FORUM HAQQINDA

Bakı Beynəlxalq Humanitar Forum – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrlı dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ, gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır. Foruma həmçinin “ Dünyanın ən böyükləri ” dəvət olunurlar, bunlar dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləridir. İnsan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli tapılır.

2010-cu ilin Forumunun təşəbbüsçüləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun həmkarı, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev idi.

Forumun mövqeyİ

qloballaşma dövründə humanitar problemlərə aid olan və bəşəriyyətin ürək ağrısını özündə əks etdirən mövqeləri Bakı Bəyannaməsində işıqlandırılır.

Forumun məqsədİ

dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Bu şüuru həyəcanlandıran, çox aktual mövzular arenasında sadə insandan dövlət liderinədək hamı eyniliklə eşidə və eşidilə bilər.

Forumun vəzİfəsİ

ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasıdır.

Forumun nətİcəsİ

beynəlxalq təşkilatlara, ölkə liderlərinə və ayrılıqda hər bir şəxsə tövsiyələr və müraciətlərdə təcəssüm olunur.

Forumun ənənələri

  • Forum 2 ildən bir Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilir;
  • Bütün iştirakçılar şəxsən dəvət olunurlar;
  • Forumun işçi dilləri: Azərbaycan, İngilis və Rus dilidir;
  • Forum geniş KİV-də işıqlandırılır

Əlaqə

Tel:

+(99412) 492 89 50

+(99412) 492 96 58

Fax:

+(99412) 437 19 23

E-mail:

[email protected]

Bİzə yazın