Forum 2016

I. Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru

  • Kütləvi miqrasiyanın müasir prosesləri və plüralist mədəni paradiqma multikulturalizm siyasətinin əsası kimi
  • Multikulturalizmin Azərbaycan modeli müxtəlif mədəni və dini təcrübələrin çox əsrlik tolerant mövcudluğunun nəticəsi kimi
  • Müxtəlif mədəni təcrübələrin tolerant birgə yaşayış siyasətinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

I. Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru

2016-cı il sentyabrın 30-da Fairmont Baku mehmanxanasında  V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masaya Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Kamal Abdullayev, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər  İnstitunun (Universitetin) rektoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Anatoli Torkunov, İtaliyanın “Link Campus” Universitetinin prezidenti Vinçenzo Skotti rəhbərlik etmişlər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın  həqiqi üzvi Kamal Abdullayev giriş nitqində vurğuladı ki, Avropa ölkələrinin əksəriyyətində multikulturalizmə olan bədbin münasibətə baxmayaraq, Azərbaycan multikulturalizmi modeli bütün dünyada qəbul olunur və öyrənilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə öz çıxışında qeyd etdi ki, Azərbaycan tarixən çoxkonfessiyalı və tolerant ölkədir və  , bu gün də sivilizasiyalar arasında  mənəvi körpü rolunu oynayır.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Rusiya və Azərbaycan nümunələrini əsasında postindustrial cəmiyyətdə multikulturalizmin rolundan bəhs etdi. Ağ Evin Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Janna Skott və ABŞ Simon Vizental Mərkəzi rəhbərinin müavini ravvin Abraham Kuper Azərbaycanın multikulturalizm modelinin unikallığını qeyd etdilər və respublikada multikulturalizm və sivilizasiyalararası dialoq ideyasının təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirdilər.

Ədəbiyyat üzrə Nobel mükafatçısı Vole Şoyinka öz çıxışında tolerantlığın əsası kimi rasionalizm və humanizm məsələləri üzərində dayandı.

İclasda çıxış edən Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycanda multikultural cəmiyyətin yaradılmasında ümummilli lider Heydər Əliyevin rolunu, eləcə də bu günə qədər bu siyasətin davam etdirilməsinin əhəmiyyətini vurğuladı.

Rus Pravoslav Kilsənin Kilsə, Cəmiyyət və KİV-lə əlaqələr üzrə Sinodal departamentin sədri, “Foma” pravoslav jurnalının baş redaktoru Vladimir Legoyda və Çin Buddist Assosiasiyasının prezidenti Sue Çeng dini dəyərlər və cəmiyyətdə dinin yeri, dinlərarası dialoq mövzusu tlə bağlı fikirlərini bölüşdülər.

Dəyirmi masanın  “Kütləvi miqrasiyanın müasir prosesləri və plüralist mədəni paradiqma multikulturalizm siyasətinin əsası kimi “ mövzusuna həsr olunmuş iclasının moderatorları Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, YUNESKO-nun İcra Şurasının sədri Maykl Vorbs, Link Kampus professoru Annamaria Kossiqa idilər.

YUNESKO-nun İcra Şurasının sədri Maykl Vorbs  çoxmədəniyyətli cəmiyyətlərin qarşılaşdıqları problemlərə, o cümlədən də qaçqın və məcburi köçkünlər probleminə toxundu, dünya dövlətlərində etnik müxtəlifliyin təşviqi və multikulturalizmin çoxsaylı təzahürlərində  YUNESKO-nun rolunu qeyd etdi.

Beynəlxalq  Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk xalqlarının coxmədəniyyətlilik kimi özəlliyini qeyd edərək, tarixi nümunələr və müasir reallıqlar əsasında Azərbaycan multikulturalizminin geniş təsvirini verdi.

Link Kampus Universitetinin professoru Annamaria Kossiqa qeyd etdi ki, forumda iştirak etmək ona diaspora və multikulturalizm  mövzularına daha geniş nəzər salmağa imkan verdi. Bu baxımdan  müsəlman ölkəsi olan Azərbaycanda qədim zamandan etibarən yəhudi icmasının yaşaması faktı bu cür yanaşmaya əsas verən bir nümunədir.

Genuya Universitetinin professoru Nikoletta Varani və insan hüquqları üzrə müstəqil ekspert, politoloq Aleksandr Vladıçenko dəyirmi masa iştirakçılarına müasir Avropada, xüsusilə də Balkan və Aralıq dənizləri bölgəsində miqrasiya prosesləri və adaptasiya siyasətinin problemləri barədə məlumat verdilər.

“Uşaqlar üçün aviasiya” Ümumdünya Xeyriyyə Fondunun Hüquq təminatı şöbəsinin müdiri Oleq Kuznetsov öz çıxışında Avrasiya sivilizasiya məkanına mənsub iki ölkə olaraq, Rusiya və Azərbaycanın mədəniyyətlərarası dialoq istiqamətində tarixi əlaqələrinin mövcudluğunu vurğuladı. Qeyd edildi ki, bu əlaqələr ədəbi-bədii sahədə olduğu kimi, intellektual və akademik sahələrdə də geniş şəkildə təbliğ və təşviq olunmalıdır.

AMEA  Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə Oleq Kuznetsovın məruzəsində  təklif olunan mövzunu davam etdirdi və istənilən ölkənin inkişafı üçün elm və mədəniyyətin sintezinin əhəmiyyətini xüsusi vurğuladı. O, öz növbəsində, plüralistik mədəni paradiqmaya dair yeni bir yanaşma ilə səciyyələnən elmi mentalitetdə ciddi dəyişiklikləri ehtiva edən fəlsəfənin universallığını qeyd etdi.

Dəyirmi masanın ikinci iclasının mövzusu “Multikulturalizmin Azərbaycan modeli müxtəlif mədəni və dini təcrübələrin çoxəsirlik tolerant mövcudluğunun nəticəsi kimi”  müəyyən edilmişdi. İclas Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman,Vürtsburq Universitetinin Orta əsr alman ədəbiyyatı üzrə professoru Ziqlinde Hartmann, Lusofona Humanitar Elmlər və Texnologiya Universitetinin Beynəlxalq əlaqələr  departamentinin direktoru Tereza Do Rozario Do Damasio, Ural Federal Universiteti  İctimai və Siyasi Elmlər İnstitutu Avropa tədqiqatları kafedrasının müdiri, tarix elmləri doktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının icraçı direktoru Aleksandr Nesterovun moderatorluğu ilə keçdi.

Rusiya Federasiyası Dövlət Dumasının Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Moskva filialının icraçı direktoru Natalya Krasovskaya, Ural Federal Universiteti İctimai və Siyasi Elmlər İnstitutu Avropa tədqiqatları kafedrasının müdiri, tarix elmləri doktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının icraçı direktoru Aleksandr Nesterov multikulturalizmin müxtəlif modellərinin təhlili əsasında multikulturalizm və mədəniyyətlərarası dialoqun Azərbaycan modelinin xüsusiyyətlərini göstərdilər.

Berlin Humbolt Universiteti Azərbaycan tarixi kafedrasının müdiri Yeva-Maria Aux Azərbaycanın multikulturalizm təcrübəsini yüksək qiymətləndirərək,  Azərbaycanda olan alman icmasının da bu modelin formalaşmasına töhfə verdiyini vurğuladı.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Moldova filialının icraçı direktoru  Aureliya Qriqoriu və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının baş məsləhətçisi Südabə Zeynalova Azərbaycanda multikulturalizmin tarixi və hüquqi aspektlərinə toxundu. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təmsilçisi Aytən Qəhrəman, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Drezden filialının icraçı direktoru  Birgit Vaysgerber, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İtaliya filialının icraçı direktoru  Sandro Teti, Lusofona Humanitar elmlər və Texnologiya Universiteti Beynəlxalq əlaqələr  departamentinin direktoru Tereza Do Rozario Do Damasio Bakı Beynəlxalq Mərkəzinin və onun Almaniya, İtaliya, Portuqaliya filiallarının fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verdilər.

Dəyirmi masa işini “Müxtəlif mədəni təcrübələrin tolerant birgəyaşayış siyasətinin formalaşmasında və multikulturalizm ideyalarının həyata keçirilməsində dünya dinlərinin tarixi rolu ” mövzusunda iclasla davam etdirdi.

İclasının moderatorları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Simon Vizental Mərkəzi rəhbərinin müavini ravvin Abraham Kuper, ABŞ Kaliforniya ştatı Lüteran kilsəsinin yepiskopu Xuan Karlos Mendez, Qafqaz Universitetləri Birliyinin prezidenti Ramazan Korkmaz idilər.

Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuper və «Churches in Actions» xeyriyyə fondunun prezidenti, ABŞ Kaliforniya ştatı Lüteran kilsəsinin yepiskopu Xuan Karlos Mendez dünya dinlərinin tarixi rolundan bəhs etdilər.

San Paulo Universiteti Beynəlxalq Münasibətlər Institutunun direktoru Pedro Bohomoletz de Abreu Dallari öz çıxışında siyasi olaraq bölünən dünyada beynəlxalq hüququn rolundan danışdı.

Qafqaz Universitetləri Birliyinin prezidenti Ramazan Korkmaz vurğuladı ki, Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən siyasət, eləcə də Humanitar Forumlar Bakını multikulturalizmin paytaxtına çevirir.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein öz məruzəsində vurğuladı ki, Azərbaycan multikulturalizminin uğuru onun dövlət siyasətində və Azərbaycan xalqının mentalitetinin daxili məzmununda üzvi şəkildə birləşməsi ilə izah olunur.

Dəyirmi masa iclasında çıxış edən Bakı Avropa Yəhudiləri Sinaqoqunun ravvini Şneor Seqal və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycandakı dini tolerantlığı, eləcə də dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını xüsusi dəyərləndirdilər.

Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin Dinlərarası məsələlər üzrə katibi   Dmitriy Safonov öz çıxışında müasir çağırışlara cavab axtarışı üçün dinlərarası dialoqun əhəmiyyətinə diqqət çəkərək, müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülhməramlı səylərinin sülh və əməkdaşlığın təmin edilməsində, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətini qeyd etdi.

Azərbaycanda Gürcü Yəhudiləri dini icmasının sədri Abiq Çaruxçev Azərbaycanda multikultural cəmiyyətin formalaşmasında Gürcü Yəhudi icması nümayəndələrinin də fəaliyyətini vurğuladı.

Filippin İslam və Demokratiya Mərkəzinin prezidenti Amina Zalmia Rəsul Bernardo Filippində dinlərarası dialoqun tarixinə toxunaraq, dəyirmi masa iştirakçılarını ölkədə dini azlıq təşkil edən müsəlmanların həyatı və sosial vəziyyəti haqqında məlumatlandırdı.

Hindistan İslam Mədəniyyət Mərkəzinin direktoru Zikrur Rəhman  Hindistanın multikulturalizm modeli və dinlərarası dialoq sahəsindəki fəaliyyətindən danışdı.

Sonda Forumun Bəyannaməsi yekdilliklə qəbul edildi.