Forum 2016

2016-cı ilin Forumunda aşağıdakı istiqamətlər üzrə “dəyirmi masa”lar təşkil olunmuşdur:

  •  Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru;
  • İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi;
  • Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində  rolu;
  • Davamlı inkişaf və ekoloji sivilizasiya;
  • Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər;
  • Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları.

İŞTİRAKÇILARIN SİYAHISI

DƏYİRMİ MASALAR

PROQRAM

BƏYANNAMƏ

BMT-NİN BAŞ KATİBİ PAN Gİ-MUNUN MÜRACİƏTİ

Bakı Beynəlxalq Humanitar Forumuna və tədbiri qəbul edən Zati-aliləri Prezident İlham Əliyevə səmimi salamlarımı çatdırıram. Mən may ayında İstanbulda keçirilmiş Dünya Humanitar Sammitində Prezident Əliyevin şəxsi iştirakını yüksək dəyərləndirirəm.

Bu, bir sıra mühüm mövzulara həsr olunmuş aktual tədbirdir. Miqrant və qaçqınların insan kapitalı ilə bağlı “dəyirmi masa”da olduqca mühüm məsələ müzakirə olunacaq. Bütün dünyada münaqişə və zorakılıq nəticəsində yurd-yuvasından didərgin düşmüş insanların sayı hazırda 65 milyona yaxınlaşır. Bu, İkinci Dünya müharibəsindən sonra ən yüksək rəqəmdir. Bundan başqa, təbii fəlakətlər və iqlim dəyişikliyi nəticəsində hər il 25 milyon insan öz yurdundan didərgin düşür. Ümidvaram ki, bu “dəyirmi masa” Dünya Humanitar Sammitinin nəticələrinin, miqrantlar və qaçqınlar haqqında Nyu-York Bəyannaməsinin icrasına töhfə vermək üçün regional və qlobal iştirakçılar üçün fürsət olacaq.

Davamlı inkişaf, müxtəliflik və inklüzivlik, eləcə də mədəniyyətlərarası dialoqda media ilə bağlı aparacağınız müzakirələr bu məqsədlərin icrasına dəyərli töhfə verməlidir. İqlim dəyişikliyi, əhali artımı, zəif siyasi və iqtisadi sistemlər bu regionda və dünyada insanları təbii və texnogen təhlükələr riski qarşısında qoymaqda davam edir. Əgər biz Dünya Humanitar Sammitində və bəşəriyyət üçün onun gündəliyindəki öhdəlikləri yerinə yetirmək istəyiriksə, onda davamlı inkişafa, fövqəladə hallara hazırlıq və cavab tədbirlərinə daha böyük sərmayələr qoymalıyıq. Dünyada təxminən 130 milyon insanın humanitar yardıma ehtiyacı var. Həmin insanları ağır əzab-əziyyətlərə düçar etmiş böhranların həlli sadə məsələ deyil və vaxt tələb edir. Lakin bizim hamımız mərhəmət nümayiş etdirə bilərik, ədalətsizliyə qarşı səsimizi ucalda və dəyişiklik naminə çalışa bilərik.