsində innovasiyalar
  • Elm və təhsilin inteqrasiyası: təhsilin elmi innovasiyalar əsasında inkişafı
  • Fundamental və ictimai elmlərin inteqrasiya tendensiyaları

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

III. Elmi innovasiyalar və onların təhsil mühitinə transferi

1 noyabr 2013-cü il tarixində Four Seasons hotelinin Rast zalında III Bakı Beynəlxalq Humanitar Forumunun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” mövzusunda Dəyirmi masası keçirilib. Dəyirmi masa Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun ümumi moderatorluğu ilə həyata keçirilib. İclası açan rektor Forumun və Dəyirmi masanın əhəmiyyətindən danışıb. Bilidirib ki, məşhur siyasətçilərin, alimlərin, yaradıcı ziyalıların diqqətini cəlb edərək beynəlxalq humanitar əməkdaşlığın mühüm aspektlərinə dair dialoqun inkişafına sanballı töhfə verən, “XXI əsr: ümidlər, çağırışlar” devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunub. 2011-ci ildə birinci, 2012-ci ildə ikinci Forum keçirilib. Bu Forumlarda tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı Laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri iştirak ediblər. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri aparılmış, beynəlxalq miqyasda həlli zəruri olan aktual problemlər müzakirə edilərək müvafiq qərarlar və Bəyannamələr qəbul edilib. Nəticədə qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla humanitar aspektdə XXI əsrin ümid və çağırışlarının müəyyən edilməsi və bu sahədə sürətli inkişafa nail olunması baxımından çox böyük missiya yerinə yetirilib.

Qeyd etmək lazımdır ki, I Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Dünyanı dəyişdirən müasir texnologiyalar” və II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” adlı Dəyirmi masalar da Bakı Dövlət Universiteti tərəfindən təşkil edilmiş və yüksək səviyyədə həyata keçirilib.

III Bakı Beynəlxalq Humanitar Forumun Bakı Dövlət Universiteti tərəfindən təşkil edilən “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi” mövzusunda bu Dəyirmi masasında 28 ölkədən 74 nümayəndə iştirak edir. Ən çox nümayəndə Rusiya, Ukrayna, İordaniyadandır. O cümlədən Dəyirmi masada Bakı Dövlət Universitetindən 40 nəfər iştiak edib.

Dəyirmi masada Amerika, İngiltərə, Fransa, Almaniya, Kanada, İspaniya, İtaliya, Türkiyə,  Rumıniya, Misir, Küveyt, Macarıstan, Xorvatiya, Polşa, Rusiya, İordaniya, Bolqarıstan, Çexiya, Ukrayna, Qazaxıstan, Estoniya, Latviya, Litva, Türkmənistan, Tacikistan, Delarus, Gürcüstan, Moldovadan nümayəndələr iştirak edir.

Qonaqlar arasında Nobel mükafatı laureatları, universitet rektorları, prorektorlar, kafedra müdirləri, senat sədri və üzvləri, institut direktorları, direktor müavinləri,  akademiklər, professorlar, dosentlər, agentlik sədrləri, şirkət sədrləri, media nümayəndələri, vitse-prezidentlər, meriya üzvləri var.

Sonra Ddəyirmi masa “Fundamental elmlər sahəsində innovasiyalar”, “Elm və təhsilin inteqrasiyası: təhsilin elmi innovasiyalar əsasında inkişafı”, “Fundamental və ictimai elmlərin inteqrasiya tendensiyaları” mövzusunda bölmə iclasları ilə davam edib.

“Fundamental elmlər sahəsində innovasiyalar” mövzusunda birinci bölmə iclasında  Berklidəki Kaliforniya Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Corc Fidcerald Smutun moderatorluğu, Rusiya Elmlər Akademiyasının akademiki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professoru Valeriy Vasilyeviç Lunin və Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Kazımzadə Aydın Həsən oğlunun ko-moderatorluğu ilə Minilliyin Layihəsi Rusiya Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyası İnkişaf problemləri İnstitutunun şöbə müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Nadejda Vasilyevna Qaponenkonun “XXI əsrdə rəqabətqabiliyyətliliyin təmin olunması üçün nanotexnologiya sahəsində fundamental elmlərin innovasiyaları”, BDU-nun Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Mehdiyeva Qalina Yuryevnanın “İKT sahəsində innovasiyalar və onların təhsilin inkişafında rolu”, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden Mamutun “Nanotexnologiya və nanoelmlər proqramlarının universitet təhsil proqramlarına inteqrasiyası”, BDU-nun Üzvi kimya kafedrasının professoru Həsənova Ulviyyə Əliməmməd qızının “Elm və təhsilin inteqrasiyasında elmi innovasiyaların rolu və onların təhsil prosesi ilə qarşılıqlı əlaqəsi”, BDU-nun Mikrobiologiya kafedrasının müdiri, professor Qənbərov Xudaverdi Qənbər oğlunun “Biologiya sahəsində innovaiyalar:  nanobiotexnologiyanın son nailiyyətləri” və  BDU-nun Tarix fakültəsinin dekanı, dosent Rzayev Azad Əhmədağa oğlunun “Elmi innovasiyalar əsasında distant təhsilin inkişafının nəzəri və praktik problemləri” mövzusunda məruzələri dinlənilib.

Məruzəçilər ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, qloballaşan dünyada elmin, təhsilin inkişafı ilə yanaşı nanotexnologiyaların, biotexnologiyanın, İKT-nin və digər innovaiya sahələrinin inkişafı da aktualdır. İndi çox az dövlətlər var ki, elmi innovasiyalara diqqət yetirməsin. Bakıda belə bir tədbirin çox yüksək səviyyədə təşkili bir daha sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərir.

“Elm və təhsilin inteqrasiyası: təhsilin elmi innovasiyalar əsasında inkişafı” mövzusunda ikinci bölmə iclasında Bakı Dövlət Universitetinin rektoru, akademik Məhərrəmov Abel Məmmədəli oğlunun moderatorluğu, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, Rumıniyanın Ovidus Universitetinin professoru Eden Mamut və İngiltərənin Saffolk universitet şəhərciyinin rektoru və rəhbəri, professor Mayk Saksın ko-moderatorluğu ilə Bakı Dövlət Universitetinin rektoru, akademik Məhərrəmov Abel Məmmədəli oğlunun “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi qloballaşma şəraitində cəmiyyətin inkişafının əsas amili kimi”, Moskva Dövlət Humanitar-İqtisadiyyat İnstitutunun rektoru, sosiologiya elmləri doktoru, professor Bayramov Vaqif  Дeyruşeviçin “Elmi innovasiyalar və onların təhsil mühitinə köçürülməsi”,  Polşa Respublikası Parlamentinin üzvü Jan Kazmerçakın “Qiymətləndirmə texnologiyası: təhsil problemləri”,  Ukrayna Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının prezidenti, professor Kovbasyuk Yuriy Vasilyeviçin “Ukraynada dövlət-idarəetmə kadrlarının peşə hazırlığı sistemində elm, təhsil və praktikanın inteqrasiyası”, BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının professoru İsmayılov Çingiz Niyazi oğlunun “Təhsilin müasirləşdirilməsi və yaradıcı düşüncənin inkişaf etdirilməsi ölkənin innovasion gələcəyi kimi”,  İtaliyalı senator, Təhsil və Mədəniyyət Komissiyasının üzvü Stefania Gianininin “Beyin hərəkətdə. Daha yaxşı bir cəmiyyət üçün beynəlxalq əməkdaşlıq və tələbə mobilliyi haqqında”, İngiltərənin Saffolk Universitet şəhərciyinin rektoru və rəhbəri, professor Mayk Saksın “Elmi innovasiyalar və onların təhsil mühitinə köçürülməsi: peşələrarası işçi halı” və BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının professoru Salmanov Vaqif Müseyib oğlunun “Elm və təhsilin inteqrasiyası cəmiyyətin inkişafının əsas amili kimi”  mövzusunda məruzələri dinlənilib. Məruzəçilər qeyd ediblər ki, elmi innovasiyalar və onların təhsil mühitinə köçürülməsi məsələsi qloballaşma şəraitində cəmiyyətin inkişafının əsas amillərindən biridir və onun müzakirə predmeti olması təsadüfi deyildir. Cəmiyyətin yüksəliş meyilləri, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təsərrüfatı və s. elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz. Elmi innovasiyaların sürətlə inkişaf etdiyi bir dövrdə keçirilən bu dəyirmi masa elmi innonasiyaların təhsil mühitinə transferinin əsas istiqamətlərinin müəyyən edilməsi, yaranan problemlərin həlli üçün fikir mübadiləsi və təkliflərin müzakirəsi ilə bağlıdır.  Bu gün Azərbaycanda məhz bu istiqamətləri əhatə edən dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik, bu təbii resursdur, 50 il, 100 ildən sonra tükənə bilər, iqtisadiyyat elm üzərində qurulmalıdır. Bu baxımdan dünya elm və təhsilinə inteqrasiya üzrə Dövlət proqramları qəbul edilmişdir, bir neçə istiqamətdə iş aparılır. Bir neçə gün bundan əvvəl, oktyabrın 24-də dövlətimizin başçısı tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilib.

“Fundamental və ictimai elmlərin inteqrasiya tendensiyaları” mözusunda üçüncü bölmə iclasında Ştutqardakı M.Plank adına bərk cisimlərin tədqiqi İnstitutunun direktoru, Nobel mükafatı laureatı Klaus fon Klitsinqin moderatorluğu,  T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, Ukrayna Milli Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor Leonid Vasilyeviç Quberskiy və Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Əliyeva İradə Nurəddin qızının ko-moderatorluğu ilə Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, dosent Anatoliy Arkadyeviç Lazareviçin “Sosial modernləşmənin müasir modellərində elm və təhsil”,  Köln Universitetinin Tədbiqi Elmlər  professoru, Azərbaycan üzrə Tempus layihəsinin koordinatoru Reza Talebi-Dəryaninin “Bolonya prosesi kontekstində mühəndislik dərəcəsi üzrə təhsil proqramlarının Azərbaycan Universitetlərində tətbiqi”, BDU-nun Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Səlimov Kamil Nazim oğlunun “Fundamental elmlərin hüquq-mühafizə fəaliyyətinə müasir inteqrasiyasının xüsusiyyətləri”,  Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyinin yanında Ç.Ç. Vəlixanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyası və  Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Majitov Səttar Faziloviçin “ XXI əsrdə Qazaxıstanda tarix elminin inkişaf tendensiyaları”,  BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əliyev Əmir İbrahim oğlunun “Qloballaşma şəraitində hüquq elminin inkişafında inteqrasiyanın rolu”,  BDU-nun Nano materialların kimyəvi fizikası kafedrasının dosenti Əhmədov İsmət Süleyman oğlunu “Yeni texnologiyaların yaranmasında ictimai və fundamental elmlərin rolu və inteqrasiyası”, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor İsgəndərov Anar Camal oğlunu “Tarixi tədqiqatlarda riyazi metodların rolu”  mövzusunda məruzələri dinlənilib.

İclasın sonunda yekun müzakirələr keçirilmiş və Forumun Bəyannamə layihəsi müzakirə edilmişdir, Yekun müzakirədə çıxış edənlər, T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Vasilyeviç Quberski, Rusiya Süni İntellekt Assosiasiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun aparıcı elmi işçisi, texniki elmlər doktoru, professor Stefanyuk Vadim Lvoviç və digərləri belə bir mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan dövlətinin başçısına, dəyirmi masanın təşkilinə görə BDU-nun rektoruna və əməkdaşlarına minnətdarlıq etmişlər.  Çıxışlarda bildirilmişdir ki, Forumun keçirilməsi müasir təhsilin inkişaf etdirilməsinə, bu sahədə birgə kadrların hazırlanmasına, yeni layihələrin tətbiqinə, ölkələr arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsinə xidmət edir. Artıq üçüncü dəfə keçirilən Forum bir daha təsdiq edir ki, təhsilin müasirləşməsi və inkişaf etdirilməsi Azərbaycan hökumətinin əsas prioritet istiqamətlərindən biridir. Dəyirmi masa iştirakçıları yekdilliklə Bəyannamə layihəsinin əsas kimi qəbul edilməsinə tərəfdar olduqlarını bildirmişlər.

Forum çərçivəsində Bakı Dövlət Universiteti ilə Xorvatiyanın Zagreb universiteti, Rumıniyanın Danibius Universiteti Buxarest İqtisadi Tədqiqatlar Universiteti, Mərakeş Krallıgının Məhəmməd V Universiteti, Çex Respublikası Plaska Universiteti, Ukrayna Prezidenti yanında Dövlət İdarəetmə Akademiyası, Estoniyanın Tartu Universiteti, İtaliyanın Siena Universiteti, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti, Tartu Universiteti və Kanadanın Vaterlu Universiteti ilə elm və təhsil sahəsində universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb. Memorandumlarda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.

Forum çərçivəsində BDU-da alman fiziki,  Ştutqardakı M.Plank adına bərk cisimlərin tədqiqi İnstitutunun direktoru, Nobel mükafatı laureatı Klaus fon Klitsinq, Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts,  Kaliforniya Texnologi İnstitutunun professoru, kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Artur, Berklidəki Kaliforniya Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smutla görüşlər keçirilib. Nobel mükafatı laureatları  fizika, kimya və biologiya fakültələrinin müəllim və tələbələrinə mühazirələr oxuyub,  verilən suallara ətraflı cavab veriblər. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alimlər, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət veriblər. Alimlər tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də veriblər.

Forum çərçivəsində həmçinin Bakı Dövlət Universitetində Nobel Mükafatı laureatları Laflin Robert Betts, David Conatan Gross, Markus Rudolf Arturun işirakı ilə «Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar» adı altında dəyirmi masa keçirilib. Maraqlı elmi müzakirələrin keçdiyi dəyirmi masada professorlar –   Məhəmmədəli Ramazanov “Bakı Dövlət Universitetində nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri”, Eldar Şahbazov “Neft sənayesində nanotexnologiyalar” (Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə işləri) və  Eden Mamut  “Nanomayelər sahəsində elmi tədqiqatların hazırki vəziyyəti– gələcək təqdiqatlar üçün xüsusiyyətlər, modellər və perspektivlər” (Qara Dəniz Universitetləri Şəbəkəsi) mövzusunda məruzə ediblər. Nobel mükafatçıları Bakı Dövlət Universitetində elmi müstəvidə bakalavr və magistr pilləsində təhsilin təşkili proseslərini təqdirəlayiq hesab etdiklərini vurğulayıblar. Onlar nano tədqiqatlar sahəsində aparılan tədqiqat işlərini də yüksək qiymətləndirib və universitet alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını qeyd ediblər. Eyni zamanda universitetdə bu istiqamətdə təhsilin yüksək səviyyədə təşkil olunduğunu və gələcəkdə dünya təhsil sisteminə inteqrasiya barədə öz tövsiyyələrini veriblər.

Video 1
Video 2